TAB

TAB1

f. 1) güc, qüvvət, taqət; 2) zəhmət, əziyyət; 3) dözmə, dözüm. Tabi-imtəhan yoxlamağa dözmə.

TAB2

f. 1) işıq, ziya; 2) yanma, işıq saçma.

TAB3

f. 1) buruq, qıvrım; 2) eşmə, eşilmə (sap, ip və s. haqqında).

TAAM
TABAN
OBASTAN VİKİ
Cunko Tabey
Cunko Tabey (田部井 淳子, Tabey Cunko, 22 sentyabr 1939, Miharu[d], Fukuşima prefekturası – 20 oktyabr 2016, Kavaqoe[d], Saytama prefekturası) – Yaponiya alpinisti. 1975-ci ildə Everest dağının zirvəsini fəth edən ilk qadın, 1992-ci ildə isə Yeddi zirvəni fəth edən ilk qadın olmuşdur. Cunko Tabey 22 sentyabr 1939-cu ildə Yaponiyanın Miharu şəhərində doğulmuşdur. Dördüncü sinifdə oxuyanda Nasu dağlarına edilən məktəb ekskursiyası nəticəsində ilk dəfə alpinizmlə tanış olmuşdur. Edmun Hillari onun ən böyük ilham mənbəyi olmuşdur. 1992-ci ildə Şova Qadınlar Universitetindən ingilis və amerikan ədəbiyyatı üzrə dərəcə əldə etmişdir. O, bir neçə alpinizm klubuna qatılmış, 1969-cu ildə isə Yaponiyada ilk dəfə qadınlar üçün alpinizm klubu yaratmışdır. Tabey 1970-ci ildə Annapurna III zirvəsini fəth edən ilk qadın və yapon olmuşdur. 16 may 1975-ci ildə isə Everest dağının zirvəsini fəth etmiş və bunu bacaran ilk qadın olmuşdur. O, zirvəyə dırmaşarkən qar uçqunu ilə üzləmiş, lakin qrupunda heç kim yaralanmamışdır.
Emalatxanada səhər yeməyi (tablo)
Emalatxanada səhər yeməyi (fr. Le Déjeuner dans l'atelier) — Eduard Mane tərəfindən 1868-ci ildə çəkilmiş rəsm əsəri. Rəsmin içərisində xüsusilə oğlu Léon Koëlla-Leenhoff və rəssam dostu Joseph-Auguste Rousselin var.
Eugenia tabouensis
Eugenia tabouensis (lat. Eugenia tabouensis) — mərsinkimilər fəsiləsinin evgeniya cinsinə aid bitki növü.
Foli-Berjerdə bar (tablo)
Foli-Berjerdə bar (fr. Un bar aux Folies Bergère) — Eduard Mane tərəfindən 1882-cu ildə çəkilmiş rəsm əsəri. Əsər həmin ildə Paris Salonunda nümayiş olunmuşdur. Əsərdə Paris şəhərində yerləşən Foli-Berjer gecə klubundan bir səhnə canlandırılmışdır. Folies-Bergèredə bar Eduard Mane son ən önəmli əsərlərindən biridir, Mane bu tablonu ölümündən bir il əvvəl çəkmiş və tablo üzərində işlər davam etdiyi müddətdə belə Eduard Manenin səhhəti ağırlaşmağa başlamışdır.
Folies-Bergèredə bar (tablo)
Foli-Berjerdə bar (fr. Un bar aux Folies Bergère) — Eduard Mane tərəfindən 1882-cu ildə çəkilmiş rəsm əsəri. Əsər həmin ildə Paris Salonunda nümayiş olunmuşdur. Əsərdə Paris şəhərində yerləşən Foli-Berjer gecə klubundan bir səhnə canlandırılmışdır. Folies-Bergèredə bar Eduard Mane son ən önəmli əsərlərindən biridir, Mane bu tablonu ölümündən bir il əvvəl çəkmiş və tablo üzərində işlər davam etdiyi müddətdə belə Eduard Manenin səhhəti ağırlaşmağa başlamışdır.
Fırtına (tablo)
Fırtına (it. La Tampesta) italyan rəssam Corconenin 1506-1508 illərə aid intibah əsəri. Əslən Venesiyalı əsilzadə Gabriele Vendramin tərəfindən hazırlanan rəsm əsəri indi İtaliyada Venesiyada Gallerie dell'Accademia -da sərgilənir. İncəsənət tarixçilərinin müzakirələrinə baxmayaraq əsərin mənası hələ də müəmmalı olaraq qalır. Əsər rəssamın ilk rəsmi olaraq bilinir. Əsərin sağ tərəfində bir qadın yanında körpəsi ilə oturub. Qadın 1530 -cu illərdən bəri olan “Çingənə” kimi təsvir olunub. İtaliyada rəsm “La Zingara e il Soldato”(“Qaraçı qadını və Əsgər”) və ya La “Zingarella e il Soldato” (“Qaraçı qızı və Əsgər”) olaraq tanınır. Uzun bir çubuq və ya nizə tutan adam, rəsmin sol tərəfində t, təsvir edilib. O gülümsəyərək sağ tərəfə baxsa da onun bu tərəfdə oturan qadına baxdığı görünmür.
Heysam ibn Məhəmməd (Tabasaran əmiri)
Heysəm ibn Məhəmməd (v. 1025, Tabasaran) — Məzyədilər sülaləsindən Tabasaran və Dərbənd əmiri. Haqqında çox məlumat yoxdur. Hələ babası Əbu Tahir Yezid ibn Məhəmməd vaxtında 930-cu ilin oktyabrında Heysəmin atası Məhəmməd Dərbənd əmiri Əbdülmalik ibn Haşim ilə təkbətək vuruşmuş və qalib gələ bilməmişdi. Əbdülmalik ibn Haşim 24 fevral 939-cu ildə gözlənilmədən vəfat etmişdi. Taxta onun 3 yaşlı oğlu Əhməd ibn Əbdülmalik gətirilmişdi və bundan düz 5 ay sonra rəislər Əhmədi devirmişdilər. İyun ayında Heysəmi taxta dəvət edən rəislər onu Dərbənd əmiri kimi tanıdılar. Lakin 941-ci ilin mayı Haşimilər sülaləsinə sadiq rəislər yenidən Əhmədi taxta gətirdilər. Lakin 6 ay sonra, 941-ci ilin dekabrın Əhməd ibn Əbdülmalik yenə devrildi və taxta yenidən Heysəm gəldi. Bu dəfə onun hakimiyyəti 942-ci ilin mayına qədər çəkdi və yerinə Xəşrəm Əhməd adlı ləzgi rəis əmir elan olundu.
Heysəm ibn Məhəmməd (Tabasaran əmiri)
Heysəm ibn Məhəmməd (v. 1025, Tabasaran) — Məzyədilər sülaləsindən Tabasaran və Dərbənd əmiri. Haqqında çox məlumat yoxdur. Hələ babası Əbu Tahir Yezid ibn Məhəmməd vaxtında 930-cu ilin oktyabrında Heysəmin atası Məhəmməd Dərbənd əmiri Əbdülmalik ibn Haşim ilə təkbətək vuruşmuş və qalib gələ bilməmişdi. Əbdülmalik ibn Haşim 24 fevral 939-cu ildə gözlənilmədən vəfat etmişdi. Taxta onun 3 yaşlı oğlu Əhməd ibn Əbdülmalik gətirilmişdi və bundan düz 5 ay sonra rəislər Əhmədi devirmişdilər. İyun ayında Heysəmi taxta dəvət edən rəislər onu Dərbənd əmiri kimi tanıdılar. Lakin 941-ci ilin mayı Haşimilər sülaləsinə sadiq rəislər yenidən Əhmədi taxta gətirdilər. Lakin 6 ay sonra, 941-ci ilin dekabrın Əhməd ibn Əbdülmalik yenə devrildi və taxta yenidən Heysəm gəldi. Bu dəfə onun hakimiyyəti 942-ci ilin mayına qədər çəkdi və yerinə Xəşrəm Əhməd adlı ləzgi rəis əmir elan olundu.
Hollerit tabulyatoru
Hollerit tabulyatoru XIX yüzilin sonunda amerikalı Herman Hollerit (Herman Hollerith) tərəfindən ABŞ-də 1890-ci ildə əhalinin syahıyaalınmasının statistik verilənlərinin qeydiyyatı və emalı üçün ixtira olunmuş elektromexaniki maşın. Bu maşın perfokartlardakı verilənləri emal edən ilk qurğu idi; o, pefokartlarda olan dəliklərdən elektrik dövrəsini qapamaqla statistikanı hesablayırdı. Bəzi qiymətləndirmələrə görə bu maşının sayəsində siyahıyaılmanın aparılması müddətini üçdə iki dəfə qısaltmaq mümkün olub. 1900-cü illərin başlanğıcında Holleritin qurduğu Tabulating Machine Company şirkəti bu ixtiranın kütləvi buraxılışına başladı; bir sıra birləşmələrdən sonra bu şirkət International Business Machines Corporation (IBM) firmasına çevrildi. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
KQSM taboru
Kütləvi Qırğın Silahlarından Müdafiə Taboru - əsasən hər hansı nüvə və atom silahlarının atılacağı ehtimalı ilə yaradılmış tabor. Bu taborun şəxsi heyəti xüsusi biliyə sahib qulluqçulardır,çünki kimyəvi silahların (atomların) atıldığı ərazilərdə radiasiya şüalanması və bir çox fəsadların aradan qaldırılması,yaralıların,meyitlərin daşınması,həmin ərazilərdə davranmaq üçün xüsusi biliyə sahib olmaq lazımdır.
Kartof yeyənlər (tablo)
Kartof yeyənlər (nid. De Aardappeleters) — Vinsent van Qoqun Brabant dövrünə aid məşhur rəsm əsərlərindən biri. Nyüenendə yaşadığı dövrdə Van Qoq təbiətə və kənd həyatına yaxın olmağa çalışır. 1885-ci ilin aprelində qardaşı Teoya yazdığı məktubda o bildirir: "İstisna etmirəm ki, ömrümün sonunacan burada qalacağam. Mahiyyət etibarilə, mənim cəmi bir arzum var- kənddə yaşayıb kənd həyatını təsvir etmək". Elə həmin məktubda Van Qoq "Kartof yeyənlər" adlanan tablo çəkmək istəyini qardaşına bildirir, lakin o hələ əmin deyil ki, nahar yoxsa şam yeməyini təsvir edəcək, işıq gün işığı yoxsa lampa işığı olacaq. Bu tablonu rəssam 1885-ci ilin aprel-may aylarında Nyuenendə çəkmişdir. Lakin etüdlərlə üzərində iş hələ qışda başlanmışdı. "Kartof yeyənlər" tablosunda Van Qoq dostlaşdığı Qrootlar ailəsini təsvir etmişdir. De Qrootlar kəndli idilər.
Kuba-Taba dağı
Kuba-Taba (kab.-çərk. Къуэбэ-Тӏэбэ) — Mərkəzi Qafqazın ön dağlıq zonasında yerləşən dağ massivi. Massivin ən yüksək nöqtəsi eyni adlı Kuba-Taba zirvəsidir. Kabarda-Balkariya Respublikasının Baksan və Zolski rayonları arasından keçən inzibati sərhəd massivin suayrıcı xəttindən keçir. Kuba-Taba dağı Baksan rayonun şimal-qərb hissəində yerləşən tənha dağ massividir. Massivin daha yüksək hissəsi onun cənub hissəsidir. Şimala doğru hündürlük tədricən alçalır və Kuba kəndi yaxınlığında, Malka çayı yatağında itir. Kuba-Tobanın dəniz səviyyəsindən mütləq hündürlüyü 672 metrdir. Dağ massivinin cənub yamacı yaxınlığından Qafqaz federal avtomobil magistiralı keçir. Dağa ən yaxın yaşayış məntəqəsi Kuba-Taba cənub-şərqdə, Malka cənub-qərbdə, Kuba isə şimal-şərqdə yerləşir.
Kyara Tabani
Kyara Tabani (d. 27 avqust 1994) — İtaliyanı təmsil edən su poloçusu. Kyara Tabani, İtaliya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:12 hesabı ilə məğlub olan İtaliya yığması, Rio-de-Janeyro Olimpiadasının gümüş medalına sahib oldu.
Light Table
Light Table Node.js istifadə edərək ClojureScript-də yazılmış yüngül inteqrasiya olunmuş inkişaf mühiti (daha doğrusu, bu sistem xrom ilə birləşdirilmiş node-webkit və 0.8 versiyasıdır).Kriş Qranger və Robert Attori tərəfindən dizyn edilib. Proqram hazırda Clojure, ClojureScript, JavaScript və Python inkişafını, həmçinin HTML və CSS-i dəstəkləyir. Bütün bu dillər üçün REPL təmin edilmişdir, mühit ifadələri dərhal qiymətləndirməyə və real vaxt rejimində kodda edilən dəyişikliklərin nəticələrini görməyə imkan verir. Yeni proqramlaşdırma mühitinin fərqli cəhətləri interfeysin sadəliyi və cavabdehliyi ilə birləşməsidir. Beləliklə, hesablamaların nəticəsini dərhal göstərməkdən əlavə, sənəd üzərində başqa sənədi seçmək vəya dəyişdirmək olur. Əlavə proqramlaşdırma dilləri üçün isə dəstək plaginləri lazımdır.
Mari Joy Tabal
Mari Joy Tabal (13 iyul 1989) — Filippinli marafonçu. Mari Joy Tabal Filippini 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Mari Joy Tabal birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 3 saat 2 dəqiqə 27 saniyəyə qət edərək 157 marafonçu sırasında 124-cü yeri tutdu.
Maya Tabakova
Maya Tabakova (11 may 1978) — Bolqarıstanı təmsil edən bədii gimnast. Maya Tabakova Bolqarıstanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində gümüş medalın sahibi olub.
Motaatıcı tabor
Motoatıcı tabor — birləşmiş hərbi qüvvələrdən ibarət tabor. Qərargah, kəşfiyyat taqımı, minaatan batareya taqımı, rabitə taqımı, maddi-texniki təminat taqımı, tibbi yardım taqımı, əlavə 3 bölükdən ibarət və onların tabeliyində olan tank və ya yüngül zirehli texnika taqımlarından ibarətdir.
Motoatıcı tabor
Motoatıcı tabor — birləşmiş hərbi qüvvələrdən ibarət tabor. Qərargah, kəşfiyyat taqımı, minaatan batareya taqımı, rabitə taqımı, maddi-texniki təminat taqımı, tibbi yardım taqımı, əlavə 3 bölükdən ibarət və onların tabeliyində olan tank və ya yüngül zirehli texnika taqımlarından ibarətdir.
Nana (tablo)
Nana (fr. Nana) - Eduard Mane tərəfindən 1877-ci ildə çəkilmiş rəsm əsəri.
Neoseiulus tabis
Neoseiulus tabis (lat. Neoseiulus tabis) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Neoseiulus tabularis
Neoseiulus tabularis (lat. Neoseiulus tabularis) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Nicotiana tabacum
Əsl tütün (lat. Nicotiana tabacum) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin tütün cinsinə aid bitki növü. Nicotiana florida Salisb. Tabacum nicotianum Bercht.
Niderland atalar sözləri (tablo)
Niderland atalar sözləri (nid. Nederlandse Spreekwoorden) — Niderland rəssamı Böyük Piter Breygel tərəfindən 1559-cu ildə çəkilmiş rəsm əsəri.
Oleq Tabakov
Oleq Pavloviç Tabakov (rus. Олег Павлович Табаков, 17 avqust 1935, Saratov, RSFSR, SSRİ — 12 mart 2018, Moskva, Rusiya) — rus teatr və kino aktyoru, rejissor, SSRİ xalq artisti. Oleq Pavloviç Tabakov 17 avqust 1935-ci ildə anadan olub. Baharın on yeddi anı (film, 1973) Alqışlar, alqışlar...
Olimpiya (tablo)
Olimpiya (fr. Olympia) — Fransa rəssamı Eduard Manenin 1863-cü ildə tamamladığı rəsm əsəri. Realizm cərəyanının nümunəsi olan əsər hal-hazırda Parisdə yerləşən Orse muzeyində sərgilənir. Tablo ilk dəfə 1865-ci ildə Paris Salonunda rəssamın digər əsəri olan "Əsgərlər tərəfindən xor baxılan İsa" rəsmi ilə birlikdə sərgiləndiyində böyük bir qalmaqala səbəb olmuşdur. Əsərdə fahişə olduğu təəssüratı oyandıran çılpaq ağ bir qadın üzərində yastıqlar olan bir yatağa uzanmış halda təsvir edilmişdi. Qadına əlində bir buket çiçək tutan zənci bir xidmətçi və qara pişik yoldaşlıq edirdi. Mane klassik tabloların əksinə heç bir əlavə fikir ehtiva etməyən gerçək bir çılpaq çəkmişdi. Dövrün tamaşaçıları və tənqidçiləri bir tanrı yerinə fahişənin mövzu edildiyi, kəskin ana xətlərə və təzad ehtiva edən sərt rənglərə sahib rəsm əsəri ilə qarşılaşdıqda çox təəccübləndilər. Rəsmdə təsvir edilən qadının izləyənlərə utanmazca baxması, işığın qadının solğun bədəninə və üzərində yatdığı atlaz ədyallarda əks olunması maraq çəkdi. Həmin il Paris Salonu haqqında yazılan 85 məqalənin 72-i gənc qızların və hamilə qadınların uzaq dayanmaları mövzusunda xəbərdar edildikləri "Olimpiya" rəsmi haqqında idi.

Значение слова в других словарях