1. Bir işi görmək, həyata keçirmək üçün üsul(lar), vasitə(lər), yol(lar). Məhsuldarlığı artırmaq tədbirləri. Ərzaq problemini həll etmək üçün tədbirlər. Kütləvi tədbirlər.
□ Tədbir tökmək (görmək) – bir şeyi əldə etmək üçün fikirləşib yollar aramaq, yol tapmaq.
// məc. Bir şeyi əldə etmək üçün düşünülən yol, vasitə, üsul; hiylə. Dəlini zəncirlə yox, tədbirlə tutarlar. ( Ata. sözü ).
□ Tədbir etmək – qərarlaşmaq, qərara gəlmək.
2. Təhlükədən qorunmaq üçün görülən hazırlıq. Qripə qarşı mübarizə tədbirləri.