Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xəzan
Xəzan — ilin bəzi mövsümlərində (payız, yayın quraqlıq dövrü) bitkilərin kütləvi surətdə yarpaqlarının tökülməsi. Torpaq səthində töküntünün toplanmasına, torpağın üst qatlarının üzvi və mineral maddələrlə zənginləşməsinə səbəb olur.
Xəzan (jurnal)
Xəzan — Ədəbi-bədii jurnal. Jurnal 15 yanvar 2016-cı ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçib, 23 fevral 2016-cı ildən nəşr edilir və iki ayda bir dəfə işıq üzü görür. Jurnalın təsisçisi və baş redaktoru Əli Bəy Azəridir. == Məzmun == Jurnalda publisistik məqalələr, araşdırmalar, hekayələr, xatirə yazıları, şeirlər və ədəbi düşüncələr dərc olunur.“Xəzan” jurnalı öz səhifələrində Azərbaycanın bütün bölgələrində yazıb-yaradan qələm sahiblərinə yer verir. == Əlaqə == Tel.: (070) 575 03 99 e-mail: [email protected] Hüquqi ünvan: Azərbaycan, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə. == Qeydiyyat == Jurnal 15.01.2016-cı il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 5331 №-li reyestrlə qeydiyyatdan keçmişdir. VÖEN:1401771462 Jurnalda dərc olunmuş yazılar tam olaraq bədii təxəyyülün məhsuludur və müəlliflər məsuldur.
Yay günlərinin xəzan yarpaqları
== Məzmun == Filmdəki hadisələr ucqar dağ kəndində baş verir. Kinolent əbədi bir mövzuya-atalar və oğullar probleminə toxunmuşdur. Burada yaşlılar tərəfindən diktə şəraitində yeniyetmələrin şüurunun formalaşmasından və yetkinləşməsindən danışılır. Əhvalat ucqar dağ kəndi Daşdatükdə baş verir. İstedadlı və prinsipial pedaqoq Şəmsi (Səyavuş Aslan) kənd məktəbinə direktor təyin olunur. O, şagirdlərdə dərsə məsuliyyət hissini artırmaq üçün dərs ilinin sonunda “direktor yoxlaması” keçirməyi qərara alır. Bu yoxlamadan keçə bilməyən şagirdlərin sinifdə qalacağı bildirilir. Direktorun qərarı valideynlərdə, təhlil idarəsinin rəhbərliyində etiraz doğurur. Müəllimlərdən biri Kazım (Şahmar Qəribli) direktordan yuxarılara donos yazır. Şagirdlər onu ciddiyə almır.
Yay günlərinin xəzan yarpaqları (film, 1986)
== Məzmun == Filmdəki hadisələr ucqar dağ kəndində baş verir. Kinolent əbədi bir mövzuya-atalar və oğullar probleminə toxunmuşdur. Burada yaşlılar tərəfindən diktə şəraitində yeniyetmələrin şüurunun formalaşmasından və yetkinləşməsindən danışılır. Əhvalat ucqar dağ kəndi Daşdatükdə baş verir. İstedadlı və prinsipial pedaqoq Şəmsi (Səyavuş Aslan) kənd məktəbinə direktor təyin olunur. O, şagirdlərdə dərsə məsuliyyət hissini artırmaq üçün dərs ilinin sonunda “direktor yoxlaması” keçirməyi qərara alır. Bu yoxlamadan keçə bilməyən şagirdlərin sinifdə qalacağı bildirilir. Direktorun qərarı valideynlərdə, təhlil idarəsinin rəhbərliyində etiraz doğurur. Müəllimlərdən biri Kazım (Şahmar Qəribli) direktordan yuxarılara donos yazır. Şagirdlər onu ciddiyə almır.
Yay gününün xəzan yarpaqları (film, 1986)
== Məzmun == Filmdəki hadisələr ucqar dağ kəndində baş verir. Kinolent əbədi bir mövzuya-atalar və oğullar probleminə toxunmuşdur. Burada yaşlılar tərəfindən diktə şəraitində yeniyetmələrin şüurunun formalaşmasından və yetkinləşməsindən danışılır. Əhvalat ucqar dağ kəndi Daşdatükdə baş verir. İstedadlı və prinsipial pedaqoq Şəmsi (Səyavuş Aslan) kənd məktəbinə direktor təyin olunur. O, şagirdlərdə dərsə məsuliyyət hissini artırmaq üçün dərs ilinin sonunda “direktor yoxlaması” keçirməyi qərara alır. Bu yoxlamadan keçə bilməyən şagirdlərin sinifdə qalacağı bildirilir. Direktorun qərarı valideynlərdə, təhlil idarəsinin rəhbərliyində etiraz doğurur. Müəllimlərdən biri Kazım (Şahmar Qəribli) direktordan yuxarılara donos yazır. Şagirdlər onu ciddiyə almır.
Mir Mehdi Xəzani
Mirməhsəti Haşımzadə — tarixçi, şair. == Həyatı == Mir Mehdi Mir Həşim bəy oğlu 1819-cu ildə Qarabağın Bərgüşad mahalının Məmər kəndində anadan olmuşdu. Ibtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Öz kəndlərini İbrahimxəlil xan Cavanşir nəsilbənəsil onların uruğuna bağışlamışdı. Molla Rəfi bəy Mirzə Məhəmməd bəy oğlu Şıxımlının (1809-?) dəvəti ilə Dizaq mahalına köçmüşdü. Bir müddət bu kənddə məktəbdarlıq edəndən sonra kürəkənin dəvəti ilə, 1859-cu ildə Tuğ kəndində yerləşmişdi. O, burda da məktəbdarlıqla məşğul olmuşdu.Öz ana dilini dərindən sevən Mir Mehdi Xəzani müsəlman dini ehkamına dair uşaqlar üçün Azərbaycan dilində mənzum bir əsər yazıb 1884-cü ildə çap etdirmişdi. Mir Mehdi kənddə yaşasa da, Qarabağın ədəbi-mədəni mərkəzi Şuşa ilə daim əlaqə saxlayırdı. Mir Mehdi tarixçi idi.
Xəzangül
Xəzangül Abbasqulu qızı Hüseynova (17 dekabr 1947, Qırıxlı, Marneuli rayonu) — Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi (2017), Azərbaycan Yazıçılar Birliyinin üzvü (1988). Türkiyə Avrasiya yazarlar birliyinin üzvü (2008), Beynəlxalq Rəsul Rza və Mikayıl Müşfiq mükafatçısı (2016). AYB GƏNCƏ bölməsinin sədri (2014 dən). == Həyatı == Xəzangül Hüseynova 1947-ci il dekabr ayının 17-də Gürcüstanın Borçalı qəzasının Qirixlı kəndində doğulub. Orta məktəbi qızıl medalla, Gəncə Dövlət Pedaqoji İnstitunun Kimya-biologiya fakültəsinin kimya şöbəsini fərqlənmə diplomu ilə bitirib. Yazıçı-filoloq, əməkdar müəllim, professor Bağır Bağırov "Xəzangül" adlı kitabını onun yaradıcılığına həsr edib. Şair İmir Məmmədlinin tərcüməsində "Ekvebi" adlı kitabı gürcü dilində nəşr olunub. "Məhəbbətin qənimi" adlı mənzum pyesi Gəncədəki C. Cabbarlı adına dram teatrında müvəffəqiyyətlə tamaşaya qoyulub. Gəncə şəhəri, N. Rəfibəyli adına 43 nömrəli orta məktəbin direktorudur. 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Xəzangül Hüseynova
Xəzangül Abbasqulu qızı Hüseynova (17 dekabr 1947, Qırıxlı, Marneuli rayonu) — Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi (2017), Azərbaycan Yazıçılar Birliyinin üzvü (1988). Türkiyə Avrasiya yazarlar birliyinin üzvü (2008), Beynəlxalq Rəsul Rza və Mikayıl Müşfiq mükafatçısı (2016). AYB GƏNCƏ bölməsinin sədri (2014 dən). == Həyatı == Xəzangül Hüseynova 1947-ci il dekabr ayının 17-də Gürcüstanın Borçalı qəzasının Qirixlı kəndində doğulub. Orta məktəbi qızıl medalla, Gəncə Dövlət Pedaqoji İnstitunun Kimya-biologiya fakültəsinin kimya şöbəsini fərqlənmə diplomu ilə bitirib. Yazıçı-filoloq, əməkdar müəllim, professor Bağır Bağırov "Xəzangül" adlı kitabını onun yaradıcılığına həsr edib. Şair İmir Məmmədlinin tərcüməsində "Ekvebi" adlı kitabı gürcü dilində nəşr olunub. "Məhəbbətin qənimi" adlı mənzum pyesi Gəncədəki C. Cabbarlı adına dram teatrında müvəffəqiyyətlə tamaşaya qoyulub. Gəncə şəhəri, N. Rəfibəyli adına 43 nömrəli orta məktəbin direktorudur. 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Rəzan
Ryazan — Rusiyada şəhər. Ryazan vilayətinin mərkəzi. == Qardaş şəhərlər == Bressuire, Fransa. Kruševac, Serbiya. Loveç, Bolqarıstan. Münster, Almaniya. New Athos, Abxaziya. Omiš, Xorvatiya. Ostrów Mazowiecka, Polşa. Xuzhou, Çin.
Xərzan
Xərzan (fars. خرزان‎ və ya خارزن‎) — İranda kənd adı. Xərzan (Qəzvin) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd.
Rəzan Qadınəfəndi
Rəzan Qadınəfəndi (d. 28 mart 1860 — ö. 31 mart 1910) — 33. Osmanlı sultanı V Muradın beşinci xanımı. == Həyatı == Rəzan xanım 1860-cı ildə Artvində gürcü əsilli Ömər bəy və xanımı Fatma xanımın ailəsində dünyaya gəldi. Rəbiyə adlı doğma, Şayəstə adında da ögey bacısı vardı. Kiçik yaşlarında bacılarıyla birlikdə İstanbula gətirildi və burada Səniha Sultanın sarayına təqdim olundu. Adı dəyişdirilərək Rəzan qoyuldu və türk-İslam tərbiyəsi aldı. Qardaşı Sultan Muradın taxta çıxdığı əsnada Səniha Sultan Rəzan xanımı qardaşının hərəminə göndərmək istədi. Ancaq ailəsindən icazənin gec verilməsi nəticəsində bu nikah Sultan Muradın Çırağan sarayındakı məhbus illərinə təsadüf etdi (2 noyabr 1877).
Xərzan (Qəzvin)
Xərzan (fars. خرزان‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 50 nəfər yaşayır (23 ailə).
Xəqan Qurbanov
Xəqan Daşqın oğlu Qurbanov (17 iyun 2002; Abad, Ağdaş rayonu, Azərbaycan — 13 sentyabr 2022; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri. 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan Silahlı Qüvvələrinin Kəlbəcər rayonu istiqamətində Azərbaycan Ordusuna qarşı törətdiyi təxribat nəticəsində şəhid olmuşdur. == Həyatı == Xəqan Qurbanov 17 iyun 2002-ci ildə Ağdaş rayonunun Abad kəndində Daşqın Qurbanovun ailəsində anadan olmuşdur. 2008-2019-cu illərdə orta təhsil almışdır. == Hərbi xidməti == Xəqan Qurbanov 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissələrdən birində sıravi əsgər kimi hərbi xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra mülki fəaliyyətinə geri dönən Xəqan Qurbanov Xüsusi Təyinatlı Qüvvələrin kurslarına yazılmış, kurslardan keçdikdən sonra həmin hərbi birləşmələrin sıralarında müddətdən artıq hərbi xidmət qulluqçusu olaraq hərbi xidmətini davam etdirmişdir. 2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilmişdir. Təxribat nəticəsində Azərbaycan-Ermənistan sərhədində sərhəd toqquşması baş vermişdir. Döyüşlərdə Xüsusi Təyinatlı Qüvvələrin hərbçisi olaraq iştirak edən Xəqan Qurbanov 13 sentyabr 2022-ci ildə Kəlbəcər rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur.
Pol Sezan
Pol Sezan (fr. Paul Cézanne) (tələffüz: pɔl sezan) (19 yanvar 1839[…], Eks-an-Provans[d] – 22 oktyabr 1906[…], Eks-an-Provans[d]) — fransız rəssamı, postimpressionizm cərəyanının yaradıcısı və görkəmli nümayəndəsi. Belə demək mümkündürsə, Pol Sezan impressionizm ilə kubizm arasında körpü rolu oynamışdır. O, öz əsərlərində dizayn, rəng, ton və kompozisiya ustalığı nümayiş etdirir. == Həyatı == Pol Sezan 1839-cu il 19 yanvar Fransada yerləşən Eks-an-Provansda anadan olub. Onun soyadı Şimali İtalyanın Pyemont əyalətində yerləşən Çezena şəhərindən götürülmüşdür. Bunun əsasında bir sıra mütəxəssislər onun italyan əsilli olduğu fikrini irəli sürmüşlər. Rəssamın atası Lui-Ogüst Sezan şlyapa taciri olmuş, daha sonra isə bankirliklə məşğul omuşdur. Eksdə Burbon Kollecində sonradan yaxın dostu olacaq Emil Zolya ilə birlikdə eyni kollecdə təhsil almışdır. Emil Zolya ilə aralarında olan bu dostluq uzun müddət davam etmişdir.
Alzan
Alzan (fr. Alzen) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Aryej. La-Bastid-de-Seru kantonuna daxildir. Kommunanın dairəsi — Fua. INSEE kodu — 09009. == Əhalisi == 2008-ci il üçün kommunanın əhalisi 146 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 128 yaş arasında (15-64 yaş arasında) 96 nəfər iqtisadi cəhətdən, 32 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 75.0%, 1999-cu ildə 75.8%). Fəal olan 96 nəfərdən 75 nəfər (38 kişi və 37 qadın), 21 nəfər işsiz (11 kişi və 10 qadın) idi. 32 hərəkətsiz 14 nəfər arasında şagird və ya şagird, 8 nəfər təqaüdçü, 10 nəfər digər səbəblərə görə fəaliyyətsizdir..
Bazan
Bazan (fars. باذان‎) (Bazan ibn Sasan) — Sasanilər imperiyasının Yəməndə mərzibanı. == Həyatı == Həbəşistanın Yəmən valisi Əbrəhənin iki oğlu Məsruk ilə Yəksumun Yəməndəki yerli ərəblərə qarşı böyük bir zülm və qətliama girişməsi üzərinə Himyarilərin soyundan gələn Seyf ibn Zuyazan Həbəşlilərə qarşı Sasanilər imperiyasıdan yardım istəmiş, Kisra I Xosrov da (Ənuşirvani Adil 531-579), yaşlı və təcrübəli komandanlarından Vəhrizi kiçik bir orduyla Yəmənə göndərmişdi. Aparılan savaşda vali Məsruk öldürülmüş və Seyf ibn Zuyazan Sənada iqtidarı ələ keçirmişdi. Həbəşlilərin bir neçə il sonra Seyfi öldürmələri üzərinə Kisra, Vəhrizi dörd min əsgərlə təkrar Yəmənə göndərmişti. Ölümünə qədər Sənada Sasanilər valisi olaraq qalan Vəhrizdən sonra sırasıyla Mərziban, Təynucan, Xürrə Xosrov və Bazan vali olmuşdular. Bazan iranlı əsgərlərin Yəmənli qadınlarla evlənməsi nəticəsində təşəkkül edən və Əbna adı verilən zümrəyə mənsubdu. peyğəmbərin dəvəti üzərinə müsəlman oldu. Onun müsəlman oluşuna dair xəbərlər, peyğəmbərin Kisraya (II Xosrova) göndərdiyi məktubla ilgili rəvayətlər arasında yer almaqdadır. peyğəmbər hicrətin 7- (628-ci) ildə Abdullah ibn Huzafə əs-Səhmiyi bir məktubla Kisra II Xosrov Pərvizə göndərmişdi.
Bəzman
Bəzman-İranın Sistan və Bəlucistan ostanının İranşəhr şəhristanının Bəzman bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,002 nəfər və 816 ailədən ibarət idi.
Dəvan
Dəvan (fars. دوان) — İranın Fars ostanının Kazerun şəhristanında kənd. 2006–cı il siyahıyaalınmasına əsasən əhalisi 178 ailədə 601 nəfər idi. Əhalisi Dəvani dialektində danışır.
Fəzzan
Fəzzan (Ərəbcə: فزان , Latınca: Phasania) — Liviyanı meydana gətirən üç qədim bölgədən biridir. Digər ikisi Trablis və Kirenaiykadır. Mərkəzi Sebhadır. Bugünkü Liviyanın cənub-qərbində yerləşir. Bölgənin adı bəzi qaynaqlarda Fezzan keçməkdədir. Fəzanda qurulan ilk dövlət Fəzan Sultanlığıdır. Bu dövlət daha sonra Misirlilərin hakimiyyətinə qirmişdilər. == Tarixi == 1551 - ci ildə Turqut Rəis, Trablisi fəth edəndə Fəzzan da həqiqətən Osmanlı Dövlətinə qatılmış ve Trablis Bəylərbəyliyinə bağlı Fəzzan Bayrağı qurulmuşdur. 1556-1577 illər arasında Osmanlı əsgərləri Fəzzandaki şəhərləri də ələ keçərərək bölgədəki Osmanlı hakimiyyətini mökəmləndirmişdilər. Bu sayədə Səhra ticarət yollarının Aralıq dəniziyə açılan hissəsi də Osmanlı hakimiyyətinə qirmişdi, bu da Trablis əyalətinin gəlirlərini əhəmiyyətli dərəcədə artırmışdır.
Gəyan
Gəyən düzü — Cəbrayıl rayonu və Qubadlı rayonu rayonlarının arasında yerləşir. == Adın etimologiyası == Türk mənşəli addır. Tam aydın, işıq olmayan mənalarına malik olduğu bilinir. Bəzi mənbələrdə "gəyən" sözü süd kimi aydın gecə mənasında izah olunur. Şivələrimizdə bu söz genişlik, açıqlıq mənalarındadır. "Mal-qaranı gəyənlikdə bağladılar" deyərkən açıq yerlər nəzərdə tutulmuşdur. Xalq etimologiyasına görə də "Gəyən" adı düzün geniş, ucsuz-bucaqsız olması ilə əlaqədardır. Bu söz genişlik mənası ilə yanaşı, quraqlıq, susuzluq mənalarına da malikdir. Sarı Aşığın aşağıdakı bayatısında bu söz həm geniş, həm də quraqlıq, susuzluq mənalarındadır. == Toponimikası == Mil düzünün bir hissəsidir.
Qazan
Qazan (məişət əşyası) — məişət əşyası. Qazan (ad) — şəxs adı.İran kəndləriQazan (Sərdəşt) — Qazan (Urmiya) Qazan Əli (Urmiya) — Qazan Sar (Bukan) — == Qazan (Qab) == Qazan Türk millətin yemək bişirmək üçün metal qabıdır . Qazanlar çox zaman yuvarlaq formada olurlar. Qazanlar müxtəlif ölçülərə malikdir.
Qəzyan
Qazyan və ya Qəzyan; Qəzyan (Qubadlı) — Azərbaycan Respublikasının Qubadlı rayonunun inzibati ərazi vahidində kənd. Qazyan (Tərtər) — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Qazyan (Ucar) — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd.
Kazan
Kazan (tatar. Казан, Qazan) — Rusiya Federasiyasında şəhər, Tatarıstan Respublikasının paytaxtı, Volqa çayının sağ sahilində yerləşir. Rusiyanın iri iqtisadi, siyasi, elmi, mədəni və idman şəhərlərindən biridir.. Şəhər Rusiyanın "üçüncü paytaxtı" hesab edilir. Qeyri - rəsmi şəkildə dünya tatarlarının paytaxtı da hesab edilir.
Kozan
Kozan (Sis) — Adana ilinin ilçəsi. == Əhali == 2018-cı ilin məlumatına görə ilçədə 130.495 nəfər yaşayır. Kozanın ilçə mərkəzi və kəndləri müsəlman türklərdən ibarətdir. Ancaq ilçədə az sayda Balkan köçərisi var.
Kənan
Kənan (finik. kĕnaʿan, ivr. ‏כְּנַעַן‏‎ , ərəb. کنعان‎) — Bərəkətli Hilalın qərb hissəsidir. == Tarixi == Bu ad Finikiya sözündən və dilindən törəyib. Tarixi qaynaqlarda "Kənan diyarı" olaraq adlandırılan yer, hal-hazırda Fələstin və İsrailin yerləşdiyi torpaqlardır. Bu torpaqlar tarix boyunca bir çox peyğəmbərin yaşadığı, xalqlarını Allahın varlığına və birliyinə dəvət etdiyi, üzərində bir çox müqəddəs yerlərin yerləşdiyi mübarək torpaqlardır. Buna görə də, Kənan diyarı hər üç İlahi dinin mənsubları (müsəlmanlar, yəhudilər və xristianlar) üçün də müqəddəs torpaqlardır. Üç ilahi dinin mənsublarını bir yerə toplayan bu müqəddəs məkan, dinlərindəki ortaq yönləri tanıdıqları və bir olan Allaha inandıqları üçün bir-birlərinə sevgi və hörmət duymalarına səbəb olması baxımından da son dərəcə əhəmiyyətlidir. Kənan diyarı olaraq ifadə olunan torpaqlarda və əlbəttə bütün dünyada eyni peyğəmbərlərə iman edənlərin bir yerdə təhlükəsizlik, sevgi və dinclik içində yaşamaları, bütün möminlərin könüldən istəyəcəkləri, bundan sevinc və xoşbəxtlik duyacaqları bir vəziyyətdir.
Kətan
Kətan (lat. Linum) — zəyrəkkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == === Azərbaycanın dərman bitkiləri === İşlədici kətan (Linum catharticum L.) Adi kətan, lifli kətan (Linum usitatissimum L.) === Digər növləri === Linum bienne Linum cratericola Linum grandiflorum Linum lewisii Linum medium Linum perenne Linum puberulum Linum pubescens == Əhəmiyyəti == Yağlı kətanın toxumlarında 38-45 % yarımquruyan yağ ( yod ədədi 165-192) vardır. Bu yağ lak-boyaq sənayesində yüksək qiymətləndirilir. Kətan yağı dəri, sabunbişirmə, kağız, ətriyyat, rezin, elektrotexnika sənayesində və başqa sənaye sahələrində o, cümlədən tibdə də işlədilir. Kətan yağı həm də qida kimi istifadə olunur. Jmıxı və cecəsi heyvandarlıqda qiymətli zülalı yemdir. Jmıxın hər 100 kq-da 115 yem vahidi, 28,5 kq həzm olunan protein vardır. Cecəsinin 100 kq-da isə 103 yem vahidi, 28,9 kq həzm olunan protein vardır. Yetişməmiş toxumdan hazırlanan jmıxı yemləmədən qabaq buxara verilir ki, heyvanlarda zəhərləmə əmələ gətirməsin.
Ləzran
Ləzran (Yardımlı) — Azərbaycanın Yardımlı rayonunda kənd. Ləzran (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd.
Məkan
Məkan — daha çox fəlsəfə, riyaziyyat və fizika kimi elmlərdə istifadə olunan termindir. Nyutonun klassik mexanikasında əsaslandırılır ki, məkan sonsuzdur, uzunluğu bütün istiqamətlərdə bircinslidir, hər hansı bir nöqtəsində həmişə eyni universal qanunlar mövcuddur. Dünyanı dərk etmək təşəbbüsündə olan qədim insanlar məkanı daha çox abstraktlıqla bağlamışlar. Ona görə ki, ulu əcdad gördüklərinin mahiyyətini öyrənmək barədə düşünmüşdür. Dünya, ilk növbədə, onun özünün doğulub məskən saldığı, oturub-durduğu, qidasını tapdığı, əyləndiyi, üstündə gəzdiyi ərazi, soyuqdan, yağışdan qorunduğu mağaralar idi. Buna uyğun olaraq məkan landşafdan – dağ, çay, düz, meşə, göl, dəniz, çöldən kənarda ağla gətirilə bilməzdi. Məkanın ayrı-ayrı bölgələr üzrə xarakterindəki əkslikləri izaha gələndə məsələnin əsil səbəbini anlamaqdan hələ onlar çox uzaq idilər. Ona görə də əsas meyar kimi məhz yerin fiziki xüsusiyyətləri, maddi ünsürlərin çatışmazlığı deyil, kənar abstrakt qüvvələrin mövcudluğu, təsiri götürülür və məkanın özünün də fövqəltəbiiliyi, qeyri-adi qüvvələr – xeyir, yaxud şər ruhlar tərəfindən idarə olunduğu qənaəti irəli sürülürdü.
Məzar
Məzar, Qəbir — İnsanların ölərkən basdırıldığı yer. Məzarların toplu olaraq olduğu yer isə məzarlıq adlanır. == Qəbrin növləri == Kurqan Küp qəbir == Dinlərdə qəbir və dəfn == Bir çox dinlərdə qəbir ölən insanın axirətə keçidi üçün mühüm mərhələ hesab olunur.
Pozan
Pozan — dəftərxana ləvazimatı. Tarixən yazını və ya ləkəni silmək üçün quru çörəkdən istifadə ediblər. Lakin Avropaya Latın Amerikasından kauçuk gətirəndən sonra (əsasən Braziliyadan), onun daha yaxşı sildiyi müşahidə edilir. Buna istinad edərək 1770-ci ildə ingilis Cozef Pristli ilk pozanı düzəldir. 1858-ci ildə aisə amerikalı Hayman Lipman karandaşın ucuna pozanın yerləşdirməklə yeni konsstruksiya ixtira edir.
Razan
Razan (fars. رزان‎) iranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 216 nəfər yaşayır (65 ailə).
Fəqan
Fəqan — Azərbaycanlı adı. Fəqan Məmmədov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Fəqan Xudaverdiyev — Azərbaycan Silahlı Qüvvələrinin mayoru. Fəqan Ziyadov — Azərbaycan Silahlı Qüvvələrinin MAHHXHQ Fəqan Zalov — Azərbaycan Hərbi Dəniz Qüvvələrinin kiçik miçmanı. Fəqan Umudov — Azərbaycanı təmsil edən taekvondoçu.
Mon-Sen-Viktor (Pol Sezan)
Mon-Sen-Viktor (fr. Mont Sainte-Victoire) — fransız rəssamı Pol Sezanın əsərlərindən biri. Əsər Nyu-Yorkun Metropoliten İncəsənət Muzeyində saxlanılır.
Dekan
Dekan — təhsil və təlim fəaliyyətləri ilə məşğul olan hər bir fakültənin rəhbərliyindən məsul olan ən yüksək vəzifəli şəxsdir. == Səlahiyyətləri == Dekan, fakültənin və ona bağlı olan bölmələrin tədris qabiliyyətinin rasional istifadəsi və inkişaf etdirilməsindən, lazım olduqda təhlükəsizlik tədbirlərinin görülməsindən, tələbələrə lazımi sosial xidmətlərin göstərilməsindən, müntəzəm olaraq təhsil, təlim, elmi tədqiqat və nəşr fəaliyyətlərindən məsuldur. Bir-başa rektora tabedir.
Deman
Deman — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Yardımlı rayonunun faktiki mövcud olan Deman kəndi Avaş kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. == Toponimikası == Kənd coğrafi ədəbiyyatlarda daha çox "Deman düzü", "Deman yaylası" kimi tanınır. Yerli əhalinin dilində Deman sözü "dəmyə yerlər", "suvarılmayan əkin sahələri" kimi yozulur. Bu fikir yanlışdır. M.Həsənov yazır ki, yaşı antik çağlardan hesablanan Moran, Pankü, Deman, Avaraq, Ərvərəz, Şişnavar kimi qədim toponimlər Azərbaycan Respublikasında mövcud olan ən ulu coğrafi adlarla bir sırada durmaqdadır. Bu adlar içərisində dəniz səviyyəsindən 1600-1800 metr hündürlükdə olan məşhur Deman düzünün adı ən ulu toponimlərdən olub, hun xaqanı, şöhrətli sərkərdə Metenin babası Teomanın adı ilə yaxından səsləşir. Bəzi mənbələrdə Teoman hətta Duman kimi də qeyd olunmuşdur... Mənbəyini Deman düzündən götürən Viləşçayın sol sahilindəki coğrafi adların, demək olar ki, əksəriyyəti təmiz türk mənşəli olub, yurdun qədim çağlarından xəbər verir. İlicur, Cərcəbil, Avaraq, Gilar, Bolqarçay, Moran belə toponimlərdəndir.
Deyan
Deyan (çin. 德阳市) – Çin Xalq Respublikasının Sıçuan əyalətində yerləşən şəhər.
Dezab
Dezab— İranın Xuzistan ostanının Dezful şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,169 nəfər və 2,279 ailədən ibarət idi.
Feyan
Feyan (fr. Feillens) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Baje-le-Şatel kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01159. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 3115 nəfər təşkil edirdi.
Heşan
Heşan (əvvəlki adı: Ərcun ) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Heşan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Aşan kəndi Heşan kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Heşan kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. == Toponimikası == Musa Kalankaytuklunun Alban Tarixində kəndin adı Ərcun və ya Aracun deyə keçir və daha sonra bura İrandan köçən ermənilər kəndin adını Aşan deyə adlandırmışlar və 1992-ci ilədək kəndin adı Aşan olmuşdur. Heşan "taxıl dərzlərinin vəllə döyülməsi, dərzlərin döyüldüyü yer, xırman" deməkdir. Kənd xırman yaxınlığında salındığı üçün belə adlandırılmışdır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == === Tanınmış şəxsləri === Levon Mirzoyan (1897-1939) - sovet — dövlət və partiya xadimi, Azərbaycan SSR Kommunist Pariyası I katibi (1926–1929).
Çezar
Çezar — 18 fevral 1980-ci ildə anadan olan Rumıniyalı müğənni. Çezar 2013 Avroviziya Mahnı Müsabiqəsində Rumıniyanı "It's My Life" mahnısı ilə təmsil edib və öz ölkəsinə 14-cü yeri qazandırıb.
Çuzan
Toyama Masakazu (外山正一, 23 oktyabr 1848, Tokio – 8 mart 1900) və ya Toyama Şoiçi – Yaponiya pedaqoqu və şairi. Miçiqan Universitetinin ilk yapon tələbələrindən biri olmuşdur. == Həyatı == Toyama Masakazu 1848-ci ildə Yaponiyanın Edo şəhərində yoxsul samuray ailəsində doğulmuşdur. 1861-ci ildə Qərb elmləri üçün nəzərdə tutulmuş şoqunluq məktəbi Banşo Şirabeşoda ingilis dili təhsil aldıqdan sonra ingilis dili müəllimi olmuşdur. 1866-cı ildə şoqunluq tərəfindən Londona göndərilmiş 14 yapon tələbədən biri olmuşdur. 1868-ci ildə Yaponiyaya qayıtmış, 1870-ci ildə xarici işlər naziri Arinori Morinin katibi kimi ABŞ-yə göndərilmişdir.Toyama 1872-ci ildə ABŞ-də təhsil almaq üçün qazandığı təqaüdü iki yapon tələbə ilə bölüşməyə qərar vermişdir. Ann-Arbor şəhərində yaşamaq daha ucuz olduğu üçün o, Miçiqan Universitetini seçmişdir. Toyama Ann-Arbor liseyində təhsil aldıqdan sonra 1873-cü ildə Miçiqan Universitetinə daxil olmuşdur. 1876-cı ildə universiteti buraxaraq Yaponiyaya qayıtmışdır. 1886-cı ildə Miçiqan Universitetinin fəxri incəsənət magistrı dərəcəsini almış və ABŞ universiteti tərəfindən bu dərəcəyə layiq görülən ilk yapon olmuşdur.Yaponiyaya qayıtdıqdan sonra Tokio Universitetinin fəlsəfə və sosiologiya üzrə ilk yapon professoru olmuşdur.
Çəvan
Çəvan (Marağa)