Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Təranə Abbasova
Təranə Abbasova (13 yanvar 1967) — Azərbaycanı təmsil edən ağır atlet. == Həyatı == Təranə Abbasova 1967-ci il yanvarın 13-də anadan olub. == Karyerası == Təranə Abbasova Azərbaycanı 2000-ci ildə Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə Təranə Abbasova final mərhələsində 165.0 Kq. nəticə göstərdi və olimpiadanı 10-cu pillədə başa vurdu.
Təranə Haşımova
Təranə Haşimova (tam adıː Haşimova Təranə Əzim qızı) — Fəlsəfə doktoru, dosent, şairə. == Həyatı və Təhsili == Bakı şəhərində doğulmuşdur. Bakı şəhəri 182 saylı orta məktəbin, Bakı Dövlət Universitetinin məzunudur. Məzun olaraq Azərbaycan Milli Elmlər Akademiyasının Milli Münasibətlər İnstitutu "Türk xalqlarının tarixi, ədəbi-mədəni əlaqələri" bölməsində fəaliyyət göstərmiş, 2007-ci ildən Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda "XX əsrdə Azərbaycan poeziyasının Mərkəzi Asiya xalqlarının şeirinə təsiri" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Azərbaycan Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun "Türk Filolojisi" bölməsində, eyni zamanda Dillər Universitetində müəllim kimi fəaliyyət göstərir. == Elmi Yaradıcılığı == Azərbaycan-Mərkəzi Asiya ədəbi əlaqələrindən bəhs olunan "Poeziya Körpüsü" adlı elmi, "Ruhların görüşəndə", "Kamalımın nuru" bədii kitabların müəllifidir. 60-dan-dan çox elmi ve publisistik məqalələri Azərbaycan və digər ölkələrdə çap olunmuşdur. Ədəbi, elmi uğurları ilə əlaqədar Azərbaycan Dövlət Televiziyasında ədəbi verilişlər hazırlanmışdır. Dəfələrlə Azərbaycan, Türkiyə Respublikalarında, İran İslam Respublikasında, Qırğızıstan, Türkmənistan respublikalarında keçirilən konfrans və simpoziumlarda müxtəlif mövzularda məruzələr etmişdir. "Türkmən şairi Məhtimqulu Fəraqinin ictimai-siyasi mövzulu şeirlərində yaşadığı dövrün əksi", "Mustafa Kamal Atatürkün Azərbaycanda öyrənilməsi", "Azərbaycanın istiqlal şairi Xəlil Rza Ulutürkün yaradıcılığında türk dünyasının azadlıq eşqi" və digər elmi məruzələrlə çıxış etmiş, maraqla qarşılanmış, mükafatlar qazanmışdır.
Təranə Muradova
Muradova Təranə Hüseyn qızı (6 avqust 1965, Bakı) — Azərbaycan və dünya xalqları rəqslərinin mahir ifaçısı,baletmeyster.Azərbaycan Respublikasının xalq artisti (1998),Azərbaycanın Respublikası Prezidentinin fərdi təqaüdçüsü. Bakı Xoreoqrafiya Akademiyasının prorektoru. == Həyatı == Muradova Təranə Hüseyn qızı 1965-ci ildə Bakı şəhərində anadan olub. Bakı Xoreoqrafiya Məktəbini (1974-1983), Azərbaycan Dövlət İncəsənət Universitetini (1991-1995), Rusiya Dövlət Sosial Universitetində isə hüquqşunaslıq ixtisası üzrə təhsil alıb (2004-2008). 1982-ci ildən Azərbaycan Dövlət Rəqs Ansamblında ifaçı-rəqqasə, 1985-ci ildən solist, 1995 ildən 2016-cı ilə kimi isə həm də ansamblın baletmeysteri kimi çalışmışdır. 2000-2015-ci illərdə Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının xoreoqrafiya şöbəsinin müdiri vəzifəsində çalışıb. 26 dekabr 2016-cı ildə Bakı Xoreoqrafiya Akademiyasına xarici əlaqələr üzrə prorektor vəzifəsinə təyin olunub. Hazırda həmin vəzifədə fəaliyyət göstərir. Eyni zamanda Azərbaycanda uşaq, yeniyetmə və gənc rəqs ansamblarının yaranmasında, fəaliyyətində yaxından iştirak edib. Belə ki, "Səyyah" uşaq rəqs ansamblının və "Odlar Yurdu" rəqs ansamblının həm direktoru həm də bədii rəhbəridir.
Təranə Muxtarova
Muxtarova Təranə Sərdar qızı — publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1982). == Həyatı == Təranə Muxtarova 1955-ci il sentyabrın 25-də Ağcabədi rayonunda anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra 1972-1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil almışdır. Əmək fəaliyyətinə 1977-ci ildə təyinatla göndərildiyi "Şuşa" qəzetində müxbir kimi başlamışdır. Qarabağ hadisələri başlanarkən ilk etiraz səsini ucaldan jurnalistlərdən olmuşdur (1991). "Respublika" qəzetində müxbir vəzifəsində çalışmışdır (1996). Həsən bəy Zərdabi adına mükafatın ilk laureatlarından biridir (1989). Xan qızı Natəvan adına mükafata layiq görülmüşdür (1996). == Əsərləri == 1.Şuşa harayı. Bakı: Azərnəşr, 1996, 203 səh.
Təranə Məmmədova
Təranə Məmmədova (tam adı: Məmmədova Təranə Aslan qızı; 9 sentyabr, 1963, Bakı) — AMEA-nın akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu direktorunun elmi işlər üzrə müavini, texnika elmləri doktoru. == Həyatı == Təranə Məmmmədova 9 sentyabr 1963-cü ildə Bakı şəhərində anadan olub. 1971–1981-ci illərdə Bakı şəhəri 39 saylı orta məktəbdə təhsil alıb. 1981-ci ildə Mixail Lomonosov adına Moskva Zərif Kimya Texnologiyası İnstitutunun polimerlər sintezi fakültəsinə daxil olub, 1987-ci ildə isə bitirib. 1987-ci ildə AMEA-nın Neft Kimya Prosesləri İnstitutunun "Katalitik krekinq və piroliz" laboratoriyasına mühəndis-texnoloq vəzifəsinə işə qəbul olunub. 1988-ci ildən 1992-ci ilə qədər həmin laboratoriyada dissertant olub. 1992-ci ildə "Seolit tərkibli katalizatorlar üzərində ikinci emal benzin fraksiyalarının metanolla aşağı temperaturda birbaşa kontaktı yolu ilə yaxşılaşdırılmasının tədqiqi" mövzusu üzrə namizədlik dissertasiyasını müdafiə edərək, texnika elmləri namizədi elmi adını alıb. 1993-cü ildən 1997-ci ilə qədər həmin laboratoriyada kiçik elmi işçi vəzifəsində işləyib. 1997–2002 illərdə elmi işçi, 2002–2007-ci illərdə isə böyük elmi işçi vəzifəsində çalışıb.
Təranə Quliyeva
Təranə Arif qızı Quliyeva (25 iyun 1974, Naxçıvan) — Naxçıvan Muxtar Respublikası Baş nazirinin sabiq müavini == Həyatı == Təranə Quliyeva 25 iyun 1974-cü ildə Naxçıvan şəhərində ziyalı ailəsində anadan olub. O, Naxçıvanın tanınmış ziyalılarından, görkəmli musiqiçi, Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi Arif Quliyevin qızıdır. == Təhsili == Təranə Quliyeva 1984-cü ildə Naxçıvan şəhər 3 nömrəli rus dili təmayüllü orta məktəbi bitirib. O, 1982–1988-ci illərdə Naxçıvan şəhər 1 nömrəli uşaq musiqi məktəbində təhsil alıb. 1989-cu ildə Üzeyir Hacıbəyov adına Naxçıvan Musiqi Texnikumuna (İndiki Musiqi Kolleci) qəbul olunub, 1993-cü ildə həmin texnikumu "Fortepiano" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1993–1997-ci illərdə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında təhsilini davam etdirib. Həmin akademiyada "Musiqişünaslıq" ixtisası üzrə təhsil alıb. 2006-cı ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət və bələdiyyə idarəetməsi" ixtisasını fərqlənmə diplomu ilə bitirib. == Fəaliyyəti == Təranə Quliyeva əmək fəaliyyətinə 1991-ci ildə müəllim kimi başlayıb. Əvvəlcə Naxçıvan şəhər uşaq incəsənət və musiqi məktəbində, 1993-cü ildən isə Naxçıvan Musiqi Kollecində müəllim kimi fəaliyyət göstərib.
Təranə Bayramova
Təranə Eyvaz qızı Bayramova (15 fevral 1972, Bakı) — Azərbaycan alimi, həkim-cərrah, mama-ginekoloq, tibb üzrə fəlsəfə doktoru (2015), Mərkəzi Gömrük Hospitalı Mama-ginekologiya şöbəsinin rəisi (2012), Gömrük Tibb Xidməti Polkovnik-leytenantı (2023). == Həyatı == Təranə Bayramova 15 fevral 1972-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1979-cu ildə Nəriman Nərimanov rayonunda yerləşən 82 saylı orta pilot məktəbinin birinci sinfinə getmişdir, 1987–1988-ci illərdə fizika, kimya fənləri üzrə keçirilən şəhər olimpiadasında I yeri tutmuşdur. 1989-cu ildə orta məktəbi bitirmişdir.1989-cu ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun I Müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 1995-ci ildə fakültəni əla qiymətlərlə müalicə işi ixtisası üzrə bitirmişdir. Azərbaycan Səhiyyə Nazirliyinin göndərişi ilə, azad təyinatla mamalıq-ginekologiya ixtisası üzrə Türkiyə Respublikasına ezam olunmuşdur. 1995–2000-ci illərdə Ankara Başkent Universiteti və Dr. Zekai Tahir Burak Qadın Sağlamlığı və Araşdırma Xəstəxanasının Qadın xəstəlikləri və Doğum kafedrasında mamalıq-ginekologiya ixtisasına (mütəxəssislik) yiyələnmişdir. 1998–1999-cu illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Şəhər Onkoloji dispanserində onkoloji ginekologiya şöbəsində internatura keçərək, onkoginekoloq ixtisası almışdır. 1999-cu ilin fevral ayından etibarən Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu "Ana, Döl, Uşaq Sağlamlığının mühafizəsi" şöbəsində kiçik elmi işçi, həkim mama-ginekoloq vəzifəsinə təyin olunmuşdur.
Səadət təranələri (film, 1980)
== Məzmun == Film Respublika Pionerlər Sarayının məşhur "Cücələrim" ansamblının fəaliyyətinə, ölkəmizdə və xaricdə uğurla çıxışlarına həsr olunmuşdur.
Xalq təranələri (film)
== Məzmun == Film-konsertdə "İrs" Folklor Ansamblı, Dövlət Mahnı və Rəqs Ansamblı, Baba Mirzəyev, Səkinə İsmayılova, Mələkxanım Əyyubova və s. çıxış edirlər.
Tərsanə
Tərsanə və ya verf — gəmilərin tikintisi və ya təmiri üçün yer və ya müəssisə. Sovet dövründə bu cür müəssisələr üçün "gəmiqayırma zavodu" adından istifadə olunurdu. O, gəmilərin və gəmilərin tikintisi, konvertasiyası, modernləşdirilməsi, təmiri və utilizasiyası üzrə ixtisaslaşmışdır. == Etimologiyası == Tərsanə sözü Azərbaycan dilinə italyan dilindəki "tersaná" sözündən keçmişdir, bu söz isə öz növbəsində ərəb dilində "darüssəna" (ərəb. دَار اَلصِّنَاعَة‎‎, mənası – "sənaye evi") sözündən yaranmışdır. Verf sözü Niderland dilindəki "werf" sözündən keçmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Альфред Генрихович Нюберг. Верфь // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб..
Məranə (Sərdəşt)
Məranə (fars. مرانه‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 84 nəfər yaşayır (14 ailə).
Turanə Ağayeva
Turanə Ağayeva (28 fevral 1996) — Azərbaycanlı para-cüdoçu. Turanə Ağayeva, 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. == Karyerası == Turanə Ağayeva 2017-ci ildə Azərbaycan bayrağı altında IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. -70 kiloqram çəki dərəcəsində o, 1/2 final mərhələsində Türkiyə idmançısı Aytən Özyuruku 001:000 hesabı ilə məğlub etdi və həlledici, final görüşünə vəsiqə qazandı. Finalda görüşündə isə Turanə Ağayeva, Azərbaycan cüdoçusu Ramilə Kaştayevaya 000:011 hesabı ilə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
Təraqə (Bükan)
Təraqə (fars. طراقه‎) - İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 101 nəfər yaşayır (18 ailə).
Təran (Sərab)
Təran (fars. طاران‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 369 nəfər yaşayır (94 ailə).
Berane
Berane (mont. Беране/Berane) - Monteneqroda şəhər. Monteneqroda şəhər. Eyniadlı bələdiyyənin mərkəzidir. Əhalisi 11.776 nəfərdir.
Sent-Terans
Sent-Terans (fr. Sainte-Thérence) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Marsiyya-an-Kombray kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03261. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 203 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 121 yaşda olan (15-64 yaş arasında) 92 nəfər iqtisadi cəhətdən, 29 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 76.0%, 1999-cu ildə 71.7%). Fəal olan 92 nəfərdən 83 nəfəri (49 kişi və 34 qadın), 9 nəfər işsiz (2 kişi və 7 qadın) idi. 29 hərəkətsiz 9 nəfər arasında şagird və ya tələbə, 10 nəfər - təqaüdçü, 10 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Vicia terana
Yem noxudu, Əkin lərgəsi (lat. Vicia sativa) – lərgə cinsinə aid bitki növü. == Sinonim == Vicia alba Moench Vicia bacla Moench Vicia bobartii E. Forster Vicia communis Rouy Vicia cornigera St.-Amans Vicia cornigera Chaub. Vicia cosentini Guss. Vicia cuneata Gren. & Godr. Vicia erythosperma Rchb. Vicia glabra Schleich. Vicia globosa Retz. Vicia intermedia Viv.
Fərqanə
Fərqanə (özb. Farg'ona [Фарғона]) — Özbəkistanda şəhər. Şərqi Özbəkistanda Fərqanə vadisində yerləşir. Qırğızıstan və Tacikistan sərhədlərindədir. Əhalisi 182,800 nəfərdir (1999). 420 km qərbində Daşkənd, 75 km şərqində Əndican şəhərləri var. Böyük İskəndərin çatdığı ən son bölgə olduğu təxmin edilir. Mahmud Qaşqarlı, Türk dilinin ən əski və dəyərli sözlüklerinden Divanu Lügati't-Türkdə; "Oğuzlarla Oğuzlara uyanlara görə "kənd", Türklərin böyük bir qisminə görə "şəhər" deməkdir. Bundan alınaraq "Fərqanə" qəsəbəsinə "Özkənd" adı verilmişdir, "kəndimizin şəhəri" deməkdir." və burada "الا Ala" "Fərqanəyə yaxın bir yaylaq adı." Ala adında bir yayla olduğunundan söz eder. Bejshu'nun Çinə Kronik üçüncü bölümündə (VII. yüz il başlarında) Fərqanə, Boxan adı ilə tanınır.
Gərənə
Gərənə — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Gərənə Bərdə r-nunun Güloğlular inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir. Əsl adı Qaranüydür. Gərənə bu adın təhrif forması hesab olunur.Oykonim "qara" (burada "sıx" mənasındadır) və "nüy" (Azərb. dilinin dialektlərində "çaysahili meşəlik" deməkdir) sözlərindən düzəlib, "çaysahili sıx meşəlik" mənasındadır. XIX əsrin məlumatlarına görə əkin və bağ üçün təmizlənmiş meşə yeri də yerli əhali arasında nüy adlanırdı. == İqtisadiyyatı == Uzun müddət qaz şəbəkəsi olmayan Gərənə kəndinə 2011-ci ildə qaz xətti çəkilmiş və həmin ilin noyabr ayında kəndə təbii qaz verilməsinə başlanmışdır.
Kuranə
Kuranə (Urmiya)
Mərağə
Marağa — İranın Şərqi Azərbaycan ostanında şəhər. Təbrizdən 130 kilometr cənub-şərqdə yerləşir. Marağa bağ-bağatı, meyvəsi, xüsusilə üzüm, doşab və kişmişi ilə məş­hurdur. Şəhər, meyvəsindən əlavə, taxılı və gözəl mərməri ilə də böyük şöhrət qazanmışdır.Həmçinin Marağa öz qədim Marağa rəsədxanası və bütün Azərbaycanda tanınan Marağa sabunuyla məşhurdur. == Etimologiyası == Bir çox mütəxəssis indiki Marağanı qədim tarixi qaynaqlarda adı çəkilmiş, Atropatenada yerləşən Vera şəhəriylə, habelə Fraata, Prasana, Fraaspa, Fraspa, Əfrahrud (rud farsca çay deməkdir) kimi toponimlərlə əlaqələndirir. Bəzi qaynaqlara görə, "Marağa" sözünün mənası "otlaq yeri" deməkdir. Marağa şəhərinin adını ərəb dilində "otlamaq" mənasındakı "mərəğə" sözüylə əlaqələndirib, bu adın "otlaq, at bəslənən yer" demək olduğunu qeyd edirlər. Lakin çox güman ki indiki Marağa toponimi ilə bağlı olan qədim toponimlərin (Fraata, Fraaspa, və s.) Azərbaycan ərazisinə ərəb xilafətinin axınlarının başlamasından xeyli əvvəl mövcud olduqları nəzərə alındıqda, bunun gerçək olması ehtimalı az olur. == Tarixi == Strabonun yazdığına görə, Atropatena hökmdarlarının yay iqamətgahı olan Qazaka və qış iqamətgahı olan Vera adlı iki paytaxt şəhərləri olmuşdur. Strabon qeyd edir ki, Araz çayından Vera şəhərinə məsafə 2400 stad (1 stad 184 metrə bərabərdir) olmuşdur.
Pərvanə
Pərvanə — qadın adı; təxəllüs.
Tərcan
Tərcan — Ərzincanın 9 ilçəsindən biridir. İlçədə üç şəhər, yetmiş iki kənd və on yeddi məhəllə var. == Tarixçə == Ərzuruma bağlı olan ilçə, 11 may 1938-ci ildə qəbul edilmiş 3383 saylı qanunla Ərzincanın tabeçiliyə verildi. == Əhali == 2016-cı ilin məlumatına görə ilçədə 17.367 insan yaşayır.
Tərlan
Tərlan — Azərbaycanda daha çox işlədilən kişi və qadın adı. Tərlan Əliyarbəyov — sovet hərbi xadimi. Tərlan Göyçəli — Aşıq Pəri Məclisinin üzvü Tərlan Musayeva — Sosialist Əməyi Qəhrəmanı; Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı. Tərlan Əhmədov — azərbaycanlı futbol mütəxəssisi Haşım Tərlan — şair. Tərlan Fərzullayev — Aktyor. Koordinator.
Tərəcə
Tərəcə— XIX-XX əsrlərdə və indi də Azərbaycanın baramaçılıqla məşğul olan kəndlərində ipəkqurdu bəsləmək üçün xüsusi təsərrüfat qurğusu. Kümxanada, quraşdırılır. Kümxana (dəyə) nin içərisində 3-4 qatda tərəcə düzəldilir, burada baramaqurdu bəsləyirdilər.
Morten Trane Brünnix
Morten Trane Brünnix (dan. Morten Thrane Brünnich30 sentyabr 1737, Kopenhagen – 19 sentyabr 1827, Kopenhagen) — Danimarka zooloqu və mineraloqu. == İşləri == Prodromus insectologiæ Siælandicæ. Kopenhagen 1761. Die natürliche Historie des Eider-Vogels. Kopenhagen 1763. Eder-Fuglens Beskrivelse. Kopenhagen 1763. Tillæg til Eder-Fuglens Beskrivelse. Kopenhagen 1763.
Vicia sativa subsp. terana
Yem noxudu, Əkin lərgəsi (lat. Vicia sativa) – lərgə cinsinə aid bitki növü. == Sinonim == Vicia alba Moench Vicia bacla Moench Vicia bobartii E. Forster Vicia communis Rouy Vicia cornigera St.-Amans Vicia cornigera Chaub. Vicia cosentini Guss. Vicia cuneata Gren. & Godr. Vicia erythosperma Rchb. Vicia glabra Schleich. Vicia globosa Retz. Vicia intermedia Viv.
Tirana
Tirana (alb. Tiranë) - Albaniyanın paytaxtı. Tirana Adriatik dənizindən 40 km aralıda İşemi və Erzeni çaylarının vadisində yeləşir. Əsası 1614-cü ildə Süleyman Paşa Bardini tərəfindən qoyulmuşdur. Etimoloqlara görə "Tirana" adının mənşəyi etrus xalq etnoniminin latın forması olan "Tirren" sözü ilə bağlıdır. Başqa mülahizəyə görə şəhər Süleyman Bardini tərəfindən Tehranın şərəfinə -Tiqran adlandırılmışdır. 1920-cil fevralın 9-dan rəsmi paytaxt statusu almışdır. Paytaxt Tirana əvvəllər kiçik bir qəsəbə idi, hazırda isə ölkənin ən böyük şəhərlərindən biridir. Paytaxt Tirananın 750 min nəfər əhalisi var. İsgəndər Bəy meydanı şəhərin ən böyük və məşhur meydanlarından biridir.
Xəramə
Xəramə- İranın Fars ostanının şəhərlərindən və Xəramə şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 21,683 nəfər və 5,189 ailədən ibarət idi.
Zərənə
Zərənə — İranın İlam ostanının Eyvan şəhristanının Zərənə bəxşində şəhər və onun mərkəzi. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 2,909 nəfər və 605 ailədən ibarət idi.
Çəqanə
Çəqanə - kamanla çalınan dördsimli çalğı alətidir. == Tarixçə == XIX əsrin sonlarına kimi Azərbaycan ərazisində mövcud olmuşdur. XIX əsrin birinci yarısında Azərbaycanda olmuş rəssam Q.Qaqarin "Şamaxı rəqqasələri" tablosunda çəqanənin təsvirini vermişdir. Qətran Təbrizinin, İmadəddin Nəsiminin, Seyid Əzim Şirvaninin və bir çox klassiklərin əsərlərində də bu alət haqqında məlumat vardır. Bu alət 2000-ci ildə Şotlandiyanın Edinburq şəhərində kamanla ifa edilən simli musiqi alətlərinin tarixinə həsr olunmuş simpoziumda iştirakçıların marağına səbəb olmuşdur. == Söz açımı == Türkiyəli alim B. Ögel çoxdilli "Türk kültür tarihine giriş" kitabında musiqişünas alim Radlofa istinadən "çağanə" sözünün "çanaq" sözündən yarandığını bildirir. Azərbaycanlı musiqişünas Abbasqulu Nəcəfzadəyə görə isə, "çağa" kökündən törəyib "çağanə" sözü "çağa kimi, çağasayağı, çağa kimi çağlayan" anlamına gələ bilər. Təsadüfi deyil ki, Üzeyir Hacıbəyov çəqanəyə qohum alət olan kamançanın səsini də insan səsinə bənzədir. == Quruluşu == Alət armudşəkilli çanaqdan, qol və kəllədən ibarətdir. Çəqanənin uzunsov çanağı doqquz hissədən ibarət olub, yığma üsulu ilə qoz, səndəl və ya fıstıq ağacından hazırlanır.
Do Bəralə
Do Bəralə (fars. دوبراله‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 203 nəfər yaşayır (53 ailə).
Morane
Morane (fr. Morane) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). == Coğrafiya == Atollun sahəsi 2 km²-dir. Daxilində laqun vardır. Manqareva atollundan 110 km məsafədə yerləşir. == İnzibati bölgüsü == İnzibati baxımından Qambe kommunasına daxildir. == Əhali == 2007-ci il məlumatına görə adada yaşayış yoxdur.
Tehran
Tehran (fars. تهران‎) – İranın paytaxtı. Sahəsi 1.500 kv.km, əhalisinin sayı 2006–cı ildə aparılmış rəsmi siyahıya almanın nəticələrinə əsasən 7.088.287 nəfərdir. Tehranı ilkin olaraq, Qacar sülaləsinin ilk nümayəndəsi Ağa Məhəmməd şah Qacar İran üçün paytaxt seçmişdir. Onun sonuncu paytaxt tarixi 1796-ci ildən başlayır. Buna kimi ölkənin paytaxtı İsfahan, sonra Qəzvin, Şiraz və Həmədan olmuşdur.
Teramo
Teramo — İtaliyanın Abruttso regionunda şəhər.