SON MOREN RELYEFİ

dağ-dərə və örtük buzlaqlarının müvəqqəti stasionar vəziyyətində onların kənar hissələrinin tərəddüdü zamanı toplanan morenlərdən təşkil olunmuş tirəvari və yaxud təpəli-tirəli relyef. конечно-моренный рельеф relief of end moraine
SON MOREN PƏRİ
SON OROGEN MAQMATİZMİ
OBASTAN VİKİ
Moren
Moren (fr. moraine) – buzlağın gətirdiyi və çökdürdüyü süxur qırıntısı. Morenlər aysberq vasitəsilə yayılan, əsasən qırıntı materialından ibarət dəniz və okean tipli terrigen çökmələrdir. Biogen material qarışığı adətən diatomeya zirehləri, süngər iynələri, foraminifer qabıqları və b. ibarət olur. Qranulometrik tərkibi lillərdən qaymalara qədər müxtəlifdir. Müxtəlif petroqrafik tərkibli zəif çeşidlənmiş kobud qırıntı materialları ilə səciyyələnir. Sahildən bir neçə yüz (hətta min) kilometrlərlə aralı, müxtəlif dərinliklərdə əmələ gəlir. Müasir aysberq moreni çökmələri Antarktidada, eləcə də Şimal yarımkürəsində geniş yayılmışdır. Morenlər iki qrupa bölünür: Hərəkətdə olan morenlər Çökmüş morenlər Dağ buzlaqlarında hərəkətdə olan morenlər üst, daxili və dib morenlərnə bölünür.
Moren gölü
Yan moren
Yan moren (rus. боковая морена, ing. lateral moraine) — qar xəttindən aşağıda dağ-dərə buzlağının kənarlarında iri qırıntı materiallarının toplanmasından yaranmış, moren.
İllik moren
İllik moren (rus. морена годичная, ing. annual moraine) — xırda lüləşəkilli /valşəkilli/ son moren tirələri olub, adətən bir-birinə paralel yerləşir, intensiv deqlyasiyasiya prosesi zamanı buzun tez geri çəkilməsi şəraitində buzlağın kənarının illik vəziyyətinin ardıcıl dəyişməsini göstərir. İ. m. adətən dil şəkilli hövzələrə uyğun gələn iri göllərin sahilində yerləşir.
Alp relyefi
Alp relyefi — kəskin parçalanmış, geniş yayılmış buzlaq formaları ilə (karlar, sirklər, təknələr, karlinqlər və b.) səciyyələnən dağlıq relyef. Alp relyefi yamacları sıldırım qayalı, zirvələri və suayrıcıları iti və diş-diş olur. Alp relyefi dağların yüksəkliyindən daha çox qar xəttinin mütləq yüksəkliyindən asılıdır. Bu xətdən yuxarı, aktiv ekzarasion və nivatsion buzlaq proseslərinin fəaliyyəti kəskin olur. Qütblərə doğru qar xətti get-gedə dəniz səviyyəsinədək endiyindən yüksək en dairələrində Alp relyefi bu səviyyədən başlanır. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006, 679 səh.
Azərbaycan relyefi
Azərbaycan relyefi — Azərbaycan Respublikası ərazisinin relyefi çox müxtəlif və mürəkkəbdir. Ərazinin yarıdan çoxu əsasən, 400–500 m (Orta və Aşağı Araz çökəkliklərində 800–1000 m), bəzi yerlərdə 100–120 m (Talış, Ceyrançöl-Acınohur və Ləngəbiz-Ələt ön dağlıqları) və 0–50 m (Qobustan, Abşeron) mütləq hündürlükdən başlayan dağ silsilələri və tirələrindən, yayla və platolardan, qalan hissəsi isə düzənlik və ovalıqlardan ibarətdir. Hündürlüyü Xəzər dənizi sahilində təqribən — 28 m-dən Böyük Qafqaz silsiləsində 4466 m-dək (Bazardüzü zirvəsi) dəyişir. Okean səviyyəsindən alçaqda yerləşən sahələr respublika ərazisinin 18%-ini, hündürlüyü 0 m-dən 200 m-dək olan sahələr 24%-ini, 200 m-dən 500 m-dək 15,5%-ini, 500 m-dən 1000 m-dək 15,5%-ini, 1000 m-dən 2000 m-dək 19,5%-ini, 2000 m-dən 3000 m-dək 6,5%-ini, 3000 m-dən yüksəkdə yerləşən sahələr isə 1%-ini təşkil edir. Orta hündürlük 657 m-dir. Azərbaycan Respublikasının əsas oroqrafiya vahidləri Böyük Qafqaz dağ sistemi, Samur-Dəvəçi ovalığı (Qusar maili düzənliyi ilə birlikdə), Kür çökəkliyi, Kiçik Qafqaz və Talış dağ sistemləridir. Böyük Qafqaz dağ sisteminin yalnız cənub-şərq hissəsi Azərbaycan Respublikası ərazisinə daxildir. Burada əsas oroqrafiya vahidləri Böyük Qafqaz silsiləsi (yaxud Suayrıcı silsilə) və Yan silsilədir. Böyük Qafqazın çox hissəsini təşkil edən Böyük Qafqaz silsiləsi Azərbaycan Respublikası ərazisində Gürcüstan Respublikası və Dağıstan MR ilə sərhəddəki Tinov-Rosso zirvəsindən (3385 m) başlayaraq cənub-şərq istiqamətində uzanır. Silsilənin Tinov-Rosso və Bazardüzü zirvələri arasındakı hissəsinin yalnız cənub yamacı (şimal yamacı Dağıstan MR-dadır), bundan cənub-şərqdəki hissəsinin isə hər iki yamacı respublika ərazisinə daxildir.
Azərbaycanın relyefi
Azərbaycan relyefi — Azərbaycan Respublikası ərazisinin relyefi çox müxtəlif və mürəkkəbdir. Ərazinin yarıdan çoxu əsasən, 400–500 m (Orta və Aşağı Araz çökəkliklərində 800–1000 m), bəzi yerlərdə 100–120 m (Talış, Ceyrançöl-Acınohur və Ləngəbiz-Ələt ön dağlıqları) və 0–50 m (Qobustan, Abşeron) mütləq hündürlükdən başlayan dağ silsilələri və tirələrindən, yayla və platolardan, qalan hissəsi isə düzənlik və ovalıqlardan ibarətdir. Hündürlüyü Xəzər dənizi sahilində təqribən — 28 m-dən Böyük Qafqaz silsiləsində 4466 m-dək (Bazardüzü zirvəsi) dəyişir. Okean səviyyəsindən alçaqda yerləşən sahələr respublika ərazisinin 18%-ini, hündürlüyü 0 m-dən 200 m-dək olan sahələr 24%-ini, 200 m-dən 500 m-dək 15,5%-ini, 500 m-dən 1000 m-dək 15,5%-ini, 1000 m-dən 2000 m-dək 19,5%-ini, 2000 m-dən 3000 m-dək 6,5%-ini, 3000 m-dən yüksəkdə yerləşən sahələr isə 1%-ini təşkil edir. Orta hündürlük 657 m-dir. Azərbaycan Respublikasının əsas oroqrafiya vahidləri Böyük Qafqaz dağ sistemi, Samur-Dəvəçi ovalığı (Qusar maili düzənliyi ilə birlikdə), Kür çökəkliyi, Kiçik Qafqaz və Talış dağ sistemləridir. Böyük Qafqaz dağ sisteminin yalnız cənub-şərq hissəsi Azərbaycan Respublikası ərazisinə daxildir. Burada əsas oroqrafiya vahidləri Böyük Qafqaz silsiləsi (yaxud Suayrıcı silsilə) və Yan silsilədir. Böyük Qafqazın çox hissəsini təşkil edən Böyük Qafqaz silsiləsi Azərbaycan Respublikası ərazisində Gürcüstan Respublikası və Dağıstan MR ilə sərhəddəki Tinov-Rosso zirvəsindən (3385 m) başlayaraq cənub-şərq istiqamətində uzanır. Silsilənin Tinov-Rosso və Bazardüzü zirvələri arasındakı hissəsinin yalnız cənub yamacı (şimal yamacı Dağıstan MR-dadır), bundan cənub-şərqdəki hissəsinin isə hər iki yamacı respublika ərazisinə daxildir.
Belarus relyefi
Belarus Respublikasının relyefi əsasən, düzənlikdir. Qədim buzlaşmanın izlərinə rast gəlinir. Ölkənin şimal -qərb hissəsini Valday buzlaşmasının moren tirələri tutur. Mərkəzi hissədə cənub -qərbdən şimal -şərqə doğru ayrı-ayrı yüksəkliklərdən (Qrodno, Volkovısk, Novoqrudsk, Minsk, Vitebsk, Orşa və s.) ibarət geniş Belarus tirəsi uzanır. Dəniz səviyyəsindən maksimal hündürlük (345 m, Dzerjinskaya d.) Minsk yüksəkliyindədir. Şərqdədə Smolensk yüksəkliyinin kənar hissəsi, Belarus tirəsindən şimalda Polotsk ovalığı, cənubda geniş Polesye ovalığı və Dneprboyu ovalıq yerləşir. Ölkənin qərbi təpəlik, şərqii dalğalı-uvallı relyefə malikdir. == Ümumi məlumat == Belarus ərazisi bütünlüklə Şərqi Avropa düzənliyində yerləşir. Hündürlük 345 metrə (Dzerjinski dağı) 80 metr arasında dəyişir. Ən alçaq nöqtəsi Litva sərhəddində, Neman vadisindədir.
Buzlaq relyefi
Buzlaq relyefi- qədim və müasir dövr buzlaşmasının təsiri nəticəsində əmələ gələn relyef. Buzlaq relyefi formaları iki cürdür: buzlaq eroziya relyef formalalrı (kar, sirk, troq və s.) və buzlaq akkumulyativ relyef formalları (uc moren tirələri,drumlinlər və s.) Nival-buzlaq relyefi qədim və müasir buzlaqların ekzavrasiya və akkumulyasiya fəaliyyəti nəticəsində əmələ gəlmişdir; Troq dərələrə, karlar, Moren tirələri və təpəciklər ilə təmsil olunmuşdur. Böyük Qafqazın (Baş Qafqazın silsiləsi, Yan Silsilə) və Kiçik Qafqazın (Murovdağ, Şahdağ, Zəngəzur silsilələri, Qarabağ yaylası) yüksək dağlıq qurşaqlarında yayılmışdır.
Karst relyefi
Karst relyefi (rus. карстовый рельеф, ing. karst relief) — əhəngdaşı, dolomit, gips və digər həll olan süxurlarda suyun həll etməsi sayəsində əmələ gələn relyef tipi. Yerüstü və yeraltı qapalı mənfi relyef formaları (yerüstü-qıf, çökəklik, polye, ponor və yeraltı quyu, mağara) üstünlük təşkil edir. Tropik ərazilərdə müsbət relyef formalarına tez-tez təsadüf edilir. Ti-pik K. r. Yuqoslaviyada karst platosunda təsadüf edilir.
Manisa relyefi
Manisa reyefi, Akpınar relyefi və ya Kibela relyefi (türk. "Taş Suret") və ya Sipil heykeli — Türkiyənin Manisa şəhərindən 5 km şərqdə yerləşən Akpınarda, Salehli yolundakı əyləncə parkının yuxarısında hettlərə aid qaya relyefi. Relyef Spil dağındakı qranit uçurum üzərində, Manisa şəhəri ilə üzbəüz yerləşir. Relyefin 6 m-dən çox hündürlüyü var və pis vəziyyətdədir. 8–10 m hündürlüyündəki bu oturan fiqur yüksək relyef üzərində təsvir edilmişdir. Fiqur şimala baxır və hündür, sivri uclu baş geyimindədir. Əlləri döşlərinə söykənmiş, ayaqları isə taburenin üstündə dayanır. Fiqurun başı təbii səbəblərdən qismən qopmuşdur. Relyefin başının sağında Luvilərə məxsus hiyeroqlif yazının iki qalığı vardır ki, bu da relyefin Hett dövrünə aid olduğunu göstərir. Xristian teoloq Sesil Con Kadoux relyefin Hett kralı I Suppiluliuma və ya oğlu oğlu II Mursilin hakimiyyəti dövrünə aid olduğunu düşünürdü Helmuth Theodor Bossert , Hanyeri relyefində və İmamkullu relyefində olan eyni adla "Şahzadə Kuwalanamuwa" şəklində ən soldakı yazını (Akpınar 1) oxudu, lakin hər üçünün də eyni şəxsə aid olub olmadığı aydın deyil.
Tirə relyefi
Tirə relyefi (rus. Рельеф грядовый, ing. Ridge relief) — çay dərəsində, dəniz sahilində, yaxud səh­rada akkumulyativ mənşəli tirələrdən ibarət relyef.
Ukrayna relyefi
Ukrayna relyefi yetərincə müxtəlifdir. Ukrayna ərazisinin 70%-ni düzənliklər, 25%-ni yüksəkliklər və 5%-ni isə dağlar təşkil edir.
Vulkan relyefi
Vulkan relyefi (rus. рельеф вулканический, ing. volcanic relief) — maqmanın püskürməsi və həmçinin litosferin üst qatına soxulması nəticəsində yaranmış relyef.
İvriz relyefi
İvriz relyefi ― Mərkəzi Anadoluda, müasir Türkiyənin Konya ilinin əvvəllər İvriz adlanan Aydınkent qəsəbəsində yerləşən hett qaya relyefidir. Relyef müasir dövrdə relyefə zərər vermiş İvriz Suyunun mənbəyi yaxınlığındakı qayanın üstündədir. İvriz relyefində eramızdan əvvəl 8-ci əsrin sonlarında hakimiyyətdə olmuş Tuvana kralı Varpalavas və fırtına tanrsı Tarhunzasın təsviri Luvi yazısı ilə müşahidə olunur. İvriz relyefi Hett dövrünə aid qaya relyefləri arasında ən yaxşısıdır və 4,2 m x 2.4 m ölçülərindədir. Relyefin tarixi eramızdan əvvəl 8-ci əsrin ikinci yarısından, Neo-Hett-Arami bəyliklərinin dövründən başlayır. Qaya relyefinin sağ tərəfində salamlama və ya ibadət jesti olaraq əllərini qaldıraraq daş platformada dayanmış Tuvana kralı Varpalavas var. Onun qarşısında daha böyük təsvir olunmuş tanrı Tarhunzas dayanır. Onun əlindəki yetişmiş buğda və üzüm salxımları məhsuldarlıq gətirdiyini göstərir. Budundakı oraq məhsuldan dərhal əvvəlki dövrü simvollaşdırır. Relyefin İvriz suyunun dərhan üstündəki sıldırımda yerləşməsi relyefdə təsvir olunan məhsuldarlığın mənbəyinin nadir yağışlar deyil, demək olar ki, bütün il bu axan su olduğunu göstərir.
Son
Son: hansısa sırada axırıncı; ən yeni olan; hansısa ana qətiləşmiş vəziyyət, hal, forma; axıra qalan, yerində qalan nəsə.
Yerini dəyişən moren
Yerini dəyişən moren (rus. морена перемещаемая, ing. moving moraine) — buzlaq vasitəsilə yerini dəyişən, müxtəlif ölçülü qırıntı materialları. Yerini dəyişən moren dəyişən moren buzlağın səthində səth, onun içərisində /daxili/ və aşağı hissəsində dib yerləşir. Çökdürülmüş morenlərə, daha doğrusu tam formalaşmış morenlərə qarşı qoyulur.
İnversion moren konusları
İnversion moren konusları (rus. инверсионные моренные конусы, ing. -inverse moraine cones) — yenidən çökdürülmüş morenlərdən təşkil olunmuş, günbəzvari yaxud konus formasında, təpələr şəklində, akkumulyativ buzlaq relyef forması. Hündürlüyü bir neçə metrdən 10–12 metrə qədər çatır en kəsiyi 2,5–3 dəfə hündürlüyündən böyük olur. Sistemsiz qrup və ya sıra şəklində buzlaq dərəsinin dibində yerləşir. İ. m. k. buzlaq dilinin qurtaracağında, "Ölü buzlaq" sahəsində termokarst proseslər nəticəsində epigenetik əmələ gəlir. Kəskin kontinental iqlimli vilayətlər üçün səciyyəvidir. Mis: Pamir.
Ceyrançöl öndağlığının relyefi
Ceyrançöl öndağlığının relyefi — Ceyrançöl öndağlığı inzibati cəhətdən Azərbaycanın Qazax, Ağstafa, Tovuz, Şəmkir, Göygöl rayonlarına daxil olub, şimal və şimal-qərbdən Gürcüstanla sərhədlənir. Cənubdan Kür çayının orta axımı, cənub-şərqdən isə Mingəçevir su anbarının sahilləri ilə həmsərhəddir. Onun şimal-qərbdən cənub-şərqə doğru uzunluğu təxminən, şimaldan-cənuba doğru eni isə 15-30 km-ə qədərdir. Ümumi sahəsi isə 250 min hektardan çoxdur. Kür və Qabırrıçay çayları arasında yerləşən bu sahənin relyefində alçaq dağ tirələri, onların arasında yerləşən geniş çökəklik sahələr və düzənliklər əsas yer tutur. Bu relyef formaları üçüncü və dördüncü dövrlərin çay daşları, konqlomeratları, qumdaşı, lyosabənzər gillicə və gillərdən təşkil olunmuşdur. Ərazinin səthi şimaldan cənuba doğru pilləvari alçalır. Buradakı nisbi yüksəklik fərqi 200-400 m-ə qədərdir. Bu cür yüksəklik fərqi şimali-qərbdən cənubi-şərqə doğru da müşahidə edilir. Ceyrançöl öndağlığında Yaylaçı, Çobandağ, Ağtaxtəpə, Eldaroyuğu, Palantökən, Görükçalan, Bozdağ kimi müstəqil dağ tirələri ayrılır.
Henschel & Son
Henschel (Die Henschel-Werke 1957-ci ilə qədər Henschel und Son), Kasseldə yaradılmış olan Almaniya şirkəti olub XX əsrdə qatar, avtobus, trolleybus və kamaz kimi avtomaşınlar istehsal edən şirkət olmuşdur. Ayrıca olaraq İkinci Dünya müharibəsində hərbi təyinatlı texnikalar və silahlar istehsal etmişdir. Georg Christian Carl Henschel 1810-cu ildə zavodu Kassel şəhərində yaratmışdır. Oğlu Carl Anton Henschel 1837-ci ildə başqa bir zavod yaratmışdır. 1848-ci ildə şirkət lokomotiv istehsalına başlamışdır. XX əsrdə şirkət Almaniya imperiyasının ən böyük lokomotiv istehsalçısına çevrilmişdir. Şirkət 1935-ci ildə Panzer I tankını istehsal etməyə başlamışdır. İkinci dünya müharibəsinin 1939–1940-cı illər mərhələsində şirkət çox sayda Panzer III tankı istehsal etmişdir. 1942–1945-ci illər arasında şirkət Tiger I tanklarını istehsal etmişdir. Henschel Tiger tanklarının əsas istehsalçısı olmuşdur.
La-Son
La-Son (fr. Izeaux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Syud Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38495. Kommunanın 2012-ci il üçün əhalisi 605 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 160 ilə 270 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 80 km cənub-şərqdə, Qrenobldan 37 km şimal-qərbdə yerləşir.
Lü Son
Li Son (12 may 1972) — Argentinanı təmsil edən stolüstü tennisçi. Li Son Argentinanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 25-ci pillənin sahibi olub. Daha sonra Li Son Argentinanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub. Li Son Argentinanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub. Daha sonra Li Son Argentinanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub.
Matthew & Son
Matthew and Son — Yusuf İslamın 1967-ci ildə Deram tərəfindən çıxarılan ilk albomu.
Saşa Son
Saşa Son (18 sentyabr 1983, Vilnüs) — Litva'lı müğənnidir.2009 Avroviziya Mahnı Müsabiqəsi'ndə ölkəsini Love adlı mahnı ilə təmsil etmişdir.
Son Masayoşi
Son Masayoşi (yaponca 孫 正義, 11 avqust 1957, Tosu[d], Saqa prefekturası) — Yapon sahibkar. Softbank şirkətinin baş direktoru, Sprint telekommunikasiya şirkətinin direktorlar şurasının sədri, milyarder. Forbes jurnalının reytinqinə görə 2017-ci ildə Yapon milyarderləri arasında 1-ci yeri tutub. Var dövləti 20.4 milyard dollar təşkil edir. O, 1957-ci ildə Saqa prefekturasında Koreya köçmənlərinin ailəsində anadan olub. Gənc yaşlarında yaponlar tərəfindən ayrı-seçkiliyə məruz qalan Son öz arzularına tutunur. O zamanlar “McDonalds”ın Yaponiyadakı rəhbəri Den Fuci (Den Fuji) ilə 60 uğursuz görüş istəyindən sonra nəhayət ki, onunla görüşə bilir. Aldığı məsləhətlə ingilis dili və kompüter sahəsini öyrənməyə başlayır. 16 yaşında olarkən ingilis dilini öyrənmək üçün ABŞ – a köçdü. Orada iki il məktəbdə oxuduqdan sonra Berkli Kaliforniya Universitetinin iqtisadiyyat fakültəsinə daxil oldu.