Babək Abidov

Vikipediya saytından
Moses (müzakirə | töhfələr) tərəfindən edilmiş 00:44, 11 may 2021 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Babək Abidov
Babək Vəfadar oğlu Abidov
Fayl:Babək Abidov.jpg
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Dəvəçi, Azərbaycan
Vəfat tarixi (23 yaşında)
Vəfat yeri Azərbaycan
Vəfat səbəbi Şəhid olmuşdur
Dəfn yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2016
Rütbəsi Kiçik gizir
Döyüşlər
Təltifləri "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı

Babək Vəfadar oğlu Abidov (3 may 1992; Dəvəçi, Azərbaycan2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Həyatı

Babək Abidov 1992-ci ilin 3 may günündə Şabran rayonunun (dövrünün Dəvəçi rayonu) Zeyvə kəndində anadan olub.

Hərbi xidməti

Kiçik gizir Babək Abidov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 9-u isə Babək Abidov doğulduğu Şabran rayonunun Zeyvə kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və kiçik gizir Abidov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Babək Abidov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

İstinadlar