Amsterdam turniri
Amsterdam turniri (ing. Amsterdam tournament) — mövsüm əvvəli Niderlandın paytaxtı Amsterdamda yoldaşlıq məqsədi ilə təşkil edilən futbol turniri. Turnirə Erediviziya komandalarından "Ayaks" klubu ev sahibliyi etmiş və matçlar 1976-cı ildən 1996-cı ilə qədər De Mer stadionunda, 1996-cı ildən 2009-cu ilə qədər Amsterdam Arenada oynanılmışdır.
Təşkilat, şəhər tarixinin 700-ci ilini qeyd etmək məqsədi ilə, 1975-ci ildə "Amsterdam 700 turniri" (ing. Amsterdam 700 tournament) adı ilə yaradılıb. 1934-cü ildən 1996-cı ilə qədər "Ayaks"ın daxili sahə matçlarını oynadığı De Mer stadionunda təşkil edilən turnir, 1992-ci ildə olan yeddi illik fasiləyə qədər hər yay keçirilib. 1986-cı ilə qədər yarımfinallar, ikinci, üçüncü yer üçün matç və final olmaqla bərabər üç gündə ümumi dörd matç oynanılırdı. 1987-ci ildə, ilk dəfə komandalar bir-birləri ilə matçı liqa formatında oynamağa başladı. 1999-cu ildə Beynəlxaq Fəaliyyət Tərəfdaşlığı (ing. International Event Partnership qısa olaraq IEP) dəstəyi ilə turnir bu dəfə Amsterdam Arenada təşkil edilməyə başladı.