Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kəramət
Kəramət – xariqüladə hadisə olub, ruhi paklıq, batini saflıq və Allaha yaxınlıq sayəsində baş verir. Bəzən haqqın təntənəsi və ucalığı haqqında yaranan qeyri-adi hallara kəramət deyilir. Kəramət dedikdə fövqəladə şeylər nəzərdə tutulur. Bu fövqəladəlik bir peyğımbərdə olduğu halda möcüzə, vəlilərdə, seyidlərdə və s. olduğu halda isə kəramət adlanır. Peyğəmbərdə vəhylə həyata keçirildiyi üçün möcüzə, vəlilərdə ilhamla gerçəkləşdiyi üçün kəramətdir. Kəramət əsla peyğəmbərlik iddiasında olmayan şəxsə aiddir.
Təbabət
Tibb (Ərəbcə: طب ) — insan sağlamlığını qorumaq və möhkəmləndirmək üçün müxtəlif xəstəlikləri və patoloji vəziyyətləri öyrənən, insan orqanizmində normal və patoloji proseslərin tədqiqatı üzrə elmi və praktik fəaliyyət sahəsidir. Elmi və praktiki fəaliyyətin bir istiqaməti olub, xəstə və sağlam insanların orqanizmində gedən prosesləri öyrənir, onların sağlamlığını qoruyur və xəstəliklərin müalicə üsullarını işləyib hazırlayır.
Təriqət
Təriqət — Hakim dindən ayrılmış dini icma, islam məsləklərindən, məzhəblərindən hər biri.
Tərəvəz
Tərəvəz - insan tərəfindən şirəli hissələrinə görə yetişdirilən və qidada istifadə olunan birillik, ikiillik və çoxillik ot bitkisidir. == Əsas qruplar == Tərəvəz əslində bitkinin qida məhsulu kimi istifadə olunan hissəsidir. Bununla əlaqədar olaraq tərəvəz bitkiləri 10 əsas qrupa bölünür: meyvəli soğanaqlı köküyumrulu meyvəköklü yarpaqlı gövdəmeyvəli kökümsovlu gövdəyarpaqlı (kormofit) zoğlu çiçəkliMeyvəli - tərəvəz bitkilərində qida üçün yetişmiş və kal meyvələr istifadə olunur. Bu qrupa pomidor, bibər, badımcan, qabaq, xiyar, göy qabaq, qarpız, yemiş, paxla, noxud, lobya (maş), qarğıdalı aiddir. Soğanaqlılarda - qida üçün soğanaq və ya göy yarpaqlar işlədilir. Onlara baş soğan, batun soğan kəvər soğan, şnit soğanı, sarımsaq aiddir. Meyvəköklülərə - dağ turpu, ağ turp, qırmızı turp, şalğam, çuğundur, kök, cəfəri, cır havuç, kərəviz aiddir. Yarpaqlı tərəvəzlərə - kahı, ispanaq, yarpaqlı cəfəri və kərəviz aiddir. Gövdəmeyvəlilərə - daş kələm aiddir. Kökümsovlulara - qıtığotu aiddir.
Bəraət
Bəraət sözü müxtəlif mənalara gəlir, ən çox işlənən mənası isə xas olan “günahlarımıza görə bəraət qazanmaq”, “istiğfar olunmaq”, “bağışlanmaq” kimi qəbul edilir.
Sərvət
== Sərvət anlayışı == Gündəlik həyatda sərvət ifadəsi daha çox bir şəxsə və ya ailəyə məxsus olan böyük miqdarda pul dəyəri kimi xarakterizə edilir. İqtisadiyyatda isə bu çox fərqlidir. İqtisadiyyatda sərvət anlayışı ilə 1 manatlıq dəyər də sərvət olaraq xarakterizə edilər.
Azərbaycanda təbabət
Azərbaycanda təbabət — Azərbaycanda xalq və elmi təbabətinin inkişafıdır. == Tarixi == Azərbaycanın Çalağantəpə yaşayış yerində aparılmış arxeoloji qazıntılar nəticəsində, e.ə. IV minilliyə aid və üzərində trepanasiya əməliyyatının izlərini daşıyan insan kəlləsi aşkar olunmuşdur. E.ə. VIII—IV əsrlərdə Azərbaycanın qədim əraziləri olan Manna və Midiya dövlətlərində tibb Assuriya və Babilistan tibbinin təsiri altında inkişaf edirdi. Atropatena və Qafqaz Albaniyası dövlətlərində tibb nəzəriyyəsi qədim Zərdüştilikdən gələn və yunanlar tərəfindən mənimsənilmiş dörd unsur (od, su, torpaq və hava) nəzəriyyəsinə əsaslanırdı. Hippokrat və Qalenin əsərləri və ümumiyyətlə qədim Yunan tibbi Ellinizm dövründə (e.ə. IV əsrdən sonra) yayılmağa başladı. Miladın IV əsrindən etibarən türkəçarə adlanan türk təbabəti (şamançılıq, cərrahiyyə, cadu və təbii dərman vasitələri ilə müalicə) daha geniş yayılmağa başladı. Həkimlərə türkcə qam (şaman), yaxud otaçı (otlarla müalicə edən həkim), dərmana isə ota deyirdilər.
Firuz Səxavət
Firuz Əmirxan oğlu Məmmədov (Firuz Səxavət) (23 avqust 1972, Gülablı, Ağdam rayonu) — xanəndə, muğam ustası, Azərbaycan Respublikasının əməkdar artisti (2005). Məşhur xanəndə Səxavət Məmmədovun qardaşıdır. == Həyatı == Firuz (Fehruz) Əmirxan oğlu Məmmədov 1972-ci il avqust ayının 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olmuşdur. 1979–1990-cı illərdə Ağdam Abdal-Gülablı kənd məktəbində orta təhsil almışdır. 1985–1990-cı illərdə ilk musiqi təhsiliniXan Şuşinskinin adını daşıyan Ağdam musiqi məktəbində almışdır. İlk müəllimi, Qarabağ xanəndəlik məktəbinin ənənələrini qoruyub yaşadan, zənginləşdirən və bu gün də yeni gələn xanəndələr nəslinin təlim – tərbiyəsində əməyini əsirgəməyən Əlisəfa Hüseynov olmuşdur. 1984–1985-ci illərdə "Qarabağ bülbülləri" ansamblında fəaliyyət göstərmişdir. 1990–1992-ci illərdə Hərbi xidmət keçmişdir. 1994–1998-ci illərdə Azərbaycan Milli Konservatoriyasında professor Arif Babayevin sinfində ali təhsil almışdır. 2000-ci ildən Xətai rayonu 25 saylı musiqi məktəbində pedaqoji fəaliyyətə başlamışdır.
Kök (tərəvəz)
Kəramət Böyükçöl
Kəramət Böyükçöl (doğum adıyla: Kəramət Qəşəm oğlu Nəcəfov; 17 oktyabr 1987, Əliqullar, İmişli rayonu) — Azərbaycan yazıçısı, publisist. == Həyatı və fəaliyyəti == Kəramət Böyükçöl 17 oktyabr 1987-ci ildə İmişli rayonunun Əliqulular kəndində anadan olub. Səbail rayonu 51 saylı orta məktəbini bitirib. 2007–2011-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib.2010-cu ildə Azərbaycan Yazıçılar Birliyinə üzv olmuşdur. 11 noyabr 2015-ci ildə Azərbaycan Yazıçılar Birliyinin üzvlüyündən kənarlaşdırılıb.7 oktyabr 2021-ci ildə Bakı Şəhər Narkoloji Dispanserə yerləşdirilib. 26 oktyabrda 2021-ci ildə buraxılıb. == Düşüncələri == Böyükçöl sazı "cahillik aləti" adlandırıb və meyxana kimi bir şey olduğunu bildirib. == Şəxsi həyatı == 1 oğlan və 1 qız övladı var.Azərbaycan şairi və publisist Qəşəm Nəcəfzadənin oğludur. == Əsərləri == "Çöl", Bakı, 2010. "Səkkizinci gün", Bakı, "Qanun", 240 səh.
Kəramət Hüseynov
Karamat Huseynov (30 avqust 1998, Bakı) — 60 kq çəki dərəcəsində çıxış edən azərbaycanlı cüdoçu. Cüdo üzrə Azərbaycan milli komandasının üzvü. 2021-ci ildə Portuqaliyanın Lissabon şəhərində keçirilən cüdo üzrə 2021 Avropa çempionatında kişilər arasında -60 kq çəki dərəcəsində bürünc medallardan birini qazanıb. == Həyatı == 2008-ci ildə Kəramət Hüseynov gənclər arasında Bakı çempionu olub və 16 yaşında Azərbaycan çempionatının qalibi olub. 2014-cü ildə Portuqaliyanın Koimbra şəhərində keçirilən Gənclər arasında Avropa Kubokunda qızıl medal, Polşanın Bielsko-Biala şəhərində keçirilən analoji turnirdə bürünc medal qazanıb. Kəramət Hüseynov 2015-ci ildə Tbilisidə keçirilən Avropa Gənclər Olimpiya Festivalında gümüş medal qazanıb. 2017-ci ildə Zaqrebdə keçirilən gənclər arasında dünya çempionatında gümüş medal qazanıb. Həmin il Hüseynov 2017-ci ildə Mariborda yeniyetmələr arasında Avropa çempionu və Podqoritsada 23 yaşadək cüdoçular arasında Avropa çempionatında bürünc medal qazanıb. O, 2018-ci ildə Saarbrükendə bürünc medal qazanıb. 2018-ci ildə Orenburqda keçirilən Avropa Kubokunda gümüş medal qazanıb.
Meyari-təriqət
Meyari-təriqət - bu əsər Seyid Yəhya Bakuvinin yazdırdığı təriqət ədəbidir. Əsər haqqında bizə məlumat verən Ömər Fuadi əsəri bizə aşağıdakı kimi təqdim edir: "Seyid Yəhya Bakıda xalqı irşad edərkən Anadoluda irşada qabil bir çoxlarının olduğuna vaqif olub, eli-lədun və mərifətullahın orada qüvvət tapacağını, onların vasitəsi ilə bir çox insanın irşad olunacağını Allahın feyzi və ilhamı ilə bildirmişdir. O, olduğu yerdən durub, Anadoluya doğru üzünü tutmuş və oranın irşadı üçün dua etmişdir. Anadoludan gəln bir çox kimsə ona mürid olmuşdur." Şeyx Şaban Vəlinin söylədiyi bir rəvayətdə qırxadək elmi təbəqədən olan şəxsin Anadoludan gələrək, Seyid Yəhyanın təriqətinə daxil olduqları bildirilir. Bu qırx alim-dərviş Seyid Yəhyanın icazəsi ilə hədis kitablarını araşdırmış, sünnə, müstəhab və ədəbə dair xüsusiyyətləri müəyyənləşdirib ,Meyari-təriqət adı ilə dərvişlərin riayət edəcəkləri qaydalara dair bir əsər yazmışlar. Tədqiqatçılar qeyd edirlər ki ,ehtimal ki, bu yazlan təriqətnamə ərəb dilində olmuşdur. Sonradan sufi böyükləri tərəfindən türkcəyə tərcümə edilərək oxudulmuşdur. Hələlik məlum olan isə Seyid Yəhyanın yazdırdığı adı keçən "Meyar" silsiləsində ilk dəfə Ömər Fuadı tərəfindən türk dilinə tərcümə edilmişdir. Meyarii-təriqətin əlyazma nüsxəsi Süleymaniyyə kitabxanası,Əsəd əf.,25418-dədir.
Seyran Səxavət
Xanlarov Seyran Əsgər oğlu — yazıçı, şair, nasir, tərcüməçi, 1980-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Seyran Səxavət 1946-cı il martın 23-də Füzuli rayonunun (keçmiş Qarabulax rayonu) Yağlıvənd kəndində anadan olmuşdur. Həmin kənddə orta məktəbi bitirdikdən sonra Natəvan adına Füzuli şəhər məktəbində direktorun köməkçisi vəzifəsində işləmişdir (1962-1964). Sonra ADU-nun şərqşünaslıq fakültəsində təhsil almışdır (1964-1970). Sovet Ordusu sıralarında əsgəri xidmət zamanı SSRİ Müdafiə Nazirliyində tərcüməçi olmuşdur (1970-1972). "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında xüsusi müxbir, ədəbi işçi kimi çalışmış, sonra iki il İranda tərcüməçi işləmişdir (1974-1976). Yenidən Bakıda "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi kimi fəaliyyət göstərmişdir (1976-1981). Sonra "Ulduz" jurnalı redaksiyasında nəsr şöbəsinin müdiri işləmişdir (1981-1991). Bədii yaradıcılığa 1962-ci ildən dövri mətbuatda çap etdirdiyi şeir, hekayə və publisist yazıları ilə başlamışdır. Həmin vaxtdan mərkəzi və respublika mətbuatı səhifələrində müntəzəm çıxış edir.
Səxavət Abbasov
Səxavət Rizvan oğlu Abbasov (25 aprel 2000, Xırdalan – 20 oktyabr 2020, Ərgünəş, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. ==== Həyatı ==== Abbasov Səxavət Rizvan oğlu 25 aprel 2000-ci ildə Xırdalan şəhərində dünyaya gəlib. Səxavət evin tək övladı idi. Orta təhsilini Xırdalan şəhər 1 nömrəli tam orta məktəbdə alıb. Güləşin yunan-roma növü ilə məşqul olan Səxavət həmdə musiqi bacarıqı ilə yadda qalıb. O dostları arasında şən zarafatçıl biri kimi tanınardı. Məktəbi bitirdikdən sonra hərbi xidmətə yola düşüb. ==== Hərbi Xidmət ==== Tovuz rayonunda N saylı hərbi hissədə xidmət göstərib ==== Qəhrəmanlıq hekayəsi ==== Abşeron rayonu, Xırdalan şəhər sakini, 20 yaşlı Səxavət Abbasov müharibə başlayanda könüllü olaraq cəbhəyə yola düşüb. Döyüşlərdə qorxmazlığı ilə seçilib və düşmənlə mübarizədə həmişə öndə olub. Anası ilə danışanda "məndən nigaran qalmayın, Vətən borcunu verib qayıdacağam" deyib.
Səxavət Baxışov
Səxavət Məmməd oğlu Baxışov (3 aprel 1979, Tüntül, Qutqaşen rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. == Haqqında == 3 aprel 1979-cu ildə Qəbələ rayonu Tüntül kəndində anadan olmuşdur.1994-cü ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olmuşdur və 1997-ci ildə oranı bitirərək, elə həmin ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşdur. 2001-ci ildə Hərbi məktəbi "Tankçı" ixtasısı üzrə bitirmişdir. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Səxavət Baxışova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.
Səxavət Hacıyev
Hacıyev Səxavət Əbi oğlu (d.01.12.1966-v.25.01.1993) — == Həyatı == Hacıyev Səxavət Əbi oğlu (01.12.1966–25.01.1993) Lerik rayonunun Rvarud kəndində anadan olmuşdur. 1974–1984-cü illərdə Rvarud kənd orta məktəbində oxumuşdur. 1984-cü ildə Bakı Politexnik Texnukumuna daxil olmuşdur.1984-cü ilin noyabrından 1986-cı ilin noyabrına qədər Həqiqi Hərbi xidmətdə olmuşdur. Səxavət hərbi xidmətdən sonra texnikumda oxudu və 1989-cu ildə oranı bitirmişdir. == Səxavət Zirvəsinin döyüş yolları == Erməni dığaları Moskvanın köməyi ilə Azərbaycan torpaqlarında yeni-yeni qəddarlıqlar törədirlər. Xocalı faciəsi bunların ən dəhşətlisi idi. Səxavət heç cür özünə yer tapa bilmirdi. O, 1992-ci ilin fevralın sonuncu günundə Bakıda Hərbi Qərargaha yollandı və könüllü olaraq Qarabağa getdi. Səxavətin ilk döyüş yeri qədim və əzəmətli Şüşa şəhəri oldu. Cəsur igid burda neçə-neçə döyüşdə fərqləndi, döyüş dostlarını mübarizəyə ruhlandırdı.
Səxavət Həsənov
Səxavət Həsənov (tam adı: Səxavət Alim oğlu Həsənov; 13 noyabr 1994, Gəncə – 3 noyabr 2020, Laçın rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səxavət Həsənov Alim oğlu 13 noyabr 1994-cü ildə Azərbaycan Respublikasının Gəncə şəhərində anadan olmuşdur. Orta təhsilini Gəncə şəhər Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbdə almışdır. Məktəbi bitirdikdən sonra, müddətli hərbi xidmətə yollanmışdır. Hərbi xidmətini "N" saylı hərbi hava qüvvələrində nümünəvi əsgər kimi başa vurmuşdur. Uşaqlıqdan idmana böyük marağı olan Səxavətin, xidmətdə olduğu müddətdə daş qaldırma üzrə 1-ci yerə layiq görülərək, fəxri fərmanla təltif olunmuşdur. Səxavət Həsənov xidməti bitirdikdən sonra, müxtəlif yerlərdə, Gəncə Mallda mühafizəçi işləməyə başlamışdır. == Hərbi xidməti == Səxəvət Həsənov Alim oğlu 2020-ci ilin sentyabr ayında Gəncə şəhər Kəpəz rayon şöbəsinə könüllü olaraq müraciət edib və sentyabrın 23-də hərbi təlimlərə yollanıb. 27 sentyabr 2020-ci il tarixində İkinci Qarabağ müharibəsinin başlamasıyla, Səxavət Həsənov ordu sıralarına qatılmışdır və müxtəlif istiqamətlərdə döyüşərək böyük şücaət göstərmişdir. Ən son 3 noyabr 2020-ci il tarixində Laçın rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmışdır.
Səxavət Məhərrəmov
Səxavət Məhərrəmov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == 5 dekabr 1973-cü ildə Qərbi Azərbaycanın Şörəyel mahalında Amasiya rayonunun Qaraçanta kəndində anadan olmuşdur. 1988-ci illərdə erməni faşistləri Azərbaycanlıları buradan deportasiya edərkən Səxavət Məhərrəmovun ailəsi 11 dekarda 1988-ci il tarixində Gümrü-Dilican-Qazax yolu erməni seperatçı quldur dəstələri tərəfindən Dövlət səviyyəsində Azəri Türklərinin kecidinə bağlandigından,Qar-Axan dag silsiləsinin,Qar-Axac dağ aşırımını keçərək Gürcüstanın Marneuli rayonunun Daştəpə kəndinə köç etmiş, 21 dekabr 1988-ci ildə isə daha münasib, Gürcüstanın Caqareco rayonunun Düzəyrəm kəndinə pənah aparmışlar.Səxavət Məhərrəmov Düzəyrəm kənd orta məktəbində 6 ay təhsilini davam etdirmişdir.1989-cu ilin iyun ayının 22-də ailəsi ilə birlikdə Qaradağ rayonunun Lökbatan qəsəbəsində daimi məskunlaşmışlar. Səxavət 1991-cı ildə burada 106 saylı məktəbi bitirir. Milli Azadlıq Hərəkatının fəal üzvlərindən biri olur. O, şer yazardı, musiqiyə, şerə həvəsi sonsuz idi. == Döyüşlərdə iştirakı == 1992-ci il 27 iyun Ağdərənin Kiçik Qarabəy (keçmiş Möhrətağ) kəndi uğrunda qanlı döyüşlər gedirdi onlarla erməni yarqlısı məhv edildikdən sonra bölmə geri dönərkən meşədə mühasirəyə düşür, Səxavət 19 yaşında canından əziz tutduğu vətən uğrunda qəhrəmancasına həlak oldu. == Milli Qəhrəman == Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 saylı fərmanı ilə Məhərrəmov Səxavət Ələmdar oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib. Lökbatan qəsəbəsindəki 106 saylı məktəbə qəhrəmanımızın adı verilib, burada büstü qoyulub.
Səxavət Məmmədov
Səxavət Əmirxan oğlu Məmmədov (23 oktyabr 1953, Gülablı, Ağdam rayonu – 30 sentyabr 1991, Azərbaycan) — Azərbaycan xanəndəsi. == Həyatı == Səxavət Məmmədov 1953-cü il oktyabr ayının 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olmuşdur. Səxavətin də səsi "Segah"a yatımlı idi, ruhu "Segah"a bağlı idi. Oxuduğu mahnıların əksəriyyəti məhz "Segah" ladındadır. "Ay Bəri Bax", "Uca Dağlar", "Yar Bizə Qonaq Gələcək", "Ay Çiçək", "Sarı Bülbül" "Sona Bülbüllər" və s. 1971-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumununa daxil olan Səxavət ustad xanəndə, xalq artisti Hacıbaba Hüseynovdan muğamın sirlərini öyrənir. 1976-cı ildə "Hümayun" xalq ansmblının solisti olur. 1983–88-ci illərdə Dövlət İncəsənət İnstitutunda təhsil alan Səxavət Məmmədov Azərbaycan muğamını bir çox ölkələrdə təmsil edir. Yaratdığı “Qarabağ” instrumental ansamblı isə xanəndənin şah əsərlərindən biri kimi bu gün də yaşayır. “Qarabağ” instrumental ansamblı Qarabağ hadisələrinin ilk illərində yarandı.
Səxavət Nur
Nurullayev Səxavət Xudabaxış oğlu (25 yanvar 1979, Quba) — radio və televiziya aparıcısı, aktyor. == Həyatı == Səxavət Nur (Səxavət Nurullayev) 25 yanvar 1979-cu ildə Qubada anadan olub.1996-cı ildə Bakıda 109 saylı orta məktəbi bitirib. 2000-ci ildə Təfəkkür universitetinin Hüquq fakültəsindən məzun olub. 1999-cu ildə Burç fm radiosunda dj fəaliyətinə başlayıb. 2001-ci ildə STV (indiki Xəzər TV) telekanalında ilk dəfə teleaparıcılığa başlayıb. Bir müddət "Kokteyl" musiqili-əyləncəli verilişin aparıcısı olub. 2003-cü ildə Lider TV-də yayımlanan "Teletime" intellektual-əyləncəli verilişinə dəvət olunub və 2007-ci ilin may ayına qədər Burç FM-də radioaparıcılıqla yanaşı, "Teletime"-ın aparıcısı olub. 2007-2009-cu illərdə AzTV-nin "Səhər" verilişinin, eləcə də 2007-ci ildə AzTV-də yayımlanan "Muğam Televiziya Müsabiqəsi"-nin aparıcısı olub. Bir sıra kütləvi tədbirlərin və bayramların aparıcılığını edib. 2009-cu ildə Bakıda keçirilən "Beynəlxalq muğam Festivalı"-nın aparıcılarından biri olub.
Səxavət Quliyev
Səxavət Quliyev (20 Yanvar şəhidi) — 20 Yanvar şəhidi. Səxavət Quliyev (şəhid) — I Qarabağ müharibəsi şəhidi.
Səxavət Sahil
Səxavət Sahil (1 yanvar 1982) — azərbaycanlı yazıçı, şair; Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü. == Həyat və fəaliyyəti == Səxavət Sahil 1982-ci il yanvarın 1-də anadan olub. 1999–2003-cü illərdə Azərbaycan Dövlət Neft Akademiyasında ali təhsil alıb. 2003–2004-cü illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçib. 2005-ci ildə Bakıdakı Niderland Jurnalistika Məktəbini bitirib. 2000–2006-cı illərdə "Gün" qəzetində çalışıb. 2006–2010-cu illər ərzində "Azad Azarbaycan" Televiziyasının Xəbərlər departamentində müxbir işləyib. 2010–2014-cü illərdə "Azad Azarbaycan" televiziyasında "Atvxeber.az" xəbər saytının rəhbəri olub. 2012–2014-cü illərdə Bakı Slavyan Universitetinin "Yaradıcılıq fakültəsi"ndə təhsil alıb. 2012-ci ildə yaratdığı "Avanqard.net" mədəniyyət portalının qurucusu və baş redaktorudur.
Səxavət Səttarov
Səxavət Qüdrət oğlu Səttarov (15 iyun 2001, Artupa, Astara rayonu – 6 noyabr 2020, Xocavənd rayonu) ― Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səxavət Səttarov 15 iyun 2001-ci il Astara rayonunun Artupa kəndində anadan olmuşdur. == Hərbi xidməti == 2019-cu il iyul ayında həqiqi hərbi xidmətə çağırılıb. === İkinci Qarabağ mühairbəsində iştirakı === Azərbaycan Ordusunun əsgəri olan Səxavət Səttarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. 6 noyabr 2020-ci ildə Xocavənd rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur . 18 noyabr 2020-ci ildə Artupa kəndində dəfn edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə.25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Səxavət Talıbzadə
Səxavət Zeyniş oğlu Talıbzadə (1 yanvar 1998; Qaracalar, Saatlı, Azərbaycan — 3 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAHHXHQ əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səxavət Talıbzadə 1998-ci il yanvarın 1-i Salyan rayonunda anadan olmuşdur. Saatlı rayonunun Qaracalar kəndində doğulub. Ailədə bir bacı, iki qardaş olublar. 2014-cü ildə Saatlı rayonu Qaracalar kənd tam orta məktəbini bitirdikdən sonra Azərbaycan Dənizçilik Kollecinə daxil olub. 2016-cı ildə hərbi xidmətə çağırılıb və hərbi xidməti başa vurduqdan sonra 2018-ci ildə MAHHXHQ kimi xidmətini davam etdirmişdir. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Səxavət Talıbzadə Suqovuşan və Murov doyüşlərində iştirak edib. 3 oktyabr 2020-ci ildə Suqovuşanda şəhid olub. Salyanda dəfn edilmişdir.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səxavət Talıbzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Səxavət Talıbzadə ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səxavət Talıbzadə ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Ceyhun Talıbzadə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
Səxavət İsmayılov
Səxavət Sabir oğlu İsmayılov (19 avqust 1997; Dünyamalılar, Beyləqan rayonu, Azərbaycan — 7 oktyabr 2020; Cəbrayıl, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səxavət İsmayılov 19 avqust 1997-ci ildə Beyləqan rayonunun Dünyamalılar kəndində Sabir İsmayılovun ailəsində anadan olmuşdur. 2003-2014-cü illərdə orta təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Səxavət İsmayılov 2015-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, Naxçıvanda yerləşən "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. 2017-ci ildə hərbi xidmətdən tərxis olunmuşdur. 2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamışdır. Səxavət İsmayılov da səfərbər olunmuş, hərbi təlim toplantılarına çağırılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Səxavət İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü atıcı olaraq iştirak etmişdir.
Malika Şeravat
Malika Şeravat (Hindcə:मल्लिका शेरावत) əsil adı:Reema Lambha; d. 24 oktyabr 1981, Rohtak, Haryana, Hindistan), Hind model və aktrisa. Ləqəbi "Bollivudun öpüşən kraliçası"dır.