Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Güləş
Güləş — iki nəfərin əl-ayaq vasitəsi ilə digərini arxası üstə yıxmağa cəhd etdiyi idman növü. == Ümumi məlumat == Güləş idmanın ən qədim növlərindən biridir. Hələ eramızdan 2500 il əvvəl Misirdə güləş ilə məşğul olurdular. Qədim yunanlar da idmanın bu növünü sevirdilər. O vaxtlar adətən qumla örtülü meydançada güləşirdilər. İdmançıların çılpaq bədənlərinə qum yapışır və onların bədənləri nisbətən az sürüşkən olurdu; bu zaman idmançılar bir-birindən möhkəm yapışa bilirdilər. Pəhləvanlar meydanda dolaşır, elə bil ki, bir-birini başdan-ayağa süzür və birdən hücuma keçirdilər. Hər güləşçinin sevimli bir fəndi vardır[mənbə göstərin]. Biri öz rəqibinin ayağından tutmağa çalışır, o birisi isə onun başını qoltuğu altında sıxırdı. Rəqibinin çiynini, kürəyini və ya dizini üç dəfə yerə vuran güləşçi qalib sayılırdı.
Külək
Külək — havanın üfüqi istiqamətdə hərəkətidir. Külək nəticəsində istilik və rütubət bir sahədən digərinə aparılır. Barik qradiyentin təsiri altında əmələ gələn külək təzyiq yüksək olan sahədən təzyiq aşağı olan sahəyə doğru əsir, istiqaməti və sürəti ilə səciyyələnir. Havanın kütləsinin yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə doğru hərəkətinə külək deyilir. Külək çox vaxt əsdiyi cəhətin adı ilə adlanır. Küləyin güc və istiqamətini flüger cihazı ilə, sürətini (m/san və ya km/saat) isə anemometrlə təyin edirlər. Küləyin gücü sürəti ilə düz mütənasibdir. Küləyin rumblar üzrə təkrarlanmasına "külək gülü" deyilir. Külək gülünə görə hakim küləyi təyin etmək olar. Küləyin əsdiyi təzyiq qurşaqları arasında təzyiq fərqi nə qədər böyük və mərkəzlər bir-birinə nə qədər yaxın olarsa, külək də bir o qədər güclü əsər.
Gilavar (külək)
Gilavar — il ərzində Azərbaycan şərq ərazisində, xüsusən də Abşeron yarımadasının Bakı və Sumqayıt şəhərləri, Şamaxı rayonu ərazisində əsən isti cənub küləyinin adıdır. Xəzri ilə birlikdə Abşeron yarımadasında əsən iki əsas küləkdən biridir. Əsasən yay ayları müşahidə edilir. Bununla belə ilin digər mövsümlərində müşahidəsi mümkündür. Qurudan dəniz istiqamətində əsir. Yay ayları əsdikdə havanın tempuraturunu artırır, rütubəti azaldır, insanda tənəffüsü çətinləşdirir. Qış və yaz ayları havanın temperaturunu mülayimləşdirir. Gilavar sözünün etimologiyası Azərbaycanın şərqində danışılan Tat dili ilə bağlıdır. Bu söz Tat dilindəki gilə (gilə) və var (külək) sözlərinin birləşməsindən yaranmışdır.
Güləş (1970)
== Məzmun == Film Azərbaycan milli idman növü — güləşin tarixi haqqında danışır.
Güləş (mahnı)
Güləş — azərbaycanlı müğənni Aygün Kazımova, Alim Qasımov və Şeron qrupunun duetidir. Azərbaycan Güləş Federasiyasının rəsmi himnidir.
Katabatik külək
Katabatik külək (yun. κατάβασις, katabasis - enmə, eniş), həmçinin düşmə - yer səthinin yamaclarına (dağ keçidlərindən) aşağı yönəlmiş sıx və soyuq hava axını, həmçinin kumulonimbus buludlarında enən soyuq hava axınları. Bütün enmə küləkləri katabatik deyildir. Məsələn, fön, şinuk və ya berqvind kimi küləklər yağış kölgələrinin küləkləridir, burada dağ silsiləsinin küləkli tərəfindən qalxdıqda hava nəmini itirir və quru və isti tərəfdən enir. Katabatik külək dağların ətəyinə soyutma gətirir ki, bu da hava kütlələri endikdə adiabatik proses ilə kompensasiya olunmur. Katabatik küləklər qasırğa sürətinə çata bilər - Mak-Murdonun quru vadilərində saatda 320 km-ə qədər sürətlənir.Enən küləklər bir çox dağlıq ölkələrdə və sahillərdə də bilinir. Norveçdə belə küləklər elvequst, Rio-de-Janeyroda terre-altos, Yaponiyada iros, Kaliforniyanın cənubunda Santa-Ana küləyi adlanır. Ən çox ifadə vasitələri isə bora, buzlaq küləyi, katabatik külək, mistral və başqalarıdır. == Nəzəriyyə == Katabatik külək havanın yaylada, dağda, buzlaqda və hətta bir təpədə radiasiya ilə soyumasından qaynaqlanır. Havanın sıxlığı temperaturla tərs mütənasib olduğundan hava aşağıya doğru axacaq və endikcə təxminən adiabatik istiləşəcəkdir.
Külüş (Nəmin)
Külüş (fars. كلش‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 744 nəfər yaşayır (224 ailə).
Külək (dəqiqləşdirmə)
Külək
Külək (superqəhrəman)
Külək — Azərbaycan yazıçısı Xülya Cəfərova tərəfindən yazılmış Külək romanlar seriyasının ilk kitabı olan Külək: Yel kürəsinin şahzadəsi (roman)ının baş qəhrəmanı, ilk milli superqəhrəman. Yel Kürəsinin şahzadəsi və romanın əsas personajıdır. Yel Kürəsi adlı utopik diyarı xilas etmək üçün bir çox çətinliklərdən keçir. Ardınca Yer kürəsinin də taleyi ondan asılı olur.
Külək dalğaları
Külək dalğaları — Dənizlər çox az hallarda sakit olur. Hətta küləklər əsməsə belə onun səthində daim yüngül xəfif dalğalar yaranır. Küləklərin sürəti yüksəldikcə dənizlərdə mənzərə ani olaraq dəyişir. Bu zaman dalğalar yüksəlir,onlar arasındakı məsaf artır. Əvvəlcə sahilə alçaq,bir-birinə paralel olan bəndlər ardıcıl sıralarla gedir. Tədricən külək güclənir, dalğalar da təpələr formasını alır. Ymaclar çökəklik və yallarla bir-birindən ayrılır, yallarda köpüklər əmələ gəlir. Köpüklər dalğaların yamaclarında zolaqlar şəklində uzanır, havaya su damcıları uçur. Köpüklər dənizi ağ rəngə boyayır. Dalğalar küləyin təsirilə yaranır (sürəti 1m/san-dən çox olduqda) və onun gücü küləyin sürətindən asılıdır.
Külək enerjisi
Külək enerjisi — küləyi meydana gətirən hava axınının sahib olduğu hərəkət (kinetik) enerjisidir. Alternativ enerji (bərpa olunan) mənbələrindən biri hesab olunur. Bu enerjinin bir hissəsi faydalı olan mexaniki və ya elektrik enerjisinə çevrilə bilər. Külək enerjisi digər alternativ enerji mənbələri olan günəş, hidroenergetika, geotermal və biokütlə enerjisindən özünün maya dəyərinə, ekoloji təmizliyinə və tükənməzliyinə görə ən sərfəlisidir. Küləyin gücündən çox köhnə illərdən bəri faydalanırlar . Külək gücündən ilk faydalanma şəkli olaraq yelkənli gəmilər və yel dəyirmanları göstərilə bilər. Daha sonra taxıl üyüdmə, su nasosla vurma, ağac kəsmə işləri üçün də külək gücündən faydalanılmışdır. İndiki vaxtda daha çox elektrik çıxarmaq məqsədiylə istifadə edilməkdədir. Elektrik enerjisi istehsalı üçün daha səmərəli texnologiyalardan biridir. Külək qurğularının inşasına ənənəvi elektrik stansiyalarının qurulmasına nisbətən daha az vaxt sərf olunur.
Külək turbini
Külək turbini — küləyin kinetik enerjisini mexanik enerjiyə çevirən fırlanan mexanizmdir. Əgər mexanik enerji birbaşa istehsalda (nasos, bülov daşı) istifadə olunursa, o halda mexanizm yel dəyirmanı adlanır. Əgər mexanizm mexanik enerjini elektrik enerjisinə çevirərsə, onda o külək generatoru, külək turbini, aerogenerator adlanır. = Şəraitlər = Külək turbinlərin tikintisi daimi olaraq sürətli küləklərə malik olan yerləri tələb edir. Bu şəraitləri analiz edəndə külək turbininin istehsal edilidiyi enerjinin miqdarını qiymətləndirmək mümkün olur. Tikiliş üçün uyğun yerləri təyin etməkdə ən çox istifadə olunan meyar – Külək Gücünün Sıxlığı KGS (ingiliscə: Wind Power Density – WPD). Bu müəyyən yerdə küləyin gücünün qiymətləndirilməsi deməkdir və hündürlükdən asılıdır. Müəyyən ərazi üçün rəngli qeydlərlə xəritələr tərtib olunur, misal üçün "İllik Orta Külək Gücünün Sıxlığı 50 metr hündürlüyündə. = Növlər = Turbinlər onların fırlandığı istiqamətdən asılı olaraq iki növə bölünə bilər: Horizontal istiqamətdə fırlanan turbinlər – daha yayılmış növdür. Vertikal istiqamətdə fırlanan turbinlər – nisbətən daha az istifadə olunurlar.
Kələş (Şəbüstər)
Kələş (fars. كلاش‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 343 nəfər yaşayır (82 ailə).
Pankreas güləş
Peşəkar güləş (ingiliscə professional wrestling) toxumları Avropada atılmış, sonra isə ABŞ-yə qədər gedib çıxmış ən çox Amerikan güləşi və ya Pankreas güləş kimi tanınan idman növü. Günümüzün ən çox tanınan peşəkar güləş federasiyası WWE yəni; World Wrestling Entertainmentdir. Peşəkar güləş, digər güləş növlərinin əksinə bir "əyləncə idmanı"dır yəni, şoudur. Edilən matçların, yaşanan hadisələrin, danışmaların hamısı, çox ağıllıca hazırlanmış bir ssenarinin məhsuludur və nəticələri güləşçilər, ssenari qrupu və bəzi vəzifəlilər xaricində kimsə bilməz. İdmançılar ümumiyyətlə çox çalışqan şəxsiyyətlərdir və həftənin böyük bir hissəsinini ring içində tətbiqləri lazım olan hərəkətləri, ssenariləri çalışmaq üçün keçirərlər.WWE-in xaricində ən tanınmış güləş federasiyaları; Total Nonstop Action, Ring of Honor kimi ABŞ əsaslı güləş quruluşlarıdır. Hər idmançının bir gimmicki yəni; xarakteri vardır. Buna ən yaxşı nümunə, əfsanə ad Undertakerdir. Undertaker, ring içində Dead Man(Ölü adam) xarakterinə malikdir amma əslində o da hər kəs kimi normal bir insandır. Mikrofon performansı, karizma və ring içi qabiliyyəti, bu idman da müvəffəqiyyət üçün lazımlı olan ən əhəmiyyətli meyarlardır.
Peşəkar güləş
Peşəkar güləş (ingiliscə professional wrestling) toxumları Avropada atılmış, sonra isə ABŞ-yə qədər gedib çıxmış ən çox Amerikan güləşi və ya Pankreas güləş kimi tanınan idman növü. Günümüzün ən çox tanınan peşəkar güləş federasiyası WWE yəni; World Wrestling Entertainmentdir. Peşəkar güləş, digər güləş növlərinin əksinə bir "əyləncə idmanı"dır yəni, şoudur. Edilən matçların, yaşanan hadisələrin, danışmaların hamısı, çox ağıllıca hazırlanmış bir ssenarinin məhsuludur və nəticələri güləşçilər, ssenari qrupu və bəzi vəzifəlilər xaricində kimsə bilməz. İdmançılar ümumiyyətlə çox çalışqan şəxsiyyətlərdir və həftənin böyük bir hissəsinini ring içində tətbiqləri lazım olan hərəkətləri, ssenariləri çalışmaq üçün keçirərlər.WWE-in xaricində ən tanınmış güləş federasiyaları; Total Nonstop Action, Ring of Honor kimi ABŞ əsaslı güləş quruluşlarıdır. Hər idmançının bir gimmicki yəni; xarakteri vardır. Buna ən yaxşı nümunə, əfsanə ad Undertakerdir. Undertaker, ring içində Dead Man(Ölü adam) xarakterinə malikdir amma əslində o da hər kəs kimi normal bir insandır. Mikrofon performansı, karizma və ring içi qabiliyyəti, bu idman da müvəffəqiyyət üçün lazımlı olan ən əhəmiyyətli meyarlardır.
Professional güləş
Peşəkar güləş (ingiliscə professional wrestling) toxumları Avropada atılmış, sonra isə ABŞ-yə qədər gedib çıxmış ən çox Amerikan güləşi və ya Pankreas güləş kimi tanınan idman növü. Günümüzün ən çox tanınan peşəkar güləş federasiyası WWE yəni; World Wrestling Entertainmentdir. Peşəkar güləş, digər güləş növlərinin əksinə bir "əyləncə idmanı"dır yəni, şoudur. Edilən matçların, yaşanan hadisələrin, danışmaların hamısı, çox ağıllıca hazırlanmış bir ssenarinin məhsuludur və nəticələri güləşçilər, ssenari qrupu və bəzi vəzifəlilər xaricində kimsə bilməz. İdmançılar ümumiyyətlə çox çalışqan şəxsiyyətlərdir və həftənin böyük bir hissəsinini ring içində tətbiqləri lazım olan hərəkətləri, ssenariləri çalışmaq üçün keçirərlər.WWE-in xaricində ən tanınmış güləş federasiyaları; Total Nonstop Action, Ring of Honor kimi ABŞ əsaslı güləş quruluşlarıdır. Hər idmançının bir gimmicki yəni; xarakteri vardır. Buna ən yaxşı nümunə, əfsanə ad Undertakerdir. Undertaker, ring içində Dead Man(Ölü adam) xarakterinə malikdir amma əslində o da hər kəs kimi normal bir insandır. Mikrofon performansı, karizma və ring içi qabiliyyəti, bu idman da müvəffəqiyyət üçün lazımlı olan ən əhəmiyyətli meyarlardır.
Sərbəst güləş
Sərbəst güləş — güləş növü. Sərbəst güləş,güləşin iki qolundan biridir.Olimpiya oyunlarında idman növləri arasında yer tutur.Qədim tarixi dövürlərdən bu yana xalqımızın ata idman növü hesab olunan güləş bu gündə gənclərimiz arasında sevilir.Sərbest güləşdə əsas məqsəd rəqibin belini tez bir zamanda döşəyə vurmaq hədəf götürülür.Yunan-Roma güləşindən fərqli olaraq,rəqibin ayaqlarından tutaraq fənd tətbiq etmək olar.Həmçinin güləşçi öz ayaqlarından da badalaq atmaq üçün və ya çarpaz fəndlər tədbiq etməklə xal əldə edə bilər.Güləş Olimpiya ailəsinə 1904 cü-ildə qəbul olunub.2004 cü-ildən etibarən isə,qadınlarında güləş üzrə Olimpiya oyunlarında iştiraklarına icazə verilib.İlk baxışdan klassik güləşməyə oxşayır. Lakin klassik güləşmədən fərqli olaraq sərbəst güləşmədə qarpız yemək, badalaq gəlmək, beldən aşağı yapışmaq olar. Sərbəst güləşmədə də bəzi xalqların güləş fəndlərindən istıfadə edilir.
Xəzri (külək)
Xəzri və ya Bakı nordu – Abşeron yarımadasında və onun ətraf zonasında əsən güclü şimal küləyi. == Xarakteristikası == Xəzri küləyinin sürəti 10 m/san-dən çox olur, bəzən 40–42 m/san-yə çatır. Adətən, 1-3 sutka, bəzən bir həftəyədək davam edir. İldə 100 dəfəyədək təkrarlanır. Qüvvətli xəzri təsərrüfat fəaliyyətini pozur, dənizdə iri dalğalar (hünd. 10–11 m-dək), güclü axınlar yaradır, dəniz nəqliyyatına və hidrotexniki qurğulara zərər verir. Xəzri havanı kəskin dəyişdirir. Qışda havanı soyudur, bəzən çoxlu qar yağmasına, çovğuna səbəb olur, yayda havanı xeyli sərinlədir, hərdənbir yağıntı gətirir. Xəzri zamanı Bakı və Sumqayıt şəhərlərinin havası zərərli qaz və tüstüdən təmizlənir. Xəzri böyük külək enerjisinə malikdir.
Yağlı güləş
Yağlı güləş (türk. Yağlı Güreş) — türk milli güləş növü. Güləş zamanı güləşçilər bədənlərini yağladıqları üçün yağlı güləş adlanır. Onlar bədənlərini zeytun yağı ilə yağlayırlar. Döyüş Ər meydanı adlı məkanda baş tutur. Güləş ümumən qədim türk idman növüdür. Mərkəzi Asiyada Tatar, Özbək və Tuva güləşlərini buna misal göstərmək olar. Güləşçilər Bahadır adlanır. Bahadırlar xüsusi şorta bənzər geyim geyirlər. Digər Olimpiya güləş növlərindən fərqlənir.
Külə Seyran
Külə Seyran (az.-əbcəd کۆله‌سئیران‎, fars. کله‌سیران‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Çəvərzəq qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 110 nəfər yaşayır (33 ailə).
Kuleş
Kuleş - əsasə təkibi buğda və sala olan şorbadır. Vilyam Poxlyobnikin kulinariya kitabında kuleş sala ilə bişirilən nadir kaşalardan biridir (Belarusiyanın milli şorbası). Bəzi ölkələrdə bu şorbaya soğan əlavə edilir (Ukrayna və Cənubi Rusiya). == Yayıdlığı regionlar == Kuleş əsasən cənubi Rusiya regionunda xüsusilə Ukrayna-Rusiya sərhəddində, Belqradda, Voronej əyalətində, Rostov əyalətinin qərb hissəsində və Stavropolda, həmçinin Rusiyanın cənub, cənub-şərq hissəsində, Ukraynanın Çernoqoriya və Bryanda yayılmışdır. == Şorbanın adının mənası == Əhalinin əksər hissəsi onu kuleş adlandırır. Ancaq əksər insanlar xüsusilə Ukrayna və Rus dilində onu "pereverteni" adlandırır. Hal-hazırda Ukrayna əhalisi bu sözün mənasını belə bilmir. Əslində bu söz Avstriya mənşəli sözdür. Kyoleş alman dilində "millət" deməkdir. == Ədəbiyyat == Азбука домашнього господарювання.
Amneziya adlı külək
A Wind Named Amnesia (yap. 風の名はアムネジア; azərb. Amneziya adlı külək‎) – 1990-cı ildə çəkilmiş tam metrajlı animedir. Animenin rejissoru Kazuo Yamazakidir. == Xarici keçidlər == A Wind Named Amnesia — Internet Movie Database saytında.
Azərbaycan Güləş Federasiyası
Azərbaycan Güləş Federasiyası (AGF) — Azərbaycanda güləş idman növünün inkişafı və tənzimlənməsini təmin edən qurumdur. 1993-cü ildə təsis olunub. 8 dekabr 2021-ci ildə AGF-nin Ümumi Yığıncağının növbədənkənar iclası keçirilib və Mikayıl Cabbarov federasiyanın prezidenti seçilib. == Tarix == 1993-cü il – Azərbaycan Güləş Federasiyası təsis olunub. AGF 1993-cü ildə Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasına (FİLA, indiki adı ilə UWW) üzv qəbul olunub. 1993-1997-ci illərdə Etibar Məmmədov, 1997-2007-ci illərdə Abbas Abbasov, 2007-2018-ci illərdə Fazil Məmmədov və 2018-2021-ci illərdə Namiq Əliyev AGF-nin prezidenti vəzifəsini icra edib. 2021-ci ildə AGF-nin Ümumi Yığıncağının növbədənkənar iclası keçirilib və Mikayıl Cabbarov federasiyanın prezidenti seçilib.. == Hüquq və vəzifələri == Azərbaycan Güləş Federasiyası güləş üzrə idman klublarının və cəmiyyətlərinin könüllülük, üzvlərinin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan, güləş idman növünün Azərbaycanda inkişafını təmin edən qeyri-hökumət təşkilatıdır və fəaliyyəti Azərbaycan Respublikasının ərazisini əhatə edir. Azərbaycan Güləş Federasiyasının hüquq və vəzifələri “Bədən tərbiyəsi və idman haqqında” qanunla tənzimlənir. == Fəaliyyəti və təşkil edilmiş yarışlar == 2002-ci il – Kişilər arasında sərbəst güləş üzrə Avropa Çempionatı isə Bakıda təşkil olunub.2004-cü il – Azərbaycanda sərbəst güləş üzrə Dünya Kuboku keçirilib.2007-ci il – Azərbaycanda güləş üzrə dünya çempionatı keçirilib.
Güləş (film, 1970)
== Məzmun == Film Azərbaycan milli idman növü — güləşin tarixi haqqında danışır.
Güləş Olimpiya oyunlarında
Güləş Olimpiya oyunlarında-Güləşin Olimpiya proqramına daxil edilmiş üç növü var: Yunan-Roma güləşi, kişilər arasında sərbəst güləş və qadın güləşi (yəni, qadınlar arasında sərbəst güləş). == Faktlar və rəqəmlər == Baron Pyer de Koubertin qədim ənənələrininəzərə alaraq güləşi 1896-cı ildə keçirilmiş müasir Olimpiya Oyunlarının səkkiz əsas idman növündən biri adlandırmışdı. Azərbaycan 1996-cı ildən indiyə kimikeçirilmiş bütün Olimpiya Oyunlarında güləş üzrə 4-ü qızıl olmaqla ümumilikdə 14 medal qazanıb.
Güləş Qrosmeysteri (1964)
== Məzmun == Film sərbəst güləş üzrə dünya, Avropa və Sovet İttifaqı çempionu Aydın İbrahimov haqqında danışır.
Kukes
Kukes (alb. Kukësi) — Albaniyada şəhər. == Əhalisi == 2011-ci ildə şəhərin əhalisi 16,719 nəfər olmuşdur. == İdman == "Kukesi" futbol klubu bu şəhəri təmsil edir. Klub ev oyunlarını Kukesin 5000 tamaşaçı tutumuna malik "Zekir Emeri" stadionunda keçirir.
Kulen
Kulen (Serb-Xorvat. kulen və ya kulin) paprika və digər ədviyyatlarla bol olan sous ilə hazırlanmış və hisə verilmiş donuz əti kolbasasıdır. Voyevodina (Serbiya), həmçinin Slavonya və Baranya(Xorvatiya) geniş yayılmışdır. “Sirem kuleni” və “Baran kuleni” coğrafi mənşə ilə əlaqəli olub, Avropa Birliyində qeydiyyatdan keçmiş məhsullardır. Slavonya kuleni isə 2007-ci ildən etibarən rəsmi olaraq Xorvatiyanın qeyri-maddi mədəni irsinin bir elementi olaraq tanınır. Kulen xüsusi bayramlarda süfrəyə verilir: Milad, Pasxa, toy, il dönümləri, uşaqların vəftiz edilməsi və s. Hər il Bački Petrovacda Kulen regional festivalı keçirilir. == Sirem kuleni == Sirem kuleni, Serbiyanın Voyevodina bölgəsinin ənənəvi ev kolbasasıdır, hər bir ailə və hər bir sənaye istehsalçısı üçün (əsasən ədviyyat növləri və həcmi nisbətləri) fərqlidir. Bu növ haqqında ilk yazılı məlumat 1852-ci ildə Vyanada nəşr olunan kitabda yer alır. Sözün mənşəyi yunan dilində “κόλον” - kök bağırsaq mənasını verir.
Kureş
Kureş Tuva Respublikasının ənənəvi güləşidir. Sibirin cənubunda yayılmışdır. Sözün Tuva ilə qardaş olan, yəni eyni olan türk dilləri ilə əlaqələri var, məsələn, bu idman türklərin yağlı güləşi və tatarların koraşı ilə eynidir. (hamısı qədim türk dilindən alınmışdır).
Külüs
Külüs — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. == Toponimikası == Bəzi mənbələrə görə kəndin adı Sakların bir qolu Kol tayfası və Oğuzların(Uz) ərazidə məskulaşması ilə yaranmışdır. IV əsrdə Kəngərli tayfasının Səleykə qolu , sonralar isə Salahlı , Qaramanlı və başqa tayfalar məskunlaşmışdır. Bəzi tədqiqatçılar isə oykonimin kühül (mağara) sözündən düzəldiyini ehtimal edirlər. Altay dillərində, o cümlədən 419 monqol dilində kuluz "qamış" mənasında işlənir. Güman etmək olar ki, kəndin ərazisi qamışlıq olduğu üçün belə adlandırılmışdır, lakin Zəngəzur mahalında Qarakilsə rayonunda Uz kəndi, Şəki kəndi və s., Babək rayonunda Kültəpə, Qərbi Azərbaycan ostanında(İran) Kulus (Kolus) kəndlərinin olması Sak-Kol və Oğuz — Uz tayfa ittifaqlarının mövcudiyyətini və kənd adlarında qorunmasını sübut edir. == Tarix == Külüsün ərazisi qədim və tarixi yaşayış yerləri, abidələr, qəbirlər, nekrapollarla zəngindir. Kəndin tarixi orta tunc dövründən başlayır. Haqqıxlıq, Köhnə Külüs, Dev damı, Əyrək, Şansu ölən, Əşgab, Qaradağ, Sarıdağ, Külüs qalası (tamamilə dağılıb) kimi yerlərdə qədimdə yaşayışın olduğu sübut edilib. Haqqıxlıqda aparılan arxeoloji qazıntılarda eradan əvvəl III–II minilliyə aid tunc xəncər, ox ucu, qablar və haqqıqdan (əqiqdən) muncuqlar, bəzək əşyaları tapılıb.
Küleç məscidi
Küleç məscidi (ukr. Колеч-Мечеть, krımtat. Küleç Meçit, Кулеч-Мечит) — Krım xanlığı dövründə inşa edilmiş bir məscid. Məsciddən yuxarıda, çürük su çayının vadisi üzərindəki eyniadlı kənddə Əziz Əhməd əfəndinin türbəsi yerləşir. Məscidlə birlikdə mədrəsə də inşa edilmişdir. Məscid kompleksi haqqında ilk yazılı qeydlər 17-ci əsrə təsadüf edir, lakin tədqiqatçıların fikrincə, onun qurulma vaxtı daha erkən bir dövrə, ehtimal ki, 15-16-cı əsrlərə aid edilə bilər. Krımda Sovet hakimiyyəti qurulandan sonra məscid bağlandı və 1950-ci illərin əvvəllərində məscid kompleksi tamamilə dağıldı. Memarlıq obyekti olaraq, 1920-ci illərdə memar və bərpaçı Boris Nikolayeviçin başçılıq etdiyi ekspedisiya tərəfindən araşdırılmışdır. Bina 1950-ci illərə qədər qalsada, bundan sonra söküldü. Tədqiqat, çəkiliş, habelə onun ən qiymətli memarlıq və tarixi hissələrinin qorunub saxlanılması həyata keçirilmədi.Məbəd kompleksinin tədqiqatları 1920-ci illərin sonlarında, sonralar Krım xan sarayının direktoru vəzifəsini icra etmiş tarixçi və etnoqraf Uesin Bodaninskinin başçılığı ilə aparıldı.
Külüs nekropolu
Külüs nekropolu — Naxçıvan Muxtar Respublikası Şahbuz rayonu ərazisində arxeoloji abidə. == Tarixi-coğrafi mövqeyi == Şahbuz rayonu ərazisində, Külüs kəndinin şimal tərəfindəki yamacda, eyni adlı çayın sol sahilində yerləşir. == Tədqiqi tarixindən == Abidə 1976-cı ildə V.H.Əliyev tərəfindən qeydə alınmış, Külüs qalası və nekropolu haqqında D.A.Axundov da məlumat vermişdir. 1990-cı ildə V.B.Baxşəliyev burada tədqiqat işləri apararaq, dağılmış qəbirlərdən birinin divarının ölçülərini götürmüşdür. Onun uzunluğu 0.6, eni 0.2 m olub, divarı kiçik daşlarla iki cərgə hörülmüşdü. Nekropoldakı qəbirlər daş qutu tipli olmuşdur. Skelet qalıqları olduqca pis saxlanmışdı. == Aşkarlanmış maddi-mədəniyyət nümunələrinin xüsusiyyətləri == Buradan tapılan maddi-mədəniyyət qalıqları əsasən boz rəngli küpə qırıqlarından ibarət olub formaca bir-birindən fərqlənir. Qabların gilinə narın qum qatılmış boz, yaxud qara rəngdə bişirilmişdir. Qabların daxili səthində saxlanmış konsentrik izlərə əsasən demək olar ki, onlar dulus çarxında hazırlanmışdır.
Panteleymon Kuliş
Panteleymon Kuliş (Sonra Panteleymon adlanıb. Pantelejmon Kuliš, ukr. Пантелеймон Куліш, 7 avqust, 1819 – 14 fevral, 1897)—Ukrayna şairi, tənqidçisi, etnoqrafı. == Həyatı == Birinci bioqraf və Güləyənquşunun yaradıcılığının tədqiqatçısı — Kuliş Panteleymon Aleksandrdır, 1819–1897-ci il, T. Q. Şevçenkodan sonra ən əhəmiyyətli tədqiqatçı və şairlərdəndir.
Günəş küləyi
Günəş küləyi — Günəş tacı plazmasının planetlərarası fəzaya daim axını. Tac fotosferdən gələn dalğavarı hərəkətlərin enerjisi hesabına qızır. Tacın enerjisinin bir hissəsini Günəş küləyinin hissəcikləri daşıyır. Günəş küləyi əslində tacın daim genişlənməsidir. Genişlənmə sürəti Günəşdən uzaqlaşdıqca saniyədə bir neçə km-dən 300–400 km-ə (Yer ətrafında) çatır. Kimyəvi tərkibi (əsasən protonlar və elektronlar) Günəş tacınınkı ilə eynidir. Kosmik aparatlar Yupiter ətrafında da Günəş küləyi qeyd etmişlər. Günəş küləyinin maqnit sahəsinin təsiri ilə Yer maqnitosferi Günəş istiqamətində 10 Yer radiusu qədər sıxılır, əks istiqamətdə isə onlarca Yer radiusu qədər uzanır. Külək hissəciklərinin bir hissəsini Yerin maqnit sahəsi saxlayır və nəticədə Yerin radiasiya qurşaqları yaranır. Küləyin intensivliyinin artması maqnit fırtınalarına, qütb parıltısına və s.
Güləh
Güləh — Azərbaycan Respublikasının Dəvəçi rayonunun Çuxurəzəmi kənd inzibati ərazi vahidinin tərkibində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 dekabr 1997-ci il tarixli, 419-IQD saylı Qərarı ilə Dəvəçi rayonunun Çuxurəzəmi kənd inzibati ərazi vahidi tərkibindəki Güləh kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 982-IIIQ saylı Qərarı ilə Dəvəçi rayonunun Güləh kəndi Ağbaş kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Çaraq kəndi olmaqla, Çaraq kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Toponimikası == Yaşayış məntəqəsi XIX əsrdə Quba rayonunun Xaltan kəndindən çıxmış ailələrin Güləh adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Güləh "yoncalıq" deməkdir. Kəndin ərazisində eyniadlı göl və mineral bulaq da vardır. Toponimi "gilli yer" kimi izah edənlər də var. == Tarixi == === Tarixi abidələri === == Coğrafiyası və iqlimi == Kənd düzənlikdə yerləşir.
Günəş
Günəş (simvolu: ) – Günəş sisteminin mərkəzində yerləşən ulduzdur. Günəş orta ölçülü ulduz olmaqla Günəş sisteminin kütləsinin 99,8%-ni təşkil edir. Günəş radiasiyası formasında Günəşdən yayılan enerji Yerdəki həyatın var olmasına və iqlimə əsaslı təsir göstərir. Bizim Qalaktikanın məlum olan təqribən 200 milyard ulduzundan biri olan Günəşin kütləsinin mütləq əksəriyyəti isti qazlardan ibarətdir. Günəş ətrafına istilik və işıq şəklində radiasiya yayır. Yerlə müqayisədə Günəşin diametri 109 dəfə, həcmi 1,3 milyon dəfə, kütləsi isə 333000 dəfə daha çoxdur. Günəşin sıxlığı Yerin sıxlığının 1/4-ü qədərdir. Günəş öz oxu ətrafında saatda 70000 km sürətlə hərəkət edir və bir dövrəsini təqribən 25 gündə tamamlayır. Günəşin səthinin istiliyi 5500 °C, nüvəsinin istiliyi isə 15,6 milyon °C-dir. Günəşdən ayrılan enerjinin 2,2 milyardda biri Yerə çatır.
Kalış
Kalış, Sudan otu və ya Sudan sorqosu (lat. Sorghum sudanense) — sorqonun növü. == Botaniki təsviri == Güclü, saçaqlı kök sisteminə malikdir. Kökü torpağın 2,5 m dərinliyinə işləyir, ətrafa isə 0,75 m-ə qədər yayıla bilir. Sudan otunda da dayaq yaxud hava kökləri əmələ gəlir. Gövdəsi silindir şəkilli, içərisi ağ parenxim hüceyrələrlə doludur. Gövdənin hündürlüyü 0,8 m-dən 3 m-ə qədər olur. Gövdəsində 3-5 yaxud 8-12 buğumarası olur. Ümumi kollanmasına görə sudan otu üç qrupa bölünür. - zəif kollanan- 12 ədədə qədər budaq əmələ gətirən, - orta dərəcədə kollanan 12-25-ə qədər budaq əmələ gətirən, - şiddətli kollanan 25-dən yuxarı budaq əmələ gətirən.