Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Təkəbbürlü Tarkvini
Təkəbbürlü Lusi Tarkvini və ya II Tarkvini (lat. Lucius Tarquinius Superbus e. ə. 534— e. ə. 509) — Roma krallığının yeddinci və sonuncu kralı. Xüsusi qəddarlığı ilə seçilən Lusi Tarkvini Superb devrilərək Romadan qovulmuşdur. Onun və oğlanlarının özbaşınalıqları cəmiyyəti onlara qarşı çıxartmış, hətta Senat onlardan üz döndərmişdir. Təkəbbürlü Tarkvininin üçüncü və kiçik oğlu Sekst Tarkvini tərəfindən kəramətli və fəzilətli romalı qadın Lukresiyanın zorlamasından sonra onun olanları ərinə söyləməsi və intihar etməsi cəmiyyətin səbir kasasını dolduran son damla olmuşdur. Qohumları Lusi Yuni Brut və Publi Valeri Publikola Lukresiyanın cəsədini foruma çıxardaraq romalıları kralı devirməyə və respublika elan etməyə çağırmışlar.
Təşəbbüs (şahmat)
Təşəbbüs — Şahmat termini Rəqibin fiqurlarını və imkanlarını təhlükəyə almaq üçün göstərilmiş fəallıq.
Bakı Təşəbbüs Qrupu
Bakı Təşəbbüs Qrupu və ya qısaca BTQ – Fransa müstəmləkəçiliyinə qarşı mübarizə aparmaq məqsədilə yaradılmış təşkilat. Qrupun icraçı direktoru Abbas Abbasovdur. == Tarixi == Bakı Təşəbbüs Qrupunun yaradılması barədə qərar 6 iyul 2023-cü ildə Qoşulmama Hərəkatının Əlaqələndirmə Ofisinin Nazirlər Toplantısı çərçivəsində Bakıda keçirilmiş dəyirmi masa zamanı verilmişdir. Tədbir zamanı Martinika, Qayana, Yeni Kaledoniya, Fransız Polineziyası, Uollis və Futuna, Solomon adalarının nümayəndələri çıxış etmişdirlər. Təşkilatın ofisi 21 oktyabr 2023-cü ildə Bakıda yerləşən "Winter Park Plaza"da açılmışdır. == Fəaliyyət == Qrupun məqsədi müstəmləkəçilikdə olan dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verməkdir. 22 sentyabr 2023-cü ildə qrup tərəfindən BMT-də "Dekolonizasiya: Sakit inqilab" mövzusunda konfrans keçirmişdir. 20 oktyabr 2023-cü ildə qrupun təşəbbüsü ilə 14 ölkənin, Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərin, həmçinin Korsikanın təmsilçilərinin iştirak etdiyi "Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik" adlı beynəlxalq konfrans baş tutmuşdur. 21 noyabr 2023-cü ildə Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf" mövzusunda konfrans keçirilmişdir. 20 iyun 2024-cü ildə qrupun təşəbbüsü ilə BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında "Müstəqilliyə və fundamental azadlıqlara doğru: Müstəmləkəçiliyə son qoyulmasında C24 Komitəsinin rolu" adlı beynəlxalq konfrans keçirilmişdir.
SSRİ-də insan hüquqlarının müdafiəsi üzrə təşəbbüs qrupu
SSRİ-də insan hüquqlarının müdafiəsi üzrə təşəbbüs qrupu (rus. Инициати́вная гру́ппа по защи́те прав челове́ка в СССР) ― SSRİ insan hüquqları hərəkatının ilk sivil təşkilatı. 1969-cu ildə 15 dissident tərəfindən yaradılmış bu icazəsiz qrup altı ildən artıq müddət ərzində Sovet İttifaqında insan hüquqlarının pozulması ilə bağlı sovet dissidentləri üçün ictimai platforma kimi fəaliyyət göstərib.:291 Qrupun əsas işi sui-istifadə hallarının sənədləşdirilməsi və müraciətlərin hazırlanmasından ibarət olmuşdur. Məktublar SSRİ-də insanların məhkumluqlarına görə təqib edilməsi, xüsusən də, cəza psixiatriyasının tətbiqi və siyasi məhbuslar haqqında idi. Təşkilatın BMT-nin İnsan Hüquqları Komissiyası kimi beynəlxalq təşkilatlara müraciətlər yönəldirdir ki, bu da o dövrün dissident hərəkatları üçün qeyri-adi bir hal idi. Təşəbbüs Qrupunun sənədləri samizdat vasitəsi ilə yayılır və qərb mətbuatı tərəfindən nəşr olunur, həmçinin, Azadlıq Radiosu, BBC Dünya Xidməti və Deutsche Welle kimi radio stansiyaları vasitəsi ilə yayımlanırdı. Qrup üzvlərinin əksəriyyəti təzyiqlərə və təqiblərə məruz qalmışdır: onlar və ailə üzvləri işlərini itirmiş, həbs olunmuş və azalıqdan məhrum edilmiş və ya Sovet İttifaqını həmişəlik tərk etməyə təşviq edilmişdirlər. 1979-cu ilə qədər qrupun bütün qurucu üzvləri həbsdə, daxili sürgündə və ya xaricdə yaşayırdılar. Bu təşəbbüs qrupu bir çox funksiyanı icra edən müxtəlif dissident təşkilatlar, habelə, Andrey Saxarovun insan hüquqları komitəsi, Moskva Helsinki qrupu və Psixiatriyadan sui-istifadənin arşadırılması üzrə komissiya üçün xəbərçi və model rolunu oynamışdır.:55;76 1968-ci ilin sonlarında filoloq və Latviyada kolxoz sədri olan İvan Yaximoviç Kommunist Partiyasına məktub yazaraq həbs edilmiş samizdat müəllifləri Yuri Qalanskov və Aleksandr Ginzburqun taleyi ilə bağlı narahatlığını ifadə edib. :24 Yaximoviçin bu məktubu geniş şəkildə ictimailəşdirildikdən sonra o, Kommunist Partiyasından xaric edilib, həbs edilib və daha sonra məhkəməsiz psixiatriya xəstəxanasına yerləşdirilib.:24 1969-cu ilin aprelində keçmiş general və dissident Pyotr Qriqorenko öz mənzilində dissident yoldaşları ilə görüşüb və rəsmi olaraq “İvan Yaximoviçi müdafiə komitəsi” yaratmağı təklif edib.
Təpəbur (Tikantəpə)
Təpəbur (fars. تپه بور‎) — İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 328 nəfər yaşayır (64 ailə).