VƏDƏSİZ
VƏFALI
OBASTAN VİKİ
Mehdiqulu xan Vəfa
Mehdiqulu xan Vəfa və ya Mehdiqulu xan Usmiyev (d. 1855, Şuşa, Rusiya İmperiyası - ö. 1900, Tiflis, Rusiya İmperiyası) — ata tərəfdən qumuq əsilli azərbaycanlı hərbçi və şair. Ana tərəfdən Cavanşirlər və Qarabağ xanları nəslindən olan Xurşidbanu Natəvanın oğludur. Çar ordusunun podpolkovniki olmuş və Vəfa təxəllüsü ilə şerlər yazmışdır. == Həyatının erkən dönəmi == 1855-ci ildə Şuşa şəhərində qumuq əsilli general-mayor Xasay xan Usmiyevlə (1808-1866) şairə və Qarabağ xanı Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanın ailəsində dünyaya gəlmişdir. Ona ana babası Mehdiqulu xanın adı verilmişdir. 1859-cu ildə Şuşanı ziyarət etmiş Aleksandr Düma onun barədə bu sözləri demişdir: Bir fotoşəkli məlumdur. 1999-cu ildə Gürcüstan Dövlət Arxivindən əldə edilmiş foto şəklinin altında "1877-ci il, Dunay" yazılmışdır. == Hərbi karyerası == 1871-ci ildə hərbi xidmətə başlamış və elə həmin ildə də "Zati-aliləri İmperatoru 1871-ci ildə Tiflisdə qarşılamaya görə" medalı ilə mükafatlandırılmışdır.
Vəfa Kilsəsi Məscidi
Vəfa Kilsəsi Məscidi — İstanbulun Vəfa səmtində kilsədən məscidə çevrilmiş dini binadır. Kilsə olanda adı Müqəddəs Teodoros Kilsəsi idi. Çox güman ki, Müqəddəs Teodora həsr olunmuşdu. Kompleks Komnen və Paleologan dövrlərinə aid Bizans memarlığının nümunəsidir. Vəfa Kilsəsi Məscidi Şərqi pravoslav kilsəsi formasındadır və yunan xaç planına uyğun tikilmişdir. İstanbulun fəthindən sonra məscid kimi istifadə edilmişdir. Bina İstanbulun Fatih səmtinin Vəfa səmtində yerləşir. Digər böyük Bizans quruluşu olan Vəfadakı Kalenderhane məscidindən bir kilometrdən az məsafədədir. Süleymaniyyə məscidindən bir neçə yüz metr cənubdadır. İstanbulun üçüncü təpəsinin silsiləsində yerləşən binanın ilkin vəziyyəti haqqında qəti məlumat yoxdur.
Mehri və Vəfa
Mehri və Vəfa - Ümmi İsa tərəfindən qələmə alınan, Azərbaycan türkcəsində yazılmış ilk əsərlərdən biri. Azərbaycan ədəbi dilinin qrammatik quruluşunu tarixi inkişafda öyrənmək baxımından əhəmiyyətli mənbə hesab edilən poemanın müəllifi Azərbaycan şairi Ümmi İsadır. Poema dilinin sadə və anlaşıqlı olması ilə seçilir ki, bu da onun folklor, canlı danışıq dili əsasında yazılmasından irəli gəlir. “Kitabi-Dədə Qorqud” və “Dastani-Əhməd Hərami”yə nisbətən “Mehri və Vəfa” poeması daha sadə dildə yazılmışdır və müasir oxucunun anlaya biləcəyi şəkildədir. Poemanın dilində türk mənşəli sözlərin üstünlük təşkil edir. Poemanın qrammatik vahidləri müasir Azərbaycan dilindən çox az fərqlənir. == Tədqiqi == İki qəhrəmanlı eşq məsnəvilərindən biri olan “Mehri və Vəfa” türk və İran ədəbiyyatında ortaq xüsusiyyətlərə malik olan məsnəvilərdəndir. Mənbəsini İran ədəbiyyatından götürən hekayə klassik məsnəvinin mövzusu kimi aşiqlərin müxtəlif hadisələrdən və maneələrdən sonra bir-biri ilə görüşməsindən bəhs edir. IX Əsrin şairlərindən Arşi Dəhləvi və onun qardaşı Mir Məhəmməd Mömini Arşın "Mehri və Vəfa" adlı şeirləri var. Mir Məhəmmədin “Mehri və Vəfa” əsərinin nüsxəsi, Paris Milli Kitabxanası Supp 1100 nömrəli qeydiyyatdadır.
Mehri və Vəfa (Ümmi İsa)
Mehri və Vəfa - Ümmi İsa tərəfindən qələmə alınan, Azərbaycan türkcəsində yazılmış ilk əsərlərdən biri. Azərbaycan ədəbi dilinin qrammatik quruluşunu tarixi inkişafda öyrənmək baxımından əhəmiyyətli mənbə hesab edilən poemanın müəllifi Azərbaycan şairi Ümmi İsadır. Poema dilinin sadə və anlaşıqlı olması ilə seçilir ki, bu da onun folklor, canlı danışıq dili əsasında yazılmasından irəli gəlir. “Kitabi-Dədə Qorqud” və “Dastani-Əhməd Hərami”yə nisbətən “Mehri və Vəfa” poeması daha sadə dildə yazılmışdır və müasir oxucunun anlaya biləcəyi şəkildədir. Poemanın dilində türk mənşəli sözlərin üstünlük təşkil edir. Poemanın qrammatik vahidləri müasir Azərbaycan dilindən çox az fərqlənir. == Tədqiqi == İki qəhrəmanlı eşq məsnəvilərindən biri olan “Mehri və Vəfa” türk və İran ədəbiyyatında ortaq xüsusiyyətlərə malik olan məsnəvilərdəndir. Mənbəsini İran ədəbiyyatından götürən hekayə klassik məsnəvinin mövzusu kimi aşiqlərin müxtəlif hadisələrdən və maneələrdən sonra bir-biri ilə görüşməsindən bəhs edir. IX Əsrin şairlərindən Arşi Dəhləvi və onun qardaşı Mir Məhəmməd Mömini Arşın "Mehri və Vəfa" adlı şeirləri var. Mir Məhəmmədin “Mehri və Vəfa” əsərinin nüsxəsi, Paris Milli Kitabxanası Supp 1100 nömrəli qeydiyyatdadır.
Vəfa Allahyarova
Vəfa Allahyarova-Cəfərova (14 may 1965, Bakı) — qrafik, miniatürist, karikarurist. Vəfa Allahyarova 14 may 1965-ci ildə Bakı şəhərində anadan olub. 1976-cı ildən respublika və beynəlxalq müsabiqələrdə," Bacarıqlı əllər" və digər verlişlərdə rəssam kimi iştirak edib. 1980–1984-cü ildə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində oxuyub. 1984–1990-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunu bitirib. 1991 ildən — Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda müəllim kimi fəaliyyətə başladı. 1990 — SSRİ Rəssamlar İttifaqin üzvü oldu. 2006-cı ildən Azərbaycan Rəssamlar İttifaqında Azərbaycan Karikaturaçılar Birliyin sədr müavini kimi çalışdı. 2000–2004-cü illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının "Qrafika" kafedrasında müəllim kimi çalışdı. 2004 – 2010-cu illərdə baş müəllim kimi fəaliyyət göstərib.
Vəfa Fətullayeva
Vəfa Nüsrət qızı Fətullayeva (25 avqust 1945, Bakı – 21 may 1987, Bakı) — məşhur Azərbaycan və sovet aktrisası, Azərbaycan SSR əməkdar artisti (1982), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1984). Vəfa Fətullayeva 25 avqust 1945-ci ildə Bakıda anadan olub. 1953–1963-cü illərdə Bakıdakı 1 saylı orta məktəbdə təhsil alıb. 1963-cü ildə Teatr İnstitutunun teatrşunaslıq fakültəsinə qəbul olub, 1968-ci ildə həmin fakultəni əla qiymətlərlə bitirib. O, ilk dəfə 1953-cü ildə 8 yaşı olarkən, Ələsgər Şərifovun səhnəyə qoyduğu, Uliyam Şekspirin "Qış nağılı" tamaşasında Mamili obrazını canlandırıb. Vəfa Fətullayeva 1963 cü ildə Zaur Nağıyev adlı idmançı ilə tanış olur. Zaur Nağıyev rəqqasə Tutuxanım Həmidovanın oğlu idi. Onlar 1968 ci ildə ailə həyatı qururlar, ancaq bu evlilik uzun sürmür. Bir il sonra ayrılırlar. Vəfa Fətullayeva 1970-ci ildən, ömrünün sonuna qədər Azərbaycan Dövlət Dram Teatrında fəaliyyət göstərib.
Vəfa Hüseynova
Vəfa Hüseynova (10 noyabr 1988, Bakı) — Azərbaycanı təmsil edən bədii gimnast. Vəfa Hüseynovanın da olduğu Azərbaycan qrupu 2007-ci ildə Patras şəhərində (Yunanıstan) baş tutan Dünya Çempionatını onuncu pillədə başa vurdu və olimpiya lisenziyasına sahib oldu. Vəfa Hüseynova Azərbaycanı 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil elədi. Alina Trepina, Anastasiya Prasolova, Anna Bitiyeva, Dina Qorina, Valeriya Yeqay və Vəfa Hüseynovada ibarət qrup beş iplə turnirdə 15.575 balla 8-ci pillədə qərarlaşdı. Avqustun 22-də 3 halqa/2 gürzlə turnirdə çıxış edən qrup turniri 15.875 balla 7-ci pillədə başa vurdu. Ümumi nəticədə isə Azərbaycan qrupu 31.450 balla 12 qrup sırasında 8-ci pillədə qərarlaşdı və olimpiadanın final mərhələsinə vəsiqə qazandı. Final mərhələsində qrup əvvəl beş iplə turnirdə mübarizə apardı. Nəticədə Azərbaycan gimnastları 16.075 balla turniri altıncı pillədə başa vurdu. 3 halqa/2 gürzlə turnirdə Azərbaycan qrupu 15.500 balla turniri yeddinci pillədə başa vurdu. Ümumi nəticədə isə Alina Trepina, Anastasiya Prasolova, Anna Bitiyeva, Dina Qorina, Valeriya Yeqay və Vəfa Hüseynovadam ibarət qrup Olimpiya Oyunlarında 31.575 balla yeddinci pillənin sahibi oldu.
Vəfa Muradzadə
Vəfa Quluzadə
Vəfa Mirzəağa oğlu Quluzadə (21 dekabr 1940, Bakı – 1 may 2015, Bakı) — Azərbaycanın dövlət xadimi, politoloq, Xəzər Regionu Dövlətlərinin Siyasi Tədqiqatı Fondunun prezidenti və Azərbaycan Respublikasının Xarici siyasət məsələləri üzrə dövlət müşaviri. Vəfa Quluzadə 21 dekabr 1940-cı ildə Bakıda kasıb ailədə anadan olmuşdur. Onun atası ədəbiyyatşünas, filologiya elmləri doktoru və professor Mirzəağa Quluzadə idi. Anası Yaqut Dilbazi şairə Mirvarid Dilbazinin bacısıdır. O, Qazax rayonunun Dilboz bəylərindən olan ruhani şair Seyid Nigarinin nəslindəndir. İkinci dünya müharibəsi illərində Qazax rayonunun Aslanbəyli kəndində böyümüşdür. Uşaqlıqda tərbiyəsi ilə əsasən nənəsi Cəvahir Dilbazi məşğul olub. Quluzadə nənəsin ona böyük təsirini belə izah edir: Bakıda öz sözlərinə görə, "beynəlmiləl bir həyətdə" böyümüş və rus dilini yaşadığı həyətdə "mükəmməl öyrənmişdir". Evləri zəbt olduğundan, 1946-cı ilə kimi ailəsi ilə Bakının Şors küçəsində (indi ki, Bəşir Səfəroğlu küçəsində) kommunal evlərdə yaşamışdır. 1958-ci ildə Bakı şəhəri 23 nömrəli tam orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinə qəbul olmuş, 1963-cü ildə məzun olmuşdur.
Vəfa Qurban
Vəfa Qurban — (1975-ci il, Bakı) - Tarixçi 1975-ci ildə Bakıda anadan olmuşdur. Ailəlidir. 2 övladı var: Tural və Tunay 1993-1998-ci illərdə Egey Universitetində Ədəbiyyat fakültəsinin Tarix bölməsinin məzunu olub. 1998-2000-ci illərdə eyni adlı universitetin Sosial Elmlər İnstitutu Türkiyə Cümhuriyyəti Tarixi şöbəsində magistr təhsilini alıb. Elmi işi “XIX əsrin sonları və XX əsrin əvvəllərində Azərbaycanda torpaq mülkiyyəti" (türkcə) adlanırdı. Təhsilini davam etdirərək Egey Universitetinin Sosial Elmlər İnstitutu Türkiyə Cümhuriyyəti Tarixi şöbəsində doktorantura təhsili alır. “1900-1978-ci illərdə Azərbaycanda şəhərləşmə və oturaq həyat" (türkcə) adlı dissiertasiya işini müdafiə edir. 2015-ci ildə Dosent Doktor adını alır. Dokuz Eylül Universiteti və İzmir İqtisadiyyat Universitetində müəllim işləmişdir. Kurban V. Russian-Turkish Relations from the First World War to the Present, Cambridge Scholars Publishing, Cambridge, 2017 Arxivləşdirilib 2017-06-11 at the Wayback Machine Kurban V. Neriman Nerimanov ve Türkiye Politikası.
Vəfa Rzayeva
Vəfa Əliseyran qızı Zeynalova (Rzayeva) (4 oktyabr 1975, Bakı) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycanın əməkdar artisti. Vəfa Zeynalova 4 oktyabr 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1998-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirmişdir. 1996-cı ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilmişdir. Vəfa Zeynalova Azərbaycan Dövlət televiziyasında hazırlanan bir çox teletamaşalarda müxtəlif obrazlar yaratmışdır. O, 20 iyun 2011-ci ildə Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir. Ailəlidir, əkiz qızları var. 10 may 2022-ci ildə, 6 may 2023-cü ildə və 9 may 2024-cü ildə Prezident Mükafatına layiq görülmüşdür. Səltənət bəyim ("Hökmdar və qızı", İ. Əfəndiyev) Şirinin rəfiqəsi ("Fərhad və Şirin", S. Vurğun) Aynişan ("Burlaxatun" N. Xəzri) Zöhrə ("Eşq və intiqam" S. S. Axundov), Sona ("Hələ "sevirəm" deməmişdilər…"R. Novruz) Sonya ("Cinayət oyunu" N. Dostayevski) Bəyim ("Xurşidbanu Natəvan" İ. Əfəndiyev) Soqa ("Kaş araba aşmayaydı"O. İoseliani) Aynişan ("Burlaxatun" N. Xəzri) Zöhrə ("Eşq və intiqam"S. S. Axundov) Sonya ("Cinayət oyunu" N. Dostayevski) Bəyim ("Xurşidbanu Natəvan"İ. Əfəndiyev) Soqa ("Kaş araba aşmayaydı" O. İoseliani) Leyla ("Mesenat" Ə. Əmirli) Zümrüd ("Eloğlu" A. Şaiq) Gəlin ("Uçqun", T. Cücenoğlu) Qloriya ("Qocanı öldürməliyik", C. Patrik) Pırpız Sona "Dəli yığıncağı" C. Məmmədquluzadə) və s. Acılar bitməz (film, 2009) (tammetrajlı bədii film)-rol: Arzu Adam ol!
Vəfa Sultan
Vəfa Sultan (ərəb. وفاء سلطان‎), qızlıqda Vəfa Əhməd (d. 1958, Baniyas, Suriya) — sekulyar aktivist, psixoloq və islam tənqidçisi. Sultan sünni müsəlman ailəsində anadan olub və Hələb Universitetinin psixologiya fakültəsini bitirib. "Müsəlman qardaşlığı" terrorçu qrupuna aid olan şəxslər Suriyada zülm törədən zaman (1979-cu ildə Vəfa Sultanın universitet professorunun onun gözü qabağında güllələnib qətlə yetirilməsi həmin zülmün bir nümunəsidir) Vəfa Sultan dindarlığı tərk etmiş, 11 sentyabr hadisələrindən sonra islam qanunlarını qəzetlərdə və televiziyada açıq şəkildə tənqid etməyə başlamışdır. 1989-cu ildə Vəfa Sultan və həyat yoldaşı David Amerika Birləşmiş Ştatlarına köçdülər. Hazırda Sultan Los-Ancelesdə yaşayır. Vəfa Sultanın əlcəzairli professor Əhməd bin Məhəmməd ilə mükaliməsi. Youtube.com (ərəb dil., ingilis subt.). Əl-Cəzirə telekanalı.
Vəfa Təyyarqızı
Vəfa Zeynalova
Vəfa Əliseyran qızı Zeynalova (Rzayeva) (4 oktyabr 1975, Bakı) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycanın əməkdar artisti. Vəfa Zeynalova 4 oktyabr 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1998-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirmişdir. 1996-cı ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilmişdir. Vəfa Zeynalova Azərbaycan Dövlət televiziyasında hazırlanan bir çox teletamaşalarda müxtəlif obrazlar yaratmışdır. O, 20 iyun 2011-ci ildə Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir. Ailəlidir, əkiz qızları var. 10 may 2022-ci ildə, 6 may 2023-cü ildə və 9 may 2024-cü ildə Prezident Mükafatına layiq görülmüşdür. Səltənət bəyim ("Hökmdar və qızı", İ. Əfəndiyev) Şirinin rəfiqəsi ("Fərhad və Şirin", S. Vurğun) Aynişan ("Burlaxatun" N. Xəzri) Zöhrə ("Eşq və intiqam" S. S. Axundov), Sona ("Hələ "sevirəm" deməmişdilər…"R. Novruz) Sonya ("Cinayət oyunu" N. Dostayevski) Bəyim ("Xurşidbanu Natəvan" İ. Əfəndiyev) Soqa ("Kaş araba aşmayaydı"O. İoseliani) Aynişan ("Burlaxatun" N. Xəzri) Zöhrə ("Eşq və intiqam"S. S. Axundov) Sonya ("Cinayət oyunu" N. Dostayevski) Bəyim ("Xurşidbanu Natəvan"İ. Əfəndiyev) Soqa ("Kaş araba aşmayaydı" O. İoseliani) Leyla ("Mesenat" Ə. Əmirli) Zümrüd ("Eloğlu" A. Şaiq) Gəlin ("Uçqun", T. Cücenoğlu) Qloriya ("Qocanı öldürməliyik", C. Patrik) Pırpız Sona "Dəli yığıncağı" C. Məmmədquluzadə) və s. Acılar bitməz (film, 2009) (tammetrajlı bədii film)-rol: Arzu Adam ol!
Vəfa Şərifova
Vəfa Şərifova (4 yanvar 1990, Ağsu rayonu) — Azərbaycan müğənnisi. Vəfa Şərifova 4 yanvar 1990-cı ildə Ağsu-da anadan olub. 1 yaşı olanda anasını itirib. Ailədə 3 uşaq olublar və onları nənə və babası böyüdüb. 11-ci sinfi bitirdikdən sonra Bakıya köçüblər. Müəllimi İntiqam Kərimov və Tacir Şahmalıoğlu olub.
Vəfa Əliyev
Əliyev Vəfa Xanoğlan oğlu 14 sentyabr 1953-cü ildə Füzuli rayonunun Kürdmahmudlu kəndində ziyalı ailəsində anadan olmuşdur. 1969-cu ildə Kürdmahmudlu kənd orta məktəbini bitirərək Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olmuş, 1974-cü ildə həmin institutda təhsilini başa vuraraq Azərbaycan dili və ədəbiyyatı ixtisasına yiyələnmişdir. 1974–1982-ci illərdə Füzuli rayonunun Aşağı Kürdmahmudlu kəndində müəllim və direktor müavini kimi fəaliyyət göstərmişdir. Həmin illərdə yerli "Araz" qəzetində elmi-nəzəri və publisistik məqalələrlə çıxış etmişdir. 1982–1985-ci illərdə "Bilik" Cəmiyyəti Füzuli rayon təşkilatının məsul katibi və rayon partiya komitəsində təlimatçı vəzifəsində çalışmışdır. 1985-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir. 1986-cı ilin sentyabr ayından 1987-ci ilin avqust ayına qədər Beyləqan şəhər orta məktəbində direktor müavini işləmişdir. 1987-ci ilin sentyabr ayından Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində əmək fəaliyyətini davam etdirmişdir. 1990-cı ildə baş müəllim seçilmişdir. 1991–1994-cü illərdə Universitetin "Ədəbiyyat və dillər" kafedrasında dosent, 1994–1997-ci illərdə elmi katib vəzifəsində çalışmışdır.
Xuraman Vəfa
Xuraman Vəfa (tam adı: Xuraman Məcid qızı Vəfa; 9 iyul 1959, Xaçmaz) — azərbaycanlı hüquqşünas, iqtisadçı, yazıçı-jurnalist, şairə. Xuraman Vəfa 1959-cu ilin iyul ayının 9-da Azərbaycanın Xaçmaz rayonunda anadan olmuşdur. 1966–1976-cı ildə Xaçmaz şəhər 3 saylı orta məktəbi bitirmişdir. 1977-ci ildən əmək fəaliyyətinə başlamışdır. Ali təhsilli iqtisadçı və hüquqşünasdır. San-Marino Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan filialının Mühəndis İqtisadiyyatı və İdarəetmə fakültəsini, Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. Azərbaycan İqtisad Universitetinin İqtisadiyyat fakültəsində maliyyə ixtisası üzrə magistr dərəcəsi almışdır. İki övladı var. Qızı — ali təhsilli hüquqşünas, Oğlu — ali təhsilli iqtisadçı və hüquqşünasdır. Eyni zamanda Polis Akademiyasını bitirib.
Zeynal Vəfa
Zeynal Vəfa (Zeynalov Zeynalabdin İsmayıl oğlu; 2 dekabr 1938, Naxçıvan – 14 mart 2024) — şair, publisist. Zeynalabdin İsmayıl oğlu Zeynalov 1938-ci il dekabrın 2-də Naxçıvan şəhərində ziyalı ailəsində anadan olub. Atası Böyük Vətən Müharibəsi cəbhələrində həlak olub. Anasının himayəsində böyüyüb. M. T. Sidqi adına Naxçıvan şəhər 4 nömrəli orta məktəbini bitirdikdən sonra ADU-nun (indiki BDU) filologiya fakültəsində (1957–1962) təhsilini davam etdirib. İlk əmək fəaliyyətinə 1962-ci ildə Naxçıvan Vilayət Partiya Komitəsinin orqanı olan "Şərq Qapısı" qəzetində başlayıb. Sonra Naxçıvan MSSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində böyük redaktor (1963–1969) və Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor (1969–1990) işləyib. Arada Azərbaycan Xarici Dillər İnstitutu nəzdində 2 illik ərəb dili kursunu bitirərək tərcüməçi kimi Yəmən Xalq Demokratik Respublikasında çalışıb(1980–1982). Orada savadsızlığın ləğvi sahəsində fəaliyyət göstərib. Sonra yenə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor (1982–1987), Yəmən Ərəb Respublikasında tərcüməçi (1987–1989), "Aydınlıq" qəzetində baş redaktorun birinci müavini (1990–1992), "Meydan" qəzetində baş redaktor (1992–1993) vəzifələrində çalışıb.
Əbü-l-Vəfa
Əbü-l-Vəfa Məhəmməd ibn Məhəmməd (ərəb. ابوالوفا محمد بن محمد بن یحیی بن اسماعیل بن العباس البوزجانی‎, 10 iyun 940, Buzqan[d], Abbasilər xilafəti – 15 iyul 998, Bağdad, Buveyhilər sülaləsi) — fars astronomu və riyaziyyatçısı, Diofantın "Hesabının" şərhçisi; kəsrlər nəzəriyyəsinə ətraflı baxmış, pərgar və xətkeşin köməyi ilə əsas həndəsi qurmaları tətbiq etmişdir. X əsrdə yaşamış Bəttani ilk dəfə triqonometriyanı kəşf etmişdir. Onunla eyni əsrdə yaşamış Əbü’l Vəfa isə triqonometriyaya "sekant-kosekant" terminlərini gətirmişdir. Əbül Vəfa tangens, kotangens və kosekantı ilk istifadə edən alim kimi tanınır.
2014-cü il avqust ayında vəfat edənlər
=== 31 avqust === === 30 avqust === === 29 avqust === === 28 avqust === Məmməd Alim — 65 yaşında vəfat edib === 24 avqust === Lord Riçard — 90 yaşında vəfat edib === 23 avqust === Albert Ebosse — 24 yaşında öldürülüb. === 22 avqust === Ələddin Əhmədov — 62 yaşında vəfat edib. Elman Araslı — === 22 avqust === Cavad Heyət — 89 yaşında vəfat edib. === 11 avqust === Robin Vilyams — 63 yaşında intihar edib.
Qarakənd faciəsində vəfat edənlərin siyahısı
2023-cü il fevral ayında vəfat edənlər
2023-cü il fevral ayında vəfat edənlərin siyahısı. === 28 fevral === Cavad Təbatəbai — 77 yaşında vəfat edib. === 26 fevral === Qəhrəman Əliyev (məşqçi) — 63 yaşında vəfat edib. === 24 fevral === Takiçi Nişiyama — 91 yaşında vəfat edib. === 23 fevral === Əli Əsgərov (müğənni) — 61 yaşında vəfat edib. Ağasaleh Nuriyev — 82 yaşında vəfat edib. === 22 fevral === Fucima Kansuma — 104 yaşında vəfat edib. === 21 fevral === Simon Sequan — 97 yaşında vəfat edib. === 20 fevral === Ramiz Novruz — 67 yaşında vəfat edib. === 15 fevral === Pol Berq — 96 yaşında vəfat edib.
2023-cü il yanvar ayında vəfat edənlər
2023-cü il yanvar ayında vəfat edənlərin siyahısı. === 31 yanvar === Azər Mustafazadə — 83 yaşında vəfat edib. Kadriye Nurmambet — 89 yaşında vəfat edib. === 29 yanvar === Enni Wersching — 45 yaşında vəfat edib. === 28 yanvar === Əsgər Məmmədov (dövlət xadimi) — 75(76) yaşında vəfat edib. === 27 yanvar === Orxan Əsgərov — 40 yaşında şəhid olmuşdur. === 24 yanvar === Zaza Aleksidze — 87 yaşında vəfat edib. === 22 yanvar === Tünzalə Əliyeva — 49 yaşında vəfat edib. Janna Pliyeva — 74 yaşında vəfat edib. Hüseyn Şəhabi — 55 yaşında vəfat edib.
2022-ci il aprel ayında vəfat edənlər
2022-ci il aprel ayında vəfat edənlərin siyahısı. === 13 aprel === Mişel Buke — 96 yaşında vəfat edib. === 8 aprel === Teymur Bünyadov (tarixçi) — 94 yaşında vəfat edib. === 6 aprel === Vladimir Jirinovski — 75 yaşında vəfat edib. === 4 aprel === Keti Lamkin — 74 yaşında vəfat edib. === 2 aprel === Mkrtıç Markosyan — 83 yaşında vəfat edib. === 1 aprel === Zülfüqar Abbasov (xalq artisti) — 81 yaşında vəfat edib.
2022-ci il avqust ayında vəfat edənlər
2022-ci il iyul ayında vəfat edənlərin siyahısı. === 30 avqust === Mixail Qorbaçov — 91 yaşında vəfat edib. === 27 avqust === Cəmilə Həsənzadə — 74 yaşında vəfat edib. === 26 avqust === Nazim Məmmədov — 70 yaşında vəfat edib. === 16 avqust === Firəngiz Rəhimbəyli — 62 yaşında vəfat edib. === 11 avqust === Enn Heç — 53 yaşında vəfat edib. Hanae Mori — 96 yaşında vəfat edib. === 9 avqust === Arif Məhərrəmov (rəssam) — 74 yaşında vəfat edib. Ramin Mahmudzadə — 86 yaşında vəfat edib. === 8 avqust === Zofya Posmış — 98 yaşında vəfat edib.
2022-ci il dekabr ayında vəfat edənlər
2022-ci il dekabr ayında vəfat edənlərin siyahısı. === 31 dekabr === XVI Benedikt — 95 yaşında vəfat edib. === 29 dekabr === Arata İsozaki — 91 yaşında vəfat edib. Pele — 82 yaşında vəfat edib. Vivyen Vestvud — 81 yaşında vəfat edib. === 23 dekabr === Oruc Qurbanov — 73 yaşında vəfat edib. === 22 dekabr === Fikrət Verdiyev — 75 yaşında vəfat edib. Ələkrəm Hümbətov — 74 yaşında vəfat edib. === 21 dekabr === Kristofer Doulinq — 78 yaşında vəfat edib. === 19 dekabr === Kazım Əliverdibəyov — 88 yaşında vəfat edib.
2022-ci il iyul ayında vəfat edənlər
2022-ci il iyul ayında vəfat edənlərin siyahısı. === 31 iyul === Aliyə Təhmasib — 75 yaşında vəfat edib. === 27 iyul === Bernard Cribbins — 93 yaşında vəfat edib. === 17 iyul === Sevda İbrahimova — 82 yaşında vəfat edib. === 10 iyul === Ənvər Çingizoğlu — 60 yaşında vəfat edib. === 9 iyul === Andraş Töröçik — 67 yaşında vəfat edib. === 8 iyul === Şinzo Abe — 67 yaşında vəfat edib. === 6 iyul === Ceyms Kaan — 82 yaşında vəfat edib.
2022-ci il iyun ayında vəfat edənlər
2022-ci il iyun ayında vəfat edənlərin siyahısı. === 28 iyun === Cüneyt Arkın — 84 yaşında vəfat edib. === 26 iyun === Marqaret Kin — 94 yaşında vəfat edib. === 20 iyun === Regimantas Adomaytis — 85 yaşında vəfat edib. Eldar Salayev — 88 yaşında vəfat edib. Aida Hüseynova (musiqişünas) — 58 yaşında vəfat edib. === 17 iyun === Jan-Lui Trentinyan — 91 yaşında vəfat edib. Müzamil Abdullayev === 11 iyun === Tuncer Gülənsoy — 83 yaşında vəfat edib. === 9 iyun === Matt Zimmerman — 87 yaşında vəfat edib. === 5 iyun === Alek Con Saç — 70 yaşında vəfat edib.
2022-ci il may ayında vəfat edənlər
2022-ci il may ayında vəfat edənlərin siyahısı. === 28 may === Buyar Nişani — 55 yaşında vəfat edib. === 19 may === Vaqif Əsədov — 75 yaşında vəfat edib. Tofiq Məmmədov (botanik) — 65 yaşında vəfat edib. === 17 may === Vangelis — 79 yaşında vəfat edib. === 16 may === Arkadi Manciyev — 60 yaşında vəfat edib. Fuad Vəlixanov — 81 yaşında vəfat edib. === 14 may === Helen Feyn === 11 may === Musa Bağırov — 90 yaşında vəfat edib. === 10 may === Leonid Kravçuk — 88 yaşında vəfat edib. === 8 may === Kim Jiha — 81 yaşında vəfat edib.
2022-ci il noyabr ayında vəfat edənlər
2022-ci il noyabr ayında vəfat edənlərin siyahısı. === 30 noyabr === Tsyan Tsemin — 96 yaşında vəfat edib. === 28 noyabr === Musa Rüstəmov — 92 yaşında vəfat edib. === 24 noyabr === Hans Maqnus Enzensberqer — 93 yaşında vəfat edib. === 20 noyabr === Nobert Yevdayev — 93 yaşında vəfat edib. === 17 noyabr === Frederik Filips Bruks — 91 yaşında vəfat edib. === 15 noyabr === İxtiyar Şirin — 70 yaşında vəfat edib. === 11 noyabr === Gallagher — 76 yaşında vəfat edib. === 6 noyabr === Edvard Preskott — 81 yaşında vəfat edib. === 4 noyabr === Fazil Məmmədov (nazir) — 58 yaşında vəfat edib.
2022-ci il oktyabr ayında vəfat edənlər
2022-ci il oktyabr ayında vəfat edənlərin siyahısı. === 26 oktyabr === Maşallah Abdullayev — 72 yaşında vəfat edib. === 23 oktyabr === Süleyman Abdullayev (xanəndə) — 83 yaşında vəfat edib. === 14 oktyabr === Robbi Koltreyn — 72 yaşında vəfat edib. === 11 oktyabr === Ancela Lensberi — 96 yaşında vəfat edib. === 9 oktyabr === Ruhəngiz Qasımova – 82 yaşında vəfat edib. Bruno Latur – 75 yaşında vəfat edib. === 6 oktyabr === Araz Əlizadə — 70 yaşında vəfat edib. === 1 oktyabr === Tulsi Tanti — 64 yaşında vəfat edib.
2022-ci il sentyabr ayında vəfat edənlər
2022-ci il sentyabr ayında vəfat edənlərin siyahısı. === 30 sentyabr === Rəhim Rəhimli — 45 yaşında vəfat edib. === 28 sentyabr === Coolio — 59 yaşında vəfat edib. === 22 sentyabr === Fərqanə Quliyeva — 65 yaşında vəfat edib. === 20 sentyabr === Arye Qut — 47 yaşında vəfat edib. === 16 sentyabr === Məhsa Əmini — 22 yaşında vəfat edib. === 13 sentyabr === Jan-Lük Qodar — 91 yaşında vəfat edib. === 8 sentyabr === II Elizabet — 96 yaşında vəfat edib. === 7 sentyabr === Marşa Hant — 104 yaşında vəfat edib. === 4 sentyabr === Asif Azərelli — 76 yaşında vəfat edib.
2023-cü il aprel ayında vəfat edənlər
2023-cü il aprel ayında vəfat edənlərin siyahısı. === 30 aprel === Lev Əsgərov — 80 yaşında vəfat edib. === 29 aprel === Aftandil İsrafilov — 82 yaşında vəfat edib. Surxay Musayev — 72 yaşında vəfat edib. === 27 aprel === Cerri Sprinqer — 79 yaşında vəfat edib. === 26 aprel === Abbas Əli Süleymani — 75 yaşında vəfat edib. === 25 aprel === Harri Belafonte — 96 yaşında vəfat edib. === 14 aprel === Mark Şihan — 46 yaşında vəfat edib. === 13 aprel === Meri Kuant — 93 yaşında vəfat edib. === 12 aprel === Tamilla Nəsirova — 86 yaşında vəfat edib.
2023-cü il iyun ayında vəfat edənlər
2023-cü il fevral ayında vəfat edənlərin siyahısı. === 29 iyun === Alan Arkin — 89 yaşında vəfat edib. === 24 iyun === Fatimə Ağamirzəyeva — 70 yaşında vəfat edib. === 22 iyun === Harri Markovits — 95 yaşında vəfat edib. === 18 iyun === Nəsrullah Nasehpur — 82 yaşında vəfat edib. === 15 iyun === Eldar Şəfiyev — 69 yaşında vəfat edib. === 13 iyun === Ciro Uşio — 92 yaşında vəfat edib. === 12 iyun === Silvio Berluskoni — 86 yaşında vəfat edib. === 10 iyun === Kərəm Məmmədov — 58 yaşında vəfat edib. Ted Kaçinski — 81 yaşında vəfat edib.
2023-cü il mart ayında vəfat edənlər
2023-cü il mart ayında vəfat edənlərin siyahısı. === 29 mart === Ərəstun Cavadov — 74 yaşında vəfat edib. === 25 mart === Yakob Ziv — 91 yaşında vəfat edib. Zülfi Sadıxov — 80(81) yaşında vəfat edib. Nemət Veysəlli — 82 yaşında vəfat edib. === 24 mart === Qordon Mur — 94 yaşında vəfat edib. === 22 mart === Oqtay Əliyev (rejissor) — 54 yaşında vəfat edib. === 14 mart === Aleksandr Andreyev — 83 yaşında vəfat edib. === 12 mart === Rauf Mehtiyev — 39 yaşında vəfat edib. === 10 mart === İmran Mehdiyev — 87 yaşında vəfat edib.
2023-cü il may ayında vəfat edənlər
2023-cü il may ayında vəfat edənlərin siyahısı. === 31 may === Amitay Etsioni — 94 yaşında vəfat edib. Ağa Zeynallı — 70 yaşında vəfat edib. === 29 may === Elxan Qasımov — 78 yaşında vəfat edib. === 28 may === Harald tsur Hauzen — 87 yaşında vəfat edib. === 24 may === Tina Törner — 83 yaşında vəfat edib. === 23 may === Ənvər Vəliyev — 78 yaşında vəfat edib. === 19 may === Cavad Karahasan — 70 yaşında vəfat edib. Martin Emis — 73 yaşında vəfat edib. === 15 may === Robert Lukas — 85 yaşında vəfat edib.
2024-cü ildə vəfat edənlərin siyahısı
2024-cü ildə vəfat edənlərin siyahısı — 2024-cü ildə vəfat edən ensiklopedik şəxslərin siyahısı. == Oktyabr == === 14 oktyabr === Zakir Əliyev (professor) — 80 yaşında vəfat edib. Yaqub Əlioğlu — 68 yaşında vəfat edib. === 10 oktyabr === Etel Kennedi — 96 yaşında vəfat edib. === 8 oktyabr === Artyom Yenin — 48 yaşında vəfat edib. === 7 oktyabr === Recai Kutan — 94 yaşında vəfat edib. === 1 oktyabr === Güneri Civaoğlu — 85 yaşında vəfat edib. == Sentyabr == === 28 sentyabr === Kris Kristofferson — 88 yaşında vəfat edib. === 27 sentyabr === Həsən Nəsrullah — 64 yaşında vəfat edib. Meggi Smit — 89 yaşında vəfat edib.
Vəfasızlar Unudulmur
"Vəfasızlar Unudulmur" — Azərbaycan müğənnisi Aygün Kazımovanın 26 yanvar 2023-cü ildə yayımlanan sinqlı. Kazımovanın rəsmi YouTube kanalında yayımlanan mahnının klipi Rusiyanın paytaxı Moskva şəhərində çəkilmişdir. Sənətçi mahnısını doğum günü olan 26 yanvar 2023-cü ildə dinləyicilərinə təqdim etmişdir.
Vəfasız (film, 2002)
Vəfasız (ing. Unfaithful) — 2002-ci ildə televiziya ekranlarında nümayiş etdirilmiş ABŞ filmidir. Bu film 1969-cu ildə çəkilmiş Fransa filmi olan Vəfasız qadın filminin Amerika remeykidir. == Süjet xətti == Edvard və Konni Samner həsəd aparılacaq bir həyat yaşayırlar: onlar səkkiz yaşlı oğulları, itləri və xadimələri ilə bərabər Nyu-Yorkun sakit bir hissəsində həyatlarından həzz alırlar. Lakin Konninin Manhettenin Soho ərazisində qarşılaşdığı bir gəncin timsalında “Amerika arzusu”nun bu təcəssümünə və cütlüyün bir qədər monoton olsa da, xoşbəxt ailə həyatına zərbə vurulur.
Zöhrə Vəfayi
Zöhrə Vəfayi — (1953, Təbriz, İran - 2004, Təbriz, İran) Əslən Azərbaycanın Güneyindən olan yazar, şair, jurnalist, ictimai xadim. == Həyatı == Təbriz xalq məşəti, xalq sənətinin tədqiqatçılarından olan Zöhrə Vəfayi 1955-ci ildə Təbriz şəhərinin Əmirbağı məhəlləsində doğulmuşdur. Zöhrə Vəfayinin atası Gəncədə anadan olmuş, 7 yaşında olarkən sosialist inqilabı ərəfəsində ailəsi ilə birlikdə Təbrizə köçmək məcburiyyətində qalmışdılar. Özünün verdiyi məlumata görə, onun babası vaxtilə Gəncədə parça, kəlağayi fabriki işlətmiş, məlum hadisələrdən sonra fabriki bağlayıb Təbrizə qayıdaraq burada çalışmışdır. Parça, fərş işinə yenidən Təbrizdə başlayan ailə güzəranlarını bununla yaxşılaşdırmağa çalışmışdır. Zöhrə Vəfayi 6 yaşında olarkən Əmirbağda ilk mədrəsə təhsilini almış, daha sonra iki ayrı-ayrı mədrəsələrdə 3 il ardıcıl olaraq təhsilini davam etdirmişdir. Hələ kiçik yaşlarından ədəbiyyat, xüsusilə folklora böyük maraq göstərmiş, sərbəst yazılar, məqalələr yazmaqla ilk ədəbi axtarışlara qoşulmuşdur. Özünün qeyd etdiyinə görə, bəzən varlı uşaqlarına inşalar hazırlamış, hətta gənc qızlara aşiqanə məktublar yazmaqda da köməklik göstərmişdir. Zöhrə Vəfayi hələ mədrəsədə təhsil aldığı illərdə divar qəzetlərinə yazdığı məqalələri ilə yaşıdlarından seçilmişdir. O, 1975-ci ildə Tehran Universitetinə daxil olmuş, yeni mühit, yeni dostlar onun həyatında mühüm rol oynamışdır.

Значение слова в других словарях