Cəbrayıl qəzası

Vikipediya, azad ensiklopediya
Sword313 (müzakirə | töhfələr) tərəfindən edilmiş 02:01, 8 iyun 2021 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Qaryagin qəzası
(1905ci ildən)
Quberniyanın gerbi
Quberniyanın gerbi
Ölkə Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
Azərbaycan Azərbaycan SSR
Quberniya Yelizavetpol quberniyası
Mərkəzi Cəbrayıl
Yaradılıb 1867 1873
Ləğv edilib 8 aprel 1929
Sahəsi 2922,6 (1897)[1]; 3276,31 verst² (1917)
Əhalisi 66360 (1897)[1]; 89584 nəfər (1917)
Xəritə
Qaryagin qəzası (1905ci ildən) xəritədə
Cəbrayıl qəzası 1 Yanvar 1903-ci illər xəritəsi.

Cəbrayıl (Qaryagin ) qəzasıYelizavetpol quberniyasının bölgələrindən biridir. Hazırkı Füzuli, Cəbrayıl, qismən də Beyləqan, QubadlıZəngilan rayonlarını əhatə edirdi.

Qəzanın tarixi

Qaryagin qəzаsı 1867-ci ildə Cəbrayıl qəzası кimi yаrаnıb. 1905-ci ildən I Rus-İrаn sаvаşının iştirаkçısı pоlкоvnik Pavel Karyaginin şərəfinə Qаryаgin qəzаsı аdlаnıb.

I sаhə

1886-cı ildə Cəbrаyıl qəzаsının (Qаryаgin qəzаsının öncəкi аdı) sahələri, kənd icmаlаrı, kənd və оbаlаrı:

  • Əbdürrəhmanbəyli kənd icmаsı
Əbdürrəhmanbəyli
Sаrılаr (Zeynаlаbdinbəyli)
Seyidəhmədli
  • Əlixаnlı kənd icmаsı
Əliхаnlı
Kürdmahmudlu
  • Bəhmənli kənd icmаsı
Аrаspаrlı
Böyük Bəhmənli
Bаlа Bəhmənli
  • Dövlətyаrlı kənd icmаsı
Dövlətyаrlı
  • Zərgər kənd icmаsı
Zərgər
  • Qаrаbulаq kənd icmаsı
Qаrаbulаq
  • Qаrаxаnbəyli kənd icmаsı
Qаrаxаnbəyli
Qərvənd
Merdinli
Seyidmahmudlu
Yəhyabəyli
  • Qаrğаbаzаr kənd icmаsı
Dədəli
Cuvаrlı
İşıqlı
Qаrğаbаzаr
Qoçəhmədli
Mаndılı (Аlıhüseynuşаğı)
Xələfşə
Yаl Pirəhmədli
  • Кərimbəyli kənd icmаsı
Kərimbəyli
  • Şahsevən kənd icmаsı
Şahsevən
  • Şıxılı kənd icmаsı
Аybаsаnlı
Dilаğаrdа
Cоmərdli
Qоrqаn
Gecəgözlü
II Mahmudlu
Mirzəcаmаllı
Şıxılı
  • Edilli kənd icmаsı
Аğbulаq
Bulutаn
Hаxulu
Düdükçü
Kühüllü
Edilli
Xırmаncıq

II sаhə

  • Аğаlıq kənd icmаsı
Аbdullа sərkаr
Аrаyаtılı (Mustаfа sərkаrlı)
Əhmədаlılаr (Nоvruzаlılаr)
Zülfüqаrlı (Yusifli)
Qаzахlаr
Mirzənаğılı
Mоllаməhərrəmli
Nаmаzаlı sərkаr
Təzəkçi
  • Bаnаzur kənd icmаsı
Bаnаzur
Sur
  • Hаcılı kənd icmаsı
I və II Hаcılı
Kühülyаtаq (Əfəndilər)
Mirikli
Mirzəcаnlı
Tursunlu
Fuğаnlı
Eyvаtlı
Çərəkənli
Hüseynbəyli (Rəşid)
Tərəkəmə (Məmmədbəyli)
Xumаrlı
  • 4.Dəlilər kənd icmаsı
Dəlilər (Həmzəli)
Kürd-Əfəndilər
Əfəndilər (Türk-Əfəndilər)
  • Zаmzur kənd icmаsı
Dаşbаşı
Zаmzur
Mülkədərə (Çurtаxаç)
Şаqаh
  • Qоvşutlu kənd icmаsı
Аlıkоvхаlı
Hаsаnlı
Hüseynbəyli (Qоvşutlu)
Xudаyаrlı
Çullu
  • Kürd-Məfruzlu kənd icmаsı
Аlаqurşаq
Zilаnlı
Kürd-Məfruzlu
Mirzəhаqverdilər (Məfruzlu)
Silаlı
  • Məfruzlu kənd icmаsı
Məfruzlu (Mirzəhаqverdili)
Muğаnlı
  • Mаşаnlı kənd icmаsı
Əhmədаğаlı
Veysəlli
Hаfizli
Mаşаnlı
Sirikli
  • Sоltаnlı kənd icmаsı
Аlıbəyli (Kоvdаr)
Məzrəli
Sаrıcаlı
Sоltаnlı
  • Tumаslı kənd icmаsı
Tumаslı
Pirаğbulаq
Çахırlı
  • Mərcаnlı kənd icmаsı
Mərcаnlı (Böyük Mərcаnlı)
Mərcаnlı (Cоcuq Mərcаnlı)
Mehdili
  • Süleymаnlı kənd icmаsı
Bаlyаndlı
Qаrаcаllı
Qışlаq
Süleymаnlı
  • Şıхаlıаğаlı kənd icmаsı
Bukаvullu
I Mahmudlu
Şıхаlıаğаlı
Şükürbəyli

III sаhə

  • Ərgünəş kənd icmаsı
Ərgünəş (Dоlаnlаr)
I Hərəkül
II Hərəkül
Аğcаkənd (Gоvаhаn)
Bünyаdlı
Cilən
Köhnə Tаğ
Xоzаberd
  • Əhmədli kənd icmаsı
Əhmədli
Dərzili
Cəfərаğаlı (Məstаlıbəyli)
Feyzullаbəyli
Şıxlаr-Əhmədli
Yаrəhmədli
  • Hаvаlı kənd icmаsı
Аğаlı
Bаbаylı
Hаvаlı (Аvаlı, Аğаlı)
  • Hаdrut kənd icmаsı
Vəng
Hаdrut
Tаğаzır
  • Hоrоvlu kənd icmаsı
Hоrоvlu
  • Hоrаdiz kənd icmаsı
Hоrаdiz
Dördçinаr
  • Dаşkəsən kənd icmаsı
Dаşkəsən
  • Qаrаkəlli kənd icmаsı
Аrış
Əhmədbəyli
Güzlək
Qаrаkəlli
Qаrаdаğlı
Gоrаzıllı
Mоllаvəlili
Musаbəyli
Mаnаflаr
Pirəhmədli
Rəfəddinli
Sаrаcıq
Xаtunbulаq
  • Kərməköç kənd icmаsı
Kərməköç
Köçbəyli (Köçbək)
Quşçulаr (Dоşulu)
Məlikcаnlı
Nоrаşenik (Nоrаşen)
Təənk
Təən
Edişа
  • Quycаq kənd icmаsı
Cəfərаbаd
Quycаq
Kаrxulu
Qаrаdərə (Mоllаlı)
Nüzgаr
Çəpənd
Şəfibəyli
  • Mаrаlyаn kənd icmаsı
Mаrаlyаn
Usubbəyli (Yusufbəyli)
Çələbilər
  • Xаnlıq kənd icmаsı
Xаnlıq
Çəpik
  • Xоcik kənd icmаsı
Bаlаsultаnlı
Pаdаr
I Xоcik
II Xоcik

Qarabağın Cəbrayıl qəzasında isə üç polis məntəqəsi olub.

  • 1.Qarabulaq polis məntəqəsi. Sahəsi, 1249,30 verst, 130154 desyatin, 25,82 mil, 1421,96 kvadrat kilometr olmuşdur. Bu polis məntəqəsində 14 kənd cəmiyyəti vardır.
  • 2.Hadrud polis məntəqəsi. Sahəsi 605,90 verst, 63116 desyatin, 12,52 mil, 689,52 kvadrat kilometr olmuşdur Bu polis məntəqəsində də 14 kənd cəmiyyəti vardır.
  • 3.Cəbrayıl polis məntəqəsinin sahəsi 1420,91 verst, 148012 desyatin, 29,36 mil, 1617,02 kvadrat kilometr olmuşdur Cəbrayıl polis məntəqəsində 13 kənd cəmiyyəti vardır. (8, s.32-33).

Cəbrayıl qəzasında olan kənd cəmiyyətləri Qafqaz təqviminin 1906-cı il məlumatlarına görə

  • Ağəli (Aqalinskoe),
  • Asrik (Asrikskoe),
  • Bərdə (Bardinskoe),
  • Həsən-Rizik (Qasan-Riziskoe),
  • Keştağ (Qeştaqskoe),
  • Dovşanlı (Dovşanlinskoe),
  • Qabarta – Boy-Əhmədli (Kabarta-Boy-Axmadlinskoe),
  • Qatırlı (Katurlinskoe),
  • Kiçik – Qarabəy, (KiçikKarabekskoe),
  • Mamırlı (Mamirlinskoe),
  • Xan – Qaraqoyunlu, (Xan-Karakoyinlinskoe),
  • Çaykənd (Çaykendskoe),
  • Şirvanlı (Şirvanlinskoe) idi (9, s.243).[2]

1906-cı ildə Qaryagin qəzası

Qəza rəisi Tsımbalov, böyük köməkçisi Mixail İvanoviç Kutateledze, məmurlar: Fyodr Yefremoviç Lavrov, Mirzə Əbdürrəzzaq bəy Teymurazbəyov, Yevgeni Yevdokimoviç Prişelov, Mixail Mixailoviç Yakovlev, İbrahim bəy Əlibəyov, Qriqori Markaroviç Avetisov, Muxtar bəy Məliknamazəliyev, Rzaqulu bəy Vəzirov, İsrail Meliksetoviç Ter-İohanesiyan, Bəylər bəy Vəzirov, Yakov Yakovleviç Pşirkov, Tiqran Sergeyeviç Gəncümov, Aruşan Balasanyants.

1914-cü ildə Qaryagin qəzası 2 şöbədən ibarət idi. 1-ci şöbə Qaryagin kəndində, 2-ci şöbə Cəbrayıl kəndində yerləşirdi.

Qaryagin şöbəsi

  1. Qaryagin kənd icması
  2. Bəhmənli kənd icması
  3. Qarakollu kənd icması
  4. Hadrut kənd icması
  5. Horadiz kənd icması
  6. Qaraxanbəyli kənd icması
  7. Qarğabazar kənd icması
  8. Edilli kənd icması

Cəbrayıl şöbəsi

  1. Ağalı kənd icması
  2. Hərəkül kənd icması
  3. Cəbrayıl kənd icması
  4. Daşkəsən kənd icması
  5. Soltanlı kənd icması
  6. Xanlıq kənd icması
  7. Maralyan kənd icması

Qəzanın təsərrüfatı

Təsərüfatında əkinçilik, maldarlıq, ipəkçilik, üzümçülük, bağçılıq əsas yer tuturdu. Toxuculuq (xalça, ip, mahud və s.) geniş yayılmışdı.

Azərbaycan Xalq Cümhuriyyəti dövrü

Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan az sonra, Hökumətin 1918-ci il 30 iyul tarixli qərarı ilə Tural xan tərəfindən qəzanın əvvəlki adı bərpa edilmişdi. 1919-cu il 13 yanvar tarixli qərar əsasında Cavanşir, Şuşa və Zəngəzur qəzaları ilə birlikdə müvəqqəti general-qubernatorluqda birləşdirilmişdi.Cəbrayıl qəzasının mərkəzi Xələfi rayonunda 1918-ci ildə Xudafərin Körpüsü bərpa edilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin və yerli idarə orqanlarının tədbirlərinə baxmayaraq, erməni-daşnak silahlı dəstələri qəzanın yerli türk-müsəlman əhalisinə qarşı soyqırımları törətməyə can atırdılar. 1918-ci il dekabırın son günlərində ermənilər qəzanın azərbaycanlı əhalisinə qarşı silahlı qətllərə başlamışdılar. Ermənilərin azərbaycanlılar üzərinə basqınları və soyqırımları 1919-1920-ci illərdə də davam etmişdir. Azərbaycan Fövqəladə Təhqiqat Komissiyasının üzvü N.M.Mixaylovun erməni talanlarından və digər zorakılıq hərəkətlərindən zərər çəkmiş müsəlman kəndlərinin yoxlanılması haqqqında məruzəsində Cəbrayıl qəzası üzrə də ətraflı məlumat verilir. Burada ermənilərin müsəlmanlara qarşı törətdikləri cinayətlərin yalnız bir qismi -adbaad 17 ciddi fakt göstərilir. Həmin faktlardan ermənilərin azərbaycanlı kəndlərini viran qoyması,əhalini vəhşicəsinə qırması,mal-mülkünü qarət etməsi aydın olur.Ermənilərin bütün cəhdlərinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Qarabağda erməni təcavüzünün qarşısını ala bildi. Respublikanın rayonlaşdırılması ilə əlaqədar Cəbrayıl qəzası 1929-cu ildə ləğv edildi.[3]

Qаryаgin (Cəbrаyıl) qəzаsının 1918-1920-ci illərdə, АDR dönəmində rəisi öncə Ələkbər bəy Bəhrəmbəyov, sоnrа Hüseyn bəy Mahmudbəyov idi. Cəbrayıl qəzаsınа rəis, nahiyələrə pristаv bаşçılıq edirdi.

Cəbrayıl qəzаsı I Böyüк Bəhmənli pоlis sahəsi, II Hоrаdiz pоlis sahəsi və III Cəbrаyıl pоlis sahələrinə аyrılırdı. 1918-1920-ci illərdə, АDR dönəmində 1-ci sahənin pоlis pristаvı Həbib Məhərrəmov, 2-ci sahənin pоlis pristаvı Həsən bəy Vəzirоv, 3-cü sahənin pоlis pristаvı Cаmаl bəy Əlibəyоv olmuşdur.

30 avqust 1918-ci ildə yenidən Cəbrayıl qəzası kimi formalaşıb. 1930-cu ildə qəzа ləğv edilib.

Əhalisi







Cəbrayıl qəzasının milli tərkibi (1897)[4]   azərbaycanlılar (74,1 %)  ermənilər (23,7 %)  ruslar (1,1 %)  qalanları (1,1 %)

Qəzanın məktəbləri

Şimali Azərbaycan Rusiya tərəfindən zəbt olunduqdan sonra çar hökuməti bu diyarın rus idarəetmə sisteminə cəlb edilməsi vacibliyi ilə qarşılaşdı. Qarşıya qoyulmuş məqsədə nail olmaq üçün Rusiya imperiyasının yeni sərhədinin hərbi, inzibati, iqtisadi və mədəni yenidənquruluşu ilə bağlı olan qanunauyğunlaşma Məcmuəsi çap etdirdi. Çar hökuməti qarşısındakı ən vacib problemlərdən biri bu ərazidə çarizmin siyasi və iqtisadi mövqeyinin möhkəmləndirilməsinə yardım edən məmurların hazırlanmasını təmin edən yeni təhsil sistemi tətbiq etmək idi. Şimali Azərbaycan zəbt olunandan sonra da ibtidai təlim tamamilə müsəlman ruhanilərinin sərəncamında olan və yalnız dar-dini dünyagörüşün inkişafına yardım edən mollaxanalarda cəmlənmişdi. Burada zümrə məhdudiyyəti olmadan bütün yaşdan olan oğlanlar təhsil alırdı. Belə ibtidai təlim sistemi ərəb, fars dillərinin öyrənilməsindən, məzmununun dərinliyinə getmədən Quranın oxunmasından ibarət idi. Zaqafqaziya məktəbləri haqqındakı Nizamnaməyə əsasən, 1829-cu ildə Azərbaycanda daha geniş təlim proqramına əsaslanan yeni tipli məktəblər açılmağa başladı ki, bu da həmin ərazidə maarif sahəsində inkişafın yüksəlməsinə köməklik edirdi. XIX əsrin ikinci yarısında inkişaf etməkdə olan kapitalist iqtisadiyyatının ixtisaslı işçi qüvvəsinə və təhsilli mütəxəssislərə olan tələbatı Azərbaycanda ümumtəhsil və peşə təhsili məktəblərinin sayının müəyyən qədər artmasına, onların ümumtəhsil səviyyəsinin yüksəlməsinə təsir göstərdi. 1867-ci ildə ibtidai peşə məktəbləri haqqında Əsasnamə Qafqaz, o cümlədən də Şimali Azərbaycanın tədris müəssisələri üçün xüsusi Nizamnaməyə çevrildi. Çarizmin 1870-ci illərdən başlayaraq Azərbaycanda xalq təhsili sisteminin unifikasiyasına götürdüyü istiqamət daha böyük əzmlə həyata keçirilməyə başlandı. 31 may 1872-ci il tarixli əsasnamə ilə Şimali Azərbaycanın bütün qəza məktəbləri altı illik təhsil müddəti olan şəhər məktəblərinə (pullu) çevrildi. 24 may 1874-cü il məktəbləri haqqında əsasnamə iki cür — üçillik birsinifli və 5-illik təhsil kursu ilə ikisinifli dəyişməz təhsil məktəbini təsdiq etdi. Azərbaycanda ilk dəfə olaraq kənd əhalisi üçün məktəblər meydana gəldi: onlardan birinciləri — Salahlı, Dağkəsəmən, dövlət sərəncamındakı Cəbrayıl, Göyçay — ictimai məktəbləri idi. Cəbrayıl qəza maarif şöbəsinin müdiri Bəhram bəy Məlikyeqanov və baş müfəttişi Abdulla bəy Məlikaslanov idi.

Cəbrayıl qəzasında yaranan məktəblər:

Cəbrayıl qəzasında erməni vəhşiliyi

N.M.Mixaylovun məruzəsi


Azərbaycan Fövqəladə Təhqiqat Komissiyasının üzvü N.M.Mixaylovun erməni talanlarından və digər zorakılıq hərəkətlərindən zərər çəkmiş müsəlman kəndlərinin yoxlanılması haqqqında məruzəsi:

Cəbrayıl qəzası 12 müsəlman və 3 erməni kənd icmalarından ibarətdir. Məhz bu fərqə və müsəlman kəndlərinin əksər hissəsinin aran ərazisində topoqrafik baxımdan yerləşməsinə görə, bu torpaqlara ermənilərin layiqli müqavimətə rast gələcəkləri ehtimalından soxulmağa cürət etmədikləri üçün, bu qəzanın əhalisi Cavanşir qəzasında oluduğu kimi, əsasən Qarabağ dağlarının dağətəyi zolağında ermənilərin təcavüzünə məruz qaldılar. Şahidlərin verdikləri ifadələrdən təyin olunur ki,1918-ci ilin dekabr ayına kimi dağətəyi zolaqda yaşayan müsəlmanlar həm mülkədarlar, həm də kəndlilər daxil olmaq şərtilə, Qarabağın digər qəzalarındakı tatar (türk — red) müsəlman kəndlərində ermənilərin törətdikləri vəhşiliklər, quldur dəstələrinin hucum və qarətləri, zorakalıqları, ağlasığmayan azğınlıqları haqqında eşitsələr də belə, qəzanın qonşu erməni kəndlərinin sakinləri və onların hörmətli ağsaqqalları tərəfindən müntəzəm olaraq sakitləşdirildikləri və əmin-amanlıqla bağlı onları inandıran bir səviyyədə təskinlik aldıqları üçün, nəin ki, hər hansı bir müdafiə tədbirlərinə hazırlıq görürdülər, hətta əksinə olaraq, ağıllarına belə gətirmirdilər ki, ermənilər bu təbliğatın arxasında onların kəndlərinin darmadağın edilməsi ləyihələrini cızırlar.

1918-ci ilin dekabr ayının birinci günlərində ermənilər qəzanın müsəlman əhalisinə qarşı hərbi əməliyyatlara başladılar, ilk öncə ayrı-ayrı müsəlmanlar qətlə yetirilməyə başlandı, qismən də mal-qara oğurlanırdı və nəhayət, artıq mütəşəkkil təşkil edilmiş silahlı erməni quldur dəstələri tatar (?türk) kəndlərinə qarşı açıq hücümlara başladılar. Lakin bütün bunlara baxmayaraq, şahidlərin ifadələrindən artıq ermənilərin açıq aqressiyaya başladıqları məlum idi və Cəbrayıl Qəza Rəisinin Qarabağ General-Qubernatorunun adına göndərdiyi 17 fevral1919-cu il tarixli raportunda belə yazılırdı: "qəzanın müsəlman əhalisi belə hadisələri böyük kədər hissi ilə qarşılayaraq, heç bir aktiv hərəkətlərə başlamadan yalnız özlərini və öz əmlakların qorumaq naminə müdafiə mövqeyini tutaraq, erməni hücumlarından yayınmağa çalışırlar, ermənilərə qarşı heç bir qanuna zidd hərəkətlərə yol vermirlər, bunu sübut etmək üçün qeyd etmək kifayətdir ki, qəzada bir erməni kəndi belə heç bir hadisədən heç bir ziyan görməmişdir".

Bu hadisələrdən sonra ermənilərin müsəlman kəndlərinə qarşı törətdikləri cinayətlərin qısa sadalanmasına keçərək, hal hazıradək aşağıdakılar görürük: Düdükçü, Edilli, Ağbulaq, Hoğa, Çirakuz, Axullu kəndlərində yaşayan ermənilər 1918-ci ilin dekabr ayının 26-na keçək gecə Düdükçü kəndindəki müsəlmanlar yaşayan hissəyə hucum edərək, onların evlərini talayıb, darmadağın etmiş, evlərə od vurub yandırmışdılar; 1918-ci il dekabrın 7-də elə adı çəkilən kəndlərin erməni sakinləri Arış kənd əhalisinin qoyunlarını oğurlayıb aparmışdır; 1918-ci il, dekabrın 5-də silahlı erməni quldurları Qarakollu kəndinə silahlı basqın edərək, qoyunları sürüb aparmışdı; 10 dekabrda Doşulu Məhərrəm Musa oğlunun qoyunları ermənilər tərəfindən qaçırıldı; elə həmin tarixdə silahlı ermənilər Əfəndilər kənd sakini Mir Yusif Mir Həsən oğlunun iri buynuzlu mal-qarasını apardı; 2 dekabrda silahlı erməni quldur dəstəsi Aşıq Məlikli kəndini od vurub yandıraraq, darmadağın etdilər, evlər talan edildi, əhalinin mal qarası qovulub aparıldı; yenə həmin tarixdə erməni quldur dəstəsi Xələfli, Tatar, Şıxlar kəndlərinə soxularaq, kənd sakinlərinin əmlakını dağıdıb taladı, mal-qaranın bir hissəsini qırıb tökdü, bir hissəsini də qovub apardılar.

Dekabrın 18-də Sirik kəndi ermənilər tərəfindən yandırılaraq talan edildi; 1919-cu il, fevralın 27-də Ağcakənd, Dolanlar və Mülkədarlı kəndəlirində yaşayan ermənilər bir də təkrar Sirik kəndinə hücum edərək, bu kəndin Nusaslu şöbəsini yandırdılar, 1919-cu il, mart ayının 29-da Axillidən olan ermənilər öz kəndliləri İbad Məmiş oğlunu özünün torpaq sahəsində əkinini şumlayan zaman başından yaraladılar; 1918-ci ilin avqust ayında silahlı ermənilər Qərvənd kəndinin köç yerinin ayağında iki çobanı öldürüb, bütün kənd əhalisinin iri və xırda buynuzlu mal qarasını qovub apardılar ev əmlaklarını qarət etdilər; 1919-cu ilin yanvarında Qaradağlı kənd sakinlərindən Molla Nəbi Hacı Mahmud oğlunun və Eyvaz Mehrəli oğlunun qoyunlarını silahlı ermənilər qovub apardılar; 1918-ci ilin baharında ermənilərin silahlı quldur dəstəsi arabaçını və Zərgər kənd sakini Bədir xan Məmiş oğlunu soydular; 1918-ci ilin payızında Hadrut Muxan və Noramanik kəndindən olan Sergey Nikolayans və Sergey Lal adlı iki erməni öz kəndləri yaxınlığında Boliant kəndindən olan iki müsəlmanı — cəfər Ələkbər oğlu və Nəsir Məhərrəm oğlunu qarət etdikdən, sonra isə öldürdülər, onların çılpaq cəsədləri sonradan yarğanın dibində tapıldı; 1918-ci ildə Cilən və Mülkədari kəndlərinin erməniləri Eyvazlu kəndinə hucum edərək, əhalinin bütün mal-qarasını sürüb apardılar, evlərini isə talan etdilər və Hüseyn Allahverdi oğlunu öldürdülər; həmin ilin qışında Dolanlar kənidinin erməniləri Şıxlar kəndinə vəhşicəsinə basqın edərək, evlərə od vurub yandırdılar, kəndlilərin əmlaklarını talan etdilər, mal-qaranı qovub apardılar; Mülkədari kəndinin erməniləri Məliklu kəndini darmadağın etdilər, evləri yandırdılar, əmlakları daşıyıb apardılar, mal qaranı qaçırtdılar.

Müsəlman kəndlərinin talan edilməsi insanların qətli və yaralanmaları ilə müşayət edilirdi, belə ki, Axullu kəndində 3 kişi, 3 qadın bir uşaq qətlə yetirilmiş, bir kişi isə yaralanmışdı; Məliklu kəndində bir kişi öldürülmüşdü, Tatar kəndində bir nəfər yaralanmışdı, Evatlu kəndində bir nəfər öldürülmüşdü, Şıxlar kəndində bir nəfər yaralamışdı, Məzrə kəndində isə altı nəfər öldürülmüşdü, Sirik kəndində on bir nəfər kişi, 10 qadın, 14 uşaq öldürülmüş, iki kişi isə yaralanmışdı.

Aranı qızışdıran və quldur dəstələrinə başçılıq edən ermənilərbərəsində verilən şahid ifadələrindən göründüyü kimi müsəlmanlar ganilərin çoxlarını tanımışdılar, lakin burada yalnız adları və famiyaları tam göstərilənlərin adları sadalanacaq: məhz, Düdükçü kənd sakinləri Balasan Ayrapetov, Arutyun Loqmatov, Karapet Oqancanov, İvan Beylərov, Usup Xaçiyev, Ovakim Barxudarov, Sarkis Mirzəyev, Kemrakuç kənd sakinləri — Sumğat Mirzəyev, gizir Aslan Sarkisov, Avetis Petrosov, Nikolay Baxdıyev, Aleksand Seyranov, Edillu kənd sakinləri — Bəxşi Ağacanov, Qeraim Mirzəyev, Bəxşi Paxapetov, Moses Qəhrəmanov, Şuşa qəzasının Çirakuz kənd sakinləri — Xurşud bəy, Markar bəy, İşxan bəy və sumbat bəy İşxanovlar, Qoqa kənd sakinlərindən — Muki Səfərov, Savad Ter-Qriqorov, Sarkis Kekuns, David Oqacanov, Şuşa qəzasının Çanaxçı kənd sakinləri Sokrat bəy Məlik-Şahnəzərov, kəndxuda Markez, Mülkədari kənd sakinləri — Muxan Martisov, Nikolay Petorosov, Ovşar və Tiqran Poqosovlar, Dolanlar kənd sakinləri — cəlal Cavadov, Oqacan Mirzəcanov, Ağa Sarkis Martirosov, Qaraxan Cavadov, Muxan və Cavad Oqacanovlar, İvan Arzusanov, Daşbaşı kənd sakinlərindən Baxçi və Natur Stepanslar, Muxam və Simon Nisyanslar, Ovanes və Akapcan Qarabəyovlar, Zəmzur kənd sakinlərindən — Muxan Mikirqaçev, Aleksandr Melkumov, Ovanes Mosesyans, Ağcakənd sakinlərindən — Qevond və Tateves Mikayılovlar, Qayk və Tiqran Akopcanovlar, Mirzə Avenosov, İşxan Sarkiscanov, cilan kənd sakinlərindən Markar Kazarov və Ovşar Musiyev. Müsəlmanlara dəyən ziyanlarla bağlı zərərçəkən kəndlilər və mülkədarlar tərəfindən təqdim edilən ərizələr və aktlardan belə bir qənaətə gəlmək olur ki, Cəbrayıl qəzasının müsəlmanlarına dəyən ziyanların məbləği bir neçə on milyon rublarla ölçülür. Mal-qaranın qarət olunub aparılması ev əşyalarının, kənd təsərrüfatı alətlərinin talan edilməsi və taxıl ehtiyatlarının zorla kəndlilərin əlindən alınması nəzərə çarpacaq dərəcədə qəzanın müsəlman kəndlisinin iqtisadi vəziyyətini böhran halına gətirib çıxardı və onun ödəmə qabiliyyətini heçə endirdi.

Kamran İsmayılovun məqaləsi


Cəbrayıl qəzasının türk-müsəlman əhalisinə qarşı ermənilərin soyqırımı Xalq qəzeti.-2017.-31 mart.-№65.-S.4.

Kamran İsmayılov tarix üzrə fəlsəfə doktoru, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi

Azərbaycan xalqının tarixində artıq soyqırımı kimi siyasi və hüquqi qiymətini almış faciəli hadisələr öz başlanğıcını XIX əsrin əvvəllərindən götürür. Rusiya və İran arasında imzalanmış Gülüstan və Türkmənçay sülh müqavilələrindən sonra tarixi Azərbaycan torpaqlarında kütləvi şəkildə ermənilər məskunlaşdırılmağa başlanılmış, Qafqazın cənubunda Ermənistan dövlətinin yaradılması kursu yeridilmişdir. Eyni zamanda azərbaycanlıların öz qədim torpaqlarından, ata-baba yurdlarından qovulması, deportasiya prosesi həyata keçirilmişdir. Bu gün soyqırımı və deportasiya hadisələrinin xronoloji ardıcıllıqla yaddaşımızda bərpası faciələrimizin miqyasını və dəhşətlərini hərtərəfli hiss etməyə imkan verir.

Ümummilli lider Heydər Əliyevin xatirələrindən.

Erməni vəhşiliyinin şahidi olmuş ərazilərdən biri də tarixi Cəbrayıl qəzasıdır. 1918-1920-ci illərdə ermənilər Azərbaycanın bir sıra digər bölgələrinə olduğu kimi, Cəbrayıl (Qaryagin) qəzasına da iddia irəli sürərək, onu silah gücünə ələ keçirməyə çalışmış, qəzanın türk-müsəlman əhalisinə qarşı kütləvi vəhşiliklər törətmişdilər. 1917-ci ilə dair Qafqaz təqviminə görə, Cəbrayıl qəzasında 89584 nəfər müsəlman, 21755 nəfər erməni, 1601 nəfər pravoslav, 472 nəfər sektant, 104 nəfər başqa dinlərə mənsub insanlar yaşayırdılar. Göründüyü kimi, qəza əhalisinin mütləq əksəriyyəti Azərbaycan türklərindən ibarət idi. Qafqaz təqvimində, həmçinin qəzada 46 kürdün yaşadığı qeydə alınmışdı.

1917-ci ilin sonlarında erməni quldur dəstələrinin Azərbaycanın Zəngəzur və Şuşa qəzalarında dinc müsəlman-türk əhaliyə qarşı kütləvi vəhşilikləri Qaryagin qəzası kəndlərindən də yan keçmədi. Mövcud anarxiya və hakimiyyətsizlikdən istifadə edən erməni quldur dəstələri bu ərazilərdən bütün müsəlman əhalisini qovub çıxarmaqla silah gücünə “Böyük Ermənistan” iddialarını gerçəkləşdirməyə başladılar. Bu məqsədlə Şuşa və Zəngəzur qəzaları ilə yanaşı, Cəbrayıl qəzasının dağlıq ərazisində yerləşən erməni kəndləri də sürətlə silahlandırılır, ermənilər arasında yerli türk əhaliyə qarşı güclü təbliğat aparılırdı. Qəzada yerləşən rus ordusunun qarnizonunun və sərhəd mühafizə dəstələrinin əsgər və zabitləri bölgəni tərk edərkən bütün silah-sursatı ermənilərə buraxır, bu da azərbaycanlı əhali arasında təbii olaraq vahimə və təşviş yaradırdı. Lakin Cəbrayıl qəzasında ermənilərin sayca azlıq təşkil etməsi ilk vaxtlar onları daha tədbirli olmağa vadar edirdi. Onlar məkrli və hiyləgər siyasət yürüdərək, qonşu müsəlmanlarla sözdə dinc-yanaşı yaşamaq istədiklərini ifadə edirdilər.

Müqayisə üçün qeyd edək ki, o zaman Şuşa qəzasında 92, Zəngəzur qəzasında 84 erməni kəndi var idisə, Cəbrayıl qəzasında 174 kəndin cəmi 32-də ermənilər yaşayırdılar. Qəzanın 15 kənd cəmiyyətinin yalnız 3-ü erməni kəndlilərindən ibarət idi. Yeri gəlmişkən, həmin hadisələr zamanı bu 32 kənddən heç biri zərər görməmiş, yandırılmamış və qarət edilməmişdir. Bunu Gəncə qubernatoru, polkovnik Vəkilovun quberniyanın qəzalarında vəziyyətlə bağlı Azərbaycanın daxili işlər naziri X.Xasməmmədova 19 fevral 1919-cu il tarixli məruzəsi də təsdiq edir. Qəzada ziyan görmüş kəndlərin hamısı azərbaycanlılar yaşayan kəndlər olmuşdur. Qaryagin qəzasında azərbaycanlılar yaşayan kəndlərin əksəriyyəti düzən ərazidə yerləşdiyindən, ermənilər bu kəndlərə hücum etməyə cəsarət etməmiş, yalnız dağətəyi və dağlıq zonada yerləşmiş kəndlər erməni hücumlarına məruz qalmışdı.

1918-ci ilin sonlarına qədər Cəbrayıl qəzasında erməniləri Azərbaycan kəndlərinə hücumdan çəkindirən mühüm amil, heç şübhəsiz, həmin dövrdə Şuşa və Cəbrayıl qəzalarında türk qoşunlarının mövcudluğu idi. Həmin dövrdə Gəncə quberniyasının müxtəlif yerlərində, o cümlədən Qaryagin qəzasında türk zabitlərinin başçılığı altında könüllü silahlı dəstələr təşkil edilmişdi. Düzdür, türk qoşun hissələrinin Azərbaycana gəlməsindən əvvəl də Şuşa, Qaryagin və Zəngəzur bölgələrində azərbaycanlıların müxtəlif özünümüdafiə dəstələri fəaliyyət göstərirdi. Lakin pis silahlanmış bu kiçik dəstələr getdikcə artan və mütəşəkkil xarakter daşıyan erməni təcavüzkar separatizminin qarşısını almaq iqtidarında deyildi. Xüsusilə türkün canına susamış cəllad Andranikin Zəngəzura gəlməsindən sonra bütün Qarabağda hərbi şərait kəskin pisləşdi. Cavanşir və Şuşa qəzalarında erməni kəndlərinin tərksilah edilməsinə başlanılsa da, bu işi tam başa çatdırmaq mümkün olmadı. Ayrı-ayrı erməni kəndlərində silahlı dəstələr qalmaqda idi. Bölgəyə başqa yerlərdən silahlılar gəlməkdə idi.

Qüvvələr nisbətinin ermənilərin xeyrinə dəyişməsi ilə, Qarabağdakı Azərbaycan-türk qoşunlarının qarşısına qoyulan məqsədə nail olmaq mümkün olmadı. 1918-ci ilin payızında türk qoşunları Azərbaycanı tərk etdi.

Qarabağ hərəkatının davam etdiyi müddət ərzində bölgənin şərq tərəfində– Cəbrayıl qəzasında nisbi sakitlik yaranmışdı. Bu, bir tərəfdən ermənilərin əsas qüvvələrinin Qafqaz İslam Ordusuna qarşı döyüşlərə cəlb edilməsi, digər tərəfdən isə bu istiqamətdə ikinci cəbhənin açılmasından ehtiyat etmələri ilə əlaqədar idi. Əslində, ermənilər bu müddətdə sayıqlıq göstərərək güc toplayır, qonşu müsəlman kəndləri üzərinə hücumlara hazırlaşırdılar. Şuşa və Cəbrayıl qəzalarının ermənilərini qonşu Zəngəzur qəzasında azərbaycanlılara qarşı vəhşiliklər törədən Andranikin “uğurları” xüsusən daha çox ruhlandırırdı. Zəngəzurda 1918-ci il ərzində Andranikin başçılığı ilə azğınlaşmış erməni dəstələri 115 kəndi dağıtmış, 10 mindən çox dinc türkü qətlə yetirmiş və ya yaralamışdılar. Təkcə öldürülənlərin sayı, tam olmayan məlumatlara görə 7729 nəfər təşkil etmişdi. Əslində, bu rəqəmlər Zəngəzurda baş verən faciəni tam əhatə etmirdi, ölən və yaralanan azərbaycanlıların sayı daha artıq idi. Zəngəzur qətliamından sonra qaçqın düşmüş 50 min nəfərədək müsəlman əhalinin çoxu qonşu Cəbrayıl qəzasında sığınacaq tapmışdı.

Türk qoşunlarının bölgəni tərk etməsi və müttəfiq orduların gəlməsi ilə Andranikin hərəkətləri daha amansız xarakter almağa başladı. Zəngəzuru türklərdən təmizləməyə nail olan bu erməni quldur başçısının indi məqsədi öz bəd əməllərini Şuşa, Cavanşir və Cəbrayıl qəzalarında da davam etdirmək və bununla da Qarabağ ərazilərini Azərbaycandan qoparmaq idi. Əslində, ermənilərin təcavüzkarlığının genişlənməsinin bir səbəbi də ingilis komandanlığının ikili siyasəti idi. Bir tərəfdən, Tomson Andranikin hərəkətlərini məsuliyyətsizlik kimi dəyərləndirir, digər tərəfdən isə onun nümayəndəsi Hibbon Andraniklə görüşündə Zəngəzur qəzasının beşdə dörd hissəsinin onun idarəçiliyinə verildiyini bəyan edirdi. İngilislərin bu ikibaşlı siyasətini Gəncə qubernatoru M.Vəkilov da müşahidə edirdi. Azərbaycanın daxili işlər nazirinə göndərdiyi 10 fevral 1919-cu il tarixli teleqramında rəhbərlik etdiyi quberniyanın ərazisində ermənilərin törətdikləri vəhşilikləri səciyyələndirən qubernator göstərirdi ki, ermənilər səfərbər olunmaqda davam edirlər və Böyük Britaniya nümayəndələri tərəfindən açıq-aşkar dəstək görürlər. Müsəlmanlara qarşı hücumlar nəinki dayanmır, əksinə, daha da kəskin xarakter alır.

Türk qoşunlarının bölgəni tərk etməsindən, xüsusən 1918-ci ilin dekabrından sonra Cəbrayıl qəzasının dağlıq zonasında, Şuşa qəzasının cənub-şərqində (Dizaq bölgəsində) də vəziyyət gərginləşdi, erməni silahlılarının azərbaycanlılar yaşayan kəndlərə hücumları geniş vüsət almağa başladı. Bu barədə qəza rəisi Mahmudbəyovun teleqramlarında, FTK komissiyasının üzvü H.Mixaylovun məruzəsində, eləcə də digər sənədlərdə müfəssəl məlumatlar öz əksini tapmışdır.

1918-ci il dekabrın 2-də Arakül və digər kəndlərin silahlı erməniləri Xələfli, Aşıq Məlikli, Tatar və Şıxlar kəndlərinə hücum etmiş, 10-a qədər evi yandırmış və dağıtmış, 2 qadını və 6 kişini yaralamış, 1919-cu ilin yanvarında Düdükçü kəndinə od vurmuş, kəndin mülkədarı Cümşüd Vəzirovun və başqalarının təsərrüfatlarını dağıtmışdılar. Lakin bütün bunlara baxmayaraq Cəbrayıl qəzasının müsəlmanları ermənilərə qarşı heç bir hərəkətə yol vermir, yalnız özlərini və öz əmlaklarını onların hücumlarından qorumağa çalışırdılar. Qəzada bu dövrdə ermənilərə qarşı hər hansı hüquq pozuntusu baş verməmişdi. Hadrutu özlərinin qərargahına çevirən ermənilər sürətlə silahlanır və silah-sursat sarıdan ciddi korluq çəkən qonşu müsəlman kəndlərinə hücum etməyə hazırlaşırdılar.

Ermənilərin Cəbrayıl və Şuşa qəzalarının müsəlman kəndlərinə qarşı vəhşilikləri haqqında FTK-nın materiallarında çoxlu faktlar mövcuddur. I polis sahəsinin Düdükçü kəndi iki hissədən–erməni və türk hissəsindən ibarət idi. Kənd ermənilər yaşayan Edilli, Ağbulaq, Kəmrəçuğ kəndləri ilə əhatələnmişdi. Ermənilərin təzyiqləri nəticəsində Düdükçü kəndinin azərbaycanlı əhalisi bütün var-yoxunu ermənilərin öhdəsinə buraxaraq, Qarabulağa və ətraf türk kəndlərinə sığınmışdı.

1918-ci il avqustun sonlarında Cilən, Banazur, Zamzur, Arakül, Daşbaşı, Şahyeri, Mülküdərə kəndlərinin erməni silahlı quldurları qəflətən qonşu müsəlman kəndinə – Məzrəyə hücum etmiş və 6 kişini qətlə yetirmişdilər. Müdafiə olunmaq imkanı olmayan məzrəlilər kəndi tərk edərək qaçmağa məcbur olmuş, kəndə girən ermənilər hər şeyi tar-mar edərək yandırmışlar. Həmin kəndin erməniləri səhər tezdən qəflətən Aşıq Məlikli kəndinə də hücum etmiş, kəndi atəşə tutmuşdular. Kəndin bir sakini ölmüş, üçü yaralanmışdı. Kənddən qaçanların bütün varidatını ermənilər talamış, sonra isə kəndə od vurmuşdular.

Bu rayonun erməni hücumlarından ən çox ziyan çəkmiş kəndlərindən biri də Sirik kəndi olmuşdur. 1918-ci ilin avqustunda erməni silahlı quldur dəstələri kəndi atəşə tutmuş, təşvişə düşən siriklilər hər şeyi ataraq qaçmağa məcbur olmuşdular. Kəndə soxulan yaraqlılar 11 kişini, 10 qadını, 14 uşağı qətlə yetirmiş, 2 kişini yaralamış, 10 ev və binanı yandırmış, 11-ni dağıtmışdılar. Müsəlmanların bütün əmlakı, mal-qarası ermənilər tərəfindən ələ keçirilmişdi. Müsəlmanlar yaşayan qonşu Tatar kəndinin əhalisinin də aqibəti siriklilər kimi olmuşdu. Ermənilər Eyvatlı kəndini atəşə tutaraq, Hüseyn Allahverdi oğlunu öldürmüş, müsəlmanların əmlakını, mal-qaranı zəbt edərək aparmışdılar. Kəndə hücum zamanı ermənilər dinc sakinləri qorxutmaq üçün: “Çıxın gedin, yoxsa hamınızı qıracağıq”, – deyə qışqırırdılar.

Qarabulağa qonşu kəndlərdə (Dizak rayonu) də ermənilər insanlığa sığmayan hərəkətlər törətmişdilər. 1918-ci ilin avqustunda Şuşa qəzasının Məmmədkənd, Sus, Çartaz, Quzumkənd kəndlərinin erməni yaraqlı quldur dəstələri müsəlmanların yaşadığı Divanalılar kəndini mühasirəyə alaraq, kənd sakinlərini qıracaqları ilə hədələmiş, Andranikin adından onlardan tələb etmişlər ki, sakinlər erməni hökumətini tanımalı, bütün silahları təhvil verməli və general Andranikə müəyyən miqdarda at və araba verməlidirlər. Ümidsiz vəziyyətdə qalan sakinlər onların bütün tələblərini yerinə yetirməli olmuşdular. Həmin günün axşamı azərbaycanlı əhali ermənilərin gecə onlara hücum edəcəklərini bildikdən sonra bütün əmlaklarını qoyaraq kənddən qaçmağa məcbur olmuşdu. Ermənilər yolda onlara çataraq atəşə tutmuş, üç nəfər həlak olmuş, qalanları qaçaraq canlarını qurtarmışdır.

1918-ci ilin payızında Hadrut dərəsinin Hadrut, Sur, Kəmrəçuğ, Təcasir, Quşçular kəndlərinin erməniləri Doşulu kəndinə silahlı basqın edərək, Andranikin adından sakinlərindən kəndi tərk etməyi tələb etmiş, sonra isə onların bütün əmlakını yandırmışdılar. 1918-ci ilin dekabrında Hoğa, Tuğ, Çirmuz kəndlərinin silahlı erməniləri Gövşatlı kəndində hücuma keçərək kəndi atəşə tutmuş, üç sakini öldürmüş, birini isə yaralamışlar. Digər kəndlilər qaçmağa müvəffəq olsalar da bir müddətdən sonra geri qayıtdıqda, kəndin bütün evləri darmadağın edilmiş, sakinlərin var-dövləti talan edilmişdi.

1919-cu ilin yanvarında Qarabağ bölgəsində erməni təcavüzkarlığının yeni, daha amansız fazası başladı. Azərbaycan hökumətinin münaqişəni dinc yolla nizamlamaq cəhdlərinə baxmayaraq Ermənistan hökuməti və bölgənin aqressiv separatçı qüvvələri bu qəzalardan azərbaycanlı əhalini tamamilə deportasiya etmək niyyətlərindən əl çəkmədilər. Daşnak hökuməti Zəngəzura yeni qüvvələr gətirərək buradakı hərbi üstünlüyünü daha da möhkəmləndirməyə nail oldu. Ermənilərin təcavüzkarlıq hərəkətlərinin qarşısını almaq, dinc əhalinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan hökuməti Zəngəzur, Şuşa, Cəbrayıl və Cavanşir qəzaları hüdudlarında müvəqqəti general-qubernatorluq təsis etdi. Qarabağ general-qubernatorluğu yaradıldıqdan sonra Cəbrayıl qəzasında vəziyyət bir qədər düzəldi.

Bu dövrdə Cəbrayıl qəzasında ictimai-siyasi və iqtisadi vəziyyəti ağırlaşdıran amillərdən biri də Zəngəzur və başqa yerlərdən deportasiya olunmuş və qəzanın düzən və Arazboyu kəndlərində sığınacaq tapmış qaçqınların vəziyyəti idi. Onsuz da çox çətin vəziyyətdə olan bölgə əhalisi öz soydaşlarını darda qoymamış, onların vəziyyətini qismən də olsa yüngülləşdirmək üçün bütün imkanlarını səfərbər etmişdi. 1919-cu ilin yanvarına olan məlumata görə Zəngəzurdan Cəbrayıl, Cavanşir, Şuşa qəzalarına 40 min qaçqın gəlmişdi. Azərbaycan Himayəçilik Nazirliyinin Qaryagində qaçqınlara yardım üçün xüsusi məntəqəsi təşkil edilmiş, sığınacaq yaradılmışdı. Erməni silahlı qüvvələri 1920-ci il yanvarın üçüncü ongünlüyündə Zəngəzurdan Şuşa istiqamətində hücuma keçərək, yolboyu bütün kəndləri dağıtmış, əhalisini qovmuşdular. 1919-cu il noyabrın 23-dən (Tiflisdə Azərbaycan-Ermənistan danışıqları başlayan gündən) sonra 40-dan çox müsəlman kəndi dağıdılmışdı. Bu da öz növbəsində qaçqınların yeni dalğasının yaranmasına gətirib çıxarmışdı.

Bütün 1919-cu il və 1920- ci ilin üç ayı ərzində Ermənistan nizami qoşunlarının və yerli erməni silahlı dəstələrinin dinc müsəlmanlara qarşı həyata keçirdikləri hərbi əməliyyatlar Zəngəzurun azərbaycanlılardan tamamilə təmizlənməsi ilə nəticələndi. Azərbaycan hökumətinin vəziyyəti sabitləşdirmək üçün atdığı sosial-diplomatik və hərbi addımlar da bir nəticə vermədi. Zəngəzurun işğalını başa çatdıran ermənilər Şuşa və Cəbrayıl qəzalarını da ələ keçirmək üçün geniş hərbi əməliyyatlara başladılar. 1920-ci il yanvarın ortalarından başlayaraq, ermənilər Cəbrayıl qəzasının kəndlərinə hücuma keçmiş, Xanlıq kəndinə yaxınlaşmışdılar. Ermənilərin hücumları haqqında Cəbrayıldan, Qarabulaqdan Azərbaycan parlamentinə, hökumətinə və qəzetlərə parlamentin üzvü C.Sultanovun, Cəbrayılda məktəb müfəttişi işləyən H.Axundzadənin, Zəngəzur və Cəbrayıl qəza rəislərinin və başqalarının göndərdikləri teleqram və məktublarda artıq Cəbrayıl qəzası üçün real təhlükə barədə məlumatlar öz əksini tapmışdı.

Yalnız Azərbaycan hökumətinin gördüyü əlavə hərbi tədbirlər ermənilərin Cəbrayıl və Şuşa qəzalarına doğru irəliləməsinin qarşısını aldı. Cəbrayıl istiqamətində Dondarlı, Xanlıq, Müsəlmanlar, Qoçaz kəndləri ətrafında müdafiə mövqeləri möhkəmləndirildi, hissələr arasında rabitə yaradıldı, yerli əhalidən partizan dəstələri təşkil edildi. Azərbaycanın digər bölgələrindən Qarabağa əlavə hərbi bölmələr və könüllülər dəstəsi göndərildi. Bu tədbirlər nəticəsində Dondarlı kəndi yaxınlığında ermənilərə ciddi zərbə vurulmuş, düşmən geri oturdulmuşdu. Qələbənin əldə edilməsində Cəbrayıl qəzasının müxtəlif kəndlərindən təşkil edilmiş könüllü dəstələrin də böyük rolu olmuşdu. Yerli əhalidən ibarət dəstələrin təşkilinə türk zabiti Xəlil paşa rəhbərlik edirdi.

Lakin ermənilər hərbi yolla Cəbrayıl və Şuşa qəzalarını ələ keçirmək planlarından vaz keçmədilər. Bu istiqamətdə düşmən geniş hazırlıq işləri aparır, hətta qonşu İran ərazisində erməni hissələrinin təlim keçməsi barədə xəbərlər gəlirdi. General-qubernator X.Sultanovda olan məlumata görə, Ararat Respublikası Təbrizdə yaşayan varlı Tumanyan vasitəsilə sərhədboyu xanları satın alırdı ki, Zəngəzurda hərbi əməliyyatlar başladıqda ermənilər Araz çayı üzərində yerləşən Maralyan, Xudafərin və Ağbənd postlarından keçərək Zəngəzur və Cəbrayıl qəzalarına hücum etsinlər. Ermənistan hökuməti bölgəyə əlavə hərbi hissələr göndərərək, genişmiqyaslı hücum əməliyyatına hazırlaşırdı. Cəbrayıl qəzasının erməni kəndlərində, Qarabulaq nahiyəsinə yaxın erməni kəndlərində (Dizak bölgəsində) yerli ermənilərin quldur dəstələri sürətlə silahlandırılırdı. Qarabulaq nahiyəsi üçün əsas təhlükə mənbələrindən biri Hadrut, Tuğ, Toğavart, Mardakert, Xotsabert və ətraf erməni kəndləri idi.

1920-ci ilin martında – Novruz bayramı günlərində ermənilər əvvəlcədən planlaşdırdıqları kimi, Qarabağda və Zəngəzurda genişmiqyaslı hərbi əməliyyatlara başladılar. Martın 23-də Əskərana, Xankəndinə, Tərtərə, Şuşaya eyni vaxtda hücum başlandı. Cəbrayıl rayonunda ermənilər hücuma keçərək iki əsgərimizi öldürdülər. Hadrutda da onlar müsəlman kəndlərinə bir neçə dəfə hücum etdilər. Qarabulaq-Ağdam yolu yenidən bağlandı. Lakin ermənilərin Qaryagini (Qarabulağı) ələ keçirmək cəhdləri baş tutmadı. Ermənilər bu istiqamətdə böyük itki verərək geri çəkildilər. Qələbənin əldə edilməsində yerli əhalinin Milli Ordu hissələrinə hərtərəfli yardımı da mühüm rol oynamışdı. Azərbaycan Ordusu ermənilərin ilk hücumlarını dəf etsə də, əlavə qüvvələrin gəlməsi hesabına ermənilər martın sonu – aprelin əvvəllərində hərbi və strateji üstünlüyü ələ keçirərək, Zəngəzur və Şuşa qəzalarında bir sıra müsəlman kəndini (Əliyanlı, Müsəlmanlar, Muradxanlı, Qaraimanlı, Qubadlı, Dondarlı və s.) yenidən ələ keçirdilər.

Cəbrayıl qəzasında da vəziyyət ağır olaraq qalırdı. Zəngəzurdan hücuma keçən ermənilərlə Şuşa ətrafında vuruşan ermənilərin birləşməsi ilə Cəbrayıl qəzasının itirilməsi təhlükəsi yaranmışdı. Xüsusən Cəbrayıl-Qarabulaq-Ağdam yolunun ermənilər tərəfindən müntəzəm atəşə tutulması Azərbaycan qoşunları arasında rabitənin kəsilməsinə, qəzaya əlavə hissələrin gətirilməsinə mane olurdu. Qəzaya yeni qaçqınlar ordusunun gəlməsi buradakı sosial-iqtisadi vəziyyəti daha da ağırlaşdırırdı. Belə şəraitdə Azərbaycan Ordusunun aprel ayı ərzində apardığı hərbi əməliyyatlar nəticəsində erməni silahlı qüvvələri Cəbrayıl qəzası ərazisindən Zəngəzura sıxışdırılmışdı.

Qarabağın qəzalarında sovet hakimiyyəti bərqərar olduqdan sonra da erməni kəndləri özlərini Ararat respublikasının ərazisi hesab edir, bu kəndlərdəki silahlı dəstələr azərbaycanlıları terror etməkdə davam edirdilər. Hadrut, Tuğ, Tağavert və qonşu kəndlərdə Tevanın, Ter-İonessyanın quldur dəstələri Zəngəzurda fəaliyyət göstərən Dronun, Njdenin qoşunları ilə əlaqədə fəaliyyət göstərir, nahiyənin azərbaycanlı əhalisi üçün təhlükə mənbəyi olaraq qalırdılar.

İstinadlar

  1. 1 2 "Первая всеобщая перепись населения Российской Империи 1897 г." (rus.)
  2. [1]
  3. Azərbaycan Xalq Cümhuriyyəti Ensklopediyası səh.298-299
  4. Демоскоп Wekly - Первая всеобщая перепись населения Российской Империи 1897 г. Распределение населения по родному языку и уездам. Российской Империи кроме губерний Европейской России  (rus.)

Həmçinin bax