Vaqif Cavadov
Vaqif Cavadov | |||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Ümumi məlumatlar | |||||||||||||||||||||||||||||||||||||||||
Tam adı | Vaqif Füzuli oğlu Cavadov | ||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | 25 may 1989 | ||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | |||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | |||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 183 | ||||||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 71 kq | ||||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | Hücumçu (futbol | ||||||||||||||||||||||||||||||||||||||||
Klub haqqında məlumat | |||||||||||||||||||||||||||||||||||||||||
Klub | |||||||||||||||||||||||||||||||||||||||||
Karyerası | |||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Vaqif Füzuli oğlu Cavadov (d. 25 may 1989) — Azərbaycanın "AZAL" futbol klubunun və Azərbaycan milli futbol komandasının oyunçusu.
Həyatı
Vaqif 1989-cu ildə Bakıda anadan olub. Onun əmisi məşhur futbolçu İskəndər Cavadov olub. Vaqif Cavadovun bir futbolçu kimi inkişafında onun böyük rolu vardır.
2004-cü ildən Vaqif Rusiyanın "OMİK Moskva" klubunun gənclərdən ibarət komandasında oynayıb. Daha sonradan o Azərbaycana qayıdıb və 2007-ci ildən etibarən "Qarabağ Ağdam" klubu ilə müqavilə bağlayıb. "Qarabağ"ın heyətində Vaqif 77 oyun keçirir və 20 qol vurur. Bu zaman ərzində o milli komadada əsas oyunçulardan birinə çevrilir və bir çox Avropa klublarının diqqətini cəlb edir. 2010-cu ilin yanvarında Vaqif Cavadov " Tvente"[1] komandasına transfer edilir və 3,5+1 formatında müqavilə imzalayır.[2]. Vaqif 7 nömrəli forma alır.
Lakin burada Vaqif möhkəmlənə bilmir və əsasən əvəzedici heyətdə oynamağa başlayır. 2010-cu ildə isə o "Bakı" futbol klubuna icarə əsasında keçir. Burada o 23 oyun keçirir və 4 qol vurur. Mövsümün sonunda Vaqif Cavadovun "Qəbələ" ilə razılaşması deyilsədə o Rusiya premyer-liqasının "Volqa" klubuna transfer edilir və burada "70" nömrəsi ilə çıxış etməyə başlayır.
Uğurları
- Qarabağ Ağdam
Azərbaycan Milli Futbol Kuboku – 2008/09
- Tvente
Hollandiya çempionu – 2009/2010
Şəxsi uğurları
- Azərbaycanda ilin futbolçusu – 2009[3]
- Qarabağ futbol klubu "İlin ən yaxşısı" mükafatı: 2009[4]
- Topaz Premyer Liqası noyabr ayının futbolçusu (1): 2013[5]