Fatimə təsbihatı
Fatimə təsbihatı — şiələrə görə hər namazdan sonra deyilməsi müstəhəb olan dua.
== Demək sifarişi ==
Fatimənin təsbihatı belə deyilir
34-dəfə:Allahu Əkbər (ərəb. ٱللَّٰهُ أَكْبَرُ)
33-dəfə:Əlhəmdulillah (ərəb. ٱلْحَمْدُ لِلَّٰهِ)
33-dəfə:Sübhənəllah (ərəb. سُبْحَانَ ٱللَّٰهِ)
== Tasbihat deyilməsinin şərtləri ==
Hz. Zəhranın (s) təsbihini deməyin şərtləri vardır:
Hər şeydən əvvəl, sayısı nə azaldılmalı, nə də artırılmalıdır. Yəni sıra və sayı belə olmalıdır: "Allahu Əkbər" əvvəl 34 dəfə, sonra 33 dəfə "əl-Həmdulillah" və son olaraq 33 dəfə "Subhanallah" deyilməlidir. Buna görə də, müstəhəb bir iş olsa belə, sayında heç bir dəyişiklik olmadan olduğu kimi söylənilməlidir.
İkincisi: zikir ürəkdən deyilməlidir.
Üçüncüsü: təsbeh namazdan dərhal sonra olmalıdır.