Elvin Mustafa oğlu Teymurov (20 may 1999, Nehrəm, Naxçıvan Muxtar Respublikası – 22 oktyabr 2020, Füzuli) — Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçu, İkinci Qarabağ müharibəsi şəhidi.
Elvin Teymurov | |
---|---|
Elvin Mustafa oğlu Teymurov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 20 may 1999(1999-05-20) |
Doğum yeri | |
Vəfat tarixi | 20 oktyabr 2020(2020-10-20) (21 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Milliyyəti | Azərbaycanlı |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Xüsusi Təyinatlı Qüvvələr |
Xidmət illəri | 2017-2018, 2020 |
Rütbə | Kiçik çavuş |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi |
Təltifləri | 2020 2020 |
Elvin Teymurov 20 may 1999-cu ildə Babək rayonunun Nehrəm kəndində dünyaya göz açmışdır.[1] 2005-2016-cı illərdə orta təhsilini Nehrəm qəsəbəsində yerləşən Elşad Əliyev adın 2 saylı tam orta məktəbdə almışdır.
2017-2018-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 2020-ci ilin may ayından müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmət etmişdir.
Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri olan Şəmsəddin Vəliyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 22 oktyabr 2020-ci ildə Füzulinin azad edilməsində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Nehrəm qəsəbə qəbirstanlığında dəfn olunmuşdur.[2]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Teymurov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Teymurov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[4]