Şahmar hələ tanışlıqlarının ilk günlərində … Nərminəni özündən bircə an da ayrı təsəvvür etmirdi.
// Yaxınlıq, bələdlik; ünsiyyət.
Könlümün səninlə tanışlığı var; O səni gördükcə təsəlli duyar.
□ Tanışlıq vermək – özü haqqında məlumat vermək və ya əvvəllər tanış olduqlarını xatırlatmaq, kim, nəçi olduğunu bildirmək.
[Leytenant:] Bəs niyə bayaqdan tanışlıq vermirsiniz?
Fərəcov sədrin susduğunu görüb tanışlıq verdi.