SUSAMURU

зоол. выдра (пушной зверь)
SUSAMAQ
SUSDURMAQ, SUSDURTMAQ
OBASTAN VİKİ
Susamuru
Susamuru (lat. Lutra) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinə aid heyvan cinsi.
Adi susamuru
Adi susamuru (lat. Lutra lutra) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin susamuru cinsinə aid heyvan növü. == Qısa təsviri == Böyük fərdin bədəninin uzunluğu 60–90 sm, quyruğunun uzunluğu 50 sm, çəkisi isə 6–10 kq-dır. Dişi fərdlər erkəkdən daha kiçikdir. Bədənin quruluşu uzunsov, elastik və hərəkətlidir. Başı böyük deyil, yuxarıdan aşağıya doğru yastı formalı və yumrudur. Boyun hissəsi qısa, qulaqları girdə və zəif görünür. Gözləri iridir. İri olmayan dırnaqlara və barmaqlararası bağları sıx olan qısa ayaqlara malikdir. Tük örtüyü tünd qəhvəyi rəngdədir, çox sıx və bədən boyunca bərabər yayılmışdır.
Amerika susamuru
Amerika susamuru (lat. Lontra) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinə aid heyvan cinsi. == Yayılması == Şimali və Cənubi Amerika ərazilərində yayılıb. == Növləri == Cinsə dörd növ daxildir: Kanada susamuru (Lontra canadensis) Cənub susamuru (Lontra provocax) Uzunquyruq susamuru (Lontra longicaudis) Pişik susamuru (Lontra felina)Əvvəllər Avropa növləri də bu cinsə daxil edilirdi. Hazırda isə müstəqil növdür.
Ağboğaz susamuru
Ağboğaz susamuru (lat. Hydrictis maculicollis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin hydrictis cinsinə aid heyvan növü. Hydrictis cinsinə daxil olan yeganə növdür. == Təsviri == Aşboğaz susamurları 44-68 sm uzunluğa sahib olurlar. Onların quyruqları 13,5-19,0 sm arasında dəyişir. Çəkiləri isə 3-5 kq arasındadır. Erkəklər bir qayda olaraq dişilərdən böyük olur. Bədəni şux və uzunsov formadadır. İri başa və enli boyuna sahibdir. Xəzinin rəngi tünd qəhvəyidən qırmızı-qəhvəyi arasında dəyişir.
Braziliya susamuru
Braziliya susamuru (lat. Pteronura brasiliensis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin pteronura cinsinə aid heyvan növü. Pteronura cinsinə daxil olan yeganə növdür. Amazon çayının hövzəsi boyunca, tropik meşələrdə, həmçinin Orinoko çayı hövzəsində yayılmışdır. == Təsviri == Ümumi uzunluqarı 2 metr təşkil edir (70 sm quryruqlarıdır). Çəkiləri isə 20 kq-a çatır. Şirinsulu ərazilərdə yaşayan susamurları yarımfəsiləsinə daxil olan ən böyük növdür. Açıq dənizlərdə yaşayan dəniz samurları uzunluq baxımından Braziliya susamurlarına çata bilməsə də, çəki baxımından oları ötür. == Qidalanması == Uzaq qohumları olan susamurundan fərqlənirlər. Gündüz aktiv olan bu canlılar, ürkək deyillər.
Hamarxəzli susamuru
Hamarxəzli susamuru (lat. Lutrogale perspicillata) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin lutrogale cinsinə aid heyvan növü. Adından da görümdüyü kimi bu növə daxil olan canlıların xəzləri digər samurlara nisbətdə daha hamar olur. == Ekologiya və yayılması == Bu növə Hindistanın şərq ərazilərindən tutmuş Cənub-Şərqi Asiyayada, İraqın bəzi ərazilərində rastlanılır. Əsasən iri meşə çayları ətrafında, bataqlıqlarda yayılırlar. Bununla belə yaxşı yaşayış yeri tapmaq üçün quruda uzun məsafələri belə qət edə bilirlər. Yuvalarını yeraltı dəliklərdə və ya qayalıqların arasında qururlar. Bəzən isə qunduzlar kimi yuva hazırlayırlar. == Növün qorunması == Həssas növlər siyahısına daxildir. Arealı və saylarında azalma müşahidə edilir.
Kanada susamuru
Kanada susamuru (lat. Lontra canadensis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin amerika susamuru cinsinə aid heyvan növü. Kanada susamurları Şimali Amerikada yaşayır, 5.0–14 kq ağırlığında olurlar. Qalın kürkü su keçirməzdir. Balıqlar ana qidası olsa da suda-quruda yaşayanlar, tısbağalar və xərçənglər də qidaları arasındadır. == Yayılması == Alyaska, Kanada, ABŞ-nin şimal-qərbi ilə şərqində, Meksika və ayrıca Cənubi Amerikanın şimalında yaşayır.
Pişik susamuru
Pişik susamuru (lat. Lontra felina) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin amerika susamuru cinsinə aid heyvan növü. == Areal == Pişik susamurlarına əsasən Cənubi Amerikanın cənub-qərb litoral sahillərində (Çili, Peru, Argentina sahilləri) rast gəlinir. == Təsviri == Pişik susamurları elə də böyük canlı deyillər. Onların uzunluğu nadir hallarda 1 metri keçir. Çəkiləri isə 3-6 kiloqram olur. Onlar öz cinsinin ən kiçik növləri hesab edilir. Pişik susamurlarının diş formulu: i 3 3 c 1 1 p m 3 − 4 3 m 1 2 = 36 {\displaystyle i\ {\frac {3}{3}}\ c\ {\frac {1}{1}}\ pm\ {\frac {3-4}{3}}\ m\ {\frac {1}{2}}=36} . == Qorunma statusu == Bu canlılar olduca nadir sayılırlar. Bu səbəbdən Peru, Çili və Argentina qanunlarına görə qorunurlar.
Qafqaz susamuru
Qafqaz susamuru (lat. Lutra lutra meridionalis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin amerika susamuru cinsinin adi susamuru növünə aid heyvan yarımnövü. Sayı getdikcə azalır. == Görünüşü == Bədənin uzunluğu 700 mm. Quyruğunun uzunluğu 470 mm. Zahiri görünüşü Afrika susamuru kimidir. Belinin və yanlarının rəngi açıq-qəhvəyidir. Qarın hissəsinin rəngi yetərincə açıqdır. Quyruğu üstən və altdan eyni rəngdədir. == Arealı == Şimali Qafqazda, Cənubi Qafqazda, Azərbaycanda, İranda, ola bilər İraqda, Suriyada, Fələstində və Türkiyədə yayılmışlar.
Sumatra susamuru
Sumatra susamuru (lat. Lutra sumatrana) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin susamuru cinsinə aid heyvan növü. == Təsviri == Sumatra samurları 1,3 m uzunluğa və 7 kq çəkiyə sahib olurlar. Barmaqlar arasında üzmək üçün uyğunlaşmış pərdə vardır. Xəzi bel nahiyyəsində tünd-qəhvəyi, qarın nahiyyəsi isə bir az açıqdır. Alt çənə və dodaqları ağımtıl rəngdədir. Sifət ətrafı ərazilər tüklüdür. == Yayılması == Yayılma arealı Cənub-Şərqi Asiyadır. Ancaq arealın sərhədləri müəyyən edilməmişdir. Samurlar Tayland, Kamboca, Vyetnam, Malaziya, Bruney ərazisində yayılmışlar.

Digər lüğətlərdə

го́рбиться жаднёшенький насуши́ть опохмеля́ть отлета́ться пребедо́вый заслюня́виться облепи́ть одноли́кость ведро́ граница bouldery bullpen debit card lute mondaine pore prizable tautog volcanological игольчатый никелированный парижанка сверхзадача селенистый