SƏNDİRLƏMƏK bax səndələmək. Ovçu nişan aldı, ox çıxdı yaydan; Alagöz bir maral qana boyandı; “Ah!” səsi yüksəldi bulaqdan, çaydan; Maral səndirlədi, maral dayandı. N.Xəzri. Nərgiz … səndirləsə də, özünü düzəldə bildi, daşın üstünə çıxıb atı mindi. B.Bayramov.