Tunis

Tunis
Tunichtgut
Tunke
OBASTAN VİKİ
Tunis
Tunis (ərəb. التونس‎‎) və ya rəsmi adı ilə Tunis Respublikası (ərəb. الجمهوریة التونسیة‎‎) — Şimali Afrikada dövlət. Tunis coğrafi baxımdan Məğrib ölkəsidir. Qərbdə və cənub-qərbdə Əlcəzair, cənub-şərqdə Liviya ilə həmsərhəddir. Şimalda və şərqdə isə Aralıq dənizinə çıxışı vardır. Paytaxtı və ən böyük şəhəri Tunis, ümumi sahəsi 163,610 kvadrat kilometr, əhalisinin sayı 11 milyon nəfərdən çoxdur. Ölkənin cənubunda Saxara səhrası, şərqində Atlas dağları yerləşir. Bir zamanlar Tunisdə Bərbər tayfaları yaşayırdı. Onlardan çoxu sahil xətti boyu kiçik şəhərləri və limanları tikmişdi, beləliklə onlar Aralıq dənizində hər yerdən müxtəlif səyahətçilər ilə ticarət edə bilirdilər.
Monastır (Tunis)
Monastır (المـنسـتير: Ərəb dili al-munastîr, Latın dili monasterium) — Tunisdə bir şəhər və turizm mərkəzidir. Eyni zamanda ənənəvi bir balıqçılıq mərkəzidir. 2004-cü il siyahıyaalınmasına görə əhalisinin sayı 41,400-dir. Monastır vilayətinin mərkəzidir.
Sus (Tunis)
Sus (Ərəb dilində: سوسة‎‎, Sus‎;‎ fransız dilində: Sousse) — Tunisdə şəhər, eyniadlı vilayətin mərkəzi. Əhalisi - 173 047 nəfər (2004). Qədim dövrlərdə Sus şəhəri Qadrumet adlanırdı və o, Afrikada ilk finikiya koloniyalarından və Karfagen dövlətinin ən iri mərkəzlərindən biri idi. III Pun müharibəsi dövründə Sus (Qadrumet) Roma tərəfindən çıxış etdiyinə görə onun sakinlərinə Roma vətəndaşlığı hüququ verilmişdir. Trayanın hakimiyyəti dövründə şəhər koloniya statusu almışdır. Diokletianın hakimiyyəti dövründə isə Bizatsena əyalətinin mərkəzi idi. İmperator Yustinianın dövründə şəhərin adı dəyişdirilərək Yustinianopol adlandırılmışdı. Ərəb işğalı dövründə şəhər Sus adlandırılan bu şəhər bir neşə əsrdən sonra öz əhəmiyyətini itirmişdir. Aqlabidlər sülaləsindən olan Kayruan hakimləri Susa liman şəhəri kimi mühüm əhəmiyyət verirdilər. Onlar 850 ci ildə bu şəhərdə böyük məscid və 859-cu ildə şəhərin ətrafında müdafiə divarlarını tikdilər.
Tunis (şəhər)
Tunis (ərəb. تونس‎) — Tunisin paytaxtı və ən böyük şəhəri. Aralıq dənizindəki Tunis körfəzinin sahilində və Tunis gölünün yaxınlığında yerləşir. Kanal və dəmir yolu vasitəsilə Rades və Xalq-əl-Vadi (fr. La Goulette) limanı ilə birləşir. Əhalisi 2011-ci ilin hesablamalarına görə 2,2 milyon nəfər, şəhərətrafı ilə birlikdə 4 milyon nəfərə yaxındır. Şəhərin adı tarixi mənbələrdə ilk dəfə 814-cü ildə çəkilir, şəhərdəki ən qədim tikili isə XIII–XV əsrlərə aid edilir.
Tunis Respublikası
Tunis (ərəb. التونس‎‎) və ya rəsmi adı ilə Tunis Respublikası (ərəb. الجمهوریة التونسیة‎‎) — Şimali Afrikada dövlət. Tunis coğrafi baxımdan Məğrib ölkəsidir. Qərbdə və cənub-qərbdə Əlcəzair, cənub-şərqdə Liviya ilə həmsərhəddir. Şimalda və şərqdə isə Aralıq dənizinə çıxışı vardır. Paytaxtı və ən böyük şəhəri Tunis, ümumi sahəsi 163,610 kvadrat kilometr, əhalisinin sayı 11 milyon nəfərdən çoxdur. Ölkənin cənubunda Saxara səhrası, şərqində Atlas dağları yerləşir. Bir zamanlar Tunisdə Bərbər tayfaları yaşayırdı. Onlardan çoxu sahil xətti boyu kiçik şəhərləri və limanları tikmişdi, beləliklə onlar Aralıq dənizində hər yerdən müxtəlif səyahətçilər ilə ticarət edə bilirdilər.
Tunis Universiteti
Tunis Universiteti (ərəb. جامعة تونس‎) — Tunisdə eyniadlı paytaxtında yerləşən ali təhsil müəssisəsi. Universitetin əsası 1945-ci ilin oktyabr ayında qoyulmuşdur.
Tunis bayrağı
Tunis bayrağı — Tunisin Dövlət bayrağı Tunisin dövlət bayrağı rəsmi şəkildə 1999-cu ilin iyun ayının 30-da qəbul edilib. 1827-ci ilin oktyabr ayının 20-də Navarin döyüşündən sonra Tunis hökmdarı əl-Hüseyn ikinci ibn Mahmud Tunisin hazırkı bayrağını tətbiq edib. Aypara və ulduz şəkli İslamı tərənnüm etməklə yanaşı, uğurun da rəmzi sayılır. Bundan əlavə, aypara və ulduz şəkli Tunisin vaxtilə Osmanlının tərkibinə daxil olduğuna dəlalət edir. Ölçüsü 2:3 nisbətindədir.
Tunis bəyliyi
Ər Jedid Məscidi
Tunis himni
Vətənin müdafiəçiləri (ərəb. حماة الحمى‎‎) — Tunis dövlət himni, 1987-ci ilin noyabrında təsdiq olunub.
Tunis inqilabı
Tunisin paytaxtı Tunis şəhərində də kasıblar küçələrə çıxmağa başlayıblar. Paytaxtda əsasən, fəhlələrin yaşadıqları Ettadamen məhəlləsində yüzlərlə gənc mağazalara hücum çəkib, bir bankı yandırıb. Polis onlara qarşı güc tətbiq edib. Hökumət bu vaxta qədər baş verən olaylarda 21 nəfərin öldüyünü açıqlayıb. Ancaq hüquq müdafiəçiləri ölənlərin sayının 50 nəfəri keçdiyini iddia edirlər. Tunis hakimiyyəti ölkədə komendant saatı tətbiq edib. Lent.az-ın "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, buna səbəb bir həftədən artıqdır ki, ölkədə işsizliyə, qiymət artımına və korrupsiyaya etiraz edən yoxsulların aksiyalarının səngiməməsidir. Komendant saatı saat 20:00-dan saat 06:00-a qədər insanların və nəqliyyatın hərəkətinin qadağan edilməsini nəzərdə tutur. Ölkədəki bütün məktəblər və universitetlər artıq bağlanıb. Bu arada Tunis prezidenti Zin əl-Abidin bin Əli ölkədə 300 min yeni iş yeri yaradılacağına söz verib.
Tunis şəhəri
Tunis (ərəb. تونس‎) — Tunisin paytaxtı və ən böyük şəhəri. Aralıq dənizindəki Tunis körfəzinin sahilində və Tunis gölünün yaxınlığında yerləşir. Kanal və dəmir yolu vasitəsilə Rades və Xalq-əl-Vadi (fr. La Goulette) limanı ilə birləşir. Əhalisi 2011-ci ilin hesablamalarına görə 2,2 milyon nəfər, şəhərətrafı ilə birlikdə 4 milyon nəfərə yaxındır. Şəhərin adı tarixi mənbələrdə ilk dəfə 814-cü ildə çəkilir, şəhərdəki ən qədim tikili isə XIII–XV əsrlərə aid edilir.
Qabes (Tunis)
Qabes Tunisin Qabes vilayətinin mərkəz şəhəridir.Qabes 152.921 əhali ilə Tunisin ən böyük 6-cı şəhəridir.Qabes paytaxt Tunisə 327 km,Sfaksa isə 113 km uzaqlıqda Qabes körfəzinin sahilində yerləşir. Şəhər Roma dönəmindən mövcud olmuşdur.Şəhər haqqında Strabon və Plini kimi tarixçilər məlumat vermişdir.Bir müddət sonra öz əhəmiyyətini itirən şəhər yepiskoplar üçün bir məntəqəyə çevrilmişdir. 7-ci əsrdə Ərəb xilafəti bölgəni fəth etmişdir. 1574-cü ildə şəhər Osmanlıların Tunisi işğal etməsindən sonra Osmanlının Tunis əyalətinin bir parçası olmuşdur. 1881-ci ildə Qabes Fransızların əlinə keçdi 1940-cı ildə Almanların Fransanı məğlub etməsindən sonra şəhər Almanların nəzarətinə keçdi. 1943-cü ildə İngilislərin köməyi ilə şəhər yenidən Fransız nəzarətinə keçdi.Bu zaman şəhər infrastrukturuna ciddi ziyan dəydi. 1945-ci ildə şəhər yenidən inşa olunmağa başlandı. 1956-cı ildə Tunisin Fransadan müstəqilliyini qazanması ilə şəhər Tunisin bir parçası oldu. Şəhərdə Qabes üniversiteti yerləşir. Qabes Tunisin ən böyük sənaye şəhərlərindən biridir.Sənaye sahələrinin əsası kimya sənayesinə aitdir,buna görə də şəhərdə yerləşən Qabes Üniversiteti Tunisdəki ən yaxşı kimya dərəcələrini təklif edir.Əsas sənaye məhsulları: Sement Kimya məhsulları Kərpic Emal olunmuş yağ Sürətlə artan fabrika sayı bölgənin və Qabes körfəzinin ciddi şəkildə ekoloji çirklənməsinə səbəb olur.Hökumət son illərdə çirklilik miqdarını azaltmaq üçün layihələr və qanunlar üzərində işləyir.
Tunis inqilabı (2011)
Tunisin paytaxtı Tunis şəhərində də kasıblar küçələrə çıxmağa başlayıblar. Paytaxtda əsasən, fəhlələrin yaşadıqları Ettadamen məhəlləsində yüzlərlə gənc mağazalara hücum çəkib, bir bankı yandırıb. Polis onlara qarşı güc tətbiq edib. Hökumət bu vaxta qədər baş verən olaylarda 21 nəfərin öldüyünü açıqlayıb. Ancaq hüquq müdafiəçiləri ölənlərin sayının 50 nəfəri keçdiyini iddia edirlər. Tunis hakimiyyəti ölkədə komendant saatı tətbiq edib. Lent.az-ın "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, buna səbəb bir həftədən artıqdır ki, ölkədə işsizliyə, qiymət artımına və korrupsiyaya etiraz edən yoxsulların aksiyalarının səngiməməsidir. Komendant saatı saat 20:00-dan saat 06:00-a qədər insanların və nəqliyyatın hərəkətinin qadağan edilməsini nəzərdə tutur. Ölkədəki bütün məktəblər və universitetlər artıq bağlanıb. Bu arada Tunis prezidenti Zin əl-Abidin bin Əli ölkədə 300 min yeni iş yeri yaradılacağına söz verib.
Tunis Milli Dialoq Dördlüyü
Tunis Milli Dialoq Dördlüyü (ərəbcə: الرباعي التونسي للحوار الوطني‎, fransızca: Quartet du dialogue national) 2011-ci il Yasəmən inqilabı iğtişaşlarından və tarixi rejim dəyişikliyindən sonra Tunisdə əldə edilmiş demokratik qazancları möhkəmləndirmək və konstitusiyanın möhkəmləndirilməsində mərkəzi vasitəçi olan dörd vətəndaş cəmiyyəti təşkilatından ibarət qrupdur. Dördlük 2013-cü ilin yayında konstitusiya prosesini dayandıran siyasi böhrandan sonra yaradılıb. Dördlüyün İntibah partiyasının başçılıq etdiyi hökumət gedən danışıqlardan uğur əldə etməsi və tarixi konstitusiyanın hazırlanmasında əldə etdiyi uğurun nəticəsi olaraq, 9 oktyabr 2015-ci ildə Nobel sülh mükafatına layiq görülmüşdür. Milli Dialoq Dördlüyü Tunis vətəndaş cəmiyyətində aşağıdakı təşkilatlardan ibarətdir: Tunis Ümumi Həmkarlar İttifaqı (UGTT, Union Générale Tunisienne du Travail) Tunis Sənaye, Ticarət və Sənətkarlıq Konfederasiyası (UTICA, Union Tunisienne de l'Industrie, du Commerce et de l'Artisanat) Tunis İnsan Hüquqları Liqası (LTDH, La Ligue Tunisienne pour la Défense des Droits de l'Homme) Tunis Vəkillər kollegiyası (Ordre National des Avocats de Tunisie) 2010-cu ilin dekabr ayının ortalarında Məhəmməd Buəzizinin Sidi Bu-Zeyddə özünü yandırmasından sonra Tunis artan etiraz hərəkatları ilə əhatə olundu. Hərəkat əvvəlcə Sidi Bu-Zeyddə bölgəsindəki kənddə orta səviyyəli işçilər və gəncləri tərəfindən sürətləndirildi, lakin əhalinin müxtəlif təbəqələrini əhatə etdi. Tunis həmkarlar ittifaqlarının etiraz səylərini gücləndirəcəyi müəyyən deyildi. Müstəqillik əldə etdikdən sonra Tunis Ümumi Həmkarlar İttifaqı (UGTT) siyasi cəhətdən fəal idi, xüsusən də Beynəlxalq Valyuta Fondunun subsidiyalarının kəsilməsinə etiraz etdi, lakin Ben Əli rejimi tərəfindən getdikcə daha çox repressiyaya məruz qaldı. İstehlak qiymətlərinin artmasına və əmək haqqının durğunluğuna cavab olaraq 1978-ci ildə "Qara cümə axşamı" etirazı kimi hadisələr və BVF-nun subsidiyalarının daha da azaldılması və yaşayış dəyərinin sürətlə artması ilə əlaqədar 1985-ci il etirazlarının Ben Əlinin daha repressiv mühitində təkrarlanacağı çətin görünürdü. Bu repressiv dövrün zirvəsində Tunis İnsan Haqları Liqası rəsmi olaraq qəbul edilən tək QHT idi. 2011-ci il Ərəb Barometri Tədqiqatına görə, etiraz edən əhalinin 10 faizinin həmkarlar ittifaqına mənsub olduğu Misirdən fərqli olaraq seçmənin yalnız üç faizinin həmkarlar ittifaqında iştirak etdiyini iddia etdi.
Tunis inqilabı (2010-2011)
Tunisin paytaxtı Tunis şəhərində də kasıblar küçələrə çıxmağa başlayıblar. Paytaxtda əsasən, fəhlələrin yaşadıqları Ettadamen məhəlləsində yüzlərlə gənc mağazalara hücum çəkib, bir bankı yandırıb. Polis onlara qarşı güc tətbiq edib. Hökumət bu vaxta qədər baş verən olaylarda 21 nəfərin öldüyünü açıqlayıb. Ancaq hüquq müdafiəçiləri ölənlərin sayının 50 nəfəri keçdiyini iddia edirlər. Tunis hakimiyyəti ölkədə komendant saatı tətbiq edib. Lent.az-ın "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, buna səbəb bir həftədən artıqdır ki, ölkədə işsizliyə, qiymət artımına və korrupsiyaya etiraz edən yoxsulların aksiyalarının səngiməməsidir. Komendant saatı saat 20:00-dan saat 06:00-a qədər insanların və nəqliyyatın hərəkətinin qadağan edilməsini nəzərdə tutur. Ölkədəki bütün məktəblər və universitetlər artıq bağlanıb. Bu arada Tunis prezidenti Zin əl-Abidin bin Əli ölkədə 300 min yeni iş yeri yaradılacağına söz verib.
Tunis milli futbol komandası
Tunis milli futbol komandası - Tunisi beynəlxalq futbol turnirlərində təmsil edən milli komanda.
Tunis FİFA Klublararası Dünya Çempionatında
Bu məqalə Tunis klublarının FİFA Klublararası Dünya Çempionatındakı iştirakı haqqındadır.
Tunis qadın milli voleybol komandası
Tunis qadın milli voleybol komandası — Tunis Voleybol Federasiyasının qadınlar üçün əsas milli komandası. Federasiya Afrika Voleybol Konfederasiyasının üzvüdür. Tunis millisi 3 dəfə Afrika çempionu olmuşdur. İki dəfə ikinci, üç dəfə üçüncü yeri tutmuşdur. Tunis qadın milli komandası 3 dəfə də dünya çempionatına yüksəlmişdir. 1986-cı ilin mundialında 16-cı yeri tutaraq tarixinin ən yaxşı nəticəsini qazanmışdır. Dünya kubokuna isə yalnız iki dəfə yüksələ bilən Şimali Afrika komandasının bu yarışlarda da bir səkkizinciliyi və bir on ikincilyi vardır.
Azərbaycan–Tunis münasibətləri
Azərbaycan–Tunis münasibətləri — Azərbaycan Respublikası ilə Tunis Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. İki ölkə arasında diplomatik əlaqələr 1998-ci ilin iyul ayının 1-də qurulmuşdur. Azərbaycanla Tunis arasında əlaqələr beynəlxalq təşkilatlar, əsasən də BMT və İƏT çərçivəsində mövcuddur.
Ricinus tunisensis
Adi gənəgərçək (lat. Ricinus communis) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin gənəgərçək cinsinə aid bitki növü. Adi gənəgərçək birillik bitki olub, südləyən fəsiləsinə aiddir. Bu bitkidə zəhərli təsir göstərən iki maddə var. Hoksaalbumin, ribin və risinin alkaloididir. Hoksaalbumin qüvvətli zəhərdir. Yalnız toxumunun üst qatında olur (0,1 faizə qədər). Risin bitkinin bütün hissələrində mövcuddur (toxumunda 0,15%, yarpaqlarında 1,37 %-ə qədərdir. Bütün növ heyvanlar onun toxumunu və ya jımıxını yedikdə zəhərlənir. Bəzi məlumatlara görə onun toxumunun ölüm dozası atlara 30-50 qram, qaramala 350-400 qram, donuzlara 60 qram, qoyunlara 30 qram, buzovlara 20 qram həcmindədir.
Tunisdə çörək qiyamları
Tunisdə çörək qiyamları — 1980-ci illərdə Tunisdə baş vermiş qiyamlar. İlk hadisə Kebili qubernatorluğunun, Duz rayonunun mərkəzi Duz şəhərində baş verdi. Qərb mətbuatında dərhal çörək qiyamları adlandırılan hadisələr üç planda səciyyələnə bilər: . Birinci -beynəlxalq. Bu mənada Tunis qiyamları tipoloji olaraq Misirdə 1977-ci il yanvar partlayışından, Tunis qiyamlarının qurtarmasından dərhal sonra Mərakeşdə 1984-cü ildə başlayan gərginliyə qədər Şimali Afrika ölkələrində baş verən bütün qiyamlara oxşayır. İkinci ümummilli miqyasda. Hər yerdə olduğu kimi, qiyamların bilavasitə bəhanəsi, qarşısında öhdəlik götürmüş hökumətlərin Beynəlxalq Valyuta Fondunun tövsiyələri ilə , bu fondun gələcəkdə də yardımını almaq üçün qoyduğu şərtləri yerinə yetirməsi oldu — istehlak mallarına dövlət subsidiyalarının ləğvi ya da ixtisarı. 1983-cü ilin sonu — 1984-cü ilin əvvəlindəki hadisələr, ümumilli planda götürülərək, Tunisdə 70-ci illərin ikinci yarısından — 80-ci illərin birinci yarısına qədər, baş verən qiyamlardan dördüncüsü idi. 1) Birincisi dinçilərin 1977-ci ildə, Susda təşkil etdiyi etirazlar: 2) İkincisi 26yanvar 1978-ci il ümumilli tətili; 3) 26 – 27 yanvar 1980-ci il Qafsdaki silahlı qiyamı. Bir neçə kəlmə də qiyamları regional səciyəsi barədə.
Tunisin fəthi
1574-cü ildə Osmanlı imperiyası tərəfindən Tunisin fəthi — Şimali Afrikada müsəlman Osmanlı imperiyası ilə Habsburq İspaniyası arasındakı qarşıdurmada əsas məqam. Tunisin fəthi Osmanlı imperiyasının şərqi və mərkəzi Məğribdə hakim dövlət olmasına gətirib çıxardı. Osmanlı donanması 1534-cü ildə Xeyrəddin Barbarossanın komandanlığı ilə İtaliya limanlarına basqınlar həyata keçirdi. Həmin ildə Barbaros Tunisi ələ keçirdi. Ancaq səlibçilərin donanmasının təzyiqi qarşısında Tunisdən çıxmaq məcburiyyətində qaldı. 1536-cı ildə daha güclü bir donanmayla İtaliya limanlarına basqın etdi. 1536-cı ildə Egey dənizindəki Venesiya koloniyalarını Osmanlı topraqlarına qatdı. Bundan qəzəblənən Müqəddəs Roma İmparatoru V Karl türklərə qarşı səlib yürüşü elan etdi. 14 İyul 1535-ci ildə La Gulette qalasını ələ keçirərək türkləri ordan qovdu. 21 iyulda ispanlar Tunis şəhərinə girərək orada 60 min sakinin öldüyü qırğın törətdilər.
Osmanlı Tunisi
Osmanlı Tunisi, Tunis əyaləti və ya Tunis Bəylərbəyliyi II Səlim tərəfindən 13 sentyabr 1574-cü ildəyaradılmış olan əyalətdir. Əyalət 1574-1881-ci illər arasında Osmanlı imperiyasının nəzarəti altında olmuşdur. Ramazan Paşa, Mustafa Paşa ilə Misirdən gələn könüllü əsgərlərin iştirak etdiyi, Qoca Sinan Paşa və Qılınc Əli Paşanın komandanlığı altında olan donanma ilə mühasirənin sonunda 12 sentyabr 1574-cü ildə Tunis ələ keçirilmişdir. 1705-ci ildən etibarən Tunis müstəqilliyini əldə etmiş və bundan sonra Tunis əyalətinin adı Tunis Bəyliyinə çevrilmiş və Osmanlı imperiyasının vassalı olmuşdur. Tunis əyalətində idarəetmə forması sancaqlara bölünmüş və hər bir Sancaqbəyi öz sancağında dövlətin nümayəndəsi olmuşdur. 1881-ci ildə fransızlar Tunisi işğal etmişdirlər. Fransız işğalı altında yeni bir bəylik yaradılmış və bu bəylik 1957-ci ilə qədər davam etmişdir.
Tunisin fəthi (1534)
Tunisin fəthi 16 avqust 1534-cü ildə baş vermiş və şəhər Osmanlı imperiyasının ərazisinə birləşdirilmişdir. Barbaros Xeyrəddin Paşa Osmanlı donanması ilə İstanbuldan yola düşərək, əvvəlcə İtaliya sahillərini vurmuş, daha sonra isə cənub istiqamətində hərəkət edərək 16 avqust 1534-cü ildə Tunis sahillərinə çıxmışdır. O, şəhəri Hafsi hökmdarı olan Mövla Həsənin əlindən alır. Lakin Mövla Həsən mövcud vəziyyət barədə ispanlara şikayət etdikdən sonra, ispanlar tezliklə şəhərin üstünə bir ordu göndərərək 1535-ci ilin iyununda Tunisi yenidən tutmuşdurlar. Bu yeni qüvvənin gəlməsi ilə Osmanlılar geri çəkilməyə məcbur olmuşdurlar.
Tunisin fəthi (1535)
Tunisin fəthi 1535-ci ilin iyun ayında Tunis şəhərinin Osmanlı imperiyasının nəzarətindən çıxaraq İspaniya imperiyasının nəzarəti altına keçməsi ilə nəticələnən döyüşdür. 1532-ci ildə Osmanlı sultanı olan I Süleyman Əlcəzairdə olan Barbaros Xeyrəddin Paşanı İstanbula çağırtdıraraq ona yeni bir donanma yaratmasını əmr etmişdir. 1532-ci ilin avqust ayında Xədim Həsən Ağanı öz yerinə naib təyin edərək yola çıxan Barbaros Xeyrəddin Paşa 1533-cü ilin dekabr ayının axırlarında İstanbula çatır. Burada Osmanlı donanmasının admiralı rütbəsinə yüksəldildikdən sonra 1534-cü ilin may ayında səksən gəmi ilə bərabər İtaliyaya hərbi səfər təşkil etmişdir. O, burada bir sıra kiçik hücumlar həyata keçirdikdən sonra, Tunis istiqamətində hərəkət etmişdir. Buraya təşkil etmiş olduğu hücumlar nəticəsində 1534-cü il avqust ayının 16-da Hafsilərin nəzarəti altında olan şəhəri ələ keçirmişdir. Belə bir ağır məğlubiyyətə düçar olduqdan sonra Hafsilərin başçısı olan Mövlay Həsən Müqəddəs Roma İmperatoru V Karldan kömək istəmək məcburiyyətində qalmışdır. 1535-ci ilin may ayında imperator V Karl Andrea Dorianın komandanlığı altında böyük bir donanma hazırlatmış və özünün də iştirakı ilə Halkü'l-Vad ərazisinə qoşun çıxardılmışdır. V Karla sadiq olan dövlətlər ilə bərabər, Genuya Respublikası, Portuqaliya krallığı, Papa dövləti və Malta Cəngavərləri də bu mühasirə zamanı imperatordan öz dəstəklərini əsirgəməmişdirlər. Osmanlı imperiyası isə öz növbəsində müttəfiqi olan Fransa krallığından dəstək almışdır.
Tunisin fəthi (1574)
1574-cü ildə Osmanlı imperiyası tərəfindən Tunisin fəthi — Şimali Afrikada müsəlman Osmanlı imperiyası ilə Habsburq İspaniyası arasındakı qarşıdurmada əsas məqam. Tunisin fəthi Osmanlı imperiyasının şərqi və mərkəzi Məğribdə hakim dövlət olmasına gətirib çıxardı. Osmanlı donanması 1534-cü ildə Xeyrəddin Barbarossanın komandanlığı ilə İtaliya limanlarına basqınlar həyata keçirdi. Həmin ildə Barbaros Tunisi ələ keçirdi. Ancaq səlibçilərin donanmasının təzyiqi qarşısında Tunisdən çıxmaq məcburiyyətində qaldı. 1536-cı ildə daha güclü bir donanmayla İtaliya limanlarına basqın etdi. 1536-cı ildə Egey dənizindəki Venesiya koloniyalarını Osmanlı topraqlarına qatdı. Bundan qəzəblənən Müqəddəs Roma İmparatoru V Karl türklərə qarşı səlib yürüşü elan etdi. 14 İyul 1535-ci ildə La Gulette qalasını ələ keçirərək türkləri ordan qovdu. 21 iyulda ispanlar Tunis şəhərinə girərək orada 60 min sakinin öldüyü qırğın törətdilər.

Значение слова в других словарях