Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İmany
Nadya Mladjao - (ing. Nadia Mladjao) İmani adı ilə daha çox tanınan fransız müğənnisi. Onun səhnə adı Suahili dilində iman deməkdi. Debüt albomu 2011-ci ildə buraxdığı The Shape of a Broken Heart olmuşdur. Bu albom Fransada və Yunanıstanda platin statusunu aldı həmçinin Polşada 3 dəfə platin statusu aldı. == Həyatı == Nadya 1979-cu ildə Martiqedə anadan olub. Yeniyetmə yaşlarıda idmanla məşqul olub, yüksəkliyə tullanma idmanıyla. ABŞda 7 il keçirəndən sonra Fransaya qayıdıb və müğənnilik karyerasına başlayıb.
İmeyl
Elektron poçt (ing. electronic mail) və ya imeyl — ünvan sahibinin asudə vaxtlarda açıb və oxuduğu rəqəmli poçt qutusuna göndərilən elektron poçt, mətn göndərişləri. E-mail hazırkı dövrdə insanlar arasında ən çox yayılmış ünsiyyət növüdür. Bu ünvan bir neçə saniyə ərzində İnternet şəbəkəsinin yerləşdiyi istənilən yerə nəinki mətn, veb-səhifə, hətta məktub halında olan istənilən faylı göndərməyə imkan verir. ABŞ və Avropadan başlayaraq bu rabitənin adı "e-mail" və ya "email" formasında yazılır. Əsasən qarşısına (@) ət işarəsi qoyulur == Tarixi == İlk elektron poçt da bir çox texnoloji yeniliklərin başlanğıcı kimi əsgəri işlərdən ötəri çıxmışdır. 1960-cı illərin sonlarında hərbi sistem üçün sistemlər inkişaf etdirməyə çalışan Rels Tomlinson ilk olaraq 1971-ci il oktyabr ayında iki kompüter arasında fayl mübadiləsini həyata keçirmişdir. Tomlinson "The Times" qəzetinə müsahibəsində deyirdi: "İlk e-mail`imdə nə yazdığımı mən də xatırlamıram. Yalnız aralarında bir metr məsafə olan iki kompüter arasında həyata keçirilən fayl transferi idi. Mesajlaşma üçün kiçik bir addım, insanoğlu üçün isə böyük bir sıçrama idi." E-mail 1990-cı illərə qədər çox inkişaf etdi.
İmola
İmola (it. Imola) — İtaliyanın şimalındakı Emiliya-Romanya regionunda, Santerno çayının sahilində, Bolonya metropolisində yerləşən şəhər. Şəhər ənənəvi olaraq tarixi Romanya regionunun qərb girişi hesab olunur. Hazırda bu ərazi Enzo e Dino Ferrari Beynəlxalq Pisti və Formula 1 San Marino Qran Prisinin evi olaraq qəbul edilir. Yarış şəhərə yaxın ərazidə yerləşən, lakin bir qran-pri yarışmasına ev sahibliyi edə bilməyəcək qədər kiçik olan müstəqil dövlət San Marino üçün belə adlandırılmışdır. == Tarixi == Şəhər təqribən e.ə. 82-ci ildə Roma diktatoru Lutsi Korneli Sulla tərəfindən qurulduqdan sonra Forum Kornelii olaraq adlandırılmağa başlamışdır. Kənd təsərrüfatı və ticarət mərkəzi olan İmola şəhəri keramikaları ilə tanınırdı. İmola adı isə ilk dəfə 7-ci əsrdən lombardiyalılar tərəfindən istifadə olunmağa başlamışdır. Bizanslara məxsus olan Ravenna dövləti papa dövlətinin əlinə keçdikdən sonra İmola da papanın hakimiyyəti altına düşdü.
İmpuls
Cismin kütləsi ilə sürəti hasilinə bərabər olan kəmiyyətə impuls deyilir. p → = m v → {\displaystyle {\vec {\mathbf {p} }}=m{\vec {v}}} Burada p {\displaystyle \mathbf {p} } (vahidi k q ⋅ m s a n {\displaystyle {\frac {kq\cdot m}{san}}} ) impuls, m {\displaystyle m} (vahidi k q {\displaystyle kq} )cismin kütləsi və v {\displaystyle v} (vahidi m s a n {\displaystyle {\frac {m}{san}}} ) cismin sürətidir. Impuls vektorial kəmiyyətdir və sürət istiqamətində yönəlir. İmpulsun, Qüvvə impulsu kimi növüdə var. == Qüvvə impulsu == Qüvvə F {\displaystyle F} ilə onun Δ t {\displaystyle \Delta \mathbf {t} } təsir müddətinin hasilinə bərabər olan kəmiyyətə qüvvə impulsu deyilir. Cismin impulsunun dəyişməsi qüvvə impulsuna bərabərdir. Δ p → = m v → − m v → 0 = F → Δ t {\displaystyle \Delta {\vec {\mathbf {p} }}=m{\vec {v}}-m{\vec {v}}_{0}={\vec {\mathbf {F} }}\Delta \mathbf {t} } Qüvvə impulsunun tapılmasının bəzi tətbiqlərinə baxaq:a) Cismin əvvəlki və sonrakı impulsları bir düz xətt üzrə eyni istiqamətdə yönəldikdə; Δ p = m v 2 − m v 1 {\displaystyle \Delta \mathbf {p} =\mathbf {mv_{2}-mv_{1}} } b) Cismin əvvəlki və sonrakı impulsları bir düz xətt üzrə əks istiqamətdə yönəldikdə; Δ p = m v 2 + m v 1 {\displaystyle \Delta \mathbf {p} =\mathbf {mv_{2}+mv_{1}} } c) Cismin perpendikulyar istiqamətdə səth ilə elastik toqquşarsa, Δ p = 2 m v {\displaystyle \Delta \mathbf {p} =\mathbf {2mv} } , plastiki toqquşarsa Δ p = m v {\displaystyle \Delta \mathbf {p} =\mathbf {mv} } olar.d) Ümumi halda, yəni p 1 {\displaystyle \mathbf {p_{1}} } və p 2 {\displaystyle \mathbf {p_{2}} } müxtəlif istiqamətlərdə olarsa, Δ p {\displaystyle \Delta \mathbf {p} } -nin qiyməti kosinuslar teoreminə görə tapılır: Δ p = p 1 2 + p 2 2 − 2 p 1 p 2 cos ⁡ α {\displaystyle \Delta \mathbf {p} ={\sqrt {p_{1}^{2}+p_{2}^{2}-2p_{1}p_{2}\cos \alpha }}} Burada α {\displaystyle \mathbf {\alpha } } − {\displaystyle -} p 1 {\displaystyle \mathbf {p_{1}} } və p 2 {\displaystyle \mathbf {p_{2}} } vektorları arasındakı bucaqdır deyildirtəkan, səbəb, stimul; fiziologiyada qeyri-iradi hərəkət; mexanikada hərəkət prosesində əldə olunan orta əhəmiyyətə malik qüvvə; elektronikada elektrik cərəyanının sürətli və qısa müddətli sıçrayışı; hər hansı bir hərəkəti doğuran daxili səbəb, təkan. Məsələn, yaradıcılıq impulsu. İradə impulsu. == Ədəbiyyat == Əliquliyev R..
MPLS
Multiprotocol Label Switching (MPLS) (azərb. Çoxprotokollu etiket kommutasiyası‎) — şəbəkə ünvanlarına deyil, etiketlərə əsaslanaraq məlumatları bir qovşaqdan digərinə yönləndirən telekommunikasiya şəbəkələrində rutinq texnikası. Şəbəkə ünvanları son nöqtələri müəyyən edərkən etiketlər son nöqtələr arasında qurulmuş yolları müəyyən edir. MPLS müxtəlif şəbəkə protokollarının paketlərini əhatə edə bilər, bu səbəbdən adında multiprotokol sözü mövcuddur. MPLS T1/E1, ATM, Frame Relay və DSL daxil olmaqla bir sıra texnologiyaları dəstəkləyir. == Funksiyası == MPLS şəbəkəsində məlumat paketlərinə etiketlər təyin edilir. Paketin yönləndirilməsi ilə bağlı qərarlar paketin özünü yoxlamağa ehtiyac olmadan yalnız bu etiketin məzmunu əsasında qəbul edilir. Bu hər hansı bir protokoldan istifadə edərək hər hansı bir nəqliyyat mühitində ucdan-uca sxemlər yaratmağa imkan verir. Əsas faydası müəyyən bir OSI modelinin verilənlərin ötürülməsi kanalı (ikinci kanal) texnologiyasından asılılığını və müxtəlif trafik növlərini təmin etmək üçün çoxlu ikinci səviyyə şəbəkələrinə ehtiyacı aradan qaldırmaqdır. MPLS paket kommutasiya şəbəkələri ailəsinə aiddir.
Aechmea ampla
Aechmea ampla (lat. Aechmea ampla) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin exmeya cinsinə aid bitki növü.
Ageratina ampla
Ageratina ampla (lat. Ageratina ampla) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü. == Sinonimləri == Eupatorium amplum Benth.
Akustik impuls
Akustik impuls 1) Qısamüddətli kəskin təzyiq dəyişməsinə malik qaçan səs dalğası, məsələn, partlayış, qığılcım boşalması, cismlərin toqquşması nəticəsində yaranan səs dalğaları. Belə impulsların tərkibində həm yüksək, həm də aşağı təzyiqli sahələr mövcuddur. Onların spektri səltdir. Spektrin maksimum periodu akustik impulsun davametmə müddətinə yaxın olan rəqslər oblastında yerləşir; 2) Tərkibində rəqs dövrlərinin sayı ondan bir neçə yüzə qədər olan (dolmuş akustik impuls adlanan radio impulsun analoqu) kvaziharmonik rəqslərdən ibarət dəstə şəklində səs dalğaları. Əksər hallarda bir-birinin ardınca müəyyən tezliklə təkrar olunan ardıcıllıq müddəti bir akustik impuls müddətindən çox böyük olan identik dolmuş akustik impuls istifadə olunur. Akustik impuls məhdud həcmlərdə akustik tədqiqatlar apararkən göndərilən və qayıdan siqnalları bir-birindən zaman kəsiyində fərqləndirmək, hidroakustika tədqiqatlarında dəniz mühitinin xassələrini tədqiq etmək və dərinliyi ölçmək üçün, hidroloka siyada, US defektoskopiyasında və s. sahələrdə istifadə olunur. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi.
Bulbophyllum impar
Bulbophyllum impar (lat. Bulbophyllum impar) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Callicarpa ampla
Callicarpa ampla (lat. Callicarpa ampla) — dalamazkimilər fəsiləsinin callicarpa cinsinə aid bitki növü.
Dimpl Kapadiya
Dimpl Kapadiya (8 iyun 1957, Bombey) — kəşmirli hind aktrisası == Həyatı == 8 iyun 1957-ci ildə anadan olmuşdur. Tam adı Dimpl Cunnibhay Kapadiyadır. Əslən Qucaratlıdır. Aktrisa Tvinkl Xannanın anasıdır. Karyerasına gənc yaşlarından başlayıb. 1973-cü ildə "Bobbi" filminə çəkiləndə 16 yaşı olub. 1991-ci ildə "Qara şahzadə Adjuba" filminə də çəkilib. 1973-cü ildə Radjeş Xanna ilə ailə həyatı qurub. İki qızı var.
Elektromaqnit impuls
Elektromaqnit impuls (ing. Electromagnetic pulse, EMP) partlayışdan sonra meydana gələn (əsasən nüvə partlayışları) və elektron cihazlara zərər verən dalğalardır. İlk dəfə 1991-ci ildə Körfəz müharibəsində ABŞ tərəfindən elektron bomba (e-bomba) kimi istifadə edilmişdir. ABŞ-nin 2003-cü ildəki İraq müharibəsində də istifadə etdiyi iddia edilir. Nüvə partlayışlarından istiqamətlənən elektromaqnit sahəsinə elektromaqnit impulsu deyilir. Elektromaqnit impulsun yaranması Komptonov (ingilis alimi) mexanizmi nəticəsinə əsaslanır. Nüvə partlayışı anında küllü miqdarda qamma kvantlar və neytronlar yayılır. Partlayışın qamma-kvantı, ətraf mühitin atomları ilə qarşılıqlı təsirdə, müsbət yüklü zəif ionlar və cəld elektronlar əmələ gətirir ki, bunlar da yeni qamma-kvantların törəmələri istiqamətində hərəkət edirlər. Nəticədə ətraf mühitin bu boşluğunda sərbəst elektrik cərəyanı və yüklü sahə əmələ gəlir. Öz növbəsində cəld elektronlar mühitdə ionlaşaraq, müsbət yüklənmiş ionlar və zəif elektronlar yaradırlar.
Mavi İmpuls
Mavi İmpuls (ブルーインパルス, Buru İnparusu) — Yaponiya Hava Özünümüdafiə Qüvvələrinə məxsus aerobatika eskadronudur. Komanda 1960-cı ildə yaradılmışdır. Uçuşlar üçün 6 ədəd F-86 Sabre təyyarəsi istifadə olunurdu. 1995-ci ildən etibarən aviaşoular üçün Kawasaki T-4 təyyarələri istifadə olunur. == Tarixi == Yaponiyaya məxsus ilk aerobatika komandası qeyri-rəsmi olaraq 1958-ci ildə yaradılmışdır. Həmin komanda dörd nümayişdən sonra dağıldı. 1959-cu ildə ABŞ aerobatika komandası olan Thunderbirds-in Yaponiyaya ziyarətindən sonra Yaponiya Hava Özünümüdafiə Qüvvələrinin komandirləri öz aerobatika komandalarını yaratmaq üçün ilhamlandı. 1960-cı ildə yeni komanda yarandı. Hansı ki, 1958-ci ildə yaranmış komandadan 3 pilot orada iştirak edirdi. Komananın ilk nümayişi 1960-cı il 4 mart tarixində baş tutudu.
İmpuls momenti
İmpuls momenti — maddi nöqtənin O fırlanma mərkəzinə nəzərən impuls momentinin modulu, onun impulsunun modulu ilə çevrənin radiusu hasilinə bərabərdir, L=pr=mυr. BS-də impuls momentinin ölçü vahidi-1kqm2/san-dir. İmpuls momenti vektotrial kəmiyyətdir və onun istiqaməti sağ yivli burğu qaydasıilə təyin olunur:Burğunun dəstəyini zərrəciyin hərəkəti istiqamətində fırrlatdıqda,onun irəliləmə istiqaməti impuls momenti vektorunun istiqamətini göstərir. Fırlanma hərəkətinin tənliyi ΔL/Δt=M şəklində yazırlar. Burada M zərrəciyə təsir edən qüvvə momentidir. Həmin tənliyə görə,zərrəciyin impuls momentinin vahid zamanda dəyişməsiona təsir edən qüvvə momentinə bərabərdir. M=0 -dırsa ΔL/Δt=0 və L=const. Bu,İmpuls momentinin saxlanma qanunu-dur: Qapalı sistemdə baş verən istənilən proses zamanı onun impuls momenti sabit qalır. İmpuls momentinin saxlanma qanunu fəzanın izotropluğu ilə əlaqədardır. Yəni qapalı sistemi fəzada müəyyən bucaq qədər fırlatdıqda onun fiziki xassələri dəyişmir.
Lazer impuls analizi
Lazer impuls analizi - maye, bərk və pastavari maddələrin istilik keçiriciliyini və termal diffuziyasını ölçmək üçün son illərdə istifadə olunan metoddur. == Ümumi məlumat == Materialların termofiziki xüsusiyyətləri və alınnan son məhsullarda istilik köçürmələrinin optimallaşdırılması barədə məlumatlar sənayedə istifadə üçün vacib amillərdən biridir . Yarımkeçirici materialların, LED-lərin, optik disklərin yazılması və onların yaddaşı üçün texnologiyaların öyrənilməsində, düz ekranlar yaratmaqda incə plyonkaların termofiziki xüsusiyyətləri getdikcə daha çox əhəmiyyət kəsb edir. Bu, sənaye sahələrində cihaza xüsusi bir funksiya vermək üçün altlıqda ince bir tətbiq olunur. İncə plyonkaların fiziki xüsusiyyətləri həcmli olan materialların xüsusiyyətlərindən fərqləndiyindən, bu məlumat istilik proseslərinin dəqiq proqnozlaşdırıla bılən nəzarətinə ehtiyac duyur. Qalınlığı 80 nm-dən 20 mikrona qədər olan incə plyonkaların termofiziki xüsusiyyətlərini analiz etmək üçün, ümumi olaraq tanınan lazer flaş üsulu əsasında, məsələn, LAZER impuls cihazı LİNSEİS (TF-LFA) bir sıra yeni imkanlar təklif edir. == Yuksək sürətli lazer flaş metodu == (nümunənin arxa tərəfinin istiləşməsi, ön deteksiyası (RF)) İncə təbəqələrin və plyonkaların istilik xüsusiyyətləri həcmli olan müvafiq materialların xüsusiyyətlərindən əhəmiyyətli dərəcədə fərqləndiyindən, onların tədqiqi ücün klassik lazer flaş metodunun məhdudiyyətlərindən üstün bir üsul tələb olunur - yuksək sürətli lazer flaş metodu. Ölçmə, həndəsi standart lazer flaş üsulu ilə eynidir: detektor və lazer nümunənin qarşı tərəfində yerləşir. İQ detektorları incə qatların ölçməsi üçün çox asta olduğundan, deteksiya termo-əks (reflective) etdirici üsul ilə həyata keçirilir. Bu üsulun əsas məğzi, materialın qızdırıldığı zaman, onun səthinin əksedirici qabiliyyətinin dəyişilməsi istilik xüsusiyyətlərini müəyyən etmək üçün istifadə edilə bilər.
Allium moly
Moli soğanı (lat. Allium moly) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü.
Keyzo İmay
Keyzo İmay (d. 19 noyabr 1950) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 29 oyun keçirib.
Tadaşi İmay
Tadaşi İmay (8 yanvar 1912, Tokio[d] – 22 noyabr 1991[…], Tokio[d]) — yapon rejissoru, Beynəlxalq Sülh mükafatı laureatı (1951). == Həyatı == Tadaşi İmay 1939-cu ildən kinoda fəaliyyət göstərirdi. Ən yaxşı filmləri: "Xalqın düşmənləri (film, 1949)", "Hər halda yaşayırıq (film, 1951)", "Gündüz çağı zülmət (film, 1956)", "Düyü (film, 1957)" , "Qisas (film, 1964)". Tadaşi İmayın filmlərində Yaponiyanın ümumi ictimai problemləri - ağır, üzücü əmək, işsizlik və başqa məsələlər öz əksini tapmışdır. == İstinadlar == == Xarici keçidlər == Tadashi Imai — IMDb səhifəsi Тадаси Имаи (yap.) на сайте Japanese Movie Database.
İmla yoxlayıcısı
İmla yoxlayıcısı (ing. spell checker, rus. cистема проверки правописания) — verilmiş mətndə orfoqraya, punktuasiya, eləcə də üslub xətalrının olub-olmamasını yoxlayan kompüter proqramı. Aşkarlanmış xətalar xüsusi qaydada qeyd olunur – adətən, bunun üçün altcizgidən istifadə olunur. Bəzi hallarda istifadəçiyə mümkün səhv göstərilməklə yanaşı, bir neçə düzgün yazılış variantı da təklif olunur. İmla yoxlayıcısı hər hansı proqrama, məsələn, mətn redaktoruna, elektron lüğətə, yaxud axtarış sisteminə ayrıca funksiya kimi daxil edilə bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 801 s.
Dunay-İpoy Milli Parkı
Dunay-İpoy Milli Parkı (ing. Danube-Ipoly National Park, mac. Duna–Ipoly Nemzeti Park) — Macarıstan ərazisində yerləşən milli parklardan biri. == Coğrafiyası == Dunay-İpoy milli parkı 1997-ci ildə Piliş və Börjöni milli parklarının ərazisində yaradılmışdır. Milli park Budapeşt, Peşt əyaləti, Komarom-Esterqom və Feyer şəhərlərini əhatə edir. Ofisləri Budapeştdə yerləşir və baş qərargahları Esterqom şəhərindədir. Bəzi flora və fauna növləri, eləcə də, nəsli kəsilməkdə olan bəzi növlər milli parkın ərazisində mühafizə olunur.
The Empty Box and Zeroth Maria
The Empty Box and Zeroth Maria, Yaponiyada tanınan adı ilə Utsuro no Hako to Zero no Maria (空ろの箱と零のマリア, azərb. Boş qutu və sıfırıncı Mariya‎) və ya qısaca Hakomari (箱マリ) — Tetsuonun rəssamlığı ilə Eyci Mikaqe tərəfindən yazılmış ranobe seriyası. 10 yanvar 2009-cu ildən 10 iyun 2015-ci ilə kimi ASCII Media Works nəşriyyatı tərəfindən 7 cildi buraxılmışdır. Polşada Waneko, Şimali Amerikada Yen Press nəşriyyatı tərəfindən lisenziyalaşdırılmışdır. == Məzmun == Kazuki Hoşino adi lisey tələbəsidir. Normal gündəlik həyat tərzi keçirir, dostları ilə əylənir. Lakin məktəb ilinin başa çatmasına bir gün qalmış – 2 martda onun sinfinə Aya Otonaşi adlı gözəl qızın gələcəyi məlum olur. Otonaşi sinfə daxil olar-olmaz üzünü Kazukiyə çevirərək bu sözləri deyir: "Mən səni məğlub etməyə gəlmişəm. Bu mənim 13.118-ci məktəb transferimdir və mənim belə bu qədər təkrardan sonra narahat olmamam əldə deyil. Buna görə də dəyişiklik olsun deyə bu dəfə müharibə elan edirəm".
The Empty Box and the Zeroth Maria
The Empty Box and Zeroth Maria, Yaponiyada tanınan adı ilə Utsuro no Hako to Zero no Maria (空ろの箱と零のマリア, azərb. Boş qutu və sıfırıncı Mariya‎) və ya qısaca Hakomari (箱マリ) — Tetsuonun rəssamlığı ilə Eyci Mikaqe tərəfindən yazılmış ranobe seriyası. 10 yanvar 2009-cu ildən 10 iyun 2015-ci ilə kimi ASCII Media Works nəşriyyatı tərəfindən 7 cildi buraxılmışdır. Polşada Waneko, Şimali Amerikada Yen Press nəşriyyatı tərəfindən lisenziyalaşdırılmışdır. == Məzmun == Kazuki Hoşino adi lisey tələbəsidir. Normal gündəlik həyat tərzi keçirir, dostları ilə əylənir. Lakin məktəb ilinin başa çatmasına bir gün qalmış – 2 martda onun sinfinə Aya Otonaşi adlı gözəl qızın gələcəyi məlum olur. Otonaşi sinfə daxil olar-olmaz üzünü Kazukiyə çevirərək bu sözləri deyir: "Mən səni məğlub etməyə gəlmişəm. Bu mənim 13.118-ci məktəb transferimdir və mənim belə bu qədər təkrardan sonra narahat olmamam əldə deyil. Buna görə də dəyişiklik olsun deyə bu dəfə müharibə elan edirəm".
Italy
İtaliya (it. Italia), rəsmi olaraq İtaliya Respublikası (it. Repubblica Italiana) — Avropanın cənubunda, Apennin yarımadasında yerləşən dövlət. Əsas etibarilə Cənubi Avropa regionunda yerləşməsinə baxmayaraq, Qərbi Avropanın da bir hissəsi hesab olunur. Unitar, parlamentli respublika olan bu ölkənin paytaxtı Roma şəhəridir. Quru yolla Fransa, Avstriya, İsveçrə, Sloveniya, həmçinin anklav dövlətlər olan Vatikan və San Marino ilə həmsərhəddir. Təqribən 60 milyon nəfər olan əhalisi ilə Avropa İttifaqının üzv dövlətləri arasında 3-cü yerdədir. Cənubi Avropa və Aralıq dənizi kimi mühüm coğrafi qovşaqlarda yerləşdiyinə görə bu ərazi saysız-hesabsız xalqlara və mədəniyyətlərə ev sahibliyi etmişdir. Müasir İtaliya ərazisi müxtəlif xalqlara ev sahibliyi etməsinə baxmayaraq, antik dövrdən bu ərazilərdə məskunlaşmış və yarımadaya öz adını vermiş italiklər bu ərazilərin ilk sakinləri hesab olunur. Bununla birlikdə, finikiyalılar və karfagenlilər əsasən Sardiniya və Siciliya adalarında öz kolonialarını yaratmışdır, həmçinin yunanlar Cənubi İtaliyada, etrusklar və keltlər isə müvafiq olaraq ölkənin cənubunda şimalında məskunlaşmışdılar.
Tame Impala
Tame Impala — avstraliyalı musiqiçi Kevin Parkerin psixodelik musiqi layihəsi. Parker mahnılarını özü yazır, bəstələyir və prodüserliyi tək başına edir. Konsert zamanı ona Dominic Simper, Jay Watson, Cam Avery və Julien Barbagallo dəstək olur.