TƏKƏ

сущ. 1. кьун, теке (эркек цӀегь); 2. суван цӀегь, дагъдин цӀегь, вагьши цӀегь.
TƏKDİR
TƏKƏBBÜR
OBASTAN VİKİ
Təkə
Təkə (personaj) — Novruz bayramının və yazın gəlməyini mahnı oxumaq və təkə dolandırmaq ilə xəbər verən ənənəvi etnoqrafik müjdəçi. Təkə (oyun) — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir.
Təkə (Urmiya)
Təkə (fars. تكه‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 101 nəfər yaşayır (30 ailə).
Təkə (Xocavənd)
Dağdöşü (əvvəlki adı: Tyak) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Hadrut qəsəbə inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Tyak kəndi Dağdöşü kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 14 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Dağdöşü kəndi 14 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == XIX əsrə aid sənədlərdə Tağ kimi qeydə alınmış bu kəndin adı XX əsrdə Tyak variantında işlənmişdir. Bəzi tədqiqatçılar bu coğrafi adı türk dillərində "sığınacaq", "köçəbə", "oba" mənasında işlədilən töyək sözü ilə əlaqələndirirlər. 1992-ci ildən coğrafi mövqeyinə görə Dağdöşü adını almışdır. == Tarixi == === Tarixi abidələri === Dağdöşü kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Dağdöşü kəndinin əhalisinin sayı 71 nəfər təşkil edirdi. == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Təkə (oyun)
Təkə — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Novruz bayramı ərəfəsində keçirilən saya gəzisi şənliyində boynuna noxta və zınqırov taxılmış, uzunsaqqal erkək bir keçi ətrafında "təkəm, təkəm oyun eylər" sözlərilə başlayan oxuma ilə icra olunan oyunlardan biridir. == Oyunun qaydaları == Bəzən oyunda heyvan əvəzinə "Təkəsaqqal Kosa" və yaxud keçi görkəmli, keçi maskalı bir oyunçu çıxış edir. Törəniş etibarilə qədim Azərbaycanda oynanılan əsatiri bir tamaşa, orada yaz fəslini təmsil etmiş "Keçi"–"təkə" surəti ilə bağlı olub qışın başlanması, onun şər qüvvələr tərəfindən öldürülməsi, yazın gəlişi isə, onun dirilməsi kimi qeyd edilmişdir. "Təkə oyunu" "Kos-kosa" mərasim tamaşası ilə yaxından səsləşir. Əslində onların adları da oxşar və bir-birinə bağlıdır. "Kosa" sözü bir çox türk dillərində və eləcə də yerli ləhcələrimizdə "keçi", "təkə" anlamında işlədilir. == Mənbə == Abdulla B., Babayev T. Novruz bayramı ensiklopediyası. Bakı, 2008, səh.183.
Təkə (personaj)
Təkə (Təkəmçi) - Novruz bayramının və yazın gəlməyini mahnı oxumaq və təkə dolandırmaq ilə xəbər verən ənənəvi etnoqrafik müjdəçi.
Təkə yarımadası
Təkə yarımadası - Türkiyənin cənub-qərbində Antalya körfəzi ilə Fəthiyə körfəzi arasında Aralıq dənizinə doğru uzanan yarımadadır. Göllər bölgəsi ilə şimaldan sərhədlənir. Qədim dövrlərdə Likiya olaraq bilinirdi. Adı bölgəyə Anadolu Səlcuqlu dövləti dövründə bura köçürülən Təkə boyundan gəlir. == Tarixi == Yarımadanın tarixi eramızdan 3000 min il əvvələ çıxır. Ancaq, hal-hazırkı arxeoloji araşdırmalara görə E.ə. 2000-ci ilə çıxır. Dil mütəxəssislərinin apardığı araşdırmaya görə, bölgədə istifadə edilən yer adları Anadolunun müxtəlif bölgələrində olan Eramızdan 3 min il əvvəlki yer adları ilə bənzəşməkdədir. == Coğrafiyası == Təkə yarımadası Aralıq dənizinə doğru küt bir çıxıntı meydana gətirir. Şimal sərhəddi olaraq qəbul edilən xətt, Kestel və Burdur göllərinə axan çaylarla Dalaman çayının yuxarı axını ilə Göllər bölgəsi adlanan ərazidən keçir.
Axal-Təkə ekspedisiyası
Axal-Təkə ekspedisiyası — Çar Rusiyasının 1880–1881-ci illərdə Türkmənistanda yaşayan Təkə tayfasına qarşı keçirən cəza yürüşü. == Tarixçəsi == Göytəpə işğal edildikdən sonra sağ qalan əhali üzərinə hücum başladı. Qaladan çıxan qadınların, qocaların və uşaqların bir hissəsi səhralara üz tutmuşdu. Göytəpə işğal edildikdən sonra sağ qalan əhali üzərinə hücum başladı. Qaladan çıxan qadınların, qocaların və uşaqların bir hissəsi səhralara üz tutmuşdu. Rus əsgərləri onları təqib edərək ya güllələyir, ya da doğrayırdılar. Səhra insan cəsədi ilə dolu idi. General Skobelevin əmri ilə əsgərlər bir canlıya da rəhm etmirdilər. Beləliklə Göytəpədə 20 min nəfər türkmən rus əsgərləri tərəfindən qətlə yetirildi. Bu qətllər elə qəddarlıqla həyata keçirilmişdi ki, rus tarixçiləri uzun illər bu barədə danışmamağa çalışırdılar.
Aşıq Mustafa Təkəli
Aşıq Mustafa təkəli — Azərbaycan aşığı. == Həyatı == Aşıq Mustafa Təkəli 1927-ci ildə Qazax rayonunun Şıxlı kəndində anadan olmuşdur. Gənc yaşlarından sonra Borçalı bölgəsinin Təkəli kəndində yaşamışdır.
Baş barmaq təkərciyi
Baş barmaq təkərciyi (ing. thumbwheel) — korpusa bərkidilmiş elə təkərcikdir ki, onun yalnız bayırda qalan çənbəri açıq olur və təkərciyin fırladılması nəticəsində ekranda göstəricinin, yaxud kursorun hərəkəti idarə olunur. "Baş barmaq təkərciyi"ndən coystiklərdə, trekbollarda göstəricini dərinlik boyunca idarə etmək üçün istifadə olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Cırıltılı Təkər
Squeaky Wheel, Rusiyada rus dilində yayımlanan hərbi radiostansiyadır. Radiostansiyanın 2000-ci ildə yayıma başlayan stansiya olduğu təxmin edilir.
Qazi xan Təkəli
Qazi xan Təkəli (v. 1545, Şirvan) — Səfəvi şahzadələrindən birinin lələsi, qızılbaş hərbi və dövlət xadimi. == Həyatı == Qazi xan qızılbaş tayfalarından biri olan Təkəli tayfasına mənsub olan Çirkin Həsənin oğludur. Çirkin Həsən 1520-ci ildə o dövrün güclü Səfəvi sərkərdələrindən biri olan Div Sultan Rumlu tərəfindən Gürcüstana edilən yürüş zamanı ona tabe hərbi birlik daxilində nizam-intizamı təmin edə bilmədiyi üçün edam edilmişdi. O, əslində şahın şəxsi işçilərindən biri, bəlkə də onun mühafizəçisi idi. === Xorasan valiliyi === 1530-cu ildə Bəhram Mirzə Herata göndərilərək Xorasan valisi təyin edildikdən sonra Qazi xan onun lələsi təyin edildi. Bu zaman Übeydulla xan Xorasan üzərinə yeni yürüş təşkil etdi. Herat özbəklər tərəfindən ağır bir hücuma məruz qaldı və mühasirəyə alındı. Özbəklər Məşhədi tutub Heratı mühasirəyə aldılar. Şəhərin mühasirəsi il yarım davam etdi.
Təkəbbürlü Tarkvini
Təkəbbürlü Lusi Tarkvini və ya II Tarkvini (lat. Lucius Tarquinius Superbus e. ə. 534— e. ə. 509) — Roma krallığının yeddinci və sonuncu kralı. Xüsusi qəddarlığı ilə seçilən Lusi Tarkvini Superb devrilərək Romadan qovulmuşdur. Onun və oğlanlarının özbaşınalıqları cəmiyyəti onlara qarşı çıxartmış, hətta Senat onlardan üz döndərmişdir. Təkəbbürlü Tarkvininin üçüncü və kiçik oğlu Sekst Tarkvini tərəfindən kəramətli və fəzilətli romalı qadın Lukresiyanın zorlamasından sonra onun olanları ərinə söyləməsi və intihar etməsi cəmiyyətin səbir kasasını dolduran son damla olmuşdur. Qohumları Lusi Yuni Brut və Publi Valeri Publikola Lukresiyanın cəsədini foruma çıxardaraq romalıları kralı devirməyə və respublika elan etməyə çağırmışlar.
Təkəlduz
Təkəlduz tikmə, və ya qullabduzluq (türk. kasnak işi, suzeni, türkm. ildirme, ilme , özb. yurma, rus. тамбурная вышивка) - qullabla (qarmaqla) vurulan zəncirli tikişin istifadəsi ilə yapılan bədii tikmə növü və üsuludur. Türk xalqlarının təkəlduzlarının səciyyəvi cəhəti odur ki, kəskin kontrastlı olur: rəngli ipək saplarla əyri xətlər və nəbati ornamentlər şəklində tünd rəngli qalın qumaş (tirmə, mahud, şal və s.) üzərində icra olunur. == Söz açımı və təkəlduzun digər adları == "Tə­kəl­duz" sözü hərfi mənada "tək əllə düz” mənasını verir. Avropa dillərində bu tikmə növünə "zəncirli naxış" deyirlər (fr. point de chainette, ing. chain stitch, alm.
Təkər
Təkər (və ya çarx) — çevrəvi formaya malik olub mərkəzində deşik olan oxda bərkidilimiş lövhədir. Təkəri yalnız hər hansı bir oxa keçirdikdən sonra ondan hərəkətli bir hissə alınır. Təkərlərin uzunmüddətliyi onların yağlanması, oxda oturtma dəqiqliyi və sürtünməsindən asılıdır. Maşınlarda təkərlər əsasən nəqliyyat üçün tətbiq olunurlar. Müxtəlif mexanizmlərdə, qurğularda hərəkəti ötürən və nizama salan çarxşəkilli hissə. Dəzgahın çarxı. Dişli çarx. – Çarxlar hərlənir, xam pambığın çiyidini bir tərəfə çıxarır, mahlıcını bir tərəfə qalaqlayırdı. Ə. Vəliyev. 3.
Təkər bazası
Təkər bazası, təkər məsafəsi, təkər bucağı, təkər aralığı, təkər boşluğu, ox boşluğu, ox aralığı ox bazası, ox bucağı, ox məsafəsi kimi adlarla da adlandırılan ön təkər mərkəzi və arxa təkər mərkəzi arasındakı məsafəyə verilən addır. Təkər bazası sürətlənmə ilə təcillənmə və yavaşlama ilə əyləcləmə zamanı nəqliyyat vasitəsinin aktiv güc ötürülməsinə təsir edən əsas dəyişənlərdən biridir. Təkər bazası nəqliyyat vasitəsinin gövdə formasına və quruluşuna görə seçilir. Böyük (uzun) təkər bazası (ox) məsafəsi nəqliyyat vasitəsinin sabitliyinə və sürücülük xüsusiyyətlərinə müsbət təsir edən bir amildir. Böyük (uzun) təkər bazası (ox) məsafəsi sürücünün yüksək rahatlığını təmin edir. Böyük (uzun) ox (ox) məsafəsi nəqliyyat vasitəsinin sərnişin kabinəsinin geniş olmasına görə oxlara düşən yükün təsirini minimallaşdırır. Kiçik (qısa) təkər bazası (ox) məsafəsi, nəqliyyat vasitəsinin sallanma meylini azaldır və yumşaq nəmləndirmə ilə asqı quraşdırmağı daha asanlaşdırır. Kiçik dönmə diametrləri olan nəqliyyat vasitələrinin təkərləri daha asan dönə bilir. 1-ci sinif nəqliyyat vasitələri: təkər bazası 3.20 metrdən aşağı (təkər bazası) olan nəqliyyat vasitələri. (motosiklet, avtomobil, pikap yük maşını, mikroavtobus, torpaq yollarda hərəkət etmək üçün xüsusi olaraq nəzərdə tutulan nəqliyyat vasitəsi və s.) 2-ci sinif nəqliyyat vasitələri: təkər bazası (ox bazası) 3.20 metr və daha çox olan istənilən 2 oxlu nəqliyyat vasitəsi.
Təkər üstündə qəlyanaltı (film, 1984)
Təkərlər üzərində qəlyanaltı (ing. Wheels on Meals, kantonca: Kwai tsan tseh, 快餐車) — Ceki Çanın iştirakı ilə Honqkonqda çəkilən filmlərindən biridir. Film 1988-ci ildə döyüş-komediya janrında çəkilmişdir. Filmdə məşhur kikboksçu Benni Urkides çəkilmişdir. == Məzmun == Filmdəki hadisələr İspaniyada XX əsrin 1980-cı illərində baş verir. Tomas və Devid adlı əmioğlular Barselonada şəxsi mikroavtobuslarında çayxanada işləyirlər. Onlar bir gün Silviya adında qızı xilas edirlər və evlərinə gətirirlər. Sabahısı gün qız evdəki pulları götürərək qaçır. Mobi adında bəxtigətirməyən detektiv onlara Silviyanı tapmaq üçün müraciət edir. Lakin qardaşlar ondan imtina edirlər.
Təkərli
Təkərli — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 17 km məsafədə, Alagöz dağının ətəyində, Abaran çayının sağ qolu üzərində yerləşir. 1590-cı ildə tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim təkəli türk etnonimi əsasında əmələ gəlmişdir. Təkəli qızılbaşlar tayfasından birinin adıdır. F. Sümər təkəli tayfasım oğuzların dülqədirli elindən olduğunu göstərir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nın 19.
Təkərləmələr
Təkərləmələr — türk folklor janrı. == Nəzəriyyəsi == Bizim nağıllarımızın başlanğıcında söylənilən «pişrov» və ya «müqəddimə» adlanan məzəli ifadələrə, yanıllmaclara və uşaq folklorundakı sanamalara, düzgülərə Türkiyənin xalq ədəbiyyatında «təkərləmə» deyilir. Təkərləmələr təkcə lirik şifahi xalq ədəbiyyatının deyil, eyni zamanda, epik növün də bir şəklidir. Nağıllarda, xalq teatrlarının tamaşalarında çox işlənir. Saz şairləri-aşıqların da çoxlu təkərləmələri vardır. Aşıqlar bəzən bir-birləri ilə təkərləmələrlə deyişirlər. İpə-sapa yatmayan, mənalı-mənasız söz yığınından ibarət olan təkərləmələr dinləyiciləri əyləndirmək, onların diqqətini cəlb etmək məqsədi daşıyır. Təkərləmələri söyləyənlər yerinə görə əl-qol hərəkətləri, mimikaları ilə danışdıqlarını daha təsirli çatdırmağa çalışırlar.Təkərləmələrə Güney Anadoluda «sayıştırma», Şərqi Anadoluda «döşeme» deyənler də vardır. Xalqın şifahi biçimdə meydana gətirib yaşatdığı bu folklor örnəkləri uşaqların tərbiyə olunmasında da, şübhəsiz, əhəmiyyətli rol oynamışdır. Uşaqların nitq inkişafı, söz ehtiyatının artırılması üçün bu folklor janrının mühüm önəmi onların belə söz və ifadələri layiqincə tələffüz etməyi bacarmaları, qüsursuz danışmaq vərdişlərinə yiyələnmələri ilə bağlıdır.
Təkərlər üzərində qəlyanaltı (film, 1984)
Təkərlər üzərində qəlyanaltı (ing. Wheels on Meals, kantonca: Kwai tsan tseh, 快餐車) — Ceki Çanın iştirakı ilə Honqkonqda çəkilən filmlərindən biridir. Film 1988-ci ildə döyüş-komediya janrında çəkilmişdir. Filmdə məşhur kikboksçu Benni Urkides çəkilmişdir. == Məzmun == Filmdəki hadisələr İspaniyada XX əsrin 1980-cı illərində baş verir. Tomas və Devid adlı əmioğlular Barselonada şəxsi mikroavtobuslarında çayxanada işləyirlər. Onlar bir gün Silviya adında qızı xilas edirlər və evlərinə gətirirlər. Sabahısı gün qız evdəki pulları götürərək qaçır. Mobi adında bəxtigətirməyən detektiv onlara Silviyanı tapmaq üçün müraciət edir. Lakin qardaşlar ondan imtina edirlər.
Təkəsaqqal öküzboğan
Təkəsaqqal öküzboğan (lat. Bupleurum scorzonerifolium) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin öküzboğan cinsinə aid bitki növü.
Təkəsaqqalı
Təkəsaqqalı (lat. Scorzonera) — mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Təkəçaya
Təkəçaya — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Heç bir Azərbaycan saytında bu adla qeyd olunmadığından bu kəndin ad dəyişikliyinə məruz qaldığı və ya artıq mövcud olmadığı ehtimal edilir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmiş, 2020-ci ildə imzalanmış Dağlıq Qarabağ atəşkəs bəyənatına əsasən 25 noyabr 2020-ci ildə Kəlbəcər rayonunun digər məntəqələri ilə birlikdə işğaldan azad edilmişdir.
Təkəçi
Təkəçi (Pərsabad) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. Təkəçi (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Təkəçi (Germi)
Təkəçi (fars. تكه چي‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 39 nəfər yaşayır (7 ailə).
Təkəçi (Pərsabad)
Təkəçi (fars. تكه چي‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 962 nəfər yaşayır (186 ailə).

Digər lüğətlərdə