SURROQAT
SURSATXANA
OBASTAN VİKİ
Mobil sursat
Mobil sursat (həmçinin intiharçı pilotsuz uçuş aparatı, intiharçı dron, kamikadze pilotsuz uçuş aparatı, rouminq silahları və ya kamikadze dron kimi tanınır) sursatların müəyyən müddət ərzində hədəf ərazinin ətrafında fırlandığı və yalnız hədəf aşkar edildikdən sonra hücum etdiyi hava silah sistemidir. Mobil sursatlar, yüksək dəyərli platformalar hədəf əraziyə yaxın yerləşdirildikdən qısa müddət sonra görünən gizli və ya məxfi hədəflərə qarşı daha sürətli cavab müddətlərini təmin edir və həmçinin də hücum əmri asanlıqla ləğv oluna bilindiyi üçün daha seçici olaraq vacib hədəflərə tuşlanmağa imkan yaradır. Mobil sursatlar qanadlı raketlər ilə silahlı pilotsuz uçuş aparatları (SPUA) arasında qəbul edilir və hər ikisi ilə eyni xüsusiyyətlərə malikdir. Onlar qanadlı raketlərdən hədəf ərazinin ətrafında nisbətən uzun müddət dövrə vurması üçün nəzərdə tutulması, SPUA-lardan isə mobil sursatın bir hücumda sərf edilməsinin nəzərdə tutulması və daxili döyüş başlığına malik olması ilə fərqlənirlər. Buna görə də onları qeyri-ənənəvi mənzilli silahlar da hesab etmək mümkündür. Mobil silahlar ilk dəfə 1980-ci illərdə yer-hava raketlərinə (SAM) qarşı Düşmənin Hava Hücumundan Müdafiəsinin Zəiflədilməsi (SEAD) rolunda istifadə üçün ortaya çıxmışdırlar və 1990-cı illərdə bir sıra hərbi hava qüvvələrində SEAD rolunda çıxış etməsi üçün yerləşdirilmişdirlər. 2000-ci illərdən başlayaraq, rouminq silahları nisbətən uzun mənzilli hücumlardan və atəş dəstəyindən tutmuş kürək çantasına sığan bir taktiki döyüş vasitələrinə və hətta çox qısa mənzilli döyüş sistemlərinə qədər əlavə rollar üçün hazırlanmışdır.
Tandem sursat
Tandem sursat və ya ikili partlayıcı qısaca partlayıcı və ya döyüş raketi sistemlərində istifadə olunan və ardıcıl partlayışı təmin edən bir cihazdır. Bu mexanizm vasitəsilə zirehli döyüş maşınlarında istifadə olunan qəfəs zirehləri və ya reaktiv zirehləri zərərsizləşdirmək nəzərdə tutulur. Birinci mərhələdə cihaz reaktiv zirehləri yüngül bir partlayışla zərərsizləşdirir. Bu şəkildə zirehdəki partlayıcılar partladılır. Təsirə məruz qalan ərazi reaktiv zirehdən təmizləndikdən sonra başlıqdakı əsas partlayıcılar işə düşür və texnikanın əsas zirehi ilə təmas edərək onu məhv etməyə çalışır. PG-7VR model döyüş başlığından istifadə edən RPG-7 və onun daha da inkişaf etdirilmiş versiyası olan RPG-29 buna misaldır. Soyuq müharibə illərində Amerika istehsalı olan bir çox silahda bu texnikadan istifadə edilmişdir. O dövrdə istehsal olunan Sovet tanklarının əksəriyyəti reaktiv zirehlərdən istifadə edirdi. Məsələn, bu sistem Amerikan istehsalı olan BGM-71 TOW və AGM-114 Hellfire döyüş raketlərində istifadə olunur.
Sursat qatarı
Sursat qatarı — XIX və XX əsr müharibələrində orduların elementi. Onlar hər bir diviziyanın artilleriya və piyada döyüş sursatlarının sursat doldurma məntəqəsindən döyüş sahəsinə daşınmasına cavabdeh idilər. Qatar burada hərfi mənada qatar ola bilərdi, lakin əksər hallarda deyildi və "karvan" mənasında işlədilirdi. Dövrdən asılı olaraq, onun daşınması atlı vaqon və ya motorlu nəqliyyat vasitələri olmuş, və rolları yerinə yetirmək üçün lazımi işçi heyəti və avadanlıqlar təyin edilmişdir. Onların ənənəvi qabiliyyəti müasir döyüşlərdə böyük ölçüdə əvəz edilmişdir. Birləşmiş Ştatlar Hərbi Qüvvələrində hər bir döyüş diviziyasının öz sahə artilleriya briqadasına təyin edilmiş sursat qatarı olmalı idi.
Dəqiq idarə olunan sursat
Dəqiq idarə olunan sursat, həssaslıqla idarə olunan sursat, həssas başlıqlı sursat, həssas başlığa malik olan sursat, PGM, smart silah, smart sursat, smart bomba – müəyyən bir hədəfi dəqiqliklə vurmaq, yan zərərləri minimuma endirmək və nəzərdə tutulan hədəflərə qarşı öldürücülük dərəcəsini artırmaq üçün nəzərdə tutulmuş idarə olunan sursatlara verilən addır. Birinci Körfəz Müharibəsi zamanı idarə olunan döyüş sursatları atılan silahların yalnız 9%-ni təşkil edirdi, lakin buna baxmayaraq bütün müvəffəqiyyətli vuruşların 75%-ni təşkil edirdi. İdarə olunan silahlar ümumiyyətlə daha çətin hədəflərə qarşı istifadə olunsalar da, hər atılan silaha görə onların hədəflərini məhv etmək ehtimalı 35 dəfə daha çox idi. Dəqiq idarə olunan sursatların meydana çıxması köhnə bombaların “idarə olunmayan bombalar”, “lal bombalar”, “axmaq bombalar”, “bacarıqsız bombalar”, “qabiliyyətsiz bombalar” və ya “dəmir bombalar” adı altında yenidən adlandırılması ilə nəticələnmişdir.
Neytron döyüş sursatı
Neytron döyüş sursatı — güclü neytron şüalanması ilə təsir göstərən nüvə silahı növü. Neytron döyüş sursatında partlayış xarakterli bölünmə və sintez nüvə reaksiyalarından istifadə olunur. Hazırlanmasında əsas ilkin maddə kimi deyteriumla tritiumun qarışığı işlədilir. Partlayış enerjisi bütün canlılara, o cümlədən daldalanacaqda və sair yerlərdə gizlənmiş adamlara təsir göstərir. Neytron döyüş sursatının dağıdıcı və yandırıcı təsiri nüvə bombalarına nisbətən zəif, orqanizmi şüalandırma qabiliyyəti isə çox yüksəkdir. Neytron döyüş sursatı növlərindən biri hədəfdən 30–130 m yüksəkdə partladılarkən 200–400 m radiusdakı obyektlər zərbə dalğası və işıq şüalanmasından məhv olur, [[1000]-1200 m radiusdakı adamlar bir anda, 1500 m radiusdakılar isə iki gün ərzində tələf olur. 1981-ci ildən ABŞ-da neytron döyüş sursatının kütləvi istehsalı başlanmışdır. Neytron döyüş sursatının növlərindən biri Lens raketi və 203,2 mm-lik mərmilər həm neytron, həm də nüvə partladıcısı ilə təchiz olunur.

Значение слова в других словарях