TƏHLÜKƏSİZLİK

сущ. безопасность (положение, при котором к ому -, чему-л. не угрожает опасность). Yol hərəkəti təhlükəsizliyi безопасность дорожного движения, beynəlxalq təhlükəsizlik международная безопасность, xalqların kollektiv təhlükəsizliyi коллективная безопасность народов; Dövlət Təhlükəsizlik Komitəsi (DTK) устар. Комитет государственной безопасности (КГБ), Milli Təhlükəsizlik Nazirliyi (MTN) Министерство национальной безопасности (МНБ), BMT-nin Təhlükəsizlik Şurası Совет Безопасности ООН; təhlükəsizlik texnikası техника безопасности (система средств и приёмов работы, обеспечивающих безопасность условий труда); təhlükəsizliyini təmin etmək kimin, nəyin обеспечить (гарантировать) безопасность кого, чего ; təhlükəsizliyin təminatı гарантия безопасности
TƏHLÜKƏSİZLƏŞMƏK
TƏHRİF
OBASTAN VİKİ
Ekoloji təhlükəsizlik
Ekoloji təhlükəsizlik—insanın və cəmiyyətin həyati vacib maraqlarının, ətraf mühitin ona antropogen və təbii təsirlər nəticəsində yarada biləcəyi təhlükələrdən qorunmasının təmin edilməsidir. Keçən əsrin sonlarında Azərbaycan müstəqilliyə qovuşduqdan sonra ekoloji təhlükəsizliyin qayğısına qaldı və bu sahəni ölkənin milli təhlükəsizlik siyasətinin əsas istiqamətlərindən biri kimi dəyərləndirdi.1999-cu ildə qəbul olunmuş "Ekoloji təhlükəsizlik haqqında" qanunun 2-ci maddəsində qanunun təsir dairəsi və məqsədi belə izah edilir: İnsan həyatını və sağlamlığını, cəmiyyət, onun maddi və mənəvi dəyərlərini, ətraf mühiti, o cümlədən, atmosfer havası, kosmik fəza, su obyektləri, yerin təki, torpaq, təbii landşaft, bitki və heyvanlar aləmini təbii və antropogen amillərin təsiri nəticəsində yaranan təhlükələrdən qorumaq üçün hüquqi əsasları müəyyən etməkdir. Ətraf mühitin mühafizəsi Azərbaycan Respublikasının dövlət siyasətinin prioritetlərindən biridir. Bu məqsədlə qəbul olunmuş dövlət proqramları ekoloji təhlükəsizliyin təmin olunması sahəsində mühüm sənəddir. Bu məqsədlə qəbul olunmuş dövlət proqramları ekoloji təhlükəsizliyin təmin olunması sahəsində mühüm sənəddir. — Təhlükəli ekoloji vəziyyətin yaranması və genişlənməsinə səbəb olan halları və hadisələri aşkar etmək və proqnozlaşdırmaq; — Ekoloji təhlükəsizlikə bağlı informasiya təminatını təşkil etmək və həyata keçirmək; — Ekoloji təhlükəsizlik sahəsində əhalinin təlimatlandırılmasını təmin etmək; — Ekoloji təhlükəsizlikə bağlı qanunvericilikdə müəyyən edilmiş vəzifələri həyata keçirmək və s. == Ölkəmizdə ekoloji vəziyyətin saflaşdırılması == Ölkəmizdə ekoloji vəziyyətin ekoloji təhlükəsizlik siyasətinin istiqamətidir. Hər bir dövlət, o cümlədən, Azərbaycan ətraf mühitin mühafizəsinə xüsusi diqqət yetirir. Ekologiya ilə bağlı qəbul olunmuş qərarlar, bir sıra normativ aktlar belə deməyə əsas verir. Azərbaycanda son illər ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həlli istiqamətində müəyyən işlər görülür.
Fiziki təhlükəsizlik
Fiziki təhlükəsizlik, obyektlərə, avadanlıqlara və mənbələrə icazəsiz girişin qarşısını almaq, işçiləri və əmlakı zərər və ziyanlardan (casusluq, oğurluq və ya terror hücumları) qorumaq üçün hazırlanmış təhlükəsizlik tədbirlərini müəyyənləşdirir. Fiziki təhlükəsizlik, qapalı dövrə televiziya nəzarəti, xüsusi təhlükəsizlik işçisi, qoruyucu baryerlər, kilidlər, giriş nəzarəti protokolları və bir çox digər texnika daxil olmaqla bir çox əlaqəli sistem təbəqəsinin istifadəsini əhatə edir. == Ümumi baxış == Qorunan obyektlər üçün fiziki təhlükəsizlik sistemləri ümumiyyətlə aşağıdakıları nəzərdə tutur: potensial müdaxilələrin qarşısını almaq (məs. xəbərdaredici nişanlar və ətraf mühit nişanları); müdaxilə edənləri aşkar etmək və onları izləmək/qeyd etmək (məsələn, dəvətsiz qonaqların xəbərdarlığı siqnalları və CCTV sistemləri); müvafiq hadisələrə cavabların hazırlanması (məsələn, təhlükəsizlik işçiləri və polis tərəfindən).
Kiber təhlükəsizlik
Kibertəhlükəsizlik, kompüter təhlükəsizliyi, rəqəmsal təhlükəsizlik və ya informasiya texnologiyaları təhlükəsizliyi (İT təhlükəsizliyi) — kompüter sistemləri və şəbəkələrinin məlumatlarını icazəsiz açıqlanma, texniki vasitələrin, proqram təminatının və ya verilənlərin oğurlanması, eləcə də zədələnməsi ilə nəticələ bilən zərərli aktorların hücumlarından, habelə təmin edilən xidmətlərin pozulmasından və ya yanlış istiqamətləndirilməsindən qorunmasıdır. Bu sahə kompüter sistemləri, internet, habelə Bluetooth və Wi-Fi kimi simsiz şəbəkə standartlarına qarşı etibarın artmasına görə vacibdir. Smart telefonlar, televizorlar və əşyaların internetini (IoT) təmin edən müxtəlif cihazlar da daxil olmaqla smart cihazların artması da bu sahənin əhəmiyyətini artırır. Kibertəhlükəsizlik həm məlumat sistemlərinin qarışıq olması, həm də dəstəklədikləri cəmiyyətlərə görə müasir dünyanın ən mühüm məsələlərindən biridir. Təhlükəsizlik xüsusilə də distrubasiya, seçkilər və maliyyə kimi geniş əhatəli fiziki təsirlərə malik irimiqyaslı sistemləri idarə edən sistemlər üçün böyük əhəmiyyət daşıyır. Kibertəhlükəsizliyin bir çox istiqaməti elektron şifrələr və şifrələmə kimi rəqəmsal müdafiə sxemlərini əhatə edir, lakin ondan həmçinin metal kilidlər kimi fiziki təhlükəsizlik müdafiələrinə yönəlmiş icazəsiz müdaxilələrin qarşısını almaq üçün hələ də istifadə edilir. == Tarix == İnternetin gəlişindən və son illərdə başlanan rəqəmsal transformasiya ilə kibertəhlükəsizlik anlayışı həm peşəkar, həm də şəxsi həyatımızda tanış bir mövzuya çevrildi. Kibertəhlükəsizlik və kiber təhdidlər texnoloji dəyişikliklərin son 50 ilində ardıcıl olaraq mövcuddur. 1970 və 1980-ci illərdə kompüter təhlükəsizliyi əsasən internet konsepsiyasına qədər akademik mühitlə məhdudlaşdı, burada artan əlaqə ilə kompüter virusları və şəbəkə müdaxilələri artmağa başladı. 1990-cı illərdə virusların yayılmasından sonra 2000-ci illər kibertəhlükəsizliy və kibertəhlükəsizliyin institusionallaşdırılması aktual mövzuya çevrildi.
Milli təhlükəsizlik
Milli təhlükəsizlik — vətəndaşlar, iqtisadiyyat və digər institutlar da daxil olmaqla milli dövlətin təhlükəsizliyi. Onun təmin edilməsi hökumətin vəzifəsi hesab olunur. Əslində hərbi hücumdan qorunma kimi qəbul edilən milli təhlükəsizlik artıq daha geniş mənalarda istifadə edilməklə qeyri-hərbi aspektləri, yəni iqtisadi təhlükəsizlik, enerji təhlükəsizliyi, ekoloji təhlükəsizlik, ərzaq təhlükəsizliyi, kiber təhlükəsizlik və s. sahələri də əhatə edir. Eynilə, milli təhlükəsizlik risklərinə digər milli dövlətlərin hərəkətləri ilə yanaşı, zorakı qeyri-dövlət subyektləri, narkokartellər və transmilli şirkətlərin fəaliyyəti, eləcə də təbii fəlakətlərin təsirləri daxildir. Dövlətlər milli təhlükəsizliyi qorumaq üçün müxtəlif tədbirlərə, o cümlədən siyasi, iqtisadi və hərbi güc də daxil olmaqla, diplomatiyaya arxalanırlar. Hökumətlər təhlükəsizliyin transmilli səbəblərini (iqlim dəyişikliyi, iqtisadi bərabərsizlik, siyasi təcridetmə və nüvə silahlarının yayılması) azaltmaqla həm regional, həm də beynəlxalq səviyyədə təhlükəsizlik şəraiti qurmağa çalışırlar.
Elektron Təhlükəsizlik Mərkəzi
Elektron Təhlükəsizlik Mərkəzi (digər adı ilə CERT. AZ / az. ETX, en. Cyber Security Service) Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında fəaliyyət göstərən dövlət orqanıdır. 5-ci hissəsinə əsasən yaradılmışdır. Mərkəz - kibertəhlükəsizlik sahəsində informasiya infrastrukturu subyektlərinin fəaliyyətinin koordinasiyasını, mövcud və yarana biləcək elektron təhlükələr barədə ölkə səviyyəsində məlumatlandırmanı, əhalinin, özəl və digər qurumların kibertəhlükəsizlik sahəsində maarifləndirilməsini və onlara metodiki kömək göstərilməsini təmin edən əlaqələndirici qurum olan dövlət orqanıdır. == Tarixi == Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 26 sentyabr tarixli 708 nömrəli Fərmanının 5-ci hissəsinə əsasən yaradılıb. "Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər" haqqında Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2018-ci il tarixli Fərmanı ilə Mərkəz Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti kimi Nazirliyin strukturuna daxil edilib. == Fəaliyyət istiqamətləri == kibertəhlükəsizlik sahəsində informasiya infrastrukturunun subyektlərinin fəaliyyətini koordinasiya edir; informasiya sistemlərinin və şəbəkələrinin, kompüter avadanlıqlarının və onların proqram təminatının, lokal və korporativ informasiya sistemlərinin və ehtiyatlarının təhlükəsizliyinə qarşı yönəldilmiş kiberhücumlar, qanunsuz müdaxilələr, ziyanverici proqramlar (bundan sonra – elektron təhlükələr) barədə istifadəçilərdən, proqram təminatı və texniki avadanlıqların istehsalçılarından, xarici ölkələrdəki analoji strukturlardan və digər mənbələrdən daxil olan məlumatları toplayır və təhlil edir; mövcud və yarana biləcək elektron təhlükələr barədə ölkə səviyyəsində məlumatlandırmanı həyata keçirir, kibertəhlükəsizlik sahəsində istifadəçilərin maarifləndirilməsini təmin edir; elektron təhlükələrin qarşısının alınması istiqamətində, o cümlədən istifadəçilərə qarşı istifadə oluna biləcək proqramlar, texniki vasitələr barədə təlimatlar hazırlayır, onlara tövsiyələr verir, metodiki dəstəyin göstərilməsini təmin edir; ümumi internet trafikində qlobal kiberhücumların qarşısını almaq məqsədilə milli internet operatoru ilə birlikdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə razılaşdırılmış qabaqlayıcı tədbirlər həyata keçirir; kibertəhlükəsizlik üzrə hazırlığı təmin etmək məqsədilə ölkədə fəaliyyət göstərən digər aidiyyəti qurumlarla qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
Elektron Təhlükəsizlik Xidməti
Elektron Təhlükəsizlik Xidməti (digər adı ilə CERT. AZ / az. ETX, en. Cyber Security Service) — kibertəhlükəsizlik sahəsində informasiya infrastrukturu subyektlərinin fəaliyyətinin koordinasiyasını, mövcud və yarana biləcək elektron təhlükələr barədə ölkə səviyyəsində məlumatlandırmanı, əhalinin, özəl və digər qurumların kibertəhlükəsizlik sahəsində maarifləndirilməsini və onlara metodiki kömək göstərilməsini təmin edən əlaqələndirici qurum olan dövlət orqanıdır. == Tarixi == Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 26 sentyabr tarixli 708 nömrəli Fərmanının 5-ci hissəsinə əsasən yaradılıb. "Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər" haqqında Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2018-ci il tarixli Fərmanı ilə Mərkəz Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti kimi Nazirliyin strukturuna daxil edilib. == Fəaliyyəti == kibertəhlükəsizlik sahəsində informasiya infrastrukturunun subyektlərinin fəaliyyətini koordinasiya edir; informasiya sistemlərinin və şəbəkələrinin, kompüter avadanlıqlarının və onların proqram təminatının, lokal və korporativ informasiya sistemlərinin və ehtiyatlarının təhlükəsizliyinə qarşı yönəldilmiş kiberhücumlar, qanunsuz müdaxilələr, ziyanverici proqramlar (bundan sonra – elektron təhlükələr) barədə istifadəçilərdən, proqram təminatı və texniki avadanlıqların istehsalçılarından, xarici ölkələrdəki analoji strukturlardan və digər mənbələrdən daxil olan məlumatları toplayır və təhlil edir; mövcud və yarana biləcək elektron təhlükələr barədə ölkə səviyyəsində məlumatlandırmanı həyata keçirir, kibertəhlükəsizlik sahəsində istifadəçilərin maarifləndirilməsini təmin edir; elektron təhlükələrin qarşısının alınması istiqamətində, o cümlədən istifadəçilərə qarşı istifadə oluna biləcək proqramlar, texniki vasitələr barədə təlimatlar hazırlayır, onlara tövsiyələr verir, metodiki dəstəyin göstərilməsini təmin edir; ümumi internet trafikində qlobal kiberhücumların qarşısını almaq məqsədilə milli internet operatoru ilə birlikdə Nazirlik ilə razılaşdırılmış qabaqlayıcı tədbirlər həyata keçirir; kibertəhlükəsizlik üzrə hazırlığı təmin etmək məqsədilə ölkədə fəaliyyət göstərən digər aidiyyəti qurumlarla qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
Milli Təhlükəsizlik Agentliyi
Milli Təhlükəsizlik Agentliyi (ing. National Security Agency) — Milli Kəşfiyyat Direktorunun (DNI) səlahiyyəti altında olan ABŞ Müdafiə Nazirliyinin milli səviyyəli kəşfiyyat orqanı. MTA, siqnal kəşfiyyatı (SIGINT) kimi tanınan bir intizam üzrə ixtisaslaşmış xarici və yerli kəşfiyyat və əks-kəşfiyyat məqsədləri üçün məlumat və məlumatların qlobal monitorinqi, toplanması və işlənməsinə cavabdehdir. O həmçinin ABŞ rabitə şəbəkələrinin və informasiya sistemlərinin mühafizəsi ilə məşğuldur. MTA öz missiyasını yerinə yetirmək üçün müxtəlif tədbirlərə güvənir, lakin onların əksəriyyəti gizlidir. Agentliyin mövcudluğu 1975-ci ilə qədər gizli saxlanılıb. Təxminən 32.000 əməkdaşı var. İkinci Dünya Müharibəsində kodlaşdırılmış kommunikasiyaları deşifrə etmək üçün yaradılmış, daha sonra 1952-ci ildə prezident Harri Trumen tərəfindən rəsmi olaraq yaradılmışdır. O zaman və Soyuq Müharibənin sonu arasında, personal və büdcə baxımından ABŞ kəşfiyyat təşkilatları arasında ən böyüyü olmuşdur, lakin 2013-cü ilə qədər mövcud olan məlumatlar Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) 14,7 milyard dollarlıq büdcə ilə bu mövzuda irəlidə olduğunu göstərir. MTA hazırda bütün dünyada kütləvi məlumatların toplanması ilə məşğuldur və bu məqsədlə bir üsul olaraq elektron sistemləri fiziki olaraq səhv salması məlumdur.
Milli Təhlükəsizlik Nazirliyi
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi və ya qısaca MTN — 1991–2015-ci illər ərzində kəşfiyyat, əks-kəşfiyyat fəaliyyəti, dövlət sirrinin mühafizəsi, cinayətlərin aşkarlanması, qabaqlanması, qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı. Nazirlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Nazirliyin əsasnaməsini və normativ hüquqi aktlarını rəhbər tutmuşdur. Nazirlikdə işləmək üçün Milli Təhlükəsizlik Nazirliyi Heydər Əliyev adına Akademiyasına daxil olub burada təhsil ala bilərdilər. Milli Təhlükəsizlik Nazirliyinin rəsmi internet saytı Nazirliyin başlıca fəaliyyət istiqamətləri barədə məlumatların ölkə və dünya ictimaiyyətinə ilk mənbədən çatdırılmasına xidmət etmişdir. İlhüseyn Pirhüseyn oğlu Hüseynov (7 noyabr 1991 – 16 may 1992) Fəxrəddin Ayət oğlu Təhməzov (16 may 1992 – 17 iyun 1993) Nəriman Şamo oğlu İmranov (3 iyul 1993 – 22 sentyabr 1994) Namiq Rəşid oğlu Abbasov (22 mart 1995 – 23 iyul 2004) Eldar Əhməd oğlu Mahmudov (23 iyul 2004 – 17 oktyabr 2015) Namiq Rəşid oğlu Abbasov (i. e. 17 iyun – 3 iyul 1993; 22 sentyabr 1994 – 22 mart 1995) Mədət Qəzənfər oğlu Quliyev (i. e.
Qazaxıstanın Təhlükəsizlik Şurası
Qazaxıstan Respublikasının Təhlükəsizlik Şurası (sonra — Təhlükəsizlik Şurası) — Qazaxıstan Respublikası Konstitusiyasının 44-cü maddəsinin 20) yarımbəndinə uyğun olaraq, Qazaxıstan Respublikasının Prezidenti tərəfindən qərarların hazırlanması və müdafiəni təmin etmək səlahiyyətlərinin dövlət başçısı tərəfindən həyata keçirilməsini asanlaşdırmaq və milli təhlükəsizlik, Qazaxıstan Respublikasının dövlət suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü qorumaq, ölkədəki sosial-siyasi sabitliyi qorumaq, vətəndaşların konstitusiya hüquq və azadlıqlarını qorumaq üçün Qazaxıstan Respublikasının Prezidenti tərəfindən yaradılan məsləhət orqanıdır. Təhlükəsizlik Şurasının Həyat Başçısı Qazaxıstan Respublikasının İlk Prezidenti - Nursultan Nazarbayevdir. Mövcud Təhlükəsizlik Şurası haqqında Əsasnamə Qazaxıstan Respublikası Prezidentinin 12 fevral 2019-cu il tarixli 838 saylı Fərmanı ilə təsdiq edilmişdir. Təhlükəsizlik Şurası, 1991-ci ildə, Qazaxıstan SSR Təhlükəsizlik Şurasının, 21 avqust tarixində Qazaxıstan SSR Prezidentinin Fərmanı ilə qurulduğu və sonrakı qərarında Qazaxıstan Respublikasının Təhlükəsizlik Şurasına çevrildiyi dövrdən başlayır. Qazaxıstan Respublikasının Prezidenti 17 iyun 1993-cü ildə. Qazaxıstan Respublikasının Təhlükəsizlik Şurası (bundan sonra - Təhlükəsizlik Şurası), "Qazaxıstan Respublikasının Təhlükəsizlik Şurası haqqında" 5 iyul 2018-ci il tarixli Qazaxıstan Respublikasının Qanununun 1-ci maddəsinə uyğun olaraq qurulmuşdur. daxili siyasi sabitliyi qorumaq, konstitusiya quruluşunu, dövlət müstəqilliyini, ərazi bütövlüyünü qorumaq üçün Qazaxıstan Respublikasının Prezidenti və Qazaxıstan Respublikasının milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin təmin edilməsi sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsini əlaqələndirir beynəlxalq aləmdə və Qazaxıstanın milli maraqları. Mövcud Təhlükəsizlik Şurası haqqında Əsasnamə Qazaxıstan Respublikası Prezidentinin 12 fevral 2019-cu il tarixli 838 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Təhlükəsizlik Şurasının əsas vəzifələri bunlardır: 1) milli təhlükəsizliyin təmin edilməsi, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, asayişin təmin edilməsi, dövlət qurumlarının və təşkilatların bu sahələrdə fəaliyyətlərinin əlaqələndirilməsi sahəsində dövlət siyasətinin əsas istiqamətlərinin həyata keçirilməsi ilə bağlı Prezidentə təklif və tövsiyələr vermək; 2) Prezident üçün qərar layihələrinin hazırlanması: hərbi vəziyyətin tətbiqi, uzadılması, ləğvi; fövqəladə vəziyyətin tətbiqi, uzadılması, ləğvi; barışıq və təhlükəsizliyin qorunması üçün beynəlxalq öhdəliklərin yerinə yetirilməsi üçün Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin istifadəsi; 3) Qazaxıstan Respublikasının qanunvericiliyinə və Təhlükəsizlik Şurası sədrinin qərarlarına uyğun olaraq digər vəzifələr. Təhlükəsizlik Şurası dövlət orqanlarının və təşkilatlarının, hüquq mühafizə orqanlarının və xüsusi dövlət orqanlarının ölkənin milli təhlükəsizliyinin və beynəlxalq mövqelərinin, dövlətin müdafiə qabiliyyətinin, qanunçuluğun və asayişin təmin edilməsi sahəsində tədbirlərin həyata keçirilməsinə dair fəaliyyətlərini əlaqələndirir.
Təhlükəsizlik
Təhlükəsizlik — təhlükənin minimal olduğu bir vəziyyət. İnformasiya (Kəşfiyyat) təhlükəsizliyi: İnformasiya təhlükəsizliyi, yazılı, şifahi və ya elektron mediada məlumatların qorunması və doğru məlumatların doğru zamanda lazımi şəxsə çatdırılması ilə əlaqədardır. İnformasiya texnologiyaları təhlükəsizliyi: İnformasiya cihazları və proqram təminatlarının istifadəsi nəticəsində yarana biləcək risk və təhlükələri araşdıran informasiya texnologiyaları şöbəsi. Fiziki təhlükəsizlik: Fiziki təhlükəsizlik təcavüzkarların bir qurğu, qaynaq və ya fiziki məlumat əldə etməsinin qarşısını almaq və ya yayındırmaq üçün görülən bir tədbirdir. İxtisaslı işçi qüvvəsindən belə işlərdə istifadə olunur. Qida təhlükəsizliyi: İki konsepsiyanı özündə birləşdirir. Beynəlxalq münasibətlər sahəsində insanlar aclıq və qıtlıq içində olmamalıdırlar. Bu qidanın istehsal mərhələsindən son istehlakçıya çatana qədər insan sağlamlığı üçün uyğun şərtlərdə qida istehsalı, saxlanması, qablaşdırılması və daşınmasının təmin edilməsidir. İnsan təhlükəsizliyi: Milli təhlükəsizlik, suverenlik və insan hüquqları sahəsində konseptual bir problemi göstərən beynəlxalq münasibətlər terminidir. Bunu insan hüquqları kimi də ifadə etmək olar.
Açıq təhlükəsizlik
Açıq təhlükəsizlik (ing. Open security) — kompüter təhlükəsizliyi və digər informasiya təhlükəsizliyi problemlərinə yaxınlaşmaq üçün açıq mənbə fəlsəfələrinin və metodologiyalarının istifadəsidir. Ənənəvi tətbiq təhlükəsizliyi hər hansı bir tətbiq və ya xidmətin (Ziyankar proqram və ya arzuolunmaz) qaranlıqlıqla təhlükəsizliyə güvənməsini əsaslandırır. Açıq mənbə yanaşmaları Linux (və müəyyən dərəcədə Android əməliyyat sistemi) kimi bir texnologiya yaratdı. Bundan əlavə, sənədlərə tətbiq olunan açıq mənbəli yanaşmalar vikilərə və ən böyük nümunə olan Vikipediyaya ilham verdi. Açıq təhlükəsizlik, bu problemlərlə qarşılaşan istifadəçilər açıq mənbə fəlsəfələrini istifadə edərək əməkdaşlıq etdikdə təhlükəsizlik pozuntularının və həssaslıqların daha yaxşı qarşılanacağını və yaxşılaşdırılacağını təklif edir. Bu yanaşma istifadəçilərdən qanuni şəkildə əməkdaşlığa icazə verilməsini tələb edir, buna görə də müvafiq proqram açıq mənbəli olmaq üçün qəbul edilən lisenziyaya əsasən buraxılmalıdır; Misal olaraq Massachusetts Institute of Technology (MIT) lisenziyası, Apache 2.0 lisenziyası, GNU Lesser General Public License (LGPL) və GNU General Public License (GPL) daxildir. Müvafiq sənədlərin ümumi qəbul edilmiş "açıq məzmun" lisenziyası altında olması lazımdır; bunlara Creative Commons Attribution (CC-BY) və Attribution Share Alike (CC-BY-SA) lisenziyaları daxildir, lakin Creative Commons "qeyri-kommersiya" lisenziyaları və ya "törəməsiz" lisenziyaları deyil. Developer tərəfində, qanuni proqram və xidmət təminatçıları müstəqil yoxlama və mənbə kodlarının sınanmasına sahib ola bilərlər. İnformasiya texnologiyaları tərəfində, şirkətlər müxtəlif təhlükəsizlik məsələlərinə ümumi təhdidləri, nümunələri və təhlükəsizlik həllərini birləşdirə bilər.
Beynəlxalq təhlükəsizlik
Beynəlxalq təhlükəsizlik həmçinin qlobal təhlükəsizlik — dövlətlər və Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı və digər bu kimi beynəlxalq təşkilatlar tərəfindən qarşılıqlı sağ qalma və təhlükəsizliyi təmin etmək üçün həyata keçirilən tədbirlərə istinad edən bir termindir. Bu tədbirlərə hərbi əməliyyatlar və müqavilələr və konvensiyalar kimi diplomatik razılaşmalar daxildir. Beynəlxalq və milli təhlükəsizlik həmişə bir-birinə bağlıdır. Beynəlxalq təhlükəsizlik milli təhlükəsizlik və ya qlobal arenada dövlət təhlükəsizliyidir. İkinci Dünya Müharibəsinin sonunda beynəlxalq təhlükəsizliyə diqqət yetirən yeni bir akademik tədqiqat mövzusu olan təhlükəsizlik araşdırmaları ortaya çıxdı. Müstəqil bir tədqiqat sahəsi kimi başladı, lakin beynəlxalq münasibətlərin alt sahəsi kimi qəbul edildi. 1950-ci illərdən bəri beynəlxalq təhlükəsizliyin öyrənilməsi beynəlxalq münasibətlər tədqiqatlarının mərkəzində dayanır. O, təhlükəsizlik tədqiqatları, strateji tədqiqatlar, sülh tədqiqatları və digər sahələri əhatə edir. "Təhlükəsizlik" mənası tez-tez "qəbul edilməmiş konsensus" ilə başa düşülə bilən sağlam düşüncə termini kimi qəbul edilir. İllər keçdikcə beynəlxalq təhlükəsizliyin məzmunu genişləndi.
Təhlükəsizlik Mühəndisliyi
Təhlükəsizlik mühəndisliyi — mühəndisliyin ixtisaslaşmış sahəsi olub, informasiya sistemlərini müxtəlif mənbəli təhlükələrdən və zərərli hərəkətlərdən qorumaq üçün sistemlərin dizaynında fokuslanmışdır. Bu sahə o biri mühəndislik sahələri kimi həm istifadəçi ehtiyaclarını və funksiyalarını qarşılayır həm də əlavə olaraq sistem ehtiyatlarından suistimalı və zərərli davranışları önləyir. Bu cür məhdudiyyətlər və önləmələr security policy tərəfindən tətbiq edilir. Neçə əsrlərdən bəri təhlükəsizlik mühəndisliyi qeyri-rəsmi təhsil sahəsi olaraq mövcud olmuşdur. Məsələn, locksmithing və security printing sahələri çox illərdir varlığını davam etdirir. Baş verən katastrofik hadisələrə əsasən, özəlliklə 9/11 (baş verən terror aktı), Təhlükəsizlik Mühəndisliyi sürətli inkişaf edən bir sahəyə çevrilmişdir. 2006-cı ildə təqdim edilən hesabata əsasən bu sahəyə 150 milyard US$ xərclənmişdir . Təhlükəsizlik Mühəndisliyi sosial elmlər, psixologiya, iqtisadiyat, fizika, kimya, riyaziyyat və memarlıq sahələrini müxtəlif aspektlərdən əhatə edir. fault tree analysis kimi bəzi texnikalar təhlükəsizlik mühəndisliyindən törənmişdir. Kriptoqrafiya kimi bəzi texnikalar öncələri hərbi tətbiqetmələr vasitəsilə məhdudlaşdırılırdı.
Təhlükəsizlik dilemması
Təhlükəsizlik Dilemması (ingiliscə: security dilemma) – beynəlxalq münasibətlərdə xüsusi termin olub, iki və ya daha çox dövlət arasında bir-birinə nəzərən daha çox təhlükəsizliyə nail olmaq məqsədilə başlayan, lakin sonda hərbi münaqişə və ya daha çox təhlükəsizliyə gətirib çıxaran rəqabəti ifadə edən paradoksa deyilir. Təhlükəsizlik dilemması beynəlxalq arenadakı anarxiyadan yaranır, çünki dövlətlər bir-birlərinin davranışlarının hansı mənaya gəldiyini — müdafiə və ya hücum meyilli olduğunu başa düşməkdə çətinlik çəkir. Anarxiya xarakterli beynəlxalq sistemdə hər bir səhvin dövlət suverenliyinin itirilməsi ilə nəticələnmə ehtimalına görə də dövlətlər digər dövlətlərə qarşı öz hərbi güclərini artırmağa çalışırlar. Məsələn, A ölkəsi öz təhlükəsizliyini artırmaq məqsədilə yeni silahlar əldə edir, lakin sistemin anarxikliyindən qaynaqlanan şəraitə görə B dövləti A dövlətinin silahları müdafiə, yoxsa hücum məqsədilə əldə etdiyini anlamaqda çətinlik çəkir və hər ehtimala qarşı B dövləti də A dövlətinin edə biləcəyi hər hansı bir hərəkətdə qorunmasız vəziyyətdə qalmamaq üçün silahlar əldə edir. B dövlətinin silahlandığını görən A dövləti də bunun özünə qarşı hazırlanmış təhlükləli addım olmasından qorxaraq daha da silahlanıb B dövlətinə qarşı gələ biləcək səviyyəyə çatmaq istəyir və beləcə qarşılıqlı silahlanma davam edir. Nəticədə hər iki dövlət ilk başda hər kəsin silahsız olduğu zamandan bəri daha təhlükəsiz şəraitlə baş başa qalırlar və bu, təhlükəsizlik dilemması adlanır. Bu termin ilk dəfə Con Herts tərəfindən 1951-ci ildə onun "Siyasi realizm və siyasi idealizm" kitabında elmi dövriyyəyə gətirilmişdir. Eyni zamanda həmin ildə britaniyalı tarixçi Herbert Batterfild özünün "Tarix və insan şəraiti" kitabında oxşar konsepsiyanı izah etmiş, lakin ona spesifik ad verməmişdir. Təhlükəsizlik dilemması müdafiə meyilli realizmin əsas xüsusiyyətlərindən biridir. Kennet Uoltza görə vahid dünya dövləti olmadığına və sistemin anarxik olmasına görə həyatda qalmaq dövlətlərin əsas hərəkət motivasiyasıdır.
Təhlükəsizlik kamerası
Təhlükəsizlik kamerası – mütəmadi şəkildə işləməyə uyğun elektron avadanlıqla istehsal olunan və standart olaraq 75 ohm video siqnal istehsal edən kameralardır. Əsasən CCD, CMOS, DIS kimi sensorlarla istehsal olunurlar. Onların görüntü imkanları televiziya xətləri (TVL, TV Lines) olaraq ifadə olunur. Bu gün 600–700TVL modelləri mövcuddur. Kameraların əsasən əlaqə interfeysləri BNC-dir. Təhlükəsizkik kameraları görüntü siqnalını koaksial kabeldən ötürürlər. Texnologiyanın inkişafı ilə bu sektorda da irəliləyişlər əldə edilmişdir. Müasir dövrümüzün texnologiyası ilə istehsal olunan bu tip cihazlar müəyyən kateqoriyaya ayrılırlar. IP kamera AHD kamera UHD kamera IR kamerası Günbəz (Dome) kamerası Lazer kamerası Termal kamera Kamera sistemləri sahəsində illərlədir tanınmış və marka dəyərlərini qoruyub saxlamış onlarla böyük marka mövcuddur. İnkişaf etməkdə olan texnologiyadan geri qalmadan böyük tədqiqatlar həyata keçirdərək bütün dünyada əhəmiyyətli bazar payı qazanan markalar mövcuddur .
Təhlükəsizlik kəməri
Təhlükəsizlik kəməri — avtomobillərin ayrılmaz detalı "Volvo PV 544" avtomobili tarixə kəmərin tətbiq olunduğu ilk avtomobil kimi düşüb. 1949-cu ildə bu avtomobildə quraşdırılan üç nöqtədən bərkidilən təhlükəsizlik kəməri iş prinsipinə görə indiki varislərindən seçilmir. Quruluş dəyişməz olaraq qalır, sadəcə olaraq son model təhlükəsizlik kəməri insanın bədəninə görə avtomatik tənzimlənir, sürücü və sərnişinlər rahat hərəkət edə bilirlər. Əvvəlki təhlükəsizlik kəmərləri isə bir vəziyyətdə qalırdı, hərəkət imkanı məhdud idi. Avtomobil sənayesinin tarixi 120 ili keçib. İlk 50 il ərzində heç bir avtomobil etibarlı qoruyucu vasitə ilə təmin olunmayıb. Statistika göstərir ki, bu müddət ərzində təhlükəsizlik kəmərləri tətbiq olunsaydı, bir milyondan çox insanı xilas etmək mümkün idi. Bəlkə də kəmər 120 il əvvəl istehsal olunsa, dünyanın demoqrafik vəziyyəti ayrı cür ola bilərdi. Təhlükəsizlik kəmərini ixtira edən mühəndis Nils Bolin "Volvo" şirkətindən əvvəl aviasiya zavodunda çalışıb. Burada o, katapult oluna bilən oturacaqlar layihələndirib.
Təhlükəsizlik mədəniyyəti
Təhlükəsizlik mədəniyyəti; Qrup üzvlərini və məqsədlərini xoşagəlməz hallardan qorumaq üçün tətbiq olunan qaydalara, vərdişlərə, metodlara və alət-avadanlıqlara verilən addır. Qrup rəqibləri və ya düşmənləri olan bir ölkə; siyasi, hərbi, ticarət və ya ideoloji bir təşkilat ola bilər. Qrup, cəmiyyətdə hakim mədəniyyət tərəfindən təsdiqlənməyən və bəzən qanunla qadağan edilən bir yanaşmanı müdafiə edən insanların cəmləşdiyi təşkilat da ola bilər. Ümumiyyətlə, təhlükəsizlik mədəniyyətinin məqsədi (və ya müvəffəqiyyət ölçüsü) təsadüfi hadisələrin baş vermə ehtimalını azaltmaq və ya gözlənilməz aktyorların qəsdən, gizli şəkildə qrupa girərək verə biləcəkləri zərər cəhdlərinin qrupa verə biləcəyi təsirlərini minimuma endirmək, qrup tərəfindən casusların daxil olmasının qarşısını almaq, qrup üzvü olmayan şəxslər tərəfindən həssas məlumatların öyrənilməsinə imkan verməməkdir.
Təhlükəsizlik siyasəti
Təhlükəsizliyin təşkil olunma siyasəti dedikdə informasiyanın müdafiəsinə yönəldilmiş və onunla birlikdə resursların assosiasiya olunmasının idarəetmə qərarlarının sənədləşdirilməsinin toplumu başa düşülür. Təhlükəsizlik siyasəti vasitələrdən ibarətdir və onların köməyilə kompüter informasiya sisteminin təşkil olunması fəaliyyəti həyata keçirilir. Ümumiyyətlə, təhlükəsizlik siyasəti kompüter mühitində istifadə edilir və təşkilatın spesifik tələbatını əks etdirir. Adətən kompüter informasiya sistemləri (KİS) dedikdə müxtəlif xüsusiyyətli mürəkkəb kompleks başa düşülür və ya aparat və proqram təminatının arabir öz aralarında lazımi səviyyədə işləmələrinin uyuşa bilməməsi qəbul edilir. Bura kompüterlər, əməliyyat sistemləri, şəbəkə vasitələri, verilənlər bazalarını idarəetmə sistemləri, müxtəlif əlavələr aiddir. Bütün bu komponentlər (təşkiledicilər) özünəməxsus müdafiə vasitələrinə malikdir və bunların bir-biri ilə razılaşdırılması mütləqdir. Bu baxımdan da korporativ sistemlərin təhlükəsizliyinin təmin olunması təhlükəsizlik siyasətinin effektiv həyata keçirilməsində mühüm rol oynayır. Təhlükəsizlik siyasəti rəhbərliyin faydalı saydığı və seçdiyi informasiya təhlükəsizliyi sahəsində idarəetmə strategiyasını, resursların miqdarını və onlara yanaşmanın ölçüsünü müəyyən edir. Təhlükəsizlik siyasəti müəssisənin informasiya sistemi üçün real sayılan cəsarətin (və ya cürətin) təhlil edilməsinə əsaslanaraq qurulur. Belə olan halda cürət təhlil edilir, müdafiə strategiyası müəyyən olunur, informasiya təhlükəsizliyini təmin edən proqram tərtib edilir - bütün bunlar təhlükəsizlik siyasətidir.
Təhlükəsizlik yastığı
Təhlükəsizlik yastığı (ing. airbag) — nəqliyyat vasitələrində passiv təhlükəsizlik sistemi (SRS, Supplemental Restraint System). Elastik örtüyə malikdir və içərisi hava və ya başqa qazlarla doldurulur. Təhlükəsizlik yastıqları avtomobil toqquşması zamanı zərbə riskinin minimum həddə olması üçün istifadə olunur. Təhlükəsizlik kəməri ilə birlikdə tətbiq olunmalıdır. İlk dəfə keçən əsrin 40-cı illərində təhlükəsizlik yastıqlarına oxşar təchizat təyyarələrdə istifadə olunurdu və ilk patentlər 50-ci illərdə tərtib edilmişdi. Amerika ixtiraçısı Allen Brid avtomobillərdə təhlükəsizlik yastığının əsas komponenti olan, toqquşmanı təyin edən diyircəkli datçiki yaratdı. O öz ixtirasın 1967-ci ildə Kraysler şirkətinə təqdim etdi. Təhlükəsizlik yastığı başın zədələnməsini və təhlükəsizlik kəməri ilə birlikdə sərnişinin yuxarı ətraflarının avtomobil salonunun hər hansı hissəsi ilə toqquşaraq ağır zədə almasının qarşısını alır. Həmçinin bu yastıq zərbənin gücünü zəiflədərək ağır travmaların qarşısını alır.
Təhlükəsizlik Şurası
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) — BMT-nin daimi fəaliyyət göstərən ali orqanı. BMT-nin Nizamnaməsinə görə beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında əsas məsuliyyət daşıyır. 15 üzvü var: 5 daimi (Çin, Fransa, Rusiya, Böyük Britaniya, ABŞ) və 2 il müddətinə seçilən 10 qeyri-daimi üzvü. Şuranın hər bir üzvü bir səsə malikdir. Prosedura məsələlərinə dair qərarlar Şuranın 9 üzvü səs verdikdə qəbul olunmuş sayılır. 24 oktyabr 2011-ci ildə Azərbaycan Respublikası ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir.
Çoxsəviyyəli təhlükəsizlik
Çoxsəviyyəli təhlükəsizlik (ing. Multilevel security) − müxtəlif şəffaflıq səviyyələrinə malik subyektlərin obyektlərə eyni zamanda girişinə icazə verən və bu zaman icazəsiz girişi qadağan edən müxtəlif kritiklik səviyyəli infortmasiyaya malik sistemlər sinfi. İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
İqtisadi təhlükəsizlik
Dövlətin iqtisadi təhlükəsizliyi onun milli təhlükəsizliyin çox vacib tərkib hissəsidir. Dünya təcrübəsi göstərir ki, iqtisadi təhlükəsizliyin təmin edilməsi ölkənin müstəqilliyinin zəmanətçisi, sabitliyin və cəmiyyətin səmərəli fəaliyyətinin mühüm şərtidir. Buna görə də iqtisadi təhlükəsizliyin təmin edilməsi və formalaşdırılması mühüm milli prioritetlərin sırasına aiddir. Qərb iqtisadi ədəbiyyatında iqtisadi təhlükəsizlik adətən milli iqtisadiyyatın dünya iqtisadi böhranları şəraitinə dözümlülüyünün təmin edilməsi kimi izah edilir. Son onilliklərdə, inkişaf etmiş ölkələrin iqtisadiyyatlarında qloballaşma prosesi ilə əlaqədar baş verən dərin struktur dəyişiklikləri nəticəsində iqtisadi təhlükəsizlik anlayışına milli iqtisadiyyatın və ya onun aparıcı sahələrinin dünya bazarlarında rəqabət qabiliyyətliliyinin təmin edilməsi kimi vacib əlamət də əlavə edilmişdir. Digər tərəfdən, “bazar modeli”nin bir sıra tərəfdarları hesab edir ki, cəmiyyətin normal (ekstremal yox) inkişafı şəraitində “iqtisadi təhlükəsizlik” anlayışından istifadə etməyin mənası yoxdur, çünki, “iqtisadi təhlükələr”in mövcudluğu bazar iqtisadiyyatının inkişafının zəruri şərtlərindən biridir. İqtisadi təhlükəsizlik mürəkkəb daxili struktura malikdir və bu strukturda üç əsas elementi qeyd etmək olar: İqtisadi müstəqillik. İqtisadi müstəqillik mütləq xarakter kəsb etmir, çünki, beynəlxalq əmək bölgüsü milli iqtisadiyyatları bir-birlərindən qarşılıqlı asılı vəziyyətə gətirib. Belə şəraitdə iqtisadi müstəqillik milli resurslar üzərində nəzarət imkanı, həmçinin ölkənin rəqabət qabiliyyətliliyini təmin edən və dünya ticarətində, kooperasiya əlaqələrində və elmi-texniki nailiyyətlərlə mübadilədə bərabər sürətdə iştirak etməyə imkan verən istehsal, səmərəlilik və məhsul keyfiyyəti səviyyəsinin əldə edilməsi deməkdir. Milli iqtisadiyyatın sabitliyi və dayanıqlığı.
Təhlükəsizlik teatrı
Təhlükəsizlik teatrı — faktiki təhlükəsizliyi təmin etmək yerinə daha çox təhlükəsizlik təəssüratı yaratmaq təcrübəsi. Termin ilk olaraq Brüs Şayner tərəfindən istifadə edilmişdir. O vaxtdan bəri media və ictimaiyyət tərəfindən, əsasən də Nəqliyyat Təhlükəsizliyi Administrasiyası haqqındakı müzakirələrdə geniş şəkildə istifadə edilmişdir. Təhlükəsizlik teatrı taktikasının istifadəsi iddia edilən diskriminasiya və potensial iqtisadi çatışmazlıqların müzakirəsini əhatə edən bir qədər mübahisəli mövzudur. Buna görə də bu termin mənfi məna daşıyır və tənqid vasitəsi kimi istifadə olunur. Təhlükəsizlik teatrının tənqidləri tərəfindən şübhə altına alınan təcrübələrə hava limanındakı təhlükəsizlik kimi tədbirlər daxildir.
Regional Təhlükəsizlik Sistemi
Regional Təhlükəsizlik Sistemi (abr. RTS, ing. Regional Security System, abr. RSS) — Şərqi Karib regionunun mühafizəsi və təhlükəsizliyinin təmin edilməsi üçün beynəlxalq saziş. Regional Təhlükəsizlik Sistemi 1982-ci ildə regionun 1970-ci illərin axırları və 1980-ci illərin əvvəllərində sabitliyinin təhlükə altında olmasına görə yaradılmışdır. Həmin ilin 29 oktyabr tarixində Şərqi Karib Dövlətləri Təşkilatının 4 üzvü (Antiqua və Barbuda, Dominika, Sent-Lüsiya və son olaraq, Sent-Vinsent və Qrenadin) Barbados ilə ölkəni "istək üzrə qarşılıqlı yardım" təmin etmək üçün bir Anlaşma Memorandumu imzalamışdır. Müqaviləni imzalayan tərəflər milli fövqəladə, qaçaqmalçılığın qarşısının alınması, axtarış və xilasetmə, immiqrasiya nəzarəti, balıqçılıq hüquqlarının mühafizəsi, gömrük və aksiz nəzarəti, dəniz polisçiliyi vəzifələri, offşor qurğuların qorunması, ətraf mühitin çirklənməsinə nəzarət, təbii fəlakətlər və digər təhlükələrin baş verməsi vəziyyətində bir-birlərinə yardım göstərmək üçün ehtiyat planları hazırlamağa razılaşmışdılar. Sent-Kits və Nevis 1983-cü ildə müstəqillik əldə etdikdən sonra, Qrenada isə 1985-ci ildə ABŞ və RTS-in birgə əməliyyatından sonra sistemə qoşulmuşdur. Anlaşma Memorandumu 1992-ci ildə yenilənmişdir. Sistem Qrenadanın paytaxtı Sent-Corces şəhərində imzalanmış müqaviləyə əsasən, 5 mart 1996-cı il tarixində hüquqi status əldə etmişdir.
Sosial mühəndislik (təhlükəsizlik)
Sosial mühəndislik məlumatların ələ keçirilməsində istifadə olunan insanların psixoloji manipulyasiyasıdır. Bu, siyasi elmdəki sosial mühəndislikdən fərqlidir. Sosial mühəndislik əsasən Robert Cialdini tərəfindən yaradılan altı prinsipə əsaslanır: qarşılılıq, daimilik, konsensus, avtoritet, simpatiya, çatışmazlıq. Qarşılılıq — insanlar onlara qarşı edilən yaxşılığa qarşılıq verməyə meyillidir, məsələn marketinqdə pulsuz nümunələrin geniş yayılmasının səbəbi buna görədir. Cialdini konfranslarında Efiopiyanın o vaxtda qıtlıq və vətəndaş müharibəsi yaşamasına baxmayaraq, 1985-ci il zəlzələsindən sonra Meksikaya minlərlə dollar yardım etməsi nümunəsindən çox zaman istifadə edir. Efiopiya İtaliyanın 1935-ci ildə Efiopiyanı işğal edəndə Meksikanın verdiyi diplomatik dəstəyə qarşılıq verirdi. Yaxşı polis/pis polis strategiyası da bu prinsipə əsaslanır. Daimilik — insanlar bir fikirə və ya hədəfə yazılı olaraq öhdəlik verirlərsə, bu daimiliyi qorumaları ehtimalı daha yüksəkdir. Cialdini çinlilərin amerikan müharibə əsirlərinin imiclərini yenidən yazmaq və avtomatik olaraq məcburiyyətdən itaət əldə etmələri üçün beyinlərini yuduqlarını vurğulayır. Başqa bir misal olaraq, marketinqçilərin istifadəçiyə pop-up ekranını bağlaması anında qarşılarına "daha sonra qeydiyyatdan keçərəm" və ya "xeyr, təşəkkürlər, pul qazanmamağı seçirəm" kimi seçimlər çıxarmalarını göstərmək olar.
Elektron Təhlükəsizlik Xidməti (Azərbaycan)
Elektron Təhlükəsizlik Xidməti (digər adı ilə CERT. AZ / az. ETX, en. Cyber Security Service) — kibertəhlükəsizlik sahəsində informasiya infrastrukturu subyektlərinin fəaliyyətinin koordinasiyasını, mövcud və yarana biləcək elektron təhlükələr barədə ölkə səviyyəsində məlumatlandırmanı, əhalinin, özəl və digər qurumların kibertəhlükəsizlik sahəsində maarifləndirilməsini və onlara metodiki kömək göstərilməsini təmin edən əlaqələndirici qurum olan dövlət orqanıdır. == Tarixi == Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 26 sentyabr tarixli 708 nömrəli Fərmanının 5-ci hissəsinə əsasən yaradılıb. "Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər" haqqında Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2018-ci il tarixli Fərmanı ilə Mərkəz Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti kimi Nazirliyin strukturuna daxil edilib. == Fəaliyyəti == kibertəhlükəsizlik sahəsində informasiya infrastrukturunun subyektlərinin fəaliyyətini koordinasiya edir; informasiya sistemlərinin və şəbəkələrinin, kompüter avadanlıqlarının və onların proqram təminatının, lokal və korporativ informasiya sistemlərinin və ehtiyatlarının təhlükəsizliyinə qarşı yönəldilmiş kiberhücumlar, qanunsuz müdaxilələr, ziyanverici proqramlar (bundan sonra – elektron təhlükələr) barədə istifadəçilərdən, proqram təminatı və texniki avadanlıqların istehsalçılarından, xarici ölkələrdəki analoji strukturlardan və digər mənbələrdən daxil olan məlumatları toplayır və təhlil edir; mövcud və yarana biləcək elektron təhlükələr barədə ölkə səviyyəsində məlumatlandırmanı həyata keçirir, kibertəhlükəsizlik sahəsində istifadəçilərin maarifləndirilməsini təmin edir; elektron təhlükələrin qarşısının alınması istiqamətində, o cümlədən istifadəçilərə qarşı istifadə oluna biləcək proqramlar, texniki vasitələr barədə təlimatlar hazırlayır, onlara tövsiyələr verir, metodiki dəstəyin göstərilməsini təmin edir; ümumi internet trafikində qlobal kiberhücumların qarşısını almaq məqsədilə milli internet operatoru ilə birlikdə Nazirlik ilə razılaşdırılmış qabaqlayıcı tədbirlər həyata keçirir; kibertəhlükəsizlik üzrə hazırlığı təmin etmək məqsədilə ölkədə fəaliyyət göstərən digər aidiyyəti qurumlarla qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
Ermənistan Milli Təhlükəsizlik Xidməti
Ermənistan Milli Təhlükəsizlik Xidməti (Azərbaycan mətbuatında MTX; erm. Հայաստանի Ազգային Անվտանգության Ծառայություն, Hayastani Azqayin Anvtanqutyan Tsarayutyun) — Ermənistan milli təhlükəsizliyi, kəşfiyyat, sərhəd mühafizəsi, informasiya təhlükəsizliyi — kriptoqrafiya, o cümlədən Ermənistan Baş Nazirinin mühafizəsinə cavabdeh dövlət qurumu. == Tarixi == Ermənistan Respublikasının 1991-ci ilin sentyabr ayında SSRİ-nın tərkibindən ayrılmasından sonra, yeni hökumətin qərarı ilə 4 dekabr 1991-ci ildə keçmiş SSRİ Dövlət Təhlükəsizlik Komitəsi Milli Təhlükəsizlik üzrə Dövlət İdarəsi adını almışdır. İdarənin ilk rəisi general-mayor Husik Suren Harutyunyan olmuşdur. O, bu vəzifədə 1992-ci ilin fevral ayına qədər qalmışdır. Ermənistan hökumətinin müvafiq qərarına əsasən 1996–1999-cu illər arasında, Milli Təhlükəsizlik Nazirliyi və Daxili İşlər Nazirliyi birləşdirilmişdir. 17 dekabr 2002-ci ildə, prezident Robert Koçaryan Dövlət Təhlükəsizlik Xidmətinin yaradılması haqqında fərman vermişdir. 2004-cü ildə 12 il Müdafiə Nazirliyinin tərkibində olan Sərhəd Mühafizə Xidməti MTX-nin tərkibinə verilmişdir.
Gəmilərin Təmiri Zamanı Texniki Təhlükəsizlik (1965)
Gəmilərin təmiri zamanı texniki təhlükəsizlik (film, 1965)
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT; rus. Организация Договора о коллективной безопасности, Organizacija Dogovora o kollektivnoj bezopasnosti, ODKB) — 15 may 1992-ci il tarixində əsası qoyulmuş hökumətlərarası hərbi ittifaqdır. 1992-ci ildə Müstəqil Dövlətlər Birliyinə üzv olan altı post-Sovet dövləti olan Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan Kollektiv Təhlükəsizlik Müqaviləsi imzaladılar. Üç digər post-Sovet ölkəsi olan Azərbaycan, Belarus və Gürcüstan isə 1994-cü ildə bu müqaviləni imzaladı. Beş ildən sonra bu müqaviləni imzalamış doqquz dövlətdən altısı (Azərbaycan, Gürcüstan və Özbəkistan istisna olmaqla) müqavilənin müddətini daha beş il artırmaq barədə razılığa gəldi. 2002-ci ildə isə həmin altı ölkənin razılığı ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı adı altında hərbi ittifaq təşkil olundu. Özbəkistan 2006-cı ildə yenidən KTMT-yə üzv olsa da, 2012-ci ildə təşkilatı tərk etdi. Yeni yaradılmış təşkilatın baş katibi vəzifəsinə Nikolay Bordyuja təyin olundu. 23 iyun 2006-cı ildə Özbəkistan KTMT-nin tam hüquqlu üzvü elan olundu və 28 mart 2008-ci ildə özbək parlamenti üzvlüklə bağlı qanunu ratifikasiya etdi. 2012-ci ildə isə Özbəkistan təşkilata üzvlükdən imtina etdi.
Kontinental Şelfin Neftqaz Obyektlərində Təhlükəsizlik Texnikası (1987)
Kontinental şelfin neftqaz obyektlərində təhlükəsizlik texnikası (film, 1987)
Milli Təhlükəsizlik Nazirliyi (Azərbaycan)
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi və ya qısaca MTN — 1991–2015-ci illər ərzində kəşfiyyat, əks-kəşfiyyat fəaliyyəti, dövlət sirrinin mühafizəsi, cinayətlərin aşkarlanması, qabaqlanması, qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı. Nazirlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Nazirliyin əsasnaməsini və normativ hüquqi aktlarını rəhbər tutmuşdur. Nazirlikdə işləmək üçün Milli Təhlükəsizlik Nazirliyi Heydər Əliyev adına Akademiyasına daxil olub burada təhsil ala bilərdilər. Milli Təhlükəsizlik Nazirliyinin rəsmi internet saytı Nazirliyin başlıca fəaliyyət istiqamətləri barədə məlumatların ölkə və dünya ictimaiyyətinə ilk mənbədən çatdırılmasına xidmət etmişdir. İlhüseyn Pirhüseyn oğlu Hüseynov (7 noyabr 1991 – 16 may 1992) Fəxrəddin Ayət oğlu Təhməzov (16 may 1992 – 17 iyun 1993) Nəriman Şamo oğlu İmranov (3 iyul 1993 – 22 sentyabr 1994) Namiq Rəşid oğlu Abbasov (22 mart 1995 – 23 iyul 2004) Eldar Əhməd oğlu Mahmudov (23 iyul 2004 – 17 oktyabr 2015) Namiq Rəşid oğlu Abbasov (i. e. 17 iyun – 3 iyul 1993; 22 sentyabr 1994 – 22 mart 1995) Mədət Qəzənfər oğlu Quliyev (i. e.
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyası
Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası — ali və əlavə təhsil proqramlarını həyata keçirən, dövlət təhlükəsizlik orqanları üçün xüsusi ixtisaslı ali təhsilli zabit kadrlar hazırlayan, fundamental və tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsi. Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 1 dekabr tarixli, 37 nömrəli Sərəncamı ilə yaradılmışdır. Akademiyaya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il dekabr ayının 20-də imzaladığı Fərman ilə Akademiyaya Heydər Əliyevin adı verilmişdir. Müstəqil Azərbaycan Respublikasının mühüm dövlətçilik təsisatlarından olan təhlükəsizlik orqanları üçün xalqına və dövlətinə ləyaqətlə xidmət edən, onun təhlükəsizliyinin keşiyində dayanan, sədaqətli və vətənpərvər, yeni nəsil peşəkar və ixtisaslı kadrların hazırlanmasını həyata keçirən Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının yaradılması bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderimiz Heydər Əliyevin Universitet və Təhlükəsizlik xidməti haqqında söylədiyi sitat: 2006-cı il mart ayının 27-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Akademiyanı ziyarət etmiş, Heydər Əliyevin möhtəşəm abidəsini, unikal məzmuna və nəfis tərtibata malik "Şöhrət" muzeyini açmış, şücaət rəmzi olan "Döyüş bayrağı"nı Akademiyaya şəxsən təqdim etmişdir. 2008-ci ilin dekabr ayında Akademiyanın yaradılmasının 10 illiyi, 2013-cü ilin dekabr ayında isə 15 illiyi təntənəli surətdə qeyd edilmişdir. Hazırda Akademiyanın maddi-texniki bazasına müasir texniki vasitələr və avadanlıqlarla təchiz edilmiş tədris və inzibati korpuslar, zəngin fonda malik kitabxanalar, kursant yataqxanaları, gözəl tərtibata və audio-video qurğulara malik klublar və mədəni-məişət kompleksi, zəruri avadanlıq və trenajorlarla təchiz edilmiş idman zalları, stadionu, qaçış zolaqları və hovuzu olan İdman və Sağlamlıq kompleksi, tibb xidməti, kursant və zabit yeməkxanaları və digər infrastrukturlar daxildir. Heydər Əliyevin "Şöhrət" muzeyi Akademiya kompleksində xüsusilə önəmli yer tutur. Muzey qarşısında Heydər Əliyevin abidəsi ucaldılmışdır. Akademiyada təhlükəsizlik orqanları üçün xüsusi əməliyyat hazırlığı, hüquqşünaslıq, informasiya təhlükəsizliyi və digər istiqamətlərdə peşəkar əməliyyatçı zabit kadrlar hazırlanır.
Milli Təhlükəsizlik Xidməti (Ermənistan)
Ermənistan Milli Təhlükəsizlik Xidməti (Azərbaycan mətbuatında MTX; erm. Հայաստանի Ազգային Անվտանգության Ծառայություն, Hayastani Azqayin Anvtanqutyan Tsarayutyun) — Ermənistan milli təhlükəsizliyi, kəşfiyyat, sərhəd mühafizəsi, informasiya təhlükəsizliyi — kriptoqrafiya, o cümlədən Ermənistan Baş Nazirinin mühafizəsinə cavabdeh dövlət qurumu. Ermənistan Respublikasının 1991-ci ilin sentyabr ayında SSRİ-nın tərkibindən ayrılmasından sonra, yeni hökumətin qərarı ilə 4 dekabr 1991-ci ildə keçmiş SSRİ Dövlət Təhlükəsizlik Komitəsi Milli Təhlükəsizlik üzrə Dövlət İdarəsi adını almışdır. İdarənin ilk rəisi general-mayor Husik Suren Harutyunyan olmuşdur. O, bu vəzifədə 1992-ci ilin fevral ayına qədər qalmışdır. Ermənistan hökumətinin müvafiq qərarına əsasən 1996–1999-cu illər arasında, Milli Təhlükəsizlik Nazirliyi və Daxili İşlər Nazirliyi birləşdirilmişdir. 17 dekabr 2002-ci ildə, prezident Robert Koçaryan Dövlət Təhlükəsizlik Xidmətinin yaradılması haqqında fərman vermişdir. 2004-cü ildə 12 il Müdafiə Nazirliyinin tərkibində olan Sərhəd Mühafizə Xidməti MTX-nin tərkibinə verilmişdir.
Milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı
Milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı — hər ilin 28 mart ayında keçirilən Milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü. 1918-ci ildə Azərbaycan Xalq Cünhuriyyəti müstəqilliyini bərpa etdikdən sonra, 1919-cu il martın 28-də Azərbaycanda ilk milli təhlükəsizlik orqanı yaradıldı. Lakin azadlıq çox çəkmədi və 1920-ci ildə sovet ordusu tərəfindən Azərbaycan yenidən işğal edildi. Sovet İttifaqı süquta uğrayandan sonra 1991-ci il noyabrın 1-də Milli Təhlükəsizlik Nazirliyi yarandı. Prezident Heydər Əliyevin 1997-ci il 23 mart tarixli fərmanı ilə 28 mart – Milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü elan olunub.
Prezidentin Təhlükəsizlik Xidməti (Azərbaycan)
Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti — birbaşa Azərbaycan Respublikası Prezidentinə tabe olan xüsusi hərbi hissədir. 16 mart 2020-ci ildə prezidentin sərəncamına əsasən Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edilib, əvəzində isə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi yaradılıb. Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti birbaşa Azərbaycan Respublikası Prezidentinə tabe olan xüsusi hərbi hissədir. Xüsusi Dövlət Mühafizə Xidmətinin əsas vəzifələri Azərbaycan Respublikası Prezidentinin, digər Dövlət Mühafizəsi Obyektlərinin, həmçinin Azərbaycan Respublikasında olduqları vaxt xarici ölkələrin dövlət və hökumət başçılarının təhlükəsizliyinin təmin edilməsi, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının, Milli Məclisin, Nazirlər Kabinetinin, Konstitusiya Məhkəməsinin, Xarici İşlər Nazirliyinin və Mərkəzi Seçki Komissiyasının obyektlərinin mühafizəsinin təşkil və təmin edilməsidir. Xüsusi Dövlət Mühafizə Xidməti Dövlət Mühafizəsi Obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi sahəsində əks-kəşfiyyat fəaliyyətinin subyekti olaraq əməliyyat-axtarış fəaliyyətini həyata keçirir, Prezident rabitəsini və Xüsusi rabitəni təşkil edir. Həmçinin Dövlət orqanlarının internet şəbəkəsinin yaradılması və fəaliyyət göstərməsi Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən həyata keçirilir. 2003-cü ildən başlayaraq Xüsusi Dövlət Mühafizə Xidməti İxrac neft və qaz boru kəmərlərinin Azərbaycanın quru sahəsindən keçən hissəsinin təhlükəsizliyini təşkil və təmin edir. Xüsusi Dövlət Mühafizə Xidməti: — 1931-ci ildən 1937-ci ilədək Xalq Daxili İşlər Komissarlığının mühafizə şöbəsi (5-ci xüsusi diviziya), — 1938-ci ildən 1972-ci ilədək Bakı şəhəri İcraiyyə Komitəsinin Daxili İşlər İdarəsinin 2-ci Divizionu, — 1972-ci ildən 1991-ci ilədək Azərbaycan SSR DİN Partiya-Sovet Orqanlarının mühafizə şöbəsi adlanıb. Azərbaycan Respublikası Prezidentinin 25 sentyabr 1991-ci il tarixli 355 saylı Fərmanı ilə bu şöbə Prezident Aparatı yanında Mühafizə İdarəsinə çevrilib. Azərbaycan Respublikası Prezidentinin 5 dekabr 1991-ci il tarixli 485 saylı Fərmanı ilə İdarə DİN yanında Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Mühafizə şöbəsi adlanıb.
Qazaxıstan Respublikası Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Akademiyası
Qazaxıstan Respublikası Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Akademiyası (MTKSA) — Qazaxıstanın ali hərbi təhsil müəssisəsi. Universitetin tarixi 26 dekabr 1931-ci il tarixli SSRİ Xalq Komissarları Soveti yanında Birləşmiş Dövlət Siyasi İdarəsi kollegiyasının qərarı ilə Xarkov ətrafında, Pomerkax kəndində, sərhəd profilinin adı verilən yeni bir təhsil müəssisəsi — İkinci normal məktəb açılması sərhəd gözətçisi və SSRİ Xalq Komissarları Soveti yanında Birləşmiş Dövlət Siyasi İdarəsi qoşunları ilə qoyuldu. 1938-ci ilin aprelində məktəb NKVD-nin I adına Sərhəd və Daxili Qoşunların Xarkov Hərbi Məktəbi adlandırıldı. Feliks Dzerjinski, iki illik bir təhsil müddəti ilə. Və oktyabr ayında adı: Almatı sərhəd hərbi məktəbi Feliks Dzerjinski. 2 aprel 1957-ci ildə Daxili İşlər Nazirliyinin / DTK-nin birgə əmrinə əsasən təhsil müəssisəsi Daxili İşlər Nazirliyinin tabeliyindən DTK-ya verildi. Təhsil müddəti 3 ildir. 15 iyul 1960-cı ildə SSRİ Nazirlər Sovetinin nəzdindəki DTK-nin 22 yanvar 1960-cı il tarixli əmri ilə təhsil müəssisəsi Almatı Ali Sərhəd Komandanlığı Məktəbinə çevrildi (4 illik təhsil müddəti ilə). 1961-ci ilin avqust ayında orta hərbi təhsil müəssisəsinin proqramı ilə məşğul olan üç illik təhsil müddəti olan zabitlərin son buraxılışı məktəbdə baş verdi. QRMTKSA-da 1960-cı ildə dağılmış Kalininqrad hərbi-sənaye kompleksinin 1-ci və 2-ci kurs kursantları təhsillərini başa vurdular.
Qazma işlərində təhlükəsizlik (film, 1936)
Quyunun Yeraltı Təmiri Zamanı Təhlükəsizlik Texnikası (1960)
Quyunun yeraltı təmiri zamanı təhlükəsizlik texnikası (film, 1960)

Значение слова в других словарях