TURŞALTMAQ

f.
1. Turş etmək.
2. “Üzünü”, “üz-gözünü” və s.
sözlərlə məc. – narazılıq, məmnunsuzluq əlaməti olaraq üz-gözünü yığmaq, büzüşdürmək, qaşqabağını tökmək.
[İbrahim bəy:] Nə olub yenə qaşqabağını turşaldıbsan? Ə.Haqverdiyev.
Usta yarı yol getməmişdi, bir ayrı kişi ilə baş-başa gəlib toqquşdular və ikisi də üzlərini turşaldıb sudan çıxdılar ki, bir-birini döysünlər. Çəmənzəminli.

TURŞALTMA
TURŞAŞİRİN

Значение слова в других словарях