Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vəfadar Eminov
Vəfadar Quluzadə
Vəfadar Fəqan oğlu Quluzadə (19 oktyabr 2001, Bünyadlı, Beyləqan rayonu – 3 oktyabr 2020, Talış, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Vəfadar Quluzadə 19 avqust 2001-ci ildə Beyləqan rayonunun Bünyadlı kəndində dünyaya göz açmışdır. 2007-2018-ci illərdə Beyləqan rayon Bünyadlı kənd Yunis Quliyev adına tam orta məktəbdə orta təhsil almışdır. 2019-cu ildə həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Goranboy rayonunun Ballıqaya və Ağcakənd kəndlərində yerləşən "N" saylı hərbi hissələrdə xidmət etmişdir. 1 il burada xidmət etdikdən sonra Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətin davam etdirmişdir. Azərbaycan Ordusunun əsgəri olan Vəfadar Quluzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın və Talışın işğaldan azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 3 oktyabr 2020-ci ildə Talış kəndi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vəfadar Quluzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Vəfadar Rzayev
Vəfadar Əziz oğlu Rzayev (d. 20 sentyabr 1933, Xızı, Azərbaycan SSR, - ö. 21 avqust 2015, Bakı, Azərbaycan) — Azərbaycanın görkəmli maliyyə işçisi və əməkdar iqtisadçısı Vəfadar Əziz oğlu Rzayev 1933-cü ilin 20 mart tarixində Xızı rayonunda anadan olub. Azərbaycanın maliyyə-bank sistemində 50 ildən çox çalışıb. 1952-ci ildə 19 yaşında maliyyə sahəsində baş büdcə inspektoru vəzifəsində öz fəaliyyətinə başlayıb. 1957-1959-cu illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin büdcə idarəsinin inspektoru olub. 1959-1971-ci illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin sosial sahələrin planlaşması və maliyyələşməsı idarəsinin rəisi - kollegiya üzvü vəzifəsində çalışıb. 1971-1987-ci illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyində birinci müavin vəzifəsində çalışıb. 1987-ci ildə Azərbaycanda ilk dəfə olaraq “Azərbaycan Aqrar-Sənaye Bank”-nın baş idarəsini və 65 rayon üzrə şöbələrini yaratmış və 1992-ci ilin oktyabr ayına qədər həmin bankın idarə heyətinin sədri olub. Qeyd edək ki, mühüm dövlət işi ilə yanaşı maliyyə-kredit orqanları üçün ixtisaslı kadrların hazırlanması işindədə onun böyük əməyi olub.
Bafadar Muradov
Muradov Hacı Bafadar Sultanəli oğlu (20 yanvar 1936, Xızı rayonu – 2007, Xızı rayonu) — Xızı Rayon İcra Hakimiyyətinin başçısı (1994-2001). == Həyatı və fəaliyyəti == Bafadar Muradov 1936-cı il yanvarın 20-də Xızı rayonunun Giləzi (indiki Giləzi qəsəbəsi) kəndində anadan olmuşdur. 1955-ci ildə Giləzi kənd orta məktəbini, 1971-ci ildə isə Bakı Dövlət Universitetini bitirmişdir. Əmək fəaliyyətinə Sumqayıt Sintetik Kauçuk Zavodunda fəhlə kimi başlamışdır. 1957-ci ildə Giləzi Kolxozunda mexanizator, tarlaçılıq briqadasında şöbə müdiri, quşçuluq fabrikində sex müdiri, zootexnik, Giləzi Qarışıq Yem Zavodunda direktor, 1980-cı ildən Abşeron Rayon Aqrokombinatında baş direktor, Qobustan qoyunçuluq sovxozunda direktor, 1986-cı ildən Abşeron rayonundakı Xırdalan südçülük sovxozunda baş zootexnik, 1989-cu ildən Altağac sovxozunda direktor, 1992-ci ildən Xızı rayon Aqrokombinatı baş direktorunun müavini, 1994-2001-ci illərdə Xızı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. 2007-ci ildə Xızıda vəfat etmişdir.
Bafadar Səfərov
Vedalar
Vedalar və ya Veda təlimi — Hindistanın ən qədim tarixə malik əsas və geniş yayılmış dinlərindən biri. Bir sıra dinlər, xüsusilə brahmanizm, hinduizm, caynizm, buddizm və siqhizm bu təlim əsasında formalaşmışdır. "Veda" sözü "bilmək", "bilik", "görmək" deməkdir, bu söz xüsusi ali elm və mərifət mənasında işlədilir. Bu söz "Riqveda"da yalnız bir dəfə işlənilmişdir.. Veda zözü qədim Hind -Avropa dillərində "u̯eidos", yunan dilində "(ϝ)εἶδος" - ("forma"), rus dilində - ведать, отведать - ("görmək", "dadmaq"), ingilis dilində - wit, witness, wisdom, vision (sonuncu söz: latın dilindəki video, videre), alman dilində - wissen ("bilmək", "bilik", norveç dilində - viten ("bilik"), isveç dilində - veta ("bilmək"), polyak dilində - wiedza ("bilik"), latın dilində - video ("mən görürəm"), çex dilində - vím ("mən bilirəm") və ya vidím ("mən görürəm"), holland dilində - weten ("bilmək") mənasında izah olunur. Veda bəzi mənbələrdə "Apaverşiya", yəni "fövqəl-insan" da adlandırılır. Veda təlimində dörd dini kitab vardır: Birinci kitab olan "Riqveda"nın əsаs himnlərinin yаrаnmаsını е.ə. II minilliyin sоnunа, vаhid vеdаlаr məcmuəsinin tərtibаtını е.ə. II-I minilliklərə аid еdirlər. Vedalar əvvəllər kahinlər vasitəsilə ustad-şagird üslubunda və şifahi şəkildə söylənərək sonrakı nəsillərə ötürülürdü.
Venalar
Vena (lat. venae) ― kapillyarların toplaşmasından əmələ gələrək, qanın cərəyanı istiqamətinə, divarlarının quruluşuna, həcmlərinə, vəziyyət və miqdarlarına görə arteriyalardan fərqlənirlər. Venalarda qan, arteriyalardakı qanın cərəyanına əks olaraq, mühitdən mərkəzə (ürəyə) doğru axır. Təkcə qaraciyər qapısında qaraciyər arteriyasında və qapı venasında axan qanın cərəyanı bir istiqamətdə (yəni hər ikisi qaraciyərə doğru) olur. Venaların divarı arteriyalardakı kimi üç qişadan təşkil olunmuşdur: daxili – intima qişası, orta (əzələ) qişa və xarici (birləşdirici toxuma) qişa. Ancaq divarların qurluşuna görə arteriyalardan bundadır ki, burada əzələ və elastik liflərin miqdarı olduqca azdır; əksinə birləşdirici toxuma ünsürləri çoxdur. Ona görə venalar elastik xassəyə malik deyildirlər və kəsilərkən ağızları tez qapanır. Bəzi venaların (məsələn, beynin yumşaq qişası, dalaq və qaraciyər venalarının) divarlarından əzələ qatı olmur. Venaların divarlarının elastik və əzələ liflərinin az olması nəticəsində qanın təzyiqi və sürəti onlarda çox azalır. Bunun kompensasiya etmək üçün venaların həcmi böyüyür, miqdarı çoxalır və daxilində qanın geriyə axmasına mane olan xüsusi vena qapaqcıqları əmələ gəlir.
Adsız venalar
== İstinadlar ==