SİÇOVUL

сущ. зоол. гьамбардин кьиф, крыса (кьифериз ухшарбурун дестедикай кьифрелай еке, яргъи тум галай чакъвалайдай са гьайван); // крысадин.
SİÇANQUYRUĞU
SİDİK
OBASTAN VİKİ
Siçovul
Siçovullar (lat. Rattus) — siçankimilər fəsiləsindən gəmirici heyvan cinsi. Bədəninin uzunluğu 10–30 sm olur. Quyruğu bədənindən bir qədər uzun və yaxud qısa, üstü pulcuq və seyrək tüklərlə örtülmüşdür. Qulaqları iridir. Siçovullar hər 3–4 həftədən bir çoxalır. Hər dəfə 6–12 bala doğur, baxmayaraq ki, bu rəqəm dəyişə bilər. 21–23 günlük çox qısa bir hamiləlik dövrü var və doğuşdan dərhal sonra yenidən hamilə qala bilərlər. Cinsi yetkinliyə 1–2 aylığında çatırlar. Siçovullar hər şey yeyirlər.
Boz siçovul
Boz siçovul (lat. Rattus norvegicus) — gəmiricilər dəstəsinin Siçanlar fəsiləsinə (lat. Muridae) aid məməli gəmirici növüdür. == Xarici görünüşü == Kütləsi 500 q-a, bədəninin uzunluğu 250, quyruğu 120 mm-ə (həmişə bədənindən gödəkdir) çatır. Sifəti küt və enli, qulaq seyvanı (22 mm) irəli əyilmiş, gözlərinə çatmır. Quyruğu seyrək tüklərlə örtülmüşdür. Pəncəsi nisbətən uzundur (47 mm). Bədəninin üst tərəfınin xəzinin əsas rəngi boz-qonur, kürənimtil və ya oxra çalarlıdır (noxudu və ya qaramtıl çalarlı, yaxud tamamilə qara fərdlərə də rast gəlinir). Alt tərəfı adətən boz, bəzən ağımtıl, melanistlərdə isə qaradır. == Yayılması == Qütb ölkələrindən və səhralardan başqa hər yerdə yayılmışdır.
Qara siçovul
Qara siçovul (lat. Rattus rattus) — gəmiricilər dəstəsinin Siçanlar fəsiləsinə (lat. Muridae) aid məməli növüdür. Bir sıra morfoloji əlamətlərinə görə boz siçovuldan fərqlənir. Quyruğu həmişə bədənindən uzun olur. İrəli qatlanmış girdə qulağı gözünü örtür. Bədəninin uzunluğu 190, quyruğu 228 mm-ə qədərdir. Sifəti ensizdir. Quyruğu sıx tüklərlə örtülmüşdür. Qulağının uzunluğu 28, arxa pəncəsi 41 mm-dir.
Siçovul adaları
Siçovul adaları (ing. Rat Islands, aleut. Qax̂um tanangis) — Aleut arxipelaqında yerləşən bir qrup ada. Şərqində Near adaları, qərbində isə ondan Amçitka boğazı ilə ayrılan Andreyanov adaları qrupu yerləşir. Adaların heç birində yaşayış yoxdur. Qrupun qərbdən şərqə adaları: Buldır, Kiska, Kiçik Kiska, Sequla, Sıçovul, Xvostov, Piramida, Davıdova (şimalında Lopi adacığı yerləşir), Kiçik Sitkin, Amçitka və Semisopoçnı. Arxipelaqın ümumi sahəsi təxminən 934,594 km²-dir. Adalar əsasən dağlıqdır (hündürlüyü 1221 m-ə qədər, Semisopoçnı adasında). Aktiv vulkanları vardır. Amçitkada Dəniz samurlarının qoruğu vardır.
İki Siçovul (rəsm əsəri)
İki siçovul — 1884-cu ildə Vinsent van Qoq tərəfindən yağlı boya ilə çəkilmiş rəsm əsəridir.
Hameln siçovultutanı
Hameln tütəkçisi və ya Hameln siçovultutanı (alm. Rattenfänger von Hameln‎) — orta əsrlərdə Aşağı Saksoniyada Almaniyanın Hameln qəsəbəsində çoxlu uşağın evdən ayrılaraq daha sonra ölməsi haqqında əfsanə. Tam versiyasında XVI əsrdə qəsəbədə artan siçanlardan qurtulmaq istəyən qəsəbə sakinlərinin tütəkli bir siçovultutanla ilə razılaşmasından bəhs olunur. Qəsəbə sakinləri bu xidmətinin qarşılığında tütəkçiyə pul ödəməkdən imtina edirlər. Bu səbəbdən siçovultutan sehrli tütəyi ilə qəsəbənin uşaqlarını arxasınca apararaq qəsəbədən uzaqlaşdırır. Hekayənin bu versiyası daha sonra nağıla çevrilərək yayılmışdır. Bu versiyası daha sonralar Göte, Qrimm qardaşları və Robert Brauninqin əsərlərində də istifadə olunmuşdur. == Mövzu == Bir gün Hameln kəndi siçanlarla dolur. Hər yerdə siçanlar vardı və onlar sakinlərin bütün qidalarını tükədirdilər. Kənd sakinləri bu vəziyyətdən çıxış yolunu tapa bilmirlər və ora "siçanlı kənd" olaraq xatırlanmağa başlayır.
Kenquru siçovullar
Kenquru siçovullar (lat. Potoroidae) — i̇kikəsicidişlilər dəstəsinə aid heyvan fəsiləsi.
Müşklü kenquru siçovullar
Müşklü kenquru siçovullar (lat. Hypsiprymnodontidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin i̇kikəsicidişlilər dəstəsinə aid heyvan fəsiləsi.
Siçovullar
Siçovullar (lat. Rattus) — siçankimilər fəsiləsindən gəmirici heyvan cinsi. Bədəninin uzunluğu 10–30 sm olur. Quyruğu bədənindən bir qədər uzun və yaxud qısa, üstü pulcuq və seyrək tüklərlə örtülmüşdür. Qulaqları iridir. Siçovullar hər 3–4 həftədən bir çoxalır. Hər dəfə 6–12 bala doğur, baxmayaraq ki, bu rəqəm dəyişə bilər. 21–23 günlük çox qısa bir hamiləlik dövrü var və doğuşdan dərhal sonra yenidən hamilə qala bilərlər. Cinsi yetkinliyə 1–2 aylığında çatırlar. Siçovullar hər şey yeyirlər.
Su siçovulu
Su siçovulu (lat. Arvicola amphibius) , (Rodentia) dəstəsindan bir Məməli növü.

Значение слова в других словарях