Üçbulaq — Azərbaycan Respublikasının Füzuli rayonunun Üçbulaq kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Füzuli rayonunun Hoğa kəndi Üçbulaq kəndi adlandırılmışdır.[2] Kənd 1992-ci il martın 31-də Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunub. Kənd 2020-ci ildə İkinci Qarabağ müharibəsinin gedişində işğaldan azad olunmuşdur.
Üçbulaq | |
---|---|
39°35′11″ şm. e. 47°02′07″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Kəndin qədim adı Hoğadır. 1593-cü ilə bağlı Osmanlı qaynağında Hoğa kəndi haqqında bilgi var. 1727-ci ilə bağlı qaynaqda yazılır: "Dizaq nahiyəsinə tabe olan Hoğa kəndi. Kəndin əhalisi əkinçiliklə məşğul idi. Dənli bitkilərdən buğda, arpa, darı və pərinc əkirdilər. Baramaçılıqla ilgilənənlər də vardı. Kəndin gəliri 9.600 axça idi[3].
XVIII yüzilin önlərində kəndin kovxası Həsənxan Heydər oğlu idi. Xanlıq dönəmində kənd xəzinə mülkü idi. İbrahimxəlil xan sonra bu kəndi vəliəhdi Məhəmmədhəsən ağaya verdi. Məhəmmədhəsən ağa vəfat edəndən sonra oğlu Xancan ağaya qaldı.[4]
1823-cü ilə bağlı qaynaqda Hoğa şenliyi Xancan ağanın idarəsində olan kəndlərin siyahısında göstərilir. Vergiödəyənlər: 11 tüstü, ödəməyənlər: rəncbərlər 8 tüstü, Yaqub kovxa 1 tüstü, dul 2 tüstü, subay 1 tüstü[5].
1842-ci ilə bağlı qaynaqda bəy idarəsində olan kənd rəiyyətlərinin siyahısında Hoğa kəndindən 18 ailə Xancan ağaya bağlı idi. Bu ailələrdən 12 qeyri-müsəlman, 6 müsəlman idi. Qeyri-müsəlmanlar İrandan gəlmişdilər[6].
Kənd rayon mərkəzindən 7 km qərbdə, Qarabağ silsiləsi ətəyində, dağətəyi ərazi, Araz çayının sol sahilində, Mil düzündə yerləşir.
Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı — əkinçilik, taxılçılıq, üzümçülük, maldarlıq və heyvandarlıq olub.
Kənddə məktəb, klub, kitabxana və s. vardı.
Füzuli rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |