səfinə-düzünə
səfirxana 2021
OBASTAN VİKİ
Fuad İsmayılov (səfir)
Fuad İsmayılov ( ) — Azərbaycan diplomatı. == Həyatı == Fuad İsmayılov 1968-ci il aprelin 26-da Bakı şəhərində doğulub. Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib. Prezident Adminstrasiyasında, Azərbaycanın xaricdəki müxtəlif diplomatik missiyalarında çalışıb. 2005-ci ildə Azərbaycanın Avstriyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Fuad İsmayılov həmçinin Azərbaycanın ATƏT-də, bir sıra beynəlxalq təşkilatlarda daimi nümayəndəsi, Slovakiya və Sloveniyada səfiri olub. 2011-ci ildə vəfat edib. == Ailəsi == Fuad İsmayılovun vəfatından sonra, həyat yoldaşı 2013-cü ilin martında Cavid Qurbanov ilə ailə həyatı qurub.
Hüseyn Quliyev (səfir)
Hüseyn Quliyev (tam adı: Quliyev Hüseyn Rzaqulu oğlu;23 iyun 1946, Naxçıvan) — Azərbaycan Respublikasının Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri == Həyatı və təhsili == 23 iyun 1946-cı ildə, Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. 1953–1965-ci illərdə Naxçıvan şəhəri, 3 saylı orta məktəbində oxumuşdur. 1965–1970-ci illərdə M. Azizbəyov adına Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun mühəndis-texnoloq ixtisası üzrə təhsil almışdır. === Ailəsi === Evlidir, iki uşağı və üç nəvəsi var. == Fəaliyyəti == 1970–1991-ci illərdə Moskva şəhərində SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşı olub. 1978–1982-ci illərdə SSRİ-nin Kiprdəki səfirliyində birinci katib-müşaviri işləmişdir. 1984–1990-cı illərdə SSRİ-nin Türkiyədəki səfirliyində birinci katib-müşaviri işləmişdir. 1991–1995-ci illərdə Moskva şəhərində Xarici Kəşfiyyat Xidmətinin əməkdaşı olmuşdur. 1995–1997-ci illərdə "İDİL" Türk inşaat şirkətinin Rusiya nümayəndəliyi, 1997–2007-ci illərdə Rusiyanın "Trans-nafta" şirkətinin vitse-prezident vəzifəsində çalışmışdır. 2007–2009-cu illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində şöbə müdiri olub.
Namiq Əliyev (səfir)
Namiq Əliyev (Namiq Həsən oğlu Əliyev; 19 may 1956, Bakı) — Azərbaycanın Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri. Namiq Həsən oğlu Əliyev 1956-cı il mayın 19-da Bakı şəhərində anadan olub. Valideynləri Tiflis şəhərindəndir. 1963–1973-cü illərdə Bakıdakı 160 saylı orta məktəbdə təhsil alıb. 1978-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Əmək fəaliyyətinə 1978-ci ildə Azərbaycan nəqliyyat prokurorluğunun müstəntiqi kimi başlayıb. 1989-cu ildə aspirantura yolu ilə Moskvada dissertasiya müdafiə edib, hüquq elmləri namizədi elmi dərəcəsi alıb. 1979–1991-ci illərdə Bakı Ali Partiya Məktəbində kiçik elmi işçi, müəllim, baş müəllim, dosent, dekan, dövlət quruculuğu və hüquq kafedrasının müdiri, 1992-ci il yanvarın 10-dan Azərbaycan Respublikası Ali Soveti Katibliyinin hüquq-mühafizə orqanları və müdafiə məsələləri şöbəsinin müdiri vəzifələrində çalışıb. 1993-cü il dekabrın 1-də Milli Məclis Katibliyinin Konstitusiya qanunvericiliyi şöbəsinin, 1996-cı il fevralın 27-də isə Milli Məclis Aparatının dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri vəzifələrinə təyin olunub. 2000-ci il dekabrın 20-dən bir müddət Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekanı vəzifəsində çalışıb.
Ramiz Həsənov (səfir)
Ramiz Ayvaz oğlu Həsənov (20 avqust 1961, Məscidli Görarxı, Marneuli rayonu) — Azərbaycan diplomatı, Azərbaycan Respublikasının İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri. Ramiz Həsənov 20 avqust 1961-ci ildə Marneuli şəhərinin Alqet (Məscidli Görarxı) kəndində anadan olmuşdur. 1978–1983-cü illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil almışdır. 1983–1990-cı illərdə SSRİ Xarici Ticarət Nazirliyində çalışmışdır. 1990–1992-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Xarici İqtisadi Əlaqələr Komissiyasında fəaliyyət göstərmişdir. 1993–1997-ci illərdə Azərbaycan Respublikasının Xarici İqtisadi Əlaqələr Nazirliyində məsul vəzifədə çalışmışdır. 1997–2004-cü illərdə Ramiz Həsənov Azərbaycan Respublikası "Azərkontrakt" Açıq Səhmdar Cəmiyyəti sədrinin 1-ci müavini olmuşdur. 2004–2005-ci illərdə Azərbaycan Respublikasının Gürcüstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışmışdır. 14 dekabr 2005-ci ildə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin baş direktoru vəzifəsinə təyin olunmuşdur. 2008–2018-ci illərdə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri olmuşdur.
Rəşad Məmmədov (səfir)
Rəşad Eynəddin oğlu Məmmədov (31 oktyabr 1973, Kirovabad) — Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri, diplomat, hüquqşünas, hüquq üzrə fəlsəfə doktoru. Rəşad Eynəddin oğlu Məmmədov 31 oktyabr 1973 ildə Gəncə şəhərində anadan olub. 1990–1995 — Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. 2002–2004 — G. Plexanov adına Rusiya Dövlət İqtisad Akademiyasının magistraturasını bitirib. 2017–2020 — Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin doktoranturasını bitirib və hüqüq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 1990–1992 — Ədliyyə Nazirliyinin Aparatında Kargüzar olaraq çalışıb. 1992–1994 — Həqiqi hərbi xidmətdə olub. Azərbaycan Respublikası Birinci Qarabağ müharibəsi veteranıdır. Goranboy ikinci ərazi botalyonunda və Müdafiə Nazirliyinin Murov istiqamətində döyüş şəraitində olan N saylı hərbi hissəsində döyüş yolu keçib. 1995–1996 — Bakı Hərbi Prokurorluğunda Mühafizə bölməsinin rəisi olub 1996–2000 — Bakı Hərbi Prokurorunun köməkçisi 2000–2001 — Azərbaycan Respublikası Xariciİşlər Nazirliyi MDB idarəsində attaşe 2001–2006 — Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyində üçüncü katib, ikinci katib.
Rəşad İsmayılov (səfir)
Rəşad İsmayılov (Rəşad Fail oğlu İsmayılov; 7 iyun 1974, Bakı) — Azərbaycan diplomatı, Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri (2018–2022). Azərbaycan Respublikası Xarici İslər Nazirliyinin Yaxın Şərq və Afrika İdarəsinin rəisi (2023), Azərbaycan Respublikasının Oman Sultanlığında fövqəladə və səlahiyyətli səfiri (2024). Rəşad İsmayılov iyunun 7-si 1974-cü ildə Bakıda ziyalı ailəsində anadan olub. 1981–1991-ci ildə Bakı şəhəri M. Rahim adına 7 saylı orta məktəbi qızıl medalla bitirib. Bakı Dövlət Universitetinin hüquq fakültəsinin əyani şöbəsini fərqlənmə diplomu ilə bitirib. Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və Kredit fakültəsinin məzunudur. Daha sonra Həyat Qeyri-Hökumət Təşkilatı Beynəlxalq Hüquq Departamentinin rəisi olub. 1981–1991 — M. Rəhim adına 7 saylı orta məktəb, Bakı şəhəri, Səbail rayonu 1991–1996 — M. Ə. Rəsulzadə adına Bakı Dövlət Universiteti Fakültə — Hüquq , İxtisası — Hüquqşünas. Fərqlənmə ilə bitirmişdir. 2001–2003 — Azərbaycan Dövlət İqtisad Universiteti Fakültə — Maliyyə Kredit, İxtisas — İqtisadçı.
Muxtar Məmmədov (səfir)
Muxtar Məmməd oğlu Məmmədov (1983, Bakı) — ictimai xadim, Azərbaycan Respublikasının İsrail Dövlətində fövqəladə və səlahiyyətli səfiri (2023-cü ildən). Muxtar Məmmədov 1983-cü ildə Bakı şəhərində anadan olub. 2000–2004-cü illərdə Bakı Dövlət Universitetində Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavriat, 2006–2007-ci illərdə Belçikanın Avropa Kollecində Avropaşünaslıq ixtisası üzrə magistratura, 2015–2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Rəhbər kadrların yenidən hazırlanması fakültəsində "Dövlət qulluğunun təşkili və idarəedilməsi" ixtisası üzrə magistratura təhsili alıb. 2007–2008-ci illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçib. 2005–2013-cü illərdə Xarici İşlər Nazirliyində, o cümlədən 2009–2013-cü illərdə Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyində müxtəlif diplomatik vəzifələrdə çalışıb. 2013–2021-ci illərdə Təhsil Nazirliyində sektor müdiri, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri və aparatın rəhbəri vəzifələrində çalışıb. 2021-ci il Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 aprel tarixli Sərəncamı ilə təhsil nazirinin müavini vəzifəsinə təyin edilib. 2022-ci ildə elm və təhsil nazirinin müavini vəzifəsinə təyin olunub. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 23 iyun tarixli Sərəncamına əsasən "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 11 yanvar tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının İsrail Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilib İngilis, rus və türk dillərini bilir.
Məmməd Əliyev (səfir)
Məmməd Əliyev (tam adı: Əliyev Məmməd Novruz oğlu; 18 sentyabr 1942, Tovuz) — fizika — riyaziyyat elmləri doktoru, Bakı Dövlət Universiteti "Bərk cisimlər fizikası" kafedrasının müdiri, professor. 18 sentyabr 1942-ci ildə Azərbaycan Respublikası Tovuz şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1959–1964-cü illərdə Bakı Dövlət Universiteti fizika fakültəsində təhsil almışdır. 1964–1967-ci illərdə Kazan Universitetində aspirant, 1967–1969-cu illərdə isə stajor olmuşdur. 1969-cu ildə "Paramaqnit kristallarda aşağı temperaturlarda dinamik effektlər" mövzusunda Kazan Universitetində namizədlik dissertasiyası müdafiə edib. 1990-cı ildə "Paramaqnit ionlu diamaqnit kristallarda və yarımmaqnit yarımkeçiricilərdə dinamik effektlər" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1973-cü ildə bərk cisimlər fizikası kafedrası üzrə dosent elmi adı almışdır. 1991-ci ildə professor elmi adı almışdır. Məmməd Əliyev 1969-cu ildən 1991-ci ilə kimi Bakı Dövlət Universiteti Fizika fakültəsinin "Bərk cisimlər fizikası" kafedrasında müəllim, baş müəllim,dosent, professor vəzifələrində işləyib. 1991–1992-ci illərdə isə Azərbaycan Dövlət Tibb Universiteti Biofizika kafedrasının müdiri olmuşdur.
Hüseyn Hüseynov (səfir)
Hüseyn Cəlal oğlu Hüseynov (1977, Bakı) — Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri == Həyatı == Hüseyn Cəlal oğlu Hüseynov 1977-ci ildə Bakı şəhərində anadan olub. 1998-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu "beynəlxalq münasibətlər" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 2000-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Siyasi idarəetmə" fakültəsinin magistratura şöbəsini fərqlənmə diplomu ilə bitirib. 2000–2003-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının aspiranturasında təhsil alıb, 2007-ci ildə siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.
Səfir
Səfir — xarici dövlətdə və ya beynəlxalq təşkilatda dövlətin yüksək dərəcəli diplomatik nümayəndəsi. Səfirlər dövlət başçısı tərəfindən təyin olunur.
Yaşar Əliyev (səfir)
Yaşar Əliyev (19 avqust 1955, Bakı) — Azərbaycan diplomatı, Azərbaycanın ABŞ-dəki fövqəladə və səlahiyyətli səfiri (2006–2011), Azərbaycan Respublikasının Amerika Dövlətləri Təşkilatı yanında daimi müşahidəçisi. Yaşar Əliev 1992-ci ildən Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyində çalışıb. 2002-ci ilin martından isə nümayəndəliyə rəhbərlik edib. Azərbaycan Respublikasının Kubadakı fövqəladə və səlahiyyətli səfiri olub. 2006-cı ildə Azərbaycan Respublikasının ABŞ-də fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib və 2011-ci ilin oktyabr ayına qədər səfir işləyib Teymur Elçinin oğludur.
Fransanın Azərbaycan səfirliyi
Fransanın Azərbaycan səfirliyi — Fransa Respublikasının Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliyidir. Paytaxtda — Bakı şəhərində yerləşir. Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri 2022-ci ildən Ann Buayondur == Tarixi == Fransanın Azərbaycandakı səfirliyi 16 mart 1992-ci ildə açılıb.
Fransanın Azərbaycandakı səfirliyi
Fransanın Azərbaycan səfirliyi — Fransa Respublikasının Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliyidir. Paytaxtda — Bakı şəhərində yerləşir. Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri 2022-ci ildən Ann Buayondur == Tarixi == Fransanın Azərbaycandakı səfirliyi 16 mart 1992-ci ildə açılıb.
Lissabondakı Türkiyə səfirliyinə terrorçuların hücumu
Lissabondakı Türkiyə səfirliyinə terrorçuların hücumu — 27 iyul 1983-cü ildə "Erməni İnqilab Ordusu"nun Lissabondakı (Portuqaliya) Türkiyə səfirliyinə hücumu. Terror aktının nəticəsində 7 nəfər həlak olmuşdur o cümlədən 5 nəfər terrorçu, 1 nəfər portuqaliyalı polis və Türkiyə səfirliyinin müvəqqəti işlər vəkilinin həyat yoldaşı 42 yaşlı Cahidə Mıxçıoğlu. Şahidlərin ifadələrinə əsasən həmin günün səhəri saat 10.30 da səfirliyin qarşısına iki ford markalı avtomobil yaxınlaşır, onlardan biri səfirliyin qarşısında dayanır digəri isə səfirliyin dayanacağında. Maşınlar səfirliyi qoruyan portuqaliyalı polisin diqqətini cəlb edir, iki gün əvvəl həmin maşında qələn naməlum şəxslər viza almaq istədiklərini bildirmişdilər, onların sənədlərini soruşanda, tələsik oranı tərk etmişdilər. Polis əməkdaşı dünənki maşının yenidən gəldiyini səfirliyə xəbər verir, özü isə terrorçuların olduğu avtomobilə yaxınlaşır. Bu zaman terrorçulardan biri atəş açaraq polisi yaralıyır, lakin səfirliyin təhlükəsizlik xidmətinin əməkdaşının cavab atəşi ilə atəş açan terrorçu öldürülür. Səfirliyin binasına daxil ola bilməyəcəklərini görən terrorçular səfirliyin yanında yerləşən səfirin igamətkahına daxil olaraq səfirliyin müvəqqəti işlər vəkilinin həyat yoldaşı 42 yaşlı Cahidə Mıxçıoğlunu və onun 17 yaşındakı oğlu Atasayı qirov götürürlər. Terrorçular qirovları saxladıqları otağı minalayaraq, hücum olacağı təqdirdə oranı partladmaqla hədələyirlər. Hadisə ilə bağlı Portuqaliya hökumətinin təcili iclası keçirilir, və qirovları azad etmək üçün yeni yaradılmış xüsusi təyinatlı polis dəstəsindən istifadə etmək qərara alınır. Lakin xüsusi təyinatlılar əməliyyata başlamadan əvvəl terrorçular bombanı işə salırlar.
Qətlə yetirilmiş səfirlərin siyahısı
Qətlə yetirilmiş səfirlərin siyahısı — müxtəlif dövrlərdə öz ölkəsini təmsil etdiyi ölkələrdə və ya başqa bir yerdə öldürülməsi hadisələri. Rəsmi mənbələrin məlumatlarına görə dünyada ilk dəfə qətlə yetirilmiş səfir Fransanın Osmanlı İmperiyasındakı səfiri Antonio Rinkon olmuşdur. Rinkon 1541-ci ilin 3 iyul tarixində Venesiya Respublikasının Rivoli şəhərində Venesiya İmperator Mühafizəsi Xidməti tərəfindən qətlə yetirilib.
Qətərin İraq səfirliyi
Qətərin İraq səfirliyi — Qətərin İraqndakı diplomatik nümayəndəliyidir. Paytaxtda - Bağdad şəhərində yerləşir. Qətərin İraqdakı fövqəladə və səlahiyyətli səfiri 2015-ci ildən Zayed əl-Hayaridir Qətərin İraqdakı səfirliyi Səddam Hüseynin Küveytə hərbi müdaxiləsinə cavab olaraq 1990-cı ildə bağlanmışdır. Yalnız bundan 25 il sonra 2015-ci ildə fəaliyyəti yenidən bərpa olunmuş və bu müddət ərzində ilk dəfə olaraq Qətər əmiri şeyx Təmim bin Həməd Əl-Saninin fərmanı ilə Zayed əl-Hayarini ölkənin İraqdakı səfiri təyin olunmuşdur.
Rusiyanın Azərbaycandakı səfirlərinin siyahısı
Məqalədə Rusiya Federasiyasının Azərbaycandakı səfirlərinin siyahısı təqdim olunub.
Rusiyanın Tehrandakı səfirliyində qətliam
Rusiyanın Tehrandakı səfirliyində qətliam — 30 yanvar 1829-cu ildə Rusiya səfirliyinin əməkdaşlarının və oraya sığınan erməni fitnəkarlarının fanatik qrup tərəfindən kütləvi şəkildə qətlə yetirilməsi. Ölənlər arasında diplomatik missiyanın rəhbəri, yazıçı Aleksandr Qriboyedov da olub. 1828-ci ilin aprelində Türkmənçay sülh müqaviləsi bağlandıqdan sonra Aleksandr Qriboyedov Rusiyanın İrandakı səfiri təyin edildi. 1828-ci ilin payızında səfirlik İrana gəldi. Qriboyedovun əsas vəzifəsi şahın sülh müqaviləsinin maddələrini yerinə yetirməsinə nail olmaq və xüsusən İkinci Rusiya-İran müharibəsinin nəticələrinə görə təzminatın ödənməsinə nəzarət idi. Bütün ölkə müharibədəki məğlubiyyətin əvəzini ödəmək məcburiyyətində qaldı, bu da İran cəmiyyətində narazılığı xeyli artırdı. 20 oktyabr 1828-ci ildə Qriboyedov Rusiya imperiyasının Xarici İşlər Naziri qraf Karl Nesselrodaya məktubunda yazırdı: Müddəalarından birində ermənilərin Rusiyanın tərkibində sərbəst şəkildə köçürülməsinin mümkünlüyünü göstərən Türkmənçay sülh müqaviləsi bağlandıqdan sonra bir çox ermənilər bu fürsətdən istifadə etdilər. 1829-cu ilin yanvarından başlayaraq çoxlu sayda erməni səfirliyə axışaraq Qriboyedovdan Rusiya imperiyasının işğal etdiyi Cənubi Qafqaz ərazisinə köçmək üçün icazə istədi. Şah hərəminin xədimi, şahın qiymətli daşlarının baş xəzinədarı və mühafizəçisi, erməni Mirzə Yaqub Markaryan bu razılaşmadan istifadə edərək qaçıb səfirlikdə gizləndi. Xacənin qaçması xəbəri ilə şahın qəzəbinin həddi-hüdudu yox idi.
Azərbaycanın İrandakı səfirliyinə hücum
Azərbaycanın İrandakı səfirliyinə terror hücumu — 27 yanvar 2023-cü ildə, yerli vaxt ilə səhər saat 08:00 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yerləşən səfirliyinə silahlı hücum. Hücum edən şəxs, İran vətəndaşı Yasin Hüseynzadə "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yarmış, səfirlik əməkdaşlarına atəş açmışdır. Bu zaman səfirlik əməkdaşları onu zərərsizləşdirməyə cəhd göstərmişdir. Basqın nəticəsində diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov həlak olmuşdur. Hücumun dəf edilməsi zamanı iki mühafizəçi yaralanmışdır. Yasin Hüseynzadə İran hüquq-mühafizə orqanları tərəfindən saxlanılmış və istintaqa cəlb olunmuşdur. Hücum aktı ilə bağlı Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başladılmışdır. Azərbaycan Prezidenti İlham Əliyev hücumu qınamışdır. Azərbaycan tərəfi məsuliyyətin İranda olduğunu vurğulamış və hücumu "terror aktı" kimi qiymətləndirmişdir. Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarının evakuasiya ediləcəyini açıqlamışdır.
Azərbaycanın İrandakı səfirliyinə hücuma reaksiyalar
27 yanvar 2023-cü ildə Azərbaycan Respublikasının İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yerləşən səfirliyinə silahlı hücum baş vermişdir. Azərbaycan Prezidenti İlham Əliyev hücumu qınamışdır, Azərbaycan tərəfi məsuliyyətin İranda olduğunu vurğulamışdır. Odur ki, Azərbaycan tərəfi hücumu "terror aktı" kimi qiymətləndirmişdir. BMT Baş Katibi Antoniu Quterreş, Avropa İttifaqı, NATO, GUAM və bir çox başqa beynəxalq təşkilat, başda ABŞ, Birləşmiş Krallıq, Rusiya və Türkiyə olmaqla bir çox ölkə səfirliyə olan hücumu pisləmişdir. == Azərbaycanda == Azərbaycan Prezidenti İlham Əliyev hücumu qınamış, başsağlığı vermişdir. O, əlavə etmişdir ki, "diplomatik nümayəndəliklərə qarşı terror hücumu qəbuledilməzdir". Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva başsağlığı vermiş, yaralıların tezliklə sağalması üçün dua etdiyini bildirmişdir. Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev hücumu Azərbaycan dövlətinə "qarşı bir qəsd" olaraq səciyyələndirmişdir. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi hadisəni "xain hücum" kimi təsvir etmiş, həlak olan şəxsə rəhmət diləmiş, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov hücumu qınamışdır. Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov İranı hücumu "hərtərəfli və təfsilatlı olaraq şəffaf şəkildə" tədqiq etməyə çağırmış, lakin demişdir ki, "İran tərəfinə ümidimiz, etibarımız yoxdur" və hücum ilə əlaqədar "İran bir dövlət kimi məsuliyyət daşıyır".
ABŞ-nin Somali səfirliyi
ABŞ-nin Somali səfirliyi — ABŞ-nin Somalidə yerləşən əsas diplomatik nümayəndəliyidir. == Tarixi == 1991-ci ildə Somalidə gedən vətəndaş müharibəsi səbəbindən səfirlik fəaliyyətini dayandırmışdır. Yalnız 24 il sonra - 2015-ci ildə fəaliyyətini bərpa etmişdir. Yeni səfir Katherine Simonds Dhanani seçilmişdir.
Səfirin qızı
Səfirin qızı Televiziya serialı 16 dekabr 2019-cu il Emre Kabakuşak tərəfindən yaradılb Star TV yayımlanmışdı Səfirin Qızı, O3 Medya və NG Medya filmlərinin birgə istehsalı, ilk bölümü 16 dekabr 2019-cu ildə yayımlandı, rejissor Emre Kabakuşak, ssenarisi Eylem Canpolat və Ozan Aksunqur ' Türk istehsalı dram televiziyası televiziya serialı. Serialın 36 bölümündə rol alan Neslihan Atagül xəstəliyi və Tuba Büyüküstün səbəbiylə serialdan ayrılmalı olub yerini tutdu.2 sezondan ibarət olan serial 11 may 2021-ci ildə yayımlanan 52-ci bölümü ilə sona çatdı. 17 may 2021-ci il tarixindən etibarən TV2 kommersiya kanalı tərəfindən Macarıstanda sinxron yayımlandı. İstehsal Macarıstan səsləri ilə də izlənilə bilən 50-ci türk serialıdır. Serialın çəkilişləri Muğlada aparılıb.
1992 İsrailin Buenos-Ayresdəki səfirliyinin partladılması
İsrailin Buenos-Ayresdəki səfirliyinə hücum — 1992-ci il martın 17-də İsrailin Argentinanın paytaxtı Buenos-Ayresdə yerləşən səfirliyinin binasına edilmiş kamikadze hücumu. Hücum nəticəsində intiharçıdan əlavə 29 mülki şəxs həlak olub, daha 242 mülki şəxs yaralanıb. == Hücum == 17 mart 1992-ci il saat 14:42-də (UTC−3) kamikadzenin idarə etdiyi və partlayıcılarla dolu yük maşını Arroyo və Suipaçan küçələrinin kəsişməsində yerləşən İsrail səfirliyinin önünə çırpıldı və partladı. Nəticədə səfirlik, katolik kilsəsi və yaxınlıqdakı məktəb binası dağıldı. Dörd israilli öldü, lakin qurbanların çoxu Argentinalı mülki vətəndaşlar, çox hissəsi isə uşaqlar idi. Partlayış nəticəsində 29 nəfər öldü, 242 nəfər yaralandı Bu, 1994-cü ildə Argentina-İsrail Birgə Assosiasiyasında partlayışa qədər Argentina ərazisində ən ölümcül terror hücumu idi və dünyada İsrail diplomatik missiyasına qarşı yönələn ən ölümcül hücum olaraq qalır. === Ölümlər === Keşiş Xuan Karlos Brumana kamikadzenin hücumu zamanı həlak olanlardan biri olub. O, səfirliyin qarşısındakı Mater Admirabilis katolik kilsəsində vəfat edib. Ölənlər arasında səfirliyin konsulunun və birinci katibinin arvadı daxil iki israilli qadın da var idi. == Məsuliyyət == İran və ehtimal ki, Hizbullahla əlaqəli olan İslami Cihad təşkilatı adlı qrup məsuliyyəti öz üzərinə götürdü.
Dəməşq şəhərində yerləşən İran səfirliyinin İsrail tərəfindən bombalanması
Dəməşq şəhərindəki İran səfirliyinin İsrail tərəfindən bombalanması — 2024-cü il 1 aprel tarixində Suriyanın paytaxtı Dəməşq şəhərində yerləşən İran İslam Respublikasının səfirliyinə İsrail tərəfindən gerçəkləşdirilmiş bombalama hücumu. İran hücuma görə məsuliyyəti İsrail və Amerika Birləşmiş Ştatlarının daşıdığını açıqlayıb. İran mediası bildirib ki, zərbə nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds qüvvələri birləşməsinin yüksək rütbəli komandiri, briqada generalı Məhəmmədrza Zahidi və digər yeddi SEPAH zabiti də daxil olmaqla ümumilikdə 13 nəfər həlak olub. == Arxa plan == 2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlayandan bəri Yaxın Şərqdə bir çox beynəlxalq güclər tərəfindən müxtəlif təyinatlı hava hücumları həyata keçirilib. 2023-cü ilin oktyabr ayında Qəzza bölgəsində başlanmış müharibə bir çox siyasi şərhçilər tərəfindən Suriya vətəndaş müharibəsi zəmnində İran-İsrail münaqişəsinin bir parçası olaraq görülməkdədir. Suriyada məskunlaşmış İran Silahlı Qüvvələrinə mənsub hərbi birləşmələr, Hizbullah və İraq və Əfqanıstandan olan xarici milislər sözügedən hərbi toqquşmalarda aktiv olaraq iştirak etməkdədirlər. 2023-cü ilin 19 fevral tarixində Suriyanın Dəməşq şəhərində yerləşən bir sıra hərbi obyektlər İsrail Hərbi Hava Qüvvələri tərəfindən həyata keçirildiyi ehtimal edilən hava hücumları nəticəsində vurulub və hücumlardan sonra bir sıra yaşayış məntəqəsi də ciddi formada zədələnib. Fevraldakı hücumlarda 5 nəfər həlak olub, 15 nəfər isə yaralanıb. Hücumlar 2023-cü ilin fevral ayında Hizbullahın yüksək rütbəli səhra komandirlərindən biri olan İmad Muğniyənin 2008-ci ildə öldürüldüyü ərazidə baş verib. 2023-cü ilin 7 oktyabr tarixində HƏMAS tərəfindən İsrailə qarşı başladılmış qəfil hərbi əməliyyatlardan sonra İran HƏMAS birliklərini açıq formada dəstəkləyib və nəticədə İsrail və İran arasında növbəti döyüş əməliyyatlarının başladılması üçün zəmin yaranıb.
Dəməşq şəhərindəki İran səfirliyinin İsrail tərəfindən bombalanması
Dəməşq şəhərindəki İran səfirliyinin İsrail tərəfindən bombalanması — 2024-cü il 1 aprel tarixində Suriyanın paytaxtı Dəməşq şəhərində yerləşən İran İslam Respublikasının səfirliyinə İsrail tərəfindən gerçəkləşdirilmiş bombalama hücumu. İran hücuma görə məsuliyyəti İsrail və Amerika Birləşmiş Ştatlarının daşıdığını açıqlayıb. İran mediası bildirib ki, zərbə nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds qüvvələri birləşməsinin yüksək rütbəli komandiri, briqada generalı Məhəmmədrza Zahidi və digər yeddi SEPAH zabiti də daxil olmaqla ümumilikdə 13 nəfər həlak olub. == Arxa plan == 2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlayandan bəri Yaxın Şərqdə bir çox beynəlxalq güclər tərəfindən müxtəlif təyinatlı hava hücumları həyata keçirilib. 2023-cü ilin oktyabr ayında Qəzza bölgəsində başlanmış müharibə bir çox siyasi şərhçilər tərəfindən Suriya vətəndaş müharibəsi zəmnində İran-İsrail münaqişəsinin bir parçası olaraq görülməkdədir. Suriyada məskunlaşmış İran Silahlı Qüvvələrinə mənsub hərbi birləşmələr, Hizbullah və İraq və Əfqanıstandan olan xarici milislər sözügedən hərbi toqquşmalarda aktiv olaraq iştirak etməkdədirlər. 2023-cü ilin 19 fevral tarixində Suriyanın Dəməşq şəhərində yerləşən bir sıra hərbi obyektlər İsrail Hərbi Hava Qüvvələri tərəfindən həyata keçirildiyi ehtimal edilən hava hücumları nəticəsində vurulub və hücumlardan sonra bir sıra yaşayış məntəqəsi də ciddi formada zədələnib. Fevraldakı hücumlarda 5 nəfər həlak olub, 15 nəfər isə yaralanıb. Hücumlar 2023-cü ilin fevral ayında Hizbullahın yüksək rütbəli səhra komandirlərindən biri olan İmad Muğniyənin 2008-ci ildə öldürüldüyü ərazidə baş verib. 2023-cü ilin 7 oktyabr tarixində HƏMAS tərəfindən İsrailə qarşı başladılmış qəfil hərbi əməliyyatlardan sonra İran HƏMAS birliklərini açıq formada dəstəkləyib və nəticədə İsrail və İran arasında növbəti döyüş əməliyyatlarının başladılması üçün zəmin yaranıb.
Sübhün səfiri
Sübhün səfiri — rejissor Ramiz Həsənoğlunun filmi. Film Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi ilə əlaqədar çəkilmişdir. Film Azərbaycan və Yaxın Şərq ədəbiyyatı tarixində silinməz izlər qoyan, Azərbaycan dramaturgiyasının banisi, böyük ictimai xadim Mirzə Fətəli Axundzadənin həyatı və çoxşaxəli irsindən bəhs edir. Filmdə dramaturqun həyatının 3 dövrü — uşaqlıq, gənclik və qocalığı canlandırılır. Filmdə M.F. Axundzadənin obrazının 30 yaşından ömrünün sonunadək olan dövrünü aktyor Elşən Rüstəmov canlandırmalı idi . Filmin premyerası 28 noyabr 2012-ci ildə Nizami Kino Mərkəzində olmuşdur. Budapeştdə filmin təqdimatı keçirilib. Ssenari müəllifi : Anar Quruluşçu rejissor : Ramiz Həsənoğlu Quruluşçu operator : Kənan Məmmədov (Kənan Əziz kimi) Quruluşçu rəssam : Rafiz İsmayılov (Rafiz Rza kimi) Bəstəkar : Cavanşir Quliyev Səs rejissoru : Teymur Abdullayev Rejissor : Akif Rüstəmov Operator : Tərlan Babayev Geyim üzrə rəssam : Şahin Həsənli (rəssam) İcraçı prodüser : Adil Qulamov Xətti prodüser : Elşən Tarverdiyev Qrim üzrə rəssam : Elbrus Vahidov Geyimlərin eskizi : Tahir Tahirov (Tair Tairov kimi) Montaj : Elmir Həsənov Məsləhətçi : Zaman Əsgərli (filologiya elmləri doktoru, professor) Redaktor : Ramiz Əliyev Musiqi redaktoru : Rauf Əliyev Çalır : Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət qədim musiqi alətləri ansamblı Dirijor : Rauf Abdullayev Ansamblın rəhbəri : Məcnun Kərimov Solo balaban : Elşad Cabbarov Solo tar : Cavanşir Quliyev Solo kamança : Fəxrəddin Dadaşov Rəqslərin quruluşçuları : Zakir Ağayev, Yelena Ağayeva Dekor üzrə rəssam : Elyaz Səfərov Rəssam-fotoqraf : Pərviz Quliyev Qrim ustası : İradə Gülbabayeva Rejissor qrupu : Anar Almazov, Xədicə Qarayeva, Fuad Nəbiyev Operator qrupu : Aydın Ələkbərov, Kamran Qulamov, İlham Babayev, Şunasib Qulamov Mətn düzümü : Ramiz Əliyev Sinxron səs effektləri : Əliqulu Səmədov Xüsusi effektlər : Kamran Məmmədov Qrafika : Aleksandr Melnikov İnzibatçılar : Arif Kərimov, Elnur Əliyev, Vüqar Qurbanov, Günel Zeynalova (II) Rəssam assistenti : Valeh Davudov Geyim üzrə rəssam assistentləri : Arif Niftiyev, Səfurə Həsənli, Nərgiz Vəliyeva, Mehriban Ələkbərova İşıq ustası : Tahir Bağırov İşıqçılar : Şəmsi Qədirov, Xəqani Abdullayev, Rövşən Vahabov Səs texniki : Kamal Məmmədov Operator kranı : Aqil Həsənov, Əsgər Ələkbərov (II) Əlbəsəçi : Turi Lazareva Pirotexniklər : Əlibala Məmmədov, Vaqif Qurbanov Mühasib : Lalə Məmmədova Sürücülər : Əhməd Əbdülov, Mansur Mustafazadə, Kamal Yolçuyev Fəhlələr : Sabit Qədirov, İsmayıl Səfərli Rasim Balayev – Mirzə Fətəli Axundzadə Nicat Əli – gənc Fətəli Fəxrəddin Manafov – Abbasqulu ağa Bakıxanov Məlahət Abbasova – Tubu xanım Günəş Mehdizadə – Nisə xanım (Günəş Mehdiyeva kimi) Pərviz Məmmədrzayev – Xanbaba Rafiz Mehdizadə (Rafiz Mehdi-zadə kimi) – Rəşid Eldar Bağırbəyov – Bestujev-Marlinski Şahin Səlimov — Molla Rafiq Əliyev (II) – Düpon Bəxtiyar Xanızadə – Axund Ələsgər Məmməd Səfa – Həsən bəy Zərdabi Ayşad Məmmədov – Mirzə Şəfi Vazeh Aleksandr Şarovski – İlminski İlham Əsgərov – Şeyx-ül-İslam Oleq Əmirbəyov – Mixail Lermontov Elvin Mirzəyev – Qastino Zaur Şəfiyev – Usmiyev Fərhad İsrafilov – Mirzə Hüseyn Əhməd Uz (Ahmet Uz kimi) – Fuad Paşa Altan Akışık – Münir Əfəndi Erol Alpsoykan – Aleksandr Xalid Qaraata (Halit Karaata kimi) – Akop Vüqar Əliyev – Yavər Şahin Əli Sultan (Ali Sultan kimi) – İmam Fazil Həsən Yıldız (Hasan Yıldız kimi) – Süavi əfəndi Yıldırım Yanılmaz – Fərid Paşa Ahhan Şener – Namiq Kamal Elman Rəfiyev – Fridrix Bodenştedt Yuri Baliyev (Yuriy Baliyev kimi) – Mixail Vorontsov Kamran Yunis – Məmməd Tağı Gülzar Qurbanova – Nanə Almaz Amanova – Məmməd Tağının arvadı Tofiq Əliyev – balaca Fətəli Nilufər Məmmədrzayeva – Fətəlinin bacısı Yaroslav Trifonov – Paxomov Elvin Vəlimətov – gənc Düpon Abgül Mirzəliyev – Səttar Qədirhüseyn İsmayılov – Yavər Elşən Şirəliyev – Nəcəf Hacıbaba Məmmədov – Sərban Ramiz Əzizbəyli – Hacı Qara Ramin Şıxəliyev – Kərəməli Qorxmaz Əlilicanzadə – Molla İbrahimxəlil Azad Şükürov – Molla Həmid Vahid Əliyev – Dərviş Abbas Rəzzaq Məmmədov – nuxulu Məhərrəm Musayev – nuxulu İqrar Salamov – nuxulu Rauf Şahsuvarov – nuxulu Loğman Kərimov – Məstəli şah Dilarə Əliyeva – Şəhrəbanu Aytən Əlibəyli – Şərəfnisə Ənvər Həsənov – Hatəmxan ağa Elvin Əhmədov – Şahbaz bəy Məbud Məhərrəmov – Müsyo Jordan Xalidə Əliməmmədova – Xanpəri Arif Kərimov – vəzir Hikmət Rəhimov – Teymur ağa Mətanət Atakişiyeva – Pəri xanım Lalə Məmmədova (II) – Şölə xanım Aytən Qulamova – Nisə xanım Arzu Hüseynov – Xacə Məsud Şamil Süleymanlı – Şah Abbas Azər Mirzəyev – Zaman xan Mirzə Ağabəyli – mollabaşı Tofiq Bayramov – eşikağası Şahmar Qəribli – münəccimbaşı Əhməd Köşəoğlu (Ahmet Köşeoğlu kimi) İlyas Ədhəmoğlu (İlyas Ethemoğlu kimi) Ənvər Dönməz (Enver Dönmez kimi) Mehmet Yüksəl (Mehmet Yüksel kimi) Boris Qrafkin Əsgər Rəhimov Marina Qrabovskaya Tutu Əliyeva Mehriban Ələkbərova Anar Almazov Sevil Balayeva Əlvida Cəfərov Olqa Arsentyeva Nəmxuda Usubəliyev (Namxuda Usubəliyev kimi) Şahin Həsənov Aydın Əlibalayev Yuri Lobaçov (Yuriy Lobaçov kimi) İsgəndər Qədimov Araz Ağaverdiyev Məsim İslamov Oqtay Əhmədov (II) Laçın Abbasov Seyfəli Əsədov Elvin Manafov Sabir Məmmədov – Şah Abbas (Şamil Süleymanlı) (titrlərdə yoxdur) Xalidə Quliyeva – Tubu xanım (Məlahət Abbasova) (titrlərdə yoxdur) Kamran M. Yunis - Axund Ələsgər (Bəxtiyar Xanızadə) (titrlərdə yoxdur) Vüsal Murtuzəliyev - Rəşid (Rafiz Mehdizadə);Tərcüməni oxuyan (titrlərdə yoxdur) Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi "Zeybək Yapım Film Müzik Tanıtım və Reklamcılık" Şirkəti (Türkiyə) "Yurdfilm" kinostudiyası İstanbul Universiteti Şəki Şəhər İcra Hakimiyyəti Dövlət Tarix muzeyi Muzey Mərkəzi Ramana qəsəbəsinin bələdiyyəsi Novxanı qəsəbəsinin bələdiyyəsi Qala Dövlət Tarix Etnoqrafiya Qoruğu Mərdəkan Mədəniyyət Sarayı Ömər Çalışqan ("Zeybək" şirkəti) Əhməd Köşəoğlu ("Zeybək" şirkəti) Nailə Vəlixanlı Liana Vəzirova Əlibəyli, B. Trilogiyadan...“Xəmsə”yə: Anar və Ramiz Həsənoğlunun “Sübhün səfiri” filmi haqda qeydləri //525-ci qəzet.- 2013.- 2 fevral.- S. 10. Əlibəyli, B. Trilogiyadan...“Xəmsə”yə: Anar və Ramiz Həsənoğlunun “Sübhün səfiri” filmi haqda qeydlər //525-ci qəzet.- 2013.- 9 fevral.- S. 19. “Sübhün səfiri” Şəkidə: [filmin təqdimatı] //Mədəniyyət.- 2013.- 6 fevral.- S. 4.
Yunanıstanın Yaponiyadakı səfirliyi
Yunanıstanın Yaponiyadakı səfirliyi (yun. Πρεσβεία της Ελλάδας στην Ιαπωνία; yap. 駐日ギリシャ大使館) – Yunanıstan Respublikasının Yaponiyanın paytaxtı Tokioda yerləşən səfirliyi. Yunanıstanın Tokiodakı səfirliyi (yun. Πρεσβεία της Ελλάδας στο Τόκιο; yap. 在東京ギリシャ大使館) kimi də tanınır. Yaponiya ilə Yunanıstan arasında diplomatik əlaqələr 1899-cu ildə "dostluq, ticarət və naviqasiya haqqında müqavilə" imzalanmasından sonra qurulmuşdur. Birinci Dünya müharibəsinin sonlarında – 7 mart 1918-ci ildə Tokioda Yunanıstanın Yaponiyadakı krallıq nümayəndəliyi açılmışdır. Nümayəndəliyin ilk rəhbəri Dimitris Verenikis olmuşdur. Lakin bu nümayəndəlik beş il sonra – 9 fevral 1923-cü ildə bağlanmışdır.

Значение слова в других словарях