Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ən yaxşı xarici film üzrə Oskar mükafatına təqdim edilən Azərbaycan filmləri
Azərbaycan 2007-ci ildən bəri "Ən yaxşı xarici film üzrə Oskar mükafatı"na öz filmlərini təqdim edir. Bu mükafat əsasən ingilis dili daxil olmayan dialoqlardan təşkil olunmuş bədii filmlərə verilir. 2021-ci il etibarilə 8 Azərbaycan filmi "Ən yaxşı xarici film" üçün təqdim edilib, ancaq heç biri Oskara namizəd ola bilməyib. == Təqdimatlar == 2006-cı ilin yayında Azərbaycan Kino Sənətləri və Elmləri Akademiyası tərəfindən "Ən yaxşı xarici film" kateqoriyasında film təqdim etmək üçün dəvət edildi. və Azərbaycan 2007-ci ilin payızında ilk dəfə mükafat üçün film təqdim etdi.
Pərdis
Pərdis (fars. پرديس‎‎) — İranda şəhər, Tehran ostanının Pərdis şəhristanının inzibati. Tehran şəhərinin 42 km şərqindədir. 2006-cı il əhalinin siyahıyaalınmasına əsasən, şəhərin əhalisi 25,360 nəfər və 7,228 ailədən ibarət idi.
Təcnis
Təcnis — daha çox aşıq poeziyasında yayılmış şeir şəkillərindən biri. Məzmununa görə təcnislər əsasən lirik xarakterlidir. Aşıq poeziyası ilə bir sırada yazılı ədəbiyyatda da ara-sıra təcnis nümunələrinə təsadüf olunur. Təcnisin özünəməxsus xüsusiyyəti, adından göründüyü kimi, burada qafiyələrin cinas üzərində qurulması ilə bağlıdır. Qafiyələnmə sistemi qoşma və gəraylıda olduğu kimidir. XIX əsr el sənətkarlarından biri Şəmkirli Aşıq Hüseynin təcnislərindən biri: Azərbaycan aşıq poeziyasında təcnislərin meydana çıxmasında ilk pillə rolunu cinas bayatılar oynamışlar. Digər tərəfdən, Azərbaycan dilinin ifadə imkanlarının genişliyi, onun ahəngdarlığı və musiqililiyi təcnis poetik formasının digər türkdilli xalqların ədəbiyyatı ilə müqayisədə Azərbaycanda daha geniş yayılmasına təkan vermişdir. Əlbəttə, cinas sözlərin zəruriliyi təcnisdə müəyyən formalizm ünsürlərinin meydana çıxma təhlükəsini yaradır. Lakin ustad sənətkarların təcnislərində bu cəhət qətiyyən nəzərə çarpmır. Burada sözlə fikrin, məna ilə məzmunun üzvi qaynağı yaranır.
Tədqiq
Tədqiq – bir şeyi və ya onun xüsusiyyətlərini öyrənmək, müəyyənləşdirmək məqsədilə dəqiq elmi araşdırma; tədqiqat. == Tədqiqat metodu == Tədqiqat metodları aşağıdakılardır: yeni biliklərin əldə edilməsi üçün köhnə biliklərin tətbiqi üsulu; elmi faktların əldə edilməsi vasitəsi; məhsula münasibət, motivasiya amili və i.a. barədə mövcud və potensial alıcılarla söhbətləşmə yolu ilə ilkin tədqiqat məlumatlarının toplanmasının ən geniş yayılmış üsulu. == Tədqiqat mövzusu == Tədqiqat mövzusu – müəyyən nöqteyi-nəzərdən tədqiqat obyekti hədlərində olan bir şey. == Tədqiqat obyekti == Tədqiqat obyekti – öyrənilmək üçün seçilmiş, problem situasiyanı yaradan proses və ya hadisə. == Tədqiqatçı == Tədqiqatçı – bir şeyi tədqiq etməklə, dərindən öyrənməklə məşğul olan, tədqiqat aparan adam, alim. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s.
Tədris
Tədris termini aşağıdakı mənalarda istifadə oluna bilər: təlim; dərs vermə; dərs oxuma, təhsil alma, dərs keçmə. Məsələn, ali məktəbdə xarici dillərin tədrisi, tədris planı.Tədris fənni – təhsil müəssisələrində öyrənilmək üçün elmin, texnikanın, incəsənətin, istehsalat fəaliyyətinin müəyyən sahəsindən seçilmiş bilik, bacarıq və vərdişlər sistemi. Tədris institutları – elm və mədəniyyətin müxtəlif sahələri üçün ali ixtisas təhsilli mütəxəssis, elmi və pedaqoji kadrlar hazırlayan ali təhsil müəssisələri. Tədris planı – hər hansı tədris müəssisəsində öyrənilən tədris fənnlərinin tərkibini və vaxtını müəyyənləşdirən, bunları illik və bütün təhsil müddəti üçün bölüşdürən sənəd. Tədris proqramı – hər hansı tədris fənni üzrə təhsilin əsas məzmununu, şagirdlərin mənimsəyəcəkləri zəruri bilik, vərdiş və bacarığın həcmini müəyyənləşdirən, həmçinin bölmə və mövzuların məzmununu tədris ili üzrə bölüşdürən sənəd. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s.
Təndir
Təndir — istilənmək üçün istifadə edilən bir növ manqal. Yerə çuxur qazılaraq edilən xüsusi bir sobaya da dandır deyilir. Təndirdə manqal kömürü, odun kimi yanacaqlar istifadə edilər. Ümumiyyətlə burada çörək bişirilər və ət qızardılar. == Təndirqoyma == Təndir üçün lazım olan sarı torpaq qəzil, saman, at qılı və s. qarışdırılıb əlavə olunandan sonra yaxşı-yaxşı hasil edilir, sonra təndirin badı (divarı) qoyulurdu. Təndirin dairəsi yuxarıya getdikcə kiçilir, badın qalınlığı, hamarlığı təndirqoyanın ustalığından asılı idi. Təndir qoyulub başa çatandan sonra o, yaxşı qurumalı idi. Təndirin çatlamaması, ovulmaması üçün onu üstüörtülü yerdə, çox vaxt sal daşların üstünə qoyurdular. Beləliklə, təndir nəmdən, yağışdan qorunurdu.
Təqlid
Təqlid — psixologiyada başqalarının hərəkət, əməl və işlərini təkrar etmək, yamsılamaq; bu zaman insanda rəftarın yeni formaları yaranır. Heyvanlarda təqlidin ibtidai formalarına təsadüf edilir. İnsanlarda təqlid keyfiyyətcə başqadır və xüsusi ilə uşaq yaşlarında yeni davranış formalarına yiyələnməkdə mühüm rol oynayır.
Təqvim
Təqvim — böyük vaxt intervallarının hesablanması sistemi. Əsasını göy cisimlərinin hərəkəti ilə əlaqədar olan dövri təbiət hadisələri təşkil edir. Müxtəlif təqvim növləri mövcuddur. == Təqvimdən istifadə == Miladdan 3000 il öncə şumerlər bir gecə-gündüzü 24 saata, bir ili on iki aya bölürdülər. Ən qədim təqvim Ay təqvimi olmuşdur. Miladdan 2780 il öncə Misir kahinləri tərəfindən 365 gündən ibarət il təqvimi hazırlandı. Müasir dövrdə təqvimin daha geniş yayılmış növü Günəş təqvimidir. Ay təqvimi üzrə ilin uzunluğu 354 gecə-gündüzə bərabərdir. Ay təqvimi Günəş təqvimindən 11 gecə-gündüz qısadır. Vaxtın hesablanmasında daha çox müxtəliflik ilin başlanğıcını nə vaxtdan hesablamaqda olmuşdur.
Təxmis
Təxmis — şərq, o cümlədən Azərbaycan şeirində lirik janrın nisbətən az yayılan şəkillərindən biri.Müxəmməs kimi təxmis də 5 misradan ibarət şeirdir. Çox vaxt 5 bənddən ibarət olur. Bu bəndlərin 1, 2, 3-cü misralarını şeir müəllifinin özü yazır, 4 və 5-ci misralar isə başqa bir müəllifin şeirindən olduğu kimi götürülür və məzmunca özündən əvvəlki orijinal misralarla bağlanır. Bu forma XIX-XX əsrlərdə tədriclə aradan çıxmış, sovet dövründə isə demək olar ki, işlənməmişdir. == Ədəbiyyat == Ədəbiyyat (qəbul imtahanlarına hazırlaşanlar, yuxarı sinif şagirdləri və müəllimlər üçün vəsait), Bakı, TQDK, 2010. səh.
Hədis
Hədis dedikdə Məhəmməd peyğəmbər barəsində rəvayət edilən şey nəzərdə tutulur. Ümumiyyətlə, hədis Məhəmməd peyğəmbərin dediklərini, davranışlarını və ətrafında olanların hərəkətlərinə olan münasibətini ehtiva edən bir anlayışdır. == Tarixi == Müsəlmanlara görə İslam iki əsas sütunun – Qurani-Kərim və sünnənin əsasında duran sonuncu dindir. İslamın əsaslandığı ikinci sütundan – sünnədən – hədislərin tarixi haqqında. Doğrudur, bir çox alimlərə görə, Sünnə hədisdən daha geniş mənaya malikdir. Ancaq bunların arasında fərqin olmadığını düşünənlər də az deyildir. Hədis dedikdə Məhəmməd peyğəmbər barəsində rəvayət edilən şey nəzərdə tutulur. Ümumiyyətlə, hədis Məhəmməd peyğəmbərin dediklərini, davranışlarını və ətrafında olanların hərəkətlərinə olan münasibətini ehtiva edən bir anlayışdır. Bunun üçün hədisləri çox vaxt [əl-əhədis əl-qavliyyə] – ( Məhəmməd peyğəmbərin dediyi, sözlə ifadə etdiyi hədislər), [əl-əhədis əl-filiyyə] – (Məhəmməd peyğəmbərin davranışını, etdiyi işləri, əməlləri, hərəkətlərini ifadə edən hədislər) və [əl-əhədis ət-təqririyyə] – Məhəmməd peyğəmbərin ətrafında olan insanların davranışlarına, hərəkətlərinə, dediklərinə olan təqriredici münasibətini bildirən hədislər) deyə üç qismə ayırırlar. Bəzən Məhəmməd peyğəmbərin fitri xüsusiyyətlərini, əxlaqı xarakterini də hədis məfhumuna daxil edirlər.
Nəqdi
Nəqdi-i Ülya (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Nəqdi-i Süfla (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd.
Tədil
Tədil — Ərəb dilində "tərifləmək" mənasını verir. Ravinin ədalətli olduğuna hökm etməyə deyilir. Ravinin ədalət sahibi olduğunu hökmünü verənə isə muaddil deyilir. Ravinin ədalətli olmasını ifadə edən bir sıra terminlər vardır ki, onlara tədil ləfzləri deyilir. == İstinadlar == == Həmçinin bax == Hədis Siqə (termin) Səduq (termin) Mutqin (termin) == Xarici keçidlər == Hədis elmi. hadis.313news.net Arxivləşdirilib 2013-05-31 at the Wayback Machine (az.) Dini terminlər lüğəti.
Təqti
Təqti(ərəb. تقطع‎ fasilə, bölgü) və yaxud misradaxili bölgü misra daxilindəki fasilələrdir. Ritm bütün dillərdə qafiyə ilə yanaşı poeziyanın əsas və universal əlamətidir. Heca, əruz və müxtəlif xalqlarda olan ağ (sillabik) şeir də ritmə əsaslanır. Milli dillərdə poetik ritmin xüsusiyyətləri bu dillərin fonetik quruluşu, saitlərin və sonor samitlərin uzun ya qısa tələffüzünə əsaslanır. Türk dillərində ümumiyyətlə saitlər hamısı qısadır. Ona görə də türk dillərindəki heca vəzninin ritmikliyi misraların təqtilərə bölünməsindən yaranır. Heca təqtiləri. Təqtilər şeir misrasında daxili ritmin tərkib ünsürləridir. Heca vəznində təqti müəyyən sayda hecalardan sonra verilən durğulara (ritmik fasiləyə) əsaslanır.
Ayaqlı təcnis
Ayaqlı təcnis — aşıq poeziyasında forma etibarilə "təcnis müstəzad", "qoşma müstəzad" əsasında yaradılmış təcnis şeir formasının şəkillərindən biri. Əlamətlərinə görə ayaqlı qoşmanı xatırladır. Əsas fərq buradakı bəndlərin cinas qafiyədən qurulmasıdır. Ayaqlı təcnisin birinci bəndində 1-ci və 3-cü misralar sərbəst, 4-cü misranın yarımçıq hissəsi 2-ci misranın yerində işlənən hissə ilə həmqafiyə olur. Ayaqlı təcnis el aşıqları arasında "təcnis müstəzad" adı ilə də işlənilir. Çox çətin və eyni zamanda estetik baxımdan, poetik arxitektonikası etibarilə çox da maraqlı olan ayaqlı təcnis nadir təcnis şəklidir. Burada hər bəndin axırında 5-6 hecalı əlavə bir misra da işlənir. Təsadüfi deyildir ki, ustad Aşıq Ələsgərin yaradıcılığında yalnız bir ayaqlı təcnis nümunəsinə rast gəlinir. == İstinadlar == == Mənbə == Elçin. Seçilmiş əsərləri.
Cığalı təcnis
Cığalı təcnis – qoşma qəlibi üzərində yaradılan, lakin hər bəndin ikinci misrasından sonraya cığa kimi cinas bayatı əlavə olunan təcnis növü. Cığalı təcnis aşıq poeziyasının mürəkkəb və son dərəcə melodik şəkillərindən biridir. Təcnisin ilk iki misarasından sonra çığa gəlir. "Cığa" burada yaraşıq, bəzək mənasında işlədilir. Cığalı təcnisin uyğun bəndindəki ilk iki misra hansı cinasın üzərində qurulursa, oraya daxil edilən cığa-bayatı da həmin cinas üstündə olmalıdır. Cığa vəzifəsi yerinə yetirən cinas bayatı arasına daxil olduğu təcnis bəndinin məzmunu ilə yaxından səsləşməli, oradakı poetik qənaəti daha da qüvvətləndirməlidir. Cığa-bayatının qafiyələri də təcnisin qafiyələri kimi cinas olur. Əsas mətnlə cığa arasında qafiyə fərqi olsa da, məna, məzmun baxımından onlar bir-birini davam etdirir və tamamlayırlar. Bir sıra hallarda təcnislə cığanın qafiyələri də eyni olur. Məsələn: Azərbaycan aşıqları arasında cığalı təcnislərə daha çox Aşıq Alının, Aşıq Ələsgərin, Həsən Xəyallının, Sərraf Şiruyənin yaradıcılığında rast gəlinir.
Dodaqdəyməz təcnis
Dodaqdəyməz (türk. Ləbdəyməz) — aşıq şeiri şəkli. Təcnisin əsas növlərindən biridir. Əsasən, qoşma formasında olur.Dodaqdəyməzin başlıca xüsusiyyəti şeirdə qoşa dodaq samitləri (m, b, p), bəzən isə diş və dodaq samitləri (z, v, f) olan sözlərin işlədilməməsidir. Belə şeirlərin qoşulması çətin olduğundan bu formaya az müraciət edilir. Dodaqdəyməzdə süni kəlmələrdən, təhrif olunmuş ifadələrdən istifadə edilməməlidir. Dodaqdəyməz yüksək sənətkarlıq nümunəsi hesab edilir. Aşıq Ələsgərin "A yağa-yağa", "Çata-çat", "Nə yaxşı-yaxşı", "Ay eylər qıj-qıj" və s. şeirləri dodaqdəyməzin ən gözəl nümunələrindəndir. == Ay eylər qıj-qıj == == İstinadlar == == Mənbə == ASE, III cild.
Google Təqvim
Google Təqvim (ing. Google Calendar) — 13 aprel 2006-cı ildə Google şirkəti tərəfindən istifadəyə verilən və internet istifadəçilərinə təqvim xidmətləri göstərən xidmətdir. İnternet istifadəçilərinin bu xidmətdən faydalana bilmələri üçün "Google"da qeydiyyatdan keçmələri lazımdır. Təqvimə əlavə olunan bir hadisənin vaxtı gəldiyində ya da bir müddət əvvəlindən e-poçt ya da sms-lə istifadəçiləri xəbərdar edilir.
Hicri təqvim
Hicri-qəməri təqvim (Azərbaycanda, İranda və Əfqanıstanda); Hicri təqvim, İslam təqvimi, Müsəlman təqvimi (başqa ölkələrdə); (ərəb. الـتـقـويم الـهـجـري‎, at-таqvimə-l-hiсri). Ay səhifələrinin dəyişməsi nəticəsində yaranan 12 dənə 29, yaxud 30 günlük aydan ibarətdir. Adi illərdə günlərin sayı 354, uzun illərdə isə 355-dir. Ərəbistanda İslam dininin meydana çıxmasına qədər hər biri ay səhifələrinin dəyişməsinə əsaslanan 12, yaxud 13 aydan ibarət 24 illik təqvim stilindən istifadə olunurdu. Bu stildə 15 il 12 aydan, 9 il isə 13 aydan ibarət idi. Lakin Məhəmməd peyğəmbər tərəfindən 13-cü aylar ləğv edildi. Əsas isə Quranın bu ayəsi idi: إِنَّ عِدَّةَ الشُّهُورِ عِندَ اللّهِ اثْنَا عَشَرَ شَهْراً فِي كِتَابِ اللّهِ يَوْمَ خَلَقَ السَّمَاوَات وَالأَرْضَ مِنْهَا أَرْبَعَةٌ حُرُمٌ (Həqiqətən, Allah yanında, Allah kitabında ayların sayı göyləri və yeri yaratdığı gündən on iki aydır).. Hicri-qəməri təqvimində illər hicrətin başladığı gündən - 16 iyul 622-ci il tarixdən nömrələnir. Təqvimdə 0-cı il yoxdur; 1-ci il, yaxud hicri erası 16 iyul 622-ci il tarixində başlayır.
Miladi təqvim
Qriqori təqvimi — dünyanın əksər ölkələrinin, o cümlədən Azərbaycan Respublikasının rəsmi təqvimi. Papa XIII Qriqorinin göstərişi ilə tərtib olunmuşdur. Daha əvvəlki Yuli təqviminin islah edilmiş variantıdır. 4 oktyabr 1582-ci ildən tətbiq olunsa da ayrı-ayrı ölkələrdə bu təqvimə müxtəlif vaxtlarda keçilmişdir. Yanvar — 31 gün Fevral — 28 və yaxud 29 Mart — 31 gün Aprel — 30 gün May — 31 gün İyun — 30 gün İyul — 31 gün Avqust — 31 gün Sentyabr — 30 gün Oktyabr — 31 gün Noyabr — 30 gün Dekabr — 31 gün == Tarixi == Yuli təqvimi hər 400 ildə təbiət təqvimini təxminən 3 gün üstələyirdi. Məsələn, əgər eranın başlanğıcında - İusus Xristosun doğulduğu illərdə, gecə-gündüz bərabərliyi (başqa sözlə, Novruz bayramı) martın 23-nə düşürdüsə, 1600-cü ildə martın 11-nə təsadüf etməli idi (23-((1600:400)Х3)). Ona görə də Papa Qriqori təqvimdə islahat etməyə məcbur oldu və 4 oktyabr 1582-ci il tarixdə İspaniya, İtaliya, Portuqaliya, Reç Pospolitiya (Büyük Litva knyazlığı və Polşa tərkibində federativ dövlət) ərazisində oktyabrın 5-inin 15 oktyabr olduğu elan edildi. Lakin provoslav məzhəbli xristianlar Papa Qriqorinin islahatını qəbul etmədilər. Rusiya 1918-ci ilə qədər Qriqori təqviminə keçmədi. Vladimir Leninin dekreti ilə 31 yanvar 1918-ci il tarixdə Rusiyada fevralın 1-i, fevralın 13-ü elan edildi.
Müstəzad təcnis
Müstəzad (ayaqlı) təcnis- şəkli etibarilə müstəzad qoşmadır. Bu şeir şəkli də, adətən hərbə-zorba xarakterində olur. Aşıq Ələsgərin yalnız bir müstəzad təcnisi vardır:Bir xoş günü əvəz min ayə billəm, Boyun nəqqaş çəkib minayə billəm. Pirim dərsim verib, min ayə billəm, Bir sözünə min söz deyim dəsbədəs. Sən eylə həvəs.
Nəfəsçəkmə təcnis
Nəfəsçəkmə təcnis — aşıq poeziyasında təcnis şeir formasının şəkillərindən biri. Təcnisin ən çətin növlərindən biri də gedər-gəlməz və ya nəfəsçəkmə təcnisdir. Bu formalı şeir onu qoşan, düzən sənətkarın daha çox ifaçılıq səriştəsi, güclü səs diapozonu olması, mahir saz çalmaq məharəti ilə əlaqədardır.Nəfəsçəkmə təcnisdə "hüff" şəklində nəfəsin geri çəkilməsi ilə rədif yaradılır. Çox nadir hallarda yaranan nəfəsçəkmə təcnisin müsəddəs formalı bir nümunəsinə Aşıq Əsədin yaradıcılığında rast gəlinir: == İstinadlar == == Mənbə == Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, 509 səh.
Pərdis şəhristanı
Pərdis şəhristanı (fars. شهرستان پردیس‎) — Tehran ostanında inzibati ərazi vahidi. İnizbati mərkəzi Pərdis şəhəridir. Şəhristan 29 dekabr 2012-ci ildə Tehran şəhristanının bir qismi hesabına təşkil edilib.
Rumi təqvim
Rumi təqvim (türk. Rumi takvim) — təqvim, Osmanlı İmperiyasında 1840-cı ildən başlamaqla istifadə edilmiş və Türkiyə Respublikası zamanına — 1926-cı ilə qədər, istifadəsi davam etmiş rəsmi təqvim. == Tarixi == Osmanlı İmperiyasında 1839-cu ilə —Tənzimat dövrünə, qədər bütün islam ölkələrində olduğu kimi rəsmi təqvim Hicri-qəməri təqvimi idi. Hicri-qəməri təqvimin isə 33 ili təxminən 32 tropik ilə bərabərdir. Ay səhifələrinin dəyişməsinə əsaslanan Hicri-qəməri təqvim ili tropik ildən təx. 11 gün qısa olduğuna görə onda fəsillər daima yerlərini dəyişir. Məsələn, Hicri-qəməri təqvimin ayı həm qış fəslinə və həm də yay fəslinə təsəadüf edə bilər; başqa sözlə, haçansa qış fəslinə təsadüf edən Hicri-qəməri təqviminin ayı, 15-16 il sonra yay fəslinə təsadüf etməlidir. Bu hal isə Osmanlı İmperiyasında mövsümü işlərin planlaşdırılmasında və icrasında, o cümlədən, məhsula görə vergilərin toplanmasında və hesalanmasında çətinliklər yaradırdı. Hələ 1677-ci ildə Sultan IV Mehmedin baş xəzinədarı Həsən paşanın təşəbbüsü ilə Hicri-qəməri təqvimin hər 33 ilində günəş təqviminə nisbətən yaranan 1 artıq ili atmaq yolu ilə maliyyə sənədlərini qaydaya salmağa başlamışdılar. 1740-ci ildə - I Mahmudun hakimiyyəti dövründə isə xəzinədar Atıf əfəndinin təklifi ilə maliyyə ilinin 1-ci ayı kimi Hicri-qəməri təqviminin məhərrəm ayı əvəzinə Yuli təqviminin mart ayı əsas götürüldü və vergilər də bu aydan başlayan dövrülük əsasında toplandı.
Təndir kababı
Təndir kababı — Əsasən Orta Asiya xalqlarına məxsus ətdən hazırlanan kabab növü == Qısa məlumat == Tandır kavap və ya tono kavap (uyğurca tono kavap — tonur kavap) və ya tandır kabob (özbəkcə - tandir kabob) — Mərkəzi Asiyada ətdən hazırlanmış məşhur qızardılmış yeməyin adıdır. "Tandıre" adlanan xüsusi sobada bişirilir. Özbəklər onun öz milli yeməyi hesab edirlər. == Hazırlanması == Yeməyin hazırlanması üçün adətən quyruqlu qoyunların ətindən və dağlıq rayonlarında keçilərin ətindən istifadə olunur. Yemək tez-tez ardıcın ( Asiyada ardıcın müxtəlif dağlıq növləri vardır) iynəyarpağıyla (iynəyarpaqlı ağacın budağıyla) ədviyyat vurulur və bu da ona xüsusi dadı verir. Bu yeməyi təndirdə hazırlayırlar. Havanın girişini məhdudlaşdırılmaqla və təndirin ağzının sıx tıxanmasıyla yüksək temperatur əldə edilir. Sonra onu dəmir tavaya çıxardırlar . Qədimdən Türkistanın ərazisində xüsusi yolla hazırlanmış qoyun əti köçərilərin, döyüşçülərin və səyahətçilərin sevimli yeməyi idi. Yürüş zamanı hazırlanan bu üsul olduqca sadədir.
Təndir çörəyi
Təndir çörəyi — yerdə açılan və ətrafı palçıqla suvanmış bir çuxurun içində bişirilən çörək. Çörək təndirin üzərinə yapışdırılaraq bişirilir. == Ümumi məlumat == Təndir çörəyi də kövrək çörəyi kimi bol miqdarda hazırlanıb uzun müddət saxlana bilər. Orta əsrlərdə Bakı əhalisinin məişətində ən çox yayılmış tikililər sırasına çörək bişirmək üçün nəzərdə tutulan təndirləri də aid etmək olar. İçəri Şəhərin müxtəlif sahələrindəki arxeoloji qazıntılar nəticəsində orta əsrlərdə Bakıda çörək bişirməsi üsulunu öyrənməyə imkan verən çoxlu sayda təndir aşkar edilmişdir. Azərbaycanda çörək bişirilməsinin çox qədim tarixi vardır. Arxeoloji tədqiqatların nəticələri göstərir ki, Bakıdan aşkar edilmiş təndirlərin öyrənilməsi İçəri Səhərin qaranlıq səhifələrinin işıqlandırılmasına kömək edəcəkdir. Təndir çörəyi hazırlamaq üçün müxtəlif ərzaqlardan istifadə edilir. Xəmirin gəlməsi üçün əvəllər acıtmadan (bir kündə xəmiri saxlayıb qıcqırtmaq) istifadə edilirdi. Müasir dövrdə acıtmanın əvəzinə quru mayadan istifadə edilir.
Təqvim çevirmələri
Təqvim çevrilmələri — təqvimlər arasında il fərqini təyin edir. Miladi tarixin hicri tarixinə çevrilməsi düsturu: H i c r i = M i l a d i − 622 + M i l a d i − 622 32 {\displaystyle Hicri=Miladi-622+{\frac {Miladi-622}{32}}} Hicri tarixin miladi tarixə çevrilməsi üçün düstur: M i l a d i = H i c r i − M i l a d = 43 + 621 {\displaystyle Miladi=Hicri-Milad=43+621} Miladi təqvimini yəhudi təqviminə çevirmək üçün düstur.
Tennis
Tennis (ing. lawn tennis) — iki nəfər və yaxud hərəsində iki nəfər olan iki komanda arasında oynanılan bir oyundur. Bu oyunun əsas qaydaları ondan ibarətdir ki, hər bir oyunçu verilmiş topu rəqibinə tərəf elə atmalıdır ki, rəqibi topa cavab zərbəsi vura bilməsin. Belə zərbələr zamanı top ağ cizgi ilə işarələnmiş zonaya düşməlidir. Tennis meydançası kort adlanaraq 3 zonaya bölünür: gil zonası (qırmızı və yaşıl), bərk zona (o cümlədən sement və yə asfalt) və ot zonası. Bütün dünyada məşhur olan bu oyun 1896-cı ildən etibarən Olimpiya oyunlarının proqramına daxil edilmişdir. Doğma vətənimizdə ilk dəfə rəsmi olaraq 1995-ci ildə Azərbaycan Tennis Federasiyası yaradılmışdır. == Elementlər == Kort — Tennisdə rəqiblər kort adlanan meydanda mübarizə aparırlar. Bu meydan dördbucaqlı formasında olur və futbolda olduğu kimi iki hissəyə bərabər ölçüdə bölünür. Əgər futbolda meydanı mərkəz xətti ayırırsa tennisdə bu funksiyanı xüsusi setka daşıyır.
Tespis
Qədim Yunanıstan mədəniyyətinə aid ilk dramaturqlar arasında Esxil və Sofoklla yanaşı Tespisin də adı çəkilir. Tespis Yunanıstanın İkariya adlı yerindən olub, teatr sahəsində bir sıra yeniliklər etmişdir. Aristotel də daxil olmaqla, digər mötəbər yunan qaynaqlarının verdiyi məlumata görə, faciələrdə aktyor kimi bilavasitə çıxış edərək, personaj canlandıran ilk adam Tespis olub. Başqa bir yenilik ondan ibarət idi ki, ilk dəfə onun faciələrindəki aktyorlar teatrı müşayiət edən xor başçısı (korifey) ilə dialoq qurmuşdu. O həmçinin ilk dəfə teratr maskaları, kostyumları və s. ixtira etməklə aktyorun bir neçə rolu ifa etməsinə imkan yaratmışdı. Tespis teatr qastrollarının da yaradıcısı sayılır. O, maska, kostyum və digər teatr avadanlıqlarını da arabada daşıyaraq, başqa yerlərə tamaşa göstərməyə gedirdi. Tespis haqqında başqa bir maraqlı məlumat budur ki, o, eramızdan əvvəl 534-cü il 23 noyabrda dramaturqlar arasında keçirilən yarışda qalib olmuşdu. Həmin müsabiqədə ikincilik Esxilə, üçüncülük isə Sofokla nəsib olmuşdu.
Tetris
Tetris (rus. Тетрис) — Aleksey Pajitnov tərəfindən yaradılan kompüter oyunu. İctimayətə 6 iyun 1984-cü ildə təqdim edilib. İlk dəfə Çin xalq respublikasında buraxılıb.
Təfriş
Təfriş — İranın Mərkəzi ostanının şəhərlərindəndir. Həm də Təfriş şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 13,914 nəfər və 4,254 ailədən ibarət idi.
Vərdiş
Vərdiş – mütəmadi olaraq təkrarlanan və şüuraltı olaraq baş verməyə meylli davranışların rutinidir. American Journal of Psychology (1903) "psixologiya nöqteyi-nəzərindən vərdişi, zehni təcrübənin əvvəlki təkrarı nəticəsində əldə edilmiş az və ya çox sabit düşüncə tərzi, istək və ya hisslər kimi" müəyyənləşdirib. Adi davranış onu nümayiş etdirən insanlarda çox vaxt diqqətdən kənarda qalır, çünki insanın gündəlik işləri görərkən özünü təhlil etməyə ehtiyacı yoxdur. Vərdişlər bəzən məcburidir. Vərdiş tədqiqatçısı Wendy Wood və onun həmkarları tərəfindən 2002-ci ildə gündəlik təcrübə araşdırması aşkar etdi ki, gündəlik davranışların təxminən 43%-i vərdişdən kənar həyata keçirilir. Yeni davranışlar vərdiş formalaşması prosesi ilə avtomatik ola bilər. Köhnə vərdişləri pozmaq və yeni vərdişləri formalaşdırmaq çətindir, çünki insanların təkrar etdiyi davranış nümunələri sinir yollarına həkk olunur, lakin təkrarlar vasitəsilə yeni vərdişlər formalaşdırmaq mümkündür. Davranışlar ardıcıl kontekstdə təkrar olunduqda, kontekstlə hərəkət arasındakı əlaqədə artan artım müşahidə olunur. Bu, həmin kontekstdə davranışın avtomatikliyini artırır. Avtomatik davranışın xüsusiyyətləri hamısı və ya bir neçəsidir: səmərəlilik; məlumatlılığın olmaması; qərəzsizlik və nəzarətsizlik.
Panthera tigris tigris
Benqal pələngi (lat. Panthera tigris tigris) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin pələng növünə aid heyvan yarımnövü. Benqal pələngi pələngin ən çoxsaylı yarımnövüdür. Bu pələngin sayı Hindistanda 1706, Banqladeşdə 200, Nepalda 155, Butanda isə 67-81 civarındadır. Benqal pələngi Banqladeşin milli heyvanı hesab edilir.
Ağdis
Ağdis Tiflis quberniyasının Qori qəzasında kənd adı. == Toponimkası == Ağdis- Tiflis quberniyasının Qori qəzasında kənd adı. İrəvan quberniyasının Sürməli qəzasında Ağdiz kənd adı (yenə-orada) ilə mənşəcə eynidir. Rəng bildirən ağ və farsca dizə "qala" sözlərindəndir.
Temis
Temis, Femida (yun. Θέμις) — Qədim yunan mifologiyasında ədalət ilahəsi, titan, Zevsin ikinci xanımı. == Təsvir == Temis belə təsvir olunur: gözübağlı şəkildə bir əlində tərəzi, digər əlində isə qılınc tutur. Gözünün bağlı olması tərəfsizliyini, əlində tərəzi tutması ədalət və nizam-intizamı, qılınc isə cəzalandırma ixtiyar və qüddətini təmsil edir. Bu xüsusiyyətlərinə görə müasir dövrdə belə Temisin təsvirindən hüquq və ədalətlə bağlı mövzularda istifadə olunur. Onun təsvirinə kitab, film kimi çox müxtəlif yerlərdə rast gəlmək mümkündür.
Tezis
Tezis termini aşağıdakı mənalarda istifadə oluna bilər: Tezis — məntiqdə həqiqiliyi (doğruluğu) doğru olub-olmadığı əsaslandırılmalı, sübut olunmalı olan müddəa, fikir; Məsələn, tezis irəli sürmək, öz tezisini müdafiə etmək; Tezis — məruzə, mühazirə, məlumat və s.-nin adətən yazılı surətdə, təfsilatsız ifadə olunan əsas fikirlərinin qısa xülasəsi; Məsələn, tezis yazmaq, mühazirənin tezisləri; Tezis — Hegelin idealist fəlsəfəsində: dialektik inkişafın əsas pilləsi, triadanın (tezis, antitezis, sintez) ilk anı; Tezis — elmi əsərin, məqalənin və s.-nin əsas müddəaları; Tezis — məruzənin, mühazirənin, əsərin məğzinin və ya ətraflı məzmununun qısa ifadə edilməsi. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s.
Ageratina tenuis
Ageratina tenuis (lat. Ageratina tenuis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Banksia tenuis
Banksia tenuis (lat. Banksia tenuis) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin banksiya cinsinə aid bitki növü.
Beqlis dili
Beqlis dili — Rusiyanın Azov dənizi dənizi akvatoriyasının şimalında, Taqanroq körfəzində yerləşən qumdan ibarət olan dil. Təqribi olaraq Taqanroq şəhərindən 25 km qərbdə, 30 km isə Krivoy dilindən şərqdə qərarlaşır. İnzibati cəhətdən Rostov vilayətinin Neklinov rayonu ərazisinə daxildir. Dildə bir neçə şirinsulu göl vardır. Onlar isti aylarda quruyur. Dilin sonunda mayak vardır. == Flora və fauna == Dilin ərazisi təbiət abidəsidir. Burada 143 növ bitki qeydə alınmışdır. Onların bir qismi qırmızı kitaba daxildir. Uzun zaman balıq ovuna qoyulan qadağa ördək və qağayıları bölgəyə cəlb edir.