SƏNDƏLƏMƏK f. Müxtəlif səbəblərdən müvazinəti itirərək, ayaq üstə dura bilməyib yırğalanmaq. Səlim sillənin zərbindən səndələdi. M.İbrahimov. [Firuz] müvazinətini itirərək yerində səndələdi. Ə.Məmmədxanlı.