Təhminə (1993)

Təhminə — 1993-cü ildə istehsal olunmuş Azərbaycan filmi.

Təhminə
Janr Melodram
Rejissor Rasim Ocaqov
Prodüser
Əsərin müəllifi AnarBeşmərtəbəli evin altıncı mərtəbəsi
Ssenari müəllifi Anar
Baş rollarda

Meral Konrat — Təhminə
Fəxrəddin Manafov — Zaur
Zərnigar Ağakişiyeva — Zivər
Həsən Məmmədov — Professor Zeynallı

Larisa Xələfova — Mədinə
Operator Kənan Məmmədov
Bəstəkar Emin Sabitoğlu
Rəssam Rafiz İsmayılov
İstehsalçı "Ocaq" Müstəqil Studiyası
İlk baxış tarixi 1993
Filmin digər adları Təhminə və Zaur
Filmin növü tammetrajlı bədii film
Müddət 107,5 dəq.
Ölkələr Azərbaycan Azərbaycan
Dil azərbaycanca
İl 1993
Texniki məlumatlar 12 hissə
3074 metr
35 mm
Rəng rəngli
Çəkiliş yeri
IMDb ID 1266112

Məzmunu[redaktə | mənbəni redaktə et]

Filmdə əsərin baş qəhramanları olan Zaur (Fəxrəddin Manafov) və Təhminənin (Meral Konrat) melodram həyatından bəhs edir. Onları mühafizəkar cəmiyyətlə qarşı-qarşıya gətirir. Tanınmış professor Zeynallının (Həsən Məmmədov) oğlu atası və anası olmayan Təhminəyə aşiq olur. Zaurun anası Zivər xanım (Zərnigar Ağakişiyeva) və atası buna qarşı çıxır. Sonsuzluq və aralarındakı soyuqluq səbəbiylə Arifdən boşanan Təhminə Zaurla birlikdə yaşamağa başlayır. Bundan sonra hər gün Zivər xanım telefonla zəng edərək Təhminəni təhqir edir. Çox gözəl olduğundan işlədiyi yerdə bütün kişilərin diqqətini özünə çəkən Təhminə Zaurun qısqanclığına səbəb olur…


Festivallar və mükafatlar[redaktə | mənbəni redaktə et]

1)1993-cü ildə Bakıda Azərbaycan filmlərinin II festival-müsabiqəsi

Film haqqında[redaktə | mənbəni redaktə et]

Fəxrəddin Manafovun fanatları ilə görüşündə filmin təqdimatı, 2 avqust 2017-ci il

Filmin heyəti[redaktə | mənbəni redaktə et]

Film üzərində işləyənlər[redaktə | mənbəni redaktə et]

Ssenari müəllifi: Anar
Quruluşçu rejissor: Rasim Ocaqov
Quruluşçu operator: Kənan Məmmədov (Kənan Əziz kimi)
Quruluşçu rəssam: Rafiz İsmayılov (Rafis İsmayılov kimi)
Bəstəkar: Emin Sabitoğlu
Səs operatoru: Akif Nuriyev
Rejissor: Zəfər Murtuzov (Z. Murtuzov kimi)
Operator: Tərlan Babayev (T. Babayev kimi)
Geyim rəssamı: N. Cəfərova
Qrim rəssamı: Elbrus Vahidov
Montaj edən: Gülşən Səlimova
Rejissor assistenti: Xuraman Abbasova, Nizami Məmmədov
Operator assistenti: Aydın Mustafayev
Çalır: Rafiq Babayevin İdarəsi ilə İnstrumental Ansambl
Filmin direktoru: Nadir Əliyev
Mahnı ifa edən: Rafiq Babayev ("Əlvida" mahnısı) (titrlərdə yoxdur)
Musiqisindən istifadə edilən bəstəkar: Frederik Şopen (titrlərdə yoxdur), Küçələrə su səpmişəm (Azərbaycan xalq mahnısı; titrlərdə yoxdur)

Rollarda[redaktə | mənbəni redaktə et]

Meral Konrat — Təhminə
Fəxrəddin Manafov — Zaur
Zərnigar Ağakişiyeva — Zivər
Həsən Məmmədov — Professor Zeynallı
Larisa Xələfova — Mədinə
Həsənağa Turabov — Dadaş
Tofiq Mirzəyev — Muxtar
Laura Rzayeva — Firəngiz
Elmira Şabanova — Aliyə
Füzuli Hüseynov — Spartak
Məlik Dadaşov — Murtuz
Dadaş Kazımov — Məmmədnəsir
Eldəniz Rəsulov — Aspirant
Georgi Ştil — Milis nəfəri starşina Lisiçkin
Məbud Məhərrəmov — Zaurun iş yoldaşı
Nuriyyə Əhmədova — Sima
F. Əlicanov
Mayak Kərimov — Qurban
Tələt Rəhmanov — Ad günündəki qonaq
V. Gersenzon — Ofisiant
Kənan Məmmədov — Ad günündəki qonaq (titrlərdə yoxdur)
Tanilə Əhmərova — Ad günündəki qonaq (titrlərdə yoxdur)
Elbrus Vahidov — Ad günündəki qonaq (titrlərdə yoxdur)
Emin Sabitoğlu — Ad günündəki qonaq (titrlərdə yoxdur)

Filmi səsləndirənlər[redaktə | mənbəni redaktə et]

Nəcibə Hüseynova — Təhminə (Meral Konrat) (titrlərdə yoxdur)
Əminə Yusifqızı — Mədinə (Larisa Xələfova) (titrlərdə yoxdur)
Ramiz Əzizbəyli — Məmmədnəsir (Dadaş Kazımov) (titrlərdə yoxdur)
Hacı İsmayılov — Zaurun iş yoldaşı (Məbud Məhərrəmov) (titrlərdə yoxdur)

[redaktə | mənbəni redaktə et]

Bakı Neftayırma Zavodu ("Azneftyağı")

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Azərbaycan filmlərinin siyahısı
Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996)

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Filmin musiqisi[redaktə | mənbəni redaktə et]

Musiqi-1