Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bülənt Əmin Yarar
Bülənt Əmin Yarar və ya Bülənt Yarar, (d. 1961, Ankara) Türkiyənin teatr, kino və televiziya aktyoru, Yazıçı, Ssenari müəllifi. Arxa sıradakılar serialında, Kamal Güngör obrazıyla tanınır. == Həyatı == Bülənt Əmin Yarar 1 yanvar, 1961-ci ildə Türkiyənin Ankara şəhərində anadan olub. Kiçik yaşlarından ailəsiylə birlikdə tez-tez teatr izləyirdi. Ancaq məktəbi bitirənə qədər, teatrla məşğul olmadı. Atasının skripka çalmasının da təsirilə musiqiyə marağı artdı. Memar Sinan Universitetinin Dövlət Konservatoriyasının Şan bölməsinə daxil oldu. Rol aldığı ilk tamaşa İstanbul Əfəndisidir. Ətrafının təkidi ilə eyni universitetin teatr bölməsinə daxil olur.
Dalğaları yararkən (film, 1996)
Dalğaları yararkən (ing. Breaking the Waves) — rejissor Lars fon Trierin 1996-cı ildə Emili Uatsonun iştirakı ilə ekranlaşdrıdığı filmdir. Film Şimali Şotland Dağlarında yaşayan qeyri adı xarakterə malik gənc qız Bess MakNeyl və onun həyat yoldanı Yana qarşı hiss etdiyi məhəbbətdən bəhs edir. Filmin beynəlxalq istehsalı ilə Trierin rəhbərlik etdiyi "Zentropa" adlı Danimarka film şirkəti məşğul olmuşdur. "Dalğaları yararkən" filmi trierin "İdiotlar" (1998) və "Qaranlıqda rəqs edən" (2000) filmlərinin də daxil olduğu "Qızıl ürək trilogiyası"nın birinci filmidir. == Məzmunu == Dalğaları yararkən filmində psixoloji problemləri olmuş gənc şotland xanım Bess MakNeylin həyat hekayəsi danışılır. Yaşadığı toplumun və kalvinist kilsəsinin qarşı olmasına baxmayaraq, o, norveçli neftçi Yanla evlənir. Bess bir qədər kəm düşünəli və körpə uşaq kimi sadəlövhdür. Tez-tez kilsəni ziyarət edəən Bess Tanrıya inanır və çoxlu dua edir, Tanrının onun öz səsi ilə ona cavab verdiyini düşünür. Yan neft platformasında olduğu müddətdə Bess onsuz çətin yaşayır.
Yararsız torpaqlar
Bedlend (ing. badlands - pis (yararsız) torpaqlar) — alçaq dağlıq ərazidə kəskin və mürəkkəb parçalanmış relyef. Əkinçilik üçün yararsız hesab olunur. Azərbaycan Respublikasında Bozqır yaylaq ərazisində daha çox rast gəlinir. İstifadəsi mümkün olmayan torpaqlar Bedlendlər adlanır. Badlands sözündən götürülüb Burada Bad-pis Land torpaq anlamındadır. Azərbaycanda belə torpaqlara Bozqır ərazilərində rast gəlinir. ASE, V cild, Bakı, 1981, səh.
Dalğaları yararkən
Dalğaları yararkən (ing. Breaking the Waves) — rejissor Lars fon Trierin 1996-cı ildə Emili Uatsonun iştirakı ilə ekranlaşdrıdığı filmdir. Film Şimali Şotland Dağlarında yaşayan qeyri adı xarakterə malik gənc qız Bess MakNeyl və onun həyat yoldanı Yana qarşı hiss etdiyi məhəbbətdən bəhs edir. Filmin beynəlxalq istehsalı ilə Trierin rəhbərlik etdiyi "Zentropa" adlı Danimarka film şirkəti məşğul olmuşdur. "Dalğaları yararkən" filmi trierin "İdiotlar" (1998) və "Qaranlıqda rəqs edən" (2000) filmlərinin də daxil olduğu "Qızıl ürək trilogiyası"nın birinci filmidir. == Məzmunu == Dalğaları yararkən filmində psixoloji problemləri olmuş gənc şotland xanım Bess MakNeylin həyat hekayəsi danışılır. Yaşadığı toplumun və kalvinist kilsəsinin qarşı olmasına baxmayaraq, o, norveçli neftçi Yanla evlənir. Bess bir qədər kəm düşünəli və körpə uşaq kimi sadəlövhdür. Tez-tez kilsəni ziyarət edəən Bess Tanrıya inanır və çoxlu dua edir, Tanrının onun öz səsi ilə ona cavab verdiyini düşünür. Yan neft platformasında olduğu müddətdə Bess onsuz çətin yaşayır.
Harar
Harar (Harer) — Efiopiyanın əsas islam şəhəri, daş divarlarla əhatə olunmuş məscidlər və rəngarəng bazarlar şəhəri, müsəlman elmi və məktəbləri mərkəzi. == Tarixi == Əsrlər boyu Harardan Şərqi Afrikanı ərəb dünyası ilə əlaqələndirən ticarət karvanları keçib. Bu şəhərin çiçəklənmə dövrü XVI əsrdir. Şəhər o zaman böyük əraziyə malik, bugünkü Şərqi Efiopiyanı əhatə edən müstəqil Somali Sultanlığı olan Adalın paytaxtı olub, lakin vaxt ötdükcə Adal mövqelərini itirib. Hazırda Harara Efiopiya hökuməti nəzarət edir. === Cuqol === Şəhərin "Cuqol" adlandırılan köhnə hissəsi son 400 il ərzində çiçiəklənmə vaxtı qonşuların hücumlarından müdafiə üçün dörd metr hündürlüyə malik divarlarla əhatə olunub. 2006-cı ildə 82 məscidə malik Cuqol YUNESKO-nun Dünya irsi siyahısına daxil edilib. 300 ildən çox müddət ərzində köhnə şəhərə giriş qeyri-müsəlmanlar üçün bağlı olub. Burada mövcud ənənəyə əsasən, köhnə şəhərdə sakinlər evlərin xarici divarlarını müxtəlif əlvan rənglərə boyayırlar. Evlər üç növdə tikilib; bəziləri Qırmızı dəniz sahilindəki ənənəvi ərəb şəhərləri memarlığını xatırladır.
Yaraş
Yaraş (mac. járás) — Macarıstan inzibati-ərazi bölgüsü vahidi. 2013-cü ildə Yaraş "kistershegami" (kistérség) adlanan əvvəlki inzibati ərazi vahidlərini əvəz etdi. Hal-hazırda Macarıstan 19 medye (və şəhərlərə, bərabər olan medye - Budapeştə ) bölünən 7 regiona bölünür və medye isə - 175 rayon-yaraşlara bölünür (mac. járás), rayonlar - icmalara (mac. község) daxildir. 2012. évi XCIII. törvény a járások kialakításáról, valamint egyes ezzel összefüggő törvények módosításáról. In:2012. évi XCIII. törvény a járások kialakításáról, valamint egyes ezzel összefüggő törvények módosításáról.
Yazar
Yazıçı və ya yazar — ideyaları çatdırmaq üçün fərqli üslublar və texnikalarla yazılı sözlərdən istifadə edən insan. Yazıçılar ədəbi sənətin fərqli formlarını və romanlar, hekayələr, kitablar, poeziyalar, səfərnamələr, pyeslər, ssenarilər, teleskriptlər, mahnılar və esselər kimi kreativ yazı işləri, habelə ictimaiyyət üçün maraqlı ola biləcək hesabatlar və məqalələr ərsəyə gətirirlər. Yazıçıların işləri medianın böyük bir hissəsində yayımlanmaqdadır. İdeyaları yaxşı bir şəkildə çatdırmaq məqsədilə dildən məharətlə istifadə edə bilən yazıçılar çox vaxt bir cəmiyyətin mədəniyyətinə önəmli töhfələr verir. Əksər hallarda yazıçı sözü əsərlərini nəsr, şair isə əsərlərini nəzm ilə yazan müəlliflərə ithaf edilir. Yazıçılar uydurma və uydurma olmayan bir çox janrda əsərlər yazıb-yarada bilər. Bəzi yazıçılar isə öz fikirlərini multimedia — qrafika, illüstrasiya və s. ilə zənginləşdirirlər. Öz fikirlərini çatdırmaq üçün onlar nadir hallarda hətta musiqidən də faydalana bilərlər. Bunlardan başqa, şifahi ənənədən istifadə edən bir sıra yazıçılar da mövcuddur.
Yara
Yara — mexaniki təsirdən dəri və selikli qişaların, bədən boşluğunda yerləşən üzvlərin: ürək, ağciyər, qaraciyər, mədə-bağırsaq, böyrəklər, sidik kisəsi və s. tamlığının pozulmasıdır. Mexaniki zədə kəsici, deşici alətlərlə törənirsə və dəri tamlığı pozulursa, bu yaradır. Məsələn, qarına vurulan bıçaqla dəri tamlığı pozulur, mədənin divarında, qaraciyərin parenximasında yara törənir. Qarnın küt zədələnmələri zamanı dəri tamlığı pozulmur və yalnız dalağın zədələnməsi qanaxmaya səbəb olur, bu zaman söhbət yaradan deyil, dalağın cırılmasından getməlidir. Yaranın 3 əsas əlaməti vardır: ağrı, qanaxma, yara səthi. Yaralar əmələgəlmə səbəblərinə, toxumaların zədələnmə xüsusiyyətinə, infeksiyalaşma ehtimalına, yara kanalının bədən boşluqlarına münasibətinə və s. görə təsnif olunur. Əmələ gəlməsinə görə bütün yaralar 2 qrupa bölünür: məqsədyönlü və təsadüfi yaralar. Məqsədyönlü yaralar — özləri də 2 qrupa bölünür: tibbi və kriminal yaralar (müharibələr, qəsd, intiqam, intihar).
Ebru Yaşar
Ebru Yaşar (8 avqust 1978, Ankara)— Türkiyə müğənnisi. == Həyatı == Türkiyənin tanınmış müğənnisi Ebru Yaşar 8 avqust 1977-ci il tarixində Ankarada anadan olub. Musiqiyə qarşı olan boyük sevgisindən kiçik yaşlarından səhnəyə addımlarını atıb. Vaxt keçdikcə səsinin dəyərini daha gözəl bilən sənətçi yaxın dostlarının da məsləhəti ilə albom çıxarmaq istəyini reallaşdırıb. 1995-ci ildə "Bu sahildə" adlı albomunu çıxardıb. Albomun adını daşıyan mahnı hər kəs tərəfindən çox sevilib. Az müddətdə əldə etdiyi nailiyyətə görə eyni ildə Maqazin Qəzetləri Dərnəyi tərəfindən "İlin qadın sənətçisi" mükafatına layiq görülüb. Gün keçdikcə ulduzu parlayan sənətçi 3 il fasilədən sonra — 1998-ci ildə "İdobay" adlı musiqi şirkətiylə işləməyə başlayıb. 1999-cu ildə "Səni anan mənim için doğurmuş" adlı albomunu satışa çıxarıb. Albomuyla fırtınalar əsdirən sənətçi əsasən də albomun adını daşıyan mahnısı sayəsində kiçikdən-böyüyə hər kəsin məhəbbətini qazanıb.
Könül Yazar
Könül Yazar (türk. Gönül Yazar; 12 avqust 1936, İzmir) — Türkiyə kino aktrisası və musiqiçi.
Mikayıl Yanar
Mikayıl Yanar (Rəhimov Mikayıl Binnət oğlu; 15 may 1938, Qovlar, Tovuz rayonu) — Azərbaycan Yazıçılar Birliyinin (2000), Azərbaycan Jurnalistlər Birliyinin (1986) üzvü, şair-publisist. Rəhimov Mikayıl Binnət oğlu 1938-ci il mayın 15-də Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olmuşdur. Burada yeddiillik, Samux rayonunun Qarayeri qəsəbəsində onillik məktəbi bitirdikdən sonra ordu sıralarında xidmət etmişdir (1958-1959). Xanlar Pedaqoji Texnikumunda təhsil almışdır (1959-1961). Gəncə Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsində qiyabi təhsil almışdır (1966-1972). 1977-1979-cu illərdə Azərbaycan KP MK-nın Kirovabad şəhərindəki marksizm-leninizm universitetinin təbliğatçı fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə təyinatla göndərildiyi Şabran (keçmiş Dəvəçi), Abşeron rayonlarının Gəndob orta ümümtəhsil məktəbində müəllim, Surra, Baş Əmirxanlı, Padar kənd ibtidai məktəblərində məktəb müdiri kimi başlamışdır (1961-1964). Samux rayonunun Qarayeri qəsəbə orta məktəbində müəllim işləmişdir (1964-1973). "Gəncənin səsi" qəzeti redaksiyasında müxbir işləmişdir (1974-1992). Gəncə şəhər 7 saylı orta ümumtəhsil məktəbində mü-əllim (1992-2011), Nizami Ev Muzeyində fond müdiri vəzifəsində işləmişdir (1992-1999).
Rafiq Tarar
Məhəmməd Rafiq Tarar (2 noyabr 1929, Qucranvala, Britaniya Hindistanı – 7 mart 2022, Lahor) — Pakistan İslam Respublikasının 9-cu prezidenti.
Typhlodromips yarra
Yaşar Aksoy
Yaşar Aksoy (1 avqust 1947) Türk şair, tarixçi və yazıçısı. Yaşar Aksoy İzmir aşiqi olaraq tanınmaqdadır.Anası izmirli tarix müəllimi Zəhra Aksoy,atası Uşaklıdan olan əkinçi Camal Aksoydur. Y.Aksoy 1965-ci ildən etibarən növbə ilə Axşam qəzeti,Türk yolu dərgisi,Demokrat İzmir qəzeti (1971-1979), Yeni əsr qəzeti (1982-2001), Star qəzeti və Hürriyyət qəzetində mədəniyyət müxbiri, mədəniyyət sahəsinin rejissoru, araşdırmaçı və köşə yazarı olmuşdur. Bundan əlavə Aksoy Yeni Tv televiziya kanalında Kultura, Ege Tv televiziya kanalında isə Egedə zaman adlı televiziya proqramlarını hazırlayaraq təqdim etmişdir. Aksoy Beynəlxalq İzmir Araşdırmalar Mərkəzi ilə Çeşmə Sənət Dostları qrupunun qurucusudur. İzmir eli üçün etdiyi mədəni qatqılar səbəbi ilə Qarşıqaya mahalında doğulub böyüdüyü və uşaqlıq illərini keçirdiyi küçəyə və Asansör (Qaradaş) səmtində bir parka yazıçının adı verilmişdir. Yaşar Aksoy İstanbul Texnik Universiteti və Ege Universitetindən mühəndis kimi məzun olmuşdur.Doqquz sentyabr Universitetinin Atatürk qanunu və İnqilab tarixi İnstitunda İnqilab tarixi dərslərini verən Yaşar Aksoy 20 ilə yaxın müddətini Çeşmə tarixi və mədəniyyətini araşdırmağa həsr etmişdir.Çeşmə mahalının arxivini qurmaq üçün çalışmaqdadır. Y.Aksoy 1984 və 1990-cı illər ərzində Çeşmə Beynəlxalq Festival qəzetlərini nəşr etdirmişdir.
Yaşar Abbasov
Yaşar Abbasov (1 avqust 1980-ci il, Tovuz, Azərbaycan SSR, SSRİ) — FİFA kateqoriyalı azərbaycanlı futbol hakimi. Hakimin köməkçisi kimi 2012-ci ildən beynəlxalq oyunları idarə edir. 1980-ci ildə Tovuzda anadan olan Yaşar Abbasov, 2012-ci ildən beynəlxalq dərəcəli hakimdir (FİFA referinin assistenti). 2001-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin iqtisadiyyat fakultəsini bitirmişdir. 2006-cı ildən hakimlik etməyə başlayıb. Azərbaycan çempionatlarında həm Premyer-Liqada, həm də Birinci Divizion və əvəzedici heyətlərin oyunlarında hakimlik edib və hal – hazırda AFFA hakimlər komitəsində mütəxəssis vəzifəsində çalışır. 2014-cü ildə Macaristanda keçirilən U19 Avropa Çempionatının final mərhələsində, 2015 Gənclər komandaları arasında Avropa çempionatının seçmə mərhələsinin bir neçə oyunu idarə etmişdir. UEFA Avropa Liqasının təsnifat mərhələlərinin oyunlarını idarə etmişdir.
Yaşar Qurd
Arşak Yaşar Qurd (erm. Արշակ Յաշար Կուրթ, türk. Arşak Yaşar Kurt; 16 avqust 1968, İstanbul) — erməni əsilli Türkiyə rok musiqiçisi. Kriptoermənilərin nümayəndəsi olan Qurd əsl mənşəyini yalnız qırx yaşında bilmişdir. Yaşar Qurt 1968-ci ildə İstanbulda anadan olmuşdur. 1974–1989-cu illərdə İstanbulda orta məktəblərin birində təhsil almışdır. 1990-cı ildə Əskişəhər Universitetinin İqtisadiyyat fakültəsinə daxil olmuş, oranı bitirmədən musiqi təhsili almağa başlamışdır. Yaşar Qurt universiteti tərk etdikdən sonra "Beyaz Yunus" adlı qrup yaratmışdır. 1994-cü ildə Kölndə "Sokak Şarkıları" albomunu çıxardıqdan sonra qrup Türkiyədə populyarlıq qazanmışdır.. 2007-ci ildə qırx yaşında olan Yaşar Qurd atasından əslində milliyyətcə türk deyil, erməni olduğunu öyrənmişdir.
Habil Yaşar
Yaşar Məmmədzadə
Attaullah Tarar
Attaullah Tarar (urdu عطاء اللہ تارڑ; ) — Pakistan siyasətçisi və hüquqşünası. O, Şahbaz Şərifin dövründə federal nazir statusu ilə Pakistan baş nazirinin daxili işlər və hüquqi işlər üzrə xüsusi köməkçisi vəzifəsində çalışmışdır. O, həmçinin 2022-ci ildə o vaxtkı Pəncab Baş naziri Həmzə Şahbaz Şərifin kabinetində Pəncab hökumətinin sözçüsü və Pəncabın daxili işlər naziri vəzifələrində çalışmışdır. O, Pakistan Müsəlman Liqasının (N) baş katibinin müavinidir.
Fərrux Yasar
Fərrux Yasar (2 iyun 1441, Bakı – 1500, Şamaxı) — Şirvanşahlar dövlətinin otuz altıncı hökmdarı, Şirvanşah I Xəlilullahın oğlu. == Fəaliyyəti == === Siyasi vəziyyət === I Fərrux Yasar çox qarışıq siyasi proseslərin baş verdiyi dövrdə hakimiyyətdə olmuşdur. Qaraqoyunlu dövləti 1468-ci ildə Uzun Həsən tərəfindən büsbütün darmadağın edildikdən sonra onun yerində Ağqoyunlu dövləti bərqərar oldu. Uzun Həsən Cənubi Azərbaycanı və Qarabağı tutdu, Təbriz Ağqoyunlu dövlətinin paytaxtı oldu. Uzun Həsənin hərbi uğurları və onun qonşuluğunda olan Şirvana hücum etmək təhlükəsi atası Xəlilüllahın ölümündən sonra h.869 (1465)-cü ildə taxta çıxmış Fərrux Yasarı Uzun Həsənə münasibətini, ata və babasının Teymurilərə arxalanmaq mövqeyini dəyişdirməyə məcbur etdi. === Fateh Sultan Mehmedlə münasibətlər === Fərrux Yasar hakimiyyətinin ilk illərində diplomatik münasibətlər yaratmaq məqsədilə bir sıra ölkələrə elçilər göndərdi. Şirvanşah atası Xəlilüllah kimi, h.857 (1453)-ci ildə Konstantinopolu tutmuş və Bizans imperiyasını dağıtmış qüdrətli türk sultanı II Mehmet Fatehlə (1451- 1481) ittifaq bağlamağa çalışırdı. 1465-ci ildən azacıq sonra Fərrux Yasar öz elçisi "Xələf əl-üməra və-1-əkabir" (əmir və əyan-əşrafların müavini) Ziyaəddin Yusif bəyi qiymətli hədiyyələrlə İstanbula göndərmişdi. Şirvanşahın şəxsi taciri (ustadan xasse humayun) Şirvan taciri Xacə Yar Əhməd Şirvanidən 2 qızıl külçəsi almışdı. Şirvanşah sultana özünə zireh sifariş etmək üçün yuxarıda adı çəkilən tacirdən alınmış 7400 dirhəm (23 kq 680 q.) qızıl və gümüş göndərmişdi.
Yaşar Abdulov
Yaşar Qaraxan oğlu Abdulov (1 iyul 1946, Yardımlı – 30 noyabr 2012) — Azərbaycan pedaqoqu və dövlət xadimi, Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı (2001–2005). Yaşar Qaraxan oğlu Abdulov 1 iyul 1946-cı ildə Yardımlıda anadan olmuşdur. 1968-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun Fizika-riyaziyyat fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə 1968-ci ildə riyaziyyat müəllimi kimi başlamış, 1971-ci ilədək Əsədabad kənd səkkizillik və 2 saylı Yardımlı qəsəbə məktəblərində müəllim işləmişdir. 1971–1972-ci illərdə Azərbaycan LKGİ Yardımlı Rayon Komitəsində şöbə müdiri vəzifəsində çalışmışdır. 1972–1973-cü illərdə Sovet Ordusu sıralarında hərbi xidmət keçmiş, ordudan tərxis olunduqdan sonra yenidən pedaqoji fəaliyyətə qayıdaraq 1973-cü ildən 1982-ci ilədək Yardımlı qəsəbə 2 saylı orta məktəbində müəllim işləmişdir. 1982-ci ilin iyun ayından 1990-cı ilin oktyabr ayınadək Yardımlı Qəsəbə Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri işləmiş, 1990-cı ilin oktyabr ayından 1994-cü ilin aprel ayınadək Yardımlı Rayon XDS sədrinin müavini vəzifəsində çalışmışdır. Paralel olaraq 1991–1994-cü illərdə Bakı Dövlət Sosial İdarəetmə və Politologiya İnstitutunda ikinci ali təhsil almışdır. Yaşar Abdulov 1994-cü ilin may ayından 2001-ci ilin fevral ayınadək Yardımlı Rayon İcra Hakimiyyəti başçısının müavini, birinci müavini, 2001-ci ilin fevral ayından 2005-ci ilin may ayınadək isə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində işləmişdir. "Əməkdə fərqlənməyə görə" medalı və "Qabaqcıl maarif xadimi" döş nişanı ilə təltif edilmişdir.
Yaşar Tüzün
Yaşar Tüzün (18 yanvar 1966, Biləcik) — iş adamı və siyasətçi; Biləcik Bələdiyyəsinin sədri (1999—2002), Türkiyə Böyük Millət Məclisinin 22, 23, 25, 26, 27 və 28-ci çağırış deputatı. Yaşar Tüzün 1966-cı ildə Biləcik ilində anadan olub. Ticarət Peşə Liseyini bitirib. Biləcik Gənc İş adamları Dərnəyinin sədri, Biləcik İdman Klubunun sədri, TESK Biləcik İdarə Heyətinin sədr müavini olub. Siyasətə Sosial Xalqçı Partiyasında (SHP) qoşulub, Cümhuriyyət Xalq Partiyasında (CHP) isə davam edib. CHP Biləcik ilçə və il sədri olub. 1994-cü ildə Biləcik Bələdiyyəsinin Məclis üzvü, 1999-cu ildə Biləcik Bələdiyyəsinin sədri seçilib. 2002, 2007, iyun 2015, noyabr 2015, 2018 və 2023-cü illərdə Biləcik ilindən Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib. 2017-2018-ci illərdə parlamentin sədr müavini olub. Daxili işlər Komissiyasının üzvüdür.
Yaşar Universiteti
Yaşar Universiteti (türk. Yaşar Üniversitesi) — Türkiyənin İzmir şəhərində yerləşən universitet. Universitetdə dərslər türk və ingilis dillərində keçirilir. Yaşar Universiteti Türkiyədə İngilis Dili Proqramı Akkreditasiya Komissiyası tərəfindən akkreditə olunmuş ilk universitetdir. 1999-cu ildə Səlcuk Yaşar İdman və Təhsil Vəqfi İzmir şəhərində müasir bir universitet olaraq Yaşar Universitetini qurmaq qərarına gəldi. Türkiyə Böyük Millət Məclisi universitetin yaradılması haqqında qanunu 29 mart 2001-ci ildə təsdiqlədi. 2002-ci ildə universitetin Alsancak korpusunda təhsilə başlanıldı. Yaşar Universiteti 25 fərqli akademik proqramı olan 7 bakalavr fakültəsinə bölünür. İngilis dili və ədəbiyyatı Riyaziyyat Statistika Psixologiya Tərcümə Memarlıq Daxili memarlıq Ətraf Mühitin dizaynı Kompüter mühəndisliyi Elektrik və Elektronika mühəndisliyi Enerji Sistemləri mühəndisliyi Sənaye mühəndisliyi Proqram mühəndisliyi İctimaiyyətlə Əlaqələr və Reklam Radio, Kino və Televiziya Vizual kommunikasiya dizaynı Bütün şöbələr üçün tədris dili ingilis dilindədir. Biznesin idarə edilməsi İqtisadiyyat Beynəlxalq Logistika İdarəetməsi Beynəlxalq Ticarət və Maliyyə Səyahətlərin İdarə edilməsi və Turizm rəhbərliyi Beynəlxalq əlaqələr Kino dizaynı Qrafik dizayn Sənaye dizaynı Musiqi Hüquq üzrə LLB (Onlayn dərslər) Yaşar Universitetinin Xarici Dillər fakültəsi ingilis dilini bilməyən tələbələr üçün ingilis dilində hazırlıq kursu təklif edir.
Yaşar Yıldırım
Yaşar Yıldırım (1956, Ankara ili) — iş adamı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı. Yaşar Yıldırım 1956-cı ildə Ankara ilinin Kızılcahamam ilçəsində anadan olub. Ankara Universiteti Memarlıq Bölməsindən məzun olub. 12 senytabr 1980-ci il hərbi çevrilişindən sonra MHP üzvü olduğuna görə həbs edilib. 1993-cü ildə Muhsin Yazıcıoğlu ilə birgə BBP qurucularından olub. 1994-cü ildə Kızılcahamam ilçə bələdiyyə sədri seçilib. Geotermal Mənbəli Bələdiyyələr Birliyinin qurucu prezidenti olub. 1998-ci ildə Devlet Bahçelinin MHP sədri seçilməsindən sonra MHP-yə qayıdıb. 1999-2000-ci illərdə MHP sədrinin baş müşaviri, 2000-2022-ci illərdə MHP Ankara il şöbəsinin sədri olub. 2018-ci ildən MHP İdarə Heyətinin üzvü və MHP sədrinin müavinidir.
Yaşar Nəzihə
Yaşar Nəzihə Bükülməz (türk. Yaşar Nezihe; 29 yanvar 1882, Konstantinopol, Osmanlı imperiyası – 5 noyabr 1971) — Osmanlı imperiyası dövrü şairəsi. Yaşar Nəzihə 1896-1953-cü illər arasında dövrünün fəal ədəbi simalarından biri olub. Şeirlərində kasıb və çətin uşaqlığına, evliliklərinə də yer verib. Yaşadığı yoxsul həyatı əsərlərində qabartması, müxtəlif tətil və fəhlə hərəkatlarını dəstəkləməsi onun sosialist şair kimi tanınmasına rəvac verib. O, ədəbi kimliyi ilə yanaşı, həyat hekayəsi ilə də dövrün qadın şairləri arasında özünəməxsus yer tutub. Onun "Aydınlıq" jurnalının 1923-cü il iyun nömrəsində dərc olunan şeiri 1 May Beynəlxalq Əmək Günü ilə bağlı ilk türkcə şeiri hesab olunur. 1882-ci ildə İstanbulun Silivriqapı ilçəsində anadan olan Yaşar Nəzihənin anası tatar əsilli Qaya xanım, atası isə bələdiyyə işçisi Qədir bəy idi. Kasıb bir ailədə böyümüş Yaşar Nəzihə ailənin 5 uşağından üçüncüsü idi. Ailənin digər uşaqlarının hamısı gənc yaşlarında vərəm xəstəliyi və baxımsızlıqdan dünyalarını dəyişiblər.
Kamal Yaşar
Kamal Məmmədov və ya Kamal Yaşar (2 avqust 1984, Kirovabad) – rejissor, aktyor, səs rejissoru, dublyajçı. == Bioqrafiyası == Kamal Yaşar 2 avqust 1984-cü ildə Gəncədə anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq ixtisası üzrə bakalavr və magistr təhsili alıb. Bakı Film İnstitutunun ilk məzunlarındandır. 2011–2017-ci illərdə Region TV-nin Mədəniyyət departamentində, 2015–2016-cı illərdə ANS TV-nin dublyaj redaksiyasında çalışıb. 2017-ci ildən tvseans.com kino platformasının dublyaj redaksiyasıyla əməkdaşlıq edir. Dövri mətbuatda davamlı olaraq yazıları dərc olunur. Film və teatr tamaşaları haqqında çoxsaylı resenziyaların müəllifidir. 2017-ci ildə VII Avropa Filmləri Festivalı Kinoresenziya Müsabiqəsinin qalibi və ali mükafatçı kimi 67-ci Berlin Film Festivalında iştirak edib. Əcnəbi kino mütəxəssislərinin ustad dərslərində prodüserlik kursları (Zeyneb Özbatur Atakan) və ssenari təlimlərinin (Pol Freyzer) iştirakçısı olub.
Yaşar Nəcəfov
Yaşar Nəcəfov (9 iyun 1999) — Azərbaycanı təmsil edən cüdoçu. == Karyerası == Yaşar Nəcəfov 2016-2018-ci illərdə yeniyetmələrin beynəlxalq turnirlərində 3 gümüş və 2 bürünc medala sahib oldu. 2018-ci ildə U21 Azərbaycan Çempionatının qalibi olan Yaşar Nəcəfov 2020-ci ildə Xorvatiyanın Pоreç şəhərində U23 Avropa Çempionatını beşinci pillədə başa vurdu. 2022-ci ildə Təl-Əvivdə (İsrail) IJF Grand Slam turnirinin gümüş medalına sahib olan Yaşar Nəcəfov Zaqrebdə (Xorvatiya) IJF Qran-Pri turnirinin qalibi oldu. Həmin il Azərbaycan çempionu da oldu. 2023-cü ildə isə Yaşar Nəcəfov IJF Grand Slam turnirinin Azərbaycan mərhələsinin qalibi oldu, Monqolustan mərhələsini bürünc medalla başa vurdu, həmçinin Düşənbə şəhərində IJF Qran-Prisinin bürünc medalına sahib oldu. Həmin ilin iyulunda Çinin Çendu şəhərində Universiada Oyunlarını bürünc medalla başa vurdu, noyabrda isə Fransanın Monpelye şəhərində Avropa Çempionatını beşinci pillədə tamamladı. Yaşar Nəcəfov 2024-cü ilin yanvarında Portuqaliyada IJF Qran-Pri turnirinin gümüş medalına, fevralında isə Azərbaycanda IJF Grand Slam turnirinin bürünc medalına sahib oldu. Nəticədə Yaşar Nəcəfov IJF olimpiya reytinq cədvəlində mövqeyini yaxşılaşdırdı və olimpiya lisenziyasına sahib oldu.
Yaşar Yakış
Yaşar Yakış (1 avqust 1938, Akçakoca[d], Düzcə ili – 26 iyun 2024, Ankara) — Türkiyə siyasətçisi, Türkiyənin keçmiş xarici işlər naziri (2002–2003). == Həyatı == 1938-ci ildə Düzcədə laz əsilli ailədə anadan olmuşdur. Laqos, Roma və Dəməşqdəki səfirliklərdə və NATO-nun Brüsseldəki Daimi Nümayəndəliyində müxtəlif vəzifələrdə çalışıb. Yakış 1985-ci ildə İslam Konfransı Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlıq Daimi Komitəsinin sədri kimi Türkiyə Prezidentinə katiblik xidmətləri göstərmək üçün yaradılmış İSEDAK(tr) Koordinasiya Şurasına rəhbərlik edib. 2002–2003-cü illərdə xarici işlər naziri vəzifəsində çalışıb. 26 iyun 2024-cü ildə vəfat edib.