Voterton-Leyks Milli Parkı
Voterton-Leyks Milli Parkı (ing. Waterton Lakes National Park) — Kanadanın Alberta əyalətinin cənub-qərb küncündə yerləşən və ABŞ-nin Montana ştatında yerləşən Qleyşer Milli Parkı ilə həmsərhəd olan milli park. Milli park Kanadanın 4-cü milli parkıdır. 1895-ci ildə qurulmuş, adını isə Viktoriya dövrü təbiətşünas Çarlz Votertonun adı ilə adlandırılmış göllərdən almışdır. Voterton-Leyks Milli Parkının sahəsi 505 km2 olub, dağlıq və çöllük əraziləri əhatə edir.
Voterton-Leyks Milli Parkı Kanada Parkları tərəfindən idarə olunur. Milli park ilin bütün aylarında ziyarətə açıq olsa da, əsas turist mövsümü iyul və avqust aylarıdır. Turistlər Voterton Park adlı bölgədə qalırlar. Milli park dəniz səviyyəsindən 1.290 metr yüksəklikdə, Voterton Park isə dəniz səviyyəsindən 2.910 metr yüksəkliyindəki Blekiston dağında yerləşir. Milli parkdan Kript Gölü cığırı keçir.