TEXNİKA
TEXNOLOGİYA
OBASTAN VİKİ
Darmştadt Texniki Universiteti
Darmştadt Texniki Universiteti (alm. Technische Universität Darmstadt, TU Darmstadt‎) — Almaniyada universitet; texniki sahə üzrə ixtisaslaşan məşhur ali təhsil ocaqlarından biri. "Biz öz nailiyyətlərimiz və məzunların köməyi ilə dünyanı dəyişdirdik" - universitet özünü məhz belə xarakterizə edir. Darmştadt Texniki Universitetinin əsası 1877-ci ildə qoyulub. Ali təhsil ocağı 1882-1883-cü illərdə elektrotexnika sahəsində təhsil təklif edən ilk universitet olub. Ali məktəb Almaniyanın Hessen vilayətinin cənubundakı Darmştadt şəhərində yerləşir. Bu şəhər 1997-ci ildə "elm şəhəri" rəsmi statusunu alıb. Son illərdə Darmştadt şəhərini "proqram təminatının gizli paytaxtı" adlandırmağa başlayıblar. Darmştadt Texniki Universiteti daxil olmaqla bu şəhərdə yerləşən digər ali təhsil ocaqları informasiya texnologiyaları sahəsində yüksək ixtisaslı kadrların yetişdirilməsi ilə tanınır. Təsadüfi deyil ki, şəhərdə və onun ətrafında informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən çox sayda müəssisələr yerləşir.
Dağ texniki rekultivasiya
Dağ texniki rekultivasiya — texniki rekultivasiyanın növlərindən biri. Faydalı qazıntıların çıxarılması və emalı zamanı pozulmuş torpaqların rekultivasiya mərhələsidir. Dağ texniki rekultivasiyanın optimal həlli dağ işlərinin bir hissəsi olub, əsasən istismar texnikası vasitəsilə yerinə yetirilir. Maddi-texniki və əmək ehtiyatların, müəyyən dövrdə yerinə yetirdiyi, işin həcmini, növlərini özündə birləşdirən dağ plan işlərinin əsas tərkib hissəsidir. Töküntü yamaclannın, karxanaların, çökəklərin, pozulmuş sahələrin hamaralanması, düzəldilməsi və bərpa işlərinin aparılmasıdır. Yeraltı suların çıxarıldığı sahələrdə suyun enən və azalan piezometrik səthidir. Dağ sənaye rayonlarında belə qıflara tez-tez rast gəlinir. Pərakəndə (dağıntı halında) yayılmış faydalı qazıntıların istehsalında draylınq texnikası ilə daşınması, toplanması və yatağa döşənməsi mümkün olan töküntülərdir.
Drezden Texniki Universiteti
Drezden Texniki Universiteti (alm. Technische Universität Dresden‎) — Almaniyanın Drezden şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin əsası 1828-ci ildə qoyulmuşdur. Bu ali təhsil müəssisəsi Almaniyanın 9 aparıcı texniki ali məktəbinin birliyi olan TU9 ittifaqının üzvüdür.
Elmi-texniki fəaliyyət
Elmi-texniki fəaliyyət – texnoloji, iqtisadi, sosial, humanitar problemlərin və digər mühəndis problemlərinin həll edilməsi, vahid sistem kimi elmin, texnikanın və istehsalatın fəaliyyətinin təmin olunması üçün yeni biliklərin əldə edilməsinə və tətbiqinə yönələn fəaliyyət. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Elmi-texniki inqilab
Elmi-texniki inqilab — elm və texnikanın sürətli inkişafı nəticəsində istehsal gücünün köklü və keyfiyyətli şəkildə, birdən-birə artması prosesi. Elmi-texniki inqilab — ictimai istehsalın inkişafında elmin mühüm amilə çevrilməsi əsasında məhsuldar qüvvələrdə baş verən köklü keyfiyyət dəyişikliyi, bilavasitә mәhsuldar qüvvә kimi ictimai inkişafın hәlledici amilinә çevrilmәsi ilә әlaqәdar elmin, texnikanın, istehsal texnologiyasının, elәcә dә insanların bütün hәyat tәrzinin әsaslı dәyişmәsi (transformasiyası). Elmi-texniki inqilab elmi-texniki tәrәqqinin әn yeni mәrhәlәsi sayılır, başlanğıcı, adәtәn, 20 әsrin ortalarına aid edilir. Elmi-texniki inqilab, həmçinin elm və texnikanın inkişafında əsaslı keyfiyyət dəyişikliyi, dərin sıçrayışdır. Elmi-texniki inqilabın ilkin elmi-texniki vә sosial şәrtlәri var. Onun hazırlanmasında ilk növbәdә 19-cu әsrin sonu — 20-ci әsrin әvvәllәrindә dәqiq vә tәbiyyat elmlәri üzrә nailiyyәtlәrin (elektronun, radioaktivlik hadisәsinin, kimyәvi elementlәrin çevrilmәsinin kәşfi, nisbilik vә kvant nәzәriyyәsinin meydana gәlmәsi) mühüm rolu olmuşdur. Elmlә texnikanın qarşılıqlı әlaqә formaları üç dövrә ayrılır: a) birinci dövrdә (tәqr. 18-ci әsrә qәdәr) elm vә texnika insan fәaliyyәtinin iki fәrqli vә müstәqil sahәsi kimi tәzahür etmiş, aralarındakı әlaqәsi zәif olmuş, elmin istehsala tәtbiqi tәsadüfi vә qeyri-müntәzәm xarakter daşımışdır. Bu dövrdә elm texnikadan geri qalır vә nailiyyәtlәri izah etmәkdә lәngiyirdi. Texniki ixtiralar alimlәrә deyil, istehsalçılara mәxsus idi; b) ikinci dövrdә (tәqr.
Elmi-texniki tərəqqi
Elmi-texniki tərəqqi – 1)elmin nailiyyətlərindən istifadə etməklə istehsalın texniki səviyyəsinin yüksəldilməsi; 2)istehsal proseslərinin səmərəliliyinin və keyfiyyətinin yüksəldilməsi, insanların tələbatlarının daha yaxşı ödənilməsi məqsədilə təsərrüfatda, istehsalda elm və texnikanın, texnologiyanın ən yeni nailiyyətlərinin tətbiqi. Elmi-texniki informasiya – elmi, elmi-texniki, istehsalat və sosial-ictimai fəaliyyət nəticəsində yaradılan sənədlərə və faktlara dair informasiyalar. “İnformasiya texnologiyası” termininin mənası 1970-ci illərin sonuna yaxın –informasiyanın emalı üçün müasir elektron texnikasından istifadə olunduğu zamandan müəyyən oldu. İnformasiya texnologiyası bütün hesablama və rabitə texnikasını, qismən məişət elektronikasını, televiziya və radio verilişlərini əhatə edir. O, sənayedə, idarəetmədə, ticarətdə, təhsildə, tibbdə və hərbi sahədə öz tətbiqlərini tapır.İnformasiya texnologiyası nəzəri olaraq tətbiqi elmdir, praktiki olaraq verilənlərin konkret texniki emal sistemlərinin təşkili və layihələndirilməsi üzrə mühəndis fəaliyyətidir. Nəzəri olaraq İT - nin mənbələri aşağıdakılardır: Sistem texnikası; hesablama sistemləri nəzəriyyəsi; proqramlaşdırma texnologiyaları; verilənlər bazası nəzəriyyəsi; erqonomika; dizayn və informasiya – texnoloji profilli digər elmlər. İnformasiya texnologiyasında tədqiqat obyekti mexaniki və proqram vasitələri deyil, insan fəaliyyətidir, yəni onun insan – kompüter – sosial mühit sistemində təsirləridir. Söhbət insanmaşın sistemləri modellərinin təşkilindən və çevrilməsindən gedir. Bu modellərdə təşkil, istifadə və təkmilləşmə üzrə fəaliyyət birləşir və ayrılmaz surətdə qarşılıqlı əlaqədədir. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova.
Frayberq Texniki Universiteti
Frayberq Texniki Universiteti (alm. Technische Universität Bergakademie Freiberg‎) — Saksoniya universiteti olub Frayberq dairəsinin mərkəzində yerləşir. O Çitau universitetindən sonra Saksoniyada ikinci kiçik universitet sayılır. Frayberq Texniki Universiteti dünyanın ən qədim dağ mədən universitetlərindəndir. O 1765-ci ildə Şahzadə Ksaver tərəfindən mədən işçilərini hazırlamaq üçün açılır ki, Saksoniya 7 illik müharibədə uduzandan sonra borclarını ödəyə bilsin. Frayberq Texniki Universitetində iki kimyəvi element kəşf edilmişdir. Bunlardan İndium 1863-cü ildə Ferdinand Rayh və Teodor Rihter (almanca Ferdinand Reich və Theodor Richter) və Germanium 1886-cı ildə Klemens Vinkler (almanca Clemens Winkler) tərəfindən kəşf edilmişlər. Drezden Texniki Universiteti 1871-ci ildə yaradılana qədər Frayberq Texniki Universiteti Saksoniya şahlığının ən böyük ali məktəbi sayılırdı. 1905-ci ildən Universitetdə "Doktor" elmi dərəcələrin verilməsinə icazə verilmişdir. 1940-cı ildən burada riyaziyyat, təbiət elmləri üzrə fakültələr fəaliyyət göstərir.
Gürcüstan Texniki Universiteti
Gürcüstan Dövlət Texniki Universiteti (gürc. საქართველოს ტექნიკური უნივერსიტეტი, ing. Georgian Technical University) Gürcüstanın Tbilisi şəhərində yerləşən ölkənin ən aparıcı universitetlərindən biridir. Burada texniki fakültələrdən yana digər fakültələr üzrədə təhsil olduğu üçün bəzən Gürcüstan Dövlət Politexniki Universiteti (qısaca: GPU) deyilir. 1922-ci ildə Tbilisi Dövlət Universitetinin nəzdnində politexnik fakültəsi kimi yaradılıb. 1928-ci ildə Tbilisi Dövlət Universitetin'dən ayrılaraq Vladimir İliç Lenin adına Gürcüstan Dövlət Politexnik İnstitutu kimi yaradıldı. 1930 və 1932-ci illərdə universitetə daha çox fakültələr əlavə edilərək birazda genişləndirildi. 1972-ci ildə 50 illik yubileyində SSSR'in ən yüksək mükafatı Lenin ordeni ilə mükafatlandırıldı. 1991-ci ildə Gürcüstan müstəqilliyini əldə etdikdən sonra birazda böyüyərək önəmli yerini tutdu və hal hazırda həmin adı daşıyır. Universitet əsasən təhsil və elmi fəaliyyətə yardım edən əsas struktur bölmələrindən ibarətdir: fakültələr, kitabxanalar və köməkçi struktur bölmələri.
Gəncə Texniki Kolleci
Gəncə Texniki Kolleci — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olmuş orta-ixtisas təhsili müəssisəsi Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanmışdır: Mühasibat uçotu; Elektrik təchizatı; Nəqliyyatda daşımaların təşkili; Yol hərəkətinin təşkili; Rabitə qovşaqları və kommunikasiya sistemləri; Baytarlıq; Nəqliyyat vasitələrinin təmiri və servisi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli, 30 nömrəli Qərarına əsasən Gəncə Texniki Kolleci Gəncə Humanitar Kolleci ilə birləşdirilərək Gəncə Dövlət Regional Kolleci adlandırılmışdır.
Karlsrue Texniki İnstitutu
Karlsrue Texniki İnstitutu (alm. Karlsruher Institut für Technologie‎) — Almaniyada universitet; Almaniyada texniki sahə üzrə ixtisaslaşan ən qədim ali təhsil müəssisəsi hesab olunur. Avropada isə Praqa, Paris və Vyana texniki universitetlərindən sonra yaranma tarixinə görə 4-cü ali təhsil ocağıdır. Hazırda institut Almaniyanın elit universitetləri doqquzluğuna rəsmən daxil edilib. Böyük Hersoq Lüdviq Baden tərəfindən 1825-ci il, 7 oktyabr tarixində Paris Politexnik Məktəbinin nümunəsində Karlsrue Politexnikumu yaradılır. Karlsrue şəhərinin mərkəzində yerləşən politexnikum 1865-ci ildən hersoq I Fridrixin təşəbbüsü ilə Ali Texniki Məktəb kimi fəaliyyət göstərməyə başlayır, həmin dövrdə "Friderisian" onun ikinci adı olur. Məktəb 1900-cü ildə elmlər doktoru elmi dərəcəsinin verilməsi hüququnu əldə edir. Karlsruedə 1904-cü ildə ilk dəfə Ali Texniki Məktəbə Almaniyada ilk dəfə olaraq qızlar qəbul olunur. 1967-ci ildən "Friderisian" məktəbi Karlsrue Universiteti adı ilə fəaliyyətini davam etdirir. 1969-ci ildə Universitet Almaniyada ilk olaraq proqramçı təliminə başlayır, informatika fakültəsi isə 1972-ci ildə yaradılır.
Kompüterə texniki yardım
Moldova Texniki Universiteti
Moldova Texniki Universiteti (rum. Universitatea Tehnică a Moldovei) — Moldovada universitet; informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin geniş vüsət aldığı ali təhsil ocaqlarından biri. Əsası 1964-cü ildə qoyulan ali məktəb yüksək ixtisaslı mühəndis və iqtisadçı kadrların hazırlanması məqsədilə yaradılıb. İlk olaraq Kişinyov Politexnik İnstitutu adı ilə fəaliyyətə başlayan ali məktəbdə tədrisin ilk ilində 5 fakültə (Elektrotexnika, Mexanika, Texnologiya, İnşaat, İqtisadiyyat) mövcud olub. Sonrakı illərdə Politexnik İnstitutu sürətlə inkişaf edərək böyük tədris, elmi və mədəni mərkəzə çevrildi. Hazırda Moldova Texniki Universiteti 10 fakültədən ibarətdir: energetika, maşınqayırma üzrə mühəndis iqtisadiyyatı və idarəetmə, mexanika və nəqliyyat mühəndisliyi, hesablama texnikası, informatika və mikroelektronika, elektronika və telekommunikasiya sahəsində mühəndis iqtisadiyyatı və idarəetmə, yeyinti sənayesində texnologiya və idarəetmə, yüngül sənaye, kadastr, geodeziya və tikinti, şəhərsalma və memarlıq, iqtisadi mühəndislik və biznes. Maşınqayırma üzrə mühəndis iqtisadiyyatı və idarəetmə fakültəsində texniki kollec yaradılıb. Bundan əlavə, ali məktəbin tərkibində texniki profilli 9 kollec fəaliyyət göstərir. Bu gün əyani və qiyabi bölmədə 12420 tələbə təhsil alır, tədris prosesi təxminən 1000 pedaqoq tərəfindən həyata keçirilir. Universitet ümumilikdə 80 ixtisas və ixtisaslaşma üzrə təlim təklif edir.
Münhen Texniki Universiteti
Münxen Texniki Universiteti (alm. Technische Universitat München‎) — Almaniya Federativ Respublikasında, Bavariya vilayətinin Münxen şəhərində yerləşir və Avropanın ən nüfuzlu elmi-tədqiqat mərkəzkərindən biridir. Universitet dəqiq və texniki elmlər üzrə ixtisaslaşıb. Almaniyanın təhsil sistemində xüsusi mövqeyə malik ali məktəb Bavariyanın texniki sahə üzrə yeganə universitetidir. Münxen Texniki Universitetinin əsası 1868-ci ildə qoyulub. Həmin vaxt Bavariya kralı II Lüdviqin Politexnik Məktəbi adlı təhsil müəssisəsinin yaradılması haqqında sənəd imzalayır. 1877-ci ildə adı rəsmi şəkildə dəyişdirilərək Bavariya Kral Texniki Ali Məktəbi, 1970-ci ildə isə universitet statusu qazanaraq Münxen Texniki Universiteti adlandırılıb. Burada 1901-ci ildə ali məktəbdə dissertasiya şurası fəaliyyətə başlayır və elmi dərəcələr verilməyə başlanır. 1930-cu ildə Kənd Təsərrüfatı Ali Məktəbi və "Veyenştefan" pivə zavodu məktəbə birləşdirilir. 1937-ci ildə Maksim Şmidt Nimfenburqda universitetin binasını yaratmaq layihəsini hazırlayır, lakin İkinci dünya müharibəsi onun planlarını yarıda qoyur.
Texniki
Texnologiya ("sənət haqqında bilik", Yunanca: τέχνη, techne, "sənət, bacarıq, əl hiyləsi"; və -λογία, -logia - bilik, elm ) — malların və ya xidmətlərin istehsalında və ya elmi tədqiqat kimi məqsədlərin həyata keçirilməsində istifadə olunan hər hansı texnika, bacarıq, üsul və proseslərin məcmusudur. Bu nöqteyi-nəzərdən kompüter texnologiyası baxılan sahədə kompüter texnikasının aparat və proqram vasitələrindən istifadə texnologiyası deməkdir. Texnologiyanın ən sadə forması əsas alətlərin işlənib hazırlanması və istifadəsidir. Formalı daş alətlərin tarixdən əvvəlki ixtirası və ardınca yanğını idarə etmək üsullarının kəşfi qida mənbələrini artırdı. Sonrakı Neolit inqilabı bunu genişləndirdi və bir ərazidən əldə edilən ruzi dörd qat artırdı. Təkərin ixtirası insanlara səyahət etmək və ətraf mühiti idarə etməkdə kömək etdi. Tarixi dövrlərdə, o cümlədən mətbəə, telefon və internetdə baş verən inkişaflar ünsiyyət üçün fiziki maneələri azaldıb və insanların qlobal miqyasda sərbəst şəkildə qarşılıqlı əlaqədə olmasına imkan verib. Texnologiyanın çoxlu təsirləri var. Bu, daha qabaqcıl iqtisadiyyatların (o cümlədən, bugünkü qlobal iqtisadiyyatın) inkişafına kömək etdi və asudə vaxt sinfinin yüksəlməsinə imkan verdi. Bir çox texnoloji proseslər çirklənmə kimi tanınan arzuolunmaz əlavə məhsullar əmələ gətirir və təbii ehtiyatları Yerin ətraf mühitinə ziyan vuraraq tükəndirir.
Texniki analiz
Texniki analiz — oxşar şəraitdə keçmişdə baş verən qiymət dəyişiklikləri nümunələri əsasında mümkün qiymət dəyişikliklərini proqnozlaşdırmaq üçün alətlər toplusu. Əsas əsas qiymət qrafiklərinin təhlili — "diaqramlar" (ing. chart — qrafik, diaqramma) və / və ya birja stəkanı. Nəzəri cəhətdən texniki analiz istənilən bazara şamil edilir. Lakin texniki analiz ən çox yüksək likvidli sərbəst bazarlarda, məsələn, birjalarda istifadə olunur. Texniki təhlilin yaranması üçün ilkin şərtlər maliyyə bazarlarında əsrlər boyu qiymət dəyişikliklərinin müşahidəsi olmuşdur. Texniki analizin arsenalında ən qədim alət XVIII-XIX-cu əsrlərdə yapon düyü tacirləri tərəfindən hazırlanmış KEISEN metodudur (けい線). Qərbdə və Rusiyada "Yapon şamları" kimi tanınır. XIX əsrin sonlarında amerikalı jurnalist Çarlz Dou nəzəriyyəsinin əsasını təşkil edən və XX əsrin əvvəllərində texniki analiz metodlarının sürətli inkişafının başlanğıcı kimi xidmət edən qiymətli kağızlar bazarları haqqında bir sıra məqalələr dərc etdi. XX əsrin ikinci yarısında kompüter texnologiyasının inkişafı təhlil alətlərinin və üsullarının təkmilləşdirilməsinə, həmçinin kompüter texnologiyasının imkanlarından istifadə edən yeni metodların yaranmasına kömək etdi.
Texniki bitkilər
Texniki bitkilər-məhsulu sənayedə xammal kimi istifadə olunmaq üçün becərilən bitkilərdir. texniki bitkilərə adətən əyirmə, kauçuklu, efir-yağlı, yağlı, şəkərli və dərman bitkiləri aid edilir.
Texniki xidmət
Texniki xidmət (ing. maintenance, ru.сопровождение, поддержка, эксплуатация, техническое обслуживание)-proqram təminatının istismara verilməsindən sonra təkmilləşdirilməsi, optimallaşdırılması və aşkarlanan xətaların aradan qaldırılması prosesi. Müşayiətin gedişində proqramda aşkarlanmış xətaları və çatışmazlıqları düzəltmək, eləcə də proqram təminatının istifadəsini daha əlverişli etmək məqsədilə ona yeni funksiyalar əlavə etmək üçün proqramlarda dəyişikliklər edilir. Texniki xidmət proqramları kompüterin düzgün işlənməsinə nəzarət etmək və nasazlıqları aşkar etmək üçündür. Kompüterin işinə nəzarət etmək üçün müxtəlif üsullar mövcuddur. Bu üsullardan bəziləri kompüterin aparat vasitələri ilə, bəziləri aparat proqram vasitələri ilə, bəziləri isə proqram vəsitələri həyata keçirilir. Proqramla nəzarət test proqramları və xüsusi nəzarət proqramları vasitəsilə həyata keçirilir. Testlə yoxlama kompüterin və onun ayrı-ayrı blokıarının işini yoxlayan test- proqramlar vasitəsilə yerinə yetirilir. Test proqramları adətən kompüterin daimi yaddaş qurğusunda saxlanılır və kompüter elektrik şəbəkəsinə qoşulduqda avtomatik olaraq işə düşülür. Xüsusi nəzarət proqramları kompüterdə məsələləsin həlli üçün tətbiq olunan proqramların icrası zamanı əvvəlcədən müəyyənləşdirilmiş vəziyyətlərin, asılılıqların və məhdudiyyətlərin ödənilib-ödənilməməsini yoxlayır.
Texniki dəstək
Texniki dəstək (ing. Technical support, rus. Техническая поддержка) — Texniki dəstəyi kompüterin istehsalçısı, kompüteri aldığınız mağaza, yaxud kompüterdən "başı çıxan" tanıdığınız göstərə bilər. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Qabrovo Texniki Universiteti
Qabrovo Texniki Universiteti (bolq. Технически университет Габрово) — Bolqarıstanda universitet; texniki sahə üzrə ixtisaslaşan ali təhsil ocaqlarından biri. Qabrovo Texniki Universitetinin əsası 1964-cü ildə Bolqarıstanın sənayenin inkişafında zəngin təcrübə və ənənələrə malik iqtisadi mərkəzi kimi tanınan Qabrovo şəhərində qoyulub. Bu gün Qabrovo Texniki Universiteti təhsil və elm sahəsində müasir imkanlarla keçmiş ənənələri uğurla uyğunlaşdırır. Hazırda özünü nüfuzlu təhsil və elmi mərkəz kimi təsdiqləyən universitet əmək bazarının tələblərinə uyğun olaraq texnika və texnologiyalar, iqtisadiyyat və sosial elmlər sahəsində geniş profilli bakalavr, magistr və doktorantura ixtisaslarını təklif edir. Universitetdə maarifləndirici və elmi fəaliyyət 240 yüksək ixtisaslı müəllim tərəfindən həyata keçirilir. Müasir tədris metodlarını tətbiq edən müəllimlər, zəngin maddi-texniki baza və müxtəlif sosial güzəştlərin tələbələrin təhsili və inkişafı üçün münbit şərait yaradır. Ali təhsil müəssisəsi Avropa maarifləndirici və tədqiqat proqramlarında fəal iştirak edir, yerli və xarici universitetlərlə faydalı və effektiv əməkdaşlıq həyata keçirir. 1999-cu ildə Qabrovo Texniki Universitetində ilk regional Cisco Akademiyası fəaliyyətinə başlayıb. Cisco Networking Academy Program bütün şirkətlərinin tələblərinə cavab verir.
Qəbzə Texniki Universiteti
Gəbzə Texniki Universiteti (türk. Gebze Teknik Üniversitesi) — Türkiyə Respublikasının Kocaeli vilayətinin Gəbzə şəhərində yerləşən ali təhsil müəssisəsi, ölkənin ən aparıcı ali təhsil ocaqlarından biri. İnstitut 3 iyul 1992-ci ildə Gəbzə Yüksək Texnologiya İnstitutu (GYTE) adı ilə qurulmuşdur. 22 oktyabr 2014 tarixində TBMM tərəfindən qəbul edilən qanuna əsasən Gəbzə Texniki Universiteti olaraq yenidən qurulmasına qərar verilmişdir. Gəbzə Texniki Universiteti fəaliyyətində tədris prosesi ilə yanaşı elmi-tədqiqat işlərinin də prioritet elan edildiyi nüfuzlu ali təhsil ocaqlarından biridir. İnstitut yarandığı dövrdən etibarən türk sənayesinin qlobal rəqabət mühitində önəmli bir mövqe qazanmasında yaxından iştirak edən bir təhsil mərkəzi olmağı qarşısına məqsəd qoyub. 1994-ci ildən etibarən magistratura və doktorantura təhsil pillələri üzrə mütəxəssislər hazırlayan institutda 945 bakalvrla yanaşı 1420 magistr və doktorant təhsilini davam etdirməkdədir. Hələ çox gənc bir institut olmasına baxmayaraq sahib olduğu seçmə akademik heyəti və əhatəli infrastrukturu ilə sürətlə inkişaf edən GYTE, müəllim və tələbə sayı nisbətinə görə də iddialı bir ali məktəbdir. 165 doktorluq elmi dərəcəsinə malik təhsil işçisinin çalışdığı Gəbzə Texniki Universiteti beynəlxalq nəşrlərdə iştirak baxımından dövlət universitetləri arasında ilk sıralarda yer almaqdadır. Güclü akademik heyəti, son texnologiyalarla təchiz edilmiş araşdırma və təhsil laboratoriyaları, icra etdiyi Avropa Birliyi və TÜBİTAK dəstəkli layihələr ali təhsil ocağının müasir standartlar əsasında təşkil edildiyini bir daha sübut edir.
Riqa Texniki Universiteti
Riqa Texniki Universiteti — Latviyada universitet; iqtisadiyyatın bir sıra istiqamətləri üzrə keyfiyyətli elmi araşdırmaların həyata keçirilməsini təmin edir və yüksək əmək keyfiyyətinə malik, beynəlxalq bazarın tələblərinə uyğun, rəqabətə davamlı mütəxəssislər hazırlayır. Universitet Avropa tədris, elmi-tədqiqat və innovasiya mərkəzi olaraq beynəlxalq səviyyəli, müasir və nüfuzlu ali təhsil müəssisəsi kimi tanınır. Riqa Texniki Univeriteti 14 oktyabr 1862-ci il tarixində Riqa Politexnik Məktəbi kimi fəaliyyətə başlayıb. Məktəb yalnız Latviyada deyil, ümumilikdə Rusiya imperiyasında ilk çoxsahəli texniki təhsil müəssisəsi idi. Riqa Politexnik Məktəbi əsasən, İsveçrə və Almaniya ali təhsil müəssisələrinin təhsil sistemi əsasında formalaşdırılmışdı. Məktəbin müəllimləri arasında çox sayda alman, isveçrəli və avstriyalı alimlər var idi. Belə ki, fizik-kimyaçı, Nobel mükafatı laureatı V. Ostvald, Sürix Politexnik İnstitutunun rektoru olmuş V. Riter, məşhur iqtisadçı alim E. Laspeyres, elektrik maşınlarını yaradanlardan biri olan E. Arnold və Qərbi Avropanın bir sıra məşhur alimləri pedaqoji fəaliyyətlə məşğul olmaq üçün bu məktəbə cəlb olunmuşdu. Riqa Texniki Universiteti Latviya Respublikasının paytaxtında – Riqa şəhərində yerləşir. Ali təhsil ocağının həmçinin Latviyanın başqa şəhərlərində — Dauqavpils, Liepae, Ventspils və Çesisdə filialları mövcuddur. Hazırda Riqanın mərkəzində, universitetin tələbə şəhərciyi Baltiyada mühəndislik elmlərinin ən müasir tədris mərkəzi inşa olunur.
Tallin Texniki Universiteti
Tallin Texniki Universiteti (est. Tallinna Tehnikaülikool - TTÜ) — Estoniyanın paytaxtı Tallində yerləşən ali təhsil müəssisəsi; texniki sahə üzrə ixtisaslaşan ali təhsil ocaqlarından biri. Texniki sahə üzrə əhatəli tədris prosesinin və elmi-tədqiqat işlərinin həyata keçirildiyi ali məktəblər sırasında Tallin Texniki Universiteti xüsusi mövqeyə malikdir. Universitet 1918-ci ilin 17 sentyabr tarixində Estoniyanın paytaxtı Tallin şəhərində məktəb kimi fəaliyyətə başlayıb və 1938-ci ildə universitet statusu əldə edib. Estoniya Texniki Cəmiyyəti tərəfindən yaradılan məktəb maşınqayırma, elektrotexnika, gəmi inşaatı, hidrotexnika, tikinti və memarlıq sahələri üzrə ixtisaslaşmışdı. 1919-cu ilin payızından etibarən məktəb Tallin Texnikumu adlandırılmağa başlanır. Texnikumun təhsil strukturuna aqromeliorasiya, yer ölçmə və texniki kimya bölmələri əlavə olunur. 1920-ci ildə məktəb kursu ən aşağı və ən yüksək pillələr üzrə hazırlığa bölünür. 3 il təhsil müddətini əhatə edən hazırlıq kursu gələcəkdə tələb edilən təhsil səviyyəsinin alınmasına hesablanmışdı. Texnikumun ən aşağı pilləsi texniklər, ən yüksək pillə mühəndislər və memarlar hazırlayırdı.
Ulduz Texniki Universiteti
Ulduz Texniki Universiteti (türk. Yıldız Teknik Üniversitesi) — mühəndislik və təbiət elmləri ilə yanaşı ictimai elmlərdə də xüsusi nailiyyətlər əldə edən Türkiyənin İstanbul şəhərində yerləşən ən qədim təhsil ocaqlarından biri. Mərkəzi şəhərciyi Beşiktaşda yerləşir. Ən böyük şəhərciyi olan Davudpaşa isə Əsənlərdə yerləşir. Universitet nəzdində 10 fakültə, 3 peşə məktəbi və 2 instut fəaliyyət göstərir. 1911-ci ildə Konduktor Məktəb-i Alisi adı altında fəaliyyətə başlayan, tarixi respublikadan əvvələ gedən nadir universitetlərdəndir. 1937-ci ildə ölkə üçün ixtisaslı mühəndis və texniki heyət yetişdirən təhsil ocağına çevrilmişdir. 1992-ci ildə isə hal-hazırkı müasir adını qazanmışdır. Ulduz və Davudpaşa şəhərciklərində bir çox fakültələr Osmanlı dövründən qalma binalarda tədris edilir. Ulduz Texniki Universiteti bu gün akademik fəaliyyətlərini 25.000-dən çox bakalavr, 9.000-dən çox magistr və 1.700-ə yaxın akademik heyətlə davam etdirir.
Yıldız Texniki Universiteti
Ulduz Texniki Universiteti (türk. Yıldız Teknik Üniversitesi) — mühəndislik və təbiət elmləri ilə yanaşı ictimai elmlərdə də xüsusi nailiyyətlər əldə edən Türkiyənin İstanbul şəhərində yerləşən ən qədim təhsil ocaqlarından biri. Mərkəzi şəhərciyi Beşiktaşda yerləşir. Ən böyük şəhərciyi olan Davudpaşa isə Əsənlərdə yerləşir. Universitet nəzdində 10 fakültə, 3 peşə məktəbi və 2 instut fəaliyyət göstərir. 1911-ci ildə Konduktor Məktəb-i Alisi adı altında fəaliyyətə başlayan, tarixi respublikadan əvvələ gedən nadir universitetlərdəndir. 1937-ci ildə ölkə üçün ixtisaslı mühəndis və texniki heyət yetişdirən təhsil ocağına çevrilmişdir. 1992-ci ildə isə hal-hazırkı müasir adını qazanmışdır. Ulduz və Davudpaşa şəhərciklərində bir çox fakültələr Osmanlı dövründən qalma binalarda tədris edilir. Ulduz Texniki Universiteti bu gün akademik fəaliyyətlərini 25.000-dən çox bakalavr, 9.000-dən çox magistr və 1.700-ə yaxın akademik heyətlə davam etdirir.
İlmenau Texniki Universiteti
İlmenau Texniki Universiteti (alm. Technische Universität Ilmenau, TU Ilmenau‎) — Almaniyada universitet; texniki sahə üzrə ixtisaslaşan məşhur ali təhsil ocaqlarından biri. İnformasiya texnologiyaları üzrə ixtisasların üstünlük təşkil etdiyi bu universitetdə texniki təhsil çoxillik və zəngin ənənələrə söykənir. Almaniyanın nüfuzlu ali məktəbi 1894-cü ildə texnikum olaraq fəaliyyətə başlayıb. Təhsil müəssisəsində 1953-cü ildən akademik təhsil sistemi tətbiq olunur. Təhsil ocağı 1963-cü ildə İlmenaunun ən yüksək texniki məktəbi statusunu əldə edir, 1992-ci ildən isə universitet statusu qazanaraq Almaniyanın ən gənc universitetlərindən biri olur. Hazırda ali məktəbdə 6500-dən artıq tələbə təhsil alır. Təhsil haqqı ilk semestr üçün 13740, sonrakı semestrlər üçün 12240 avro təşkil edir. Universitetdə tələbələrin yaşayış yeri ilə təmin olunmasına xüsusi diqqət yetirilir. Bu məqsədlə Erenberq ərazisində bir neçə yataqxana inşa edilib.
Elm və texniki jurnalı
Elm və Texnika - Türkiyə Elmi və Texniki Araşdırma Təşkilatının 1967-ci ilin oktyabr ayından nəşr olunan aylıq jurnalı. Türkiyə Milli Təhsil Nazirliyi tərəfindən lisey və tayı məktəblərə; Türkiyə Baş qərargah Başçılığı tərəfindən Türkiyə Bilim ve teknik (jurnal)Silahlı Qüvvətlər personalına tövsiyə edilmişdir. Elm və Texniki jurnalı İyun 2006da çıxan 463. sayında ilk ədəddən başlayıb 457. sayına qədər olan jurnallarını ədədi mühitə köçürərək oxucularına DVD formasında Məlumat Xəzinəsi adıyla hədiyyə olaraq vermişdir. Elm və Teknik,1967dən 1994-cü ilə qədər jurnal formatında basılmışdı və dəriləri TÜBİTAKdə satılmıştı.1994dən etibarən də kitab formatında basılmağa başlandı. 2001-ci ildə İrfan Sayarın çəkdiyi Zehini Sinirin "proyektlərini" nəşr etməyə başladı. Bu ildə 400. sayında(Mart 2001) birlikdə əlavə olaraq "İnsan Genomu" verildi. Bundan sonrakı ildən etibarən, 2002 ilində əlavə olaraq "Yeni Üfüqlərə" adlı kiçik bir jurnal verilməyə başlandı.
Gəmilərin Təmiri Zamanı Texniki Təhlükəsizlik (1965)
Gəmilərin təmiri zamanı texniki təhlükəsizlik (film, 1965)
Hava gəmilərinin texniki xidməti
Hava gəmilərinin texniki xidməti — uçuş aparatlarının istismar müddəti ərzində onların daimi sazlığının və uçuşa hazırlığının təmin edilməsinə yönəldilmiş yerüstü mühəndis-texniki təminatıdır. Texniki xidmət və lazımi qayğı olmadan istənilən hava gəmisi uçuşa yararsız hala çox tez gəlir. Hava gəmilərinin Səlahiyyətli texniki xidməti uçuşların təhlükəsizliyinin əsas amilidir. Müəyyən bir müddətdən və ya müəyyən bir uçuş saatlarından sonra(aviaşirkətin Maintenance Program'ında göstərilən) aviaşirkətlər (texniki xidmət təşkilatları) tərəfindən həyata keçirilməli olan təyyarələrin texniki vəziyyətinin dövri yoxlamalarından ibarətdir. Yoxlamaların bir neçə növü mövcuddur: transit check, daily check, weekly check, A-check, B-check, C-check və D-check. A-check və B-check — sadə, С və D-check texniki yoxlamaların ən çətin növləridir. Təyyarələrin bəzi növləri üçün istismar formalarına daxil olan iş həcmi istehsalçı tərəfindən aviasiya orqanlarının nümayəndələri və operatorların nümayəndələri ilə birlikdə hazırlanan texniki xidmət qaydaları ilə müəyyən edilir. Daha müasir tipli hava gəmiləri üçün vahid reqlament mövcud deyil və istismarçı zavodun rəhbər sənədləri (MRBR), tövsiyələri (MPD) və hakimiyyət orqanlarının göstərişləri əsasında konkret hava gəmisi üçün texniki xidmət proqramını hazırlamalıdır. Bu halda istismarçı tətbiq etdiyi siyasətə uyğun olaraq texniki xidmət formalarının formalaşdırılması ilə məşğul olmalıdır. Belə ki, əgər aviaşirkət yalnız gündüz reysləri həyata keçirirsə, gecə saatlarında texniki xidmətin aparılması məqsədəuyğun olardı.
Karaqanda Dövlət Texniki Universiteti
Karaqanda Dövlət Texniki Universiteti (əvvəl Karaqanda Mədənçilik İnstitutu, Karaqanda Politexnik İnstitutu (KarPİ)) — Qaraqanda şəhərində texniki kadr hazırlığı üçün ali təhsil müəssisəsi. Karaqanda Texniki Universiteti xüsusi bir statusa malikdir - Qazaxıstan Respublikasının İlk Prezidentinin universiteti. Təlim çoxsaylı texniki və humanitar ixtisaslar üzrə aparılır. 9 iyul 1953-cü ildə qurulmuşdur. 1955-ci ildə rəhbər dəyişikliyi baş verdi. SSRİ Ali Təhsil Nazirliyinin 3 mart 1955-ci il tarixli 351-K nömrəli əmri ilə texnika elmləri namizədi Karaqanda Dövlət Texniki Universitetinin direktoru vəzifəsində çalışan A.S Saqinov. O dövrün əsas vəzifəsi institutun müəllim heyətinin formalaşdırılması və rəhbərliyinin gücləndirilməsi idi. SSRİ Ali Təhsil Nazirliyinin tövsiyəsi ilə, texnika elmləri doktoru, professor M.L. Rudakov, eyni zamanda mina ölçmə şöbəsinə rəhbərlik edən mina tədqiqatı sahəsində görkəmli mütəxəssis. Yarışda keçdi: A.Q. Sverdlovskdan Polyakov rəhbər vəzifəsinə. Mədən İnşaat İdarəsi, K.İ. Litvalı Akulov - rəhbər vəzifəsinə görə.
Lipetsk Dövlət Texniki Universiteti
Lipetsk Dövlət Texniki Universiteti (rus. Федеральное государственное бюджетное образовательное учреждение высшего профессионального образования «Липецкий государственный технический университет» (ФГБОУ ВПО «ЛГТУ»)) — Rusiyada universitet; Rusiyanın texniki sahə üzrə ixtisaslaşan nüfuzlu ali təhsil müəssisələrindən biri. Lipetsk Dövlət Texniki Universitetinin əsası Tula Mexanika İnstitutunun axşam fakultəsi kimi 1956-cı ildə qoyulub. Həmin dövrdə Lipetsk ərazisində ilk və tək texniki ali məktəb idi. Fakültədə ilk vaxtlar iki ixtisas mövcud idi: maşınqayırma, metalkəsən dəzgahlar və alətlər texnologiyası; maşınlar və tökmə istehsalı texnologiyası. Sonradan fakültənin əsasında ali riyaziyyat, fizika və kimya kafedraları təşkil edilmişdi. 1973-cü ildə Lipetsk Politexnik İnstitutu kimi fəaliyyət başlayır. Tədris laboratoriya bazasının yaradılması, tədris prosesinin metodik və proqram təminatı üzrə işlər aparılır. 1994-cü ildə institut dövlət texniki universiteti statusunu alır. 2009-cu ildə R İSO 9001-2008 dövlət standartının tələbləri üzrə təhsil fəaliyyətinə uyğun olaraq keyfiyyətli idarəetmə sistemi sertifikatına layiq görülür.
Lütfi Zadə adına Texniki-humanitar lisey
Missuri Elmi-Texniki Universiteti
Missuri Elmi-Texniki Universiteti (ing. Missouri University of Science and Technology) — Amerika Birləşmiş Ştatlarının Missuri ştatının Rolla şəhərində yerləşən ali təhsil müəssisəsi. Cek Dorsi — proqram təminatı arxitektoru, biznesmen; "Twitter"in ideya müəllifi və yaradıcılarından biri.
Moskva Dövlət Radiotexnika, Elektronika və Avtomatlaşdırma Texniki Universiteti
Moskva Dövlət Radiotexnika, Elektronika və Avtomatlaşdırma Texniki Universiteti (rus. Московский государственный технический университет радиотехники, электроники и автоматики (МГТУ МИРЭА)) — Rusiyada universitet. 1947-ci il, senyabrın 1-də SSRİ-in Nazirlər Şurasının 28 may 1947-ci il tarixli sərəncamı ilə Moskvada mühəndislərin hazırlanması və təkmilləşdirilməsi üzrə Ümumittifaq Qiyabi Energetika İnstitutu Sank-Peterburq, Kiyev, Bakı, Daşkənd, Sverdlovsk və Novosibirsk şəhərlərində yaradılan filialları ilə birlikdə fəaliyyətə başlamışdır. Ali məktəb qiyabi təhsil sistemində energetika və radiotexnika ixtisasları üzrə əsas institut idi, müdafiə sənayesi və energetikanın bir çox yeni sahələri üçün mühəndislər hazırlayırdı. Sonradan Omsk, Kemerov, Kirov və bir sıra başqa şəhərlərdə yaradılan filialları və tədris korpusları texniki ali məktəblərin əsası oldu. Ali təhsil ocağı sürətlə inkişafa doğru gedirdi. Belə ki, institutun fəaliyyət prosesində bir çox tədris istiqamətləri, struktur və müasir texniki ali məktəbin kadrları formalaşdırılırdı. Artıq 60-cı illərdə radioelektronika və elektron texnika ixtisasları üzrə peşəkarlara ehtiyac yarandığından bu istiqamət üzrə tədris həyata keçirilməyə başlanır və energetika ixtisasları öz əvvəlki mövqeyini itirir. Beləliklə, yeni tip təhsil müəssisəsinin qurulmasına hazırlıq çərçivəsində istilik enerjisi, hidroenergetika, elektrik enerjisi və elektromexanika fakültələrinin tələbə kontingenti Moskva Energetika İnstitutuna köçürülür. Ali məktəbdə avtomatlaşdırma, telemexanika və ölçü texnikası, hesablama texnikası, radio elektron aparaturanın layihələndirilməsi və istehsalı fakültələri açılır.
Moskva Dövlət Texniki Universiteti
N.E. Bauman adına Moskva Dövlət Texniki Universiteti (rus. Московский государственный технический университет им. Н. Э. Баумана (МГТУ им. Баумана)) — Rusiyada universitet. Ali məktəb əsas diqqəti ölkə iqtisadiyyatının informasiya– telekommunikasiya sistemləri, nanosistem və materiallar, energetika və enerjiyə qənaət, nəqliyyat və aviakosmik sistemlər və hərbi texnika kimi önəmli istiqamətlərinin inkişafına ayırır. Tədris prosesi 19 fakültə əsasında həyata keçirilir. Ali məktəbdə aspirantura, doktorantura və iki profil liseyi fəaliyyət göstərir. Universitetdə təqribən 320-dən çox elmlər doktoru və 2000 elmlər namizədi çalışır. Ali təhsil ocağının əsas struktur bölmələrini fakültə və elmi-tədqiqat institutlarının daxil olduğu elmi-tədris kompleksləri təşkil edir. Bundan əlavə, peşəkar hazırlıq Moskvada və Moskva ətrafı şəhərlərdə - Reutov, Krasnoqorsk, Korolevdəki böyük müəssisələr əsasında, həmçinin universitetin Kaluqa şəhərində yerləşən filialında yaradılmış fakültələrdə aparılır.
Moskva Rabitə və İnformatika Texniki Universiteti
Moskva Rabitə və İnformatika Texniki Universiteti (rus. Московский технический университет связи и информатики (МТУСИ)) — Rusiyada universitet; telekommunikasiya, informatika, radiotexnika, iqtisadiyyat və idarə etmə sahəsində yüksək ixtisaslı mütəxəssislər hazırlayan böyük elmi tədris mərkəzidir. 1921-ci ilin fevralında Moskva Rabitə Elektrotexnikumunun bazasında V. N. Podbelski adına Moskva Xalq Rabitə Elektrotexnika İnstitutu yaradılır. Ali təhsil ocağı sonrakı dövrlərdə müxtəlif adlarla fəaliyyətini davam etdirir. 1992-ci ildən isə universitet statusu əldə edən ali təhsil müəsisisəsi Moskva Rabitə və İnformatika Texniki Universiteti adlandırılır. Universitetin tərkibinə Rostov-na -Donu və Nijni-Novqorod şəhərlərində yerləşən iki regional filial, elmi mərkəz, İxtisasartırma İnstitutu, Telekommunikasiya Kolleci, ali məktəbə qədər hazırlıq mərkəzi, yeni texnika elmi tədris poliqonu daxildir. Ali məktəbin professor-müəllim heyəti təqribən 700 nəfərdən ibarətdir. Onların arasında 100 professor və 400-dən artıq elmlər namizədi və dosent var. Universitetin müəllimləri bir neçəsi Rusiya və beynəlxalq akademiyaların həqiqi və müxbir üzvləri, o cümlədən dövlət mükafatları laureatlarıdır. Universitetdə təhsilin əyani və qiyabi formaları üzrə təxminən on dörd min tələbə, aspirant, müxtəlif kursların dinləyiciləri təhsil alır.
Naxçıvan Dövlət Texniki Kolleci
Naxçıvan Dövlət Texniki Kolleci — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Naxçıvan Dövlət Universitetinin nəzdində olan orta-ixtisas təhsili müəssisəsi. 26 avqust 2002-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Naxçıvan Kənd Təsərrüfatı Texnikumunun bazasında yaradılmışdır. 30 aprel 2012-ci ilədək Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olmuş, həmin vaxtdan Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilmişdir. 2023-cü ilin avqutsun 1-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Naxçıvan Dövlət Universitetinin nəzdinə verilib. Hazırda kollecdə 455 tələbənin təhsili ilə 36 müəllim məşğul olur. 2016–2017-ci tədris ilində kollecə 123 tələbə qəbul olunub. 10 oktyabr 2016-cı ildə Naxçıvan Dövlət Texniki Kollecinin yeni tədris kompleksinin istifadəyə verilməsi ilə bağlı açılış mərasimi olmuşdur. Açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iştirak edərək, Naxçıvan Dövlət Texniki Kolleci üçün yeni tədris kompleksinin istifadəyə verilməsi münasibətilə kollecin müəllim və tələbələrini təbrik etmişdir. Kollecin binası 5 mərtəbədən ibarətdir. Binada 14-ü elektron lövhəli olmaqla 26 auditoriya, kimya-biologiya, fizika və baytarlıq laboratoriyaları, tədris olunan ixtisaslara uyğun 10 fənn kabineti, Heydər Əliyev lektoriyası, 3 kompüter otağı, baytarlıq fənn komissiya otağı, müəllimlər otağı, kitabxana, bufet və 120 yerlik iclas zalı vardır.

Значение слова в других словарях