Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qunduz
Qunduzlar — əsasən çay və göl sahillərində məskunlaşırlar. Ancaq əvvəlcə suyun axmaması üçün onu müəyyən yerdən kəsib gölcüklər yaradırlar. Bunu ona görə edirlər ki, su çoxalanda yuvalarını sel aparmasın. Gölcük tikmək üçün onlar iti dişləri ilə gəmirib ağacı yıxır, gölcüyün yan tərəflərini palçıqla suvayır, boş yerləri daşla doldururlar. Ağacın budaqlarından və yarpaqlarından isə kəsilmiş hissəsinin arxa ətrafında evciklərini tikirlər. Yuvalarına ancaq suyun altından yol qoyurlar. Qunduzlar Şimali Amerikada, Avropanın Asiyanın bəzi yerlərində yaşayırlar. Qunduzların bədəninin uzunluğu 1 metrə çatır. Çəkiləri 30–32 kq arasında dəyişir. Qunduzlar bitkilərlə qidalanırlar.
Qunduz müharibələri
== Ümumi məlumat == 17-ci əsrdə baş verən Qunduz müharibələri, Müqəddəs Lavrenti və daha aşağı Böyük Göllər bölgəsində iqtisadi rifah uğrunda müharibə idi.Müharibələrdə İrokezlər, Huronlar, şimal Alqonkinləri və onların Fransız müttəfiqləri,xəz ticarətini nəzarət altına almağa çalışırdılar. Avropalılar orta əsrlərdən etibarən Rusiya və Skandinaviyadan xəz əldə edirdilər. Bu qəbilələrin hərbi gücü və diplomatik bacarıqları, on yeddinci əsrin sonlarından on səkkizinci əsrin sonlarına doğru Avropa-Hindu əlaqələrində böyük rol oynadı. İrokezlər ,torpaqlarını genişləndirmək və xəz ticarətini və Avropa bazarları ilə Qərbi Böyük Göllər bölgəsinin qəbilələri arasındakı ticarəti özəlləşdirməyə çalışırdılar. Onlar 5 Konfederasiyadan -Mohauk, Oneida, Onondaqa, Kayuqa və Senekadan ibarət idi. (Konfederasiya, daha sonra Tuskaroranın 18-ci əsrdə qəbul edildiyindən sonra 6 xalqdan ibarət oldu.) Vaşinqton və Ottavadakı hökumət səlahiyyətliləri, İrokez suverenliyini yalnız fərdi tayfa hökumətləri varlığında gördülər. Suveren Mohauk başçılığındakı İrokez Konfederasiyası, Böyük Göllər bölgəsinin böyük Alqonkin dilində danışan qəbilələrinə qarşı hərəkətə keçdi. İrokezlər, Holland və İngilis ticarət tərəfdaşları tərəfindən silahlandırıldı.Alqonkinlər isə, əsas ticarət ortağı olan Fransızlar tərəfindən dəstəkləndi.Döyüşlər mərhəmətsiz və Şimali Amerika tarixində yaşanan ən qanlı qarşıdurmalardan biri olaraq göstərilir. İrokezlər, Huron, Eri, Suskeannok və Şauni də daxil olmaqla, bir neçə böyük qəbilə Konfederasiyasını yox etdiyində, Şimali Amerika qəbiləsi coğrafiyasını yenidən təşkil etdilər və bölgədə suveren hala gələrək torpaqlarını genişlətdilər.İrokezlər, bəzi şərq qəbilələrini Mississippi çayının qərbinə və ya cənubda Karolinaya doğru sıxışdırırdılar.İrokezlər, Ohayo vadisi torpaqlarını ov ərazisi kimi görərək,təxminən 1670-ci ildən etibarən buraya nəzarət etdilər. Alqonkin və İrokez cəmiyyətləri bu müharibələrdə böyük ölçüdə pozuldu.
Osman Qunduzov
Gündüz Osman Mehdi oğlu və ya Osman Qunduzov (1961, Balakən) — Balakən Rayon İcra Hakimiyyətinin sabiq başçısı (1992-1993), "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti. Osman Gündüz 1961-ci ildə Balakən rayonunda anadan olmuşdur. 1983-cü ildə riyaziyyatçı ixtisası üzrə BDU-nun mexanika-riyaziyyat fakültəsini bitirib. Ölkədə informasiya texnologiyaları sahəsində ilk qeyri-hökumət təşkilatının təsisçisi kimi uzun müddətdir informasiya texnologiyaları sahəsində, ölkənin milli İnternet infrastruktru haqqında araşdırmalarla məşğuldur. Osman Gündüz Azərbaycan İnternetinin inkişafı, tənzimlənməsi və özünütənzimləməsi ilə bağlı müxtəlif beynəlxalq tədbirlərin iştirakçısıdır. Ölkədə milli multimedia məhsulu olan "Azərbaycan panoramı" informasiya sisteminin (1997–1998), təhsildə İKT-nin tətbiqinə əsaslanan "AzTest" interaktiv tədris vəsaitinin, "AzLaws" — Azərbaycan Respublikasının qanunvericilik bazası" İnformasiya sisteminin (1999), "AzTarix"-_6 multimedia dərs vəsaitinin (2004), AzNGO İnformasiya sisteminin (2005) və digər elektron məhsulların müəllifi və hazırlanması ilə bağlı layihələrin rəhbəri olub. 2005-ci ildə parlament seçkilərində deputatlığa namizəd olub. "İnternet. Azərbaycan İnternet Resursları" (2005–2006), "Kompüter. İnformasiya texnologiyalarının əsasları" (2006), "Mobil telefonun özəllikləri.
Qunduzca döyüşü
Qunduzca döyüşü – Qızıl Orda dövlətinin xanı Toxtamış ilə Teymur arasında indiki Samara oblastının Qunduzca çayı sahillərində 18 iyun 1391-ci ildə baş vermiş müharibə. Toxtamışın məğlub olub, ordusundan geriyə qalanla Volqa bölgəsinə geri çəkilməsi ilə nəticələnmişdir. Əmir Teymurun dəstəyi ilə 1378-ci ildə Qızıl Ordu taxtını ələ keçirən Toxtamış bir neçə il içərisində ölkənin daxili problemlərini həll edərək iqtisadi və hərbi sahədə ölkə birliyini təmin etdi. Şimala etmiş olduğu səfərlərlə rusları da itaəti altına alan Toxtamış beləcə gücünün zirvəsinə çatdı. Qızıl Orda dövlətini əvvəlki sərhədlərinə çatdırmaq üçün Əmir Teymurun ona etmiş olduğu yardımları heçə sayaraq, Xarəzmi Teymurdan istədi. İstəyinin qəbul edilməməsindən sonra, 1387-ci ildə Teymurun çıxmış olduğu Orta Şərq səfərini fürsət bilib, Xarəzmdə Konqrat Süleyman Sufi ilə razılaşaraq üsyan başlatmış, Dəşti Çetadakı Duğlat əmir Kamarəddinlə də razılığa gələrək, birləşmiş ordular birlikdə Teymurun oğlu Ömər Şeyxi Əndicanda məğlub edərək Mavəraünnəhri yağmalamışdır. Eyni il hədəf yayındırma məqsədiylə başqa Qızıl Orda ordusuu Qafqaz üzərindən Teymurun hakimiyyəti altındakı Dərbənd və Şirvanı yağmalamaq üçün göndərmişsə də, bu ordu Teymurun mirzəsi Miranşaha məğlub olaraq geri çəkilməyə məcbur olmuşdur. 1388-ci ildə mərkəzinə geri dönən Teymur ilk olaraq Xarəzmə daxil olmuş, Qızıl Orda tərəfdarı konqratları məğlubiyyətə uğradaraq Ürgənci xarabaya çevirmiş və burada hakimiyyətini təzələmişdir. Miranşahın da qatılması ilə ordusunu gücləndirən Teymur 1389-cu ilin baharında Sapranda olan Toxtamışın üzərinə yerimişdir. Lakin Toxtamış uzun müddətdir səfərdə olmasına görə, yorğun ordusunun Teymura qarşı müqavimət göstərə bilməyəcəyini başa düşərək, Sapranı tərk etmiş və Dəşti Qıpçak bozqırına geri çəkilmişdir.
Kunduz
Künduz vilayəti (fars. ولایت کندز‎‎‎, puşt. کندوز ولايت) — Əfqanıstan İslam Respublikasının vilayətlərindən biri. Vilayətin sahəsi 8.040 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 900.3 min nəfər, inzibati mərkəzi Künduz şəhəridir. Əhalisinin etnik tərkibi əsasən özbəklərdən ibarətdir. Vilayət inzibati cəhətdən Əliabad, Ərçi, Çahardərə, İmam Sahib, Xanabad, Künduz və Qalayi Zal rayonlarına ayrılır.
Quduz
Quduzluq (lat. hydrophobia, lyssa — sudanqorxma) — ağır ensefalitin inkişafı ilə xarakterizə olunan zoonoz virus neyroinfeksiyası. Vaxtında müalicə olunmazsa insan üçün ölümcül təhlükəlidir. Virus adətən it və ya yarasa kimi yoluxmuş heyvanın dişləməsi və ya cızması ilə yayılır. Hələ qədim dövrlərdən itlərdə bu xəstəlik məlum olmuşdur. Eramızdan əvvəl IV əsrdə Aristotel insanlarda quduzluğu xəstə itlərin dişləməsi ilə əlaqələndirmişdir. İnsanlarda xəstəliyin ilkin əlaməti olan sudan qorxma halını ilk dəfə eramızdan əvvəl I əsrdə K. Sels müəyyən etmişdir. Quduzluq müfəssəl elmi surətdə Lui Paster tərəfindən öyrənilmişdir. O, törədicinin virus olduğunu və onunmərkəzi sinir sistemində lokallaşmasını göstərmiş, heyvanlar üzərində apardığı tədqiqatlar nəticəsində quduzluq virusunu almağa müvəffəq olmuşdur. Fiksasiyalaşmış bu quduzluq virusu antirabik vaksinin əsasını təşkil edir.
Gündüz
Gündüz — ad. Gündüz Abdullayev Gündüz Abdullayev (kapitan) Gündüz Abdullayev (şəhid) Gündüz Əliyev — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Gündüz Səfərli — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı. Gündüz Abbasov — Azərbaycan kino aktyoru, yazıçı, tərcüməçi və rəssam. Gündüz Səmədov — Gündüz Cəlilov — Xətai Rayon İcra Hakimiyyətinin sabiq başçısı.
Gündüz (Meşkinşəhr)
Gündüz (fars. گندوز‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 116 nəfər yaşayır (25 ailə).
Gündüz Abbasov
Gündüz Şəmsəddin oğlu Abbasov (20 noyabr 1930, Bakı – 21 avqust 1995, Bakı) — Azərbaycan kino aktyoru, yazıçı, tərcüməçi və rəssam. Romantik obrazların ifaçısı kimi tanınmışdır. Gündüz Abbasov 1930-cu ildə Bakının Dağlı məhəlləsində, Bakı kinostudiyasının direktoru Şəmsəddin Abbasovun ailəsində dünyaya gəlmişdir. Şəmsəddin Abbasovun həyat yoldaşı Mələk xanım dahi azərbaycanlı dramaturq Cəfər Cabbarlının qardaşı qızı idi. Uşaqlıqdan sənətə həvəs göstərən Gündüz 1952-ci ildə Bakı Rəssamlıq məktəbini, 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika şöbəsini bitirmişdi. Ədəbiyyat sahəsinə böyük marağı olan Gündüz Abbasovun 1950–1960-cı illərdə "Papasının qızı", "Canlı körpü" və "Qanadlar" adlı üç kitabı çap olunmuşdu. Az müddət olsa da, Azərbaycan radiosunun gənclər şöbəsinin müdiri, sonra "Uşaqgəncnəşr" və "Azərnəşr" nəşriyyatlarının redaktoru, "Ədəbiyyat və incəsənət" qəzetində şöbə müdiri kimi vəzifələrdə çalışmışdır. Gündüz Abbasovu kinoda "Onun böyük ürəyi" və "Bir qalanın sirri" filmlərində ifa etdiyi rollar məşhurlaşdırır. Bundan sonra ard-arda bir neçə filmdə çəkilən aktyor çəkildiyi filmlərdə müxtəlif planlı yaddaqalan xarakterik rollarda çəkilir. Aktyor ciddi rollarla yanaşı "Mozalan" kinojurnalının bir çox süjetlərində də iştirak etmişdi.
Gündüz Abbaszadə
Gündüz Balaş oğlu Abbaszadə (22 avqust 1980, Kirovabad) — Azərbaycanın idman jurnalisti, şərhçi. "Qarabağ" FK-nın mətbuat xidmətinin rəhbəri. Azərbaycanda UEFA Çempionlar liqasının ilk şərhçilərindəndir. Gündüz Abbaszadə 22 avqust 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1999-cu ildən dövrü mətbuatda çalışır. O, bu müddət ərzində "İdman" qəzeti, AzTV, ANS TV və CBC Sport-də fəaliyyət göstərib. Bundan başqa 2011-2015-ci illərdə Neftçi PFK-nın mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri vəzifəsində çalışıb. 2003-cü ildən şərhçilik edir. Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir.
Gündüz Abdullayev
Gündüz Abdullayev (kapitan)
Gündüz Alp
Gündüz Alp və ya Gündüzalp — Osmanlı Bəyliyinin qurucusu olan Osman Qazinin atası Ərtoğrul Qazinin soyundan olub, müxtəlif mənbələrə görə Ərtoğrul Qazinin atası və ya oğludur. Ənvərinin "Düstürnaməyi-Ənvəri" adlı əsəri və Qaramanlı Mehmet Paşaya görə Ərtoğrul Qazinin atası. Həsən bin Məhmud əl-Bəyatinin "Cam-ı Cəm-Ayin" adlı əsəri, Aşıqpaşazadənin "Aşıqpaşazadə Tarixi" adlı əsəri və Nəşrinin "Kitabı-Cihannümə" adlı əsərinə görə isə Ərtoğrul Qazinin oğlu və Osman Qazinin qardaşıdır.
Gündüz Ağayev
Gündüz Malik oğlu Ağayev (20 iyul 1981, Puşkin rayonu) — Azərbaycan rəssamı və karikaturaçısı. 1981-ci il iyulun 20-də Azərbaycanın Biləsuvar rayonunda anadan olub. 1998-2002-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təhsil alıb. İlk sərgisini 2004-cü ildə keçirib. Sayca ikinci sərgisi Bakı Muzey Mərkəzində baş tutub. Gündüz Ağayevin əsərləri yalnız Azərbaycanda deyil, həmçinin Rusiya (2008), Türkiyə (2011), Fransa səfirliyinin təşkilatçılığı ilə 2012-ci ildə "Dostluq" və 2013-cü ildə Türkmənistanda beynəlxalq sərgilərdə sənətsevərlərə təqdim olunub. Rəssam kimi "Sənət Demokratiya Naminə" layihəsində də yer alıb. Azərbaycanda insan hüquqları problemlərinə və qeyri-demokratik şəraitə etiraz üslubu olaraq karikatura janrına keçib, bunun nəticəsində çoxsaylı təzyiqlərə məruz qalıb. 2014-cü ildən Azərbaycandan kənarda, Fransada yaşayır. "Azadlıq Radiosu", "Meydan TV" və "AzLogos" kimi platformalar ilə əməkdaşlıq edir.
Gündüz Cəlilov
Gündüz Ramazan oğlu Cəlilov (30 mart 1954, Zəhmət, Zəngibasar rayonu) — Xətai Rayon İcra Hakimiyyətinin sabiq başçısı, Azərbaycan Demokratik İstiqlal Partiyası Ali Məclisinin sədri. Gündüz Cəlilov 30 mart 1954-cü il tarixində Ermənistan Sovet Sosialist Respublikasının Zəngibasar rayonunun Zəhmət kəndində anadan olmuşdur. 1970-ci ildə orta məktəbi bitirmiş, 1975-ci ildə isə Azərbaycan Neft və Kimya İnstitutundan məzun olmuşdur. İxtisasca energetik-mühəndisdir. İnstitutu bitirdikdən sonra "Azərenerjisalma" müəssisəsində mühəndis kimi çalışmağa başlamışdır. Gündüz Cəlilov sovet dövründə Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. O, 1983-cü ildən Azərbaycan Kommunist Partiyasının Xətai Rayon Komitəsində təlimatçı, 1985-ci ildən Neft-Mədən Maşınqayırma Zavodu Partiya Komitəsinin katibi olaraq çalışmışdır. 1988-1990-cı illərdə Xətai Rayon Xalq Deputatları Sovetinin deputatı olmuşdur. Gündüz Cəlilov 1990-cı ilin yanvarından 1992-ci ilin iyulunadək "Vətəndaş" Birliyinin sədri olmuşdur. Gündüz Cəlilov 9 avqust 1993-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin 706 nömrəli fərmanı ilə Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.
Gündüz Məmmədov
Gündüz Aydın oğlu Məmmədov (26 oktyabr 1974-cü ildə, Azərbaycan SSR-in Gəncə şəhərində anadan olub) — Ukrayna hüquqşünası, hüquq elmləri namizədi, dosent, Ukraynanın əməkdar hüquqşünası. 18 oktyabr 2019-cu ildən 27 iyul 2021-ci il tarixədək Ukrayna Baş prokurorunun müavini vəzifəsində çalışmışdır. 1996 — “hüquqşünaslıq” ixtisası üzrə Meçnikov adına Odessa milli universitetini bitirib. 2013 — Odessa iqtisad universiteti bitirib. Öz əmək fəaliyyətinə 1996-cı ildə Ukrayna prokurorluğunda başlayıb. O, prokuror köməkçisi, Odessanın Primorski rayonunun prokurorluğunda təcrübə keçib, sonra rayon prokurorunun birinci müavini olub. 2012-2013 - Kiyev vilayətinin prokurorluğunda çalışıb. 2013-cü ildə Ukrayna Prokurorluğunun Milli Akademiyasının Elmi-Tədqiqat İnstitutunda cinayətkarlıqla mübarizə problemləri üzrə Tədqiqatlar Şöbəsinin baş elmi işçisi olub. 2013-cü ilin dekabrından 2014-cü ilin iyulunadək - Dnepr Ekologiya prokurorluğunun İstintaq şöbəsinin rəisi. 2014-cü ilin iyulundan - Odessa prokuroru.
Gündüz Nəsibov
Gündüz Səfərli
Gündüz Ağəmməd oğlu Səfərli (Ağzıbir) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. Ağdaş rayon Ağzıbir kənd tam orta məktəbinin bitirib. 2002-ci ildə H. Əliyev adına ali hərbi məktəbə daxil olub və 2006-cı ildə həmin məktəbi leytenant rütbəsi ilə bitirib. 2007-ci ildən “N” saylı hərbi hissədə motoatıcı taqım komandiri işləyib. 2007-ci ildə xüsusi seçimlə seçilərək Xüsusi təyinatlı qüvvələrə təyinat almışdır. Fəaliyyətinə görə vaxtından qabaq kapitan hərbi rütbəsinə yüksəlmişdir. Türkiyə Respublikasında dörd gizli kəşfiyyat kursu keçib. 2016-cı ilin aprel döyüşlərində bir çox kəşfiyyat fəaliyyətlərində iştirak edib və döyüşüb. İkinci Qarabağ müharibəsini Cocuq Mərcanlı kəndinin ətrafinda vuruşaraq başlayıb və Şuşaya qədər öz bölməsi ilə irəlləyib.
Gündüz Səmədov
Gündüz İsmayılov
Gündüz Arif oğlu İsmayılov – Azərbaycanı təmsil edən pauerliftinqçi. Gündüz İsmayılov 1996-cı ildə Atlanta Paralimpiadasında mübarizə apardı. Ümumi nəticədə 170 кiloqramlıq nəticə göstərdi və X Yay Paralimpiya Oyunlarını yeddinci pillədə başa vurdu. Daha sonra Gündüz İsmayılov 2000-ci il Sidney Paralimpiadasında mübarizə apardı. Ümumi nəticədə 240 кiloqramlıq nəticə göstərən Gündüz İsayılov və Sidney Paralimpiadasının qızıl medalına sahib oldu. Amma Beynəlxalq Paralimpiya Komitəsinin (IPC) Anti-Dopinq Komissiyası Gündüz İsmayılovdan dopinq üçün götürülən qan analizi nümunəsində qadağan olunan nandrolone preparatı olduğu məlum oldu və onun nəticələri ləğv olundu. Gündüz İsmayılov həmdə 2004-cü ildə baş tutacaq Paralimpiya Oyunlarında mübarizə aparmaqdan da məhrum edildi. Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2016-cı il tarixli Sərəncamına əsasən Azərbaycanın Milli Paralimpiya Komitəsinin yaradılmasının 20 illiyi münasibətilə Gündüz Arif oğlu İsmayılov Azərbaycan Prezidentinin fəxri diplom ilə təltif edildi.
Gündüz Əliyev
Gündüz Etibar oğlu Əliyev (8 fevral 2002; Lerik rayonu, Azərbaycan — 30 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Gündüz Əliyev 2002-ci il fevralın 8-də Lerik rayonunun Loda kəndində anadan olub. Subay idi. Gündüz Əliyev 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Gündüz Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Gündüz Əliyev sentyabrın 30-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Lerik rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Gündüz Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Gündüz Əliyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Gündüz Əlizadə
Gündüz Əlizadə (11 fevral 1955, Əhmədli – 9 dekabr 2017, Almaniya Federativ Respublikası) — azərbaycanlı karikatura və qrafika ustası. Gündüz Əlizadə 1955-ci ildə Bakı şəhərinin Əhmədli qəsəbəsində müəllim ailəsində anadan olmuşdur. 1962- ci ildə Əhmədlidə 64 nömrəli məktəbdə 1-ci sinfə getmişdir. Uşaqlıqdan şəkil çəkməyə olan böyük həvəsi onu Yuri Qaqarin adina pionerlər sarayının rəsm dərnəyinə gətirmiş, Mərhum Məsuma Ağayevanın rəhbərlik elədiyi dərnəkdə rəsm dərsi almağa baslamışdır. 1970-ci ildə 8-ci sinfi bitirmiş Əzim Əzimzadə adına Rəssamlıq Akademiyasının bedii tərtibat fakültəsinə daxil olmuş, 1974-də təhsilini uğurla basa vurmuşdur. Leninqradda Ali təhsil almaq ücün bron almış, lakin bəzi səbəblər üzündən Peterburqda təhsil almaq bas tutmamışdır. Gündüz Əlizadə 1974-cü ildə Volqaqrada hərbi xidmətə cağrilmış, orada da rəssam kimi fəaliyyətini davam etdirmişdir. 1976-cı ildə hərbi xidmətini tamamlamış Əlizadə 1977-ci ildə Mirzağa Əliyev adına incəsənət institutuna daxil olmuşdur. 1982-ci ildə ali təhsilini bitirmiş, Bakı reklam idarəsinə təyinat almışdır. Beş qardaş bir bacı olan Gündüz Əlizadə ailənin ilk övladı idi.
Osman Gündüz
Gündüz Osman Mehdi oğlu və ya Osman Qunduzov (1961, Balakən) — Balakən Rayon İcra Hakimiyyətinin sabiq başçısı (1992-1993), "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti. Osman Gündüz 1961-ci ildə Balakən rayonunda anadan olmuşdur. 1983-cü ildə riyaziyyatçı ixtisası üzrə BDU-nun mexanika-riyaziyyat fakültəsini bitirib. Ölkədə informasiya texnologiyaları sahəsində ilk qeyri-hökumət təşkilatının təsisçisi kimi uzun müddətdir informasiya texnologiyaları sahəsində, ölkənin milli İnternet infrastruktru haqqında araşdırmalarla məşğuldur. Osman Gündüz Azərbaycan İnternetinin inkişafı, tənzimlənməsi və özünütənzimləməsi ilə bağlı müxtəlif beynəlxalq tədbirlərin iştirakçısıdır. Ölkədə milli multimedia məhsulu olan "Azərbaycan panoramı" informasiya sisteminin (1997–1998), təhsildə İKT-nin tətbiqinə əsaslanan "AzTest" interaktiv tədris vəsaitinin, "AzLaws" — Azərbaycan Respublikasının qanunvericilik bazası" İnformasiya sisteminin (1999), "AzTarix"-_6 multimedia dərs vəsaitinin (2004), AzNGO İnformasiya sisteminin (2005) və digər elektron məhsulların müəllifi və hazırlanması ilə bağlı layihələrin rəhbəri olub. 2005-ci ildə parlament seçkilərində deputatlığa namizəd olub. "İnternet. Azərbaycan İnternet Resursları" (2005–2006), "Kompüter. İnformasiya texnologiyalarının əsasları" (2006), "Mobil telefonun özəllikləri.
Tufan Gündüz
Tufan Gündüz (d. 11 may 1964, Kayseri, Türkiyə) — tarixçi, Hacettepe Universitetinin professoru. Tufan Gündüz 11 may 1964-ci ildə Kayserinin Tomarza şəhərində dünyaya gəlmişdir. O, ali təhsilini Qazi Universitetində almış, 1987-ci ildə universitetin tarix müəllimliyi fakültəsini bitirmişdir. Tufan Gündüz, 1996-ci ildə "Bozulus Türkmənləri 1540-1640" adlı doktorluq dissertasiyasını tamamlayaq müdafiə etmişdir. 2006-ci ildə dosent, 2011-ci ildə professor adı alan Tufan Gündüz, hal-hazırda Qazi Universitetində Tarix ixtisası üzrə müəllim kimi fəaliyyət göstərməkdir. Tufan Gündüzün türkmənlər haqqında bir çox akademik araştırmalar aparmışdır. Bunda başqa professorun Osmanlı və Səfəvilər dövlətləri haqqında bir neçə məqaləsi çap edilmişdir .
Şəhla Gündüz
Şəhla Gündüz qızı Abbasova-Mövsumova (12 noyabr 1957-ci il) Bakı şəhəri ,şair-publisist. "Mikayıl Müşviq" və "Xan qızı Natavan" mükafatları laureatı. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdcüsü, müəllim. 1957-ci il 12 noyabr tarixində Bakı şəhərində yazıçı-jurnalist, ictimai xadim,Azərbaycan nasiri, dramaturq Şəmsəddin Abbasov -un ilk nəvəsi olaraq dünyaya gəlmişdir. Atası yazıçı-jurnalist, rəssam və məşhur kino aktyoru Gündüz Abbasov , anası Respublikanın Əməkdar Artisti Ofeliya Məmmədzadə -dir. 1973-cü ildə Bakı şəhəri 190 №li tam orta məktəbi, 1978-ci ildə isə o zamankı Azərbaycan Dövlət Universitetinin "Filologiya" fakultəsini əla qiymətlərlə bitirmişdir. Ailəlidir, 2 oğlu, 5 nəvəsi var. Uzun illər müəllim işləmiş Şəhla Gündüz, eyni zamanda, yaradıcılıqla da məşğul olmuş, neçə-neçə şeiri, məqaləsi,hekayəsi müxtəlif qəzet və jurnallarda dərc edilmiş, ekran və efirdən səslənmiş, sözlərinə mahnılar bəstələnmişdir. Şəxsi layihəsi əsasında yaratdığı özünün də mətnmüəllifi, aparıcısı və rejissoru olduğu "VƏTƏN DƏRSİ" adlı, tarixi-bədii-musiqili tədbirlər artıq iyirmi ildir ki, Azərbaycan məktəbliləri,müəllimləri və ziyalıları tərəfindən böyük maraq və alqışla qarşılanır. "QANAD" və "PÖHRƏ" məktəbli teatrları isə Şəhla Gündüzün fəaliyyətində xüsusi yer tutur.
Gündüz işığı
Gün və ya sutka – zaman ölçü vahidi. Bir Yer günü 24 saata bərabərdir.
Gündüz Kərimov
Gündüz Hacı oğlu Kərimov (1977, Qazax) — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, 1-ci dərəcə dövlət müşaviri, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvü. Gündüz Kərimov 1977-ci ildə Qazax şəhərində anadan olub. 1994-cü ildə Göygöl şəhər 1 nömrəli orta məktəbini bitirib. Evlidir, iki övladı var. 1994-cü ildə Göygöl şəhər 1 nömrəli orta məktəbini bitirib. 1994-cü ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinə daxil olub və 1998-ci ildə bakalavr təhsil pilləsini, 2000-ci ildə isə magistratura təhsil pilləsini fərlqlənmə diplomu ilə bitirib. 1998-ci ildə MDB dövlətləri arasında Sankt-Peterburq şəhərində keçirilmiş "Beynəlxalq humanitar hüquq" üzrə müsabiqədə 2-ci yer qazanıb. 2002-ci ildə Amerika Birləşmiş Ştatlarının İndiana Universitetinin hüquq fakültəsinin magistraturasını bitirib. 2003–2006-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun aspirantı olub. 2008-ci ildə "Beynəlxalq xüsusi hüquqda sənaye mülkiyyəti obyektlərinin hüquqi mühafizəsi" mövzusunda hüquq üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib.
Gündüz bəy
Gündüz bəy (d. 1245? – ö. 1299 İnəgöl) oğuzların Bozox qolunun Qayı tayfasından olan Ərtoğrul Qazi ilə Həlimə Xatunun böyük oğludur. O, Osmanlı İmperatorluğunun qurucusu olan Osman Qazinin böyük qardaşıdır. Əskişəhərdə sancaqbəyi olmuşdur. O, həm də Osmanlı İmperiyasının ilk subaşısıdır. Aydoğdu və Aktemur adlı iki övladı olmuşdur. Gündüz bəy 1299-cu ildə baş vermiş olan İnəgölün tutulması zamanı vəfat etmişdir. 1988-ci ildə TRT 1-də yayımlanmış olan Türk serialı "Osmancıq"da Eşref Kolçak tərəfindən canlandırılmış, 2014-2019-cu illər arasında yenə də TRT 1-də yayımlanmış olan, Diriliş Ərtoğrul serialında isə uşaqlıq dövrünü Yaman Tümen, gənclik dövrünü isə Arif Diren canlandırmışdır.
Gündüz Əbdülov
Gündüz Əliş oğlu Əbdülov (1976, Şuşa, Dağlıq Qarabağ) — Azərbaycan Milli Müdafiə Universitetinin rektoru, polkovnik. Gündüz Əbdülov 1976-cı ildə Şuşa şəhərində anadan olub. O, 2000-ci ildə Türkiyə Milli Müdafiə Universitetində "sistem mühəndisliyi" ixtisası üzrə bakalavr, 2007-ci ildə yuxarı təhsil pilləsi üzrə ABŞ Quru Qoşunları Baş Komanda və Qərargah Akademiyasında operativ və strateji səviyyədə idarəetmə təhsili alıb, 2016-cı ildə Azərbaycan Milli Müdafiə Üniveristetinin Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursunu bitirib. Ailəlidir, 4 övladı var. 2000-ci ildən etibarən Azərbaycan Ordusunda leytenant hərbi rütbəsində hərbi xidmətə başlamış, döyüş bölgəsində yerləşən hərbi hissələrdə və Müdafiə Nazirliyinin Mərkəzi Aparatında müxtəlif komanda-qərargah vəzifələrində polkovnik hərbi rütbəsinədək yüksəlmiş və 2019-cu ilin sonunda öz arzusu ilə ordu sıralarından ehtiyata buraxılmışdır. Xidmət müddəti ərzində NATO-nun Beynəlxalq Hərbi Qərargahında qərargah zabiti, daha sonra isə NATO-nun Brüsseldəki Qərargah Mənzilində Hərbi Komitə yanında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndəsi — Azərbaycan Respublikasının NATO-dakı Missiyasının hərbi məsələlər üzrə müşavirinin müavini vəzifələrində hərbi diplomat missiyasını yerinə yetirmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Əməkdaşlıq İdarəsində şöbə rəisi və idarə rəisinin müavini vəzifələrində xidmət etdiyi dövr ərzində xüsusi ilə Avro-Atlantik məkanda yerləşən xarici dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində NATO-nun Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı və ABŞ-ın Beynəlxalq Hərbi Təhsil və Treninq Proqramı da daxil olmaqla bir sıra hərbi təhsil və təlim proqramlarının Azərbaycan Ordusunda tətbiqinə rəhbərlik etmişdir. Azərbaycan Ordusunun NATO və BMT ilə əməkdaşlığı çərçivəsində missiyaya açılan kontingentinin fəaliyyətinin təşkilinə, habelə Beynəlxalq Qızıl Xaç Komitəsi və Müdafiə Nazirliyi arasındakı ikitərəfli planın icrasına rəhbərlik etmişdir. 2020-ci ildə TƏBİB-in Aparat rəhbəri vəzifəsində təyin olunub. Bu vəzifədə çalışdığı müddət ərzində TƏBİB-in nəzdində yaradılmış COVID-19 pandemiyasına qarşı mübarizə üzrə Koordinasiya Qrupunun fəaliyyətinə və Vətən Müharibəsi dövründə döyüş əməliyyatlarının aparıldığı ərazilərdə TƏBİB tərəfindən həyata keçirilən tibbi xidmətin və təxliyyənin təşkilinə rəhbərlik etmişdir.
Qundaq-qundaq
Sulduz
Sulduz
Qundaq-qundaq oyunu
Mundu
Mundu (fr. Moundou) — Loqon çayının sahilində yerləşir, Çadın ikinci böyük şəhəridir. Bu şəhərdə gəzə biləcəyiniz "Premiyer Musee du Loqon Coğrafiya Muzeyi"dir. Muzeydə Çad əl sənətlərini və heyvan dərilərini sərgiləyirlər.
Qunut
Qunut — əlləri qoşalaşdırıb üz bərabərinə qaldırmaq vəziyyətidir. Şiə məzhəbində cümə namazında birinci rukudan əvvəl və ikinci rukudan sonra, eləcə də digər namazlarda ikinci rukudan əvvəl qunut tutulması müstəhəbdir. Fitr və Qurban bayramı namazlarında 9 qunut tutulur. Fitr və Qurban bayramı namazlarında yaxşı olar ki, birinci rəkətdə beş təkbir deyilsin və hər iki təkbirin arasında bir qunut oxuyar və beşinci təkbirdən sonra başqa bir təkbir də deyib, rukuya gedər, iki səcdə etdikdən sonra təkrarən ayağa qalxar, ikinci rəkətdə isə dörd təkbir deyər və hər iki təkbirin arasında bir qunut oxuyar və dördüncü təkbirdən sonra, başqa bir təkbir də deyərək rukuya gedər, rukudan sonra iki səcdə edib təşəhhüdü oxuyar və namazın salamını verər. Vitr namazında qunut axrıncı rukuya getməzdən əvvəl sünnətdir (yaxud müstəhəbdir). Qeyd: Camaat namazına ikinci rəkətdə qoşulan kəs ikinci rəkətdə (özünün birinci rəkəti) camaat namazının tərtibini pozmamaq üçün qunutu rəca niyyəti (savab ümidi) ilə tutur.
Rundu
Rundu — Namibiyanın şimal-şərqində yerləşən şəhərdir.Okavanqo vilayətin inzibati mərkəzidir. Əhalisi 81,5 min nəfərdir(2010). Reqional ticarət və beynəlxalq turizm inkişaf edir.
Ulduz
Ulduz — ilk vaxtlardan bəri insan səma ilə maraqlanmış, ulduzları araşdırmaq üçün ilk ciddi addım isə, ilk teleskopu reallaşdıran İtalyan alimi Qalileo Qaliley tərəfindən atılmışdır. Göy hadisələri ilə maraqlanan elm sahəsi də "astronomiya" adı altında inkişaf etmişdir. Göy üzündə görünənlərdən də daha çox ulduz olduğu bilinməkdədir. Gözlə görülənlərin sayı, 8000 qədərdir. Şəkilləri çəkilə bilən ulduzların sayı isə 50000000000 qədərdir. Ayrıca səmada işıq verməyən ulduzlar da vardır ki, bunlar öz günəşləri olan ulduzların ətrafında dönməkdədirlər. Ulduzlar kainatda ən çox yayılmış göy cisimləridir. Kosmik maddənin kütləsinin 98%-i ulduzlara məxsusdur. Ulduzlar Günəşəbənzər obyektlərdir, yəni işıq və istilik enerjisinə malik olan qaz kütlələridir. Ulduzlar kütlə, radius və işıqlıqlarına görə bir-birlərindən ciddi fərqlənirlər.
Zunuz
Zunuz (fars. زنوز‎, Zonouz) — İranın Şərqi Azərbaycan ostanında şəhər. Zunuz Mərənd şəhristanına bağlıdır. 2006-cı il məlumatına görə əhalisi 2.618 nəfərdir. Əyalətin şimalında yerləşir. Təbrizə 100 km. uzaqlıqdadır. Xalqı Türküdür. Şəhər və dövrəbərinin güzəran qaynağı əkinçilik, heyvandarlıqdır. Xüsusilə alması və kərə yağı məşhurdur.
Ağabəyli (Sulduz)
Ağabəyli (fars. اقابيگلو‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 384 nəfər yaşayır (97 ailə).
Ağcazivə (Sulduz)
Ağcazivə (fars. اغچه زيوه‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 25 nəfər yaşayır (7 ailə).
Baçanlı (Sulduz)
Baçanlı (fars. چنلو‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 21 nəfər yaşayır (4 ailə).
Buyduz (Xudafərin)
Buyduz (fars. بويدوز‎) — İranın Şərqi Azərbaycan ostanında kənd.. Təbriz şəhristanının Xudafərin bölgəsinin Mincivan kəndistanında, Xudafərin qəsəbəsindən 25 km. cənub-qərbdədir. 2006-cı il məlumatına görə kənddə 147 nəfər yaşayır (30 ailə).
Caşiran (Sulduz)
Caşiran (fars. جاشيران‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 350 nəfər yaşayır (58 ailə).
Dərbənd (Sulduz)
Dərbənd (fars. دربند‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 208 nəfər yaşayır (44 ailə).
Erigeron fundus
Erigeron fundus (lat. Erigeron fundus) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Fərruxzad (Sulduz)
Fərruxzad (fars. فرخ زاد‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,077 nəfər yaşayır (264 ailə).
Gül (Sulduz)
Gül (fars. گل‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 827 nəfər yaşayır (146 ailə).
Gərdəqit (Sulduz)
Gərdəqit (fars. گرده قيط‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 752 nəfər yaşayır (119 ailə).
Heydərabad (Sulduz)
Heydərabad (fars. حيدراباد‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. Kənddə nə qədər əhalinin yaşaması barədə məlumat yoxdur.
Hələbi (Sulduz)
Hələbi (fars. حلبي‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 454 nəfər yaşayır (81 ailə).
Həsənli (Sulduz)
Həsənli (fars. حسنلو‎, azərb. Həsənli-حسنلی‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. Bu kənd çox qədim tarixə malikdir, belə ki kəndin yaxınlığında Mannalar çağına aid olan bir təpə yerləşir. Yerlilər bu təpəni Həsənli təpəsi adlandırırlar. 2006-cı il məlumatına görə kənddə 1,264 nəfər yaşayır (289 ailə). Kəndin əhalisi şiə müsəlman Qarapapaq türklərinin Canəhmədli tayfasından ibarətdir. Kənd əhalisinə görə Çiyənədən sonra Sulduz bölgəsinın ikinci böyük kəndidir.