Sələfilik
Sələfiyyə və ya Sələfilik — Lüğətdə- əvvəl gəlmək, keçmək mənasında olan “sələf” (ərəb. سلف) sözündən törəyən sələfiyyə, ilk İslam alimləri və keçmiş İslam böyükləri ilə onların yolunu tutanlar mənasına gəlir. Bəzən buna “yaxşı”, ”xeyirli” mənasında “salih” sözünü də əlavə edərək , “sələfi-salihin” ifadəsi ilə İslamın ilk dövrlərindəki İslam alimləri nəzərdə tutulur.
Sələfi əqidəsinin yəni İşid qruplaşmasın üzvləri açıq şəkildə hakimiyyətlərini yaymaqdan ötrü baş kəsmək zorakılıq icazəli hesab edirlər.Döyüşdə Şiələrlə mübarizədə məğlub olub qadın paltarı ilə (niqab,burqa) ilə qaçmışdırlar
Termin olaraq isə sələfiyyə- inanc mövzularına aid məsələlərdə ayə və hədislərdəki zahiri ifadə ilə kifayətlənib, bunları olduğu kimi qəbul edən fərqli izahlardan uzaq qalaraq təşbih və təcsimə düşməyən qruplar deməkdir. İlk İslam böyükləri səhabə və tabiindən çıxmışdır. Bu baxımından sələfiyyə, əshab və tabiinin yolunu tutanlar mənasına gələrək Əhli-sünnənin adı olaraq qarşımıza çıxmışdır. Ancaq sələfiyyə daha sonra “xələfiyyə” kimi bilinən Sünni kəlam məktəblərini əhatə etmədiyi üçün bəzi alimlər tərəfindən “Əhli sünnəyi-xassa” digərləri isə “Əhli sünneyi-ammə” şəklində tanınmışdır.
Hz.Peyğəmbərin vəfatından sonra inanc mövzuları və siyasi sahədəki ixtilaflar ətrafında firqələşmələr ortaya çıxdığı zaman, hər bir firqə özünəməxsus bir ad ilə bilinməyə başlamış, bunların xaricində müsəlmanların əksəriyyəti xüsusi bir ad almadan varlığını davam etdirmişdir. Ancaq h. II/m.VIII əsrlərdən etibarən xüsusuilə inanc mövzularında fikir yürüdən və mütaşabih ayələri təvil edən Mötəzilənin ortaya çıxıb inkişaf etməsi ilə birlikdə müsəlmanların əksriyyətinə bağlı alimlər bunlara etiraz etmiş, doğru yolun səhabənin və tabiinin yolunu izləmək olduğunu bildirmişdir.