Rəşid Mehdiyev

Vikipediya saytından
Barselona99 (müzakirə | töhfələr) tərəfindən edilmiş 14:19, 8 yanvar 2017 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Rəşid Mehdiyev
Şəxsi məlumatlar
Doğum tarixi 26 iyul 1990(1990-07-26)
Doğum yeri
Vəfat tarixi 2 aprel 2016(2016-04-02) (25 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı

Rəşid Mehdiyev (d. 26 iyul 1990; Salyan, Azərbaycan - ö. 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.

Həyatı

Rəşid Mehdiyev 1990-cı ilin 26 iyul günündə Salyan rayonunun Xələc kəndində anadan olub. Ailənin yeganə oğul övladı olan Mehdiyev Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib

Hərbi xidməti

Baş leytenant Rəşid Mehdiyev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 5-i isə Rəşid Mehdiyev doğulduğu Salyan rayonunun Xələc kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və baş leytenant Mehdiyev uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Rəşid Mehdiyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edildi.

İstinadlar