tısbağa yerişi ilə

Lit. at a tortoise’s pace / Cf. at a snail’s pace черепашьим шагом (ходом)
tısbağa kimi yerimək
tikan kimi gözə batmaq
OBASTAN VİKİ
Tısbağa
Tısbağalar (lat. Testudines) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinə aid heyvan dəstəsi. Su tısbağalarının ayaq pəncələrində barmaqlarının arasında pərdə vardır. Bu, suda üzməyi asanlaşdırır, sürəti artırır. Bu pərdə quru tısbağalarında olmur. === Müasir tısbağaların ölçüləri və çəkiləri === Tısbağaların ölçüləri böyük diapazonda dəyişir. Dəniz tısbağaları quruda yaşayanlardan böyükdür. Ən böyük müasir tısbağa dərili tısbağalardır (Dermochelys coriacea), uzunluğu 2 m, kütləsi 900 kq. Ən kiçiyi namaklavend tısbağası (Homopus signatus) olub, uzunluğu 10 santimetrdir.
Conatan (tısbağa)
Conatan ləqəbli tısbağa (1832 - 2014) — dünyanın ən yaşlı tısbağası. İlk dəfə 1882-ci ildə onu ev heyvanı kimi götürmüşdülər. Tısbağaların yetişkin olmağı üçün 50 il vaxt lazımdır. O planetin ən yaşlı canlısı kimi rekord yaratmışdır. Deyilənlərə görə Hindistanda 250 il yaşayan tısbağalar olmuşdur.
Dərili tısbağa
Dərili tısbağa (lat. Dermochelys coriacea) — dərili tısbağalar sinfinin (Dermochelyidae) yeganə çağdaş növü. Bunlar çağdaş dünyanın ən böyük tısbağalarıdır. Bədəninin ümumi uzunluğu 2,6 m, qabaq üzlükləri arasındakı məsafə 2,5 m, çəkisi 916 kq-dır. Digər mənbələrə görə bu tısbağaların gövdə uzunluğu 2,5 metrə, ön üzgəclərin uzunluğu 5 m-ə, çəkisi isə 600 kq-a çatır. == Təsviri == Trias dövründən bəri bu heyvanların təkamülü ayrı bir yol keçdiyindən digər tısbağalardan əhəmiyyətli dərəcədə fərqlənir. Onların sümüyü skeletlə əlaqəli deyil və ən böyüyü uzununa silsilələr əmələ gətirən bir-birinə bağlı kiçik sümük lövhələrdən ibarətdir. Buynuzvari silsilələr yoxdur, çanağ sıx bir dəri ilə örtülmüşdür. Ehtimal ki sorulmuş buynuzvari qabıqdan əmələ gəlmişdir. Bədənin orta sıxlığı dəniz suyunun sıxlığı ilə təxminən eynidir.
Nəhəng tısbağa
Nəhəng tısbağa və ya nəhəng seyşel tısbağası (lat. Aldabrachelys gigantea) — quru tısbağalarına daxil olan növ. Aldabra adasına endemik canlıdır. Nadir növ sayılır. Bəzi fərdləri təbii şəraitdə 150 il yaşayır. Bu növə daxil olan Advayda tısbağası 2006-cı ildə ölmüşdür. Onun yaşının 150–250 il srası olması ehtimal edilir. == Təsviri == === Xarici görünüş === Olduqca iri olan tısbağanın böyük ayaqları olsa da kiçik başa sahibdir. Çanağının uzunluğu nadir hallarda 120 sm çatır, Ancaq adəti üzrə 105 sm-dir. Quru tısbağalarına daxil olan iki iri növdən biridir.
Saçaqlı tısbağa
Saçaqlı tısbağa və ya mata mata) (lat. Chelus fimbriatus) — Monotip Chelus cinsinə daxil olan Cənubi Amerika ilanboyunlu şirin su tısbağası. Son dərəcə qəribə və özünəməxsus bir görünüşə malikdir. == Təsvir == Çanağının uzunluğu 40 sm-dir. Çanağın kəskin konusvari tüberklər tərəfindən əmələ gələn dişli kənarları var. Bu canlının üçbucaq başı və umşaq xortumu vardır. Uzun oynunun kənarlarında qəribə çıxıntılar vardır. buna bənzər çıxıntılar boğaz və yan nahiyələrəd belə vardır. Bu heyvan yaxşı maskalanmaq imkanı verir. Bu canlıların yetkinlərinin çəkisi 15 kq çatır.
Timoti (tısbağa)
Timoti (ing. Timothy; 1839 — 3 aprel 2004) — Böyük Britaniya Krallıq donanması gəmilərinin maskotu. Dişi bir Aralıqdənizi tısbağası. Krım müharibəsinin son şahidi. Timoti 1854-cü ildə Kurtene nəslindən olan kapitan Con Everard tərəfindən portuqaliyalı bir pirat gəmisində tapılır. Krım müharibəsində Sevastopolun bombalanmasına qatılan HMS Queen gəmisinin, daha sonra HMS Princess Charlotte və Nankin yelkənli gəmilərinin maskotu olur. 1892-ci ildə quruya gətirildikdən sonra Timoti Devon qraflığında, Poudereme qəsrində yaşayır. Yalnız 1926-cı ilədə sahibləri Timotinin erkək deyil, dişi olduğunu müəyyən edirlər. Tısbağa 3 aprel 2004-cü il tarixində 165 yaşında ölür və qalada basdırılır. Timotinin ölümü, İngiltərənin ən yaşlı sakininin öldüyünü elan edən əsas ingilis mediasında böyük bir xəbərə səbəb olur.
Tısbağa gölü
Tısbağa gölü (gürc. კუს ტბა) — Gürcüstanda, Tbilisi şəhərinin cənub-qərbində, Mtatsminda dağının şimal yamacında yerləşən göl. Dəniz səviyyəsindən 686.7 metr yüksəklikdə yerləşir. Sahəsi 0,034 km²-dir. Uzunluğu 180 metr, eni isə 50 metrdir. Ekzotektonik sürüşmə (əsasən qayalı sürüşmə) yaradır. Varazisxevinin suyu gölə atılır. Gölün əsas qida mənbəyi yağış və yeraltı sulardır. Balıq azdır. Gölün ətrafında Vake parkı və Mtatsminda parkı yerləşir.
Tısbağa tərbiyəçisi
Tısbağa tərbiyəçisi (türk. Kaplumbağa Terbiyecisi) — Osman Hamdi Beyin 1 may 1906-cı ildə Parisdə Fransız Sənətçilər Dərnəyinin təşkil etdiyi Salon sərgisi üçün çəkdiyi rəsm əsəri. Bu əsər 2004-cü ildə Türk rəsm sənəti tarixində ən yüksək qiymətə, 3,5 milyon dollara satılmışdır. Əsəri Suna və İnan Kıraç Vakfı Pera Muzeyində sərgilənməsi üçün satın almışlar. == Ümumi məlumat == Parisin Böyük Sarayında ilk dəfə sərgiyə çıxarılan bu əsər öncə "Tısbağalar və adam" kimi adlandırılmışdır. Rəsm üzərində yazılmış 1906-cı il yazısı deməyə imkan veriri ki, əsər ilin əvvəllərində çəkilmişdir. Bir il sonra Osman Hamdi Bəy nisbətən kiçik və bəzi fərqlər olmaqla ikinci bir əsəridə çəkmişdir. İkinci əsərdə rəssamın qohumu olan "Salih Münir Paşaya itihaf olunur" yazısı var. Əsərin çəkilməsi ilə bağlı iki əsas fikir mövcuddur: 1. Bu əsərin çəkilməsindən 37 il əvvəl Osman Hamdi Bəy Bağdadda olan zaman babasına yazdığı məktubda təsadüfən əlinə keçən Tour de Monde jurnalının bir nüxsəsini maraqla oxuduğunu söyləyir.
Tısbağa şorbası
Tısbağa şorbası — əsasən Yaşıl tısbağa, Kaymanabənzər tısbağası, Qrifəbənzər tısbağa və Uzaqşərq tısbağası ətindən hazırlanır. == Tarixi == Hüquqi baxımdan tısbağa supunun hazırlanması qadağandır. Səbəb isə tısbağa şorbasında istifadə edilən tısbağaların böyük əksəriyyətinin qırmızı kitaba düşməsi və nəslinin kəsilmə ethimalının böyük olmasıdır. == Resept == Qatı qəhvəyi rəngdə olan şorbadır. Tısbağanın əti hissələrə bölünərək 3–4 saat yarımduzlu suda qaynadılır. Şorbaya qatılıq vermək məqsədi ilə ona kartof qatılır.. Bir çox Asiya ölkələrində, xüsusi ilə Sinqapurda çin mətbəxinin delikatesi hesab edilir. Ona çoxlu sayda ədva qatılır. Bu isə onun dadını artırır. == Tısbağa şorbasının təqlidi == İngilis dilli ölkələrdə saxta tısbağa şorbası hazırlanır.
Yaşıl tısbağa
Yaşıl tısbağa və ya yaşıl dəniz tısbağası (lat. Chelónia mýdas) — Dəniz tısbaları fəsiləsinə aid canlı. Yaşıl tısbağalar (Chelonia Brongniart, 1800) cinsinin yeganə nümayəndəsidir. Əvvəllər isə Avstraliya yaşıl tısbağası bu cinsə daxil olsa da, hazırda Natator cinsinə daxildir. == Növün təsviri == Yaşıl tısbağalar əsasən Dünya okeanın sularında, Atlantik okean və Sakit okeanının tropik və subtropik qurşağın sahil sularında yayılmışlar. Yaşıl tısbağa 80–150 sm arası olan çanağa sahibdir. Çəkisi isə 70–200 kq arasında dəyişir. Ancaq nadir hallarda uzunluğu 200 sm və çəkisi 400–500 kq olan fərdlər müşahidə edilir. Adının yaşıl tısbağa olmasına baxmayaraq, rəngi zeytuni yaşıl rəngdən tutmuş, qəhvəyi rəngdə olan fərdlərə rast gəlinir. Onların üzərində sarı və ağ ləkələr müşahidə edilir İlk illər yaşıl tısbağa açıq dənizdə yaşayır.
Sini çanaqlı tısbağa
Sini çanaqlı tısbağa (Caretta caretta), dənizlərdə yaşar. Yumurtaqoymaq xaricində quruya heç çıxmaz. Kürək tərəfi qırmızı-qəhvəyi alt tərəfi isə ağımtıl açıq sarı rənglidir. Qıçları üzməyə yarayacaq şəkildə kürək forması alıb və xarici kənarlarında ən çox 2 dırnaq var bu da daha çox yeriyici yox üzücü olduğu üçün dür. Oksigeni havadan almasına baxmayaraq uzun müddət sualtında qala bilir. Yumurtalarını gecə qumlularda açdıqları çuxurlara basdırarlar. Bir dəfəyə 100 yumurta qoya bilir (maksimum 162ə qədər təsbit edilmişdir). Balalar 2 aylıq kürt dövründən sonra gecə vaxtı yumurtadan çıxaraq dənizə qaçırlar ki bunun özü ayrı bir mənzərədir. Aralıq dənizi sahilləri üçün endemikdir. Ən əhəmiyyətli yumurta qoyma bölgəsi Adananın Yumurtalıq mahalı və Bələk, Anamur, Kəndsiyəz, Dalyan sahilləridir.
Tısbağa (sualtı qayıq)
Tısbağa (ing. Turtle) — Hərbi məqsədlər üçün yaradılmış ilk sualtı qayıq. Amerikalı müharibə veteranı Devid Buşnel (1740 – 1824) tərəfindən ixtira olunmuşdur. Tısbağa suyun altında düşmən gəmilərinə yaxınlaşaraq dəniz minasını gəminin alt hissəsinə yerləşirir və ərazidən uzaqlaşdıqdan sonra mina partladılırdı. Tısbağadan ilk dəfə ABŞ İstiqlal müharibəsi dövründə Britaniya Donanmasının gəmilərinə qarşı istifadə olunmuşdur. Konnektikut ştatının qubernatoru Conatan Trumbel ixtiranın müharibədə istifadə olunmasını Corc Vaşinqtona məsləhət görmüşdür. Vaşinqton Tısbağanın açıq müharibədə istifadə olunmasına ilk öncə isti yanaşmasada, hərbi məqsədlər üçün olan ilk sualtı qayığın test edilməsi üçün lazımi maliyyə vəsaitinin ayrılmasına razılıq vermişdir. Aparılan test yürüşlərinin ardından ilk dəfə 1776-cı ildə Nyu-York limanında lövbər salan Böyük Britaniya donanmasına aid gəmilərin alt hissələrinə tısbağa vasitəsilə dəniz minasının yerləşdirilməsinə cəhd göstərilmişdir. İlk cəhdlərin hər biri uğursuzluqla nəticələnir və sualtı qayığın mövcudluğu ingilis dənizçilər tərəfindən aşkarlanır. Tısbağada olan əsas problem oksigen çatışmamazlığı idi.
Tısbağa ağır hücum tankı
Tısbağa ağır hücum tankı (A39) — İkinci Dünya müharibəsi əsnasında inkişaf etdirilmiş bir ingilis mənşəli ağır hücum silahı konstrukturunda idi, lakin heç vaxt kütləvi istehsal edilməmişdir. Bu tank Ziqfrid xətti kimi güclü möhkəmləndirilmiş əraziləri təmizləmək üçün hazırlanmışdır və nəticə olaraq tankın sürətli və çevik olması yerinə zireh qorunmasına üstünlük verilmişdir. Ağır olsa da, 78 ton ağırlığında və asanlıqla daşınmasa belə, etibarlı və yaxşı silah platforması hesab olunurdu. Müharibənin sonuna qədər tısbağanın yalnız bir neçə prototipi istehsal edilmişdir. Transmissiya sistemi 6 pilləli olub, irəli və geri prinsipinə əsaslanıb. Asqı sistemi burulma çubuğudur. Əməliyyat mənzili 87 mil (140 km) idi. == İnkişafı == 1943-cü ilin əvvəllərində, Müttəfiq qüvvələr, gələcəkdəki Avropa istilasına qarşı almanların şiddətli müqavimət göstərəcəyini zənn edirdilər, lakin Üçüncü Reyx ordusu Ziqfrid xətti kimi olduqca güclü şəkildə möhkəmləndirilmiş mövqelərdən müharibə aparırdı. Nəticədə hücum tankları şəklində yeni bir vasitə sinfi meydana çıxdı ki, bu da hərəkətliliyə nisbətən daha yüksək zireh müdafiəsini özündə ehtiva edirdi. Əvvəlcə iş Cromwell tankına əsaslanan Excelsior tankında (A33) cəmləşdi.
Cəlal ilə Ceren
Celal ilə Ceren — Türkiyə istehsalı komediya film. "Hər kəsin bir Cereni var" şüarı ilə çəkilən film, altı ildir birlikdə olan sevgililərin ayrıldıqdan sonra yaşadıqları hekayədən bəhs edir. Şahan Gökbakar filmdəki baş rolu Ezgi Mola ilə bölüşdü. İstifadəçilərin səsverməsi nəticəsində IMDb Worst 100 siyahısında birinci yerdədir. == Mövzu == 30 yaşında olan Celal (Şahan Gökbakar), Karaköydə atasının elektrikçi dükanında işləyir. Sözlüsü yenə 30 yaşında olan Ceren (Ezgi Mola) isə bir mebel mağazasında işləməkdədir. İki sevgilinin birlikdə olması 6 il davam etmişdir və hələ də Celal evlilik təklifi etməmişdir. Celal bir dostunun subaylığa vida şənliyinə getmək istəyəndə cütlük dəhşət dərəcədə savaşır və ayrılırlar. Ceren getməyini istəməsə də, Celal yalan deyib Cereni aldadaraq Aksaraydakı Rus qadınlarının olduğu şənliyə gedir. Şənlikdə Cəlalın dostu böyük bir saflıqla Cəlalın Rus qızlarla bərabər əyləndiyi video görüntüləri İnternetə qoyur.
Fil ilə edam
Fil ilə edam — Cənubi və Cənub-Şərqi Asiyada, asiya fillərindən istifadə olunaraq gerçəkləşdirilmiş edam növü. Fil ilə edam üsulu orta əsrlərdə Hindistanda geniş istifadə edilmişdir. Bu məqsədlə asiya fillərinin xüsusi şəkildə əhilləşdirildikləri məlumdur. Fil bələdçiləri xüsusi əhilləşdirilmiş fillər vasitəsilə edam ediləcək şəxsi anidən yox, əzab verərək öldürməyi bacarırdılar. Fil ilə edamların gerçəkləşdirilmişəsi Böyük Moğol imperiyasının hökmdarları üçün sonsuz güc və səltənət simvolu olaraq qəbul edilmişdir. Asiya qitəsində və xüsusilə Hindistan ərazilərində məhkumların fillərin ayaqları altına atılaraq edam edilməsi həmin dövrdə Avropadan gəlmiş səyyah və tacirlərin böyük marağına səbəb olmuşdur. Orta əsrlərdə yaşamış bir çox avropalı səyyah şahidi olduğu mənzərələr haqqında müxtəlif qeydlər yazmışdır. Fil ilə edam üsulu XVIII və XIX əsrlərdə Hindistanda müstəmləkəçilik siyasəti yeridən ingilislər tərəfindən zamanla qadağan edilmişdir. Hindistana qədər insanların fillərin ayaqları altına atılaraq edam edilməsi üsulu, nadir hallarda olsa da Qədim Roma və Karfagen dövlətində üsyançı əsgərlərə qarşı istifadə edilmişdir. == Mədəni xüsusiyyətlər == Fillərin həssaslığı, dözümlülüyü və çox yönlü olması, romalılar tərəfindən döyüş məqsədilə istifadə olunmuş şir və ayılara nəzərən daha çox üstünlük yaratmışdır.
Fotoqrafiya ilə evlilik
Fotogəlin (写真花嫁, şaşin hanayome, ing. picture bride) və ya bəzən poçtla gələn gəlin (ing. mail-order bride) – XX əsrin əvvəllərində ABŞ-yə miqrasiya etmiş yapon kişilərin özlərinə Yaponiyadan gəlin tapmaq üçün istifadə etdikləri praktika. Yaponiyaya qayıtmaq istəməyən kişi miqrantlar ölkələrindəki əlaqələndirici şəxslərin vasitəsilə özlərinə uyğun gəlin tapırdılar. Bu zaman cütlük bir-birini ancaq fotoşəkillərdən tanıyırdı və fotogəlin ancaq ABŞ-yə gələndə əri ilə tanış ola bilirdi. Fotogəlinlər ABŞ-də yapon icmasının formalaşmasında vacib rol oynamışdırlar: ABŞ-də yapon kişilərlə qadınların sayında bərabərliyi təmin etmiş və ABŞ yaponları arasında ailə həyatını stabilləşdirmişdir. Onların uşaqları ABŞ vətəndaşı olmuş və yapon icmasının ABŞ cəmiyyətinə assimilasiyası üçün vasitəçi olmuşdurlar. == Arxa plan == ABŞ-yə miqrasiya etmiş birinci nəsil yaponların çox böyük qismi kişilər olmuşdur. 1905-ci ildən sonra ABŞ-də məskunlaşmağa qərar verən kişi miqrantlar evlənmək üçün fotogəlin praktikasından istifadə etməyə başlamışdırlar. Fotogəlin praktikasının mənşəyi Yaponiyadakı evlilik konsepsiyası ilə əlaqədardır.
Kəsmə ilə emal
Kəsmə ilə emal - mexaniki emal üsullarına aid olan texnologiyadır. Burada pəstahda olan artıq material yonularaq (kəsilərək) çıxarılır və lazımi olan formaya salınır. Baxmayar ki, bu üsullarla qeyri metallar da emal oluna bilirlər, çox vaxt kəsmə ilə emal metalların emalı ilə əlaqələndirilir. Bunun səbəbi sənaye inqilabı dövründə maşınqayırmanın inkişafı ilə bağlıdır. Maşınlarda çalışan peşəkarlardan tornaçılar və başqa mütəxəssislər meydana gəlirlər. Əslində əl ilə emal da (məsələn, yonma, yiyələmə, mişarlama) bu sahəyə aiddir. Kəsmə ilə emal istehsal prosesinin tərkib hissəi olub ayrıca bir elm kimi tədqiq olunur. Kəsmənin əsas prinsipi iti tilə malik kəsici alətinin pəstahın səthinə girməsi və bunun nəticəsində nazik material qatını - yonqarı çıxarmasından ibarətdir. Alətin materialı emal olunan pəstahın materialından bərk olmalıdır. Yumşaq materialların emalında adi polad kəsici material kimi tətbiq oluna bilir.
Palitra ilə avtoportret
Palitra ilə avtoportret (fr. Portrait de soi avec la Palette) — Fransız boyakarı Pol Sezannın məşhur avtoportretlərindən biridir. Əsər İsveçrənin Sürix şəhərində yerləşən E.G.Bührle fonduda saxlanılır.
Qartal ilə ovçuluq
Qartal ilə ovlamaq, Avrasiya çölündə tapılan, qədim türk xalqları tərəfindən tətbiq olunan ənənəvi ovçuluq formasıdır. Bu gün Qazaxlar və Qırğızlar tərəfindən çağdaş Qazaxıstan və Qırğızıstandan, habelə Monqolustanın Bayan-Ölqiy vilayətində və Çinin Sintszyan-Uyğur Muxtar Rayonunda ovda qartallardan istifadə olunur. Bu bölgələrin əhalisinin ən çox berqutlarla ovlamaqla məşhur olsalar da, şimal qırqovulları, şahin, ütəlgi qızılquşlar və bir çox digər quşalrı əhliləşdirməsi məlumdur. == Terminologiya == Həm qazax, həm də qırğız dilində ümumilikdə yırtıcı quşlarla ov edənlər və qartallarla ov edənlər üçün ayrıca terminlər mövcuddur. Qazax dilində həm qusbegi, həm də sayatşi ümumilikdə ovçulara aiddir. Qusbegi qus ("quş") və bek ("ağa") sözlərindəndir, beləliklə sözün əsl mənası "quşların ağası" kimi tərcümə olunur. Köhnə türk dilində kus begi, sarayın şahin ovçusunun qiymətləndirəni rolunu əks etdirən xanın ən hörmətli məsləhətçiləri üçün istifadə edilən ad idi. Sayatşi, türk dilində peşəkar adlar üçün istifadə edilən sayat ("şahinlik") sözündən və -şi şəkilçisindən əmələ gəlir. == Tarix == === Xitaylar === Eramızın 936-45-ci illərində Mançuriyadan olan köçəri bir xalq olan Xitaylar Şimali Çinin bir hissəsini fəth etdilər. 960-cı ildə Çin Sun sülaləsi tərəfindən fəth edildi.
Qarğa ilə tülkü
Qarğa ilə tülkü — 1807-ci ildə böyük rus şairi İvan Andreyeviç Krılov tərəfindən qələmə alınan təmsildir. Təmsil böyük Azərbaycan şairi Mirzə Ələkbər Sabir tərəfindən tərcümə olunmuşdur. == Haqqında == Böyük şair İvan Andreyeviç Krılov Rus ədəbiyyatında dərin iz qoymuş, müxtəlif təmsillərin, komediyaların, satirik jurnalların yaradıcısı olmuşdur. Ona ədəbiyyat aləmində böyük şöhrət qazandıran təmsilləri olmuşdur. O, rus xalqının atalar sözlərindən, məsəllərindən, nağıllarından istifadə edərək öz təmsillərini xalq ruhuna yaxınlaşdırmışdır. İ.A.Krılovun təmsilləri dünya miqyasında tanınmışdır. Onun təmsillərinin əsas xüsusiyyəti sərt həqiqəti dərin düşüncə və mənzərəli dillə birləşdirməsidir. İ.A.Krılovun təmsillərində iki xüsusiyyət vardır: tənqid və nəshiət. Təmsillərində öz dövrünün ictimai nöqsanlarını, ayrı-ayrı hadisələri və şəxsləri tənqid edir.."Qarğa və tülkü" nağılı görkəmli İ.A.Krılovun ən məşhur əsərlərindən biridir. Nağılın süjeti Krılov tərəfindən Jan de Lafontenin "Qarğa və tülkü" , Ezop və Fedr nağıllarından götürülmüşdür.
Slavyanka ilə vidalaşma
"Slavyanka ilə vidalaşma" (rus. Прощание славянки) — bəstəkar Vasili Aqapkin tərəfindən Birinci Balkan müharibəsində ərlərini müşayiət edən slavyan qadınların şərəfinə yazılmış Rusiya vətənpərvərlik marşı. Marş 1912-ci ilin sonunda Tambovda yazılmış və premyerası olmuşdur. 1915-ci ilin yayında Kiyevdə qrammofon sinqlı kimi buraxıldı. Slavyanka "slavyan qadını" deməkdir. == Tarixi == Melodiya Rusiyada və ona daxil olan ölkələrdə Birinci Dünya müharibəsi illərində, rus əsgərləri evlərini tərk edərkən və marşın musiqisi ilə müşayiət olunanda populyarlıq qazandı. 1941-ci il noyabrın 7- də Qırmızı meydanda keçirilən parad zamanı da nümayiş edildi, bundan sonra əsgərlər birbaşa Moskva döyüşünə getdilər. Bu marş həm də admiral Kolçakın Ağ Ordusunun qeyri-rəsmi himni kimi istifadə olunurdu. Qərb mənbələri iddia edirdi ki, mahnı 1957-ci ildə mükafata layiq görülmüş "Durnalar uçur" filmində istifadə edilməzdən əvvəl senzuradan keçməyən mövzular ilə bağlı sözləri olduğu üçün qadağan edilib. Bununla belə, bundan əvvəl ifa olunan mahnının bir çox sənədləri var, bir çoxunu Aqapkinin özü idarə etdi.
Xanım sincab ilə
"Xanım gəlincik ilə" (it. Dama con l'ermellino) — Leonardo da Vinçinin portretlərindən biri. Tədqiqatçıların çoxunun fikrincə bu portretdə Sisilya Qallerani – İl Moro adı ilə tanınan Milan hersoqu Lüdoviko Sforsun sevgilisi təsvir olunub və bu da əsərin mürəkkəb simvolikasında öz təsdiqini tapır. Bu rəsm əsəri "Mona Liza", "Cinevra de Bençinin portreti" və "Gözəl Ferronyera" ilə yanaşı Leonardoya məxsus dörd qadın portretindən biridir. == Portretin ehtimal edilən modeli == Ənənəvi olaraq hesab edilir ki, portretin modeli Milan hersoqunun məşuqəsi Sisilya Qalleranidir. Əvvəllər belə bir ehtimal mövcud idi ki, həmin qadın Leonardonun başqa bir portretində — "Gözəl Ferronyera" əsərində də təsvir olunmuşdur. Lakin hazırda, "Gözəl Ferronyera"dakı modelin, uzun müddət hersoqun məşuqəsi olmuş Lukresiya Krivelli olduğu güman edilir. Bu portretin Qalleraninin təsviri ilə identifikasiyası ən yeni dövrə aiddir. Hələ 1877-ci ildə Leonardo yaradıcılığının tədqiqatçıları yazırdılar: == Yaradılması tarixi və vaxtı == Ehtimal edilir ki, Milan sarayında işləyən Leonardo, portreti Sisilya hersoqun sevgilisi olanda, yəni 1489–1490-cı illərdən başlayaraq işləmişdir. Ədəbiyyatda bir qayda olaraq portretdə 17 yaşlı Sisilyanın təsvir edildiyi göstərilsə də, bu sübut edilməmişdir.
İnterpolyasiya ilə axtarış
İnterpolyasiya ilə axtarış (ing. Interpolation search) — Artan və ya azalan sıra ilə düzülmüş massivdə verilmiş elementin tapılması alqoritmidir. == İşləmə prinsipi == Eyni ilə ikili axtarış alqoritminin sxemi üzrə qurulur. Yeganə fərq ondan ibarətdir ki, massiv hər addımda ikiyə tən ortadan deyil, cari intervalın uclarındakı qiymətlərdən asılı olaraq xətti interpolyasiya ilə tapılmış mövqedən bölünür. Hesablamaya sərf olunan vaxt baxımından intervalın ikiyə ortadan bölunməsi ilə interpolyasıyanın hesablanması arasında fərq ciddi olmadığı üçün, bu intervalın daha böyük sürətlə yığılmasına gətirir. Massivdəki elementlərin sayı N olarsa, bir elementin mövqeyinin tapılması üçün orta hesabla l o g ( l o g ( N ) ) {\displaystyle log(log(N))} müqayisə sərf edilər. Ən pis halda (məsələn verilənlər eksponsional xarakter daşıdıqda) tələb edilən əməliyatların sayı O ( N ) {\displaystyle O(N)} -ə çata bilər.
Poladın izi ilə
Poladın izi ilə — Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimova həsr olunan sənədli film. == İstehsal == === Konsepsiya === "Poladın izi ilə" sənədli filmi Mədəniyyət Nazirliyinin sifarişi ilə "Salnaməfilm” studiyasında istehsal olunub. === Çəkilişlər === Filmin rejissoru və ssenari müəllifi Zamin Məmmədov, görüntü rejissoru Fahir İmanquliyev, məsləhətçisi Vüqar Əsgərov, montaj edəni Sabir Əskərzadə, səs rejissoru Mehman Nadirov, prodüseri Nazim Hüseynovdur. Çəkilişlər Bakıda və Qəbələdə aparılıb. == Yayımlanması == Filmin təqdimat mərasimi 4 may 2022-ci ildə, Nizami Kino Mərkəzində keçilirmişdir.
Səadət yolu ilə
== Məzmun == Tammetrajlı sənədli film Azərbaycanın xalq təsərrüfatının müxtəlif sahələrində qazandığı nailiyyətlərlə, qabaqcıl əmək adamları, elm və mədəniyyət xadimləri ilə, bərəkətli Azərbaycan torpağının nemətləri ilə bizi tanış edir. Ekranda ucu-bucağı görünməyən gözəl dağ çəmənlikləri, "ağ qızıl"-pambıq tarlaları, üzüm bağları, ətirli çay və tütün plantasiyaları bir-birini əvəz edir. Heyvandarlıq və quşçuluq fermaları, yun, barama, meyvə bağları-bütün bunlar zəhmət adamlarının əməyi ilə hasil edilmişdir. Biz həmin zəhmət adamları-Bəsti Bağırova, Şamama Həsənova, Sürəyya Kərimova, Məleykə Quliyeva, Qızqayıt Həsənova, Gilas Verdiyeva, Zərqələm Hacıyeva və onların briqadaları ilə tanış oluruq. Filmdə 148 yaşlı Mahmud Eyvazovu, məşhur müğənnilərimizdən Bülbül, Rəşid Behbudovu, Gülağa Məmmədovu, neftçi Gülbala Əliyevi və Mingəçevir SES-in mühəndisi Sarvan Salmanovu görürük. Xalqlar dostluğu mövzusu filmdə əsas yeri tutur. == Festivallar və mükafatlar == 1) 1956-cı ildə Rejissor Muxtar Dadaşov filmə görə ÜİKTS-in Qızıl medalına layiq görülmüşdür. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Muxtar Dadaşov Ssenari müəllifi: M.Musayev, Muxtar Dadaşov Operator: Muxtar Dadaşov, Seyfulla Bədəlov, Vladimir Zbudski Bəstəkar: Zakir Bağırov Səs operatoru: Əziz Şeyxov Mahnıların mətni: Zeynal Cabbarzadə == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред.