Yağləvənd

YağlıvəndAzərbaycanın Füzuli rayonunda kənd.[1] Füzuli şəhərinin yeddi kilometrliyində, Kiçik Qafqaz dağlarının ətəyində yerləşir. Kəndin sağ tərəfindən mənbəyini qalın meşəli dağlardan götürən Köndələnçay axıb elə öz adını da daşıyan gölə tökülür.

Yağlıvənd
39°38′31″ şm. e. 47°07′12″ ş. u.
Ölkə  Azərbaycan
Region Füzuli rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Yağlıvənd xəritədə
Yağlıvənd
Yağlıvənd
Yağlıvənd xəritədə
Yağlıvənd
Yağlıvənd
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yağlıvənd kəndi Yağlıvənd obasının əyləşməsi nəticəsində yaranıb. Yağlıvənd oymağı Cavanşir elinin qoludur. XVIII yüzildə 5 oymaqdan ibarət idi. İkisi (Gecəgözlü və Seyidəhmədli sonradan ayrılıb başqa oymaqlarla bərabər Hacılı camaatını təşkil etdilər. 1735-ci ildə Nadir şah Qırxlı-Avşar Yağlıvənd oymağını Cavanşir elinin digər oymaqları ilə bərabər Xorasana, Sərəxs ətrafına sürgün etdi. Nadir şahın qətlindən sonra Yağlıvənd oymağı sürgündən döndü. Öncə Pənahəli xan Sarıcalı-Cavanşirə tərəf çıxsalar da, sonradan onun tərəfini tutdular. Xan onları qədim yurdlarında, Arazbar qəzasında yerləşdirdi. Arazbar qəzası yenidən formalaşıb Cavanşir-Dizaq mahalı adlandı.

Yağləvənd oymağı bir neçə oba şəklində Cavanşir-Dizaq mahalının ərazisində məskunlaşmışdı. Bu obalardan biri Yağlıvənd, biri isə Araz Yağlıvənd adlandı. Yağlıvənd obaları 1930-cu ildə əyləşib kənd biçiminə düşdü. 1955-ci ildə Suqovuşan və Təpə bulağından 5–6 yüz metr aşağıda çayların qarşısını kəsib, bənd atdılar və yuxarıda haqqında söhbət açılan Köndələn səddini tikdilər. Rəsmi sənədlərdə 1 N-li Köndələnçay Su anbarı adlandırılan bu gölün su tutumu 20 milyon kubmetr təşkil edir. Tikintisi 1962-ci ildə başa çatdırıldıqdan sonra göldə suyun səviyyəsi qalxır. Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldıqdan sonra bu əraziləri Qaryagin (indiki Füzuli) rayonundan alıb yenicə təşkil olunmuş, ciddi-cəhdlə ərazilərinin genişləndirilməsinə və xüsusən əhalisinin hər vəchlə erməniləşdirilməsinə çalışan Hadrut rayonuna bağışlayıblar. 1993-cü ilin avqust ayının 15-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib.

Kənd 2020-ci il noyabr ayının 9-u Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[2].

Yağlıvənd kəndi — yazıçı Tağı Türkün ailəsinə məxsus ermənilər tərəfindən dağıdılmış tikili

Yağlıvənd oyk. Füzuli r-nunun Yağlıvənd inzibati ərazi vahidində kənd. Qarabağ silsiləsinin ətəyindədir. Keçmişdə Cəbrayıl qəzasında maldarlıqla məşğul olan Yağlıvənd adlı elatın oturaq həyata keçməsi ilə bağlı dağətəyi ərazidə salınmış yaşayış məntəqəsi Yağlıvənd, Araz çayının sahilində salınmış yaşayış məntəqəsi isə Araz Yağlıvənd adlanmışdı.[3]

Tarixi şəxsiyyətləri

[redaktə | mənbəni redaktə et]

Yağlıvənd oymağı, eləcə də obası bir çox tarixi şəxsiyyət yetirib. Bunlardan:


MÜLKİ ŞƏHİDLƏR

  • Əliyeva Teliş Hacı qızı
  • Aliyeva Raifə Kamal qızı
  • Quliyev Vasif Mehman oğlu
  • Quliyev Zamiq Mehman oğlu
  • Dadaşova Nuranə Əlövsət qızı
  • Muradov Məhər Əvəz oğlu
  • Muradova Ramilə Fəxrəddin qızı
  • Zeynalova Meyram Bayram qızı
  • Aslanova Əlqəmə Qaçay oğlu
  • Əsgərxanov Ramazan Murtuza oğlu
  • Quliyeva Səltənəd Oruc qızı
  • Musayev Səlim Heydər oğlu


İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıqheyvandarlıq olub.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "Azərbaycanın inzibati ərazi bölgüsü təsnifatı". www.azstat.org. 2020-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 07 yanvar 2020.
  2. "Daha 23 kənd işğaldan azad edildi". report.az (az.). 9 noktyabr 2020. 2020-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 noyabr 2020.
  3. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427