tüklü

sif. chevelu, -e ; poilu, -e ; velu, -e ; ~ qıç jambe f poilue

tüklənmək
tüksüz
OBASTAN VİKİ
Tüklü albalı
Keçəli albalı (lat. Prunus tomentosa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. Çin, Koreya, Yaponiya və Monqolustanda yabanı halda bitir. Çindən bitki bütün dünyaya yayılmış, XIX əsrin axırlarında isə Rusiyaya çatmışdır. Hündürlüyü 3 m olan, enli yumurtavari dağınıq çətirli koldur. Çoxillik budaqlarının qabığı boz-qonur rəngli olub, qalındır. Budaqları sıx keçə tükcüklüdür. Yarpaqları enli ellipsvari olub, 5 sm uzunluğundadır. Üstdən bozumtul-yaşıldır, payızda qırmızıdan sarı rəngə kimi müxtəlif çalarlarda olur. Çiçək tumurcuqları qısa saplaqlarda və ya budaqların üzərində yerləşir.
Tüklü böyürtkən
Tüklü gərgədan
Yunlu kərgədan (lat. Coelodonta antiquitatis) — Kərgədanlar fəsiləsinə aid nəsli kəsilmiş növ. Qərbi Avropa və Sibirin qarlı düzənliklərində yayılmışdı.
Tüklü gəvən
Astragalus verus (lat. Astragalus verus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. Türkmənistanda və İranda təbii halda yayılmışdır. Hündürlüyü 1 m-dək olan, yuxarı hissəsi seyrək budaqlı koldur. Gövdələri düz dayanan, budaqları çoxsaylı, qalın, uzun və ya qısa, əyilmiş, uzunluğu (2) 3-3,5 sm olan, horizontal iynələrlə sıx örtülmüşdür. Yalançı zoğları yumurtavari, uzunluğu təxminən 0,8-1 sm, ağ keçəli, ucu nazik, biz, möhkəm, bərkdir. Yarpaqları növbəli, ucu iynəlidir, böyümə prosesində bərkiyir və yaşlı budaqlarda yalançı zoğlarla birlikdə qalır. Xırda yarpaqları 6-8 (10) cüt, saplaq iynəsindən qısa, neştərvari və ya neştərvari-uzunsov olub, uzunluğu 2-5 mm, eni 1-2 mm, novşəkilli düzülmüş, iki tərəfdən qısa tüklü, ağımtıl və ya yaşılımtıldır. Çiçək altlıqları xətvari, ucu tüklü, yarpaqların qoltuqlarında iki ədəd, birillik budağın uzunluğu boyunca uzunsov, eni təxminən 1-1,5 sm olan sünbülvari çiçək qrupunda yerləşir. Kasacığın uzunluğu 5-7 mm, təxminən bünövrəsinədək qısa, ağ tükcüklü, dişcikləri konusvari borucuğun yarısına bərabərdir.
Tüklü herniyar
Tüklü herniyar (lat. Herniaria hirsuta) — herniyar cinsinə aid bitki növü.
Tüklü külbaba
Tüklü külbaba (lat. Leontodon hispidus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin külbaba cinsinə aid bitki növü. Çoxillik, 14-40 sm hündürlükdə, gövdəsi, adətən tək, düz və ya qalxan, yarpaqsız, çılpaq, bəzən 1-2 xırda yarpaqlı bitkidir. Kökyanı yarpaqları çoxsaylı, bəzən azacıq tüklü, uzunsov və ya lansetvari, oyuqdişli və ya oyuqdilimli olaraq, arxaya burulmuş üçkünc hissələrə bölünmüşdür. Səbətləri çiçəkləyənə qədər əyilmiş vəziyyətdə olur. Sarğısı 10-15 (17) mm uzunda, uzunsovdur. Yarpaqcıqları tünd yaşıl, xaricdəkilər qısa lansetvari, daxildəkilər xətt - lansetvari, küt və ya iti uclu, hamısı pırpızlaşmış codtüklüdür. Dilcikləri sarı, sarğıdan1,5-2 dəfə uzundur. Toxumcaları mixəyi, 5–8 mm uzunda, dar silindirvari, şırımlı, zəif qırışlıdır. Kəkili toxumcadan bir az uzundur.
Tüklü kərgədan
Yunlu kərgədan (lat. Coelodonta antiquitatis) — Kərgədanlar fəsiləsinə aid nəsli kəsilmiş növ. Qərbi Avropa və Sibirin qarlı düzənliklərində yayılmışdı.
Tüklü mamont
Tüklü mamont (lat. Mammuthus primigenius) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin xortumlular dəstəsinin fillər fəsiləsinin mamont cinsinə aid heyvan növü. Tüklü mamont Pliosen dövründə Mammuthus subplanifrons ilə başlayan mamont növləri sıralamasının axırıncı nümayəndələrindən biridir. M. primigenius Şərqi Asiyada 200 min il bundan əvvəl çöl mamontundan (M. trogontherii) törəyib. Onun yaxın qohumu Asiya filidir.Nəsili kəsilmiş heyvan növüdür Bu canlının görünüşü və davranışı kəşf edilmiş skelet, dişlər, mədə hissələri, peyin və ibtidai icma quruluşuna aid mağara rəsmlərindəki həyat təsvirləri ilə bərabər Sibir və Alyaskadakı donmuş cəmdəklərin kəşfinə görə də ibtidai icma quruluşunda yaşamış heyvanlar arasında ən yaxşı öyrənilmişidir. Avropalılar XVII əsrdə mamont haqqında öyrənməzdən əvvəl Asiyada mamont qalıqları tanınırdı. Bu qalıqların mənbəyi müzakirə mövzusu olub və əsasən əfsanəvi məxluqun qalıqları olaraq izah edilib. Mamont 1796-cı ildə Corc Kuvier tərəfindən filin nəsli kəsilmiş növü hesab edilib. Tüklü mamont təqribi olaraq müasir Afrika filləri ilə eyni ölçüdədir. Erkəklər 2.7–3.4 m çiyin hündürlüyünə çatır və çəkiləri 6 tona qədərdir.
Tüklü maralça
Tüklü maralça (lat. Epicometis hirta Poda.) Buğumayaqlılar tipinin sərtqanadlılar dəstəsinin lövhəbığlar fəsiləsinə aid olan növ Sərtqanadlılar (Coleoptera) dəsətəsinin lövhəbığlar fəsiləsindən olub, qırmızımtıl ayaqları və qanadüstü oval formada olan qara rəngli böcəkdir. Bədəni və qanadüstü bozumtul pulcuqlarla örtülmüşdür. Bığcıqları gözlərlə yan-yana olub oxlov şəklindədir. Bədənin uzunluğu 9-12 mm-dir. Yaşlı fərdləri Naxçıvan MR-in meyvə bağlarında geniş yayılaraq meyvə ağaclarının tumurcuq və çiçəklərinə ciddi zərər verirlər. Xüsusilə ərik, şaftalı və heyvanın tumurcuq və çiçəklərinə 30-35 % zərər yetirir ki, bu da məhsuldarlığın xeyli aşağı düşməsinə səbəb olur. Böcək imaqo mərhələsində torpaqda qışlayır. Yazın əvvəllərində (martın axırı, aprelin əvvəlləri) qış yerlərindən çıxan böcəklər, bəzək bitkilərinin təzəcə əmələ gəlmiş tumurcuqları və sonra təzəcə açılmış çiçəkləri ilə qidalanırlar. Abşeronda az hallarda yenicə açılmış yarpaqlarla da qidalanmaları müşahidə edilmişdir.
Tüklü onaqra
Tüklü palıd
Tüklü palıd (lat. Quercus pubescens) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü. Yabani halda Cənubi Krımda, Zaqafqaziyanın şimal hissəsində, Cənubi Avropada və Kiçik Asiyada bitir. Hündürlüyi 8–10 m-dək, enli çətirli ağac və ya koldur. Gövdəsinin və budaqlarının qabığı tünd bozumtul rənglidir. Yarpaq saplağı və yarpaqları tüklü, kənarları bütöv və ya seyrək dişlidir. Düz qalxan gövdəsi silindrvari formalıdır. Cavan zoğları çox tükcüklüdür. Yarpaqların uzunluğu 5–10 sm, forma və ölçülərinə görə çox dəyişkən, 4–8 cüt küt və ya ucu biz qanadlı, üstü tünd yaşıl, çılpaq, alt tərəfi boz-yaşıl tükcüklüdür. May ayında çiçəkləyir, qozaları noyabr ayında yetişir.
Tüklü qırğıotu
Tüklü rindera
Tüklü rindera (lat. Rindera lanata) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinin rindera cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu / Natonal IUCN Status: "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – VU B1b (i, iii)c(i, iiiEN B1ab(iii) + 2ab(iii). Azərbaycanın nadir növüdür. Çoxillik ot bitkisidir. Gövdəsi düz, qranlı-şırımlı, çiçək qrupu budaqlanan süpürgədir. Yarpaqları bozdur, kökətrafı yarpaqları lansetvari və ya uzunsov iti, 6-18 sm uzunluğunda, 0,8-1,2 sm enindədir. Çiçək qrupu süpürgə, yuxarıdan qalxanvari, sıx, daha sonra syerək, çiçək altlığı yoxdur. Kasacığı 4–6 mm uzunluğunda, ağ tükcüklü, uzunsov dilimlidir. Çiçək tacı çəhrayı, sonradan maviləşəndir, 8–10 mm uzunluğundadır.
Tüklü sumaq
Tüklü sumaq (lat. Rhus typhina) — sumaqkimilər fəsiləsinin sumaq cinsinə aid bitki növü. Şimali Amerikanın şərq hissəsində quru və daşlı torpaqlarda bitən ağac bitkisidir. Hündürlüyü 10-12 m-ə çatır.Gözəl,dekorativ çətirli,qalın,tüklü,açıq-qonur zoğları vardır.Çoxillik zoğların qabığı qonur rəngdədir,çatlayandır.Yarpaqlar tək lələkvaridir,uzunluğu 50 sm-ə qədərdir,11-31 yarpaqcıqdan ibarətdir.Yarpaqcıqların üst səthi tünd-yaşıl,alt səthi ağ-göyümtül rəngdə olub,ucu bizdir.Payızda yarpaqların rəngi açıq-qırmızıdan tünd-qırmızıya qədər dəyişir.Bitki ikievlidir.Çiçəkləri xırdadır,uzunluğu 20 sm-ə qədər olan piramidal süpürgələrə yığılmışdır.Erkəkcikli çiçəkləri sarımtıl-yaşıl,dişicikli çiçəkləri qırmızıdır.Meyvəsi şarşəkilli çəyirdəkmeyvədir,yetişəndə tüklərlə örtülür.2 dekorativ forması vardır:neştərvari (f.laciniata)-dərin dişli,neştərvari yarpaqlıdır; bölünmüş forması (f.dessecta)-lələkvari bölünmüş yarpaqlıdır. Torpaq yaxşı drajenalı,orta miqdarda nəmişli olmalıdır. Mərdəkan dendrarisində 1978-ci ildə introduksiya edilmişdir.Abşeronda bağ və parklarda rast gəlinir. Dekorativ görünüşə malikdir.Oduncağının belə gözəl rəngdə olmasına baxmayaraq yerli əhali tərəfindən demək olar ki,istifadə olunmur.Yarpaqlarından tanin alınır ki,ondan şərabçılıqda və toxumçuluqda geniş istifadə olunur. Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.
Tüklü ulaxqanqalı
Tüklü yasəmən
Tüklü yasəmən (lat. Syringa villosa) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin yasəmən cinsinə aid bitki növü. Çində Pekinin yaxınlığında, Xubey və Şensi əyalətlərində yayılmışdır. Hündürlüyü 4 m-dək olan, sıx yarpaqlı koldur. Cavan budaqları sarı-boz rəngli tükcüklərlə örtülmüşdür. İki illik bitkilərin budaqları boz-qonur-sarı rəngli, çılpaqdır. Saplağın uzunluğu 1-1,5 sm-dir. Yarpaq ayası uzunsov formalı, aşağı və ya yuxarıya daralmış, uzunluğu 4-16 sm və eni 3,5-6 sm, üstü hamar, yaşıl, alt tərəfi yayılmış, yapışıq, əsasən damarcıqların ətrafında yerləşmiş, ağ tükcüklü və ya çılpaq, açıq yaşıl rənglidir. Çiçək qrupunun uzunluğu 15-30 sm, düz dayanan, süpürgəvari, ensiz-piramidal və ya silindrik formalı, keçən ilki zoğların uclarında yerləşmiş, alt tərəfində iki cüt yarpaqlıdır. Çiçək qrupunun oxu çılpaq və ya məxməri tükcüklü, budaqları məxməri və uzun tükcüklərlə seyrək örtülmüşdür.
Tüklü yemişan
Meyer yemişanı (lat. Crataegus meyeri) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. Balkan, Kiçik Asiya, İran və Qafqazda bitir. Hündürlüyü 3–4 m-ə qədər olan tikanlı ağac və ya koldur. Cavan zoğu al qırmızıdır. Yarpaqları hər iki tərəfdən tükcüklü, 5-7 bölümlüdür. Yarpaq saplağı sıx tükcüklüdür. Meyvəsi ovalşəkilli tünd qırmızıdır. İki və ya bir çəyirdəklidir. Budağlarının qabığı boz, qırmızı qonurdur.
Tüklü cökə
Tüklü cökə (lat. Tilia tomentosa) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin cökə cinsinə aid bitki növü.
Tüklü (Anadolu) palıd
Yumşaq tüklü qızıl (film, 1969)
Elmi-kütləvi film Argentinadan Azərbaycana gətirilmiş qəribə qonağın — qunduzun Azərbaycanda artırılmasından bəhs edir.
Tüklüayaq sar
Tüklüayaq sar (lat. Buteo lagopus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl sar cinsinə aid heyvan növü. Bədənlərinin uzunluğu 51-61 sm, kütləsi 800—1300 q. olur. Adi sara oxşayır, lakin bədəninin aşağı hissəsi parlaqdır. Tülküayaq sar Avrasiya və Şimali Amerikada yayılmışdır.
Tüklüayaq xarabaçıl
Tüklüayaq xarabaçıl (lat. Aegolius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinə aid heyvan cinsi. Xarabaçılların əsas yayıldığı yerlər Avropa, Asiya və Şimali Amerikanın dağlıq və düzənlik iynəyarpaqlı meşələridir. Xüsusilə onlar Karpatda, Qafqazda, Orta Asiya dağlarında, Alp dağlarında, Pireney dağları, Balkan yarımadası, Monqolustanın şimalında, Qərbi Çində, Şimali Amerikada - Britaniya Kolumbiyasında, Kanadada və ABŞ-nin şimal rayonlarında, Rusiyanın Kola yarımadası və Kalininqrad vilayətindən Anadır, Kamçatka, Kuril adaları, Saxalinədək yayılmışlar.
Tüklüköy
Tüklüköy (qaq. Tülüküü) Moldovanın Qaqauziya muxtariyətində bələdiyyədir. 3 kənddən ibarətdir: Tüklüköy, Doqquz Tüklüköy və Tüklüköy stansiyası.
Tüklümeyvə ərik
Tüklümeyvə ərik (lat. Prunus dasycarpa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. Vətəni Çindir. Təbii halda ABŞ-də, Əfqanıstanda, İranda, Orta Asiyada, cənubi Qafqazda yayılmışdır. Hündürlüyü 6 m-ə çatan, qırmızımtıl zoğlara malik ağacdır. Yarpaqları yumurtavaridir, ayanın kənarları xırda mişar dişlidir, 6 sm uzunluqda saplağa malikdir. Çiçəkləri ağdır, aprel ayında çiçəkləyir. Meyvəsi çəyirdəkdir, meyvə yanlığının səthi çox kiçik tükcüklərlə örtülüdür, yumrudur, açıq-qırmızıdan bənövşəyiyə qədər müxtəlif rənglərdə olur, çəyirdəyi kələ-kötürdür, lətdən ayrılmır, iyulda yetişir. Bu növ adi əriyə nisbətən gec çiçəkləyir. İşıqsevən, quraqlığa, soyuğa və göbələk xəstəliklərinə davamlı, istisevəndir.
Tüklüquyruqlu mirikariya
Tüklüquyruqlu mirikariya (lat. Myricaria alopecuroides) Şərqi Avropa, Orta Asiya, Monqoliya, Himalay, Pamir və Altay ərazilərində bitir. Hündürlüyü 2 m-dək, alçaq, şaxələnmiş, düz dayanan, az budaqlı koldur. Ətli gözəl zoğları göyümtül - yaşıl, zərif, çox xırda, sıx oturaq. növbəli yerləşmiş, ətli pulcuqvari görnüşlü yarpaqlarla örtülmüşdür. Maydan avqustadək çiçəkləyir. Xırda, zəif, çəhrayı çoxsaylı- ucda yığılmış sıx çiçəkləri sünbülvari və ya sallaq çiçək qrupları əmələ gətirir. Çiçəkləmə prosesində çiçək qrupları 3-5 dəfə uzanaraq 30-40 sm-ə çatır. Meyvələri eyni vaxtda yetişmir. Oktyabrda meyvələrin qutucuqları yetişdikdə açılır və zoğların ucunda yerləşən tükcüklər dəstəsi ―tülkü quyruqlarına‖ bənzəyir.
Tüklüçiçək yemişan
Meyer yemişanı (lat. Crataegus meyeri) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. Balkan, Kiçik Asiya, İran və Qafqazda bitir. Hündürlüyü 3–4 m-ə qədər olan tikanlı ağac və ya koldur. Cavan zoğu al qırmızıdır. Yarpaqları hər iki tərəfdən tükcüklü, 5-7 bölümlüdür. Yarpaq saplağı sıx tükcüklüdür. Meyvəsi ovalşəkilli tünd qırmızıdır. İki və ya bir çəyirdəklidir. Budağlarının qabığı boz, qırmızı qonurdur.

Значение слова в других словарях