TAY-TUŞ OLMAQ
TAYA-TAYA
OBASTAN VİKİ
Taya mağaraları
Taya mağaraları (田谷の洞窟, Taya no dokutsu) və ya Yuqa qrotu (瑜伽洞, Yuqado) – Yaponiyanın Yokohama şəhərində yerləşən süni mağaralar şəbəkəsi. Cosen məbədinin tərkibinə daxildir. == Tarixi == Qədim dəfnetmə mağarasının ərazisində yerləşdiyi güman olunan Taya mağaralarının tarixi məbədin qurulduğu 1532-ci ildən əvvələ aiddir. Bu tunellər Kamakura dövründə (1185–1333) qazılmış və Mantra sektasına mənsub olan buddistlər tərəfindən asketik təlim yeri kimi istifadə olunmuşdur. Onlar burada meditasiya ilə məşğul olarkən divarlara müxtəlif buddist qabartma naxışları həkk etmişdirlər. Mağaraların tağlarında və qum daşı divarlarından ibarət dar keçidlərində buddist ilahları və mifoloji varlıqları, eləcə də, sanskritcə işarələrin təsvirləri yerləşir. Edo dövründə baş vermiş zəlzələ nəticəsində mağaraların tağlı tavanının bir hissəsi çökmüşdür və mağaralar uzun müddət tərk edilmiş vəziyyətdə qalmışdır. 1830-cu ildə yerli kəndlilərin çəltik zəmilərini suvarmaq üçün mağarada yerləşən bulağın suyunu çəkməyə başlamışdırlar. Bu, buddist keşişlərinin mağaralara qayıtmasına və təlimlərinə davam etmələrinə səbəb olmuşdur. 1927-ci ildə mağaralar ictimaiyyətə açılmışdır.
Taya (film, 1980)
== Məzmun == Yalançı və fırıldaqçı tülkü yeni hiylə işlədərkən ifşa olunur, dostlar yoldaşlarını hiyləgər tülkünün əlindən qurtarır, onu bəladan xilas edirlər, beləliklə də tülkünün növbəti fəndi baş tutmur. Burada dostluğun gücü tərənnüm olunur. Filmdə deyilir ki, əgər dostlar olmasa, tülkü kimi hiyləgərlər öz yeni hiylələri ilə çox fitnə-fəsad törədərlər. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenarinin Müəllifi: Toğrul Cuvarlı Rejissor: Əsgər Məmmədov Quruluşçu Rəssamlar: Əsgər Məmmədov, Reyn Raydme Operator: Ramiz Ağayev Bəstəkar: Rauf Əliyev Səs operatoru: Akif Nuriyev Cizgi rəssamları: Yuri Meşşeryakov, Rauf Dadaşov, Arifə Hatəmi, Solmaz Hüseynova, Gülşən Quliyeva Montaj edən: Lidiya Vyalsova Redaktor: D.Tahirova Filmin direktoru: E.Şirinov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 314.
Antonio Tayani
Antonio Tayani (it. Antonio Tajani; 4 avqust 1953-cü il, Roma — İtaliya və Avropa siyasətçisi, 2008—2010-ci iilərdə nəqliyyat üzrə, 9 fevral 2010-cu ildən 31 oktyabr 2014-cü ilədək sənaye və sahibkarlıq üzrə Avropa komissarı. Həmçinin Avropa komissiyası sədr müavinlərindən biridir.
Laləyarpaq tayaotu
Crepis foetida subsp. rhoeadifolia (lat. Crepis foetida subsp. rhoeadifolia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin tayaotu cinsinin crepis foetida növünə aid bitki yarımnövü.
Sibir tayaotu
Sibir tayaotu (lat. Crepis sibirica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin tayaotu cinsinə aid bitki növü.
Tayabas bərzəxi
Tayabas bərzəxi — Filippin dövlətinin ərazisində Sakit okean akvatoriyasında yerləşir. Luzon adasında yerləşən Bikol yarımadası adanın əsas hissəsi ilə birləşdirir. Tayabas körfəzi ilə Ragay körfəzinin birləşməsini əngəlləyir.
Tayamika Çanqanamuno
Tayana Tüdegeş
Tayana Tüdegeş (rus. Тайана Васильевна Тудегешева, 19 noyabr 1957, Ust-Anzas[d], Kemerovo vilayəti – 15 fevral 2022, Sankt-Peterburq) — Şor yazıçısı, şairi. O, Rusiya Yazıçılar Birliyinin üzvüdür. == Həyatı == 19 noyabr 1957-ci ildə Şor türklərinin ölkəsi Şoryanın Taştagol bölgəsi Ust-Anzas kəndində anadan olmuşdur. Atası Şor dili müəllimi Vasili olmuşdur. Tayana şer yazmağa VI sinifdə oxuyarkən başlamışdır. 1998-ci ildə Şor ədəbiyyatında ilk kitabı olan "Şoryam" nəşr edilmişdir. 2000-ci ildə Rusiya Yazıçılar Birliyinə üzv olmuşdur. Qorki adına Ədəbiyyat İnistitutundakı ədəbiyyat dərslərinə qatılmışdır. 2000-ci ildə Tayana Vasilyev qızı Tüdegeşyeva şerlərini toplu halda "Poyuşçiye strelı vremen" adlı kitabında nəşr etdirdi.
Tayanna
Tayanna (ukr. Тетяна Михайлівна Решетняк; 29 sentyabr 1984, Çernovtsı) — Ukrayna müğənnisi.
Tayanne Mantovaneli
Tayanne Mantovaneli (d. 14 fevral 1987) — Braziliyanı təmsil edən bədii gimnast. Tayanne Mantovaneli 2004-cü ildə Braziliyanı XXVIII Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Tayanne Mantovaneli 2004-cü ildə Braziliya bayrağı altında Yunanıstanın Afina şəhərində XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Ana Mariya Masiel, Dayana Kamilo, Jennifer Oliveyra, Larissa Barata və Fernanda Kavaliyeri ilə birgə finalda 44.400 xal topladı və 8-ci yeri tutdu.
Tayaotu
Tayaotu (lat. Crepis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == == Növləri == Crepis achyrophoroides Vatke Crepis aculeata (DC.) Boiss. Crepis acuminata Nutt. Crepis aitchisonii Boiss. Crepis alaica Krasch. Crepis albescens Kuvaev & L.S.Demidova Crepis albida Vill. Crepis albida subsp. asturica (Lacaita & Pau) Babc. Crepis albida subsp.

Digər lüğətlərdə