□ Təqdim etmək – 1) vermək üçün əlində tutaraq birinin (adətən böyük və ya hörmətli bir şəxsin) qabağına gətirmək, vermək.
2) tanış etmək. İşə yeni qəbul olunanları bir-bir sex müdirinə təqdim etdilər. – Teymur bəy ev sahibəsini və qızını müsafirlərə təqdim etdi. Çəmənzəminli;
3) elmi şura, iclas və s.-nin müzakirəsinə, təsdiqinə vermək. Dissertasiya işini müdafiəyə təqdim etmək.