TARVERDİ

Tanrı verdi, Tanrı bəxş etdi.
TARMAN
TARYEL
OBASTAN VİKİ
Cabir Tarverdiyev
Cavid Tarverdiyev
Feyruz Tarverdiyev
Kövsər Tarverdiyeva
Kövsər Məmməd qızı Tarverdiyeva (14 iyul 1914, İrəvan, İrəvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası – 2013, Bakı) — ədəbiyyatşünas, pedaqoq, tərcüməçi, publisist, filologiya elmləri namizədi (1952). == Həyatı == Kövsər Tarverdiyeva 14 iyul 1914-cü ildə İrəvanda Gedərçay üstündəki Dəmirbulaq məhəlləsində bağbanlıqla məşğul olan Məşədi Məmmədin ailəsində anadan olmuşdur. Uşaqlıq illəri bu bağ-bağatlı şəhərdə keçən Kövsər xanım o zaman bütün İrəvanda məşhur olan Haşım bəy məktəbində təhsil alır. 9-cu sinfi bitirərkən onun qabiliyyətini nəzərə alaraq İrəvan Pedaqoji Texnikumunun sonuncu kursuna dəyişdirirlər. Pedaqoji məktəbi bitirdikdən sonra Kövsər xanım 1932-ci ildə Bakıya yollanmışdır. Ailəlikcə Bakıya köçdükdən sonra pedaqoji fəaliyyətə başlamış və 1932-ci ildən fəhlə-gənclər məktəbində müəllimlik etmişdir. Kövsər Tarverdiyeva 1937-ci ildən 1939-cu ilə qədər V. Lenin adına Azərbaycan Dövlət Pedoqoji İnstitutun Ədəbiyyat fakültəsinin dekanı vəzifəsində çalışmışdır. 1942-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda aspirantura təhsilini tamamlamışdır. 1942–1943-cü illərdə Azərbaycan SSR Təhsil Nazirliyində Kadrlar İdarəsinin rəisi vəzifəsində çalışmış. Daha sonra, 1948-ci ilə qədər Azərbaycan SSR Təhsil Nazirliyi Müəllimləri Təkmilləşdirmə İnstitutunun elmi-tədris işləri üzrə prorektoru vəzifəsində işləmişdir.
Qürbət Tarverdiyev
Ramazan Tarverdiyev
Tarverdiyev Ramazan Baxşəli oğlu (5 avqust 1928, Hacıqabul, Salyan qəzası – 27 may 1983, Bakı) — coğrafiyaşünas alim, hidroloq, coğrafiya elmləri doktoru (1977), professor (1978). Ramazan Tarverdiyev 1928-ci il avqustun 5-də Şamaxı qəzasının Navahı kəndində anadan olmuşdur. 1947-ci ildə Ələt qəsəbə orta məktəbini bitirib həmin ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin coğrafiya fakültəsinə daxil olur. Birinci kursu əla qiymətlərlə bitirdiyin görə ADU-nun rəhbərliyi tərəfindən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin II kursuna köçürülüb. 1953-cü ildə ali təhsilini başa vurmuşdur. 1953–1956-cı illərdə Azərbaycan Hidrometeoroloji Xidmət İdarəsində, 1956–1968-ci illərdə Azərbaycan SSR EA Coğrafiya İnstitutunda, 1968–1973-cü illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda fiziki coğrafiya kafedrasında dosent və 1973-cü ildən ömrünün sonuna kimi kafedra müdiri vəzifəsində çalışmışdır. Tədqiqatları əsasən Azərbaycanın gölləri və su anbarlarının hidroloji xüsusiyyətlərinə həsr edilmişdir. Azərbaycanın Böyük Qafqaz təbii vilayətində yerləşən Cavanşir, Nohurqışlaq, Qaranohur, Aşıq Bayramlı, Yekəxana su anbarlarının, Tufangöl, Ağrıbir, Taxtagöl, Xalaxı göllərinin hidroloji xüsusiyyətlərini öyrənmişdir. Əsas tədqiqat obyekti Mingəçevir su anbarı, onun suyunun səviyyə rejimi, külək-dalğa rejimi, temperaturu, lillənməsi, donma halları, suyun rəngi, şəffaflığı, su balansını öyrənmişdir. Su anbarının lillənməsinin təkcə çayın gətirdiyi lil materialları ilə deyil, həm də sahillərin yuyulub uçması, külək vasitəsilə gətirilən materiallar hesabına da baş verməsini tədqiq etmişdir.
Şaiq Tarverdiyev
Şulduz Tarverdiyev