SİYASİ-DİPLOMATİK

прил. политико-дипломатический. Siyasi-diplomatik fəaliyyət политико-дипломатическая деятельность
SİYASİ-DİNİ
SİYASİ-DÖVLƏT
OBASTAN VİKİ
Siyasi
Siyasət (qədim yunanca: Πολιτικά, politika — "şəhərlərin işləri") — sosial qruplarda qərarların qəbulu və ya fərdlər arasında güc münasibətlərinin digər formaları, məsələn, resursların və ya statusun bölüşdürülməsi ilə əlaqəli fəaliyyətlər məcmusu. Siyasəti və hökuməti öyrənən sosial elm sahəsinə siyasi elm — politologiya deyilir Siyasi fəaliyyət müxtəlif sosial qruplar, siniflər və dövlətlər arası münasibətlər üzərində qurulur. Hakimiyyət problemi ilə bağlı olan hər hansı bir fəaliyyət siyasi xarakter daşıyır. Siyasət cəmiyyətin inkişafının müəyyən mərhələsində yaranır və o xüsusi mülkiyyətə əsaslanan istehsal formalarının, sosial strukturun, mədəni mədəniyyətin formalaşdığı dövrdə təşəkkül tapmışdı. Müxtəlif sosial qruplar öz mənafelərini qoruyub saxlamaq üçün xüsusi idarəetmə aparatını yaradırlar. Siyasi hakimiyyət müxtəlif təsisat formaları vasitəsilə həyata keçirilir."Siyasət" termini Azərbaycan dilinə ərəb dilindən keçib. Sözün ərəb dilindəki hərfi mənası "at təlimi" deməkdir. Bir çox qərb ölkələrində, məsələn, ingilisdilli ölkələrdə, "Politics", almandilli ölkələrdə isə "Politik" terminini istifadə edirlər. "Politics/Politik" sözü yunan sözü olan "Polis" sözündən götürülüb. "Polis" sözünün mənası şəhər deməkdir.
Diplomatik immunitet
Diplomatik immunitet — xarici diplomatik nümayəndəliklərə, onların personalına və beynəlxalq hüquqa əsasən nümayəndəlik yerləşən dövlətin ərazisində müdafiədən istifadə edən digər şəxslərə verilən xüsusi imtiyaz, hüquq və güzəştlərin məcmusu. Diplomatik immunitet beynəlxalq hüququn ümumi qaydasından (hər bir suveren dövlət öz sərhədləri daxilində burada olan insanlar və əşyalar üzərində yurisdiksiyasını həyata keçirir) istisnadır. Müasir mənada diplomatik immunitet 1961-ci il Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasında təsbit olunmuşdur. Diplomatik immunitet konsepsiyasının əksər prinsipləri hazırda adət hüququ kimi tətbiq olunur. Müvafiq konsepsiya dövlətlərarası əlaqələrin, xüsusilə də siyasi qarşıdurmalar və silahlı münaqişələr dövründə qorunub saxlanması məqsədilə inkişaf etdirilmişdir. Formal olaraq dövlətin suverenliyini təmsil edən diplomatlara qəbul edən dövlətin başçısı tərəfindən diplomatın öz vəzifələrini effektiv icra etməsi üçün müəyyən imtiyaz və üstünlüklər verilir. Əksər ədəbiyyatlarda bütün immunitet və imtiyazlar iki qrupa bölünür: dövlətin orqanı kimi diplomatik nümayəndəliyin immunitet və imtiyazları; şəxsi immunitet və imtiyazlar.Diplomatik nümayəndəliyin immunitet və imtiyazlarına nümayəndəliyin binasının toxunulmazlığı, avadanlıq və nəqliyyat vasitələrinin toxunulmazlığı, arxiv və sənədlərin toxunulmazlığı, vergi imtiyazları, gömrük imtiyazları və akkreditiv dövlətin bayraq və rəmzlərindən istifadə etmək hüququ daxildir. Şəxsi immunitet və imtiyazlara isə əsasən şəxsi toxunulmazlıq, iqamətgahın, şəxsi kağız və yazışmaların, əmlakın toxunulmazlığı, yurisdiksiyadan immunitet, vergi və rüsumlardan azad edilmə, gömrük imtiyazları aiddir. == Diplomatik immunitetin nəzəri əsaslandırılması == Diplomatiya hüququnun tarixi inkişafı mərhələlərinə uyğun olaraq, ayrı-ayrı hüquqşünaslar tərəfindən diplomatik immunitetlərin əsaslandırılması üçün 15-ə yaxın müxtəlif nəzəriyyə irəli sürülmüşdür. Onlardan əsasən üçü doktrinalarda geniş əks olunmuşdur.
Diplomatik protokol
Diplomatik protokol - beynəlxalq ünsiyyətdə dövlətlər, hökumətlər, xarici işlər nazirlikləri, diplomatik nümayəndəliklər və rəsmi şəxslər tərəfindən icrası zəruri sayılan, beynəlxalq təcrübədə qəbul olunmuş qaydalar, ənənələr və şərtlərin toplusu. Lakin bütün sadalananlar heç bir dövlətin özunəməxsus adətlərini və milli ənənələrini inkar etmir. Beynəlxalq təşkilatlarda üzvlük, zirvə toplantıları, beynəlxalq konfranslar və s. diplomatik prokolsuz keçinə bilməz. "Protokol" - yunan dilindəki protokollon sözündən götürülüb, "protos" - birinci, "kollo" - yapışdırmaq deməkdir. Etimoloji mənada "protokol" sözü Bizans diplomatiyasında təntənəli mərasimlərdə tərtib edilən sənədin 1-ci hissəsini bildirirdi, bu hissədə iştirakçıların siyahısı göstərilirdi. Orta əsrlərdə protokol dedikdə sənədlərin tərtibatı və arxivləşdirilməsi qaydası başa düşülürdü. Sonralar isə diplomatiya və diplomatik xidmət anlayışlari ilə əlaqəli şəkildə işləməyə başladıqda, sənədlərin tərtibatı ilə yanaşı özündə etiket və mərasim məsələlərini də əks etdirməyə başladı. Diplomatik protokolun tələblərinə erinasızlıq, ən xırda ehtiyatsızlıq bəzən dövlətlər arasındakı əlaqələrin kəsilməsi, hətta müharibə şəraitinin yaranması ilə müşahidə oluna bilir. Diplomatik protokolda hər bir dövlətin rəmzlərinə hörmətlə yanaşılması birbaşa dövlətin suverenlik hüququna hörmətin təzahürüdür.
Diplomatik psixologiya
Kitabda adi həyatdan tutmuş siyasətə və hərbiyyəyə qədər olduqca geniş bir diapazonda tətbiq olunan çoxlu sayda diplomatik manevrlərin, taktiki gedişlərin, psixoloji fəndlərin mexanizmi izah edilir, onlardan necə istifadə etməyin yolları göstərilir; Kitabın birinci hissəsində – qədim Şərq əlbəyaxa döyüşlərində və ümumən hərb texnikasında olduğu kimi, ünsiyyət aktının da özünəməxsus taktika və strategiyaya, hücum və əks-hücum məqamlarına, kəşfiyyat, diversiya elementlərinə və s. malik olduğu göstərilir, rəqibin zəif cəhətlərini necə aşkar etmək, onlara zərbələri necə endirmək, qarşı tərəfin hücumlarından necə qorunmaq, fikirlərini necə "oxumaq", ünsiyyət zamanı təşəbbüsü necə ələ almaq, liderliyə necə nail olmaq, kiməsə hər hansısa bir fikri necə təlqin etmək, onu necə inandırmaq, fəaliyyətə necə təhrik etmək və ya bundan necə çəkindirmək, rəyini necə döndərmək, iradəsini necə qırmaq, öz mövqeyini ona necə qəbul etdirmək, onda hansısa bir əhval-ruhiyyəni, halı, meyli necə formalaşdırmaq və ya necə neytrallaşdırmaq, müxtəlif xarakter və statuslu adamlarla müxtəlif şəraitlərdə ünsiyyəti necə qurmaq, söhbətin maraqlı keçməsi üçün hansı nüansları nəzarətdə saxlamaq və s. barədə bəhs edilir. İkinci hissədə – konkret olaraq siyasət və hərbiyyədə istifadə olunan diplomatik manevr və fəndlərin texnologiyalarından bəhs olunur: Rəqib cəbhəsinin əsgər və əhalisinin mənəvi və hərbi ruhunu necə qırmaq, onların öz qüvvəsinə, öz hərbi-siyasi rəhbərliyinin kompetentliyinə inamını necə itirmək, onların döyüş qabiliyyətini necə aşağı salmaq, müqavimət iradəsini necə qırmaq, hərbi əməliyyatlarda iştirakdan və ya səfərbərlikdən boyun qaçırmağa, dezertirliyə, komandirlərə tabe olmamağa, əsir düşməyə, satqınlığa və s. necə təhrik etmək, onları özlərinin, öz yaxınlarının və ya öz dövlətlərinin, vətənlərinin, rəhbərlərinin və b. əleyhinə olan addımlara, fəaliyyətlərə necə meylləndirmək, beynəlxalq siyasətdə və ümumən siyasətdə bütün bunlardan necə istifadə etmək və s. barədə söhbət açılır, bunların realizəsi üçün konkret fənd və vasitələr göstərilir. Metodika dünya psixologiyasında analoqa malik deyil. Kitab xüsusi idarələr, diplomatlar, siyasətçilər, politoloqlar, hərb strateqləri, pedaqoqlar, psixoloqlar və ümumiyyətcə, praktik psixologiya ilə maraqlanan hər kəs üçün nəzərdə tutulub. Kitab ABŞ-nin Konqress kitabxanasına daxil edilib.
Diplomatik tanıma
Diplomatik tanıma — dövlətin tanımış olduğu subyektlə rəsmi münasibətlərə girmək hazırlığını ifadə edən təktərəfli diplomatik aktdır. Bir dövlət tərəfindən digərinin tanınması onun parçalanması və ya birləşməsi, milli-azadlıq mübarizəsi, sosial inqilab və s. hallarda yer alır. Hökumətin tanınması məsələsi bir qayda olaraq, qeyri-konstitusion yolla hökumət yarandıqda meydana çıxır. == Haqqında == Ədəbiyyatlarda və praktikada üstünlük təşkil edən fikrə əsasən tanıma öhdəliyi mövcud deyil və bu bütövlükdə tanıyan dövlətin iradəsindən asılıdır. Baxmayaraq ki, bir sıra hüquqşünasların fikrinə əsasən belə bir öhdəlik mövcuddur. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq dövlətlər dostluq münasibətlərini inkişaf etdirməlidirlər və beynəlxalq həyatın reallıqlarını nəzərə almayaraq sırf siyasi səbəblərdən hər hansı bir dövləti uzun müddət tanımamaq qeyridostluq aktı kimi qiymətləndirilə bilər. Tanınma birdəfəlik aktdır və onu geri götürmək qəbul olunmamışdır. Lakin tarixdə bu cür hallara da rast gəlinmişdir. Tanınma yeni yaranmış dövlət qarşısında geniş imkanlar açmaqla onun beynəlxalq sistemdəki mövqeyini möhkəmləndirməklə mühüm siyasi əhəmiyyət kəsb edir.
Diplomatik İnqilab
Diplomatik İnqilab — 1756-cı ildə, Avropada o vaxta qədərki ittifaqların dağılaraq yenilərinin qurulması hadisəsi. == Düşmənliklər == === İngiltərə- Fransa === İngiltərə - Fransa düşmənçiliyinin kökləri orta əsrlərə qədər gedib çıxır. XVIII əsrə gəlindiyində başda Amerika olmaq üzrə bir çox qitələrdə müstəmləkəçilik uğrunda yarışa başlayan bu iki ölkə arasında dəniz müharibələri baş verirdi, bu da qitədəki diplomatiyaya təsir edirdi. === Avstriya-Prussiya === Avstriya parçalanmış halda olan alman dövlətlərini əlinin altında tutmağa çalışırdı və bunun üçün tarixi haqlarından istifadə edirdi. Yeni-yeni böyüməkdə olan Prussiya isə kiçik dövlətləri tutaraq Avstriyanın dominantlığını təhdid edirdi. Bu iki dövlətin mənafeləri Sileziyada toqquşanda isə diplomatiya çıxılmaz vəziyyətdə qaldı. == Köhnə ittifaqlar == === İngiltərə - Avstriya === İngiltərənin quru qoşunları Fransa ilə başa çıxa bilməzdi. Buna görə də İngiltərə qitədə böyük bir hərbi gücə sahib olan Avstriya ilə yaxınlaşdı. Avstriya bütün hərbi qüvvəsini Prussiya sərhədinə yığa bilmirdi, çünki qərbində Fransa təhdidi vardı. Fransa ilə Osmanlı arasındakı ittifaq da Osmanlının düşməni olan Avstriyanı sıxışdırmaqda idi.
Diplomatik nota
Nota — bir dövlətin hökumətinin digər bir ölkənin hökumətinə rəsmi diplomatik müraciəti.Etiraz məktubu notanın mənfi növüdür.
Siyasi elm
Politologiya və ya Siyasi elm — Politologiya siyasətin elmi tədqiqidir. Bu, idarəetmə və güc sistemləri, siyasi fəaliyyətlərin, siyasi düşüncələrin, siyasi davranışların və əlaqəli konstitusiyaların və qanunların təhlili ilə məşğul olan sosial elmdir.Siyasi elm sosial elmlər içərisində nisbətən yeni olsa da, öz başlanğıcını tarix, siyasi fəlsəfə, siyasi iqtisad kimi elmlərdən götürmüşdür. Elmin yeni olmasına baxmayaraq, bir çoxları onun banisi kimi Aristoteli qəbul edirlər. Siyasi elmin kökündə duran fikirlərə hələ qədim Çin və Hindistanda, Aristotel və Platonun əsərlərində rast gəlinsə də bir elm kimi onun formalaşmağı XIX əsrin 60-cı illərinə təsadüf edir. 1903-cü ildə Beynəlxalq Siyasi Elmlər Assosiasiyasının 1906-cı ildə isə Amerika Siyasi Elm Jurnalının əsasının qoyulması ilə bu sahədə tədqiqatlar daha da genişlənmişdir. 1950–1960-cı illərdə elm aləmində baş vermiş Biheviorist inqilab nəticəsində Siyasi elm daha da təkmilləşərək insanların fərd və qrup halında davranışına doğru istiqamətlənmişdir. Müasir politologiyanı ümumiyyətlə müqayisəli siyasət, beynəlxalq münasibətlər və siyasi nəzəriyyə kimi üç alt fənnə bölmək olar. Digər alt fənlər dövlət siyasəti və idarəetmə, daxili siyasət və hökumət (çox vaxt müqayisəli siyasət çərçivəsində öyrənilir), siyasi iqtisadiyyat və siyasi metodologiyadır. Bundan əlavə, iqtisadiyyat, hüquq, sosiologiya, tarix, fəlsəfə, coğrafiya, jurnalistika, antropologiya, psixologiya və sosial siyasət. Bugün siyasi elm qərarların qəbulu prosesini, hakimiyyətin dövredilməsini, siyasi idarəetmə sistemlərini, eləcə də siyasi davranışı öyrənir.
Siyasi fəlsəfə
Siyasi fəlsəfə - Fəlsəfə və siyasi elmin qovşağında yerləşən, siyasətə, siyasi dəyərlərə, siyasi gerçəkliyin mahiyyətinə və siyasi analizin ilkin intellektual şərtlərinə dair fikirləri öyrənən elm sahəsidir. Siyasi fəlsəfənin tədqiq etdiyi mövzulara siyasət, azadlıq, ədalət, mülkiyyət, hüquqlar, qanunlar və səlahiyyət sahibləri tərəfindən hüquqi bazanın gücləndirilməsi aiddir. Onlar nədirlər, onlara nəyə görə (bəzən ümumiyyətlə) ehtiyac var, siyasi gücü legitim edən nədir və o hansı hüquqlar və azadlıqları qorumalıdır və niyə, bu hansı formada olmaldıır və niyə, qanunla nədir, əgər varsa, vətəndaşların legitim hökumət qarşısında öhdəlikləri nədir və əgər mümkünsə, bu öhdəliklərdən nə zaman imtina etmək olar. Sadə dillə desək, "siyasi fəlsəfə" termini dedikdə fəlsəfənin texniki fənlərinə aid olması hökmən olmayan, siyasət haqqında ümumi baxışlara və ya spesifik etikaya, siyasi inanca və ya yanaşmaya istinad edilir.Başqa sözlə, siyasi fəlsəfə siyasi hadisələrin və proseslərin mahiyyətini, onların qarşılıqlı təsirini araşdırır. Onun predmetinə siyasət ilə hakimiyyətin qarşılıqlı əlaqələri, onun maddi və ideal formaları – dövlət, vətəndaş cəmiyyəti, siyasi şüur və digər məsələlər daxildir. Yuxarıda qeyd edildiyi kimi bu elm fəlsəfə ilə siyasi elmin qovşağında yaranan sahədir. O, siyasət dünyasının mənəvi və dünyagörüşü səpkilərini öyrənir. Digər tərəfdən siyasət insanların dünyagörüşü, normativ xarakterli dəyərlərinin formalaşdığı fəaliyyət sahəsi olduğundan siyasi fəlsəfə də cəmiyyətin siyasi sistemi və təşkilinin prinsiplərini təhlil edir. Siyasət fəlsəfəsinin tədqiqat sahəsi – siyasi münasibətlər üzərində qurulan siyasi ideyalar və institutlardır. Sosial – siyasi fikir fəlsəfənin tərkib hissəsi kimi uzun müddət ərzində əsasən hüquq və dövlət haqqındakı ideya və nəzəriyyələr çərçivəsində öyrənilirdi.
Siyasi hakimiyyət
Siyasi hakimiyyət — bir nəfərin və ya elitanın vətəndaşların və cəmiyyətin davranışını milli maraqlardan irəli gələrək idarə etmə imkanları. Bu anlayış bir qayda olaraq "dövlət hakmiyyəti" anlayışı ilə bir anlamda işlənir.
Siyasi inteqrasiya
Siyasi inteqrasiya (ing. Political Integration) — qarşılıqlı əməkdaşlığa yönəlmiş iki və ya daha çox siyasi quruluşun daha dar mənada yaxınlaşma prosesi, dövlətlərarası səviyyədə müəyyən bir ayrılmaz siyasi sistem kompleksinin meydana gəlməsidir . Bu cür inteqrasiyanın xarakterik nəticələrindən biri də bu strukturların birləşdirilməsidir. Eyni zamanda, hər hansı bir məsələnin ortaq şəkildə həlli üçün həm rəsmi, həm də qeyri-rəsmi qurumların olması lazımdır. İnteqrasiya olunmuş cəmiyyətdə inteqrasiya iştirakçıları arasındakı əməliyyat səviyyəsinin artdığı və maraqlar və dəyərlər birliyinin artdığı güman edilir. == Nəzəriyyə == Karl Doyç inteqrasiyada dövlətlərin qarşılıqlı gözləntiləri sabit olduğu təqdirdə dövlətlər arasındakı ziddiyyətlərin sülh yolu ilə həll ediləcəyini görür. Beləliklə, inteqrasiyanı həm dövlət, həm də bir proses olaraq görür. Dövlət olaraq inteqrasiyaya ən yaxşı şəkildə siyasi bir toplum kimi baxılır. İnteqrasiya prosesi, iştirak edən bütün təşkilatlar üçün minimum xərclərlə maksimum qarşılıqlı fayda əldə etməyə imkan verir. Buna baxmayaraq, inteqrasiya bütün aktyorların bu proses üçün əhəmiyyətli dərəcədə hazırlaşmasını və idarəetmələrinin yaxşı keyfiyyətini tələb edir.
Siyasi iqtisad
Siyasi iqtisadiyyat — insan cəmiyətinin müxtəlif inkişaf mərhələlərində həyat üçün zəruri vasitələrin istehsalı, bölgüsü və mübadiləsi qanunlarını öyrənən elm. == Yaranması == Siyasi-iqtisad müstəqil elmi sahə kimi XVI əsrin sonunda yaranıb. Siyasi-iqtisadın inkişafında xüsusi rolu A. Smit və D. Rikardo oynayıblar. Sürətlə inkişaf edən kapitalizm cəmiyətinin, onun maddi sərvətlərini (manufaktura, dənizçilik, ticarət və sairə)əsasları kimi, onun ictimai məcmusunda, ümumiyətlə əməyi elan edirdilər. Dəyərin əmək nəzəriyəsi əsasında əmək gəlirlərinin mənşəyinin izahına cəhd edilmişdir, eləcə də iqtisadi meyarlara əsasən burjua cəmiyətinin əsas sinifləri qeyd edilmişdir. == Marks siyasi-iqtisadı == Siyasi-iqtisadın elm kimi inkişafına, öz əsərlərində burjua cəmiyətini, onun hərəkət və inkişaf qanunlarını dərin və hərtəfərli təhlil edən, iqtisadi proseslərin təkamülünün zərurətini göstərən, K. Marks böyük töhfə vermişdir. Cəmiyətin öyrənilməsinə hərtərəfli baxış, Makrsa nəinki burjua cəmiyətinin mahiyətini (Kapital) açmağa, həm də onun ziddiyətlərini göstərməyə, onun inkişafının dərin meyllərini, xüsusi ilə elmini və məhsuldar qüvvələrini tətqiq etməyə imkan verdi. Marks qeyd edirdi ki tarixin hərəkətinin əsasında, spesifikası istehsalat münasibətləri ilə şərtlənən, istehsalın sosial forması durur. Marks dəyərin sosial əmək forması kimi, müvafiq olaraq əmək subyektlərinin (o vaxtki burjua cəmiyəti çərçivəsində — işçilərin və kapitalistlərin) tətqiqinə böyük önəm verirdi. == Neoklassik siyasi-iqtisad == Neoklassik nəzəriyənin (J. B Səy, A. Marşall, F. Hayek, L. Mizes, M. Fridmen və b.) əsasında iqtisadi təzahürlərin xarici formaları durur.
Siyasi iqtisadiyyat
Siyasi iqtisadiyyat — insan cəmiyətinin müxtəlif inkişaf mərhələlərində həyat üçün zəruri vasitələrin istehsalı, bölgüsü və mübadiləsi qanunlarını öyrənən elm. == Yaranması == Siyasi-iqtisad müstəqil elmi sahə kimi XVI əsrin sonunda yaranıb. Siyasi-iqtisadın inkişafında xüsusi rolu A. Smit və D. Rikardo oynayıblar. Sürətlə inkişaf edən kapitalizm cəmiyətinin, onun maddi sərvətlərini (manufaktura, dənizçilik, ticarət və sairə)əsasları kimi, onun ictimai məcmusunda, ümumiyətlə əməyi elan edirdilər. Dəyərin əmək nəzəriyəsi əsasında əmək gəlirlərinin mənşəyinin izahına cəhd edilmişdir, eləcə də iqtisadi meyarlara əsasən burjua cəmiyətinin əsas sinifləri qeyd edilmişdir. == Marks siyasi-iqtisadı == Siyasi-iqtisadın elm kimi inkişafına, öz əsərlərində burjua cəmiyətini, onun hərəkət və inkişaf qanunlarını dərin və hərtəfərli təhlil edən, iqtisadi proseslərin təkamülünün zərurətini göstərən, K. Marks böyük töhfə vermişdir. Cəmiyətin öyrənilməsinə hərtərəfli baxış, Makrsa nəinki burjua cəmiyətinin mahiyətini (Kapital) açmağa, həm də onun ziddiyətlərini göstərməyə, onun inkişafının dərin meyllərini, xüsusi ilə elmini və məhsuldar qüvvələrini tətqiq etməyə imkan verdi. Marks qeyd edirdi ki tarixin hərəkətinin əsasında, spesifikası istehsalat münasibətləri ilə şərtlənən, istehsalın sosial forması durur. Marks dəyərin sosial əmək forması kimi, müvafiq olaraq əmək subyektlərinin (o vaxtki burjua cəmiyəti çərçivəsində — işçilərin və kapitalistlərin) tətqiqinə böyük önəm verirdi. == Neoklassik siyasi-iqtisad == Neoklassik nəzəriyənin (J. B Səy, A. Marşall, F. Hayek, L. Mizes, M. Fridmen və b.) əsasında iqtisadi təzahürlərin xarici formaları durur.
Siyasi komissar
Siyasi komissar (rus. политический руководитель) — siyasi təhsil və təşkilatlanma üçün məsul olan nəzarətçi siyasi zabitdir və hərbin sivil nəzarətini həyata keçirirdi. Tarixdə the commissaire politique (siyasi komissarlıq) ilk dəfə Fransa inqilabı (1789-99) zamanı meydana gəlmiş, əks-inqilabi fikrə və fəaliyyətə qarşı mübarizə aparmış və beləliklə respublikaçıların qələbəsini təmin etmişdir. == Qızıl Ordu == Fransız respublikaçı mənşəyinə rəğmən, siyasi komissar adətən 1917-ci ilin Rusiya müvəqqəti hökumətinin onları hökumətin siyasi nəzarətini təmin etmək üçün hərbi qüvvələrə tanıtdığı SSRİ (1917-91) ilə əlaqədar idi. Oktyabr inqilabı ilə kommunist rejimində yaranan siyasi komissar, Qızıl Orduda 1942-ci ilə qədər qaldı. Qızıl Orduda və Sovet ordusunda siyasi komissar, 1918-24, 1937-40 və 1941-42 dövrləri ərzində mövcud olmuşdur, lakin hər Qızıl Ordu siyasi zabiti komissar deyildi. Siyasi komissar, bölük komandiri hərbi rütbəsinə bərabər mövqeyə malik idi, eləcə də komissarın bölük komandirinin əmrlərini ləğv etməyə səlahiyyəti çatırdı. Qızıl Ordunun tarixi ərzində, siyasi zabitlər bölük komandirlərinə tabe ediləndə siyasi komissar vəzifəsi mövcud deyildi. Rus hərbinin siyasi nəzarəti, hər bölüyə və hissəyə, donanma daxil olmaqla, rotadan diviziya səviyyəsinə qədər siyasi komissar tərəfindən aparılırdı. İnqilabi hərbi şuralar orduda, cəbhədə, donanmada ən azı 3 üzv – komandir və 2 siyasi işçi daxil olmaqla, yaradılmışdı.
Siyasi kommentator
Siyasi şərhçi və ya siyasi kommentator — öz siyasi fikirlərini ictimai səsləndirən şəxs, siyasi tənqidçi. == Qərb == Siyasi şərhçilər uzun müddətdir ki, mövcud idi, ancaq 1950-ci illərdə ABŞ-də politologiya dalğası başlamışdır. Politologiya və siyasi şərhçilik iki fərqli anlayış olsa da, siyasət özü "elm" kimi qəbul edilir.
Siyasi korrupsiya
Siyasi korrupsiya — gəlir əldə etmək üçün hökumət rəsmiləri və ya onların şəbəkə əlaqələrindən qeyri-qanuni şəxslərin səlahiyyətlərinin istifadəsi. Korrupsiyanın müxtəlif forması var: rüşvət, qəsb, nepotizm, parokializm, qəyyumluq və mənimsəmə.
Siyasi mədəniyyət
Siyasi mədəniyyət — mənəvi mədəniyyətin tərkib hissəsi olan siyasi mədəniyyət politologiya elminin mühüm anlayışlarından biridir. Siyasi mədəniyyət anlayışı iki mənada işlənir. Geniş mənada siyasi mədəniyyət bəşər cəmiyyətinin yaratmış olduğu ümumi mədəniyyətin bir hissəsi kimi işlənir. Yəni bu halda iqtisadi mədəniyyət, dini mədəniyyət, əxlaqi mədəniyyət və s. kimi hər bir cəmiyyətdə siyasi mədəniyyət də mövcuddur. Onlar bir-biri ilə sıx bağlıdır. Dar mənada siyasi mədəniyyət hər bir fərdin, sosial qrupun, sinfin və ya millətin siyasi davranış və fəaliyyət qaydalarının, onların siyasətdə, siyasi hakimiyyətə münasibətlərinin ifadəsi kimi başa düşülür. «Siyasi mədəniyyət» anlayışını politologiya elminə ilk dəfə Amerika politoloqları Q.Almond və S.Verba gətirmiş və onu politologiya elminin mühüm kateqoriyalarından biri kimi şərh etmişlər. Q.Almond və S.Verba «Vətəndaş mədəniyyəti» əsərində siyasi mədəniyyətin cəmiyyətin siyasi sistemində, siyasi rejimlərdəki rolunu yüksək qiymətləndirərək belə bir ümumi nəticəyə gəlmişlər ki, demokratiyanın inkişafı və demokratik rejimin meydana gəlməsi və formalaşması hər şeydən əvvəl, yüksək siyasi mədəniyyət tələb edir və onun sayəsində mümkündür. Siyasi mədəniyyət bütövlükdə siyasi davranış siyasi biliklərə yiyələnmək, siyasi baxışları qiymətləndirmək, nəhayət, siyasi fəaliyyət mədəniyyətidir.
Siyasi məhbus
Siyasi məhbus — şəxsi azadlığını özünün başlıca hüquqlarından məhrum olaraq itirmiş insan. Həmin hüquqlar Avropa İnsan Haqları Konvensiyasında və digər sənədlərdə qeyd edilən hüquqlardır. Bu sıraya söz, ifadə, vicdan, din və sərbəst toplaşmaq azadlıqları daxildir. Əgər bir şəxsin azadlıqdan məhrum edilməsinin tam olaraq siyasi səbəblərdən baş verdiyi aşkardırsa, bu halda da həmin şəxs siyasi məhbus adı daşıyır.
Siyasi partiya
Siyasi partiya — öz namizədlərini siyasi vəzifələrə təyin etmək yolu ilə dövlət siyasətinə təsir etməyə çalışan siyasi təşkilat. Partiyalar etiraz aksiyalarında və seçki kampaniyalarında iştirak edir, müxtəlif maraqlar əsasında, xüsusi məqsədlər üçün ifadə edilmiş ideologiyaları təbliğ edirlər. == Quruluş == Siyasi partiyanın təsis edilməsinə və onun nəzarətinə yardımçı olan könüllü şəxs partiyanın təşkilatçısı adlanır. Bu şəxs eyni zamanda partiya işçisi hesab edilir. Adətən siyasi partiya partiya rəhbəri (lideri), partiya katibi, partiya xəzinədarı və partiya sədri tərəfindən idarə edilir. Partiya lideri partiyanı təmsil edən ən səlahiyyətli üzv və nümayəndədir. Partiya katibi gündəlik işə və partiya yığıncaqlarının hesabatını saxlamağa cavabdehdir. Xəzinədar üzvlük haqqlarına görə məsuliyyət daşıyır. Partiya sədrinin əsas vəzifəsi isə partiya üzvlərini toplamaq və çağırmaq məqsədilə strategiyalar yaratmaqdır. Sədr, həmçinin, partiyanın yığıncaqlarına sədrlik edir.
Siyasi plüralizm
Siyasi plüralizm - müxtəlif fikirlər əsasında müəyyənləşən rəy, bir neçə siyasi partiyanın bir istiqamətdə müxtəlif fikirlərdə ortaq məxrəcə gəlməsi. Siyasi plüralizmin mövcudluğu üçün azad söz və azad KİV, çoxpartiyalı sistem, azad seçki, parlamentarizm, dövlətdən asılı olmayan ictimai təşkilatların olması zəruridir.
Siyasi radikalizm
Radikalizm — 18-ci əsrin sonu və 19-cu əsrin əvvəllərində liberalizmin nəzdnindəki tarixi bir siyasi hərəkat, sosial liberalizmin öncüsü. Radikal metodlardan istifadə edərək dəyərlər sistemi və inqilabi yollar çərçivəsində sosial dəyişikliyə və sosial strukturlara yönəlmiş siyasi prinsipləri müdafiə edir. Latınca "kök" mənasını verən radix sözündən götürülmüşdür. İstifadəsi sosial nizama çox böyük bir miqyasda təsir edən dəyişiklikləri ehtiva edən ifrat siyasi islahatlar etməyə cəhdlər etmək və ya dəstəkləməkdir. Radikalizm özü-özlüyündə ifrat bir siyasi görüşə inanmaq və ya ifrat bir siyasi baxışı dəstəkləmək ola biləcəyi kimi, ifrat olmayan və ya ifrat bir baxış kimi hələ doğulmamış bir siyasi düşüncəni ifrat elementlərlə dolduraraq onu yeniləmək ola bilər. Ekstremizm anlayışı subyektiv ola bildiyindən radikalizm anlayışı da subyektiv ola bilər. On doqquzuncu əsr Siyasi Elm Ensiklopediyası (1881, 1889) radikalizmi "radikalizm prinsiplərindən çox praktikaları ilə xarakterizə olunur" kimi təsvir edir.
Siyasi rejim
Siyasi rejim — bir dövlət idarəolunmasında suverenliyin kim tərəfindən və nə şəkildə istifadə ediləcəyini təyin edən formal və informal qayda və vasitələri ifadə edir. Siyasi rejimin digər adı "hökumət sistemi"dir. Siyasi rejimləri ümumiyyətlə; iştirak ağırlıqlı (birbaşa demokratiya), təmsil ağırlıqlı (təmsili demokratiya), olmaq üzrə iki qrupda yığmaq mümkündür.Birbaşa demokratiya, xalqın rəhbərliklə əlaqədar qərarları özünün al/götürməsi və bunu yenə özünün tətbiqi deməkdir. Gerçək həyatda doğrudan demokratiyanın tam mənasıyla tətbiq olunması asan deyil. Çünki, doğrudan demokratiyalarda cəmiyyətdə hər fərdin cəmiyyəti maraqlandıran qərarlara və edilən tətbiqlərə şəxsən iştirakı haqqında danışılan olmaq olmalıdır. Bunun isə günümüz cəmiyyətlərində tətbiq olunma imkanı olduqca güc və hətta qeyri-mümkündür. Təmsili (nümayəndəli) demokratiyalar isə xalqın özünü idarə edəcək nümayəndələrini seçməsi və onlara idarə etmə səlahiyyətini təhvil verməsi mənasını verməkdədir. İndiki vaxtda tətbiq olunma imkanı olduqca güc və hətta qeyri-mümkün olan doğrudan demokratiyalar bir tərəfə buraxılsa təmsili demokratiyaları; parlamentar rejim, başçılıq rejimi, yarı-başçılıq rejimi və məclis hökuməti sistemi olmaq üzrə dörd qrupa ayırmaq mümkündür. == Parlamentar rejim == Təmsili demokratiyalar içərisində Parlamentar rejimin təməl xüsusiyyətlərini bu şəkildə yekunlaşdırmaq mümkündür: Parlamentar rejimdə qanunuma və icra etmə orqanları hukuken bir-birindən müstəqildir, ancaq aralarında bir sıra əməkdaşlıq və qarlılıqlı təsir mexanizmləri vardır. Bu rejimdə icra etmə iki-başlıdır.
Siyasi repressiya
Siyasi repressiya (lat. repressio - əzmə, zülm etmə) — dövlət orqanları, dövlət tərəfindən tətbiq edilən cəza tədbiri.
Siyasi repressiyalar
Siyasi repressiya (lat. repressio - əzmə, zülm etmə) — dövlət orqanları, dövlət tərəfindən tətbiq edilən cəza tədbiri.
Siyasi sistem
Ümumi mənada siyasi sistem, cəmiyyətin siyasi həyatında rol alan siyasi qurumları və digər ictimai qurumları, bunların fəaliyyətini və qarşılıqlı münasibətləri ifadə edir. Əlbəttə ki, hər cəmiyyətin siyasi sistemi onun inkişafının qanunauyğun nəticəsi kimi formalaşır. Siyasi sistem cəmiyyətin sosial-siyasi təbiətini, mövcud siyasi münasibətləri, təsisatları, normaları və hakimiyyətin təşkili prinsiplərini ifadə edir. Kilsələr, yaxud vətəndaş cəmiyyətin digər ünsürləri, ictimai birliklər kimi, bunları da siyasi sistemin bir parcasıdır. Siyasi sistem bütövlükdə ictimai sistemin mühüm hissələrindən, ünsürlərindən biridir. O, siyasi hakimiyyətin təşkilini, cəmiyyətlə dövlət arasındakı münasibətləri ehtiva edir və ictimai sistemin digər hissələri ilə – sosial, iqtisadi, ideoloji, etik, hüquqi, mədəni sistemlərlə qarşılıqlı əlaqədədir. Konkret cəmiyyətin siyasi sistemi bir sıra amillərlə müəyyən olunur. Bu amillər içərisində cəmiyyətin sosial strukturunu, idarəçilik formasını, dövlətin tipini, siyasi rejimin xarakterini, sosial-siyasi münasibətləri, dövlətin siyasi-hüquqi statusunu, cəmiyyətdə siyasi-ideoloji və mədəni münasibətlərin xarakterini, siyasi həyatın formalaşmasının tarixi və milli ənənələrini göstərmək olar. Müasir politologiyada və sosiologiyada cəmiyyətin siyasi sisteminin öyrənilməsi mühüm yer tutur. Bu sahədə D.İston, Q.Almund, K.Doytç, D.Trumen, Q.Pauell, M.Kaplan, T.Parsnos, St.Koleman, T.Madron, K.Şelf, R.Qoldman, T.Yaniq, C.Veltman, İ.Hus və başqalarının tədqiqatlarını xüsusi qeyd etmək lazımdır.