TANIŞLIQ

is. Tanışların bir-birinə münasibəti, tanış olma.
Şahmar hələ tanışlıqlarının ilk günlərində … Nərminəni özündən bircə an da ayrı təsəvvür etmirdi. B.Bayramov.

// Yaxınlıq, bələdlik; ünsiyyət.
Könlümün səninlə tanışlığı var; O səni gördükcə təsəlli duyar. Ə.Cavad.

□ Tanışlıq vermək – özü haqqında məlumat vermək və ya əvvəllər tanış olduqlarını xatırlatmaq, kim, nəçi olduğunu bildirmək.
[Leytenant:] Bəs niyə bayaqdan tanışlıq vermirsiniz? İ.Əfəndiyev.
Fərəcov sədrin susduğunu görüb tanışlıq verdi. B.Bayramov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TANIŞLIQ bələdlik
  • TANIŞLIQ TANIŞLIQ (bir yeri tanıma; müxtəlif mənalarda) [Məsmə:] Bizim bir-birimizlə rəsmi tanışlığımız yoxdu (S

Antonimlər (əks mənalı sözlər)

  • TANIŞLIQ TANIŞLIQ – YADLIQ Hər təzə tanışlıq ömrə açılan pəncərədir (S.Sərxanlı); Bilirdilər ki, bu çəpərlər ən dərin ayrılığın, yadlığın başlanğıcıymış (M
TANIŞDIRMAQ
TANIŞMA

Digər lüğətlərdə