VİNETKA
VİNT
OBASTAN VİKİ
Poli-4-vinilpiridinin qismən kvaternizasiyası
Poli-4-vinilpiridinin qismən kvaternizasiyası Kvaternizasiya reaksiyası – başlanğıc amini alkilləşən agentlə çox zaman həlledici iştirakı olmadan qızdırmaqla qarışdırılması yolu ilə həyata keçirilir. Reaksiyanın müddəti və temperaturu hallogenalkanın təbiətindən asılıdır. Reaksiya qabiliyyəti xlordan flora doğru artır. Poli-4vinilpiridinin(P-4-VP) qismən kvaternizasiyası onun sonradan tikilərək metal ionlarına (mis, nikel, kobalt, manqan və s.) köklənməsi xüsusiyyətlərini yaxşılaşdırır. Bu məqsədlə P-4-VP-ni metanol məhlulunda benzilxloridlə kvaternizə edirlər. Benzilxloridin miqdarı polivinilpiridinin kütləsinin 10-60% təşkil edir. Qismən kvaternizə olunmuş poli-4vinilpiridini N,N1-metilendiakrilamidlə tikməklə üçölçülü quruluşlu komplekslər alınır. Bu komplekslər oksidləşmə və hidrogenləşmə reaksiyalarında geniş tətbiq olunur. Э.Б.Аманов, Н.А.Зейналов, Г.М.Фараджев. Кинетика и сорбционные свойства частично кватернизированных поли-4-винилпиридинов.
Vinilasetilen
Vinilasetilen (C4H4) — Doymamış karbohidrogenlər sinfinə daxildir. Петров А. А. Винилацетилен и его гомологи / Успехи химии, 1960, Том 29, № 9, Страницы 1049–1087. Вартанян С. А. Химия винилацетилена и его производных. — Ереван: Изд-во АН Арм. ССР, 1966. — 347 c. Темкин О. Н., Шестаков Г. К., Трегер Ю. А. Ацетилен: Химия. Механизмы реакций. Технология.
Vinilxlorid
Vinilxlorid (xloretilen, monoxloretilen), CH2=CHCl, halogenli doymamış karbohidrogendir. Vinilxlorid havadan ağır, zəif xloroform iyli, rəngsiz qazdır, asanlıqla alışıb yanır. Vinilxlorid dixloretan, xloroform, dietil efiri, neft karbohidrogenlərində yaxşı, suda isə çox pis həll olur. Vinilxlorid ilk dəfə 1835-ci ildə Viktor Reno tərəfindən dixloretanı natrium hidroksidin spirtli məhlulu ilə işləyərək almışdır. Asetilenin qaz və maye fazada katalizatorun (HgCl2) iştirakı ilə hidroxlorlaşdırılması ilə : CH≡CH + HCl → CH2=CHCl 1,2-dixloretanın dehidroxlorlaşdırılması ilə: CH2Cl−CH2Cl +NaOH → CH2=CHCl+ NaCl+ H2O Vinilxlorid öz-özünə polimerləşir.Katalizatorun iştirakı ilə maye halında polimerləşdikdə termoplastik qatrana çevrilir: Vinilxlorid halogenləri və hidrogen-halogenidləri asanlıqla özünə birləşdirir: CH2=CHCl + HCl → CH3−CHCl2 Vinilxloriddən alınan polivinilxlorid, eləcə də onun vinilasetat, vinilidenxlorid və s. vinil birləşmələri ilə birgə polimerləri sənayenin müxtəlif sahələrində geniş tətbiq olunan mühüm materiallardır. Plastik kütlə, sintetik lif, boya maddələri, süni dəri və s.istehsalında çox işlədilir. Vinilxlorid keyidici narkotik maddədir. Havada az miqdarda olduqda insanın başı gicəllənir, çox olduqda isə insan şüurunu tamam itirir. Trixloretilen Tetraxloretilen Etilxlorid N.Ə.Səlimova, B.Ş.Şahpələngova.

Значение слова в других словарях