Tərcümə prosesi

1. Bir işarələr sistemindən digərinə keçid. 2. Orijinaldakı hər hansı ekvivalent vahidlərin əvəzinə tərcümə dilində ekvivalent vahidlərin ardıcıl olaraq qoyulması prosesi. 3. Tərcüməçinin ilkin mətndən qavradığını tərcümə mətnində yaratması. İki dildən istifadə etməklə kommunikasiyanın əsas həlqəsini və spesifikasını təşkil edir. 4. Bir dildə göndərəndən digər dildə adresata (informasiyanın verilməsi yolu ilə (şifahi, yaxud yazılı) şəyata keçirilən kommunikasiya aktı, yəni, ikidilli kommunikasiya aktı. 5. Üç hissədən ibarət məqsədyönlü, adekvat proses: a) hər hansı dildə görmə, yaxud eşitmə yolu ilə anlama məqsədilə qavrama; b) başa düşülmüşün dildə təhlili məqsədilə məlumatın, yaxud orijinalın öz şəxsi biliyinə çevrilməsinin dərk olunması; c) digər dildə yadda saxlanılmışların yenidən səsləndirilməsi (əksər hallarda ana dilində) öz biliyinin malına çevrilmişi digər şəxsə çatdırma. 6. Burada sözlər, orijinalda digər dilin qrammatik konstruksiya və vasitələri yox, orijinalın məzmunu, mənası tərcümə olunur. Məzmun bir daha ifadə olunur. Bu dəfə tərcümədə, lakin öz qanunları olan digər sistem işarələri yaradan başqa vasitələrin köməyi ilə gedir. 7. Ümumi şəkildə desək, o, çoxsaylı funksional kriteriyalar arasında gedən axtarış həlli prosesi kimi nəzərdən keçirilə bilər. Tərcümənin nəticəsində təsir edən və eyni zamanda geniş perifraz (kontekstual sinonimiya) tərcümə həllinin heç də yeganə həll olmadığını və çoxsaylı dəyişkən həcmlər olduğunu göstərir. Başqa sözlə, deyim çərçivəsində tərcümənin bir neçə «düzgün» variantı mümkündür. 8. Fikir-nitq fəaliyyəti olmaqla, üç ardıcıl mərhələni özündə birləşdirir: ilkin dildə olan ifadələrin fikrinin başa düşülməsi; təfəkkürün bir obyektdən digərinə qoşulması (bir dildən başqa dilə); tərcümə dilinin vasitələri ilə fikrin ifadəsi. Buradan belə bir nəticə çıxır ki, tərcümə nitq fəaliyyətindəki digər dörd növə nisbətən - şifahi nitq, məruzəyə qulaq asanlar, yazılı nitq və özü-özünə oxuya nisbətən ikincidir; tərcümənin hər hansı növü üzrə bacarıq və vərdişlərin nitq fəaliyyətinin sadaladığımız iki növündən (audirovaniye - şifahi nitq, audirovaniye - yazılı nitq, öz-özünə (ürəkdə) oxuma - yazılı nitq) və bir dildən başqa dilə keçid təfəkkürünü tərcümənin hər hansı növünü yuxarıda qeyd etdiyimiz nitq fəaliyyətinin iki növünə bölmək mümkündür. 9. Hər hansı mətnin, yaxud şifahi nitqin digər dilin köməyilə birincinin məzmun və formasının vahidliyini yenidən yaratma prosesi. Adətən tərcümə dedikdə nəinki proses, həm də tərcümə olunmuş mətn, bəzən isə tərcümə olunmuş sənəd nəzərdə tutulur.
Tərcümə priyomu
Tərcümə prosesində kommunikativ miqyaslar
OBASTAN VİKİ
Tərcümə
Tərcümə — fikrin bir dildən digər dilə eyni məzmunda verilməsi. İlk dövrlərdə tərcümə ancaq insanlar tərəfindən edilirdi. Sonradan tərcümə maşın (ing. MT — Machine Translation) və kompüterdən istifadə edilməklə (ing. CAT — computer aided translation) edilməyə başlandı. Bu zaman onun keyfiyyəti insan tərcüməsindən çox geri qalır. Tərcümədə məqsəd ilkin materialla maksimum oxşarlıq təşkil etməkdir. Ancaq dillərin xüsusiyyəti, mədəniyyət fərqi və elmi terminlərin yayılması dərəcəsi tam tərcüməyə imkan vermir. Tərcümələr "şifahi" və "yazılı" tərcümələrə bölünür. Poetik tərcümə, yəni bir dildə yazılmış şeirin digər dildə bənzərini yaratmaq tərcümənin ən çətin növlərindən hesab olunur.
Avtomatlaşdırma prosesi
Avtomatlaşdırma — hər hansı bir işin insan tərəfindən deyil, özü nizamlanan, texniki vasitələrdən istifadə edən və riyazi metodlara əsaslanan proses. Elmi-texniki inqilabın əsas istiqamətlərindən biridir. Avtomatlaşdırmaq – insanın hərəkətlərini şüurluluqdan çıxarıb qeyri-şüuri hərəkətə çevirmək. Avtomatlaşdırma termini 1947-ci ildən əvvəl işlənməyən, General Motors-un avtomatlaşdırma şöbəsinin əsasını qoyduğu vaxt avtomatik sözündən yaranmışdır. Avtomatlaşdırma hidravlik, pnevmatik, elektikli, elektronik və kompüter sözlərinin daxil olması ilə əsas da birləşməsi ilə yaranmışdır. Müasir zavodlar, təyyarələr və gəmilər kimi mürəkkəb sistemlər adətən bütün bu birləşmiş texnologiyaları istifadə edir. İnsanın praktiki fəaliyyəti ilə bağlı istənilən predmet, elmi təqdiqat və layihələndirmə prosedurları, rabitə sistemləri, fasiləsiz xarakterli istehsalatlar, maşınqayırma, neft-qaz, faydalı qazıntıların çıxarılması və s. sənaye sahələri avtomatlaşdırma obyekti ola bilər. Avtomatlaşdırma obyektlərinə qoyulan əsas tələblər bu obyektlərdə gedən proseslərə tam nəzarətin və onların idarə edilməsinin mümkünlüyüdür. Avtomatlaşdırma vasitələri iki sinfə-proqram və texniki (aparat) vasitələr altsistemlərinə ayrılır.
Bakı prosesi
"Bakı Prosesi" və ya Bakı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu — Azərbaycan Respublikasının təşəbbüsü ilə 2008-ci ildə mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli və effektiv dialoqun qurulması məqsədilə irəli sürülmüşdür. Azərbaycanın belə bir qlobal hərəkatın təşəbbüskarı kimi çıxış etməsinin əsasında ərazisində tarixən fərqli dini mənsubiyyəti olan icmaların, milli-etnik qrupların və zəngin mədəni müxtəlifliyin olması dayanır. 12 iyun 2018-ci ildə Parisdə Heydər Əliyev Fondu, ölkəmizin Fransadakı səfirliyi və UNESCO yanında daimi nümayəndəliyimizin təşkilatçılığı ilə "Bakı Prosesi"nin 10 illik yubileyi qeyd olunmuşdu. == Bakı Bəyannaməsi == 2008-ci ilin 2–3 dekabr tarixində təşkil olunan Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransına Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraq 10 islam ölkəsi dəvət edildi. İslam dövlətlərinin iştirakı ilə mədəniyyət nazirlərinin konfransı yeni bir formata transformasiya olundu. Avropa və ona qonşu regionlardan 48 ölkənin, 8 beynəlxalq təşkilatın və bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının yüksək səviyyəli nümayəndələrinin iştirak etdiyi bu konfransda "Mədəniyyətlərarası dialoqunun təşviqinə dair "Bakı Bəyannaməsi" qəbul edildi. "Bakı Bəyannaməsi" ilə sivilizasiyalar arasında dialoqun inkişafını nəzərdə tutan "Bakı Prosesi"nin və bu prosesin inkişafına hədəflənmiş "Sənətçilər dialoq naminə" layihəsinin əsası qoyuldu. "Bakı Prosesi"nin davamlılığını təmin etmək məqsədilə 2009-cu il 13–15 oktyabr tarixində Bakıda keçirilmiş İslam ölkələrinin mədəniyyət nazirlərinin VI Konfransında Azərbaycanın təşəbbüsü ilə 10-dan çox Avropa dövləti də iştirak etdi. Konfrans çərçivəsində iştirak edən Avropa Şurasına üzv dövlətlər ilə İslam Konfransı Təşkilatına üzv dövlətlər arasında mədəniyyətlərarası dialoqa dair birgə kommunike qəbul edildi. == Bakı Prosesinin qlobal hərəkata çevrilməsi == 2010-cu ildən Bakı Prosesi qlobal hərəkata çevrilməyə başladı.
Biznes prosesi
Biznes prosesi daxili və xarici müştərilər üçün xüsusi məhsul yaratmaq məqsədi güdən əlaqəli işlər və ya tapşırıqlar qrupudur. İşlərin qrafiki təsviri üçün biznes proseslərin blok-sxemləri istifadə olunur. == Ümumi baxış == Biznes proseslərinin üç tipi var (Avqust-Uilhel Şeer və Mark von Rosinqə istinadən) İdarəetmə prosesləri: sistemin fəaliyyətini idarə edən proseslər. Səciyyəvi idarəetmə proseslərinə "korporativ idarəetmə" və "strateji idarəetmə" aiddir. Əməliyyat prosesləri: biznesin özəyini təşkil edən və əsas dəyər axınını yaradan proseslər. Məsələn, müştəridən sifarişlər almaq və bank filialında hesab açmaq. Dəstəkləyən prosesləri: əsas prosesləri dəstəkləyir. Misal olaraq Sağlamlıq və Təhlükəsizlik, maliyyə, komplektləşdirmə, çağrı mərkəzi, texniki dəstəyi göstərmək olar. Biznes prosesi misiya məqsədilə başlayır və biznes məqsədinin əldə olunması ilə başa çatır. Proses yönümlü təşkilatlar struktur bölmələri arasında baryerləri aradan qaldırır və funksional siloslardan yayınmağa çalışırlar.
Boloniya prosesi
Bolonya prosesi — 1990-ci illərin sonunda Avropa universitetlərinin bir-biri ilə müqayisə edilməsi üçün vahid bir əsasın işlənilməsi üzərində təşəbbüs başlanılır. Fransa, Almaniya, İtaliya və Böyük Britaniya təhsil nazirləri daxil olmaqla ümumi 29 avropa dövlətlərinin nümayəndələri arasında 19 iyun 1999-cu ildə Bolonya (İtaliya) şəhərində razılıq imzalanır. Bu razılığın hazırlanması və yayılması Bolonya prosesi adlanır. Bu prosesin təşkilatçıları sonrakı illərdə Praqada (2001), Berlində (2005), Londonda (2007) görüşmüş və məsləhətləşmələr aparmışlar. Hal hazırda bu proses 48 ölkəni əhatə edir. Prosesin əsas məqsədinin, Avropa Ali Təhsil Məkanının yaradılmasının, 2010-cu ildə yerinə yetirilməsi nəzərdə tutulmuşdu və məkan yaradıldı. Bolonya prosesinin həyata keçirilməsində bir çox azərbaycan ali məktəbləri iştirak edir. == Tarixi == "Bolonya prosesi" adı altında başlayan fəaliyyətlərin tarixi 1988-ci ildən başlayır. Həmin ilin sentyabrında Avropanın ən qədim universitetlərindən biri olan Bolonya Universitetinin (İtaliya) təsis olunmasının 900 illik yubileyində "Magna Carta Universitatum" hazırlanıb. Bir il sonra Sarbonna Universitetinin yaradılmasının 800 illik yubileyində "Sarbonna Bəyannaməsi" qəbul olunub və 19 iyun 1999-cu ildə 29 Avropa ölkəsinin təhsil nazirləri "Bolonya Bəyannaməsi"ni imzalayıb.
Bolonya prosesi
Bolonya prosesi — 1990-ci illərin sonunda Avropa universitetlərinin bir-biri ilə müqayisə edilməsi üçün vahid bir əsasın işlənilməsi üzərində təşəbbüs başlanılır. Fransa, Almaniya, İtaliya və Böyük Britaniya təhsil nazirləri daxil olmaqla ümumi 29 avropa dövlətlərinin nümayəndələri arasında 19 iyun 1999-cu ildə Bolonya (İtaliya) şəhərində razılıq imzalanır. Bu razılığın hazırlanması və yayılması Bolonya prosesi adlanır. Bu prosesin təşkilatçıları sonrakı illərdə Praqada (2001), Berlində (2005), Londonda (2007) görüşmüş və məsləhətləşmələr aparmışlar. Hal hazırda bu proses 48 ölkəni əhatə edir. Prosesin əsas məqsədinin, Avropa Ali Təhsil Məkanının yaradılmasının, 2010-cu ildə yerinə yetirilməsi nəzərdə tutulmuşdu və məkan yaradıldı. Bolonya prosesinin həyata keçirilməsində bir çox azərbaycan ali məktəbləri iştirak edir. == Tarixi == "Bolonya prosesi" adı altında başlayan fəaliyyətlərin tarixi 1988-ci ildən başlayır. Həmin ilin sentyabrında Avropanın ən qədim universitetlərindən biri olan Bolonya Universitetinin (İtaliya) təsis olunmasının 900 illik yubileyində "Magna Carta Universitatum" hazırlanıb. Bir il sonra Sarbonna Universitetinin yaradılmasının 800 illik yubileyində "Sarbonna Bəyannaməsi" qəbul olunub və 19 iyun 1999-cu ildə 29 Avropa ölkəsinin təhsil nazirləri "Bolonya Bəyannaməsi"ni imzalayıb.
Cinayət prosesi
Cinayət prosesi — cinayət təqibi üzrə həyata keçirilən prosessual hərəkətlərin və qəbul olunan prosessual qərarların məcmusu. Hər bir dövlətin qanunvericiliyində cinayət prosesinin tənzimlənməsi fərqlənsə də, əsasən, ittihamın irəli sürülməsi ilə başlayır və cavabdeh barədə ittiham və ya bəraət hökmünün verilməsi ilə başa çatır.
Denudasiya prosesi
Denudasiya (lat. Denudatio - "çılpaqlaşma") — Yer səthində süxurların su, külək, buz və s. ilə dağılması, yüksək sahələrdən alçaq sahələrə aparılması proseslərinin məcmusu. Yer səthi relyefinin dəyişilməsində və yeni relyef formalarının əmələ gəlməsində denudasiyanın rolu böyükdür. O, süxurları parçalayıb dağıdaraq relyefi alçaldır, hamarlayır, dağlıq sahələri denudasion düzənliklərə (peneplenlərə) çevirir. Denudasiya prosesinə aşınma, eroziya, abraziya, korroziya, deflyasiya kimi proseslər daxildir. Denudasion proses aşınma məhsullarının daşınmasıdır. Prosesin başlıca hərəkətverici qüvvəsi ağırlıq qüvvəsidir. Bu qüvvə birbaşa və yaxud müxtəlif mütəhərrik mühitlərin vasitəsilə yaranır. Denudasion proses dar mənada müəyyən bir səthin yuyulması və qravitasion hərəkətlər vasitəsilə aşınma materiallarının daşınması kimi başa düşülür.
Kokslaşma prosesi
Kokslaşma prosesi – ağır xammalın bərk koksa və daha aşağı temperaturda qaynayan məhsullara çevrilməsi prosesidir.Bu məhsular neft emalının digər proseləri üçün (qiymətli mühərrik yanacaqları almaq üçün) xammal kimi yararlıdır. Kimya nöqteyi- nəzərdən kokslaşma reaksiyalarına dərin termiki krekinq prosesi kimi baxılır və onun son məhsullarından biri koksdur ki, o da əsasən karbondan ibarətdir. Əslində əmələ gələn koks müəyyən miqdar uçucu madələrə və yüksək tempetraturda qaynayan karbohidrogenlərə malik olur. Uçucu maddələri kənarlaşdırmaq üçün koks 980-dan 13250C-ə qədər temperaturda közərdilir. Kokslaşma,- əsasən katalitik krekinq üçün xammal komo yararlı qazoyl almaq üçün istifadə olunur. Bu, prosesdəki katalizatorun kokslaşma surətinin azalmasına şərait yaratdı və krekinq qurğusunun istehsal gücünü artırdı. Əlavə üstünlük, istifadə edilən katalitik krekinq xammalında metalların miqdarının az olması idi. Son illərdə kokslaşma ilə həmçinin psevdosıxılmış şəraitdə katalitik krekinqin və katalizatordan təmizlənmiş katalitik krekinq qalıqlarının da emalı həyata keçirilir. Kokslaşma nəticəsində keyfiyyətli iynəvari koksla yanaşı, hidrikrekinq prosesi üçün də xammal alınır. Ləngidilmiş kokslaşma qurğularında, həmçinin daş kömür qətranı da emal olunur.
Kükürdləşmə prosesi
Kükürdləşmə prosesi — bu proses mahiyyətcə əsasən üzvi sulfidlərin alınması ilə nəticələndiyindən onu sulfidləşmə də adlandırmaq olar. Kükürdləşdirici (sulfidləşdirici) agentlər olaraq əksər hallarda sərbəst kükürd S8, S2Cl2-, SCl2-, Na2S, SH qrupu saxlayan birləşmələr (RSH, H2S, SH−CH2−COOH və ya efirləri və s-lər) götürülür. Kükürdləşmə prosesi boyaq maddələrinin, kükürd saxlayan heterotsikillərin alınmasında, neftin kükürdləşdirilməsində, aşqarların sintezində, bitum xammalın hazırlanmasında istifadə edilir. Sulfid kükürdünün intensiv oksigen (udmaq) tutmaq qabiliyyəti, oksidləşmə və yeyilməyə qarşı xassələrə malik olması və bu proseslərin kükürdün molekuldakı mövqeyi və miqdarından asılılığı, tiazin, tiazol kimi heterotsikillərdə (boyaların rəng çalarlarına təsiri) doymamış karbohidrogenlərlə aromatik həlqələrlə törəmələrinin alınması hələ də öyrənilməsi və tədqiqi vacib olan məsələlərdəndir. Təsadüfi deyil ki, kükürdlə zəngin olan neftdən alınan yağ və yanacaq istismar dövründə oksidləşməyə daha dözümlü olub, müəyyən stabillik göstərir. Kükürdləşmə: sərbəst kükürdlə aparılarsa (kükürdün ərimə temperatur 1190C-dir). Bu tsiklin heterolitik qırılması elektrofi +δ -δ təsirlə gedən reaksiya olduğundan katalizatorun tətbiqinə ehtiyac yaranır. Belə kükürdləşmə yüksək temperaturlu katalizatorun aktivliyindən asılı olaraq 150–1900C-də gedən prosesdir; özünün də ekzotermik olmasını nəzərə almaq lazımdır. Bu zaman H2S-in ayrılması labüddür və inert qazla onun sistemdən çıxarılması və uducularla tutulması vacibdir. Əsasən aktiv hidrogeni olan maddələrlə (aromatik aminlərlə, alkilfenollarla və s.) sulfidlər və disulfidlərin sintezi üçün istifadə edilir.
Meymun prosesi
Meymun prosesi olaraq daha yaxşı tanınan Tennessi və Con Tomas Skops işi(ing. monkey trial) və ya Meymun məhkəməsi 1925–1926-cı illərdə Daytondakı Tennessi Cinayət Məhkəməsində eyni şəhərdəki bir məktəb müəllimi Batlerin anti-Darvinist hərəkətini pozmaqda ittiham edilən Con Skops (1900–1970) üzərində baş vermiş bir məhkəmə Bundan bir qədər əvvəl, Tennessi ştatında fermer və xristian fundamentalist Con Batlerin təqdimatı ilə Batler Aktı— Tennessinin maliyyələşdirdiyi hər hansı bir təhsil müəssisəsində tədrisi qadağan edilən bir qanun "İncilin bizə öyrətdiyi və bunun əvəzinə insanın aşağı qaydada olan heyvanlardan gəldiyini öyrətdiyi İlahi İnsanın yaranma tarixini rədd edən hər hansı bir nəzəriyyə"qəbul edildi. Günahkar şəxsi 100 dollardan 500 dollara qədər cərimə gözləyirdi. Proses, eyni zamanda, Müqəddəs Kitabın hər cümləsinin hərfi oxunmasını israr edən fundamentalistlər və elmin teistik təkamüldə elmin dinə uyğun olduğuna inanan modernistlər arasında Amerika xristianları arasında ayrılığı ortaya qoydu. Tennessi fermeri və Ümumdünya Xristian Əsasları Assosiasiyasının rəhbəri olan Dövlət nümayəndəsi Con Batler əyalət qanunverici orqanlarına anti-təkamül qanunlarının qəbul edilməsini dəstəklədi. Batler Aktı 25 mart 1925-ci ildə Tennessidə qəbul edilməsinə müvəffəq oldu. Daha sonra Batler, "Təkamül haqqında heç bir şey bilmədim … Sənədlərdə oğlan və qızların məktəbdən evə gələrək atalarına və analarına Müqəddəs Kitabın cəfəngiyat olduğunu söylədiklərini oxuyardım." Tennessi qubernatoru Austin Peay, kənd qanunvericiləri arasında dəstək qazanmaq üçün qanunu imzaladı, amma qanunun nə tətbiq ediləcəyinə nə də Tennessi məktəblərində təhsil almağa müdaxilə edəcəyinə inanırdı. William Bryan, Peaya qanun layihəsi üçün həvəslə təşəkkür etdi: "Dövlətin xristian valideynləri, övladlarını sübut edilməmiş bir fərziyyənin zəhərli təsirlərindən xilas etdiyinizə görə təşəkkür borcunuz var. Buna cavab olaraq, Amerika Vətəndaş Azadlıqları Birliyi Tennessi liseyi elm müəllimi Con Skopsin Qanunun pozulmasına görə mühakimə olunmasına razılıq verdiyi bir sınaq işini maliyyələşdirdi. Daimi biologiya müəllimi əvəz edən sahələr 5 may 1925-ci ildə Corc William Hunterin "Mülki Biologiya: Təkamül, irqi və eugenika nəzəriyyəsini izah edən Problemlərdə (1914) təqdim olunmuş bir dərslikdən təkamülü öyrətməklə ittiham edildi.
Nürnberq prosesi
Nürnberq prosesi — III Reyxin rəhbərləri üzərində baş verən beynəlxalq məhkəmə prosesi. Nürnberq prosesi, İkinci Dünya Müharibəsinin qalib Müttəfiq dövlətləri tərəfindən məğlubiyyətə uğradılmış Nasist rejminin öndə gələn şəxsiyyətlərini mühakimə etmək üçün 1945–1949-cu illərdə qurduqları məhkəmədir. Bu məhkəmələr, İkinci Dünya Müharibəsindən sonra Soyuq Müharibənin hələ tam olaraq ortaya çıxmadığı, hüquqiliyin ön planda olduğu dönəmdə Nasist rejiminin şok edici vəhşətlərinə bir reaksiya olaraq qurulmuşlardır. Hərbi məhkəmələr ABŞ, İngiltərə, Fransa və Rusiyanın hakimlərindən təşkil olumuşdu və mühakimə edilən öndə gələn şəxsiyyətlər arasında Martin Borman, Rudolf Hess, Yoahim von Ribbentrop var idi. Bu insanlar ve nasist liderləri dört cinayətlə ittiham olunurdular: 1)Sülhə qarşı sui-qəsd 2)Sülhə qarşı cinayətlər 3)Müharibə cinayətləri 4) İnsanlığa qarşı cinayətlər Ən məşhur olan birinci məhkmədə en yuxarı pillədəki 22 nasist lider mühakimə olundu; 12 nəfər ölüm cəzası, 7 nəfər həbs cəzası aldı, 3 nəfər isə sərbəst buraxıldı. Bu məhkəmənin ardından ümumilikdə 177 nəfərin mühakimə olunduğu 12 məhkəmə daha reallaşdırıldı, 24 nəfər ölüm cəzasına məhkum olundu. Hər dörd ölkə tərəfindən bir baş hakim, alternativ hakim və prokuror təmin edilmişdir. Məhkəmənin hakimləri: -Geoffrey Lawrence (Böyük Britaniya baş hakimi və məhkəmə sədri) — Norman Birkett (Böyük Britaniya alternativ hakimi) — Francis Biddle (ABŞ baş hakimi) — John Parker (ABŞ alternativ hakimi) — Henri Donnedieu de Vabres (Fransız baş hakim) — Robert Falco (Fransız alternativ hakim) — Iona Nikitchenko (SSRİ hakimi) — Alexander Volchkov (SSRİ alternativ hakimi) Verilən iddianamə: 1. Sülhə qarşı işlənən cinayətə və ya sui-qəsddə ortaq olmaq 2. Sülhə qarşı döyüş icra, təcavüzkarlıq və digər cinayətləri başlamaq və planlamaq 3.
Praqa prosesi
Praqa prosesi (ing. Prague Process) — 2004-cü ildən etibarən Azərbaycan və Ermənistan Xarici işlər nazirləri arasında Dağlıq Qarabağ münaqişəsi üzrə birbaşa danışıqlar. ATƏT-in Minsk qrupunun həmsədrləri 2002-ci ilin mart ayında bölgəyə səfərləri zamanı danışıqlar prosesinin Azərbaycan və Ermənistan prezidentlərinin xüsusi nümayəndələri səviyyəsində davam etdirilməsi təklifini irəli sürdülər. Bu təklif hər iki dövlət başçısı tərəfindən qəbul olundu. 13-15 mart və 29-30 iyul 2002-ci il tarixlərində Praqa yaxınlığında hər iki dövlət başçısının xüsusi nümayəndələrinin iki görüşü keçirildi. 2004-cü il aprelində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Praqada keçirilən görüşü sonradan çoxraundlu danışıqlar sürəcinə çevrilməklə «Praqa prosesi» adlanmağa başladı. Sonra bu prosesə digər elementlər əlavə olundu. Praqa prosesinin ilk mərhələsi 2006-cı ilin fevralında Paris yaxınlığındakı Rambuye qəsrində keçirilən və geniş beynəlxalq ajiotaja baxmayaraq nəticəsiz qalan danışıqlarla yekunlaşdı. 2007-ci ilin noyabrında, həmsədrlər Praqa prosesinin ilkin nəticəsi kimi Madriddə Azərbaycan və Ermənistan XİN başçıları ilə görüşdə tərəflərə nizamlamanın baza prinsiplərinə dair layihə təqdim etdilər. O vaxtdan danışıqlar prosesi Madrid prinsipləri ətrafında gedir.
Qanunvericilik prosesi
Qanunvericilik prosesi — qanun layihəsinin hazırlanmasından qanun kimi qüvvəyə minməsinə qədər ardıcıl, məntiqi olaraq tamamlanmış bir sıra mərhələlərdən ibarət qanunların qəbulu qaydası. Qanunvericiliyin prosessual tərəfi kimi başa düşülə bilər və ya terminin geniş şərhində bu konsepsiya ilə üst-üstə düşərək qanunların hazırlanması və qəbulu üzrə fəaliyyətə işarə edir. Qanunvericilik prosesi bir sıra ardıcıl mərhələləri əhatə edir: qanun layihəsinin hazırlanmasından parlamentə daxil edilməsinə, parlamentdə müzakirəyə, qanun qəbul edilməsinə və dərc olunmasına qədər. Qanunvericilik prosesində xüsusi rol dövlətin əsas qanunverici orqanına, yəni bir qayda olaraq parlamentə və onun strukturlarına aiddir. Öz səlahiyyətləri daxilində qanunverici proses müəyyən edilmiş parlament prosedurları ilə müəyyən edilir. Bunlar yalnız mövcud qanunlarla deyil, həm də müvafiq parlament palatalarının qaydaları ilə — qanunverici orqanın öz yurisdiksiyasındakı bütün məsələlər üzrə iş qaydasını müəyyən edən xüsusi daxili tənzimləmə aktları ilə müəyyən edilir. Ancaq bəzi ölkələrdə qanunvericilik prosesi, bəzi hallarda parlament prosedurları minimuma endirilə bilər. Məsələn, Fransa hökumətinin respublika prezidentinin imzaladığı fərmanlar qanunauyğun ola bilər və yalnız Fransa parlamenti tərəfindən təsdiqlənir . Parlament prosedurunu pozmağa imkan verən qanunverici prosesin başqa bir mexanizmi parlamentdənkənar bir referendumdur, yəni belə bir referendumdur, məsələsi qanunverici orqan tərəfindən əvvəlcədən baxılmadan təqdim edilir və qanunverici orqan tərəfindən təsdiq edilmədən qüvvəyə minir . Doğrudan demokratiyanın bu forması İsveçrəyə ən xarakterikdir.
Yataq prosesi
Yataq prosesi (rus. русловый процесс, ing. channel processes) — axının və yatağın qarşılıqlı təsiri altında yatağın və subasarın morfoloji quruluşunun daim dəyişməsi. Yataq proseslərinin öyrənilməsinin hidrotexniki qurğuların, körpülərin layihələşdirilməsi və istismarında, dib dərinləşdirici işlərin yerinə yetirilməsində, gəmiçilikdə, meşə materiallarının daşınması və s. işlərdə böyük əhəmiyyəti vardır.
İzoentalpiya prosesi
İzoentalpiya prosesi — entalpiyada baş verən termodinamik prosesdir. "Coul-Tomson effekti" İzoentalpiya prosesidir. p ⋅ V k = c o n s t .
İzoentropiya prosesi
İzoentropiya prosesi — Entropiyada baş verən termodinamik prosesdir.
Yuxu prosesi
Yuxu — beynin fəaliyyət normasının minimal səviyyəyə enməsi və ətraf mühitə olan reaksiyaların azalması ilə müşayiət olunan təbii fizioloji proses. Bu proses məməlilərə, quşlara, balıqlara və bəzi başqa heyvanlara, həmçinin bəzi həşəratlara (məsələn, drozofillərə) məxsus prosesdir. Bütün canlı varlıqlar öz güclərini bərpa etmək və həyat fəaliyyətini davam etdirmək üçün istirahətə ehtiyac duyurlar. Məcburi yuxu canlıların bütün cismi və zehni fəaliyyətlərini dayandırır. Yuxuda anabolizm proseslərinin səviyyəsi artır, katabolizm isə enir. Normal yuxu dövri təxminən hər 24 saatdan bir olur. Bu dövr sirkad ritmi adlandırılır. Bioloji ritmin sirkad forması bir növ işıq və temperatur təsirləri ilə ontogenez dövrdə orqanizmin qazandığı, "bioloji saatlar" vasitəsi ilə həyata keçirilir. Bu haqda alimlərin bir çox fikirləri vardır. Bəziləri hesab edirlər ki, yuxu zamanı beyindəki qanın bir çox hissəsi bədənin müxtəlif yerlərinə axır.
Berlin Prosesi
Berlin Prosesi — Avropa İttifaqının gələcək genişlənməsi ilə əlaqəli hökumətlərarası əməkdaşlıq təşəbbüsü. == Tarixi == 2014-cü il Berlin Konfransı ilə başlamış, ardınca 2015-ci il Vyana Sammiti, 2016-cı il Paris Sammiti, 2017-ci il Triest Sammiti, 2018-ci il London Sammiti və 2019-cu ildə Poznan Sammiti izlənilmişdir. Berlin Prosesi artan avroskeptisizm və Komissiya sədri Jan-Klod Yunkerin genişlənməyə dair elan etdiyi beş illik moratorium fonunda Aİ-yə inteqrasiya prosesinin dinamikasını möhkəmləndirmək və saxlamaq məqsədi ilə başlanmışdır. == Məqsədləri == Berlin Prosesi keçmiş Yuqoslaviya və Albaniyanın Aİ-yə namizəd və potensial namizəd ölkələri və seçilmiş Aİ üzv dövlətləri arasında çoxtərəfli əlaqələri canlandırmaq və bu ölkələrdə infrastruktur və iqtisadi inkişaf məsələlərində regional əməkdaşlığı yaxşılaşdırmaq məqsədi daşıyır. == İştirakçı dövlətlər == Təşəbbüs Aİ üzvlüyünə Aİ üzvü olmayan beş Balkan namizədini (Monteneqro, Serbiya, Şimali Makedoniya, Bosniya və Herseqovina, Albaniya) və Aİ üzvü olmayan potensial Balkan namizədini (Kosovo), bəzi Aİ üzvlərini, (məsələn: Avstriya, Bolqarıstan, Xorvatiya, Fransa, Yunanıstan, Almaniya, İtaliya, Polşa və Sloveniya) və Aİ-yə daxil olmayan əlavə bir ölkə, Birləşmiş Krallığı əhatə edir.
Google Tərcümə
Google Tərcümə — internet səhifələrini, mətnləri və ya yükləmiş olduğunuz sənədləri pulsuz tərcümə edən bir vasitədir. Google tərəfindən təmin olunur. İlk olaraq 28 aprel 2006 tarixində, Ərəb ilə İngilis arası tərcümə edərək xidmətə girmişdir. 20 milyard söz ehtiva edən Birləşmiş Millətlər Təşkilatının sənədləri üzərində öyrədilən bir proqramdır. Google Tərcümə 103 fərqli dil arasında anında tərcümə edən pulsuz bir tərcümə xidmətidir. Sözləri, cümlələri və veb səhifələri dəstəklənən dillərin bütün kombinasiyalarını çevirə bilər. Xüsusiyyətləri - Google Tərcümə, mətn, nitq, şəkil, sayt və ya real vaxt video daxil olmaqla bir çox mətn və media formatını bir dildən digərinə çevirə bilər. Müxtəlif səviyyələrdə 100-dən çox dili dəstəkləyir və 2013-cü ilin May ayına görə gündə 200 milyondan çox insana xidmət göstərir. Bəzi dillərdə Google Tərcümə, tərcümə edilmiş mətni tələffüz edə bilər, mənbə və hədəf mətndə müvafiq söz və ifadələri vurğulayır və tək söz daxil etmək üçün sadə bir lüğət kimi çıxış edə bilər. "Dili aşkar et" seçilsə, naməlum dildə mətn avtomatik olaraq müəyyən edilə bilər.
Hərfi tərcümə
Hərfi tərcümə – tərcümə edilmiş sözün və ya cümlənin tərcümə edildiyi dilin qrammatika və orfoqrafiya qaydalarına əməl edilmədən tərcümə edilməsi üsuludur. Əsasən hər bir sözün cümlə daxilindəki roluna fikir verilmədən, sadəcə olaraq sözün növünə müvafiq olaraq lüğətdəki birinci mənası əsas götürülərək edilmiş motamot tərcümə üsuludur.
Maşın tərcümə
Maşın tərcüməsi (ing. machine translation, rus. машинный перевод) — lüğətlər və tərcümə qaydaları toplusu əsasında mətnin bir dildən başqa bir dilə avtomatik çevrilməsi texnologiyası. Kompüterlərdən tərcümə üçün istifadə olunması ideyası 1947-ci ildə, ilk kompüterlərin yaranmasından dərhal sonra ABŞ-də irəli sürülüb. Maşın tərcüməsinin (Corctaun eksperimenti) ilk ictimai nümayişi isə 1954-cü ildə olub. Həmin sistem nə qədər primitiv olsa da (250 sözdən ibarət lüğət, 6 qaydadan ibarət qrammatika, bir neçə cümlənin tərcüməsi), eksperiment geniş resonans yaratdı: ADR-də, AFR-də, Bolqarıstanda, Çində, Fransada, İngiltərədə, İtaliyada, SSRİ-də, Yaponiyada bu istiqamətdə tədqiqatlara başlanıldı. Tərcümənin keyfiyyəti ilkin mətnin mövzusundan və üslubundan, eləcə də aralarında tərcümənin aparıldığı dillərin qrammatik, sintaktik və leksik qohumluğundan asılıdır. Bədii mətnlərin maşın tərcüməsinin keyfiyyəti, demək olar ki, həmişə qaneedici olmayıb. Texniki mətnlərdə isə azacıq redaktəyə ehtiyacı olan tərcümələr almaq mümkündür. Fəqət mükəmməl maşın tərcüməsi sisteminin yaradılması yarım əsr bundan öncə olduğu kimi, yenə də arzu olaraq qalır.
Tərcümə lüğəti
Tərcümə lüğəti — iki və daha artıq dillərin (onların bu və ya digər hissəsinin, yaxud hamısını) lüğət tərkibinin planlı şəkildə müqayisəsini əks etdirən lüğət. Ümumi leksika tərcümə lüğətləri — müəyyən qaydada düzülmüş müvafiq (adətən əlifba üzrə) tərcümə və (yaxud) digər dildə (müəyyən kontekstdə mümkün ekvivalentlərinin) sözlərin şərh edən lüğətlər. Elmi-texniki tərcümə lüğətləri iki cür olur: politexnik (ümumtexnik), ixtisas lüğətləri. Politexnik lüğətlərə elm və texnikanın bütün əsas qollarından terminlər, ixtisas lüğətlərində isə bir sahənin terminləri daxildir. Hər iki növ iki və çoxdilli ola bilər.
Tərcümə proqramları
Tərcümə proqramları dedikdə mətni bir dildən digər dilə çevirən tətbiqi kompüter proqramları nəzərdə tutulur. Tərcümə proqramları iki cür olur: Sözlərin ayrı-ayrılıqda tərcüməsini yerinə yetirən proqramlar – Polyglot, Lingvo, Lingvosoft Dictionary və s. Mətnin ümumi tərcüməsini yerinə yetirən proqramlar – Dilmanc, PROMT, Systran, SOKRAT, Cevirt və s.
Tərcümə sözlüyü
Tərcümə lüğəti — iki və daha artıq dillərin (onların bu və ya digər hissəsinin, yaxud hamısını) lüğət tərkibinin planlı şəkildə müqayisəsini əks etdirən lüğət. Ümumi leksika tərcümə lüğətləri — müəyyən qaydada düzülmüş müvafiq (adətən əlifba üzrə) tərcümə və (yaxud) digər dildə (müəyyən kontekstdə mümkün ekvivalentlərinin) sözlərin şərh edən lüğətlər. Elmi-texniki tərcümə lüğətləri iki cür olur: politexnik (ümumtexnik), ixtisas lüğətləri. Politexnik lüğətlərə elm və texnikanın bütün əsas qollarından terminlər, ixtisas lüğətlərində isə bir sahənin terminləri daxildir. Hər iki növ iki və çoxdilli ola bilər.