taktsız
taq-taq 2021
OBASTAN VİKİ
Yanq Taq
Jeffery Lamar Williams və ya səhnə adı ilə Young Thug (16 avqust 1991, Atlanta) — Amerikalı repçi, müğənni və söz yazıçısı. Fərqli vokal tərzi və obrazı ilə tanınan repçi Birdman və Gucci Mane ilə etdiyi birgə işlərlə diqqət çəkdi. Musiqi həyatına 2011-ci ildə mixtape albomları ilə başlamışdır. 2013-cü ildə Gucci Mane'nin 1017 Records şirkəti ilə müqavilə imzalayıb 1017 Thug mixtape adlı albomunu yayımlayır və bu karyerası üçün uğurlu olur. 2014-cü ildə yayımladığı single trackləri "Stoner" və "Danny Glover" ilə diqqət çəkən repçi bundan sonra isə "About The Money", "Hookah" və "Lifestyle" adlı single tracklərini yayımladı. 2015-ci ildə Barter 6 və Slime Season'un iki versiyasını təqdim edən sənətçi 2016-cı ildə I'm Up, Slimes Season 3 və Jeffery albomlarını yayımlayır. 2018-ci ildə yayımladığı albom Slime Language ilə öz şirkəti olan YSL Records'u qurur və digər rapçilər'lə müqavilələr imzalayır. Pop müğənnisi Camila Cabellonun 2017 hit mahnısında duet ifası ilə Bilboard Hot 100-də 1-ci yeri tutur. 61-ci Grammy mükafatında ilin mahnısı olaraq namizəd göstərilən "This Is America" mahnısında söz yazarı olaraq Donald Glover və Ludwid Göransson ilə namizəd olmuşdur. 2019-cu ilin Mayında J. Cole və Travis Scott ilə duet etdiyi "The London" mahnısı repçinin ikinci Billboard uğuru olaraq 12-ci yeri tutmuşdur.
Dənizçilik məktəbinin binası (Taqanroq)
Dənizçilik məktəbinin binası— Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən bina. Bina Taqanroq şəhəri Turqenev xiyabanı ev 10 ünvanında yerləşir. 1840-cı illərdə inşa edilmişdir. == Tarixi == 1808-ci ildə Nikolayev Taqanroqda Şmidt küçəsi ev 14 ünvanında bina inşa edir. İlk əvvəllər bina gömrük təsisatları üçün istifadə edilmişdi. Sonradan binada iqtisad məhkəməsi yerləşirdi. 1813-cü il məlumatına görə isə binada tikinti komitəsi yerləşirdi. 1819-cu ildə kofayət qədər ərazinin olmaması səbəbindən binanın ikinci mərtəbəsi inşa edilmişdir. 1844 - 1853 illərdə knyaz Livene burada kansilyari açmışdır. Binanın girişinfə hər zaman gözətçi olmuşdur.
Fistinanın binası (Taqanroq)
Fistinanın binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən tarixi arxitektur bina. Bina Taqanroq şəhəri Qreçeskaya küçəsi ev 65 ünvanında yerləşir. Bina XIX əsrin ikinci yarısında inşa edilmişdir. Binanın hazır ki, vəziyyəti idealdır. Bina 1992-ci il 18 noyabr tarixli qərarla regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir. == Tarixi == İki mərtəbəli bina Rostov vilayəti Taqanroq şəhəri Qreçeskaya küçəsi, ev 65 ünvanında yerləşir. Bina XIX əsrin ikinci yarısında inşa edilmişdir. İlk əvvəllər bina tacir Anna Fustinaya məxsus olmuşdur. Onun ölümündən sonra onun vərəsələrinə verilmuşdir. XIX əsrin 70-ci illərində bina qərargah kapitanı S. Pekuneviçin həyat yoldaşına, sonradan isə Vasili Tıçininə məxsus olmuşdur.
Frankın binası (Taqanroq)
Frankın binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən tarixi arxitektur bina. Bina Taqanroq şəhəri Qreçeskaya küçəsi ev 37 ünvanında yerləşən bina. Bina 1857-ci ildə inşa edilmişdir. Binanın hazır ki, vəziyyəti ideal vəziyyətdədir. Bina Otto Germanoviç Pfeyliser-Frankın vəsaiti ilə inşa edilmişdir. == Tarixi == 1857-ci ildə inşa edilən, Qreçeskaya küçəsi ev 37 ünvanında yerləşən bina Otto Germanoviç Pfeyliser-Frankın vəsaiti hesabına inşa edilmişdir. Bina bir mərtəbədən ibarətdir. O, İmperator quruqoşunları kadetində təhsil almışdır. Hansı ki, burada 1794 - 1797 illərdə bu təhsil mərkəzinə Mixail İllarionoviç Kutuzov rəhbərlik etmişdir. 1812-ci ildə Borodino çölündə baş vermiş döyüşdə kavalyer hücumlarının birində Otto Germanoviç Pfeyliser-Frank yaralanmışdır.
Frunze küçəsi (Taqanroq)
Frunze küçəsi (rus. Улица Фрунзе) — Taqanroq şəhərində yerləşən küçə. Şəhərin qədim hissəsində yerləşir. == Coğrafiyası == Frunze küçəsində Ukrayna xiyabanından başlayır və 1-ci Bulvarnı xiyabanına qədər uzanır. Küçə 3590 metr məsafədə uzanır. Nömrələnmə Ukrayna xiyabanından başlayır. Tramvay xətti Vostaniya meydanından Turqenevski xiyabanına qədər uzanır. == Tarix == 1866-cı ildə küçə Katoliçeskaya adlanırdı. Bu isə 1810-cu ildə inşa edilən katolik kilsə ilə əlaqədar olmuşdur. 1866 - 1923-cü illər ərzində küçə Nikolsyevsk adlandırılırdı.
Gültəpə-i Taqamin (Bicar)
Gültəpə-i Taqamin (fars. گل تپه طغامين‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 260 nəfər yaşayır (65 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Kerenin binası (Taqanroq)
Kerenin binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən bina. Tarixi və mədəni bina olaraq yerli əhəmiyyətli mədəni irs obyekti siyahısına daxildir. Bina klassizm stilində inşa edilmişdir. XIX əsrində Şmidt küçəsi, ev 12 ünvanında inşa edilmişdir. == Tarixi == Bina klassizm stilində XIX əsrin əvvəllərində mühəndis Dyumon de Laryunun layihəsi əsasında inşa edilmişdir. Hazırda bina Şmidt küçəsi]], ev 12 ünvanında yerləşir. İki yüz il mövcudluğu müddətində bina dəfələrlə sahibini dəyişmişdir. Üstəlik binanın təyinatında belə dəyişikliklər olmuşdur. 1810-cu il məlumatına görə binanın sahibi Paxl Daro olmuşdur. Halbuki, obaşqa şəhərdə qeydiyyatda idi.
Kimberli Taquakta
Lakier binası (Taqanroq)
Lakier binası— Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən tarixi memarlıq binası. Bina Taqanroq şəhəri Turqenev xiyabanı ev 5 ünvanında yerləşir Bina XIX əsrin birinci yarısında inşa edilmişdir. Bina klassizm stilinə sahibdir. Fasadı yarımkolonnalar ilə işlənmişdir. == Tarixi == Taqanroq şəhəri Turqenev xiyabanı ev 5 ünvanında yerləşən bina XIX əsrin birinci yarısında inşa edilmişdir. Bina iki mərtəbədən ibarətdir. Bina ilk dəfə bir mərtəbəli kiçik bir binanın üzərində ucaldılmışdır. Bu kiçik bina Naxçıvan-na-Donudan olan L gildiya taciri Karp Markoviç Qayrabetova məxsus olmuşdur. 1839-cu ildə bina yunan taciri olan Manuilu Kumaniyə məxsus olmuşdur. 1860-cı illərdə binanın sahibi dəyişir.
Lakierovun ikinci binası (Taqanroq)
Lakierovun ikinci binası— Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən tarixi arxitektur bina. Bina Taqanroq şəhəri Qreçeskaya küçəsi ev 44 ünvanında yerləşir. Bina XIX əsrin əvvəllərində inşa edilmişdir. Binanın hazır ki, vəziyyəti ideal vəziyyətdədir. Bina klassizm stilinə malikdir == Tarixi == XIX əsrin əvvələrində və ortalarında inşa edilən №42 və №44 ünvanlarında yerləşən binalar İvan Andreeviç Varvasiyə məxsus olmuşdur. Sonradan isə onun varisləri binaya sahiblənmişdir. 1906-1910-cu ildə bina 44 nömrəsi ilə Aleksandr Popudovoy və Yelena Likierə məxsus olmuşdur. Bu bina ilə əlaqəli bir çox taqanroqlu ailələrin soyadı hallandırılır. 1836-cı ildə Varvasi Sofiya Dmitrievna Alferaki ilə ailə həyatı qurmuşdur. Onların iki qızı doğulmuşdur:Akeksandra və Yelena.
Laskin binası (Taqanroq)
Lakier binası— Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən tarixi arxitektur bina. Bina Taqanroq şəhəri Qreçeskaya küçəsi, 39 ünvanında yerləşir. Bina XIX əsrin üçüncü yarısında inşa edilmişdir. == Tarixi == 1833-cü ildə Taqanroqa Aleksandr Yakovleviç Laskin öz tikinti dəstəsi ilə Taqanroq şəhərinə gəlir. 1840-cı illərdə o, Müqəddəs Mitrofiya kilsəsinin tikintisinə cavabdeh olur. Bu kilsənin yerində Moloko vavilonu yerləşir. Aleksandr Laskin Adeleida Laskinlə ailə qurmuşdur. O, 1857-ci ildən 1880-ci ilə qədər Taqanroq şəhəri, Qreçeskaya 39 ünvanında yerləşən binanın sahibi olmuşdur. Aleksandr Laskin konka yolunun inşasında belə iştirak etmişdir. 1860-cı illərdə Aleksandr Laskin polkovnik rürbəsinə qalxır və əlaqələndirmə yolları üzrə mühəndislər korpusunun sədr müavini olmuşdur.
Leşukovnanın binası (Taqanroq)
Leşukovnanın — Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən tarixi arxitektur bina. Bina Taqanroq şəhəri Komsomolsk xiyabanı ev 37 ünvanında yerləşir. Bina XIX əsrdə inşa edilmişdir. Binanın hazır ki, vəziyyəti idealdır. Bina regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir. Bina Aleksandr Andreyeviç Kuzminovun vəsaiti hesabına inşa edilmişdir. Rus vilayət klassizmi stilində inşa edilmişdir. == Tarixi == Bir mətəbədən ibarət olan bina Rostov vilayəti Taqanroq şəhəri Komsomolsk xiyabanı ev 37 ünvanında yerləşir. Bina XIX əsrin 60-cı illərərində baron Karl Reykinqin mülkiyyəti olmuşdur. Sonrakı sahib isə omalı Petr de Rossi olmuşdur.
Ligularia taquetii
Ligularia taquetii (lat. Ligularia taquetii) — mürəkkəbçiçəklilər fəsiləsinin liqulariya cinsinə aid bitki növü.
Lisinanın binası (Taqanroq)
Lisinanın binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən tarixi arxitektur bina. Bina Taqanroq şəhəri Lermontov xiyabanı ev 10 ünvanında yerləşir. Bina XIX əsrin 70-ci illərində inşa edilmişdir. Binanın hazır ki, vəziyyəti idealdır. Bina regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir. Bina Nikolay Dmitriyeviç Alferakinin vəsaiti hesabına inşa edilmişdir. Bir mərtəbədən ibarət olaraq müxtəlif dekor elementləri ilə işlənmişdir. == Tarixi == Bir mətəbədən ibarət olan bina Rostov vilayəti Taqanroq şəhəri Lermontov xiyabanı ev 10 ünvanında yerləşir. Bina XIX əsrin 70-cı illərində Nikolay Dmitriyeviç Alferakinin ailəsinə malik olmuşdur. 1873-cü ildə binanı diş həkimi Qriqoriya Valtera satın almışdır.
Mitsuhisa Taquçi
Mitsuhisa Taquçi (d. 14 fevral 1955) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 59 oyun keçirib.
Mohammad Taqi Xalili
Mohammad Taqi Xalili (d. 1976, Maydan, Vərdək vilayəti, Əfqanıstan) — Əfqanıstannın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2014-cü ildən) Mohammad Taqi Xalili 1976-ci ildə Əfqanıstanın Vərdək vilayətinin Maydan şəhərində anadan olmuşdur. Gənc yaşlarında ikən ibtidai və orta təhsilini almaq üçün Vərdək vilayətindən Kabul şəhərinə köçür. Daha sonra isə ali təhsilini İran, Azərbaycan və İsveçrədə davam etdirir. O, siyasi elmlər sahəsində bakalavr bitirmiş və 2012-ci ildə Vaşinqtondakı Corctaun Universitetində liderlik üzrə magistr dərəcəsini qazanmışdır. 2002-ci ildə Taliban hökumətinin süqutundan sonra, Xalili Əfqanıstan Xarici İşlər Nazirliyində işə başlamışdır. İlk təyinatı Cenevrədə yerləşən Əfqanıstanın BMT-dəki daimi nümayəndəliyinin üçüncü katibi vəzifəsi olmuşdur. İsveçrədə 5 il çalışdığından sonra Kabula qayıtmış və Əfqanıstan Prezidentinin müavini vəzifəsinə seçilmiş atasının – Mohammad Karim Xalilinin siyası müşaviri vəzifəsinə təyin edilmişdir. Siyasi müşavir vəzifəsində çalışdığı müddətdə Həmid Kərzainin prezident seçilməsində fəal iştirakı ilə fərqlənmişdir. Əfqanıstanın tarixində ilk dəfə olaraq, 2009-cu ildə Prezident Kərzainin seçkilərindən iki həftə əvvəl 50.000 nəfərə çatan siyasi partiya dəstəkçilərinin Kabul İdman Stadionunda baş tutmuş ən böyük toplantısının kampaniyalar üzrə baş meneceri olmuşdur.
Müəllimlər binası (Taqanroq)
Müəllimlər binası — Taqanroq şəhərinin mərkəzində, XIX əsrin əvvəllərində inşa edilən bina. Müəllimlər binası Taqanroq şəhəri Petrovski küçəsi, ev 82 ünvanında yerləşir. Bina 1912-ci ildə modern stilində inşa edilmişdir. Müəllimlər binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. Bir mərtəbəli, yarımzirzəmili bina Petrovskaya küçəsi, ev 89 ünvanında yerləşir. Bina XIX əsrin əvvələrində inşa edilmişdir. Mənbələrdə iqtisad məhkəmədinin binası kimi olaraq göstərilir. Bina 1863-cü il xəritəsində Xüsusi mülkiyyət binasında İqtisadi məhkəmə olaraq göstərilir. 1912-ci ildən isə burada şəxsi uçiliş fəaliyyət göstərmişdir. Burada bir illik tədrisin qiyməti 120 rubldır 3 dekabr 1943-cü ildə burada Rioner evi açılmışdışdır.
Məktəb № 10 (Taqanroq)
Məktəb № 10 - Taqanroq şəhərinin ərazisində, Frunze küçəsi, ev 40 ünvanında yerləşən təhsil ocağı. Təhsil ocağı 1920-ci ildə təsis edilmişdir. Məktəb № 10 Taqanroq şəhərində 1920-ci ildə təsis edilmişdir. Ancaq məktəbin təməlləri hələ 1910-cu ildə qoyulmuşdur. Taqanroq kommersiya uçilişinin nızdində Taqanroq əmək məktəbi təşkil edilmişdir. Məktəbin tərkibi rəngarəngdir. Belə ki, 1916-cı ildə bura Riqa real uçilişi, Mintav kişi gimnaziyası, Varşava müəllimlər seminariyası və d. köçürülmüşdü. Böyük Vətən müharibəsi dönəmində bina tamamən dağıdılmışdı. Tədris müvəqqəti olaraq Lenin küçəsində yerləşdirilmişdi.
Məktəb № 24 (Taqanroq)
Məktəb № 24 - Taqanroq şəhərinin ərazisində, Derjinski küçəsi, ev 149 ünvanında yerləşən təhsil ocağı. Təhsil ocağı 1936-cı ildə təsis edilmişdir. Məktəb yeddi illik orta təhsil oçağı 1936-cı ildə təsis edilmişdir. Məktəb mövcudluğu dönəmində hər zaman Taqanroq Metallugiya Zavodunun himayəsində olmuşdur. № 24 məktəb ilk məzunlarını 1939-cu ildə buraxmışdır. Taqanroqun işğalı dönəmində, 1941 - 1943-ci illərdə alman əsgərləri məktəbi atların saxlandığı yer kimi istifadə edilmişdir. 1943-cü ildə şəhər işğaldan azad olduqdan sonra dərhəl fəaliyyətini bərpa etmişdir. Məktəb ilk dönəmlərdə, metallurgiya zavodunun baraklarında fəaliyyət göstərmişdir. Bu baraklar məktəbin yaxınlığında qərarlaşır. Şagirdlər nəhayətində 12 sentyabr 1954-cü ildə öz məktəb binalarına qayıda bilmişlər.
Məktəb № 3 (Taqanroq)
Məktəb № 3 - Taqanroq şəhərinin ərazisində, Kalinina küçəsi, ev 109 ünvanında yerləşən təhsil ocağı. Təhsil ocağı 1966-cı ildə təsis edilmişdir. XX əsrin əvvəllərində Mayakovski meydanında kərpiçdən iki eyni arxitekturalı bir mərtəbəli binalar inşa edilir. Hansı ki, onların birində Yelizavetinski 1-ci qızlar uçilişi və Aleksandrovski kişi uçilişi yerləşmişdi. Binalar Nekrasov xiyabanına baxırdı. Sovet hakimiyyəti qurulduqdan sonra burada 3 nömrəli əmək məktəbi təşkil edilir. 1930-cu ildə yeddi illik orta məktəbə çevrilir. Burada 600 şagird təhsil alırdı. İşğal zamanı (1941-1943) məktəq Taqanroq balıqtəmizləmə zavodunun klubunda yerləşirdi. Klub Dobrolyubovski xiyabanında yerləşirdi.
Məktəb № 9 (Taqanroq)
Məktəb № 10 - Taqanroq şəhərinin ərazisində, Krasnı xiyabanı, ev 20/22 ünvanında yerləşən təhsil ocağı. Təhsil ocağı 1960-cı ildə təsis edilmişdir. Təhsil ingilis dilində aparılır. Məktəb № 9 öz ilkin fəaliyyətini 1920-ci ildən başlamışdır. Taqanroqda yeddi illik pulsuz tədris həyata keçirilirdi. Müharibə sonrası Taqanroq Müəllimlər İnstitutunun nəzdində yeddi illik məktəb təşkil edir. 1960-cı ilin avqust ayında 9 nömrəli məktəb təşkil edilir. Burada təhsil ingilis dilində aparılırdı. 1973-cü ildən məktəbdə «Meridian» Beynəlxalq dostluq klubu fəaliyyət göstərir. 2012-ci ildən indiyənə qədər — Nataliya Bladimirovna Moxova 2004 - 2012— Svetlana Mixaylovna Koreşkova; 2002 - 2004 — Yelena Borisovna Şeluxina; 1989 - 2002 — Leonid Qriqoreviç Leontev; 1975 - 1989 — Olqa Dmitrievna Klokova 1968 - 1975 — Anastasiya Mixaylovna Kuznesova; 1957 - 1967 — Aleksandr Nikolayeviç Karpov.
Nasser Taqvay
Nasser Taqvay (fars. ناصر تقوایی‎; 11 iyul 1941, Abadan, Xuzistan ostanı) İran rejissor və ssenarist.
Nijniy Taqil
Nijniy Taqil — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Nomikosun binası (Taqanroq)
Nomikosun binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən tarixi arxitektur bina. XIX əsrin ikinci yarısında inşa edilmişdir. Bina Taqanroq şəhəri Qreçeskaya küçəsi, 53 ünvanında yerləşir. Regional əhəmiyyətli mədəni irs siyahısına daxildir. Qreçeskaya küçəsi, ev 53 ünvanında yerləşən bina XIX əsrim dördüncü yarısında inşa edilmişdir. Bina II gildiya taciri Nikolay Mixayloviç Lombakonun ailəsi üçün nəzərdə tutulmuşdur. Onun həyat yoldaşı Pavlina Vasilivna olmuşdur. Onların çoxlu sayda uşaqları vardı. Onların ilk övladı 31 yanvar 1867-ci ildə doğulmuşdur. İlk oğlunun adı Vasili olmuşdur.
P. M. Şedevinin binası (Taqanroq)
P. M. Şedevinin binası binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən tarixi arxitektur bina. Bina Taqanroq şəhəri Çexov küçəsi ev 76 ünvanında yerləşən bina. Bina XIX əsrin ikinci yarısında inşa edilmişdir. Binanın hazır ki, vəziyyəti idealdır. Bina regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir. Günümüzdə binadan yaşayış binası kimi istifadə edilir. Yerli əhəmiyyətli tarixi abidə kimi qorunur Bina Rostov vilayəti Taqanroq şəhəri Çexov küçəsi ev 76 ünvanında, XIX əsrin ikinci yarısında inşa edilmişdir. 1880-ci illərdə binanın sahibi həkim Pavl Matveeviç Şedevi olmuşdur. Oda məlumdur ki, Pavl Matveeviç Şedevi universutetdə oxuyarkən «Yer və təbiət» jurnalında iştirak edirdi. Bu jurnal qeyri leqal fəaliyyət göstərirdi.
P. İ. Çaykovski adına Taqanroq uşaq musiqi məktəbi
P. İ. Çaykovski adına Taqanroq uşaq musiqi məktəbi — Taqanroqda musiqi məktəbi 1887-ci ildə təsis edilmişdir. 1887-ci ildə Taqanroqda musiqi məktəbi açılır ki, onunda ilk müəllimi Vyaçeslav İvanoviç Suk olmuşdur. O, Böyük teatrın dirijiro kimi bir nüddət fəaliyyət gödtərmişdir. Üstəlik RSFSR xalq artisti olmuşdur. 1897-cu ildə məktəbin direktoru istedadlı dirijor Valeri Qaentoviç Molla təyin edilir. 1938-ci ildə məktəbə Petr İliç Çaykovskinin adı verilmişdir. 1930-1950-ci illərdə burada çalışan müsiqiçilər:pianoçular Anna və Qalina Neverovna, Raisa və Olqa Muxina, Yelizaveta Danilina, kripksçılar А. Parxomenko, Yakov Lvoviç Blank, L. Lisov, violonselistlər А. Qonçarov, D. Belıx, bəstəkarlar Nikolay Stepanoviç Ponomarenko. 1984-cü ildən bu günə qədər — Viktot Fediroviç Svorsov 1945 - 1984 — Pavel Aleksandroviç Nodkov 1897 - ? — Valeri Qaentoviç Molla Vladislav Vladimiroviç Vetrov (1964) — sovet və rus teatr aktyoru, rejisor və senarist. Rusiyanın əməkdar artisti.

Значение слова в других словарях