TƏTİL

is. [ ər. ]
1. İşin kütləvi və mütəşəkkil surətdə dayandırılması.
Aprelin iyirmi doqquzunda başlanan xırda tətillər iyulun ikisindən ümumi tətil şəklini aldı. M.S.Ordubadi.
Fəhlələrin bir həftə əvvəl başlanmış tətili hələ də davam edirdi. M.Hüseyn.

2. Şagirdlərin istirahəti üçün təhsil müəssisələrində, təhsildə fasilə. Məktəblərdə yay tətili. Şagirdlər tətildədirlər.
– Məktəb tətillərinə az qalmışdı. H.Seyidbəyli.

Омонимы

  • TƏTİL TƏTİL I is. [ ər. ] Kütlə tərəfindən işin dayandrılması. TƏTİL II is. [ ər. ] Məktəblilərin istirahət vaxtı

Этимология

  • TƏTİL Ərəbcədədir “dayandırma” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
TƏTİK
TƏTİLÇİ
OBASTAN VİKİ
Tətil
Tətil (it. və isp. basta! «yetər! bəsdir!») — işəgötürəndən və ya hökumətdən hər hansı tələblərin yerinə yetirilməsini tələb etmək üçün təşkilatda və ya müəssisədə kollektiv şəkildə işin dayandırılması; əmək mübahisələrinin həlli yollarından biridir. Hücum tətili tətilçilərin yaşayış və iş şəraitinin yaxşılığa doğru dəyişməsini tələb etdikləri tətildir. Müdafiə tətili - tətilçilərin daha pis yaşayış və iş şəraitinin dəyişdirilməsinə müqavimət göstərdiyi tətil. Siyasi tətil - işçilərin siyasi xarakterli tələblər irəli sürdüyü tətil (hökumət dəyişikliyi, qanunvericilikdə dəyişikliklər və s.). O, öz təbiətinə görə adətən milli ölçülərə çatır və cəmiyyətin və tarixin siyasi həyatında dönüş nöqtələrində mühüm amilə çevrilir (məsələn, 1905-ci il Ümumrusiya Oktyabr siyasi tətili). Yazıçı Amennaxt tərəfindən papirusda qeydə alınan tarixdə məlum olan ilk zərbə Qədim Misirdə, Firon III Ramsesin hakimiyyəti dövründə baş verib.
Tətil (islam)
Tətil (ərəb. تَعْطِيل‎‎) — islam teologiyasında tanrını öz sifətlərindən "məhrum etmək" mənasını verən anlayış. Bu söz hərfi mənada fəaliyyəti təxirə salmaq və dayandırmaq mənasını daşıyır. Bu, apofatik teologiyanın bir formasına istinad edir, tanrının öz yaratdıqlarının heç bir bənzəməməsi və insan üçün mövcud olan anlayışların məhdud olması, onun ətrafı qavrayışından asılı olması səbəbindən deyilir. Nəticə olaraq, onun ilahi sifətlər qarşısında susmaq, "Quran" və hədislərdə verilən izahlarla kifayətlənməkdən başqa çarəsi yoxdur. Tətil təsbihin (antropomorfizm və ya antropopatizm), fiziki xüsusiyyətlərin və ya duyğu kimi insani xüsusiyyətlərin tanrıya aid edilməsinin qütb əksidir. Həm tətil, həm də təsbih meynstrim islamda günah və ya bidət sayılır. Tətilin korrektiv təlimi təsbitdir (tanrının sifətlərini təsdiq edən), təsbihin korrektiv təlimi isə tənzihdir (tanrını pak saxlamaq).
Tətil (film, 2006)
Tətil—baş rolda Kameron Diaz, Keyt Vinsletin oynadığı, rejissor Nensi Meyersin çəkdiyi ABŞ filmi. Ayris ilə Amanda bir-birlərindən 6.000 uzaqda yaşadığı halda romantik baxımdan eyni mövqedədirlər. Miladın dərhal əvvəlində ikisi də həyat yoldaşlarını həyatlarından bir müddətə çıxartmağa qərar vermişdir. Qısacası ikisi də nostaljik Milad mahnıları söyləyəcək rejimdə deyil. Milad tətilində şəhərdən uzaqlaşmaq istəyən Amanda, qarşılıqlı ev dəyişməsi mövzusunda mütəxəssisləşmiş bir internet saytına girdiyində problemlərinin mükəmməl həllini Ayrisin İngiltərədəki evində tapar. Bunun üzərinə Amanda ilə Ayris arasındakı yazışmalar, iki həftəliyinə qarşılıqlı olaraq bir-birinin evinə daşınmaq üçün razılaşmaqla nəticələnər...
Ciddi rejimli tətil
Ciddi rejimli tətil (rus: Каникулы строгого режима, Rom: Kanikuly strogogo rejima) — rejissor İqor Zaytsev tərəfindən 2009-cu ildə Rusiyada çəkilmiş macəra komediya filmidir. == Süjet xətti == Film taleyin iradəsi ilə pioner düşərgəsində dəstə başçısı çalışan iki orta yaşlı insandan Koltsov və Sumarokovdan bəhs edir. Onların ora düşməsi təsadüfi deyil. Peşəkar və hörmətli DİN əməkdaşı, iki dəfə Çeçenistanda xidmət keçmiş Koltsov ehtiyatsızlıqdan öz iş yoldaşını qətlə yetirir. Mərhumun qohumlarının təkidi ilə “qara” zonaya düşür. Həbsxanaya düşməsi nə rəhbər elitanın, nə də zeklərin ürəyincədir. Burada məhbus Sumarokovla tanış olur. Koloniya əməkdaşı Qaqarinin köməyilə həbsxanadan qaçan qaçaqlar indi pioner düşərgəsində gizlənmək məcburiyyətindədirlər.
Ciddi rejimli tətil (film, 2009)

1902-ci il tətili abidəsi (Rostov-na-Donu)
1902-ci il tətili abidəsi — Rostov-na-Donu şəhəri Jeleznodarojnı rayonu ərazisində yerləşən monumental abidələrdən biri. Abidə 1902-ci ildə gerçəkləşmiş təyillər zamanı baş vermiş mitinqlərin keçirildiyi ərazidə ucaldılmışdır. Memorisl kompleksə qoralyef daxildir ki, oda 1967-ci ildə hazırlanmışdır. Abidənin açılışı isə 1975-ci ilə təsadüf edir. Abidə Rusiya Federasiyasının regional əhəmillətli mədəni irs siyahısına daxil edilmişdir. == Tarixi == 1902-ci ilin noyabr ayının əvvəllərində Vladiqafqaz dəmir yolu idarəsinin əsas usraları tətil təşkil edirlər. Kamışev yaşayış məntəqəsinfə isə onlar tərəfindən mitinq və çıxışlar təşkil edilirdi. Burada ustər iqtisadi və siyası tələblər irəli sürülürdü. Toqquşmalar nəticəsində hətta bur neçə işçi güllə yarasından həlak olmuşdur. Tətil 25 noyabr tarixində bitmişdir.
1917-ci il Putilov tətili
1917-ci il Putilov tətili 1917-ci ilin fevral-mart ayları arasında St. Petersburgdakı Putilov zavodunda (indiki Leninqrad Kirov zavodu) işçilərin rəhbərliyi ilə keçirilmiş tətildir. Tətil rəsmi olaraq Julian təqviminə görə 18 Fevral 1917-ci ildə başladı və Sankt-peterburqun o zamankı adı olan Petrogradda daha böyük nümayişlərə səbəb oldu. İlk dəfə 1905-ci ildə baş verməklə işçilərinin eyni yerdə çoxsaylı tətilləri baş tutmuş, lakin 1917-ci ildəki bu xüsusi tətil Fevral inqilabı üçün bir başlanğıc olaraq qəbul edilir. == Üsyan == 1917-ci il fevralın 18-də Petroqraddakı Putilov fabrikində işləyənlər, ərzaq və əmtəə qiymətlərinin artması səbəbindən yüksək maaş tələb etdilər. Digər bir qrup işçi maaş artımını rədd etmək üçün fabrikdəki səlahiyyətlilərlə razılığa gəldikdə, Petroqraddakı digər fabriklərdən təxminən 20.000 işçi bu hadisəyə kilidləndi. 22 Fevrala qədər 100 mindən çox işçi etiraz etdi. Daha sonra Beynəlxalq Qadınlar Günündə qadınlar bərabər hüquq tələb edən tətillərə və etiraz aksiyalarına qatıldılar və bəziləri tətilçilərə çörək verilməsinə etiraz etdilər. Bu vaxta qədər 500 mindən çox insan müxtəlif səbəblərdən Petroqradda etiraz edirdi. General Xabalova çar tərəfindən etirazçı kütləyə atəş açmaq əmri verildi, lakin əsgərlər bu əmri icra etməkdən imtina etdilər.
Bakı tətili (1903)
Bakı tətili — XX əsrin əvvəlində 1903-cü ildə Bakıda tətil hərəkatı. 1903-cü ilin yayında Bakını tətillər dalğası bürüdü. 20 gün davam edən etirazlar tezliklə imperiyanın digər cənub vilayətlərinə də sıçradı. Tarixçilər Bakı tətillərini “Cənubi Rusiyada ilk ümumi tətil” adlandırırlar. İstər iqtisadi, istər siyasi nəticələrinə görə çox böyük iz qoyan və Bakı proletariatının ilk mütəşəkkil çıxışı olan bu tətillərin təsvirinə keçməzdən əvvəl onun səbəbləri və o illərin Bakısının vəziyyətini gözdən keçirməyə ehtiyac var. == Bakı tətillərinin səbəbi == 1883-cü ildən başlayaraq Bakıda neft istehsalı durmadan artırdı. Kapitalist inkişaf yoluna qədəm qoyan Bakı neft sənayesi 20 ildən də az vaxt ərzində o dövrdə dünyada çıxarılan neftin ümumi həcminin 50 faizdən çoxunu təmin edirdi. Ancaq bu, 1901-ci ilə qədər davam etdi. Və əgər 1883-cü ildə Bakıda cəmisi 60,37 milyon pud (62,5 pud = 1 ton) neft çıxarılmışdısa və 1901-ci ildə bu rəqəm 671,57 milyon puda qədər artmışdısa (yəni, 11 dəfə!), 1902-ci ildən başlayaraq bu rəqəm dönməz şəkildə azalmağa başlamışdı. Bunun da səbəbi dünyanı bürüyən növbəti iqtisadi böhran idi.
Bakıda neftçilərin tətili (1954)
Bakıda neftçilərin tətili — 16 iyul 1954-cü il tarixində öz həyat şəraitlərindən narazılıq edən və əsasən azərbaycanlılardan ibarət olan Bakı neftçiləri tərəfindən təşkil edilmiş və insan tələfatı ilə nəticələnmiş tətil. Milisin silahlı müdaxiləsi nəticəsində tətil iştirakçılarından təxminən 20 nəfər öldürülmüş, yüzlərlə insan həbs olunmuşdur. Həbs olunanlardan 300-ə yaxını sonradan SSRİ-nin müxtəlif bölgələrinə sürgün olunmuşdur. Sürgün olunanlar arasında tətil iştirakçılarının ailə üzvləri, qadınlar və uşaqlar da olmuşdur. == Reaksiya == Hadisə barədə məlumat 1954-cü ilin oktyabrında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə ötürülüb və 2007-ci ildə məlumatın üzərindən məxfilik qrifi götürülüb. Hazırda həmin məlumatla MKİ-nin kitabxanasında kağız və elektron variantda tanış olmaq mümkündür.
Bombey tətili
Bombey tətili(1908) — Hind proletiriatının ilk böyük siyasi çıxışı. Səbəbi İngiltərə müstəmləkə orqanlarının iyulun 22-də hind milli inqilabi demokratik hərəkatının rəhbəri Tilakı 6 il katorqa cəzasına məhkum etməsi idi. İyulun 23-də Bombey fəhlələri ümumi siyasi tətilə başladı, şəhər əhalisi isə iyulun 29-dək hartal elan etdi. 100 min nəfərin iştirak etdiyi Bombey tətili Tilaka verilən cəzanın hər ilinə bir gün hesabı ilə, 6 gün çəkdi. Bombey tətili 1905–1908-ci illər hind milli azadlıq hərəkatında çox mühüm mərhələ oldu.
Nuxa tətilləri
Şəki tətilləri və ya Nuxa tətilləri — Şəki (o vaxtlar Nuxa) fəhlələrinin iqtisadi və siyasi tətilləri. 1903, 1905, 1907, 1912, 1915 və 1917-ci illərdə keçirilmişdir. Tətillərin səbəbləri müxtəlif olmuşdur. 1903-cü il tətili Bakı tətili ilə həmrəylik, 1905-ci il tətili Qanlı bazar hadisəsinə etiraz, 1907-ci il tətili Lena gülləbaranına etiraz, digər tətillər isə iqtisadi və siyasi problemlərə etiraz üçün keçirilmişdi. Yerli bolşevik rəhbərliyinin iştirakı ilə keçirilən tətillərin əksəriyyəti fəhlələrin qələbəsi ilə nəticələnmişdir. Bakı proletariatının iyul ümumi tətili ilə həmrəylik əlaməti olaraq Nuxa (indiki Şəki) ipək emalı müəssisələrində baş vermişdir. Fəhlələr iş və mənzil şəraitlərinin yaxşılaşdırılması, əmək haqqının artırılması və s. tələblər irəli sürmüşdür. Fəhlələrin inqilabi çıxışından narahat olan Çar Rusiyası hökuməti polis nəzarətini qüvvətləndirmişdir. "İskra" hökumətin bu tədbiri haqqında yazmışdır ki, ölkəni ram etmək üçün hökumət Cənubi Qafqazın 4 şəhərində, o cümlədən Nuxada polis nəzarəti tətbiq etmişdir.
Roma tətilləri (film, 1953)
"Roma tətilləri" (ing. Roman Holiday) — rejissor Vilyam Uaylerin filmi. Kiçik bir dövlətin şahzadəsi Anna bir dəfə özünü sərbəst, rəsmilikdən uzaq aparmaq istəyir. Elə bu məqsədlə də həmin gecə gizlincə səfirliyin binasını tərk edir. Beləcə o, gəzə-gəzə Roma şəhərinin mərkəzinə gəlib çıxır. Şəhəri gəzən şahzadə tezliklə yorulub əldən düşür. Yuxusu gələndə isə şəhər parkında yuxuya gedir. Onu amerikalı müxbir Co Bredli təsadüfən evə gedərkən görür. Bir qədər sonra Bredliyə məlum olur ki, Annanın taksiyə verməyə belə pulu yoxdur. Şahzadə isə qətiyyətlə bildirir ki, o, heç vaxt üstündə pul götürmür.
Transilvaniya oteli 3: Yay tətili (cizgi filmi, 2018)
Transilvaniya hoteli 3: Yay tətili, 2018 ABŞ 3D kompüter animasiya fentezi — komediya filmidir. — Sony Pictures Animation tərəfindən istehsal edilmiş və Sony Pictures Releasing tərəfindən paylanmış 2018-ci ildə Amerika kompüter animasiyalı canavarlar komediya filmidir. Bu, Transilvaniya hoteli franşizasının üçüncü hissəsi və Transilvaniya hoteli 2 (2015) filminin davamıdır. Rejissoru Gendi Tartakovski, ssenari müəllifi Tartakovski və Michael McCullers, filmdə Adam Sandler, Endy Samberg, Selena Gomez, Kevin James, Fran Drescher, Steve Buscemi, Molly Shannon, Sadie Sandler, David Spade, Keegan-Michael Key, Co Whyte , Asher Blinkoff, Chris Parnell və Mel Brooks öz rollarını yenidən canlandırır, həmçinin aktyor heyətinə yeni əlavələr, o cümlədən Cim Gaffigan, Kathryn Hahn, Joe Jonas, Chrissy Teigen və Tartakovski. Filmdə Drakula ailəsi və dostları ilə kruiz laynerində tətildə olarkən Erikka adlı gəmi kapitanı ilə sevgi tapır, lakin Mavis sonradan məlum olur ki, Erikka əslində Abraham Van Helsinqin nəvəsi, Drakın qövsüdür. — düşmən. Transilvaniya hoteli 3: Yay tətili filminin premyerası Annesi Beynəlxalq Animasiya Filmləri Festivalı 13 iyun 2018-ci ildə baş tutdu və iyulun 13-də ABŞ-də kinoteatrlarda nümayiş olundu. Film bütün dünyada 528 milyon dollar gəlir əldə etdi. 65–80 milyon dollar. Bu, Hotel Transylvania seriyasındakı ən çox gəlir gətirən film və Sony Pictures Animation-ın bütün dünyada ən çox gəlir gətirən filmi idi.
Vergi tətili
Vergi tətili — müəyyən bir şəxsdən vergi və ya əvvəlcədən müəyyən edilmiş məsələlərdən müəyyən müddətə vergi ödəməməklə müəyyən istehsal və ya istehlak fəaliyyətlərinin subsidiyasıdır. Vergi tətili, müvəqqəti olsa da, investisiyaların vergi yükünü azaltmaqla yeni investisiyalar üçün stimullaşdırıcı təsir göstərir. ABŞ-də tez-tez tətbiq olunan bu sistem, Türkiyədə də tətbiq olunmaqdadır.
İstanbul tətili (film, 2007)
Bakıda öz pərəstişkarlarını itirən müğənni Ayan (Röya Ayxan) depressiyaya düşməmək üçün baş götürüb şəhəri tərk edir, İstanbula gedir. İstanbulda fotoqraf Muradla (İlyas Əhmədov) tanış olur. Ayanın keçmişindən xəbər tutan Murad, özünə bildirmədən ona yardım etməyə çalışır, onun şəkillərini çəkir. Ayan da Muradı sevməyə başlayır. Amma bir gün yenə hər şey dəyişir. Ayan jurnalların üz qabığında öz şəkillərini görür. Muradın onu aldadıb istifadə etdiyini zənn edir. Bunu növbəti xəyanət kimi qəbul edən Ayan yenidən Bakıya qayıdır. Amma bu dəfə başqa cür olur. O, öz doğma şəhərində məşhur müğənni kimi qarşılanır.
Şuşa tətilləri
Şuşa tətilləri — Şuşa qəzası fəhlələrinin iqtisadi və siyasi tətilləri. 1903, 1905, 1907, 1912 və 1917-ci illərdə keçirilmişdir. Bakı proletarlarının iyul ümumi tətilinin təsiri ilə baş vermişdir və tezliklə bir neçə müəssisəni, real məktəbini bürümüşdür. Şuşaya gizli ədəbiyyat, "İskra"nın nömrələri, RSDFP Qafqaz Komitəsinin çap olunmuş vərəqələri göndərilmişdir. Tətilçilər polis dəstələrinə ciddi müqavimət göstərmişdilər. Rusiya imperator hökuməti polis idarəsini qüvvətləndirmişdir. "İskra", hökumətin bu tədbiri haqqında yazmışdır ki, "ölkəni ram etmək üçün hökumət Zaqafqaziyanın 4 şəhərində, o cümlədən Şuşada güclü polis nəzarəti həyata keçirmişdir. Tətilin yatırılmasına baxmayaraq, o fəhlələrin gələcək mütəşəkkil mübarizəsinə mühüm təsir göstərmişdir". Şuşada 1905-ci il tətili 9 yanvar hadisələri ilə əlaqədar başlanmışdır. 10 fevralda Şuşa real məktəbinin tələbələri tətil etmişdilər.
Şəki tətilləri
Şəki tətilləri və ya Nuxa tətilləri — Şəki (o vaxtlar Nuxa) fəhlələrinin iqtisadi və siyasi tətilləri. 1903, 1905, 1907, 1912, 1915 və 1917-ci illərdə keçirilmişdir. Tətillərin səbəbləri müxtəlif olmuşdur. 1903-cü il tətili Bakı tətili ilə həmrəylik, 1905-ci il tətili Qanlı bazar hadisəsinə etiraz, 1907-ci il tətili Lena gülləbaranına etiraz, digər tətillər isə iqtisadi və siyasi problemlərə etiraz üçün keçirilmişdi. Yerli bolşevik rəhbərliyinin iştirakı ilə keçirilən tətillərin əksəriyyəti fəhlələrin qələbəsi ilə nəticələnmişdir. Bakı proletariatının iyul ümumi tətili ilə həmrəylik əlaməti olaraq Nuxa (indiki Şəki) ipək emalı müəssisələrində baş vermişdir. Fəhlələr iş və mənzil şəraitlərinin yaxşılaşdırılması, əmək haqqının artırılması və s. tələblər irəli sürmüşdür. Fəhlələrin inqilabi çıxışından narahat olan Çar Rusiyası hökuməti polis nəzarətini qüvvətləndirmişdir. "İskra" hökumətin bu tədbiri haqqında yazmışdır ki, ölkəni ram etmək üçün hökumət Cənubi Qafqazın 4 şəhərində, o cümlədən Nuxada polis nəzarəti tətbiq etmişdir.
Transilvaniya hoteli 3: Yay tətili
Transilvaniya hoteli 3: Yay tətili, 2018 ABŞ 3D kompüter animasiya fentezi — komediya filmidir. — Sony Pictures Animation tərəfindən istehsal edilmiş və Sony Pictures Releasing tərəfindən paylanmış 2018-ci ildə Amerika kompüter animasiyalı canavarlar komediya filmidir. Bu, Transilvaniya hoteli franşizasının üçüncü hissəsi və Transilvaniya hoteli 2 (2015) filminin davamıdır. Rejissoru Gendi Tartakovski, ssenari müəllifi Tartakovski və Michael McCullers, filmdə Adam Sandler, Endy Samberg, Selena Gomez, Kevin James, Fran Drescher, Steve Buscemi, Molly Shannon, Sadie Sandler, David Spade, Keegan-Michael Key, Co Whyte , Asher Blinkoff, Chris Parnell və Mel Brooks öz rollarını yenidən canlandırır, həmçinin aktyor heyətinə yeni əlavələr, o cümlədən Cim Gaffigan, Kathryn Hahn, Joe Jonas, Chrissy Teigen və Tartakovski. Filmdə Drakula ailəsi və dostları ilə kruiz laynerində tətildə olarkən Erikka adlı gəmi kapitanı ilə sevgi tapır, lakin Mavis sonradan məlum olur ki, Erikka əslində Abraham Van Helsinqin nəvəsi, Drakın qövsüdür. — düşmən. Transilvaniya hoteli 3: Yay tətili filminin premyerası Annesi Beynəlxalq Animasiya Filmləri Festivalı 13 iyun 2018-ci ildə baş tutdu və iyulun 13-də ABŞ-də kinoteatrlarda nümayiş olundu. Film bütün dünyada 528 milyon dollar gəlir əldə etdi. 65–80 milyon dollar. Bu, Hotel Transylvania seriyasındakı ən çox gəlir gətirən film və Sony Pictures Animation-ın bütün dünyada ən çox gəlir gətirən filmi idi.
Roma tətilləri
"Roma tətilləri" (ing. Roman Holiday) — rejissor Vilyam Uaylerin filmi. Kiçik bir dövlətin şahzadəsi Anna bir dəfə özünü sərbəst, rəsmilikdən uzaq aparmaq istəyir. Elə bu məqsədlə də həmin gecə gizlincə səfirliyin binasını tərk edir. Beləcə o, gəzə-gəzə Roma şəhərinin mərkəzinə gəlib çıxır. Şəhəri gəzən şahzadə tezliklə yorulub əldən düşür. Yuxusu gələndə isə şəhər parkında yuxuya gedir. Onu amerikalı müxbir Co Bredli təsadüfən evə gedərkən görür. Bir qədər sonra Bredliyə məlum olur ki, Annanın taksiyə verməyə belə pulu yoxdur. Şahzadə isə qətiyyətlə bildirir ki, o, heç vaxt üstündə pul götürmür.
İstanbul tətili
Bakıda öz pərəstişkarlarını itirən müğənni Ayan (Röya Ayxan) depressiyaya düşməmək üçün baş götürüb şəhəri tərk edir, İstanbula gedir. İstanbulda fotoqraf Muradla (İlyas Əhmədov) tanış olur. Ayanın keçmişindən xəbər tutan Murad, özünə bildirmədən ona yardım etməyə çalışır, onun şəkillərini çəkir. Ayan da Muradı sevməyə başlayır. Amma bir gün yenə hər şey dəyişir. Ayan jurnalların üz qabığında öz şəkillərini görür. Muradın onu aldadıb istifadə etdiyini zənn edir. Bunu növbəti xəyanət kimi qəbul edən Ayan yenidən Bakıya qayıdır. Amma bu dəfə başqa cür olur. O, öz doğma şəhərində məşhur müğənni kimi qarşılanır.

Значение слова в других словарях