1. Tikmə işi görmək, tikişlə məşğul olmaq. Tikiş maşınında tikmək. İynə ilə tikmək.
2. Parçanın, dərinin və s.-nin kənarlarını iynə-sapla bir-birinə calayaraq paltar, ayaqqabı və s. hazırlamaq. Kostyum tikmək. Ayaqqabı tikmək.
3. Parça və s. üzərində rəngbərəng saplarla həndəsi və ya nəbati naxışlar, şəkillər toxumaq. Təkəlduz tikmək.
4. Cərrahiyyə əməliyyatında: toxumaları iynə-sapla birləşdirmək, bitişdirmək.
◊ Gözünü tikmək – bax gözünü dikmək (“göz”də).